Məhkəmə qərarları › İş №2(102)-3780/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3780/2021

21.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3780/2021 21.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddia tələbinin hüququ əsasının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-205/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnam əsindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Şirvan Şəhər Məhkəməsinin 2(032)-944/2015 saylı, 30 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən “xxxx” ASC-nin iddiası qismən təmin edilərək cavabdeh X3 11000 ABŞ dolları məbləğində əsas kredit borcu, 2413,36 ABŞ dolları məbləğində faiz və 500 ABŞ dolları cərimə, cəmi 13913,36 ABŞ dolları borcun qətnamənin icra olunduğu gün manatla və ödənilmiş dövlət rüsumlarının əvəzi cəmi 61 manatın alınaraq “xxxx” ASC-yə ödənilməsi, borcun ödənilməsinin ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan ünvanndə 2 otaqlı, 37,8 kvadrat metr yaşayış, 52,24 kvadrat metr köməkçi sahədən ibarət 4 nömrəli mənzilin açıq hərracda satışı hesabına icra edilməsi, həmin mənzilin hərracda ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi qət olunmuşdur. Həmin qətnamə qanun qüvvəsini almış və icra edilməsi üçün Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə icra vərəqəsi verilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin sifarişi əsasında sözügedən mənzilin “xxxx” MMC tərəfindən hərracı təşkil edilmişdir. “xxxx” MMC-nin Hərracın Yekunları barədə 20 iyul 2016-cı il tarixli, 35/02 nömrəli Protokoluna əsasən mənzil “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25500 manata ipoteka saxlayan və tələbkar kimi “xxxx” ASC-yə təklif edilmişdir. Bank tərəfindən həmin təklif qəbul edilmiş və “xxxx” MMC ilə “xxxx” ASC arasında mənzilin alğı-satqı müqaviləsi ba ğlanmışdır. Daha sonra bankın mülkiyyət hüquqları DƏDRX-də tarixdə qeydə alınaraq bu barədə RX seriyalı ******* nömrəli dövlət reyestrindən Çıxarış verilmişdir. Bundan sonra iş üzrə tələbkar “xxxx” ASC 18 oktyabr 2016-cı il tarixdə icra və probasiya şöbəsinin depozit hesabına X2 çatası 9241 manat və 7 faiz icra ödənişi olaraq 1785 manat ödəniş etmiş, hərrac protokolunun təsdiq olunması üçun icra və probasiya şöbəsinə müraciət edilmişdir. Həmin vaxt tələbkar təşkilatın nümayəndəsi ilə söhbət aparılmış və o, bildirmişdir ki, borclu tərəfin hal-hazırda banka olan borcu bağlanmış və qalan 9241 manat pul məbləğinin vətəndaşa verilməsi üçün şöbənin depozit hesabına yerləşdirilmişdir. X2 çatası 9241 manat pul Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin depozit hesabına köçürüldükdən sonra X1 b arəsində icra edilməmiş icra vərəqəsinin olması nəzərə alınaraq, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1285/2014 saylı, 13 oktyabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən X5 “xxxx” ASC-nin Şirvan filialında açılan hesabına ödənilmiş və icra işi üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdeh Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək 18 oktyabr 2016-cı il tarixli ödəniş tapşırığı ilə ipoteka qoyana çatacaq fərq kimi cavabdehin hesabına səhvən ödənilmiş 9241 manat pulun tutularaq iddiaçının hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələb i onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin sözügedən qətnaməsi 20.07.2016-cı il tarixdə qismən icra edilmişdir və həmin günə ABŞ dollarının manata olan məzənnəsi 1 USD=1,5662 AZN olmuşdur. Bu da o deməkdir ki, qətnamə üzrə cəmi 13913,36 ABŞ dolları borc həmin günə manatla 21791 manat təşkil etmişdir. Sözügedən mənzil açıq hərracdan 25500 manata satılmışdır. Həmin 25500 manatın 7 faizi, yəni 1785 manat pul 29.09.2016-cı il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə icra xərci kimi, 5 faizi, yəni 1275 manat pul isə “xxxx” MMC-yə hərracın keçirilməsi xərci kimi ödənilmişdir. Daha sonra mənzilin satış qiymətindən geriyə qalan 22440 manat puldan qətnamə üzrə borc, yəni cəmi 13913,36 ABŞ dolları borcun ödəniş günü manata olan məzənnəsi, yəni 21791 manat borc və 61 man at ödənilmiş dövlət rüsumunun əvəzi çıxılmışdır. Sonra ipoteka qoyana 588 manat fərq qaytarılmalı olduğu halda, iddiaçı tərəfindən səhvən 18.10.2016-cı il tarixli ödəniş tapşırığı ilə 9241 manat pul ipoteka qoyana çatacaq fərq kimi cavabdehin hesabına ödənilmişdir. Həmin səhv köçürülmüş pulun geri qaytarılması üçün cavabdehə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə dəfələrlə yazılı və şifahi müraciət etmələrinə baxmayaraq hal-hazıra qədər həmin pul qaytarılmamış və qaytarılmamasının səbəbləri barədə onlara məlumat verilməmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı etiraf etməmiş və məhkəmə iclasında etiraz təqdim edərək izahatında göstərmişdir ki, qeyd olunan icra vərəqəsi 10 mart 2016-cı il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuş, bu barədə tərəflərə “İcraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İcra vərəqəsində qeyd olunan əmlakın hərrac vasitəsi ilə satılması məqsədi ilə 2668/10 saylı, 05 aprel 2016-cı il tarixli sifariş məktubu “xxxx” MMC-nə göndərilmiş və həmin əmlakı 20 iyul 2016-cı il tarixdə 38/02 saylı protokolla bankın etibarnamə əsasında nümayəndəsi X8 25500 manata əldə etmişdir. Bundan sonra iş üzrə tələbkar bank 18 oktyabr 2016-cı il tarixdə İcra və probasiya şöbəsinin depozit hesabına X2 çatası 9241 manat və 7 faiz icra ödənişi olaraq 1785 manat ödəniş etmiş, hərrac protokolunun təsdiq olunması üçun icra və probasiya şöbəsinə müraciət etmişdir. Həmin vaxt tələbkar təşkilatın nümayəndəsi ilə söhbət aparılmış və o, bildirmişdir ki, borclu tərəfin hal-hazırda banka olan borcu bağlanmış və qalan 9241 manat pul məbləğinin vətəndaşa ödənilməsi üçün şöbənin depozit hesabına yerləşdirilmişdir. Bundan sonra hərrac təşkilatının yekun protokolu imzalanaraq şöbənin möhürü ilə təsdiq edilmişdir. Aradan kifayət qədər uzun müddət keçdikdən sonra, bank 09 yanvar 2019-cu il tarixdə şöbəyə müraciət edərək 18 oktyabr 2016-cı il tarixdə şöbənin depozit hesabına ödənilən 9241 manat pul məbləğinin səhvən ödənildiyini və həmin məbləğin geri qaytarılmasını xahiş etmiş, lakin şöbə tərəfindən onlara həmin pul məbləğinin iş üzrə borclu X1 digər məhkəmə qərarı üzrə borcunun ödənilməsinə yönləndirildiyi bildirilmişdir. Belə ki, iş üzrə borclu X1 barəsində Şirvan Şəhər Məhkəməsinin 2(032)-1285/2014 saylı, 13 oktyabr 2014-cü il tarixli qətnaməsinə əsasən və X 1 dən 9129 manat nümayəndəyə göstərilən hüquqi yardıma görə ödənilmiş 300 manat və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. Göstərilən icra vərəqəsi 17 dekabr 2014-cü il tarixdə İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra vərəqəsi üzrə icra tədbirləri başlanılmışdır. Yuxarıda göstərilən X2 çatası 9241 manat pul cavabdehin depozit hesabına köçürüldükdən sonra X1 barəsində icra edilməmiş icra vərəqinin olması nəzərə alınaraq Şirvan Şəhər Məhkəməsinin 2(032)-1285/2014 saylı, 13 oktyabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən X5 “xxxx” ASC-nın Şirvan filialında açılan hesabına ödənilmiş və icra işi üzrə icraata xitam verilmişdir. Cavabdeh məhkəmə qərarlarının icrası ilə məşğul olan bir orqan qismində borclu barəsində o na çatası pulu qəbul etdikdən sonra, öz növbəsində həmin borclunun digər iş üzrə icra edilməmiş öhdəliklərinin olmasını nəzərə alaraq “İcra haqqında” Qanunun 43-cü maddəsinin tələblərinə əsasən məcburi icra tədbirləri həyata keçirməklə tələbi onun adına olan pul vəsaitinə yönəldərək Şirvan Şəhər Məhkəməsinin 2(032)-1285/2014 saylı, 13 oktyabr 2014-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmişdir. Etiraza əlavə edilmiş 28 oktyabr 2016-cı il tarixli 06 saylı “Kassa xərclərinin sifarişi” və 08 saylı ödəniş tapşırığında qeyd edilmişdir ki, 9241 manat məbləğində pul cavabdehin depozit hesabından iş üzrə tələbkar X4 hesabına ödənilmişdir. Etiraza əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin 8(032)-472/2016 saylı, 17 noyabr 2016-cı il tarixli qərardadına əsasən Şirrvan şəhər Məhkəməsinin 2(032)- 1285/2014 saylı, 13 oktyabr 2014-cü il tarixli icra vərəqəsinin icraatına xitam verilmişdir. Şirvan Şəhər Məhkəməsinin (hаkim Ziya Əliyev) 2(032)-324/2020 saylı, 30 iyun 2020-ci il tarixli qətnаməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb olunan pul məbləğinin Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində saxlanılmaması, həmin məbləğin icra sənədi üzrə yönəldilməsini əsas götürərək iddia tələbinin qanuni və əsaslı olmaması qənaətinə gələrək rədd etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən X7 çatası pul kimi ödənilmiş 9241 manat məbləğində vəsaiti X1in borclu olduğu digər icra vərəqəsi üzrə tələbkarın hesabına ödənilmiş və qətnamənin icrası təmin edilmişdir. Bu səbəbdən hazırki iş üzrə cavabdeh qismində borclu X6 özü gös tərilməlidir. İddiaçıya cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi təklif olunsa da, iddiaçı bunun qəbul etməmiş, məhkəmə isə işə irəli sürülmüş tələblər əsasında baxmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Zəki Babayev - sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Nüsrət Mirzəyev) 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən tələb olunan pul məbləği cavabdehdə saxlanılmadığından və həmin məbləğ icra sənədi üzrə yönəldildiyində n, 9241 manat pulun cavabdehdən tələb olunması və bununla bağlı iddianın təmin edilməsi yolverilən deyildir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi yalnız pul vəsaitinin cavabdehdə olmaması səbəbindən apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə qətnaməsində Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə istinad etmişdir. Halbuki, həmin maddələr cavabdehin xeyrinə deyil, əksinə məh z iddiaçının tələbləri baxımdan onun xeyrinə nəzərə alınmalı idi. Belə ki, pul vəsaitinin səhv köçürülməsi və həmin vəsaitin geri qaytarılmaması nəticəsində cavabdeh şəxs əsassız varlanmış olur. Ona görə də cavabdeh artıq ödənilmiş pulu geri qaytarmalı idi. Bu xüsusatları nəzərə almadığına görə apellyasiya instansiyası məhkəməsi səhv nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsinin iştirakı təmin edilmədiyin dən və bunun səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkə məsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Baxılan iş üzrə iddia tələbindən görünür ki, iddiaçı Şirvan Şəhər Məhkəməsinin 2(032)-944/2015 saylı, 30 iyun 2015-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar cavabdehin hesabına səhv nəticəsində köçürülmüş 9241 manat pulu tələb edir. Cavabdeh nümayəndəsi vasitəsi ilə iddiaya etiraz edərək göstərmişdir ki, borclu X7 çatası 9241 manat pul cavabdehin depozit hesabına köçürüldükdən sonra X1 barəsində icra edilməmiş icra vərəqəsinin olması nəzərə alınaraq Şirvan Şəhər Məhkəməsinin 2(032)-1285/2014 saylı, 13 oktyabr 2014-cü il tarixli icra vərəqəsinə əsasən X5 “xxxx” ASC-nın Şirvan filialında açılan hesabına ödənilmiş və həmin icra vərəqəsi üzrə işin icraatına xitam verilmişdir. Cavabdeh məhkəmə qərarlarının icrası ilə məşğul olan bir orqan qismində borclu barəsində ona çatası pulu qəbul etdikdən sonra, öz növbəsində həmin borclunun digər iş üzrə icra edilməmiş öhdəliklərinin olmasını nəzərə alaraq “İcra haqqında” Qanunun 43-cü maddəsi nin tələblərinə əsasən məcburi icra tədbirləri həyata keçirməklə tələbi onun adına olan pul vəsaitinə yönəldərək Şirvan Şəhər Məhkəməsinin 13 oktyabr 2014-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmişdir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, tələb cavabdehə deyil, X2ə qarşı yönəldilməli idi. Qeyd edilən pul cavabdehin depozit hesabında saxlanmadığından cavabdehdən də tələb edilməsi əsassıdır. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə razılaşmaşdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasını n dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayara q müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır”. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iddia tələbinin qanuni əsasını müəyyən etməmiş, iddiaçının hansı hüquq əsasında cavabdehdən həmin pulu tələb etməsinə aydınlıq gətirməmiş, qətnamədə hə r hansı bir maddi hüquq normasına istinad etməmişdir. MPM-nin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 385.1 və 385.1.1-ci maddlərinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hər hansı maddi hüquq normasına istinad etmədən, iddia tələbinin hüquqi əsasını müəyyən etmədən iddia tələbinin rədd etməsinə baxmayaraq qətnaməni ləğv e tməyərək prosessual pozuntuya yol vermişdir. Apellyasiya instansiyası məhkəməsi əsassız varlanma ilə bağlı normalara istinad edərək iddia tələbini rədd etmişdir. İddia tələbindən müəyyən edilir ki, iddiaçı cavabdehin hesabına pulun artıq köçürülməsini cavabdehin əməkdaşlarının bilməli olmasını göstərmişdir. İddia ərizəsində iddiaçı əsassız varlanma ilə bağlı normalara deyil, Mülki Məcəllənin deliktlərlə və zərərlə bağlı normalarına, o cümlədən bir sıra digər normativ hüquqi aktlara istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni həlli üçün ilk növbədə iddiaçının tələbinin faktiki əsası müəyyən edilməli, sonra isə həmin faktiki hallara uyğun hüquqi əsas müəyyən edilməli, bundan sonra iddia tələbinin həmin hüquqi əsasa görə əsaslı olub-olmaması müəyyən edilməlidi r. Ona görə də, məhkəmə ilk növbədə iddiaçının iddia ərizəsində göstərdiyi faktiki halla bağlı (iddiaçı tərəfindən cavabdehin depozit hesabına artıq ödənilmiş pulun digər icra sənədinə yönəldilməsi ilə bağlı) iddiaçının cavabdehin mülki hüquq pozuntusu nəticəsində (delikt) ona ziyan dəyməsini, yoxsa cavabdehin iddiaçının hesabına əsassız varlanmasını tələb etməsini müəyyən etməli idi. Məhkəmə kollegiyası qeyd edir ki, əsassız varlanmanın olması üçün bir tərəf əmlakından məhrum olmalı, digər tərəf əmlak əldə etməli, əmlak əldə edən məhrum olanın hesabına əmlak əldə etməli və bunun üçün heç bir müqavilə və ya qanuni əsas olmamlıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) b irbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquql a tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Bundan başqa Mülki Məcəllənin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzəri nə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Qeyd edilənərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəflərin, xüsusilə də iddiaçının iştirakını təmin etməklə iddia tələbinin faktiki əsasını müəyyən etməli, iddia göstərdiyi faktiki hallara uyğun hüquqi əsası tapmalı və istinad edilən normalar əsasında iddia tələbinə hüquqi qiymət verməlidir. Bunda başqa məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr mübahisəni həll edərkən X1i (mübahisəli mənzilin mülkiyyətçisi) və X2i (icra işi üzrə borclu) işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini müzakirə etməmiş, onların iştirakı ilə qeyd edilən pul vəsaitinin X5 verilib verilməməsini msüəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən halların m üəyyən edilməsi mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Göstərilən halların müəyyən edilməsi iddiaçının hazırki iş üzrə mübahisə yekunlaşdıqdan sonra X2, yaxud digər şəxslərə qarşı iddia qaldıran zaman preyudisiallıq baxımından vacib olması diqqətə alınmalıdır. MPM-nin 57.1-ci maddəsinə görə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüq uqun tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-205/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar