Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3762/2022 26.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-148/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 26 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakıları müəyyən etdi; İşin halları
1. İddiaçı xx.xx.2013-cü il tarixdə “X4 Rixos” otelinin tikintisi zamanı 4-cü mərtəbədən yıxılmış və almış olduğu bədən xəsarətləri lə əlaqədar o, həmin tarixdə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına aparılmışdır. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2013-cü il tarixdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına qəbul olunmuş, aparılmış müvafiq müayinələrdən sonra ona “Ağır qapalı kəllə beyin travması, baş beyin əzilməsi, qarnın qapalı travması, dalaq, mədəaltı vəzin, köndələn çənbər bağırsaq və sol böyrəyin partlaması, daxili qanaxma, travmatik şok ağır dərəcə” diaqnozu təyin edilmiş və üzərində “Laparotomiya. Splenoektomiya. Nefrektomiya. Mədəaltı vəzi və köndələn çənbər bağırsaqların tikilməsi” cərrahiyyə əməliy yatları icra edilmişdir. Stasionar müayinələr, müalicələr davam etdirilmiş və xx.xx.2013-cü il tarixdə xəstə ambulator nəzarətə evə buraxılmışdır. Tərtib edilmiş tibbi sənədlərə əsasən İddiaçı “Sağ yeganə böyrəyin tez-tez kəskinləşən xroniki pielonefriti. Xroniki böyrək çatmamazlığı İİ dərəcə” olduğu müəyyən edilmişdir. İddiaçı hal-hazırda sağ böyrəyində müəyyən edilən patoloji dəyişikliklərlə əlaqədar onun müalicəyə ehtiyacı vardır və sağ böyrəyin transplantasiyasının aparılıb aparılmaması, həmçinin tək böyrəyin fəaliyyət funksiyasının qiymətləndirilməsi onun ixtisaslı tibb müəssisəsində stasionar şəraitdə dinamikası izlənilməklə müvafiq həkim komissiyasının qərarı ilə cavablandırıla bilər.
2. İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar əmək qabiliyyətini itirməsi ilə bağl ı Cavabdeh aylıq müavinətin tutulması barədə məhkəmədə iddia qaldırmış, cavabdeh iddiaçıya birdəfəyə 7000 manat məbləğində pul ödəməsi şərti ilə İddiaçı həmin iddia tələbindən imtina etmiş və Şamaxı Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(074)-1959/2016 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı aylıq müavinətin müəyyən edilməsi və müavinətin ödənilməsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 mart 2013-cü il tarixdə Shamaxı “X5” otelində fəhlə işlədiyi zaman yıxılaraq aldığı xəsarətlər nəticəsində dəymiş maddi və mənəvi ziyana görə Shamaxı “X5” otelindən 250000 manat məbləğində kompensasiyanın alı naraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh “Şamaxı Palace” əsl Cavabdeh ilə əvəz edilmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 18 fevral 2013-cü il tarixli əmək müqaviləsinə əsasən 20 fevral 2013cü il tarixdən başlayaraq aylıq əmək haqqı 140 manat olmaqla Şamaxı “X5” otelinə işə götürülmüşdür. 06 mart 2013-cü il tarixdə Şamaxı rayonu Şərədil kəndində yerləşən Şamaxı “X5” otelinin tikintisində xəsarət alaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə aparılmış və ona “Q.K.B.T ağır dərəcəli beyin əzilməsi, qarının qapalı travması, daxili qanaxma, başın təpə nahiyəsinin əzilmiş yaraları” diaqnozu qo yulmuşdur. Hazırda Mərkəzi xəstəxananın poliklinika şöbəsində dispanser qeydiyyatındadır və İİ qrup əlillik dərəcəsi almışdır. O, tikinti-quraşdırma işləri aparılan otelin 2-ci mərtəbəsinin fasadında üzlüklərin arxasını silikonla doldurarkan qoruyucu dəbilqəni götürmək üçün belində olan kəməri açıb yan tərəfə bərkitmək istəyəndə ayağı qarla örtülmüş taxta ayaqaltının üzərindən sürüşmüş, təxminən 4 metr hündürlükdən dəmir boruların arası ilə metlax döşəmənin üzərinə yıxılmağı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Aldığı xəsarətlər nəticəsində əlil olmuş, daim həkim nəzarətindədir, müalicə olunur. Müayinə və müalicələrini vaxtında etdirmək üçün onun və ailəsinin maddi imkanları yoxdur. Aldığı travmalar nəticəsində kompensasiyanın ödənilməsini tələb etmiş, lakin heç bir nə ticəsi olmamışdır. Onun böyrəyi tamam yararsız haldadır, yeni böyrəyin alınması xeyli miqdarda, 100-150 min manat civarında pul tələb edir. Ona dəymiş ziyanın məbləği 250000 manatdır. Artıq iş qabiliyyətini itirmişdir və bundan sonrakı yaşamında kiminsə köməyinə möhtacdır, daim valideynlərinin nəzarətindədir və onların köməyi ilə müalicələrini davam etdirməyə çalışır. Lakin ailəsinin maddi imkanı buna yol vermir.
6. Şamaxı Rayon Məhkəməsinin 2(074)-95/2018 nömrəli iş üzrə 19 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia tələbi rədd edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının sağlamlığının bərpası üçün zəruri olan yardım və qulluq növlərini pulsuz almaq hüququnun olması müəyyənləşdiyindən, eləcə də cavabdehin əmək münasibətləri prosesində i ddiaçının barəsində mənəvi zərərə səbəb ola biləcək hərəkətlərə yol verməsi halı təsdiq edilmədiyindən iddia tələbi rədd edilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2 və 1118.1-vi maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı rədd edərkən onun ilk iddiası Şamaxı Palace otelinə qarşı qaldırması, sonradan isə iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməli olması və həmin cavabdeh tərəfindən ona kompensasiya ödənilməsi ilə əsaslandırılmışdır. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, cavabdehin əvəz edilməsi onun xahişi ilə olmamış, mülki işin araşdırılan halları ilə tərəflər arasında bağlanmış əmək müqaviləsi üzrə işəgötürənin Cavabdeh olduğu müəyyən edilmişdir. Həmçinin məhkəmə əsassız olaraq müəyyən etmişdir ki, onun cavabdehə qarşı iddiasının əsası yoxdur, o, məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Halbuki bütün sübutlar, yəni onun xəsarət alması və xəsarət nəticəsində ona dəymiş ziyanla bağlı sənədlər iş materiallarında vardır. Lakin buna baxmayaraq məhkəmə əsassız olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Hazırki mülki işin araşdırılan hallar ilə müəyyən olunmuşdur ki, onun aldığı xəsərətlər məhz Şamaxı Palace otelində işləyən zaman baş vermiş, işəgötürən isə məhz Cavabdeh olmuşdur. Belə olan halda isə ona d əymiş zərər tam şəkildə cavabdeh tərəfindən ödənilməlidir.
11. Məhkəmə-tibbi ekspertizasının 27.5.2019-cu il tarixli rəyinə əsasən İddiaçı xx.xx.2013-cü il tarixdə “Shamaxı “X5”” otelinin tikintisi zamanı 4-cü mərtəbədən yıxılmış və almış olduğu travma ilə əlaqədar o, həmin tarixdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2013-cü il tarixdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına qəbul olunmuş, aparılmış müvafiq müayinələrdən sonra ona “Ağır qapalı kəllə beyin travması, baş beyin əzilməsi, qarnın qapalı travması, dalaq, mədəaltı vəzin, köndələn çənbər bağırsaq və sol böyrəyin partlaması, daxili qanaxma, travmatik şok ağır dərəcə” diaqnozu təyin edilmiş və üzərində “Laparotomiya. Splenoektomiya. Nefrektomiya. Mə dəaltı vəzi və köndələn çənbər bağırsaqların tikilməsi” cərrahiyyə əməliyyatları icra edilmişdir. Stasionar müayinələr, müalicələr davam etdirilmiş və xx.xx.2013-cü il tarixdə xəstə ambulator nəzarətə evə buraxılmışdır. Tərtib edilmiş tibbi sənədlərə əsasən İddiaçı “Sağ yeganə 3 böyrəyin tez-tez kəskinləşən xroniki pielonefriti. Xroniki böyrək çatmamazlığı İİ dərəcə” olduğu müəyyən edilmişdir. İddiaçı hal-hazırda sağ böyrəyində müəyyən edilən patoloji dəyişikliklərlə əlaqədar onun müalicəyə ehtiyacı vardır və sağ böyrəyin transplantasiyasının aparılıb aparılmaması, həmçinin tək böyrəyin fəaliyyət funksiyasının qiymətləndirilməsi onun ixtisaslı tibb müəssisəsində stasionar şəraitdə dinamikası izlənilməklə müvafiq həkim komissiyasının qərarı ilə cavablandırıla bilər
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-213/2019 nömrəli iş üzrə 1 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Aqil Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2 və 1118.1-ci, Əmək Məcəlləsinin 222.1 və 239-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-8139/2019 nömrəli iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Vəfaddin İbayev (sədrlik edən və məruzəçi), Aslan Kalbalıyev və Ələsgər Əliyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
17. Kassasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apelyasiya instansiyası məhkəməsi İddiaçı sağ böyrəyinin dəyişdirilməsinin zəruriliyinə və buna çəkilən xərclərin məbləğinə dair məhkəməyə h ər hansı sübut təqdim etmədiyinə görə iddia tələbinin rədd olunmasını əsaslı hesab etmişdir. Lakin iddia ərizəsindən məlum olur ki, iddiaçı təkcə sağ böyrəyinin dəyişdirilməsi zərurəti ilə əlaqədar deyil, 06 mart 2013-cü ildə “X4 Rixos”” otelinin tikintisi zamanı yıxılıb xəsarət alması, müalicəsinin davam etməsi və eyni zamanda sağ böyrəyinin dəyişdirilməsi zərurəti ilə əlaqədar ona 250000 manat maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb etmişdir. Mülki işə əlavə olunmuş tibbi sənədlər və məhkəmə ekspert rəyi ilə iddiaçının 06 mart 2013-cü il tarixdən sonra İİ qrup əlil olması və aldığı xəsarətlərlə əlaqədar müalicəsini davam etdirməsi, həmçinin halhazırda sağ yeganə böyrəyinin patoloji dəyişiklikləri ilə əlaqədar müalicəyə ehtiyacı olması müəyyən edilmiş, tək böyrəyinin t ransplantasiyasının aparılıb aparılmamasının müvafiq həkim komissiyasının qərarı ilə cavablandırıla biləcəyi aydınlaşdırılmışdır. Beləliklə, iddiaçı ümumiyyətlə aldığı xəsarətlərlə bağlı müalicə olunması və dəymiş maddi və mənəvi ziyanın əvəzi kimi 250000 manat kompensasiya tələb etdiyi halda apelyasiya instansiyası məhkəməsi bu tələbi yalnız sağ böyrəyin transplantasiyası ilə əlaqələndirərək iddia tələbini rədd etmişdir
18. İddiaçı sübut kimi bir sıra tibbi sənədləri təqdim etsə də, apellyasiya instansiyası məhkəməsi həmin sübutlar əsasında heç bir araşdırma aparmamışdır. Məhkəmə iddianı rədd edərkən qətnaməsində xx.xx.2016-cı il tarixli barışıq sazişinə də əsaslanmış, lakin həmin barışıq sazişi əsasında iddiaçıya cəmi 7000 manat pul verildiyini, barışıq sazişindən sonra iddiaçının kifayə t qədər müalicə olunaraq maddi ziyana məruz qalmasını, həmçinin İİ qrup əlil olmaqla mənəvi iztirablara düçar olmasını nəzərə almamışdır.
19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1118.1-ci maddəsinə, Əmək Məcəlləsinin 222.1 və 239-cu maddlərinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə-tibbi ekspertizası keçirilməsi qərara alınmışdır.
21. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 3532 saylı 27 oktyabr 2021-ci il tarixli məhkəmə-tibbi ekspert rəyi ilə İddiaçı Respublika X1 xx.x x.2021-ci il tarixdə aparılmış mütəxəssis müayinələri zamanı hal-hazırda onda tək qalmış sağ böyrəyin fəaliyyətinin normal olduğu, müalicəyə və transplantasiyaya ehtiyac olmadığı müəyyən edilmişdir.
22. Apellyasiya məhkəməsinin 2(105)-148/2021 nömrəli iş üzrə 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafari (sədrlik edən və məruzəçi), Elman Əhmədov və İlqar Dəmirov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdehdən 3000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
23. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisə edilməyən halı ondan ibarətdir ki, İddiaçı istehsalatda b aş vermiş bədbəxt hadisə ilə əlaqədar əmək qabiliyyətini itirməsi ilə bağlı Cavabdeh aylıq müavinətin tutulması barədə məhkəmədə iddia qaldırmış, cavabdeh iddiaçıya birdəfəyə 7000 manat məbləğində pul ödəməsi şərti ilə İddiaçı həmin iddia tələbindən imtina etmiş və Şamaxı Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(074)-1959/2016 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı aylıq müavinətin müəyyən edilməsi və müavinətin ödənilməsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilmişdir.
24. İddiaçı tərəfindən yıxılaraq aldığı xəsarətlər nəticəsində aparılmış mütəxəssis müayinələri zamanı hal-hazırda ona vahid qalmış sağ böyrəyin fəaliyyətinin normal olduğu, müalicəyə və transplantasiyaya ehtiyac olmadığı müəyyən edilmişdir. Belə olan halda ki, iddiaçıya m addi zərərin ödənilməsi ilə bağlı sonuncu tərəfindən tutarlı sübutlar təqdim edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
25. Lakin mənəvi ziyanın ödənilməsi ilə bağlı iddianın rədd edilməsi barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki¸ iddiaçı aldığı xəsarət nəticəsində mənəvi zərərə məruz qaldığından, iddia tələbi mənəvi zərərin tutulması hissəsində qismən təmin edilməklə 3000 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1118.1-ci, Əmək Məcəlləsinin 222.1 və 239-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2 1 və 23 maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və İddiaçı tərəfindən verilmiş iddia tələbinin tam şəkildə, maddi ziyan əvəzi kimi 55000 manat, mənəzi ziyanın əvəzi kimi isə 10000 manat məbləğində pul tələbinin təmin edilməsi ilə bağlı yeni qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq hesab etmişdir ki, yalnız mənəvi zərər olaraq cavabdehdən 3000 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Belə ki, qeyri əmlak zərəri kimi qanunvericilikdə göstərilən zərərin mahiyətcə maddi n emətlərdən aslılı olmaması deməyə əsas verir ki, mənəvi zərər hər bir işin faktiki halları üzrə məhkəmə tərəfindən ədalətli şəkildə müəyyən edilməlidir. Yəni, 2013-cü ildən başlayaraq iddiaçıya vurulmuş psixoloji travmalar nəticəsində onun səhhətində ciddi pozuntular baş qaldırmış, bu müddət ərzində isə ədaləti tam bərqərar etmək üçün məhkəmə çəkişmələrinin davam etməsi onu ciddi stresə salmaqla nevroloji problemlərə yol açmışdır ki, bunun da dəyəri 3000 manat hesab edilə bilməzdi. Məhz bu əsaslara görə mənəvi ziyan olaraq 10000 manat pul vəsaitinin cavabdehdən tam şəkildə tutulması təmin edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
30. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərk ən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Əmək Məcəlləsi
31. Maddə 221.1. Dövlət və müəssisələr səviyyəsində əməyin mühafizəsi fondu yaradıla bilər. X3 Fondu müvafiq icra hakimiyyəti tərəfindən təsis edilir.
32. Maddə
239. İstehsalatda baş vermiş bədbə xt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23 maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarı: 33. “...Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri- əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiy yətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır”. Mülki Prosessual Məcəllə
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara ist inad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddia tələbinin rədd ediln hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-148/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.