Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3766/2021 22.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şikayətin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh, qətnamə ilə maraqlarına toxunulan şəxs X2 iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1092/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qərardadından özünü mülki iş üzrə işə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüqu q və vəzifələrinə toxunan şəxs kimi təqdim edən X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Beyləqan rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim N.Əliyev, iş № 2(020)-818/2019) iddia təmin edilərək, Cavabdeh “Toyota Prado” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobil üçün adına verilmiş 03 noyabr 2014-cü il tarixli, AC 702896 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi qət olunmuşd ur. Özünü mülki iş üzrə işə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs kimi təqdim edən X1 rayon Məhkəməsinin 2(020)-818/2019 saylı, 14 may 2019-cu il tarixli qətnaməsindən 26 oktyabr 2020-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Beyləqan rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim S.Seyfullayev, iş № 2(020)-818/2019) apelyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilməməsi əsası ilə maraqlı tərəf X3 qaytarılmışdır. Özünü mülki iş üzrə işə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs kimi təqdim edən Lalə Köçərli 20 noyabr 2020-ci il tarixdə Beyləqan rayon Məhkəməsinə müddətin bərpası barədə ərizə ünvanlayaraq məhkəmənin 2(020)-818/2019 saylı, 14 may 2019-cu il t arixli qətnaməsindən apelyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş buraxılmış prosessual müddətin bərpası barədə qərardad qəbul edilməsini xahiş etmiş, ərizəsinə apelyasiya şikayətini əlavə etmişdir. Beyləqan rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən hakim S.Seyfullayev, iş № 2(020)-818/2019) ərizə təmin edilərək, X2 Beyləqan rayon Məhkəməsinin 2(020)-818/2019 saylı, 14 may 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddəti üzrlü hesab edilərək bərpa edilmiş, mülki işin apelyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, maraqlarına toxunulan şəxsin məhkəmə qətnaməsindən narazı qalması və eləcə də ərizədə göstərildiyi üzürlü səbəblərdən apelyasiya şikayətinin vaxtında verə bilmədiyi nəzərə alınaraq müddət bərpa edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli qərardadı ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mirzəyev, iş № 2(106)-1092/2021) İddiaçı Cavabdeh qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Beyləqan rayon Məhkəməsinin 2(020)818/2019 saylı, 14 may 2019-cu il tarixli qətnaməsindən özünü mülki iş üzrə işə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs kimi təqdim edən X6 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Apelly asiya instansiyası məhkəməsi şikayətin qeyri-mümkün hesab edilib və mülki iş birinci instansiya məhkəməsinə qaytarılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Beyləqan rayon Məhkəməsinə müraciət edərək, “Toyota Prado” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh adına olmuş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yalnız iddiaçı və cavabdeh tərəf kimi qeyd olunduqları halda, Beyləqan rayon Məhkəməsinin iclasında iddiaçı və cavabdeh şikayət etməmişlər. X6 adlı şəxs işdə tərəf olmamış, işə baxılarkən işdə iştirak etməyə cəlb edilməmiş və qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunan hal ların olması müəyyən edilmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Hüquq və vəzifələrinə toxunan şəxs X6 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərardadının ləğvinin əsası kimi göstərilmişdir ki, Füzuli rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, qarşılıqlı iddia qismən təmin edilərək tərəflərin birgə nikah müddətində əldə etdikləri və L.Köçərlinin razılığı olmadan satılmış «Toyota Prado» markalı avtomobilin qeydiyyatının etibarsız hesab edilməsi, həmin avtomobilin üzərində X2 ½ hissədə payının müəyyən edilmə si, payın hazırkı bazar qiymətinin Cavabdeh alınıb X3 verilməsi qət edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə baxılanadək sabiq həyat yoldaşının atası İddiaçı Vüsala qarşı iddia qaldırıraq «Toyota Prado» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh adına verilmiş 03 noyabr 2014-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibasız hesab edilməsi barədə 14 may 2019-cu il tarixli qətnamənin çıxarılmasına nail olmuş və sonrakı qətnamələrin qəbul edilməsi vaxtı həmin qətnamədən istifadə olunmuşdur. Qətnamənin onun maraqlarının pozulmasına səbəb olması aşkardır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh, q ətnamə ilə maraqlarına toxunulan şəxs X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Digər tərəf məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlmədiyi üçün və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərardadından iş üzrə maraqlarına toxunulan şəxs kasasiya şikayəti vermişdir və bu baxımdan məhkəmənin qərardadı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinin tələbinə görə həmin hüquqa, işdə iştirak etmyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mül ki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 361, 363 və 366-cı maddələrində apelyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. Belə hüquqa malik olan şəxs apelyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyindən aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264-cü maddəsinin tələbinə uyğun olaraq apelyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlamamış, həmin apelyasiya şikayətinin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsi, o cümlədən qətnamənin özünü mülki iş üzrə işə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs kimi təqdim edən X2 hansı maraqlarına toxunması və bunun nə kimi sübutlarla təsdiqini tapması araşdırmamış, həmçinin yuxarıda qeyd edilən hallara əhəmiyyət verilməmiş, həmin əsasla apelyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki prosessual qanunvericiliyin tələblərini pozaraq apelyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərmişdir. İşin halları ilə müəyyən olunduğu kimi L.Köçərli və Cavabdeh arasında olan nikah 23.05.2013-cü ildə qeydiyyata alınmışdır. Mübahisəsi gedən nəqliyyat vasitəsi isə iş üzrə Cavabdeh 02.08.2016-cı ildə mülkiyyətinə keçmişdir. Tərəflər arasında olan nikah 25.04.2019-cu ildə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Buradan aydın olduğu kimi nəqliyyat vasitəsi tərəflərin rəsmi nikahda olduqları müddətdə cavabdehin mülkiyyət hüquq qeydiyyata alınmışdır. Bununla yanaşı o da qeyd olunmalıdır ki, hazırkı iş üzrə qəbul olunmuş qətnamədən əvvəl tərəflər arasında olan digər mübahisə üzrə qəbul olunmuş qətnamə ilə mübahisəsi gedən nəqliyyat vasitəsi ilə bağlı bağlanmış 28.10.2017ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və nəqliyyat vasitəsinə X2 ½ payı müəyyən olunmuşdur. İş üzrə qəbul olunmuş qətnamə ilə maraqlarına toxunulan şəxs L.Köçərli məhz həmin hallara istinad edərək apelyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi həmin hallara istinad edərək apelyasiya şikayətini mümkün hesab etmiş olsa da apelyasiya instansiyası məhkəməsi şikayət verən şəxsin hər hansı sübut təqdim etməməsinə və qəbul olunmuş qətnamə onun maraqlarının pozulmasına səbəb olmamasına əsaslanmaqla əsassız olan nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qərardad ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, mövcud olaraq bəyan edilmiş dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası Qərara aldı: Hüquq və vəzifələrinə toxunan şəxs X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1092/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3766/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3766/2021
22.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver