Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3765/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin vəkili Hüseynli Ələskər Maqbet oğlunun, Cavabdeh vəkili X1 oğlunun iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin və vəkili Hüseynli Ələskər Maqbet oğlunun G əncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli, 2(104)-3334/2019 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2249/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Eyvazov) iddiaçı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Cavabdeh, maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə qarşı “çıxarışın və sair sənədlərin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3712/2018 saylı, 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi N.N.Quliyev, Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadə) iddiaçı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin apelyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2249/2018 saylı mülki iş üzrə 17 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-4007/2019 saylı 30 may 2019-cu il tarixli qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi G.A.Quliyev, Ə.A.Mirzəliyev və T.A.Qoldman) iddiaçı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-3712/2018 saylı mülki iş üzrə 03 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli, 2(104)-3334/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Ə.İ.Məmmədov, R.Ş.Muradov və Ş.M.Əliyeva) iddiaçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi tərəfindən verilən apelyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2249/2018 saylı mülki iş üzrə 17 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi Cavabdeh qarşı çıxarışın və sair sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair T2nun adına verilmiş qeydiyyat vəsiqəsi, Cavabdeh adına həmin fərdi yaşayış evinə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Cavabdeh verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi, ümumiyyətlə ünvan 1 saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində bu əmlak ilə bağlı aparılmış bütün dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində işdə maraqlı şəxslər kimi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikasını n Mədəniyyət və Turizm Nazirliyi göstərilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi və vəkili Hüseynli Ələskər Maqbet oğlu kassasiya şikayətini apellyasiya şikayət i ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin vəkili Hüseynli Ələskər Maqbet oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cava bdeh vəkili X1 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh, maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin vəkili Hüseynli Ələskər Maqbet oğlunun, Cavabdeh vəkili X1 oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya in stansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İddia tələbinin və bununla əlaqədar apelyasiya şikayətinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair T2nun adına verilmiş qeydiyyat vəsiqəsi, Cavabdeh adına həmin fərdi yaşayış evinə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Cavabdeh verilmiş Azərbaycan Respublikası ƏMDK ya nında DƏDRX tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi üçün ilk növbədə Gəncə şəhər İcra Hakimiyyəti başçısının 16.10.1995-ci il tarixli 2366 saylı sərəncamı ləğv edilmədidir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 16.10.1995-ci il tarixli 2366 saylı sərəncamının ləğv edilməsi məsələsi hüquqi prosedur çərçivəsində həll edilməli olan bir məsələdir. Yəni, həmin sərəncam məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Məhkəmənin isə belə bir qərarı yoxdur. Artıq yuxarıda qeyd edildiyi kimi, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.04.2017-ci il tarixli qərarı ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısının 16.10.1995-ci il tarixli 2366 saylı sərəncamı ləğv edilmiş, həmin qərardan Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının 04.10.2017-ci il tarixli 2-1(102)-1664/2017 saylı qərarı ilə üçüncü şəxs Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.04.2017-ci il tarixli 2-1 (104)-48/2017 saylı qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamışdır. Ali Məhkəmənin həmin qərarı hazırda qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan prosessual qanunvericiliyin tələblərinə əsaslanan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Gəncə şəhər İcra Hakimiyyətinin 16.10.1995-ci il tarixli, 2366 saylı sərəncamının ləğv edilməsi barədə qa nuni qüvvədə olan məhkəmə qərarı olmadığından, həmin sərəncamın qəbul olunan gündən qanunsuz və etibarsız olduğu barədə apelyasiya şikayətinin dəlillərinin heç bir hüquqi əsası yoxdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, nə qədər ki, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 16.10.1995-ci il tarixli 2366 saylı sərəncamı qüvvədədir, həmin sərəncama əsasən, cavabdeh tərəfin əldə etdiyi mülkiyyət hüquqları Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən toxunulmazdır. Ona görə də, məhkəmə kollegiyasının qənaətincə irəli sürülən iddia təmin oluna bilməz. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Belə ki, iddia tələbinin əsas dəlili kimi qe yd olunmuşdur ki, Gəncə şəhər İcra Hakimiyyəti 16 oktyabr 1995-ci il tarixdə öz balansında olmayan əmlaka dair, yəni Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin balansında olan 4 saylı musiqi məktəbinin fəaliyyət göstərdiyi əmlaka dair heç bir səlahiyyəti olmadığı halda 2366 nömrəli sərəncam vermişdir. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 85-ci maddəsinə əsasən dövlət əmlakının qaytarılması haqqında dövlət təşkilatlarının tələblərinə və hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil olunmur. 01 sentyabr 2000-c i ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü maddəsinə əsasən hər hansı bir üsulla qanunsuz özgəninkiləşdirilmiş dövlət əmlakı, habelə kolxozların, sair kooperativ təşkilatlarının və digər ictimai təşkilatların əmlakı müvafiq təşkilatlar tərəfindən onları hər bir əldə edəndən tələb oluna bilər. Hazırda qüvvədə olan Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. İş materiallarına əsasən müəyyən olunur ki, Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının “yaşayış evinin şəxsi mülkiyyətə qaytarılması h aqqında” 16 oktyabr 1995-ci il tarixli, 2366 saylı sərəncamına əsasən ünvan 2 ünvanda yerləşən, sahələri 22,0 kv.m., 20,0 kv.m., 9,6 kv.m., 12,0 kv.m., 8,8 kv.m., 21,2 kv.m., 16,8 kv.m. olan otaqların sahələri 15,0 kv.m., 61,4 kv.m. örtülü eyvanları olan “A” literli və sahələri 34,2 kv.m., 17,8 kv.m. olan otaqların sahələri 16,1 kv.m., 9,0 kv.m. örtülü eyvanı olan “B” literli tikintilərin mülkiyyət hüququ Hacıyev Davud Əlihüseyn oğluna verilmişdir. Həmin sərəncamla Gəncə şəhəri, Texniki-İnventarlaşdırma bürosuna Hacıyev Davud Əlihüseyn oğluna hüquqverici sənəd verilməsi, ünvan 3 ünvanda yerləşən və hal-hazırda 4 nömrəli Musiqi Məktəbinin yerləşdiyi tikintilərin Mədəniyyət şöbəsinin balansından çıxarılmasının tapşırılması və ünvan 4 ünvanda yerləşən 4 nömrəli Musiqi Məktəbi başqa bina ilə t əmin ediləndən sonra öz fəaliyyətinin davam etdirilməsi qərara alınmışdır. İş materiallarına əsasən həmçinin müəyyən olunur ki, Gəncə şəhəri, Mehrablı küçəsi 52 №-li ünvanda yerləşən tikililər hal-hazırda Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin balansındadır. Həmin ünvanda yerləşən musiqi məktəbinin və kitabxana filialının bütün xərcləri 1967-ci ildən hal-hazıra kimi Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin mühasibatlığı tərəfindən ödənilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Gəncə şəhər İcra Hakimiyyətinin 16 oktyabr 1995-ci il tarixli, 2366 saylı sərəncam hazırkı iş üzrə iddiaçı olan Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinə münasibətdə icra olunmayaraq, həmin sərəncamda göstərilən tikililər hal-hazırda sonuncunun balansındadır. Belə ki, həmin sərəncama əsasən Gən cə şəhəri, 52 №-li ünvanda yerləşən və hal-hazırda 4 №-li Musiqi məktəbinin yerləşdiyi tikintilər Mədəniyyət şöbəsinin balansından çıxarılmalı idi. Lakin apelyasiya instansiyası məhkəməsi qeyd olunan sərəncamın iddiaçıya münasibətdə icra olunmadan Gəncə şəhəri, Mehrablı küçəsi 52/50 ünvan üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın qanuni əsaslarla olubolmamasına dair iddia tələbinin dəlillərinə, həmin sərəncamın icrasının iddiaçıya münasibətdə məcburi olub-olmamasına hüquqi qiymət verməmişdir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin e tməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin kasasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli, 2(104)3334/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3765/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3765/2020
21.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver