Məhkəmə qərarları › İş №2(102)-3777/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3777/2024

15.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3777/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı mülki iş üzrə QƏRARDADI (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - kassasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalandıqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Çingiz İsgəndər oğlu Əsgərov (məruzəçi), Elşanə Rafiq qızı Vəliyeva və Əhliman Mehman oğlu Xıdırov ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 16 iyul tarixli 2(105)-395/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxa raq, aşağıdakı qərardadı qəbul etdi. İ. İşin halları

1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehə (bundan sonra – “cavabdeh”) qarşı mübahisəli əşyaların cavabdehin hesabına ona məxsus torpaq sahəsindən çıxarılması və cavabdeh tərəfindən qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 2023-cü il 12 oktyabr tarixli 2(012)-4274/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Habil Əhmədov).

3. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 16 iyul tarixli 2(105)-395/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşən 1 ədəd kondisioner mühərrikinin və 1 ədəd su çəninin cavabdehin vəsaiti hesabına çıxarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. 5. 2024-cü il 20 sentyabr tarixində cavabdeh adından etibarnamə əsasında nümayəndə həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Nümayəndə tərəfindən təqdim edilmiş 2024-cü il 30 avqust tarixli etibarnamədə göstərilmişdir ki, cavabdeh “... Vəkil... Azərbaycan Respublikasının Ali Məhkəməsində... təmsil etməyi” etibar etmiş dir. İİ. Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq maddələrində aşağıdakı müddəalar nəzərdə tutulur: “Maddə

73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3-cü maddəsində müəyyən edilən hallarda həmin maddədə nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən təsdiq edilir....” “Maddə

74. Nümayəndənin səlahiyyəti 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İ ddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.” “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması... 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7 -ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.” İİİ. Ali Məhkəmənin mövqeyi

7. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Kassaiya şikayəti hüququ (səlahiyyəti) olmayan şəxs tərəfindən imzalandığı halda geri qaytarılır (bax, yuxarıda § 6).

8. MPM-in 74.2-ci maddəsində imperartiv qaydada tələb olunmuşdur ki, nümayəndənin məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi g östərilməlidir (ibid.).

9. Hazırkı iş üzrə verilmiş kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayətini elektron qaydada Vəkil imzalamış, lakin cavabdeh tərəfindən vəkilə verilən 2024-cü il 30 avqust tarixli etibarnamədə sonuncunun cavabdehin adından kassasiya şikayəti vermək səlahiyyəti əks olunmamışdır (bax, yuxarıda § 5).

10. Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadən vurğulamışdır ki, müvafiq daxili qanunvericiliklə Ali Məhkəməyə ona gələn işləri filtrdən keçirmək imkanı yaradıldığı halda, onun aşağı instansiya məhkəmələrinin Ali Məhkəməyə müraciət etmək hüququ ilə əlaqədar səhvlərilə bağlı olmasını qəbul etmək çətin olar. Əks mövqeyin qəbul edilməsi Ali Məhkəmənin işinə ciddi şəkildə mane ola bilər və Ali Məhkəmə nin xüsusi rolunu yerinə yetirməsini qeyri-mümkün edər. Avropa Məhkəməsinin presedent hüququnda artıq təsdiq edilmişdir ki, Ali Məhkəmənin öz yurisdiksiyasını müəyyən etmək səlahiyyəti bu şəkildə məhdudlaşdırıla bilməz (№ 2(102)-2496/2023 [qərardad], 18 may 2023-cü il, § 27, müvafiq istinadlarla).

11. Bundan əlavə, Qanunun aliliyi demokratik dövlətin əsas prinsipi olduğundan, Ali Məhkəmədən onun tərəfindən aşkar prosessual pozuntulara məhəl qoymaması və ya nəzərdən qaçırması gözlənilə bilməz (ibid., § 29, müvafiq istinadlarla).

12. Hər bir halda kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada verilməsini yoxlamaq vəzifəsi ilk növbədə apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası qanunla müəyyən edilmiş vəzifələ rini lazımınca yerinə yetirməmiş və kassasiya şikayətinin mümkünlüyünü düzgün yoxlamadan iş materialları ilə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərmişdir.

13. Qeyd edilənlərə əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş qaydada verilmədiyi üçün icraata qəbul edilə bilməz. Buna görə də, kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir

14. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 16 iyul tarixli 2(105)-395/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Ape

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar