Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3769/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk; Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-3769/2022 (Açar sözlər: şərəf və ləyaqətin müdafiəsi, zərərin əvəzinin ödənilməsi tələbləri) Bakı şəhəri, 03 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-495/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçı bildirmişdir ki, Cavabdeh müvafiq dövlət orqanlarına və informasiya vasitələrinə onun barəsində ərizə yazaraq həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini ləkələyən məlumatlar yaymışdır.
2. Eyni zamanda Cavabdeh məhkəməyə müraciət edərək İddiaçı onun barəsində etdiyi şikayət və qaldırdığı iddianın ona zərər vurduğunu iddia etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən maddi ziyana görə 1000 manat, mənəvi ziyana görə 50.000 manat məbləğində pulun tutulması və yayılmış məlumatların təkzib olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İlkin iddia onunla əsaslandırmışdır ki, Cav abdeh onunla bağlı ərizə ilə müraciət etmişdir. Ərizənin bir hissəsi X4 işi ilə bağlıdır. Digər hissəsi isə ona qarşı böhtan xarakterli məlumatlardır. Ərizədə qeyd olunur: “Azərbaycan Dövləti əleyhinə separat fəaliyyət göstərən “Tolişi Sədo” qəzetinin Baş redaktoru Hilal Məmmədovun yaxın qohumu, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma İdarəsinin işçisi Mehtiyev İmran Məhərrəməli oğlunun sifarişi və özlərinin maddi və ya digər maraqları naminə Sumqayıt şəhər İcra şöbəsi 28 avqust 2017- ci il tarixli qanuni qüvvəsini almış Ali Məhkəmənin qərarını icra etmir. O, heç vaxt Hilal Məmmədovun qohumu olmamış və həmin şəxsi ümumiyyətlə tanımır. Heç vaxtda təmasda olmamışdır. Ağlı kəsdiyi gündən Azərbaycan Dövlətinin maraqları uğrunda mübarizə aparmışdır. Əvvəlki ərizələrində Cavabd eh onun guya Əlikram Hümbətovun yaxın qohumu olmasını qeyd etmişdir. Deməli onun Cavabdeh məntiqi ilə cənub zonasından olan separatçılarla qohumluğu var. Bundan başqa qeyd edir ki, guya o, Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə təsir edib Ali Məhkəmənin qərarının icrasını dayandırmışdır. Absurd, qansız yalandır. Ərizədə qeyd edib ki, “İmran Mehtiyev kiçik oliqarxdır. İlqar Rəciyev onun əli ilə mənə bu dələduzluq əməlini törədib və onun himayəsi sayəsində bu günə qədər məsuliyyətdən kənarda qala bilib.” O, heç vaxt oliqarx olmamışdır, əksinə İİ qrup Əfqanistan müharibəsi əlildir. Bu baxımdan Hümbətov Nizami müxtəlif şəxslərin mülkiyyətində olan əmlakları onun ayağına yazmaqla hesab edir ki, o, oliqarx və korrupsiya uğramış məmurdur. Bununla bağlı Cavabdeh ərizələrinə hər hansı bir tutarlı sənəd əlavə etməmişdir. Ərizənin sonrakı hissəsində hələ 2011-ci ildə cinayət işinin başlanması rədd olunmuş faktı guya Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsinin işçisi kimi əvvəllər 8000 ABŞ dolları, hal-hazırki ərizədə isə 8000 manat rüşvət aldığını qeyd edir. Bu fakta artıq qiymət verilmişdir. Ərizədə qeyd olunur ki, “Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin Tikintiyə Nəzarət şöbəsinin işçisi Mehtiyev İmran Məhərrəməli oğlunun ona məlum olan əmlakının siyahısı təqdim edirəm: Qurd dərəsi adlanan bağlar massivində 20 sot ərazidə dəyəri 300000 manat olan 3 mərtəbəli bağ evi; Sumqayıt şəhəri, 1-ci mkr. 5 saylı məktəbin stadionunda tikilmiş yeni binada hər birinin dəyəri 150000 manat olan 2 ədəd 3 otaqlı mənzil; Sumqayıt şəhər İcra Hakimiyyət inin arxasında dəyəri 200000 manat olan 4 metr enində 7 metr uzunluğunda qanunsuz artırılmış eyvanı olan mənzil; Sumqayıt şəhəri, 5-ci məhəllədə dəyəri 180.000 manat olan kafe; Sumqayıt şəhərində 32 saylı marşurut; Sumqayıt şəhəri 10-cu mkr ərazisində 11 dənə hər birinin dəyəri 100000 manat olan avtomobil təmiri sexi, 1 dənə ehtiyat hissələri dükanı; elə həmin ərazidə dəyəri 180000 manat olan bir kafe, dəyəri 300000 manat olan bir restoran” yuxarıda göstərilən əmlaklarla bağlı sənədləri məhkəməyə təqdim edəcəkdir. Ərizədə göstərilən 32 saylı marşurut ona deyil, Əlillərin Sosial Problemlərinə X11 verilmişdir. Göstərilən ictimai birlik hal-hazırda da, fəaliyyət göstərir. Təqdim olunmuş sənədlərdən də, görünür ki, cavabdeh reallıqda olan vəziyyət ilə beynində tutduğu vəziyyəti eyniləşdirir. B u da nəticə etibarı ilə onun şərəf və ləyaqətini, nüfusunu, Sumqayıt ictimaiyyəti qarşısında alçalmasına səbəb olur. Onun yazdığı ərizəni oxuduqdan sonra ona qarşı mənfi hisslər yaranır. Hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
5. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia qaldıraraq cavabdehdən ona vurulmuş maddi ziyana görə 5.000 manat, mənəvi ziyana görə 100.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, İddiaçı ona mənəvi, psixoloji zərər vurmqala şərəf və ləyaqətini nalayiq formada alçatmışdır. Belə ki, İddiaçı xüsusi ittiham qaydasında Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onun Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cin ayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh 2011-ci ildən hal-hazırki vaxtadək müxtəlif dövlət orqanlarına və inzibati orqanlara onun barəsində böhan xarakterli yazılarla müraciət etmiş, şərəf və ləyaqətini nalayiq formada alçatmışdır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarmışdı. Ərizənin məzmunu iddia ərizəsinin məzmunu ilə eynidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittaham qaydasında şikayət edən Mehtiyev İmran tərəfindən qanunvericiliyin tələblərinə riyayət edilməmişdir. Belə ki, şikayətdə onun barəsində Azərbaycan Respublikası CM-ni n 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, onun CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan əməli törətməsini müxtəlif orqanlara yazdığı ərizə və şikayətlərdən başqa hansı sübutlarla təstiq edilməsi, hansı kütləvi çıxışda, KİV-də törədilməsi göstərilməmiş, məhkəməyə belə sübutlar təqdim edilməmişdir. O, müharibə veteranı, 2-ci qrup əlildir, döyüşdə göstərdiyi igidlik və şücayətə görə bir orden, 8 medalla təltif olunmuşdur. Eləcə də Dövlətin çətin günlərində ictimai asayişin qorunub saxlanılmasında fəal iştirak etmişdir. Sumqayıt şəhərinin ictimai həyatında fəal iştrak etdiyindən və uzun müddət ictimai təşkilatın rəhbəri olduğundan ictimaiyət tərəfindən tanınan bir şəxsdir. Mehtiyev İmranın açıq məhkəmə iclaslarında iştrak edən şəxslərin göz ü qarşısında onu bilə-bilə, qəsdən öz vəkili və nümayəndəsi vasitəsi ilə cinayətlərdə ittiham etməklə şərəf və ləyaqətini ləkələyən məlumatları yayaraq nüfuzuna ciddi ziyan vurmuşdur. Qanunsuz məhkəmə qərarı nəticəsində həbs olunacağı təhlükəsi altında aylarla davam edən məhkəmələr zamanı iztirab və mənəvi sarsıntı keçirmişdir. Nəticədə sağlamlığına ciddi zərər dəymişdi. Sağlamlığının bərpasına xeyli məbləğdə pul xərcləyərək onu bərpa etdirdiyi üçün ona maddi ziyan vurulub. Özü kimi övladları da Dövlətinə, Prezidentinə və millətinə sədaqətlə xidmət edirlər. Oğlu Xüsusi Təyinatlı Qoşunda Baş Leytenant rütbəsində Dövlətinə, Millətinə və Prezidentinə sədaqətlə xidmət edir. 44 günlük Vətən müharibəsinin getdiyi qızğın dövürdə Mehtiyev İmran Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verməsini bi lən səngərdə raket zərbələri altında Dövlətin ərazi bütövlüyü uğrunda döyüşən bir zabitin müharibə veteranı, əlil atasını dövlətin məmuru yalan olduğunu bilə-bilə qanunsuz yolla həbs etdirməklə təhdid etməsi onunla bərabər oğluna da mənəvi və pisxoloji sarsıntı yaşatmışdı. Bir fikri atasının şərlənərək həbs olunacağında, bir fikri isə raket zərbələri altında düşmənlə döyüşdə olduğundan nəticədə oğlu X9 düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində "Barotravma" xəsarəti almışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin işçisi Mehtiyev İmran Məhərrəməli oğlu reallıqda olan vəziyyət ilə beynində tutduğu vəziyyəti eyniləşdirir. Bu da nəticə etibarilə Vətənin ərazi birliyi uğrunda döyüşən zabitin müharibə veteranı, 2-ci qrup əlil atası olaraq onun şərəf v ə ləyaqətini, nüfuzunu Sumqayıt ictimaiyyəti qarşısında alçalmasına səbəb olur. Onun ittihamlarını iddialarını oxuduqdan və dinlədikdən sonra ona qarşı mənfi hislər yaranır. Odur ki, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2021-ci il tarixli 4/617 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki iş materiallarındakı Cavabdeh adından müxtəlif dövlət orqanlarına ünvanlanan ərizələrdə istifadə edilən “...Mehtiyev İmran Məhərrəməli oğlu ilə əlbir olaraq mənə qarşı dələduzluq edərək... “Onların mənə qarşı törətdiyi bu dələduzluq əməli barədə...”, “İmran Mehtiyev məni şantaj edərək...”, “...məndən 8000 manat rüşvət almış...”, “İmran Mehtiyev heç bir vergi ödəmədən tək 32 sa ylı marşrutdan ******* manat cinayət yolu ilə əldə edib”, “Qanunsuz tikililərə görə küllü miqdarda rüşvət alır”, “öz cinayət əməllərin açıq-aşkar nümayişyana davam etdirir”, “İddiaçı da bunu bilərək qəsdən mənə qarşı dələduzluq edərək...”, “Mehtiyev İmran Məhərrəməli oğlu Sumqayıt şəhər Bələdiyyəsinin keçirdiyi hərracda 61 manata aldığım torpaq sahəsində tikinti tikməyimə icazə almaq adı ilə məni aldadaraq 8000 ABŞ dolları məbləğində pulumu alaraq mənimsəmişdi”, “...min bir zillətlə topladığım vəsaitimin dələduzlar tərəfindən mənimsənilməsi”, “...mənə qarşı dələduzluq əməlləri törətmiş İmran Mehtiyevin...”, “...8000 ABŞ dolları məbləğində pulumu alaraq mənimsəmişdi”, “Mehtiyev İmran Məhərrəməli oğlunun pulu və korubsoner əlaqələri imkan vermir”, “Mehtiyev İmran tərəfindən törədilmiş mənə m əlum olan bütün cinayət əməllərini...”, “Mehtiyev İmranın cinayət əməlləri bununla bitmir” cümlələrində İddiaçı rüşvət alması, dələduzluq, şantaj və cinayət xarakterli əməllərlə məşğul olması fikirləri həqiqəti əks etdirmədiyi və həmin ərizələr yayılmış hesab edildiyi təqdirdə İddiaçı şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən məlumatlardır. Həmin ifadələrin həqiqəti əks etdirib-etdirməməsi və tədqiq olunan ərizələrin yayılmış hesab edilib-edilməməsi ekspert-linqivistin səlahiyyətlərinə aid olmayıb, hüquqi araşdırma tələb edən məsələlərdir.
8. Sumqayıt şəhər məhkəməsinin (X1) 2(060)-1130/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi olaraq 300 (üç yüz) manat, İddiaçı şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuz unu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə mənəvi zərərin əvəzi olaraq 500 (beş) manatın İddiaçı xeyrinə tutulması qət edilmiş, ilkin iddia qalan hissədə, habelə qarşılıqlı iddia rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh müxtəlif dövlət orqanlarına müraciətində göstərmişdir ki, “Nəzərinizə çatdırmaq istəyirəm ki, X6 adlı şəxs onun mülki ətində olan “BMW-318” mart at, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili 09 iyun 2009-cu il tarixdə altı min ABŞ dolları müqbilində etibarnamə ilə mənə satmış və alqı-satqı barədə öz xətti ilə qəbz yazaraq vermişdi. Lakin sonradan aramızda “BMW-318” markalı ** BT *** dövlət nömrə nişanlı avtomobilə dair alqı-satqı baş tutmamış, İ.Rəciyev aldığı altı min ABŞ dolları məbləğində pulun müqabilində mənə 30 il müddətinə et ibarnamə vermiş, avtomobili rəsmi olaraq satmamışdı. Avtomobil İ.Rəciyevin mülkiyyətində qalmışdı. Hansı ki, o, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma idarəsinin işçisi Mehtiyev İmran Məhərrəməli oğlu ilə əlbir olaraq mənə qarşı dələduzluq edərək mülkiyyət hüququndan istifadə etməklə mübahisə predmetı olan avtomobili xx.xx.2012-ci il tarixdə X7 alqı-satqı müqaviləsi əsasında satmışdı” “Onların mənə qarşı törətdiyi bu dələduzluq əməli barədə hüquq mühafizə orqanlarına etdiyi çoxsaylı şikayətlərə baxılaraq hüquqi qiymət verilməsinə isə Mehtiyev İmran Məhərrəməli oğlunun pulu və əlaqələri imkan verməmişdi.” “Azərbaycan Dövləti əlehinə separat fəaliyyət göstərən “Tolışi Sədo“ qəzetinin Baş redaktoru Hilal Məmmədovun yaxın qohumu, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq v ə Şəhərsalma İdarəsinin işçisi Mehtiyev İmran Məhərrəməli oğlunun sifarişi və özlərinin maddi və ya digər maraqları naminə Sumqayıt şəhər İcra Şöbəsi 28 avqust 2017ci il tarixli qanuni qüvvəsini almış Ali Məhkəmənin qərarını icra etmir” «İmran Mehtiyev kiçik oliqarxdı. İlqar Rəciyev onun əli ilə mənə qarşı bu dələduzluq əməlini törədib və onun himayəsi sayəsində bu günə qədər məsuliyyətdən kənarda qala bilib». “İmran Mehtiyev məni şantaj edərək Sumqayıt şəhər Bələdiyyəsinin keçirdiyi hərracda aldığım torpaq sayəsinə tikintiyə icazə verilməsi üçün məndən 8000 manat rüşvət almış, pulu məndən alması barədə öz xətti ilə yazdığı yazılı qəbz vermişdi. “ “ Nəzərinizə çatdırım ki, 32 salı marşrut 20 ildir qanunsuz faliyət göstərir: İmran Mehtiyev heç bir vergi ödəmədən tək 32 saylı marşrutdan **** *** manat cinayət yolu ilə əldə edib.” “Qanunsuz tikililərə görə küllü miqdarda rüşvət alır. Onun əmlakı həbs olunan məmurlann əmlakından dəfələrlə çoxdur. İşdən aldığı 500-600 manat əmək haqqı ilə bu boyda əmlaka sahib olmaq mümkün deyil. 20 ildir ki, 32 saylı marşrut qanunsuz fəaliyyət göstərir. Obyetktlərə görə dövlətə vergi vermir. Pulu və əlaqələr vasitəsi ilə məhkəməqətnamələrinin icra olunmasına imkan vermir. Çox yüksək vəzifəli məmurlar həbs edilir, əmlakı müsadirə olunur, İmran Mehtiyevə dur deyən yoxdur, öz cinayət əməllərini açıq-aşkar nümayişyana davam etdirir”. “Mehtiyev İmran Məhərrəm oğlu tikintiyə icazə verilməsi adı ilə məndən 8000 ABŞ dolları alıb mənimsəmişdir “
10. Məhkəmə daha sonra qeyd etmişdir ki, Sumqayıt Şəhər Prokurorluğunun 07 mart 2011-ci il tarixli cinayət i şinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı Cavabdeh rüşvət alması faktı təsdiq olunmadığından həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
11. Bundan başqa məhkəmə bildirmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 16 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı ona qarşı dələduzluq edərək 8000 ABŞ dolları alması barədə Cavabdeh ərizəsi üzrə araşdırma aparılaraq cinayət işinin başlanmasının rədd edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən iddiaçının ünvanına həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələn ifadələr işlədilməsi araşdırılan sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının iddianın əsası olaraq təqdim etdiyi sübutlar əsasında məhkəmə tərəfindən məhkəmə-linqivistik ekspertizası təyin edilmişdir.
13. Məhkəmə qeyd edilən ekpert rəyini iş üzrə toplanmış digər sübutlarla birlikdə araşdırıb hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 76 və 88-ci maddələrinə müvafiq olaraq mötəbər sübut növü kimi qəbul edilməlidir.
14. Məhkəmə bildirmişdir ki, əvvəla, iddiaçının istinad etdiyi məlumatlar müvafiq ekspert rəyinə əsasən vətəndaşların şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab olunur. İkinci - iddiaçının istinad etdiyi ərizə və şikayətlər formasında cavabdeh müvafiq orqanlara müraciət etmişdir ki, məlumatların bu formada ifadə olunması yayılma hesab olunur. Üçüncü - həmin məlumatların doğru olması cavabdeh tərəfindən məhkəmədə sübuta yetirilə bilməmişdir.
15. Məhkəmə həm çinin qeyd etmişdir ki, toplanmış sübutlardan göründüyü kimi cavabdehin müxtəlif orqanları şikayətləri nəticəsində araşdırma aparılmış, 07 mart 2011-ci il və 16 dekabr 2020-ci il tarixli qərarlarla cinayət işinin başlanılması rədd edilmişdir.
16. Məhkəmə hazırkı mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu aspektindən yanaşaraq qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehin iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur.
17. Beləliklə, məhkəmə şərh olunanları nəzərə alaraq, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq 16 iyun 2021-ci il tarixli 4/617 saylı ekspert rəyini sübut növü kimi qiymətləndirərək hesab etmişdir ki, İddiaçı şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların cavabdeh tərəfindən yayılması barədə ilkin iddia üzrə iddiaçının əsasları məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından ilkin iddia qismən təmin edilməlidir.
18. Məhkəmə ilkin iddianı «yayılmış məlumatların təkzib olunması» hissədə əsaslı hesab etməmişdir. Belə ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il 7№-li qərarında qeyd olunmuş hüquqi mövqeyə görə vətəndaşın şərəf və və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitələrində yayıldıqda, kütləvi informasiya vasitəsində təkzib edilməlidir. Araşdırılan mübahisədən göründüyü kimi ilkin iddia üzrə iddiaçının şərəf və ləyaqət ini ləkələyən məlumatlar ərizə və şikayətlərdə yazılmaqla müxtəlif orqanlara göndərilmiş müraciətlərdə ifadə olunmuşdur. İlkin iddia üzrə iddiaçı həmin məlumatların kütləvi informasiya vasitələrində yayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Odur ki, qeyd olunan hissədə ilkin iddia təmin edilməməlidir.
19. Qarşılıqlı iddia tələbinə gəlincə isə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia ilkin iddia tələbi ilə əlaqəli olmaqla, ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi nəticəsinə gəlməyə əsas verir. Məhkəmə hesab etmişdir ki, qarşılıqı iddia əsassız olduğundan rədd edilməlidir.
20. Məhkəmə öz mövqeyini əsaslandırarkən Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-c i il tarixli qərarına, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
21. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2021 saylı 20 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddinın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh, vətəndaş kimi hüquqlarını müdafiə etmək, hüquqlarını qorumaq üçün ona verilən hüquqlardan qanunauyğun şəkidə istifadə etmiş və etməkdədir. İddiaçı qeyd edir ki, cavabdeh prokurorluq və s. orqanlara müraciətlər edib və qeyd etdiklərinin böhtan və şər xarakterli olduğu müəyyən edilib. Hansı ki, belə olmuş olsaydı, o na qarşı xüsusi ittiham qaydasında verdikləri ərizə təmin edilərdi. Əksinə onlar onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələri ittiham edərək ona qarşı qanunsuzluq etmişdirlər. Ona həm maddi, həm də mənəvi zərər vurublar. İşə əlavə edilən sənədlərdən də göründüyü kimi o, dəfələrlə prokurorluq və s. orqanlara müraciət edib ki, iddiaçının ona qarşı elədiyi əməllər üzə çıxsın və o layiqli cəzasını alsın. Hansı ki, onun müraciətlərinə ötəri yanaşılmış, gətirdiyi heç bir dəlilə baxılmamışdır. O da bir vətəndaş olaraq hüququndan istifadə edərək Azərbaycan Respublikasının Rrezidentinə, prokurorluq orqanlarına onun əməlləri barədə, məsuliyyətə cəlb olunması barədə ərizə ilə müraciətlər etmiş və ərizələri bu günə kimi cavabsız, nəticəsiz qalmışdır. Necə ola bilər ki, bu gün bu müraciət şərəf və ləyaqəti alçaldan məlumat hesab olunur. Onun rəhbər şəxsə, rəhbər orqanlara müraciəti nə üçün qarşı tərəf haqqında cəmiyyətdə mənfi rəy yarada bilərdi. Qanuna əsasən bu yayılma hesab oluna bilməz. Hansı ki, onun əməllərini hüquqi yolla, qanuni çərçivədə sübuta yetirə bilmək üçün illərdir ki, mübarizə aparır. Bu yolu tutmuş olsaydı, məqsədi və niyyəti onun ləyaqətini alçatmaq olsaydı, heç hüquqi yolla mübarizə aparmaz və bunun üçün də çalışmazdı. Tək məqsədi onun qanunla etdiyi əməllərə görə cəzalanması, müraciətlərinə baxılması olmuşdur. Qeyd edir ki, o, hər hansısa marağa, işə və s. görə bu şikayətləri etməyib. Aralarında yaranan inzibati və s. hüquq münasibətlərindən irəli gələn səbəblərdən şəxs barəsində müvafiq müraciətlər edib. Onun əməllərindən narazı qalaraq hüq uqlarımı müdafiə etmək adına bu şikayətləri edib və nəticəsi olana qədər də bunu edəcək. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan da vəkili işlə tanış olanda məlumatı olub, hansı ki, surətləri ona təqdim edilməmişdir. Həmin qərardan da qanunauyğun şəkildə şikayət edəcək. Həmçinin qeyd edir ki, o, iddiaçını dələduz və s. adlandırmayıb. Ona qarşı dələduzluq etdiyini, onu aldatdığını, ondan rüşvət vermək adı ilə 8000 pul aldığını bildirmiş, ona görə də müvafiq şikayətləri etmişdir. Bundan başqa bildirdi ki, onun ərizələrində göstərdiyi xüsusatlar həqiqətə uyğundur. Belə ki, işə əlavə etdiyi qəbzdən də görünür ki, iddiaçı öz xətti ilə yazıb ona 8 min manatlıq qəbz vermişdir, özü də bunu etiraf edir və bildirir ki, belə bir pul məbləğini alıb, orda yazılan xüsusata görə-şəri k oduğu üçün bu pulu qəbul edir. Hansı ki, o, bu torpağı qanunla, hərrac yolu ilə əldə edib. Belə olduğu halda nə üçün İcra Hakimiyyətinin işçisi də ona şərik olmalı idi? Nə üçün məhkəmədə sual yaranmır ki, qanuni yolla alınmış əmlaka şərik olub, nə üçün 8 min manat məbləğində pulu ona verməli idi, hansı məntiqə sığır? Qeyd edir ki, iddiaçı pulu ondan həmin vaxt tikintiyə icazə məqsədilə almışdı. Bununla bağlı prokururluğa çoxsaylı müraciətlər etsə də bir nəticə verməmişdir, məcbur qalıb respublika prezidentinə və rəhbər orqanlara müraciət edib ki, tədbirlər görsünlər, işinə qanunla, ədalətli şəkildə baxılsın. Qeyd edir ki, işdə olan sərəncamlardan və digər rəsmi sənədlərdən də görünür ki, Əfqan müharibə veteranları birliyinə məxsus olan daşınmaz əmlaklar onun sədrlik etdiyi dövrdə iddia çının adı və imzası ilə iddiaçıya yaxın olan şəxslərin adına özəlləşdirilmişdir. Halhazırda da onların mülkiyyətindədir, niyə bir məhkəmə, bir dövlət orqanı bu sənədlərə nəzər yetirmir? Ordakı möhür, ad və imza başqadır. Hansı əsasla bu gün ondan 1000 manat maddi, 50000 manat mənəvi ziyana görə pul tələb edir. Hansı ki, bu gün o, öz işini yenə davam etdirir. İş materiallarına bu halları sübut edən heç bir sənəd əlavə edilməmişdir. Müvafiq qanunvericiliyə görə bu hal əsaslandırılmalı idi. Qeyd etdiklərini vəkili birinci instansiya məhkəməsində bildirib. Lakin onun dediyi cümlələrin heç bir qətnamədə öz əksini tapmamışdır. Belə çıxır ki, vəkili orada iştirak etməmişdir. Əgər vəkili çıxış etməyəcəkdisə, o, nə üçün xərclə vəkillə müqavilə bağlayıb, onun iştirak etməsini təmin etməli idi. Ən az ından bu hal ağlabatan deyil. Bundan başqa vəkilinin veridiyi vəsatət də məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Belə olan halda hansısa obyektivlikdən, qanunauyğunluqdan, ədalətdən söz gedə bilməz. Məhkəmə nə üçünsə qətnamə qəbul edərkən vəkilinin dediklərini əhəmiyyətsiz halmış kimi qəbul etmiş və qətnamədə onu göstərmək ehtiyacı belə görməmişdir. Birinci intsansiya məhkəməsində də dediyi kimi o, müharibə veteranıdır, 2-ci qrup əlildir, döyüşdə göstərdiyi igidlik və şücaətə görə bir orden, 8 medalla təltif olunub. Eləcə də dövlətin çətin günlərində ictimai asayişin qorunub saxlanılmasında fəal iştirak edib. Sumqayıt şəhərinin ictimai həyatında fəal iştrak etdiyindən və uzun müddət ictimai təşkilatın rəhbəri olduğundan ictimaiyyət tərəfindən tanınan bir şəxsdir. İddiaçı açıq məhkəmə iclaslarında iştrak edən şəxslərin gözü qarşısında, onu bilə-bilə, qəsdən öz vəkili və nümayəndəsi vasitəsi ilə cinayətlərdə ittiham etməklə şərəf və ləyaqətini ləkələyən məlumatları yayaraq nüfuzuma ciddi ziyan vurmuşdur. Qanunsuz məhkəmə qərarı nəticəsində həbs olunacağı təhlükəsi altında aylarla davam edən məhkəmə zamanı iztirab və mənəvi sarsıntı keçirib. Nəticədə sağlamlığına ciddi zərər dəymişdir. Sağlamlığımnın bərpasına xeyli məbləğdə pul xərcləyərək onu bərpa etdirdiyi üçün ona maddi ziyan vurulub. Özü kimi övladları da dövlətə, prezidentə və millətə sədaqətlə xidmət edirlər. Oğlu Xüsusi Təyinatlı Qoşunda Baş Leytenant rütbəsində dövlətinə, millətinə və prezidentinə sədaqətlə xidmət edir. 44 gün Vətən müharibəsinin getdiyi qızğın dövrdə İddiaçı Sumqayıt Apellyasiya Məhkəm əsinə şikayət verməsini bilən səngərdə raket zərbələri altında dövlətin ərazi bütövlüyü uğrunda döyüşən bir zabitin müharibə veteranı, əlil atasını dövlətin məmuru yalan olduğunu bilə-bil qanunsuz yolla həbs etdirməklə təhdid etməsi onunla bərabər oğluna da mənəvi və pisxoloji sarsıntı yaşatmışdı. Bir fikri atasının şərlənərək həbs olunacağında, bir fikri isə raket zərbələri altında düşmənlə döyüşdə olduğundan nəticədə oğlu X9 düşmə tərəfindən atılan mərminin partlaması nəticəsində "Barotravma" xəsarəti almışdır. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin işçisi Mehtiyev İmran Məhərrəməli oğlu reallıqda olan vəziyyət ilə beynində tutduğu vəziyyəti eyniləşdirir. Bu da nəticə etibarilə vətənin ərazi birliyi uğrunda döyüşən zabitin müharibə veteranı, 2-ci qrup əlil a tası olaraq onun şərəf və ləyaqətinin, nüfuzunun Sumqayıt ictimaiyyəti qarşısında alçalmasına səbəb olur. Bundan başqa dövlət hesabına vəkillə təmin olunmağıüçün də vəsatət verib və təmin olunmalı olduğu halda hakim tərəfindən həmin vəsatət də əsassız olaraq təmin edilməmişdir. Məcbur qalaraq son prosesdə vəkillə müqavilə bağlayıb, vəkilinin işlə tanış olması üçün də normal şərait yaradılmamış, həmin işin cəmi 2-3 gün müddətinə təxirə salına biləcəyi bildirilmişdir. Hansı ki, belə bir iş üçün 23 gün necə kifayət edər. Həmçinin onu da qeyd edir ki, hakim məhkəmə iclasında tərəflərə özü də suallar verərək belə nəticəyə gəldi və dedi ki, onun müvafiq orqan və idarələrə göndərdiyi ərizə və şikayətlər araşdırılmamış və nəticəsiz qalmışdır. Qeyd etdiklərindən də görünür ki, məhkəmə işi obyektiv araşdırmamış, gətirdiyi dəlillərə hüquqi qiymət veməmiş, işinə qərəzli yanaşaraq həmin dəlillərə demək olar ki, ümumiyyətlə fikir verməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1130/2021 saylı, 20 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X3 (sədrlik edən və məruzəçi hakim), X10 və X5) 2(105)-495/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, apelyantın apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal xarakter daşıyır. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillərə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında apelyant iş üzrə təkrar linqvistik ekspertizasının keçirilməsini xahiş etsə də məhkəmə kolegiyası bundan imtina etmişdir. Belə ki, iş üzrə ekspertiza keçirilmişdir, apelyant isə həmin ekspertizanın əsassız olmasına dair hər hansı bir sübut təqdim edə bilməmişdir
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qəd ər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Cavabdehin apellyasiya şikayəti təmin oluna bilməz. Belə ki, apelyant dəlillərini əsaslandıra bilməmişdir, onun dəlillərinə isə məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir.
26. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinə, Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23- cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, MPM-in 14.2, 77.1, 80, 81, 217.4-cü maddələrrinə, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin mə hkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-495/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk tələbinin rədd, Cavabdeh İddiaçı qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassator kassasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tə rəfindən iş üzrə ətraflı araşdırma aparılmadan, tətbiq edilməli olan hüquq normaları tətbiq edilmədən birbaşa iddiaçının maraqlarına xidmət edən qətnamə qəbul edilmişdir. Belə ki, Apellyasiya instansiyası da işi obyektiv araşdırmamış, dəlillərə hüquqi qiymət verməmiş, işə qərəzli yanaşaraq dəlillərə demək olar ki, heç fikir verməmişdir. O, vətəndaş kimi öz hüquqlarından qanuna uyğun şəkildə istifadə etmişdir. Azərbaycan Respublikasının Prezidentinə və prokurorluq orqanlarına ilkin iddia üzrə iddiaçının ona qarşı etdiyi əməlləri barədə, məsuliyyətə cəlb olunması barədə ərizə ilə müraciət etmiş və bu günədək müraciətləri cavabsız, nəticəsiz qalmışdır. Hüquqlarını müdafiə etmək şərəf və ləyaqətin alçaldan məlumat hesab oluna bilməz. Birinci instansiya məhkəməsində dediyi kimi o müharibə veter anıdır, 2-ci qrup əlildır, döyüşdə göstərdiyi igidlik və şücaətə görə bir orden, 8 medalla təltif olunmuşdur. Mehtiyev İmran açıq məhkəmə iclaslarında iştirak edənlərin gözü qarşısında, onu bilə bilə, qəsdən öz vəkili və nümayəndəsi vasitəsilə cinayətlərdə ittiham etməklə şərəf və ləyaqətinii ləkələyən məlumatlari yayaraq onun nüfuzuna ciddi ziyan vurmuşdur. Qanunsuz məhkəmə qərarı nəticəsində həbs olunacağı təhlükəsi altında aylarla davam edən məhkəmə zamanı iztirab və mənəvi sarsıntı keçirmişdir. Nəticədə sağlamlığına ciddi zərər dəymişdir. Sağlamlığının bərpasına xeyli məbləğdə pul xərclədiyindən mənə xeyli ziyan vurulmuşdur. Qeyd edilən bütün bu halları apellyasiya instansiya məhkəməsi ətraflı araşdırmalı, mübahisələndirilən məqamlara obyektiv qiymət verməli olduğu halda bunların heç birini etməmiş, sadəcə formal olaraq işə baxıb birinci instansiya məhkəməsinin əsassız olaraq çıxardığı qətnaməni qüvvədə saxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
30. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 23.1. Fiziki şəxs onun ş ərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
32. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
33. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüf uzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəm ək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və y a) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, işə mahiyyəti üzrə baxan məhkəmələr ilkin iddia üzrə müəyyən etdikləri hallar əsasında bu nəticəyə gəlmişlər ki, cavabdeh iddiaçının şərəf və lə yaqətini ləkələyən, həqiqliyi sübuta yetirilməyən məlumatlar yaymaqla sonuncuya zərər vurmuşdur.
46. Eyni zamanda qarşılıqlı iddianın əsasları üzrə araşdırma aparan məhkəmələr hesab etmişlər ki, İddiaçı əməlində mülki hüquq pozuntusunun (deliktin) əlamətləri aşkar olunmur.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, o cümlədən Cavabdeh dəlillərinə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdı rılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-495/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.