Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-378/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi )qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğv edilməsi və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti və "xxxx" Məhd ud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilələrinin etibarsız hesab edilməsi və pul tələbinə” dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4612/2022 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 kassasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Nərimanov RİH (“Sifarişçi və “Zəmanəverən”), "xxxx" MMC ("xxxx") və Cavabdeh3 (“Zəmanətalan”) arasında bağlanmış 66-68-74 saylı, xx.xx.2017-ci il tarixli “Zəmanət müqaviləsindən” görünür ki, Bakı şəhərinin “Baş planına” uyğun olaraq H.Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binasının inşa edilməsi məqsədi ilə Cavabdeh3 ünvan 1 ünvanda inşa olunmuş yeni yaşa yış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi olan 89,8 kv.metr olan 3 otaqlı 74 saylı mənzil ilə təmin edilməlidir.
17. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriya, ******* nömrəli, xx.xx.2020-ci il tarixli “Çıxarışdan” görünür ki, həmin 74 saylı mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Cavabdeh3 adına qeydiyyata alınmışdır.
18. Nərimanov RİH (“Sifarişçi və Zəmanətverən"), “Araz-2011A" MMC (“Podratçı") və Cavabdeh1 (“Zəmanətalan”) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 66-68-74 saylı “Zəmanət müqaviləsindən” görünür ki, Cavabdeh1 ünvan 2 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 89,8 kv.metr olan 3 otaqlı 74 saylı mənzil ilə təmin edilməlidir.
19. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3 387/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1 və başqalarına qarşı mənzilə aid X3 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Bağışlama müqaviləsinin”, X4 ilə X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, X10 ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Alğı-satqı müqavilələrinin” etibarsız hesab edilməsi, Cavabdeh6 hərəkətlərinin qanunsuz hesab edilməsi və Cavabdeh6 mənəvi zərərə görə 1.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4400/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsi, Nəs imi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-504/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla iddiaçı Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmışdır.
22. Qeyd edilən həmin məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Nərimanov RİH, "xxxx" MMC və zəmanətalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 66-68-74 saylı "xxxx" kserosurətinə görə, tərəflər S.X6 prospekti 66 saylı binanın 1-ci mərtəbəsi ona məxsus, ümumi sahəsi 58,2 kv.m olan sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinə, Heydər Əliyev prospekti 66-68 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 89,8 kv.m 3 otaqlı 74 saylı mənzil ilə təmin olunması barədə razılığa gəlmişlər. 23. “Daşınmaz əmlakın bağışlanması barədə” xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, mübahisəli 74 saylı mənzil tam mülkiyyət üzrə hədiyyə verən Cavabdeh2 MMC tərəfindən əvəzsiz olaraq Cavabdeh1 verilmişdir.
24. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına “Daşınmaz əmlakın dövlət reyestrində” 2962 nömrəli reyestr kitabının 276451 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
25. AN-İ seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, satıcı olan Cavabdeh1 mülkiyyətində olan həmin mənzili alıcı X2.
26. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* saylı “Çıxarışdan” görünür ki, mənzil tam mülkiyyət hüququ üzrə Y.Quliyevin adına “Daşınmaz əmlakın dövlət reyestrində” 2962 nömrəli reyestr kitabının 276451 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
27. AN-İ seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, satıcı X10 mülkiyyətində olan həmin mənzili alıcı X1.
28. DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş 547755 nömrəli “Çıxarışdan” görünür ki, mənzil tam mülkiyyət hüququ üzrə S.Kərimovanın adına “Daşınmaz əmlakın dövlət reyestrində” 29 62 nömrəli reyestr kitabının 276451 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
29. Nərimanov RİH-nin iddiaçının atası İddiaçı1 ünvanlandığı xx.xx.2019-cu il tarixli, Z29-032 nömrəli məktubunda RİH aşağıdakıları bildirmişdir: “Təşkilati tədbirlər çərçivəsində sizə məxsus əmlakın əvəzlənməsi üçün əlaqədar qurumlarla aranızda razılaşdırılma əldə olunmuşdur. Bu məqsədlə həmin ərazidə yeni inşa edilmiş 7 mərtəbəli binalarda sizə 5 ədəd 3 otaqlı mənzillərin verilməsi razılaşdırılmışdır. Həmin ərəfədə (2017-ci ildə) yeni inşa edilmiş yaşayış binaları istismara qəbul olunmadığından mənzillərin bağışlama müqavilələri üzrə özgəninkiləşdirilməsi mümkün olmamışdır. Sizinlə razılaşdırılmış 7 mənzilin sənədləşdirilməsi üçün özünüzün vəkil etdiyiniz və bacınız oğlu kimi şəxsən təqdim etdiyiniz Əfsun Budaqov tərəfindən həmin mənzillərə dair müxtəlif şəxslərin adına zəmanət müqavilələri bağlanmış 5 mənzil üzrə sənədləşdirmə işləri istəyinizə uyğun başa çatdırılmışdır. Konkret olaraq, Heydər Əliyev prospekti ev № 66-68, № 74 və Heydər prospekti ev № 83-85, mənzil № 131a ünvanlar üzrə Cavabdeh3 və İddiaçı2a münasibətdə yaranmış mübahisə ilə əlaqədar bildirmək istəyirik ki, Cavabdeh3 sizin vəkil etdiyiniz Əfsun Budaqovun arvadı, İddiaçı2 isə Sizin oğlunuzdur. Həmin ünvanlar üzrə zəmanət müqavilələrinin 3-cü şəxslərin adına sənədləşdirilməsi Ə.Budaqov tərəfindən aparılmışdır. Sözügedən şəxslərin (Cavabdeh3 və İddiaçı2) və sizin zəmanət müqavilələrinin digər şəxslərin adına dəyişdirilməsinə dair RİH-ə hər hansı bir formada müraciətiniz olmadığından Nər imanov RİH bu məsələdə məsuliyyət daşımamışdır. Hüquq münasibətlərinizin ilk növbədə vəkil etdiyiniz Əfsun Budaqovla araşdırılmasını tövsiyə edirik”. a) Birinci instansiya məhkəməsində icraat
30. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh1, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti (bundan sonra – Nərimanov RİH) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda cavabdeh MMC tərəfindən inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi olan 89.8 kv.metr olan 3 otaqlı 74 saylı mənzilə dair “Sifarişçi” və “Zəmanətverən” qismində çıxış edən cavabdeh Nərimanov RİH, "xxxx" qismində çıxış edən cavabdeh MMC və “Zəmanətalan” qismində çıxış edən Cavabdeh3 arasında bağlanmış 66-68-74 saylı, xx.x x.2017-ci il tarixli "xxxx", cavabdehlər Nərimanov RİH, MMC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 66-68-74 saylı "xxxx" bağlandığı andan etibarsız hesab olunması, həmin mənzilin dəyəri olan 179.600 manat məbləğində pulun Cavabdeh3 tutularaq ona (iddiaçıya) ödənilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh3 adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli “Çıxarışın” ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 31.İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhərinin “Baş planına” uyğun olaraq H.Əliyev prospektində istismar müddəti keçmiş yaşayış binalarının sökülərək yerində yeni müasir yaşayış binasının inşa edilməsi məqsədi ilə ünvan 1 ünvanda inşa olunmuş yeni yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi olan 89,8 kv.metr olan 3 otaqlı 74 saylı mənzil iddiaçıya məxsus olmasına baxmayaraq 6668-74 saylı, xx.xx.2017-ci il tarixli zəmanət müqaviləsi əsasında Cavabdeh3 adına rəsmiləşdirilmiş və həmin mənzilə dair Cavabdeh3 adına dövlət reyestrindən çıxarış təqdim olunmuşdur. Cavabdeh3 isə öz növbəsində sözügedən mənzili iddiaçının razılığı və icazəsi olmadan xx.xx.2017-ci il tarixli, 66-68-74 saylı zəmanət müqaviləsi əsasında Cavabdeh1 satmışdır. Yaranmış mübahisənin araşdırılması məqsədi ilə Nərimanov RİH-yə müraciət etmiş, müraciətə cavab olaraq, RİH başçısı xx.xx.2019-cu il tarixli, Z-29-032 nömrəli məktub göndərmişdir. Həmin məktubda qeyd edilmişdir: “Təşkilati tədbirlər çərçivəsində sizə məxsus əmlakın əvəzlənməsi üçün əlaqədar qurumlarla aranızda razılaşdırılma əldə olunmuşdur. Bu məqsədlə həmin ərazidə yeni inşa edilmiş 7 mərtəbəli binalarda sizə 5 ədəd 3 otaqlı mənzillərin verilməsi razılaşdırılmışdır. Həmin ərəfədə (2017-ci ildə) yeni inşa edilmiş yaşayış binaları istismara qəbul olunmadığından mənzillərin bağışlama müqavilələri üzrə özgəninkiləşdirilməsi mümkün olmamışdır. Sizinlə razılaşdırılmış 7 mənzilin sənədləşdirilməsi üçün özünüzün vəkil etdiyiniz və bacınız oğlu kimi şəxsən təqdim etdiyiniz Əfsun Budaqov tərəfindən həmin mənzillərə dair müxtəlif şəxslərin adına zəmanət müqavilələri bağlanmış 5 mənzil üzrə sənədləşdirmə işləri istəyinizə uyğun başa çatdırılmışdır. Konkret olaraq, Heydər Əliyev prospekti ev № 66-68, № 74 və Heydər prospekti ev № 83-85, mənzil № 131a ünvanlar üzrə Cavabdeh3 və İddiaçı2a münasibətdə yaranmış mübahisə ilə əlaqədar bildirmək istəyirik ki, Cavabdeh3 sizin vəkil etdiyiniz Əfsun Budaqovun arvadı, İddiaçı2 isə Sizin oğlunuzdur. Həmin ünvanlar üzrə zəmanət müqavilələrinin 3-cü şəxslərin adına sənədləşdirilməsi Ə.Budaqov tərəfindən aparılmışdır. Sözügedən şəxslərin (Cavabdeh3 və İddiaçı2) və sizin zəmanət müqavilələrinin digər şəxslərin adına dəyişdirilməsinə dair RİH-ə hər hansı bir formada müraciətiniz olmadığından Nərimanov RİH bu məsələdə məsuliyyət daşımamışdır. Hüquq münasibətlərinizin ilk növbədə vəkil etdiyiniz Əfsun Budaqovla araşdırılmasını tövsiyə edirik”. 32.Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli,1/671 nömrəli məktubunda da qeyd olunur ki, Cavabdeh6 iddiaçının qeyri-rəsmi nümayəndəsidir.
33. İddiaçı hesab edir ki, inzibati orqanın hər hansı şəxsin qeyri-rəsmi nümayəndə olmasına istinad etməsi qanunsuz və əsassızdır. Halbuki, bu mənzillər ona məxsusdur.
34. İddiaçı bildirir ki, RİH-nin məktublarında qeyd edilən Əfsun Budaqov onun atasının bacısı oğlu deyil. Onun atasının belə bacısı oğlu və ya hər hansı qohumu yoxdur. Əgər olsaydı belə, qohumluq münasibətlərinin olması iddiaçının adından iddiaçının mülkiyyətində olan daşınmaz əmlakların satılmasına əsas ola bilməzdi. Əslində isə həmin şəxsin adı Əfsun Budaqov yox, Cavabdeh6dur. İddiaçı Cavabdeh6 yuxarıda qeyd olunan mənzillərlə və onların satılması ilə bağlı hər hansı bir etibarnamə verməmişdir. Belə olan halda RİH Cavabdeh6 səlahiyyəti yoxanılmadan iddiaçının adından daşınmaz əmlakın taleyini həll etmək hüququ yoxdur. Bund an əlavə, həmin məktubdan görünür ki, RİH-nin məsul işçilərinin məsələdən məlumatları yoxdur. Halbuki, həmin mənzillərin inşası ilə məşğul olan cavabdeh MMC-nin işçisi Əbülfət Tağıyev, Cavabdeh6, arvadı Cavabdeh3 və Nərimanov RİH-nin məsul işçiləri ilə cinayət əlaqəsinə girərək həmin mənzillərin müqavilələrinin əsilləri iddiaçıda ola-ola saxtalaşdırılaraq başqa şəxslərə təkrar olaraq satmışlar. Hazırda həmin cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində Cavabdeh6 Azərbaycan Respublikası CM-nin 178.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirlənsirilməsinə dair cinayət işinə baxılır.
35. Bundan başqa iddiaçı bildirir ki, DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh3 adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli “Çıxarışdan” görünür ki, mübah isəli mənzil mülkiyyət hüququ ilə Cavabdeh3 adına qeydiyyata alınmışdır. İddiaçının atası - İddiaçı1 tərəfindən Nərimanov RİH-yə qarşı “arayışın verilməsi'’ tələbi ilə müraciət edilmişdir. Məhkəmə tərəfindən İddiaçı2 həmin iş üzrə əsl iddiaçı kimi əvəz edilmişdir. Həmin işdə olan Nərimanov RİH-nin Bakı İnzibati Məhkəməsinin ünvanladığı xx.xx.2020ci il tarixli məhkəmə sorğusuna cavab məktubuna əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçıya məxsus olan mənzillər qanunsuz olaraq başqa şəxslərə verilmiş, qanunsuz müqavilələr imzalanmışdır. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-2205/2020 saylı iş materialları ilə tanış olarkən xx.xx.2020-ci il arxivdə sözügedən müqavilələr barədə xəbər tutmuşdur. Sadalanan faktlara və maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia sı əsaslı olduğundan təmin edilməlidir. 36.Birinci instansiya məhkəməsində cavabdeh Nərimanov RİH-nin nümayəndəsi iddia tələbini əsassız sayaraq rədd edilməsini xahiş etmişdir. 37.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 2(005)-237/2022 saylı, 18 mart 2022-ci il tarixli (bundan sonra-birinci instansiya məhkəməsi) qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. 38.Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzil üzərində onun hər hansı hüququnun olduğunu təsdiq edə biləcək heç bir sübutu təqdim edə bilməmişdir. 39.Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1. 29-cu maddələri, Mülki Məcəllənin (bundan sonra- MM-nin) 139.1, 152, 178, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 337.5, 339.1, 646.1, 648.1 və MPM-nin 14.2, 77.1, 82.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
40. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 41.İddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, mübahisəli mənzilin yerləşdiyi binanın inşası ilə məşğul olmuş cavabdeh MMC-nin işçisi Əbülfət Tağıyev, Cavabdeh6, Cavabdeh3 və Nərimanov RİH-nin məsul işçiləri ilə cinayət əlaqəsinə girərək həmin mənzilin müqaviləsinin əsli iddiaçıda ol a-ola saxtalaşdırılaraq mənzili başqa şəxslərə təkrar satmışlar. Bundan əlavə, Cavabdeh6 xx.xx.2019-cu il tarixli notarial qaydada tərtib edilmiş ərizəsindən də görünür ki, Cavabdeh6 iş qurmaq adı ilə iddiaçının atası İddiaçı1 pul vəsaiti almış və qarşılığında heç bir iş qurmamış, vəsaiti geri qaytarmamışdır. Eyni zamanda, aşağıda göstərilən mənzilləri nisyə olaraq götürmüş və ödənişini geri qaytarmamışdır: H.Əliyev pr. 6668 mənzil və H.Əliyev pr. 83-85, mənzil 16a. Cavabdeh6 onun atasına – İddiaçı1 əmlakını idarə etməklə bağlı 10 illik etibarnamə vermişdir. Lakin bütün bunları nəzərə almayan Rayon Məhkəməsi işdə olan mötəbər sübutlara düzgün hüquqi qiymət verməyərək, iddianı rədd etmişdir.
42. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi ), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) 2(103)-4612/2022 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
44. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonraMM-nin) 337.1, 337.2, 337.3, 337.4, 337.5, 337.5, 339.1 və MPM-nin 14.2, 77.1, 82.3-cü maddələri ilə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
45. İddiaçı (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
46. Kassasiya şikayəti ape llyasiya şikayətinin dəlillərinə uyğun olaraq eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
48. Maddə
337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
49. Maddə 337.1. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
50. Maddə 337.2.Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
51. Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi n əticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
52. Maddə 337.5.Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Prosessual Məcəllə
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həm in işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 56.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Belə ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələrin müəyyən etdiyi işin hallarından göründüyü kimi iddiaçı mübahisəli mənzil üzərində onun hər hansı hüququnun olduğunu təsdiq edə biləcək heç bir sübutu təqdim edə bilməmişdir.
62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsa slandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
63. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
64. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və MPM-in 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 02 setyabr 2022-ci il tarixli, 2(103)-4612/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.