Məhkəmə qərarları › İş №2(102)-3767/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3767/2019

03.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3767/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X2 və vəkili Hüseynova Esmira Hüseyn qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ci il tarixli, 2(103)11370/2018 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 *** və İddiaçı2 kassasiya şik ayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 *** və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 17,5 kv.m təşkil edən və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 17,5 kv.m təşkil edən və müvafiq olaraq İddiaçı1 və İddiaçı2 faktiki sahibliklərində və istifadələrində olan qeyriyaşayış sahələrinə dair 19.09.2017-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin yanvar ayında İqbal Hümbətov adlı şəxs iddiaçılara yaxınlaşaraq icarə müqaviləsinə əsasən onların icarəsində və istifad əsində olan mübahisəli qeyri-yaşayış sahələrini hərracdan aldığını bildirmişdir. İddiaçılar bu faktı araşdırmaq üçün Auksion Mərkəzinə müraciət etmişlər. Auksion Mərkəzindən iddiaçılara 30.01.2018-ci il tarixli məktubun surəti təqdim edilmiş və bildirilmişdir ki, həmin qeyri-yaşayış sahələri hərracdan satılmışlar. Təqdim edilmiş məktubdan iddiaçılara məlum olmuşdur ki, guya onlar auksion barədə xəbərdar edilmiş, lakin auksionda iştirak etmək hüquqlarından istifadə etməmişlər. Bakı şəhəri NərimanovRayon Məhkəməsinin (hakim K.F.Əmirxanova) 17 may 2018ci il tarixli, 2(005)-2222/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova və X.Ə.Sarıyev) 21.12.2018-ci il tarixli, 2(103)-11370/2018 nömrəli qətnaməsi ilə üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, işdə iştirak etməyə cəlb edilməmiş, lakin qəbul edilmiş qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını bildirən şəxslər – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin və X1 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 may 2018-ci il tarixli qətnamə ləğv edilmiş, iddiaçılar İddiaçı1 *** və İddiaçı2 cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Hərracın təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi tələbi barədə” birgə verdikləri iddiaları təmin edilməmişdir. İddiaçılar İddiaçı1 *** və İddiaçı2 və onl arın vəkili X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçılar İddiaçı1 *** və İddiaçı2 və onların vəkili X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, 2018-ci ilin yanvar ayında X4 adlı bir şəxs onlara yaxınlaşaraq onların icarələrində və istifadələrində olan 17.5 kv.metr qeyriyaşayış sahəsini hərracda aldığını bidirdi. Bununla əlaqədar onlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət et mişlər. Auksion Mərkəzindən 30.01.2018-ci il tarixli məktub ilə onlara bildirdilər ki, guya onlar auksionda iştirak etmək hüquqlarından istifadə etməyiblər. Əslində isə keçirilmiş auksion barədə onlara məlumat verilməmiş və onlardan gizli keçirilmişdir. Apellyasiya instasiyası məhkəməsi işə tam, hərtərfli və obyektiv baxmamış, mübahisənin həlli üçün aidiyyatı olmayan maddi hüquq normalarını tətbiq etmiş, iddianın rədd edilməsinin hüquqi əsaslarını göstərməmiş, ümumi müddəalardan istifadə etməklə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə sübutlara MPM-nin 88-ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinin vəkili Hüseynova Esmira Hüseyn qızı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinin nümayəndəsi X2 vəkilin dediklərinə uyğun izahat verdi. İddiaçılar işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azə rbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 21.12.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsini ləğv edib iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Ə MDK ilə İddiaçı1 arasında bağlanmış 03.06.2010-cu il tarixli “Dövlət əmlakının icarəyə verilməsi haqqında müqavilə”yə əsasən, ƏMDK sədrinin 03.06.2010-cu il tarixli, 167 nömrəli sərəncamına əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 17,5 kv.m təşkil edən və Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə verilir. İcarənin müddəti 03.10.2010-cu il tarixdən 03.12.2010-cu il tarixədək müəyyən edilmişdir. Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə İddiaçı1 arasında bağlanmış 25.02.2013-cü il tarixli “İstismar yığımı müqaviləsi”nə əsasən, istismara verilən qeyriyaşayış sahəsi illik 10,50 manat hesablanmaqla istifadəyə verilmişdir. Həmin Birliyin 26.02.2013-cü il tarixli “Mədaxil qəbzi ”nə əsasən, İddiaçı1 tərəfindən 2013-cü ilin yanvar-dekabr ayları üçün istifadə haqqı olaraq 10,50 manat ödənilmişdir. Həmin Birlik ilə İddiaçı2 arasında bağlanmış 15.06.2016-cı il tarixli “İstismar yığımı müqaviləsi”nə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 17,5 kv.m təşkil edən qeyri-yaşayış sahəsi illik 10,50 manat hesablanmaqla istifadəyə verilmişdir. Birlik tərəfindən ƏMDK-nə ünvanlanmış 30.12.2016-cı il tarixli məktuba əsasən, mübahisəli qeyri-yaşayış sahəsinin İddiaçı2 adına icarə müqaviləsinin bağlanmasına və özəlləşdirilməsinə etirazları yoxdur. Auksion Mərkəzinin iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvanladığı 30.01.2018-ci il tarixli məktuba əsasən, istifadədə olan qeyri-yaşayış sahələrinin hərracdan satılmasına sənədlərin təqdim edilməsinə kömək göstərilməsi barədə 18.01.2 018-ci il tarixli ərizəyə Auksion Mərkəzində baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Əmlakının Hərraclar vasitəsi ilə satışı Qaydalarına” uyğun olaraq icarədarı olduqların qeyri-yaşayış sahələrinin hərrac vasitəsi ilə özəlləşdirilməsi barədə məlumat hərrac gününə ən azı 30 gün qalmış komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında, və www.privatization.az özəlləşdirmə portalında yerləşdirilmişdir. Qanunvericiliyə müvafiq olaraq hərracın başlanılmasına ən geci üç bank günü qalanadək sifariş vermiş və özəlləşdirilən obyektin ilkin satış qiymətinin 10 faizi həcmində beh keçirmiş hüquqi və fiziki şəxslər hərracda iştirak edə bilərlər. Onlar (iddiaçılar) həmin hər racda iştirak etmək hüququndan istifadə etməmişlər. ƏMDK-nin iddiaçılara ünvanladığı 12.02.2018-ci il tarixli məktuba əsasən, İddiaçı1 icarəsində olmuş qeyri-yaşayış sahəsinin kənar şəxs tərəfindən özəlləşdirilməsi ilə bağlı 18.01.2018-ci il tarixli ərizəsinə ƏMDK-də baxılmışdır. Bildirilmişdir ki, mübahisəli qeyriyaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin 23.12.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnaməyə” uyğun olaraq özəlləşdirilməsi barədə 23.12.2016-cı il tarixdə qərar qəbul edilmiş və həmin sahə satın alınması üçün 100 faiz dəyəri ilə onlara təklif olunmuşdur. Bu haqda onlara 28.12.2016-cı il tarixli, **********22 nömrəli bildiriş göndərilmişdir. Lakin mövcud qanunvericilikdə müəyyən edilm iş müddət ərzində onlar (iddiaçılar) tərəfindən alğı-satqı müqaviləsinin bağlanması təmin edilməmişdir. Bu səbəbdən həmin qeyriyaşayış sahəsinin hərrac vasitəsi ilə satılması barədə qərar qəbul edilmiş və komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında, və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Sözügedən obyektin satışı üzrə keçirilən hərraclarda onlar iştirak etməmişlər və 5 dəfə hərraca çıxarılmış həmin obyekt 5-ci hərracın qalibi tərəfindən satın alınmışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçılar Suraxanı MKTB-nin balansında olan qeyri-yaşayış sahələrinə istifadə hüququ əldə etmiş və bu hüquq müvafiq qaydada rəsmiləşdirilmişdir. İşin hallarına əsasən, qeyri-yaşayış sahələrinin hərrac vasitəsi ilə satılması b arədə ƏMDK tərəfindən qərar qəbul edilmişdir. İddiaçılar bildirirlər ki, mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair hərracın keçirilməsi barədə onlara hər hansı məlumat verilməmiş, həmin obyektlər qanunsuz və gizli yolla mənimsənilmişdir. ƏMDK ilə İddiaçı1 arasında bağlanmış 03.06.2010-cu il tarixli “Dövlət əmlakının icarəyə verilməsi haqqında müqavilənin” 3.1-ci maddəsinə görə, müqavilənin müddəti 03.06.2010-cu il tarixdən 03.12.2010-cu il tarixədək müəyyən edilmişdir. Digər İddiaçı2la isə belə bir müqavilənin bağlanması iş materialları ilə təsdiq olunmur. Belə olan halda Məhkəmə müəyyən etmişdir ki, istifadəsində olan mübahisəli qeyriyaşayış sahəsinə yalnız İddiaçı1 icarəçi statusu yaranmışdır. Lakin həmin müqavilənin müddəti bitdiyindən müqavilə qüvvədən düşmüş və İddi açı1 icarəçi statusuna xitam verilmiş hesab edilməlidir. İş materiallarında olan “İstismar yığımı müqavilələri” isə mübahisəli qeyri-yaşayış sahələrinin iddiaçıların istismarına verilməsini müəyyən edir. Həmin müqavilələr tərəflər arasında icarə münasibətlərinin yaranmasını və rəsmiləşdirilməsini təsdiq etmir. Belə olan halda, müəyyən edilir ki, hərracın elan olunduğu vaxt iddiaçılar hərracda iştirak etmək hüququ olan hər hansı şəxslə eyni statusda olmuş, onların mübahisəli qeyriyaşayış sahəsinin satın alınmasında hər hansı üstünlük hüququ olmamışdır. Onların ümumi qaydada hərrac barəsində məlumat almaq hüquqları olmuşdur ki, həmin məlumat da kütləvi informasiya vasitələrində yerləşdirilmişdir (müvafiq məlumatların www.emdk.gov.az saytında dərc edilib-edilməməsini Məhkəmə özü araşdırmış və bu saytda həmin elanların mövcud olmasını müəyyən etmişdir). Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Mülki Məcəllənin 415-ci maddəsinə görə, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər (maddə 415.1.). Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini o nun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir (maddə 415.2.). Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir (maddə 415.3.). Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir (maddə 415.4.). Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir (maddə 415.5.). Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar (maddə 415.6.). Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər (maddə 415.7.). Həmin Məcəllənin 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırki halda Mülki Məcəllənin 415-ci maddəsində nəzərdə tutulmuş qaydaların cavabdeh Auksion Mərkəzi və iş üzrə üçüncü şəxslər ƏMDK və DƏDRX Əİ tərəfindən pozulması müşahidə olunmadığından mübahisəli qeyri-yaşayış sahələrinə dair 19.09.2017-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi əsaslı sayıla bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 *** və İddiaçı2 kassasiya şikayəti təmin edilməsi n. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ci il tarixli, 2(103)-11370/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar