Məhkəmə qərarları › İş №2(102)-3767/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3767/2024

19.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3767/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxs qismində cəlb edilmiş-X2) qarşı iş üzrə QƏRARİ Açar sözlər: dəymiş zərərin ödənilməsi 19.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı İB-nin Cavabdeh qarşı (X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3010/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsindən i ddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İB ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə məxsus evdə olan qaz avadanlıqları “dəmir peç” və “radiator”dur.

2. Cavabdehin adına olan abonentin saldosuna (abonent kodu **********00220) əsasən iddia ərizəsində göstərilmiş aktlar əsasında 2020-ci ilin iyul ayından 2023-cü ilin iyul ayınadək cavabdehə cəmi 14.521,68 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İB iddia əri zəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən vurulmuş 14.919,44 manat məbləğində zərərin, hüquqi yardım üçün ödənilmiş 400 manat pulun və 135,96 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 15.455,96 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il 03-3730 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəf indən **********00220 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner G-4 Smart **********854 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşu lmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 216 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 266.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 504 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx. 2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669.60 manat, xx.xx.2022ci il tarixli ******* saylı akt əsasında 669.60 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1088.64 manat, xx.xx.2022ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362.88 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2023-ci il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2023-ci il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2023-ci il tarixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2023-ci il t arixli ******* saylı akt əsasında 734.40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 725.76 manat olmaqla, ümumilikdə 14351.04 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Göstərilənlərə əlavə olaraq bildirilmişdir ki, cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 5.684 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda ümumi olaraq 14.919,44 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Daha sonra iddiaçı məhkəməyə ə rizə ilə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində texniki cəhətdən olaraq 14.919,44 manat qeyd edilmiş, ancaq cavabdehin hazırkı borcuna müvafiq olaraq iddia tələbi 20.635 manat təşkil etməkdədir. İddia ərizəsinin tələb hissəsinin 20.635 manat kimi qəbul edilməsi xahiş edilmişdir.

6. Məhkəmə tərəfindən ünvan 2 ünvanına yerində müayinə təyin olunmuş, lakin iş üzrə cavabdeh iştirak etmədiyindən ünvana baxış keçirilməsi mümkün olmamışdır. Yerində müayinə zamanı müəyyən olunmuşdur ki, ünvanın darvazasının önündə olan qaz xəttinə sayğacdan kənar xətt vasitəsilə qoşulmuşdur və ünvanda hazırda həmin xətt vasitəsilə qazdan istifadə olunur. Yerində müayinə zamanı dindirilmiş İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti Qazın balansı və satış şöbəsində nəzarətçisi X4 bildirmişdir ki, hazırda 3 aydır ki, İddiaçı Türkan qəsəbəsi üzrə ərazi şöbəsində işləyir. 3 aydır ki, hazırki ünvana nəzarət edir və ünvanda təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə edilməsini aşkar edir, aşkar edilmiş xətt kəsilir, lakin yenidən qoşularaq həmin xətt vasitəsilə qazdan istifadə olunur. Lakin aktlar tərtib olunan zaman ünvana baxış keçirilməmiş, ünvanda olan qazdan istifadə edilməsi üçün avadanlıqlar müəyyən olunmamışdır.

7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)234/2024 nömrəli qətnaməsi ilə (hakim İlham Cəfərzadə) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 725,76 manat, debitor borca görə 252,3 manat, cəmi 978,06 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutularaq İddiaçınə ödənilməsi, id dia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan 105,96 manat hissəsinin İddiaçı özünə aid edilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, cavabdehdən qeyri-qanuni xəttlər vasitəsilə qazdan istifadə edilməsinə görə tərtib edilmiş aktlar əsasında dəymiş zərər tələb olunmasına baxmayaraq, həmin aktların etibarlı hesab edilməsinə, o cümlədən həmin aktların tərtib edilməsinə əsas olmuş bütün halların mövcud olmasına dəlalət edən sübutlar məhkəməyə təqdim edilməmiş, eyni zamanda həmin aktlar «X3»nın tələblərinə uyğun qaydada tərtib edilməmişdir. Belə ki, aktlar tərtib olunan zaman ünvanda yaşayan şəxslərin iştirakı təmin edilməmiş, ünvana baxış keçirilməmiş, aktların nüsxələri abonentə və ya ailə üzvlərinə təqdim edilməmişdir. Odur ki, məhkəmə tərtib edilmiş aktları iş üzrə sübut kimi qəbul edilməsini mümkün hesab etmir.

9. Lakin məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, qazın alqı-satqısı barədə müqavilə iş üzrə cavabdeh ilə iddiaçı arasında bağlanmış və cavabdeh həmin müqavilə əsasında üzərinə müvafiq öhdəliklər götürmüşdür. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Belə ki, iş üzrə müəyyən olunur ki, ünvanda qeyri qanuni xətt vasitəsilə təbii qazdan istifadə olunur.

10. Məhkəmə, təbii qazdan istifadə edilmə müddətini müzakirə edərək hesab etmişdir ki, tərtib edilmiş aktları iş üzrə sübut kimi qəbul edilməsi mümkün olmasa da, iş üzrə müəyyən edilmiş halları nəzərə alaraq abonent saldosu üzrə son 3 ay müddət əsas götürülməli və həmin müddətdə sayğacdan kənar xətt vasitəsilə istehlak edilmiş qazın dəyəri cavabdehdən tutulmalıdır. Həmin aylar, yəni 2023-cü ilin yanvar, fevral və mart ayları üçün «X3»nın 6.5-1 və 6.5-3-cü bəndlərinə və abonent saldosunda göstərilən avadanlıqlara əsasən 90 gün müddətində qazdan istifadə edilən avadanlıqlar PQ-4 üçün qaz sərfi 1.2 m3 /saat olmaqla orta günlük iş rejimi 12 saat, QSSQ (qeyri standard su qızdırıcısı) üçün qaz sərfi 3 m3 /saat olmaqla orta günlük iş rejimi 12 saat, dəmir soba üçün qaz sərfi 1.4 m3 /saat olmaqla orta günlük iş rejimi 12 saat qəbul edilməklə istifadə edilmiş qazın dəyəri 604,8 manat (1.2 x 12 x 90 =1296 m3 + 3 x 12 x 90 = 3240 m3 + 1.4 x 12 x 90 = 1512 m3, cəmi 6048 m3 x 0,12 manat = 725,76 manat).

11. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən sayğacdan kənar xətt vasitəsilə qazdan istifadə edilməsinə gö rə dəymiş zərərin əvəzi olaraq 725,76 manat məbləğində pul tutulmalıdır.

12. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdehin istifadə edilmiş qaza görə dəyəri ödənilməmiş 252,3 manat debitor borcu vardır. Odur ki, məhkəmə hesab edir ki həmin məbləğdə borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 21, 21.2, 1096.1, 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 20, 21.1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 5.2, 5.5, 6.5, 6.5-1, 6.5-3, 6.54, 6.6, 6.7-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77, 119.1-ci maddələrinə, “Dövlət rü sumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Qeyd edilənlərlə yanaşı bildirmişdir ki, aktların əsaslığı həqiqiliyini məhkəmə yerli baxış zamanı müşahidə etsə də qətnaməsində tam olaraq etinasız yanaşmışdır. Belə ki, hər vaxt olduğu kimi cavabdeh yerli baxış zamanı sayğacsız qeydiyyata alınmayan şəkildə istifadə et miş və istifadə etməsini imkansızlığı ilə əlaqələndirmişdir. Məhkəmə isə cavabdeh tərəfindən qətnamədə təbii qazın talanmasını dəstəkləmişdir. Aktlar təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Məhkəmə, aktlarına abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin bildirmişdir ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış, məhkəmə isə bu halları iddia müddətini keçməsini əlaqələndirsə də hazırkı, təbii qazın talamasına heç bir hüquqi münasibət bildirməmiş və bu da iddia müddəti keçməmiş aktların təmin edilməməsinə əsas vermir. Bundan əlavə, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Cavabde h nəinki istifadə etdiyi təbii qazın həcmini ödəməmiş, bundan əlavə sayğacsız təbii qazdan istifadə edərək iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Həmçinin, məhkəmə qətnamədə öz mülahizəsi ilə abonent tərəfindən təbii qazın talanmasını hesablamışdır. Halbuki, qətnamənin əsaslı olması üçün məhkəməmühasibatlıq ekspertizasını təyin edə bilərdi.

16. Dəmir soba və yaşayış evlərində adətən istifadə olunan PQ4 (4 gözlü qaz plitəsi) tipli qaz avadanlığının (“radiator”un konkret olaraq hansı qaz avadanlığı olduğu qeyd edilmədiyindən) iddiaçı tərəfindən təqdim edilmiş aktl ar üzrə dövr nəzərə alınaraq sərfiyyatın hesablanması məqsədilə iş üzrə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4288 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, PQ-4 (duxovkalı) tipli qaz avadanlığının yaz-yay mövsümü üzrə bir ay (30 gün) istifadəsi zamanı istifadə olunan təbii qazın miqdarı (30 gün x 4 saat x 1.2 m3/saat) 144 m3, payız-qış mövsümü üzrə bir gün istifadəsi zamanı istifadə olunan təbii qazın miqdarı (30 gün x 6 saat x 1.2 m3/saat) 216 m3 təşkil edir. Dəmir sobanın payız-qış mövsümü üzrə bir ay (30 gün) istifadəsi zamanı istifadə olunan təbii qazın miqdarı (30 gün x 18 saat x 1.4 m3/saat) 756 m3 təşkil edir. Dəmir sobanın yaz-yay mövsümü üzrə istifadəsi nəzərdə tutulmadığı üçün həmin mövsüm üzrə hesabat aparılmır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3010/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə 1.329,55 manat məbləğində borc, vəkil yardımına görə 200 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun 30 manatı tutularaq İddiaçı İB-yə ödənilməsi qət edilmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinə elektron kabinet vasitəsilə yalnız cavabdehin barəsində tərtib edilmiş 7 akt (xx.xx.2022 tarixli, ******* nömrəli; xx.xx.2022-ci il tarixli, ******* nömrəli; xx.xx.2023-ci il tarixli, ******* nömrəli; xx.xx.2023-ci il tarixli, ******* nömrəli; xx.xx.2023-cü il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli) təqdim etmiş, iddia ərizəsində göstərilən digər aktları, habelə 5.684 manat məbləğində qalıq borcun hansı əsaslarla yarandığını və hansı sənədlər əsasında tələb edildiyi barədə sübutlar təqdim etməmiş, habelə kollegiyanın iclaslarında iddiaçının nümayəndəsi iştirak etməmiş və buna aydınlıq gətirməmişdir.

19. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə istifadə edilmiş qaza görə dəyəri ödənilməmiş 252,3 manat debitor borcunun tutulması da qət edilmiş, cavabdeh tərəf qətnaməni mübahisələndirməmişdir.

20. Bundan ba şqa, təqdim edilmiş qeyd olunan aktlarda PQ4, QSSQ, Dəmir soba, İran sobası və gündəlik iş rejimi 24 saat nəzərə alınsa da, işdə olan tərəflər arasında bağlanmış müqavilədə cavabdehin istifadəsində olan qaz avadanlıqları olaraq “dəmir peç” və “radiator” göstərilmişdir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 7 akt üzrə 5 akt payız-qış ayları, 2 akt isə yaz aylarını əhatə etdiyindən hesabat aşağıda göstərilən qaydada aparılmalıdır. Belə ki, 5 ay üçün dəmir sobanın sərfiyyatı 3.825 m3 (5 ay x 765 m3), 7 ay PQ4-nın sərfiyyatı isə 1.368 m3 (5 ay x 216 + 2 ay x 144 m3 ), ümumilikdə iki avadanlığın sərfiyyatı 5.193 m3 təşkil edir.

22. Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarına əs asən ölkədə əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifi illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. Belə olan halda 5.193 m3 sərfiyyatın 1.200 m3 0,12 manatdan nəzərə alınsa 144 manat, növbəti 1.300 m3 0,2 manatdan nəzərə alınsa 260 manat, qalan 2.693 m3 (5.193 – 2.500) 0,25 manatdan nəzərə alınsa 673,25 manat, ümumilikdə iddiaçı tərəfindən təqdim edilmiş aktlar üzrə qaz sərfiyyatının məbləği 1.077,25 manat təşkil edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini təmin etməmişdir. Cavabdeh əldə etdiyi İddiaçı İB-nin mülkiyyətindəki qazdır bu qazı isə müqavilədə nəzərdə tutulmuş şəkildə yox qeyri-qanuni əldə etməsinə və qeyriqanuni qazı əldə etmiş cavabdeh vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. İşin halları üzrə mühüm əhəmiyyət kəsb edən abonentin saldosu düzgün və hərtərəfli araşıdırılmamışdır.

25. Məhkəmələr işin obyektiv araşdırılmasına maraqlı olmamış mülki iş üçün nə ekspertiza keçirilmiş, nə də yerli baxış həyata keçirilmişdir. Bununla yanaşı məhkəmələr işin faktiki halını müəyyən etmək məqsədi ilə yerində müayinə aparmamışdırlar.

26. Kassasiya şikayəti Mülki Məcəllənin 21, 157.5, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 77, 88, 97-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X3”

32. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

33. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

34. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

35. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş z ərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (xx.xx.2023-cü il tarixinədək olan redaksiya). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətin ə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayar aq yoxlanılmalıdır

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddianın təmin o lunmuş hissəsi istisna olmaqla, digər tələb olunan məbləğlərin tutulmasına əsas ola biləcək sübutlar təqdim olunmamışdır. İddiaçı apellyasiya şikayətində də eyni dəlillərdən çıxış etsə də məhkəmə iclasında iştirak edərək tələbinin əsaslılığına dair araşdırmada iştirak etməmişdir. Belə olan halda apellyasiya instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq cavabdehdən tutulmalı olan borcun həddini müəyyən etmişdir.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldi yi nəticə və əsaslandırma ilə razılaşır.

50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv e dilməsi üçün əsas təşkil etmir.

52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3010/2024 saylı mülki iş üzrə 22 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar