Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3765/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X2 qarşı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: MPM-nin 420-ci maddəsinin tələblərini pozulmasının hüquqi nəticələri) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Birinci iş üzrə İddiaçı cavabdeh X2 qarşı tutulmuş avtomobil yolunun açılması və mənəvi ziyan tələbinə dair iddiası, həmçinin cavabdeh, ikinci iş üzrə iddiaçı X1 Cavabdeh2 qarşı qanunsuz zəbt olunaraq bağlanmış torpaq sahəsində sərbəst hərəkətin təmin edilməsi, qanunsuz tikilinin sök ülməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-04/2021 nömrəli 10 fevral 2021-ci il tarixli qətnaməsindən birinci iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Lerik rayonu, Göydərə kəndində yaşayır. 1968-ci ildə yaşadığı Göydərə kəndində mərhum əri Şakir Salmanovun adına onlara həyətyanı torpaq sahəsi verilmiş və həmin ildə orada yaşayış evi tikmişlər. Həmçinin cavabdehin X11 və mərhum anası Gülgəz Əskərova əslən Lerik rayonunun Göydərə kəndindən olduqlarına görə orada ata-baba yurdları mövcud olmuşdur. 22 aprel 1971-ci il tarixdə Azərbaycan SSR Lerik rayonu Qosmalian kəndinin “20-ci partiya qurultay ı” kolxozu tərəfindən mərhum anası X12 rayonunun Göydərə kəndində keçmiş ev yerində ev tikmək üçün 0,05 hektar torpaq sahəsi ayrılmış və hazırki evləri həmin qərar əsasında X11 tərəfindən tikilmişdir. X4 0.05 ha torpaq sahəsinin ərazisinə bələdiyyənin mülkiyyətinə aid olan əlavə torpaq sahəsi qatmış və istifadə edir. Qonşuluqda yaşayan İddiaçı onun evinə gediş-gəliş yonunun tutulmasını iddia edərək hazırkı mübahisəni başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh X2 qarşı tutulmuş avtomaşın yolunun açılması və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X10 rayonu, Göydərə kəndində tutduğu yaşayış evinə gedən avtomobil yolunun açılaraq sərbəstləşdirilməsi və cavabdehdən ona vuru lan mənəvi ziyana görə 10.000 (on min) manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Həmçinin iddiaçı X4 Cavabdeh2 qarşı qanunsuz zəbt olunaraq bağlanmış torpaq sahəsində sərbəst hərəkətin təmin olunması, qanunsuz tikilinin sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə Lerik rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 tərəfindən qanunsuz zəbt olunaraq bağlanmış torpaq sahəsində sərbəst hərəkətin təmin olunması, zəbt olunmuş torpaq sahəsinin boşaldılması, torpaq üzərində mərzlərin müəyyən edilməsi, cavabdeh tərəfindən tikilmiş qanunsuz özbaşına tikilinin sökülməsi, cavabdeh tərəfindən evinə vurulmuş 2.500 manat miqdarında maddi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Lerik Rayon Məhkəməsinin 2(048)-105/2017 saylı, 03 mart 2017-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı tutulmuş avtomobil yolunun açılması və mənəvi ziyan tələbinə dair iddiası ilə bağlı və iddiaçı X1 Cavabdeh2 qarşı qanunsuz zəbt olunaraq bağlanmış torpaq sahəsində sərbəst hərəkətinin təmin edilməsi, qanunsuz tikilinin sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki işlərə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lerik rayonu, Göydərə kəndində yaşayır. 1968-ci ildə yaşadığı Göydərə kəndində mərhum əri Şakir Salmanovun adına onlara həyətyanı torpaq sahəsi verilmiş və həmin ildə orada yaşayış evi tikmişlər. Həyətyanı torpağın mülkiyyətə verilməsinə dair onlara şəhadətnamə verilmişdir. Əri vəfat etmiş, hazırda o, oğlu Şakir, gəlini və nəvələri həmin evdə yaşayırlar. Yaşadıqları evə əvvəldən avtomobil yolu olmuş, həmin yol eyni zamanda piyada yolu kimi istifadə olunmuşdur. Lakin, əvvəllər Göydərə kəndində yaşamış mərhum Gülgəz Əsgərova onlar ev tikəndən bir neçə il sonra qanunsuz olaraq evinə gedən avtomobil yolunun sağ tərəfini çəpərə alaraq həyətyanı torpaq sahəsi kimi istifadə etmiş, yolun sol tərəfində isə qanunsuz ev tikmiş və evinə gedən yol onun evi ilə torpağı arasında qalmışdır. Hal-hazıradək həmin yol barədə heç bir mübahisələri olmamışdır. Lakin, Gülgəz Əsgərovanın Bakı şəhərində yaşayan oğlu cavabdeh Həmdulla Əsgərov 18 iyul 2016-cı ildə evinə gedən avtomobil yoluna daş tökməklə və yolda dəmir qapı qoymaqla tutmuşdur. O və oğlu Şaki r Salmanov dəfələrlə Həmdulla Əsgərovla yolun açılması ilə bağlı söhbət etsələr də, nəticəsi olmamışdır. Cavabdeh nəinki yolu açmamış, hətta onları söyüb təhqir etmişdir. Mübahisə barədə Kələxan Bələdiyyəsinə və digər yerli təşkilatlara müraciət etsə də, nəticəsi olmamışdır. Ona görə də yol tutulduğu vaxtdan onun ailəsi məcbur olub qonşunun həyətyanı torpağından müvəqqəti piyada yolu kimi istifadə edir. Maşın yolu isə tamam yoxdur. Həmçinin qeyd edir ki, cavabdeh evinə gedən maşın yolunu tutaraq yersiz narazılıq yaratmaqla onu söyüb təhqir etmiş, onu əsəb gərginliyinə məruz qoymuşdur. O, mənəvi iztirab və sarsıntı keçirmişdir. Əsəbdən təyziqinin qalxması ilə əlaqədar 2 dəfə təcili yardımdan həkim gəlib ona yardım etmişdir. Buna görə də ona mənəvi zərər dəymişdir.
6. Cavabdeh, ikinci iş üzr ə iddiaçı Həmidulla Əsgərov iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhərində anadan olmuş, təhsilli olmaqla işləyir. X11 və mərhum anası Gülgəz Əskərova əslən Lerik rayonunun Göydərə kəndindən olduqlarına görə olaraq orada ata-baba yurdları vardır. 22 aprel 1971-ci il tarixdə Azərbaycan SSR Lerik rayonu Qosmalian kəndinin “20-ci partiya qurultayı” kolxozu tərəfindən mərhum anası X12 rayonunun Göydərə kəndində keçmiş ev yerində ev tikmək üçün 0,05 hektar torpaq sahəsi ayrılmış və hazırki evləri həmin qərar əsasında həmin ildə X11 tərəfindən tikilmişdir. Qərarda qeyd olunan keçmiş ev yeri məhz hazırki evin olduğu yerlə eynidir, çünki babasının evi də həmin ərazidə yerləşmişdir. Ev tikildikdən sonra X11 evin həyətyanı sahəsini çəpərə almalı olduğu halda qonşuluqda yaşamış mərhum X 9 yaxın qohumları vasitəsilə atasından həyəti çəpərə almamasını xahiş etdiyinə görə atası bunu etməmiş, həyətlərindən yol olaraq istifadə etməyə müvəqqəti icazə vermişdir. Uzun müddətdən bəri Bakı şəhərində yaşamaqla onlar daimi olaraq hər il, əsasən yay aylarında 10-15 günlüyünə həm istirahət etmək, həm də atadan qalma evlərinin sahibsiz qalmasın deyə Lerik rayonunun Göydərə kəndində yerləşən evlərinə gəlirlər. Hazırda qanşuluqda yaşayan Cavabdeh2 ona məxsus evin həyətinin bir qismini onların daimi orada yaşamadıqlarını fürsət bilərək qanunsuz zəbt etməklə orada sərbəst hərəkətə maneçilik yaratmış, onlara məxsus evin kifayət qədər böyüklükdə həyətyanı sahəsi olmasına baxmayaraq heyvanlarını saxlamaq üçün tövləni mülkiyyətində olmayan torpaq sahəsində onun evinin yanında tikmiş və qanunsuz zəbt etdiyi ərazidə əkin aparmaqla və heyvanlarını onun həyətinə buraxmaqla onun evinə xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, yuxarıda adı qeyd olunan qərarla onlara verilən 0,05 hektar torpaq sahəsinin bir tərəfi hazırda orada mövcud olan evlərinin ən az 4 metr arxasından başlayır, yəni vaxtında çəpər çəkilsə idi evin arxasındakı çəpər evə ən azı 4 metr uzaqlıqda olmalı idi. Ancaq hazırda Cavabdeh2 onların orada daimi yaşamamasından və xoş rəftarlarından sui-istifadə edərək öz həyətinin çəpərini onların evinin arxa divarının 1 metr yaxınlığına kimi çəkməklə onun həyətini qanunsuz zəbt etmiş və hətta həmin çəpərin bir tərəfini onun evinin divarına birləşdirməklə onların evinin ətrafında sərbəst hərəkətlərini qanunsuz olaraq məhdudlaşdırmışdır. Bundan əlavə, Cavabdeh2 hər il evinin arxa tərəfində özünə məxsus həyətdə və onun həyətinin qanunsuz olaraq zəbt etdiyi hissəsində kartof əkir, təbii olaraq daimi həmin kartof sahəsinə su verir və bunun nəticəsində ona məxsus evin arxa divarında çatlar əmələ gəlmişdir. O, dəfələrlə bununla əlaqədar olaraq öz iradını bildirsə də o, buna məhəl qoymayaraq öz bildiyini etmişdir. Əgər ona məxsus evin arxa hissəsində olan torpaq sahəsini qanunsuz zəbt etməsə idi, kartof sahəsini evin divarının yaxınlığına kimi əkə bilməzdi, nəticə etibarı ilə evin divarında çatlar əmələ gəlməzdi. Ancaq Cavabdeh2 bunu etdiyinə görə ev qəza vəziyyətinə düşmüş və evə maddi ziyan dəymişdir. Cavabdeh2 həmçinin yenə uzun illər ona məxsus evin həyətinin çəpəri olmamasından istifadə edərək öz mal-qarasını həyətə buraxmaqla evin ön tərəfində yerləşən pillək ənin dağıdılmasına səbəb olmuşdur. O, demək olar ki, hər il kəndə gedəndə evin ön tərəfində yerləşən həmin pilləkəni təmir etdirir. Evin pilləkəninə çəkdiyi təmir xərclərini və yaxın zamanda evə apardığı ustanın evdə əmələ gəlmiş çatlara baxaraq hesabladığı təqribi təmir xərclərini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 hərəkətləri nəticəsində onun evinə 2.500 manat miqdarında maddi ziyan dəymişdir. Bundan başqa Cavabdeh2 məxsus evin kifayət qədər böyüklükdə həyətyanı sahəsi olmasına baxmayaraq mülkiyyətində olmayan torpaq sahəsində onun evimin yanında heyvanlarını saxlamaq üçün qanunsuz özbaşına tövlə tikmişdir. Belə ki, həyat yoldaşı Fəridə Əskərova ürək xəstəsidir, ikinci qrup əlidir. Hər il istirahət etmək, əsəbdən uzaq olmaq üçün onu kəndə aparır. Lakin cavabdehlərin az qala evlərin in içində özbaşına tikdikləri tövlə onun istirahət hüququnu pozur və ailəsinin sağlamlığına təhlükə yaradır.
7. Lerik Rayon Məhkəməsinin 2(048)105/2017 saylı, 28 iyul 2017-ci il tarixli qətnаməsi ilə (sədrlik еdən hаkim Firdovsi Əliyev) birinci iş üzrə İddiaçı cavabdeh X2 qarşı tutulmuş avtomobil yolunun açılması və mənəvi ziyan tələbinə dair iddiası qismən təmin edilmiş, Lerik rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli, 41 saylı qərarı ilə JN-013A saylı Kod-80306168 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən (baza məlumatlarına əsasən) 40 kv.m. avtomobil və piyada yolunun Həmidulla Əskərovun zəbtindən azad edilməsi, İddiaçı iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh ikinci iş üzrə iddiaçı Həmidulla Əskərovun Cavabdeh2 qarşı qanunsuz zəbt olunaraq bağlanmış torpaq sahəsində sərbəst hərəkətinin təmin edilməsi, qanunsuz tikilinin sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, əlavə olaraq Cavabdeh1 aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 60 (altmış) manatın tutulub Kadastr və Yerquruluşu Layihə - Tədqiqat Mərkəzi MMC-nin hesabına və 100 (yüz) manatın tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət оlunmuşdur.
8. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 6.1, 23.1, 23.2, 152.1, 157.2-ci maddələrinə istinad etmişdir.
9. Birinci in stansiya məhkəməsinin qətnaməsindən birinci iş üzrə İddiaçı və ikinci iş üzrə iddiaçı X5 tərəfindən apelyasiya şikayəti verilmişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
10. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)2745/2017 saylı, 23 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi- Z.Babayev, hakimlər T.Heydərov və N.Mirzəyev) birinci iş üzrə İddiaçı və ikinci iş üzrə iddiaçı X1 apelyasiya şikayətləri təmin edilməmiş, Lerik rayon Məhkəməsinin 2(048)-105/2017 saylı, 28 iyul 2017-ci il tarixli qətnaməsi, birinci iş üzrə İddiaçı və cavabdeh, ikinci iş üzrə iddiaçı Həmidulla Əskərov tərəfindən verilmiş apelyasiya şikаyətlərinə əsasən dəyişdirilmədən saхlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırm a ilə razılaşmışdır.
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən birinci iş üzrə İddiaçı və ikinci iş üzrə iddiaçı X5 tərəfindən kassasiya şikayətləri verilmişdir. b) Kassasiya instansiyası məhkəməsindəki İ icraat
13. Azərbaycan Respubliakası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)2584/2018 saylı, 10 aprel 2018-ci il tarixli qərarı (sədrlik edən məruzəçi A.İsgəndərov, hakimlər Ə.Əhmədov və İ.Dəmirov) ilə birinci iş üzrə İddiaçı tərəfindən kassasiya şikayəti təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)2745/2017 saylı, 23 noyabr 2017-ci il tarixli qətnaməsi kassasiya qaydasında İddiaçı cavabdeh X2 qarşı tutulmuş avtomobil yolunun açılması və mənəvi ziyanın ödənilməsi tələbinə dair hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılmışdır.
14. Kassasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1092.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat
15. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Q.Kərimov, hakimlər İ.Əsədov və Z.Zeynalov) 10 fevral 2021-ci il tarixli 2(106)04/2021 nömrəli qətnaməsi ilə Birinci iş üzrə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş; Lerik Rayon Məhkəməsinin 2(048)-105/2017 saylı, 28 iyul 2017-ci il tarixli qətnaməsi ilə birinci iş üzrə İddiaçı cavabdeh (ikinci mülki iş üzrə iddiaçı) X2 qarşı Lerik rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli, 41 saylı qərarı ilə JN-013A saylı Kod80306168 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ə sasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən (baza məlumatlarına əsasən) 40 kv.m. avtomobil və piyada yolunun Həmidulla Əskərovun zəbtindən azad edilməsi, İddiaçı iddia tələbinin qalan hissədə təmin edilməməsinə aid hissədə İddiaçı apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saхlanılmışdır.
16. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 170.2, 175.3, 1096, 1097.1; Torpaq Məcəlləsinin 4, 20, 55, 68, 84, 110, 111, 111-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
17. İddiaçı qətnamə ilə razılaşmayaraq kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə işə baxarkən iddia tələbinə uyğun iddiaçının ərizəsində göstərdiyi hüquqi əsaslara görə hansı hüquqlarının pozulub-pozulmamasının əsaslarını müəyyən etməmiş, işin faktiki hallarına uyğun hüquq normalarını düzgün tətbiq etməmişdir. Həmçinin məhkəmə Ali Məhkəmənin göstərişlərinə əməl etməmiş, mübahisəli yerdə müainə aparmamış və sübutlara düzgün qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəx slərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Mülki Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olunmaqla icazə verilmir.
26. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 420. kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. 31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddəl ərində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir.
32. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. İlk növbədə qeyd olunur ki, hazırkı icraatda İddiaçı cavabdeh X2 qarşı tutulmuş avtomaşın yolunun açılması və mənəvi ziyan tələbinə qiymət verilir. Həmidulla Əskərovun iddiasının rədd edilməsi ilə bağlı qətnamə qanuni qüvvəsini almışdır.
36. İddiaçı özünə məxsus olan evə gedib-gəlmək üçün yol kimi istifadə etdiyi və cavabdeh tərəfindən tutulmuş sahənin zəbtdən azad olunmasını tələb edir.
37. Məhkəmələrin həmin tələblə bağlı qəbul etikləri qərarda deyilir: Lerik rayon Aqrar İslahat Komissiyasının 04 iyun 1998-ci il tarixli, 41 saylı qərarı ilə JN-013A saylı Kod-80306168 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gedən (baza məlumatlarına əsasən) 40 kv.m. avtomobil və piyada yolunun Həmidulla Əskərovun zəbtindən azad edilsin.
38. Məhkəmə həmin qənaətə gələrkən Lerik Rayon Məhkəməsinin 03 mart 2017-ci il tarixli qərardadı ilə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 iyul 2017-ci il tarixli rəyinə istinad etmişdir. Orada deyilir ki, İddiaçı və ailə üzvlərini n mülkiyyətinə verilmiş həyatyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun Həmidulla Əskərov tərəfindən iddia olunan yerdən tutulmaması, lakin baza məlumatlarına əsasən, İddiaçı və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun başqa yerdən 40 kv.m. hissəsinin Həmidulla Əskərov tərəfindən tutulması və tutulmuş yerdə uçulmuş tikilinin olduğu göstərilmişdir.
39. Məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. İddiaçı israr edir ki, cavabdeh onun yolunu özbaşına tutmuşdur. Həmin məsələnin müəyyən edilməsi üçün dəfələrlə mütəxəssis və ekspert rəyləri alınmışdır. Hər dəfə müəyyən edilmişdir ki, cavabdeh əvvəllər yol kimi istifadə olunan və iddiaçının açılmasını tələb etdiyi sahəni tutmuşdur. Məhkəmə isə yuxarıda qey d olunan qeyri-müəyyən rəyə istinad etməklə hansısa 40 kv.m sahənin zəbtdən azad olunmasını qət etmişdir. Hansı qaydada, necə, hansı tikilinin sökülməsi yolu ilə həmin yolun açılması məlum deyil. İddiaçı haqlı olaraq şikayətində qeyd edir ki, belə bir yolun açılması prosessə cəlb edilməyən qonşhunun hüquqlarını pozur, orada başqa bir tikilinin sökülməsi ilə nəticələnir.
40. Lakin, işə baxan məhkəmələr bu halları aydınlaşdırmamışlar.
41. Bundan başqa, iddiaçı cavabdehdən tutmuş olduğu yolun açılmasını tələb edir, ona alternativ yol verilməsini istəmir. Məhkəmələr isə iddiaçının israr etdiyi yolu deyil, alternativ yolun açlmasını qət etmişlər. Bu zaman həmin məsələ müzakirə edilməmiş, alternativ yolun açılması, hansı qaydada açılmasının mümkünlüyü, bununla bağlı mütəxəsis rəyi və.s aydınlaşd ırılmamışdır.
42. İşdə olan ekspert rəyi ilə (mülki iş səhifə 251), iddiaçıya verilən həyətyanı torpaq sahəsinə gedən avtomobil və piyada yolunun 300 kv.m-nin sərhədləri müəyən edilmişdir. Həmin sahənin cavabdeh tərəfindən tutulması təsdiq olunur.
43. Eyni zamanda “xxxx” MMC-nin Cəlilabad Layihə-Tədqiqat İdarəsinin mütəxəsisləri tərəfindən verilmiş rəyə əsasən mübahisəli yol Lerik rayon Kələxan Bələdiyyəsinini mülkiyyətinə aid torpaq sahəsidir və cavabdeh tərəfindən tam istifadə olunur. Həmin rəyə cizgi sxemi əlavə edilmişdir. Həmin sxemdə də torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunduğu təsdiq edilir.
44. Sonuncu dəfə məhkəmə qərardadı əsasında AB Consultinq şirkətinin verdiyi rəydə zəbt olunmuş torpaq sahəsinin (yolun) ölçüləri dəqiqləşdirilmişdir. Rəyə əlavə edilmiş cizgidən gö rünür ki, iddiaçının açılmasını israr etdiyi yol cavabdehin zəbt etdiyi sahənin düz ortasından keçir. Deməli ididaçının açılmasını tələb etdiyi yol məhkəmə qətnaməsi ilə müəyən edilmiş 40 kv.m-lik sahə ilə heç bir əlaqəsi yoxdur.
45. Həmin rəy əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 21 yanvar 2020-ci il tarixdə analoji rəy tərtib edilmişdir.
46. Deməli, iddiaçının açılmasını tələb etdiyi yol məhkəmə qətnaməsi ilə zəbtdən azad olunan sahə deyil. Ona görə iddiaçı qətnamədən kassasiya şikayəti vermişdir və o, şikayətində haqlıdır.
47. Əvvəlki kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq kənd bələdiyəsi maraqlı şəxs kimi prosesə cəlb edilmiş, mübahisə ilə bağlı onların mövqeyi öyrənlimişdir. Torpaq sahəsi mülkiyyətində oldan bələdiyə həmin ərazinin həqiqətən həmişə yol kimi istifadə olunduğunu və hazırda cavabdeh tərəfindən zəbt edilməsi, iddiaçının alternativ yoldan istifadə imkanlarının olmadığını təsdiq etmişlər.
48. Qeyd olunanlar məhkəmə qətnaməsinin işin hallarına uyğun olmaması qənaətini formalaşdırır ki, buda qətnamənin ləğv edilməsi üçün əsasdır.
49. İşə yenidən baxılarkən məhkəmə MPM-nin 14.3. maddəsinə əsasən məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməli, tərəflərin, bələdiyyənin fikrini dinləməklə iddiaçıya alternativ yolun açılması imkanları müzakirə edilməli, bunun hansı qadada mümkün olub-olmaması dəqiqləşdirilməli, lazım gələrsə mütəxəssis rəyi alınmalıdır.
50. Mübahisənin barışıqla yekunlaşdırılması mümkün olmadığı təqdirdə məhkəmə işdə olan mötəbər sübutlar əsasında iddiaçı nın tələbinin əsaslı olub-olmaması ilə bağlı yekun qərar qəbul edlməlidir.
51. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya Məhkəməsi mübahisənin həllində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.
52. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-04/2021 nömrəli 10 fevral 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.