Məhkəmə qərarları › İş №2(102)-3760/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3760/2023

22.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3760/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 Zahid oğluna qarşı iş üzrə QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X7 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zahid oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2100/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları 1.İş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rəfael Cəfərovun 27 aprel 2019-cu il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi” haqqında qərarının surətindən görünür ki, iddiaçı X14 və X8 20 aprel 2017-ci ildə Nərimanov rayon Prokurorluğuna şikayət ərizəsi verərək 16 yanvar 1998-ci ildə Siyəzən rayonunda anadan olmuş Cavabdeh1 2013-cü ilin oktyabr və noyabr aylarında Rusiya Federasiyasından taxta gətirəcəyi adı ilə vəd verərək 83000 ABŞ dolları məbləğində pulunu aldığını, lakin vədinə əməl etməyərək taxta gətirmədiyini aldığı pulu geri qaytarmadığını bildirmişlər. Araşdırma zamanı Cavabdeh1 verdiyi izahatından məlum olub ki, 2013-cü ilin oktyabr aylarında Rusiya Federasiyasından taxta gətirməsinə görə İddiaçı və X3 ayrı-ayrı vaxtlarda pul almış, həmin pul un müqabilində taxta gətirmiş və sonra yerdə qalan pulun bir hissəsini qaytarmış, bir hissəsini qaytara bilməmişdir. 2.İddiaçı və cavabdehlər arasında qazanc əldə etmək üçün birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə taxta şalban biznesi ilə əlaqədar sifariş podrat münasibətlərindən irəli gələn fəaliyyət olmuş, aralarında iri həcmli taxta şalban dövriyyəsi olmuş və həmin dövriyyə bir neçə il müddətində davam etmişdir. Cavabdeh1 iddiaçı ilə həmin fəaliyyətlə məşğul olan Cavabdeh2 Zahid oğlu tanış etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı X17 iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 83000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İdd ia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı ilə biznes əlaqəsi qurub işləməyindən sui-istifadə edib 83000 ABŞ dolları məbləğində pulunu mənimsəməsi barədə prokurorluğa müraciət etmişdir. Lakin sonuncu barəsində cinayət işinin təqibinə xitam verilmiş və mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur. Cavabdeh1 ilə taxta-şalban alveri edərkən cavabdehə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə pul vermiş və əvəzində taxta-şalban almışdır. Axır vaxtlar cavabdeh ondan aldığı pullara görə taxtaşalban verə bilməmiş və söz vermişdir ki, pulunu qaytaracaq. Lakin xeyli müddət keçdiyi üçün və pulunu vermədiyi üçün iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Digər Cavabdeh2 Zahid oğlu da iddiaçının göstərdiklərini təsdiq edə bilər. İddiaçını Cavabdeh1la Cavabdeh2 tanış etmiş və iddiaçıya verməli olduqları 30000 manat pulun əvəzinə görə Bakı şəhəri, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdirdiyi yaşayış evini sənədləri ilə birlikdə iddiaçıya vermişdir. Dəsturi söz vermişdir ki, həmin evin reyestrdən çıxarışını da alıb iddiaçıya verəcəkdir, lakin hal-hazıra kimi sözünə əməl etməmişdir. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçını tanıyır və aralarında həmişə xoş münasibətləri olmuşdur. Belə ki, o, Rusiya Federasiyasından taxta-şalban gətirməsinə görə iddiaçıdan müxtəlif vaxtlarda pul almış, pulun əvəzinə isə taxta-şalban gətirmişdir. Pulun bir hissəsini qaytarmış, lakin özü də ziyana uğradığından qalan hissəsini qaytara bilməmişdir. Lakin borc məbləği iddia olun an qədər deyil, daha az məbləğ təşkil edir. Hal-hazırda X17 ilə barışıb ortaq məxrəcə gəlmək istəyir. Sonda cavabdeh iddianın təmin edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Taxta- şalban işlərinə o, baxmışdır və iddiaçını Naxçıvan şəhərində yaşayanda tanımışdır. Cavabdehləri də tanıyır. İddiaçı Cavabdeh1 müxtəlif vaxtlarda pul vermişdir. Dəqiq Cavabdeh1 iddiaçıya nə qədər borclu olduğunu deyə bilmir, lakın onu deyə bilər ki, onların arasında dəfələrlə haqq hesab aparılmışdır. 7.Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-6390/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zahid oğlundan müştərək qaydada 83000 (səksən üç min) ABŞ dolları məbləğində pul vəsaitinin tut ularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. 8.Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında tərəflərin verdiyi izahatlarla və tədqiq edilmiş digər sübutlarla cavabdehlərin iddiaçıdan Rusiya Federasiyasından taxta-şalban gətirilməsi ilə bağlı 83000 ABŞ dolları pul məbləğini aldığı öz təsdiqini tapmışdır. Cavabdehlər iddiaçıdan pul vəsaitini hüquqi əsas olmadan əldə etmiş və bununla da əsassız varlanmışdır. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 386.1, 1091, 1092.1 və 1093.1-ci, Mülki-Prosessual Məcəlləsinin 52.2 və 191.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Cavabdehlər (vəkil və Nümayəndə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər Rusiya Federasiyasından taxta-şalban gətirməklə məşgul olmuşdurlar. İddiaçının verdiyi 83000 ABŞ dolları məbləğində pulun əvəzinə də cavabdehlər mal gətirərək, ona vermişdirlər. Hətta sonradan tikinti materiallarının qiymətinin artması ilə əlaqədar cavabdehlərə məlum olmuşdur ki, onların iddiaçıya verdiyi malın qiyməti 103.000 ABŞ dolları təşkil etmişdir, yəni təxminən 20.000 ABŞ dolları artıq dəyərə malik malı iddiaçıya təqdim etmişdirlər. Malların cavabdehlər tərəfindən iddiaçıya təqdim edilməsi çoxsaylı sənədlərlə sübut olunur. Qeyd olunan sənədlər məhkəməyə təqdim olunsa da, məhkəmə həmin sübutları nəzərə almamış və əsassız olaraq qətnamədə həmin məsələyə toxunmamış dır. Əksinə hakim qətnamədə Cavabdeh1 adından yalandan göstərmişdir ki, güya o iddiaçıya borcu olmasını etiraf etmiş və iddianı təmin etməyi xahiş etmişdir. Halbuki Cavabdeh1 məhkəmədə bildirmişdir ki, sadəcə iddiaçı ilə barışığa gəlmək istəyir. Bundan başqa, məhkəmə cavabdehlər tərəfindən iddiaçıya verilmiş malın dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair tələblərini də təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırda cavabdehlərin hər hansı təqsirindən söhbət gedə bilməz. Onlar iddiaçı qarşısından öhdəliklərini tamamilə icra etmişdirlər. Birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, iddiaçının istinad etdiyi hal 2013-cü ilin oktyabr və noyabr aylarında baş vermişdir. İddia müddəti keçdikdən sonra iddiaçı yalan məlumatlara əsaslanaraq iddia qaldırmışdır. Məhkəmədə iddia müddətinin keçdiyi bildirilsə də, məhkəmə iddia müddətinin ötürülməsini nəzərə almamışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3237/2022 nömrəli 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)6390/2021 saylı, 20 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması və ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

13. Apellya siya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işə mülki icraat qaydasında birinci instansiya məhkəməsində baxılarkən cavabdehlər izahatlarında iddianı qəbul etməyərək iddiaçının verdiyi pulların qarşılığı qədər taxta və qalan digər borclarının pul ilə ödəməsini göstərsələr də, məhkəmə iclas protokolundan görünür ki, verilən suallara cavablarında həqiqətən də iddiaçıya borclu olmalarını təsdiq etmişlər. Başqa sözlə, iddianı qismən etiraf etmişlər. Lakin iddiaçının verdiyi pulların qarşılığı qədər taxta və qalan digər borclarının pul ilə ödəmələrini göstərsələr də, bu halları təsdiq edən sübutlar təqdim edilməmişdir.

14. Cavabdehlərin iddiaçıya həqiqətən də borclu qalmaları işə apellyasiya icraatı qaydasında baxılarkən də müəyyən edilmişdir. Belə ki, cavabdehlərin nümayəndə si birinci instansiya məhkəməsində borclu olduqlarını etiraf etmələrini, lakin qaytardıqlarını da etiraf etmələrini göstərmişlər. Lakin borcun qaytarılması ilə bağlı cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərində iddiaçının verdiyi pulların qarşılığı qədər taxta və qalan digər borclarının pul ilə ödəmələrini göstərsələr də, kollegiyanın iclasında verilən suallara cavablarında nümayəndə iddiaçıya borclarının olması faktını bir daha təsdiq etmişlər. Lakin birinci instansiya məhkəməsində olduğu kimi cavabdeh tərəf borcun olmasını etiraf etməklə yanaşı onun qaytarılmasını da göstərsələr də, borcun tam qaytarılmasına, hətta əlavə 20.000 ABŞ dolları məbləğində malı da iddiaçıya verdiklərinə dair hər hansı mötəbər sübutlar təqdim etməmiş, bu halların mövcudluğu iş materiallarında olan sənə dlərlə təsdiq olunmasına israrlı olsalar da, iş materiallarında olan sənədlər bu faktın təsdiqi kimi deyil, tərəflər arasında alınan mal və pul alınıb verilməsini təsdiq edən hesablaşmalar kimi qiymətləndirilmişdir.

15. Məhkəmə kollegiyası cavabdeh tərəfin cavabdehlərin iddiaçıya 25 qatar vaqonu taxta tikinti materialı və bir ədəd yük maşını vermələri ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən verilmiş malların və yük maşının dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini təmin etməmələrinə dair dəlilinə (vəsatətinə) qiymət verərək hesab etmişdir ki, bu barədə vəsatət birinci instansiya məhkəməsində təqdim edilməli idi. Həmçinin də, kollegiyanın qənaətinə görə iş materiallarında olan sənədlər belə bir ekspertizanın keçirilməsini təmin etmək üçün kifayət deyildir. Belə ki, cinayət işinin materiallarından da görünür ki, baş vermiş qiymət artımı (inflasiya, dolların kursunun dəyişməsi və s.) nəticəsində taxta –şalbanın qiymətləri dəyişən-artan istiqamətdə olmuş və onların faktiki alış-satış qiymətlərinə dair də cavabbeh tərəf birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməmişlər. Cavabdeh1 əvvəlki verdiyi izahatdan görünür ki, pulun tam qaytarıla bilməməsində səbəblərdən biri də ziyana düşməsi olmuşdur.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfin iddiaçı ilə barışığa gəlmək istəməsinə dair izahatına birinci instansiya məhkəməsinin düzgün qiymət verməməsinə dair dəlili ilə bağlı hesab etmişdir ki, bu mövqeyin özü də cavabdeh tərəfin həqiqətən də iddiaçı qarşısında müəyyən öhdəliyinin (borclu olması ) qalmasının bir daha təzahürüdür.

17. Cavabdeh tərəfin iddiaçıya borclu qalması ilə bağlı birinci instansiya məhkəməsinin şahid X5 ifadəsinə istinad etməsi ilə də kollegiya razılaşır.

18. Cavabdeh tərəfin iddiaçıya borclu qalması ilə bağlı apellyasiya instansiyası məhkəməsində dindirilmiş şahid ifadəsini də kollegiya sübut növü kimi qiymətləndirir. Belə ki, şahid qismində ifadə vermiş X9 ifadəsində Rafiqin tapşırığı ilə yük avtomaşının satışı ilə bağlı məlumatla yanaşı göstərmişdir ki, o, Moskvada olarkən Rafiq 2 milyon rubla satılan bir maşın olduğunu demiş, o vaxtın puluyla təxminən 50000 dollar təşkil etmişdir. Ona tapşırmışdır ki, həmin maşını satsın. Rafiqin nümayəndəsi və onun (yəni, şahidin) nümayəndəsi Permdə görüşmüş, daha sonra o (yəni, şahid özü) maşını götürüb avtobazaya aparm ışdır. Maşın ZİL markalı yük maşını olmuş, daha sonra maşını Moskvada Fərhad adlı şəxsə satmışdır. Maşının satışı 2 milyon rubla razılaşdırılsa da, maşın satılarkən kurs dəyişdiyindən 49000 dollara satmışdır. O, maşını Rafiqin dediyi Fərhad adlı adama satmışdır. Elnurun adını Rafiqdən eşitmiş, Elnurun Rafiqə ağac göndərdiyini və pul borcu olduğundan xəbərdar olmuşdur.

19. Həmçinin işin materiallarından görünür ki, Cavabdeh2 iddiaçıya borc pulun əvəzinə görə Bakı şəhəri, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş yaşayış evini, sənədləri ilə birlikdə iddiaçıya versə də, iddiaçı tərəfin sözlərinə görə həmin evin reyestrdən çıxarışını da alıb ona verməsinə dair vədini yerinə yetirməmişdir. Başqa sözlə, Cavabdeh2 iddiaçı qarşısında borc pulla bağlı ö hdəliyini tam icra etməmişdir.

20. Məhkəmə kollegiyası həmçinin məhkəmənin iddia müddətinin ötürülməsini nəzərə almamasına dair apellyasiya şikayətinin dəlilini əsassız sayır. Belə ki, cavabdeh tərəf cinayət işinin istintaqı zamanı dəfələrlə izahatlar vermiş, hətta aralarında üzləşmə kimi istintaq hərəkətləri də keçirilmişdir. Bundan başqa, həmin iş üzrə qəbul edilmiş qərarların da məzmunundan xəbərsiz ola bilməzdilər, çünki iş üzrə qəbul edilmiş qərarlar 2 dəfə ləğv edilib yeni araşdırılmaya göndərilmişdir. Beləliklə də, iddia ərizəsində hadisənin baş verdiyi ilin göstərilməməsi iddia müddətinin keçməsinə dair ərizə vermək hüququndan cavabdeh tərəfin istifadə edə bilməməsi üçün üzürlü əsas sayıla bilməz.

21. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məc əllənin 385, 442 və 375.2-ci madələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdehlər (vəkil və Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə təqdim olunmuş sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar əsasında baxılmış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış və nəticədə cavabdehlərin hüquqlarını kobud surətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhk əməsi) 2(102)-5978/2022 nömrəli 19 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər X1 məruzəsi ilə, X10 və X15 ibarət tərkibdə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zahid oğlunun kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3237/2022 nömrəli, 28 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

25. Kassasiya instansiyaı məhkəməsi qeyd etmişdir ki, işə birinci instansiyada baxan məhkəmə hesab etmişdir ki, cavabdehlər Rusiya Felerasiyasından iddiaçı üçün taxtaşalban gətirmək məqsədilə iddiaçıdan 83000 ABŞ dolları məbləğində pul almış, lakin bunun müqabilində mal verməmiş və pulu da qaytarmaqdan imtina etmişlər. Nəticədə cavabdehlər iddiaçının hesabına varlanmış, l akin bunun üçün qanuni əsas və ya müqavilə əsası olmamışdır, Mülki Məcəllə 1092.1 və 1093-ci maddələrinə görə iddiaçının həmin pulu cavabdehlərdən tələb etmək hüququ, cavabdehlər isə həmin pulu iddiaçıya qaytarmaq vəzifəsini daşıyırlar.

26. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsindən fərqli olaraq tərəflər arasında “borc pul ilə bağlı hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri”nin olması qənaətinə gəlmiş və Mülki Məcəllənin öhdəliyin anlayışı haqqında 385.1-ci və öhdəliyin icra edilməməsinin anlayışına dair 442-ci maddəsini tətbiq etmiş, əsassız olaraq maddi hüquq normasının düzgün tətbiq olunmamasını birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas saymamışdır. Halbuki maddi hüquq normalarının düzgün tətbiq olunmaması, yəni tətbi q edilməli olan qanunun və ya digər normativ hüquqi aktı tətbiq eidlməməsi apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

27. İşdən daha sonra görünür ki, tərəflər uzun müddət biznes fəaliyyəti ilə məşğul olmuş, iddiaçı cavabdehlərə pul vermiş, cavabdehlər isə Rusiya Federasiyasında yaşayan tanışları vasitəsilə taxta-şalban tədarük edib iddiaçıya təhvil verməyi öhdələrinə götürmüşlər. Apellyasiya instansiyası məhkəməsi də tərəflərin fəaliyyətini qazanc əldə etmək üçün birgə sahibkarlıq fəaliyyəti kimi dəyəpləndirsə də, tərəflər arasındakı münasibətləri düzgün olmayaraq “borc pul ilə bağlı hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətlər” kimi dəyərləndirmişdir. Halbuki tərəflər arasında mövcud olmuş hüquq münasibətləri düzgün müəyyən olunmadan mübahisən in düzgün həlli və maddi hüquq normalarının düzgün tətbiq edilməsi mymkün deyildir, apellyasiya məhkəməsi həmin məsələnin həlli zamanı bu halı diqqətdən qaçırmışdır.

28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsində, həmçinin iddiaçının şikayəti üzrə başlanmış cinayət işinin istintaqı zamanı şahid kimi verdikləri ifadələrində cavabdehlərin iddiaçıdan sonuncu üçün taxta-şalban tədarük etməsi məhqəsidə pul almaları, lakin həmin pulun müqabilində artıqlaması ilə taxta şalban tədarük etmələri və bir hissə pulu qaytarmaları barədə göstərdikləri halları iddianın qismən etirafı kimi qiymtələndirmiş, lakin göstərilən nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 106.3 və 191-ci maddələrinin tələblərini diqqətdən qaçırmışdır. Həmin no rmalara görə həm faktın iddiaçının tələbinin əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi, cavabdehin iddianı etiraf etməsini yalnız o halda idiaçını gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir ki, həmin hallar məhkəmə iclasının protokoluna yazılsın və bu barədə etiraf edən tərəf protokola imza etsin, yaxud da yazılı ərizədə ifadə olunsun. Lakin məhkəmə iclas protokollarında cavabdehlərin iddianı, yaxud faktı etiraf etmələri imzaları ilə təsdiq olunmamış, onların bu barədə məhkəməyə ünvanlanmış ərizəsi olmamış, həmçinin məhkəmə iclaslarının audio yazısının aparılması barədə disk iş materiallarına əlavə edilməmişdir.

29. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apel lyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2100/2023 nömrəli 22 may 2023-cü il tarixl i qətnaməsi ilə (hakimlər Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi və məruzəsi ilə, X12 və X2 ibarət tərkibdə) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6390/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı xeyrinə 83.000 (səksən üç min) ABŞ dolları məbləğində pul vəsaiti tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

31. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarındakı göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir.

32. Hazırda iddiaçı, cavabdehin aldığı 83.000 ABŞ dolları əvəzində razılaşdırılmış taxta-şalbanı verə bilməməsi səbəbindən ona ödədiyi pulun geri qaytarılmasını tələb edir. Tərəflər arasındakı razılaşmanın şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında şifahi tapşırıq və podrat müqavilələrindən irəli gələn münasibətləri mövcud olmuşdur.

33. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında iri həcmli taxta şalban dövriyyəsi olmuş və həmin dövriyyə bir neçə il müddətində davam etmişdir. Sonuncu dəfə iddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə 180.000 ABŞ dolları məbləğində vəsait Cavabdeh1 ödənilmiş, lakin o, həmin məbləğdə taxta şalbanı iddiaçıya təhvil verə bilməmiş dir.

34. Bununla bağlı iddiaçı və X8 xx.xx.2017-ci il tarixdə Nərimanov rayon prokurorluğuna şikayətlə müraciət etmiş, prokurorluqda araşdırma aparılmış və tərəflərin izahatları alınmışdır.

35. Araşdırma zamanı Cavabdeh1 ilk izahatında xx.xx.2014-cü il tarixdə 180.000 ABŞ dolları məbləğində vəsaitin digər Cavabdeh2 vasitəsi ilə iddiaçı və X3 aldığını, lakin əvəzində taxta çıxarılan meşədə hava şəritinin pis olması, hər yerin bataqlıq olması səbəbindən taxta gətirə bilmədiyini, götürülmüş məbləğin hissə-hissə olmaqla ümumilikdə 169.700 ABŞ dolları iddiaçıya geri qaytarıldığını (bir hissəsi hissə-hissə pul ödəməklə, qalan hissəsi 65.000 ABŞ dolları dəyərində “Maz” yük avtomobili, divar kağızları verilməklə), lakin hazırda maddi sıxıntıları olduğu üçün borcun qalan hissəsini fürsət düşdükcə ödəyəcəyini bildirmişdir.

36. Araşdırma zamanı Cavabdeh2 ilk izahatında xx.xx.2014-cü il tarixdə 180.000 ABŞ dolları məbləğində vəsaitin iddiaçının tapşırığına əsasən onun şərikinin oğlundan aldığını, Cavabdeh1 tapşırığına əsasən əməkdaşlıq etdiyi Səməd Süleymanov adlı şəxsə zəng edərək onun tanışına verdiyini, lakin əvəzində taxta gətirilmədiyini, borcun 169.700 ABŞ dolları hissəsinin geri qaytarılmadığını bildirmişdir.

37. Lakin Cavabdeh1 sonrakı izahatlarında artıq iddiaçıya heç bir borcunun qalmadığını bildirmişdir. Eynilə də Cavabdeh2 ilkin izahatlarından fərqli olaraq sonradan Cavabdeh1 iddiaçıya borcunun qalmadığını təsdiq etmişdir.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlər istintaq zamanı bildirdiklərindən fərqli olaraq, apellyasiya şikayətində iddiaçının verdiyi 83.000 ABŞ dolları məbləğində pulun əvəzinə də mal gətirərək ona verdiyini, hətta sonradan tikinti materiallarının qiymətinin artması ilə əlaqədar onların iddiaçıya verdiyi malın qiymətinin 103.000 ABŞ dolları təşkil etməsinin, yəni təxminən 20.000 ABŞ dolları artıq dəyərə malik malı iddiaçıya təqdim edildiyini bildirmişlər. Kollegiyanın iclasında isə cavabdehlərin nümayəndəsi və vəkili cavabdehlərin iddiaçıya hazırda 6.489 ABŞ dolları borcu qaldığını bildirmişdir.

39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər iddiaçıdan sonuncu dəfə alınan 180.000 ABŞ dolları məbləğində vəsaiti qaytardığını bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmiş, əksinə müxtəlif vaxtlarda bir-biri ilə ziddiyyət təşkil edən məlumatlar bildirmişlər.

40. Kollegiya qeyd etmiş dir ki, iddiaçı ilə Cavabdeh1 arasında podrat müqaviləsindən irəli gələn münasibətlər olduğuna baxmayaraq, birinci instansiya məhkəməsi bu münasibətlərə əsassız varlanma kimi qiymət vermiş, bununla da maddi hüquq normasının tədbiqində səhvə yol vermişdir. İşdən müəyyən olunduğu kimi, Cavabdeh1 öz üzərinə düşən öhdəliyini tam icra etməmiş və bu baxımdan iddiaçının cavabdehə qarşı şifahi podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürmək hüququ yaranmışdır.

41. Göstərilənlərlə yanaşı, kollegiya həmçinin bu qənaətə gəlmişdir ki, iddia tələbinin iş üzrə digər cavabdeh olan Cavabdeh2 Zahid oğluna münasibətdə təmin edilməsi işin hallarına uyğun hesab edilmir.

42. Belə ki, iddiaçının prokuroluğa verdiyi şikayətdə, iddia ərizəsində və məhkəmə iclasında nümayəndəsi və vəkilinin bildirdi yinə görə, iddiaçının taxta şalban alveri cavabdeh E.Məmmədovla olmuşdur. Cavabdeh2 yalnız iddiaçıdan pulu alıb E.Məmmədova ödəyirdi.

43. Cavabdeh E.Məmmədov prokurorluqda verdiyi izahatında Cavabdeh2 onun işgüzar fəaliyyəti zamanı hesabatlarını apardığını, hər dəfə iddiaçıdan pulu alıb ona gətirdiyini, iddiaçı tərəfindən göndərilmiş pulda çatışmamazlığın olmadığını bildirmişdir.

44. Göründüyü kimi, Cavabdeh2 tərəflərin həm iddiaçının, həm də Cavabdeh2 ona verdiyi tapşırıqları lazımi qaydada icra etmiş, onların mənafelərinə zidd hər hansı hərəkət etməmişdir.

45. Bu səbəbdən kollegiya hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 Zahid oğluna münasibətdə əsassız olmuşdur, lakin birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını düzgün müəyyən etməmiş, nəticədə həmin cavabdehə müna sibətdə də iddianın təmin edilməsi və ondan da iddiaçının xeyrinə pulun tutulması ilə bağlı səhv nəticəyə gəlmişdir.

46. Məhkəmə kollegiyası cavabdeh tərəfin cavabdehlərin iddiaçıya 25 qatar vaqonu taxta tikinti materialı və bir ədəd yük maşını vermələri ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən verilmiş malların və yük maşının dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini təmin etməmələrinə dair dəlilinə (vəsatətinə) qiymət verərək hesab etmişdir ki, bu barədə vəsatət birinci instansiya məhkəməsində təqdim edilməli idi. İş materiallarından isə cavabdehlər tərəfindən ekspertizanın keçirilməsi ilə bağlı yazılı əsaslandırılmış vəsatətin verilməsi müəyyən edilmir.

47. Kollegiya onu da qeyd etmişdir ki, iş materiallarında olan sənədlər belə bir ekspertizanın keçirilməsini təmin etmək üçün kifayət deyildir. Belə ki, cavabdehlər tərəfindən malların göndərilməsi ilə bağlı rəsmi sənədlər (malların yük daşıyıcısına təhvil verilməsini təsdiq edən sənədlər, əmtəə-nəqliyyat qaimələri, malların gömrük rəsmiləşdirilməsi üçün zəruri olan digər sənədlər və s.) təqdim edilməmişdir.

48. Məhkəmə kollegiyası həmçinin məhkəmənin iddia müddətinin ötürülməsini nəzərə almamasına dair apellyasiya şikayətinin dəlilini əsassız saymışdır. Belə ki, cavabdeh tərəf cinayət işinin istintaqı zamanı dəfələrlə izahatlar vermiş, izahatlarda pulun alındığı tarixi göstərmiş, hətta aralarında üzləşmə kimi istintaq hərəkətləri də keçirilmişdir. Bundan başqa, həmin iş üzrə qəbul edilmiş qərarların da məzmunundan xəbərsiz ola bilməzdilər, çünki iş üzrə qəbul edil miş qərarlar 2 dəfə ləğv edilib yeni araşdırılmaya göndərilmişdir. Beləliklə də, iddia ərizəsində hadisənin baş verdiyi ilin göstərilməməsi iddia müddətinin keçməsinə dair ərizə vermək hüququndan cavabdeh tərəfin istifadə edə bilməməsi üçün üzürlü əsas sayıla bilməz.Eyni zamanda, iş materiallarından cavabdehlər tərəfindən birinci instansiya məhkəməsində iddia müddətinin keçməsi ilə bağlı məsələ qaldırılması (ərizənin verilməsi) də görünmür. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

49. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2, 385.1, 442, 752ş1, 762.1, 777.1, 778.1, 779.1–ci və MPM-nin 14.2, 77.1, 88, 217.1 və 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

50. Cavabdeh1 (vəkil və nümayəndə Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 2100/2023 saylı qətnaməsinin qismən – iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, Cavabdeh1 oğlundan iddiaçı İddiaçı oğlunun xeyrinə 83.000 (səksən üç min) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilməsi və iş üzrə iddia tələbinin tam rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

51. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin 37 və 45-ci bəndlərindən görünür ki, m əhkəmə iddiaçı və Cavabdeh1 arasında yaranmış münasibətin şifahi tapşırıq və podrat müqaviləsindən irəli gələn münasibət kimi qiymətləndirmişdir. MM-nin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçımüqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddi hüquq normasının tələbindən görünür ki, podrat müqaviləsi üzrə münasibətlər podratçının müqavilə üzrə sifariş edilmiş işi icra etməsi, sifarişçinin isə bunun müqabilində podratçıya muzd ödəməsi zəruridir. MM-nin 753-cü maddəsinin məzmunundan aydın olur ki, sifarişçi hər bir halda podratçıya muzd ödəməlidir və bu muzd öncədən razılaşdırıla və ya işin məzmunundan asılı olaraq, adi muzd şəklində şərtləşdirilmiş hesab edilə bilər. Lakin istənilən halda podrat müqavilə si üzrə muzdun ödənilməsi əsas tələbdir. Bununla belə istər məhkəmə prosesləri gedişində, istərsə də ibtidai istintaq zamanı aparılmış araşdırma zamanı verilmiş ifadələrin məzmunundan aydın olur ki, İddiaçı tərəfindən hansısa işin görülməsinə görə Cavabdeh1 və Cavabdeh2 hər hansı məbləğdə muzdun ödənilməsi nə razılaşdırılmamışdır, nə də ödəniləmişdir. İfadələrindən belə aydın olur ki, iddiaçı Cavabdeh1 Rusiya Federasiyasından taxta-şalban gətirmək üçün sonuncu - xx.xx.2014-cü tarixdə ödəmiş olduğu 180000 ABŞ dollarından yerdə qalan 83000 ABŞ dolları məbləğində pulu tələb edir. Həmçinin MM-nin 752-776-cımaddələrinin məzmunundan görünür ki, podrat müqaviləsi üzrə podratçı sifarişçinin sifarişi əsasında hansısa məmulatı hazırlamalı, tikinti işləri görməli və bu zaman görüləcək işlərə dair s meta hazırlamalıdır. Hesab edirlər ki, məhkəmə Kollegiyası tərəflər arasında yaranmış münasibətin podrat müqaviləsindən irəli gələn hüquq münasibətləri hesab etməklə maddi hüquq normasını düzgün tətbiq etməmiş, iddianın hüquqi əsasını müəyyən edərkən səhvə yol vermiş və bununla da mövcud mübahisəni düzgün həll etməmiş, cavabdehin hüquqlarınn iddiaçı tərəfindən əsassız pozulmasının qarşısını almamışdır. Eyni zamanda məhkəmə Kollegiyası tərəflər arasında münasibətə tapşırıq müqaviləsindən irəli gələn münasibət kimi yanaşması da yanlışdır. Belə ki, MM-nin 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat v ermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

15. Apelyasiya instansiyası ikinci icraat zamanı qəbul etmiş olduğu yekun aktdan – xx.xx.2023-cü il tarixli qətnamdən görünür ki, məhkəmə Kollegiyası iddiaçının məhkəmədən öncə prokurorluq orqanlarına müraciəti nəticəsində aparılmış araşdırma ilə toplanılmış icraatına xitam verilmiş cinayət işinin materiallarını mötəbər sübut kimi qəbul edir. Belə ki, sözügedən qətnamənin 39, 40, 41, 42, 47 və 48-ci bəndlərindən görünür ki, məhkəmə kollegiyası yekun fikrini əsaslandırarkən cinayət təqibi orqanında istintaq zamanı tərəflərin verilmiş olduğu izahat, ifadə və digər materiallar a istinad etmişdir. Bununla belə iş üzrə əsas şahidlərdən olan, o cümlədən işin hallarından göründüyü kimi İddiaçı şəriyi olmuş və bütün işin gedişatından yaxından iştirak etmiş, habelə cinayət təqibi orqanına – Nərimanov rayon Prokurorluğuna İddiaçıla bərabər şikayət etmiş X5 ifadəsində göstərmiş olduğu halları apelyasiya instansiyası ümumiyyətlə dəyərləndirməmiş, nəticədə maddi hüquq normasının tətbiqində yanlışlığa yol vermiş və iddianın hüquqi əsasını düzgün müəyyən etməmişdir. Belə ki, xitam edilmiş cinayət işinin materiallarında 124-127-ci səhifədə olan ifadəsində Bağır Abdullayev göstərmişdir ki, nadnuB...˝ başqa bildirirəm ki, danışığa əsasən Elnur hər vaqona görə bizə 1000 ABŞ dolları gəlir verməli idi, yəni onun gətirdiyi taxtanı satdığımız üçün bizə əlavə hörmət etməli idi. Belə ki, vaqon gələn vaxtı taxtanın kubunn dəyəri məsələn 280 ABŞ dolları idisə biz həmin qiymətlə də qeydiyyat aparırdıq və həmin qiymətə qəbul edib həmin qiymətə də satırdıq. Bizim gəlirimiz hər vaqona görə qeyd etdiyim 1000 ABŞ dolları idi, bir də gələn taxtaların qalınlığı 47 mm göstərilirdi, yəni vaqonda olan taxtaların kubu 47 mm-ə görə hesablanırdı, bizə isə onu satanda 50mm kimi hesablayıb satırdıq, həmin fərqə görə də bizim cüzi əlavə gəlirimiz olurdu. Ona görə də hesablamada həmin 25 vaqona görə 25000ABŞ dollarını da nəzərə aldıq və 478434 ABŞ dollarından 25000ABŞ dollarını da çıxdıqdan sonra vaqonların ümumi dəyəri 453434 ABŞ dolları təşkil etdi...(səh. 127)˝. Göründüyü kimi iddiaçının özünün də şərik kimi göstərdiyi Bağır Abdullayevin ifadəsindən aydın olur ki, iddiaçı və Bağır Abd ullayevin taxta-şalban satışından gəlirləri Cavabdeh1 hər vaqon üçün onlara verdiyi 1000 ABŞ dollarından və taxtanın ölçüsünün realda 47mm olmasına rəğmən, satışın 50 mm kimi hesablanaraq təşkil edilməsindən əldə edilən gəlirdən ibarət olmuşdur.

52. Tapşırıq müqavəsinin mahiyyətinə görə İddiaçı Cavabdeh1 müxtəlif məbləğlərdə ABŞ dolları ödəməklə tapşırıq vermiş olsaydı, o zaman vəkalət alan, yəni tapşırığı yerinə yetirməli olan şəxs kimi Cavabdeh1 bunu ödənişli əsasla həyata keçirə bilərdi. Hazırki halda isə görürük ki, Cavabdeh1 gətirdiyi taxtanın hər vaqonuna görə iddiaçıya və onun şəriyi Bağır Abdullayevə 1000 ABŞ dolları məbləğində pul ödəmişdir. Vəkalət alan şəxsin vəkalət verən şəxsə qazanc qismində hər hansı məbləğdə pul ödəməsi tapşırıq müqaviləsinin mahiyyətinə tamamilə ziddir. Bu hal təsdiq edir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətləri olmamışdır.

53. Belə olduğu halda məhkəmə maddi hüquq normasını yanlış tətbiq etmiş, tərəflər arasında mövcud hüquq münasibətini düzgün müəyyən etməmiş, iddianın hüquqi əsasını yanlış seçmişdir. Bu hal sözügedən qətnamənin ali instansiya tərəfindən ləğv edilməsi üçün əsasdır.

54. Açıq-aşkardır ki, məhkəmə, subyektlərin hüquqi statusunu müəyyənləşdirərkən mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əməl etməmiş və hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdur. Eyni zamanda, məhkəmə icraatı həqiqəti müəyyən etməmiş və işi hərtərəfli, tam və ədalətli araşdırmamaqla, nəticədə əsassız qətnamə çıxarmışdır.

55. İşin hallarından görünür ki, birinci instansi ya və apelyasiya instansiyası məhkəmələri yekun qərarlarında Cavabdeh1 iddianı etiraf etməsi halına istinad etmişlər. Halbuki, Ali instansiya özünün xx.xx.2022-ci iş tarixli qərarında apelyasiya instansiyasının diqqətini işin bu halına çəkərək, qərarının 41-ci bəndində aşağı instansiyalar tərəfindən Cavabdeh1 iddianı etiraf etməsinə istinad etmələrinin düzgün olmadığını, iddianın etiraf edilməsinə dair prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini vurğulamışdır. Qeyd edirlər ki, icraatına xitam verilmiş cinayət işinin istintaqı zamanı, nə də məhkəmə istintaqı gedişində Cavabdeh1 konkret olaraq, İddiaçı 83000 ABŞ dolları məbləğində borcunun olmasını etiraf etməmişdir. Verilmiş və məhkəmə kollegiyasının təbirincə desək fərqli ifadələrdə cavabdeh tərəfin həm borcun olmaması, h əm müəyyən məbləğdə borcun qalması – misal üçün sonuncu məhkəmə istintaqında cavabdehin nümayəndəsi Cavabdeh1 iddiaçıya 6489 ABŞ dollarında borcunun qaldığını etiraf etməsini əsas gətirərək, hesab etmişdir ki, cavabdehdən 83000 ABŞ dolları məbləğində pul tutulmalıdır. Lakin məhkəmə bu halda MPM-nin 77.1-ci maddəsinin tələbini - Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir – nəzərə almamışdır. Borcun yalnız etiraf edilən hissəsi iddiaçını həmin hissədə sübutetmə yükündən azad edir, qalan hissədə iddianın əsaslı olduğunu iddiaçı hər bir halda sübut etməli və buna dair mötəbər dəlilləri məhkəməyə təqdim etməlidir. Nəzərə alınamalıdır ki, məhkəmənin iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatəti təmin etməmiş və bun u yekun qərarında vəsatətin birinci instansiyada verilməli olduğunu və buna dair sənədlərin təqdim edilmədiyini əsas gətirmişdir. Halbuki, mülki işə əlavə edilmiş icraatına xitam verilmiş cinayət işinin materiallarından, habelə orada olan ifadə (məs. Bağır Abdullayevin ifadəsi) və sənədlərdən görünür ki, 25 vaqon taxta-şalban iddiaçıya göndərilmiş və sonuncu da onları qəbul etmiş və realizə etmişdir.

56. Məhkəmə həmçinin sübutlara hüquqi qiymət verərkən də, maddi və prosessual hüquq normasının tələbinə riayət etməmişdir. Belə ki, Cavabdeh2 münasibətdə məhkəmə yekun qətnaməsində həm sonuncunun İddiaçı və Cavabdeh1 tapşırıqlarını yerinə yetirdiyini, bu mənada onun işinin yalnız iddiaçıdan pulu alaraq, Cavabdeh1 ödəməkdən ibarət olmasını qeyd edərək hesab etmişdir ki, Cavabdeh2 münasibətdə id dia tələbi təmin edilməməlidir, belə ki, sonuncu tərəflərin mənafeyinə zidd hərəkət etməmiş, bununla da iddiaçı qarşısında öhdəliyi yaranmamışdır.Eyni zamanda məhkəmə kollegiyası Cavabdeh2 izahatlarında olan etirafları – iddianın qəbul edilməsi kimi dəyərləndirmişdir. Məhkəmə kollegiyası sübutlara hüquqi qiymət verərkən yekun olaraq, Cavabdeh2 işin halları barədə məlumatlı olub-olmaması hissəsini tam araşdırmadan yekun fikrə gəlmiş, bununla da maddi hüquq normasının tələbini pozmuşdur. Belə olan halda məhkəmənin mövqeyi anlaşılan və qəbul edilən deyildir.

57. İşin hallarından görünür ki, İddiaçı sonuncu dəfə xx.xx.2014-cü il tarixdə Cavabdeh1 180000 ABŞ dolları məbləğində pul vermiş, qarşılığında taxta-şalban almadığını qeyd etmişdir. Yuxarıda sadalananlara əsasən tərəflər arasında qanunda n irəli gələn öhdəlik münasibətinin - əsassız varlanmaya dair hüquq münasibətlərinin olduğunu nəzərə alsaq, 1095-ci maddənin tələbinə əsasən iddiaçı tələb hüququnu 2016-cı ildə itirmiş, kəsici müddət keçdiyindən hazırda cavabdehə qarşı iddia irəli sürmək hüququnu əldən vermişdir. Lakin apelyasiya instansiyası tərəflər arasında hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etmədiyindən, kəsici müddətə dair normaların da tətbiqindən yayınmışdır.

58. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən və qanunun tələbindən görünür ki, tərəflər arasında öhdəlik hüquq münasibətinin yaranması üçün müqavilənin olması, əks halda öhdəliyin qanuni əsaslar və deliktdən (zərərvurmadan) irəli gəlməsi tələb olunur. Hazırki halda İddiaçıla Cavabdeh1 arasında hər hansı müqav ilə mövcud olmadığından, üstəlik onlar arasında delikt (zərərvurma) hüquq münasibətindən irəli gələn öhdəlik münasibətləri mövcud olmadığından, lakin faktiki əsaslardan iddiaçının tələb hüququnu nəzərə alaraq, hesab etmək olar ki, tərəflər arasında MM-nin Vİİİ bölməsində nəzərdə tutulmuş qanundan irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, MM-nin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar arad an qalxmış əsasa söykənir. MMnin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi tərəflər arasında hər hansı yazılı müqavilə bağlanmadığıdan, habelə yuxarıda göstərilən əsaslara görə şifahi tapşırıq və podrat müqaviləsindən irəli gələn münasibətləri hazırki işə tətbiq edilməsi yanlış olduğundan onlar arasında olan münasibətlərə məhz əsassız varlanmadan irəli gələn hüquq münasibəti tətbiq edilməlidir.Məhkəmə bu hala düzgün qiymət verməmiş, mad di hüquq normasını yanlış seçmiş, tərəflər arasında mövcud münasibətlərə tətbiq edilməli olmayan hüquq normasını tətbiq etmişdir ki, bu hal da ali instansiya tərəfindən qətnamənin ləğvi üçün əsasdır.

59. Məhkəmə iddiaçının 77.1-ci maddəsinin tələbinə əsasən iddianın əsaslı olduğunu təsdiq edən sübutları sonuncudan tələb etməməklə və cavabdehin müxtəlif zamanlarda fərqli ifadə verməsini əsasə götürərək, bu halı iddianın tam etiraf edilməsi kimi dəyərləndirmişdir. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır.

60. Məhkəmə prosessual hüquq normalarının pozmuş və bunun nəticəsində yanlış qətnamə qəbul etmişdir Bundan başqa məhkəmə AR MPM-nin 77.1 və 217-ci maddələrinin t ələblərinin (prosessual hüquq normalarının) pozulması qanunsuz qətnamə çıxarılması ilə nəticələnmışdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

61. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

62. Maddə 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

63. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun is ə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

64. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

65. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişci isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

66. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

67. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

68. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

69. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respu blikasının Mülki Prosessual Məcəlləsi

70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

72. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

73. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olm aqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

76. Qanunun tələbinə görə, kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

77. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 oğlundan iddiaçı İddiaçı oğlunun xeyrinə 83.000 (səksən üç min) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi

78. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

79. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmiş, işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

80. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən yoxlanılan hissədə iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

81. Məhkəmə kollegiyası kassasiya şikayətinin tərəflər arasında əsassız varlanma münasibətlə rinin olduğu və bununla əlaqədar kəsici müddətin tətbiq edilməli olduğu dəlili ilə əlaqədar qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin tərəflər arasında əsassız varlanma münasibəti olmadığı barədə qənaəti ilə kassasiya kollegiyası da razılaşır. Bununla belə, məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il Qərarına əsasən əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərz ində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.

82. Konistutisiya Məhkəməsi Plenumunun Qərarından da məlum olduğu kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsində (Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir) nəzərdə tutulmuş müddət kəsici müddət deyil, iddia müddətidir.

83. Yuxarıda şərh edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 İddiaçı xeyrinə 83000 (səksən üç min) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 may 2023-cü il tarixli 2(103)-2100/2023 nömrəli qətnaməsi Cavabdeh1 İddiaçı xeyrinə 83000 (səksən üç min) ABŞ dolları məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar