Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-376/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Allahverdiyev Qəhrəman Əli oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsindən Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondutərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim N.Tağıyeva) xx.xx.2019-cu il t arixli, 2(006)xxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-yə, Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və 3cü şəxs Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı «borcun silinməsi, borcun olmaması barədə arayışın verilməsi və MKR-da borcun olmaması barədə müvafiq qeydlərin aparılması» tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 204 İK saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə iddiaçıya arayış verilməsi, Bank əməliyyatı sistemində həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq qeydlərin aparılması öhdəliyinin Ləğv prosesində olan Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu na həvalə edilməsi və xx.xx.2014-cü il tarixli, 204 İK saylı kredit müqaviləsi üzrə öhdəliklərin olmaması barədə məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi öhdəliyinin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) xx.xx.2019-cu il tarixli, 2(103)-xxx/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-xxx/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-yə, Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı «borcunun silinməsi, borcun olmaması barədə arayışın verilməsi və MKR-da borcun olmaması barədə müvafiq qeydlərin aparılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 204 İK saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə ona arayış verilməsi, Bank əməliyyatı sistemində həmin kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq qeydlərin aparılması öhdəliyinin Ləğv prosesində olan Cavab deh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi və xx.xx.2014-cü il tarixli, 204 İK saylı kredit müqaviləsi üzrə öhdəliklərin olmaması barədə məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi öhdəliyinin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarına yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Əgər iddiaçı qrafik üzrə ödənişləri gecikdirmədən həyata keçirsəydi, o zaman məhkəmənin mövqeyi ilə razılaşmaq olardı. Göstərilənlərə əsasən o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)xxx/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-nin səlahiyyətli nümayəndəsi və Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Əzizli Nəvazi Vidadi oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respub likası MPM-in 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqİ məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, apellyatorun davranışı hüquqdan sui-istifadə olmaqla iddiaçının qanunla qorunan mənafeyinə xələl gətirməkdədir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Belə ki, apellyasiya kollegiyası tə rəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi müəyyən edilmiş 5281 manat məbləğində borcu və 30 manat məbləğində dövlət rüsumunu xx xxxx 2018-ci il tarixində Cavabdeh1 ASC-nin əməliyyat idarəsinin hesabına tam ödəmiş, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvetmə komissiyası ona Cavabdeh1 ASC-yə borcunun olmaması barədə arayış verməkdən, barəsində qətnamə qəbul edildikdən sonra müvafiq kredit müqaviləsi üzrə əsassız hesablanmış borcu silməkdən və borcunun olmaması barədə Mərkəzləşdirilmiş Kredit Reyestrinə müvafiq məlumatları göndərməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə hə yata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlillərinin formal mülahizə olmasını qeyd etmiş, Azərbaycan Respublikası 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsinin yalnız formal mülahizələrə görə ləğv edilə bilməzliyini vurğulamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırda da kassasiya şikayəti formal şəkildə əsaslandırılmağa çalışılmışdır. Kas sasiya yoxlaması zamanı apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bİlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tuta raq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)xxx/2019nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-376/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-376/2020
13.01.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver