Məhkəmə qərarları › İş №2(102)-3772/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3772/2024

05.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3772/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1063/2024 nömrəli, 9 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 dekabr 2024-cü il tarixdəAli Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Volkswagen Passat CC” **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdır.

2. Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Yasamal rayonu, Şərifzadə küçəsində “BMW” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Saipa” markalı, xxxx dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, həmin avtomobildə fırlanaraq “Volkswagen” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və həmin avtomobildə “Mercedes E200” markalı, xxxxx dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Nəticədə “Saipa” markalı avtomobilin sürücüsü X7 xəsarət almışdır. 3. “X10, X4 Təmin edilməsi və Avtomobil X1 və Bu Qaydaların pozulması ilə əlaqədar digər İnzibati Xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərara əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixində saat 17:00-da Yasamal rayonu, A.M.Şərifzadə küçəsində “BMW X-5” minik markalı **-VV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 335.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və X10nın pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə barəsində 180 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

4. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən X6 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almasına dair cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 baş vermiş hadisə nəticəsində avtomobilinə dəyən ziyana görə 25.539,4 manat, evakuasiya xidmətinə ödəmiş olduğu 105 manat, mənəvi ziyana görə 5000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 166 manat, cəmi 30810,4 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 may 2023-cü il tarixdə, saat 16:00 radələrində Cavabdeh3 idarə etmək hüququ olmadan Cavabdeh2 tərəfindən sürmək üçün Cavabdeh2 məxsus “BMW X5” markalı **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ilə hərəkət edərkən X10nı pozmuş və “Saipa” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş, zərbədən həmin avtomobil fır lanaraq yolun kənarında dayanmış ona məxsus “Volkswagen Passat CC” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və zərbənin nəticəsində onun avtomobili yolun kənarında dayanmış “Mercedes-Benz E200” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində ona məxsus “Volkswagen Passat CC” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi zərər yetirilmiş və avtomobili yararsız hala düşmüşdür. “Volkswagen” avtomobillərinin Azərbaycanda rəsmi servis mərkəzi olan "xxxx" QSC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən avtomobilinə ümumilikdə 25.539,4 manat zərər dəymişdir. Bununla yanaşı, avtomobilin evakuasiyası üçün “156” evakusiya xidmətinə 105 manat vəsait ödəmişdir. Həmçininhadisə nəticəsində o, qorxu və stress keçirmiş, psixolo ji sarsıntı yaşamışdır. Ona mənəvi zərər dəymişdir. Mənəvi zərərin məbləğini 5000 manat qiymətləndirir. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılmış və cavabdehlər inzibati məsuliyyətə cəlb edilmişlər. Hadisə nəticəsində ona dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir.

7. Cavabdeh1 iddia tələbini etiraf etməyərək bildirmişdir ki, onun öz adına avtomobil yoxdur. Qəza hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Oğlunun qaynı maşın alveri ilə məşğuldur. Onun və yoldaşının adına bir neçə dəfə etibarnamə alaraq avtomobil alqısatqısı etmişdir. Bu səbəbdən iddia tələbini ona qarşı hissədə rədd edilməlidir.

8. Cavabdeh2 iddia tələbini etiraf etməyərək bildirmişdir ki, o, avtomobili kreditə almışdır. Cavabdeh3 qohu mu onun tanışıdır. Onun qohumu avtomobili idarə etmək üçün Cavabdeh3 verməyi xahiş etmişdir. O, Cavabdeh3 etibarnamə verməmişdir. Cavabdeh3 avtomobili sürücülük hüququ olmadan idarə etməsi barədə məlumatı olmamışdır.

9. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7212 saylı ekspert rəyinə əsasən, 2011-ci il buraxılışlı “Volksvagen Passat CC” markalı, 90 – KR - 044 dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 9.600 manatdır.

10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4051/2023 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddia qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada baş vermiş hadisə nəticəsində iddiaçının avtomobilinə dəyən zərərə görə 9.600 manat məbləğində pul və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 166 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

11. Məhkəmə ekspert rəyini işə əlavə edilmiş digər sübutlarla yanaşı yoxlayıb qeyd etmişdir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinə cavabdehlərin təqsiri üzündən maddi zərərin vurulması, həmin zərərin 9.600 manat təşkil etməsi işin mübahisəsiz hallarıdır. Ona görə də maddi ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 9600 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir.

12. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçı evakuasiya xidmətinə görə 105 manat ödədiyini qeyd etsədə, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən də idd ia tələbi həmin hissədə təmin edilməməlidir.

13. İddiaçının mənəvi ziyana görə 5.000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı hadisə nəticəsində qorxu və stress keçirdiyini, psixoloji sarsıntı yaşadığını göstərsə də, keçirdiyi fiziki və mənəvi sarsıntılarla bağlı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

14. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2, 1096, 1097 və 1111.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 77.1 və sair maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, iş üzrə birinci instansiya məhkəmə sinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qənbul edilməsini xahiş etmişlər.

16. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cümşud İsmayılzadənin qohumu ilə tanışdır. Məhz bu səbəbdən Cavabdeh3 qohumu avtomobili idarə etmək ücün ondan xahiş etmişdir. Avtomobili etibarnamə vermədən ona vermişdir. Ancaq Cavabdeh3 sürücülük hüququ olmadan idarə etməsi barədə heç bir məlumatı olmamışdır. Hadisəni törədən Cavabdeh3 tərəfindən dəymiş ziyanın hakimin müştərək qaydada ödənilməsini qət etməsinə dair hansı sübut və faktlara əsaslandığı məlum deyildir. Yəni qətnamə üzrə cavabdeh olsa da burda ona qarşı tələb tamamilə əsassızdır.

17. Cavabdeh3 isə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-c i maddələrində hüquqa zidd olan əməlin təqsirli olaraq törədilməsindən danışılır. Baş verən hadisədə İddiaçı məxsus avtomobilə zərər dəyməsində onun heç bir təqsiri olmamışdır. İkinci qrup əlildir. Əlavə etdiyi xəstəlik vərəqələrindən görünür ki, “nevroik reaksiya” F43.0. özünə xəsarət yetirmələr” diaqonuzu ilə Naxçıvan Muxtar Respublikası X3 müalicə alır. Bundan başqa, Travmatologiya şöbəsində “ambulator, stasionar” xəstə kimi qeydiyyatdadır. Məhkəmə mübahisənin həlli üçün zəruri olan sübutlara qiymət verməmiş və bununla da real olmayan hallar müəyyən etmişdir. Məhkəmə qatnaməsindən hansı hallara münasibət bildirməsi,hansı tələbə baxması heç bir şəkildə aydın olmur. İddia ərizəsinin məzmunundan görünür ki, tələb yolnəqliyyat hadisəsi ilə bağlıdır. Lakinməhkəmənin qətnaməsinin təsviri- əsa slandırıcı hissəsində qeyd olunur ki, hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş aktlara və ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Alınmış ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin evində olduğu müəyyən edilir və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Göründüyü kimi iddiaçının evinə su sızmasının hazırkı işlə əlaqəsi yoxdur. Hesab edir ki, məhkəmə başqa iddiaçının iddia tələbi ilə hazırkı işin hallarını qarışdırmışdır. Bundan başqa, su sızması ilə bağlı hansı ekspertizanın keçirilməsi də aydın deyildir. Cavabdehlərdən Cavabdeh2 məhkəmədə yalan izahat verir. O, avtomobillərin icarəyə verilməsi işi ilə məşğuldur. Onun heç bir qohumu ondan nə isə xahiş etməmişdir. O, çox yaxşı bilirdi ki, onun sürücülük hüququ yoxdur. İndi öz təqsirini onun üstünə atmaq istəyir. Qətnamənin əsaslandırıcı hissəsi işin hallarını əks etdirmədiyindən, təsviri və əsaslandırıcı hissələr bir-birini tamlamadığından, təsviri hissədə başqa işin halları, əsaslandırıcı hissədə isə başqa işin hallarından danışıldığından hazırkı qətnamə ləğv olunmalıdır. İstər maddi, istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1063/2024 nömrəli, 9 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X11, hakimlər X9 və X8) apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-4051/2023 nömrəli qətnaməsi qismən - cavabdehlərdən müştərək qaydada baş vermiş hadisə nəticəsində iddiaçının avtomobilinə dəyən zərərə görə 9.600 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş- cavabdehlərdən müştərək qaydada vurulmuş maddi zərərə görə 7.100 manat məbləğində pu l vəsaitinin tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində mübahisələndirilən məsələlərdən biri məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasıdır. Belə ki, qətnamədə göstərilmişdir ki, hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. İddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş aktlara və ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Alınmış ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin evində olduğu müəyyən edilir və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdehlərin təqsirli olmaları işdə olan sənədlərlə müəyyən olunur.

21. İşdən görünür ki, Cavabdeh2 öz istifadəsində olan avtomobili idarə etmək hüququ olmayan Cavabdeh3 idarə etmək üçün vermiş və onun iştirakı ilə göstərilən yol-nəqliyyat hadisəsi baş vermişdir.

22. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/7212 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 2011-ci il buraxılışlı “Volksvagen Passat CC” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 9.600 manat müəyyən edilmişdir. Həmin avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə ölkə daxili orta pərakəndə satış qiyməti təxminən 16.000 manatdır.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin göstərilən rəyi MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir və iddiaçının nümayəndəsi Nümayəndə izahatı ilə həmçinin müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 2.500 manat məbləğində sığorta ödənişi alması müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi baş vermiş hadisə nəticəsində sığorta şirkəti tərəfindən iddiaçı tərəfə ödənilmiş sığorta ödənişini nəzərə almamış və bu halı müəyyən etməmişdir. Belə olan halda, həmin məbləğ vurulmuş maddi zərərə görə cavabdehlərdən tutulacaq məbləğdən çıxılmalı və zərərin məbləği 7.100 manat həcmində müəyyən edilməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1,1096.2, 1097.1,1097.3, 1108.1, 1108.2-ci maddələrinə, habelə MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kas sasiya şikayətinin dəlilləri

25. Cavabdeh3 kassasiya şikayəti verərək (Vəkil), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, baş verən hadisədə İddiaçı məxsus avtomobilə zərər dəyməsində Cavabdeh3 təqsiri olmamışdır. Habelə dəymiş zərərlə hüquqazidd əməl arasında səbəbli əlaqə yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəx s ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Maddə1096.2. Delikt törətmiş ş əxs mülki hüquq məsuliyyəti daşıyır.

32. Maddə1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

33. Maddə1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

34. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunl a bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

35. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərd ən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

36. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin m ənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Cavabdeh3 kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

48. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi i şə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. Cavabdeh3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baş vermiş yolnəqliyyat hadisəsində cavabdehlərin təqsirli olmaları işdə olan sübutlarla müəyyən olunur və işdən görünür ki, Cavabdeh2 öz istifadəsində ol an avtomobili idarə etmək hüququ olmayan Cavabdeh3 idarə etmək üçün vermiş və nəticədə onun iştirakı ilə göstərilən yolnəqliyyat hadisəsi baş vermişdir.

51. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməklə düzgün nəticəyə gəlmişdir və həmin rəylə müəyyən olunmuşdur ki, cavabdehlərin təqsiri nəticəsində iddiaçıya dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyəri çıxılmaqla təxminən 9.600 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə izahatı ilə həmçinin müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı vurulmuş maddi zərərə görə 2.500 manat məbləğində sığorta ödənişi almışdır.

52. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh3 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəllilərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdıralmasına lüzum yoxdur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: Cavab deh3 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 iyul 2024-cü il tarixli, 2(105)-1063/2024 saylı qətnaməsi Cavabdeh3 kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar