Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-377/2022 13.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1414/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 0,09 hektar həyətyanı torpaq sahəsinin hazırki bazar qiymətləri ilə olan 10800 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 10830 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarı ilə İsmayıllı rayonun Kürdmaşı kəndi ərazisindən 0,09 hektar həyətyanı torpaq sahəsi Cavabdeh, X2, X3 və X1 mülkiyyətinə verilmişdir. 3. 25 iyul 2007-ci il tarixli aktın məzmunundan görünür ki, Cavabdeh ona məxsus JN 558A KOD 407 18018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə olan 0,09 hektar həyətyanı torpaq sahəsini İddiaçı bağışlaması qeyd edilmişdir. Aktın doğruluğunu tərəflər imzaları ilə təsdiq etmişlər. 4. "xxxx" MMC-nin 10 aprel 2021-ci il tarixli 07 nömrəli texniki araşdırma və qiymətləndirmə rəyindən görünür ki, İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən Cavabdeh və ailə üzvlərinə birgə mülkiyyət hüququ əsasında məxsus olan 0,09 hektar torpaq sahəsi yerləşmə mövqeyinə görə kənd məntəqəsi hüdudu daxilindədir. Həmin ərazi üzrə yerləşmə koordinatlarına uyğun alternativ boş torpaq sahələrinin 0,01 hektar ölçüsünün hazırda mövcud bazar qiymətlərinə uyğun dəyəri 1000-1250 manat arasında dəyişir. Qeyd olunan torpaq sahəsinin 0,01 hektarı 1100 manat həddində olmaqla, həmin torpaq sahəsinin ha zırda ərazi üzrə mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri 9900 manat müəyyən edilmişdir.
5. İddiaçı bildirir ki, cavabdehlə həm qohum, həm də qonşudur. 25 iyul 2007-ci il tarixdə cavabdeh pula ehtiyac olduğundan özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan JN 558A KOD 40718018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən 0,09 hektar həyətyanı torpaq sahəsini satdığını bildirmişdir. Cavabdehlə razılığa gəlmiş və torpaq sahəsinin aralarında razılaşdırılmış dəyərini, yəni 0,01 hektarına həmin vaxt dövriyyədə olan manatla ******* manat pulu cavabdehə tam şəkildə ödəməklə həmin torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsini notarial qaydada alğı-satqı edə bilməmiş və həmin vaxt kənd icra nümayəndə si X, bələdiyyə sədri x, bələdiyyə üzvü X, onun və cavabdehin iştirakı ilə bu barədə akt tərtib etmişlər. Həmin aktda “bağışlanıldı” yazılsa da əslində cavabdehdən həmin torpaq sahəsini satın almış və torpaq sahəsinin razılaşdırılmış dəyərini cavabdehə tam şəkildə ödəmişdir. Cavabdeh torpaq sahəsinin şəhadətnaməsini ona vermiş və qısa zamanda ailə üzvləri ilə birlikdə notariat kontorunda alğı-satqı edərək torpaq sahəsini onun mülkiyyətinə keçirəcəyi barədə vəd vermişdir. Aldığı torpaq sahəsinə sahiblik etməyə başlamış və orada müxtəlif meyvə ağacları əkmişdir. Bir müddət sonra o, cavabdehə torpaq sahəsinin rəsmiləşdirmək lazım olduğunu bildirdikdə cavabdeh “narahat olma, ora sənindir, istədiyin vaxt rəsmiləşdirmə edərik” deyərək onu arxayın salmışdır. Rusiya Federasiyasında yaşadığından ancaq kəndə gəldiyi müddətlərdə cavabdehə bu barədə bildirsə də nəticəsi olmamışdır. 2020-ci ilin ortalarında cavabdehə torpaq sahəsinin öz adına rəsmiləşdirmək istədiyini bildirdikdə cavabdeh torpaq sahəsini satmadığını demişdir. Bundan sonra cavabdehin əsl niyyətini başa düşmüş və aldığı torpaq sahəsinin hazırki bazar qiymətləri ilə olan dəyərini tələb etmişdir. Cavabdeh isə təkidlə torpaq sahəsini satmadığını bildirmiş və ondan satdığı torpaq sahəsinə görə pul almadığını bildirmişdir. Torpaq sahəsini aldığı gündən bu günədək ora sahiblik etmiş və onun istifadəsində olmuşdur. Hazırda İsmayıllı rayonu Kürdmaşı kəndində 0,01 hektar həyətyanı torpaq sahəsinin qiyməti həyətyanının yerləşməsindən asılı olaraq 1000-1300 manat arasında dəyişir. Ona görə də cavabdeh aldığı həyətyanı torpaq sahəs inin hər 0,01 hektarı üçün hazırki real bazar qiymətləri ilə 1200 manat olmaqla 10800 manat pul ödəməlidir.
6. Cavabdeh bildirir ki, iddiaçı ilə həm qohum, həm də qonşudur. İddiaçı ondan 1 metr yarım yer istəmiş və o da razı olmuşdur. İddiaçı həmin yer üçün ona 110 manat pul vermişdir. İddiaçının qeyd etdiyi akta o, 1 metr yarım yer üçün imza çəkmişdir. O, iddiaçıya torpaq sahəsini satmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İsmayıllı Rayon Məhkəməsinin (hakim R.Şirinov) 03 may 2021-ci il tarixli, 2(037)213/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 9900 manat və 30 manat dövlət rüsumu – cəmi 9930 (doqquz min doqquz yüz otuz) manat alınaraq İddiaçı verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi q əbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında öhdəliyin yaranmasına dair hər hansı əqd mövcud olmadığından hazırki mübahisə üzrə öhdəliyin yaranması əsası əsassız varlanmadır. Belə ki, tərəflər arasında müqavilə üzrə öhdəlik mövcud olmamışdır. Bu səbəbdən də tərəflər arasında yaranmış həqiqi hüquq münasibətlərini müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin həllinə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir.
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıdan torpaq sahəsinin dəyəri olaraq qarşılıqlı razılaşma ilə müəyyən edilmiş pulu aldığı halda həmin torpaq sahəsini iddiaçıya satmaqdan imtina etməklə iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxs sayılır.
10. Cavabdeh əsassız varlanma dan əldə etdiyi vəsaiti iddiaçıya qaytarmalı olduğundan məhkəmə həmin vəsaitin ümumi miqdarını müəyyən edərkən, mütəxəssis rəyi və mübahisəli torpaq sahəsinin hazırkı bazar iqtisadiyyatında tələb və təklifə uyğun olaraq dəyəri əsas götürülməklə, iddia tələbi qismən təmin olunaraq 0,09 hektar torpaq sahəsinin hazırki bazar qiymətinə uyğun olaraq 9900 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci, Mülki Prossesual Məcəllənin 119.1, 214-220, 227.2, 227.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apelyasiya şikayəti vermişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 2(107)-1414/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov-sədrlik edən və məruzəçi, Ə.Məcidov və M.Əsədli) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(037)213/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, Cavabdeh 110 (bir yüz on) manat pulun və 3.27 manat ödənilmiş dövlət rüsmunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti qətnamənin tamamilə ləğvi üçün əsaslı olsa da, iddia tələbinin tamamilə rədd olunması üçün əsaslı deyildir.
15. Birincisi, ona görə ki, iş mater iallarının 11-15 ci səhifəsində olan JN 558A KOD 40718018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, mübahisəli torpaq sahəsi İsmayıllı rayon AİK-n 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarı ilə Cavabdeh, X2, X3 və X1 mülkiyyətinə verilmişdir və həmin torpaq sahəsi hazırda sonuncuların mülkiyyətində qalmaqda davam edir.
16. İkinci, iş materiallarının 16-cı səhifəsində olan “Akt”ın məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin Cavabdeh tərəfindən İddiaçı satılması deyil, bağışlanması qeyd edilmiş, əmlak qiymətləndirilməmiş, həmçinin aktda İddiaçı tərəfindən Cavabdeh hər hansı pul məbləğinin ödənilməsi öz əksini tapmamışdır.
17. Üçüncü, işin faktiki hallarına əsasən mübahisəli torpaq sahəsinin “alqı-satqısı” ilə bağlı iddiaçı tərəfindən cavabdeh ə pul ödənilməsi iddiaçının özünün izahatından başqa, digər sübutlarla öz təsdiqini tapmır. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
18. Dördüncü, sözügedən torpaq sahəsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə hansı məbləğdə pul ödənilməsini müəyyən etmək də mümkün deyil. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehə gah 1.000 000 manat (o dövrün pulu ilə), gah da 12000 manat pul verdiyini israr edir.
19. Beşinci, məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, bu ötən müddət ərzində iddiaçı mübahisəli torpaq sahəsindən istifadə etməmiş, həmin torpaq sahəsi cavabdeh tərəfin istifadəsində olmaqla t əyinatı üzrə istifadə edilmiş, əkilibbecərilmişdir.
20. Altıncı, kollegiya qeyd etmişdir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını iş materialları və tərəflərin izahatı ilə müəyyən etmək mümkün deyil, çünki hər bir tərəf öz mənafeyindən çıxış edərək özünün haqlı olmasını israr edir, lakin tələblərinin və etirazlarının əsası kimi digər hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmirlər.
21. Kollegiya sonda qeyd etmişdir ki, iş üzrə iddiaçının vermiş olduğu pul və ya dəymiş maddi ziyan sübut olunmalıdır ki, bunun əvəzini geri tələb etmək hüququ yaransın.
22. Göründüyü kimi tərəflərin heç biri aralarında yaranmış münasibətlərin əsl səbəbini kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş, yaxud da çatdırmaq istəmir. Belə olan halda koll egiya qeyd edir ki, iddia tələbi yalnız cavabdehin etirafına münasibətdə həll edilə bilər.
23. Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
24. Şahid ifadələrinə gəldikdə isə kollegiya iddiaçı tərəfindən məhkəməyə təqdim olunan şahidlərin ifadələrini məhz bu xarakterli mübahisə üçün mötəbər hesab etmir. Çünki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar(sübut etmə predmetinə daxil olan hallar) barədə bilvasitə qavradığı və ya başqa məlumat mənbələrindən aldığı və qanunvericiliklə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə z amanı verdiyi məlumatlardır.
25. İş üzrə dindirilmiş şahid ifadələrindən də görünür ki, şahidlərin heç biri iddiaçı tərəfindən cavabdehə konkret olaraq nə qədər pul verildiyini təsdiq edə bilməmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil o lmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məh kəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
34. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
35. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
36. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
37. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
38. Qətnamə çıx arıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
40. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
42. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (36-37)
43. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni digər əsaslarla yanaşı həmçinin onunla əsaslandırmışdır ki, 25 iyul 2007-ci il tarixli “Akt”da sözügedən torpaq sahəsinin Cavabdeh tərəfindən İddiaçı satılması deyil, bağışlanması qeyd edilmiş, əmlak qiymətləndirilməmiş, həmçin in aktda İddiaçı tərəfindən Cavabdeh hər hansı pul məbləğinin ödənilməsi öz əksini tapmamışdır.
44. Bununla bağlı qeyd edilməlidir ki, 25 iyul 2007-ci il tarixli aktda mübahisəli torpaq sahəsinin bağışlanılması qeyd edilsə də Cavabdeh öz izahatında mübahisəli torpaq sahəsini satdığını, lakin həmin torpaq sahəsinin 0,09 hektarını deyil, cəmi 1 metr yarım hissəsini satdığını və qarşılığında 110 manat pul aldığını bildirmişdir.
45. Göründüyü kimi cavabdeh özü qeyd edilən aktın bağışlama üçün deyil, alqı-satqı müqaviləsinin bağlanması üçün tərtib edildiyini göstərsə də, apelyasiya instansiyası məhkəməsi qeyd edilən halı araşdırmamış və həmin hala hüquqi qiymət verməmişdir.
46. Bundan başqa cavabdeh izahatında mübahisəli torpaq sahəsinin hamısını deyil, cəmi 1 metr yarımını satdığını bildirsə d ə, məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə hesab edir ki, onun izahatı işin hallarına uyğun deyildir.
47. Əvvəla bu hal mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə 25.07.2007-ci il tarixli aktla təkzib edilir. Belə ki, cavabdehin də imzaladığı həmin aktla 1.5 m deyil, 0.09 ha torpaq sahəsinin özgəninkiləşdirildiyi göstərilmişdir.
48. İkincisi mülkiyyətində olan topaq sahəsinin bir hissəsini özgəninkiləşdirən şəxsin bununla bağlı əqd tərtib edilərkən maraqlı olduğu və diqqət etməli olduğu mühüm şərt həmin torpaq sahəsinin neçə hektar, yaxud neçə kv.m. hissəsinin özgəninkiləşdirilməsinin göstərilməsi olduğu halda, cavabdehin 1 metr yarım əvəzinə aktda 0.09 ha qeyd edilməsini bilmədən imzalaması barədə izahatı inandırıcı deyildir.
49. Həmçinin nəzərə alınmalıdır ki, sübut etmə yükünün bölgüsü baxımından 25 iyul 2007-ci il tarixli aktda 0.09 ha torpaq sahəsinin özgəninkiləşdirildiyi qeyd edildiyi halda cavabdeh mübahisəli torpaq sahəsinin yalnız 1 metr yarım hissəni satdığını iddia etdiyindən qeyd edilən halın sübut edilməsi vəzifəsi də məhz cavabdehin üzərinə düşür.
50. Eyni zamanda dindirilmiş şahid ifadələri ilə mübahisəli torpaq sahəsinin 1.5 m hissəsi deyil, tam satıldığı və buna görə cavabdehin 1.000.000 AZM manat məbləğində pul aldığı müəyyən edildiyi halda apelyasiya instansiyası məhkəməsi bu ifadələrə də işin digər halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün hüquqi qiymət verməmişdir.
51. Bundan başqa işə yeni apelyasiya baxışında baxan məhkəmə kollegiyası nəzərə almalıdır ki, araşdırma nəticəsində mübahisəli torpaq sahəsi nin tam satıldığı müəyyən edildiyi halda sonrakı araşdırma həmin torpaq sahəsinə görə hansı məbləğdə pulun verilməsi deyil, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində iddiaçıya dəymiş zərərin məbləğinin müəyyən edilməsidir.
52. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi yuxarıda qed edilən halları araşdırmalı və mübahisəyə müvafiq araşdırmanın nəticəsinə uyğun hüquqi qiymət verməlidir.
53. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
54. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətn amənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
55. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1414/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.