Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3780/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “sanitar qovşağın sökülməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, maddi və mənəvi ziyan, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(103)138/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublika sı Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Yasamal rayonun, İnşaatçılar prospektindəki 40 saylı evin 18 saylı mənzili İddiaçı, həmin binanın üst mərtəbəsində 18 saylı mənzil Cavabdeh məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz və icazəsiz inşa etdiyi əlavə sanitar qovşağının sökülməsi və iddiaçıya vurduğu 10000 manat maddi və 3000 manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia belə əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə qonşu olmaqla ondan yuxarıdakı mənzilində yaşayır. İddiaçı Türkiyə Respublikasında yaşadığ ından mənzilində bacısı X2 qalmaqla istifadə etmişdir. Cavabdeh təxminən 2014-cü ildə onların qonşuluğuna köçmüş, mənzildə heç bir icazə verici sənəd olmadan əlavə sanitar qovşağı inşa etmişdir. Həmin sanitar qovşağından su sızması baş verdiyindən 2018-ci ilin aprel ayında iddiaçıya məxsus mənzilinin ağac konstruksiyadan olan (çiləkən) tavanı çürüyərək yararsiz vəziyyətə düşmüşdür. Tavanın çürüyərək uçması nəticəsində mənzilin divarları və döşəməsi də yararsiz hala düşmüş, nəticədə iddiaçıya xeyli miqdarda 10000 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı Azərbaycan Respublikasında olmadığından bacısı dəfələrlə qonşuya vurulmuş ziyanı bərpa etmələrini, qanunsuz tikilmiş sanitar qovşağını sökmələrini təklif etsə də, cavabdeh bu təklifləri qəbul etməmiş, iddiaçıya, vurduğu maddi ziyanı b ərpa etməkdən və özünün qanunsuz hərəkətinin qarşısını almaqdan imtina etmişdir. İddiaçı 2018-ci ilin iyun ayının əvvəllərində Azərbaycan Respublikasına gəldikdən sonra mənzilini bu vəziyyətdə görüb şəxsən cavabdehə bu ziyanı aradan qaldırmağı təklif etsə də, cavabdeh yenə də iddiaçıya vurduğu maddi ziyanı bərpa etməkdən imtina etmişdir. İddiaçının bacısı mənzillərində baş vermiş vəziyyətlə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinə müraciət etmiş, Agentliyin mütəxəssisləri mənzilə baxış keçirmiş və 25 aprel 2018-ci il tarixli cavablarında göstərmişlər ki, iddiaçının üst mərtəbəsində yaşayan qonşusu, yəni cavabdeh yaşadığı mənzildə heç bir icazə verici sənədlər olmadan əlavə sanitar qovşağı inşa etmiş, inşa edilmiş sanitar qovşağından su sızması ba ş vermiş və nəticədə iddiaçıya məxsus mənzilin ağac konstruksiyasından olan tavanı çürüyərək yararsiz vəziyyətə düşmüşdür. İddiaçının bacısı baş vermiş vəziyyətlə bağlı həmçinin 5 saylı Mənzil İstismar sahəsinə müraciət etmiş, onlar da mənzilə baxaraq, 03 may 2018-ci il tarixli Akt tərtib etmişlər. Həmin aktdan görünür ki, Yasamal rayonunun, İnşaatçılar prospektindəki 40 saylı evin 18-ci mənzilindəki sanitar qovşağından suyun axması nəticəsində 16-cı mənzilin tavanı çürümüş və 10-15 sm çökmüşdür. Müvəqqəti də olsa 16-ci mənzilin tavanına şvellerdən dəmir dayaq qoyulmuş və mənzil təmirsiz vəziyyətdədir. Cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulmaqla yanaşı, həm də mənəvi ziyan vurulmuşdur. Belə ki, mənzil yararsız hala düşdüyündən iddiaçı evinə gəldikdən sonra mənzilində yaşaya bilməm iş, özgələrinin mənzilində qalmalı olmuşdur ki, bu da onun mənəvi sarsıntı keçirməyinə, əzab çəkməsinə səbəb olmuşdur. Hesab edir ki, iddiaçının mənzilinin yaşayış üçün yararsız hala salmaqla cavabdehin iddiaçıya verdiyi mənəvi sarsıntının pulla ifadə etsələr, iddiaçıya 3000 manat ziyan vurulmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 03 yanvar 2019-cu il tarixli rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 40 saylı evin 16 saylı mənzilinin tavanı və divarlarındakı su sızma ləkələrinin olduğu, eləcə də, mənzilin tavanının bir çox hissəsinin suvaq qatının töküldüyü, tavanda olan taxtaların (çiləkən) çürüdüyü və divarın bir hissəsinin çökdüyü və döşəmənin bir hissəsinin deformasiyaya uğradığı müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 40 saylı evin 16 saylı mənzilin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən verilmiş 25 aprel 2018-ci il tarixli məktubun məlumatlarını nəzərə alaraq, Yasamal rayonu, İnşaatçılar prospekti 40 saylı evin 16 saylı mənzilin yuxarı mərtəbədəki 18 saylı mənzildə quraşdırılmış sanitar qovşağından suyun sızması müəyyən olunur. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 40 saylı evin 16 saylı mənzilə su sızma nəticəsində ziyanın dəydiyi müəyyən edilir.
5. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən alınmış "xxxx" MMC-nin 20 may 2019-cu il tarixli hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 40 saylı evin 16 saylı mənzilinə dəymiş zərərin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 9665 manat təşkil edir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(004)212/2019 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh maddi ziyan olaraq 9665 manat, mənəvi zərər olaraq 500 manat məbləğində pul olmaqla, cəmi 10165 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya 9665 manat məbləğində maddi ziyan vurulduğu iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur.
8. Məhkəmə Mülki Məcəllənin 21-23, 385.1, 386.1, 1096.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(004)-212/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2(103)-13896/2019 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Q.Hüseynovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(004)-212/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2(103)-13896/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2020-ci il tarixli, 2(102)-3873/2020 nömrəli qərarı ilə (hakim V.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.Ə.Abbasovdan və İ.K.Dəmirovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2019-cu il tarixli, 2(103)-13896/2019 nömrə qətnaməsi cavabdehin kassasiya şikayətinə münasibətdə ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
14. Kassasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən əsaslı olması ilə bağlı nəticəsini ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyin tam araşdırmanın nəticəsi olaraq verilmədiyinə diqqət yetirməmiş, məhkəmə ekspert rəyinə işdə olan digər sübutlarla yanaşı hüquqi qiymət verməmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyinə görə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 40 saylı evin 16 saylı mənzilə baxış keçirilən zaman, mənzilin tavan və divarlarındakı su sızma ləkələrinin olduğu, eləcədə mənzilin tavanının bir çox hissəsinin suvaq qatının töküldüyü, tavanda olan taxtaların (çiləkən) çürüdüyü v ə divarın bir hissəsinin çökdüyü və döşəmənin bir hissəsinin deformasiyaya uğradığı müəyyən edilmişdir. Ekspert rəyində həmin mənzilə ziyanın dəyməsi suyun sızması nəticəsində əmələ gəldiyini göstərsə də, apellyasiya instansiyası məhkəməsi suyun sızmasının tavanın çökməsi ilə bağlı hansı əlaqənin olmasını (hansı ki, cavabdeh kassasiya şikayətində tavanın çökməsinin məhz iddiaçının istinad divarının sökülməsi ilə bağlı olması, onun tərəfindən heç bir əlavə sanitar qovşağının aparılmaması) araşdırmamışdır.
16. Kassasiya kollegiyası hesab etmişdir ki, ekspert rəyindən cavabdehin mənzilinə baxış keçirilməməsi müəyyən olunur. Cavabdehin digər dəlili isə iddiaçıya zərər onun mənzilindən deyil, digər səbəbdən (17 saylı mənzildən axan su sızması ilə bağlı) yaranmışdır. Nə apellyasiya instansiyası məhkəməsinin, nə də ekspertlərin cavabdehə məxsus mənzilə baxış keçirməsi barədə işdə mötəbər sübutlar olmadığı halda, məhz həmin mənzildən axan suyun nəticəsində iddiaçıya zərər vurulmasına dair qənaəti ilə kollegiya razılaşmır və hesab edir ki, müvafiq mənzillərlə baxış keçirmədən məhkəmənin gəldiyi bu qənaəti işin hallarına uyğun hesab edilə bilməz.
17. Həmçinin, apellyasiya məhkəməsi cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmamasına dair dəlilinə ümumiyyətlə əhəmiyyət verməmiş və bu dəlil prosessual hüquq normalarının tələbləri baxımından qiymətləndirilməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Yeni apellyasiya icraatı zamanı keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının 29 noyabr 2021-ci il tarixli rəyinə əsasən Azərbayca n Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İnşaatçılar prospekti 40 saylı ünvanda yerləşən yaşayış binasının 18 saylı mənzilinin ümumi sahədə yerləşən saxlanc otağı sökülərək yerində yeni sanitar qovşağı inşa edilmişdir. Yeni inşa edilmiş sanitar qovşağından 16 saylı mənzilə suyun sızması və nəticədə divarlarda rütubət izləri yaranması, ağac materialından olan mərtəbəarası örtüklərin isə çürüyərək deformasiyaya uğraması müşahidə edildi. İnşaatçılar prospekti 40 saylı ünvanda yerləşən yaşayış binasının 18 saylı mənzilinin qonaq otağında-əsas yükdaşıyan divarda eni 0,9 metr olmaqla qapı boşluğu açılmaqla 17 saylı mənzilə keçid yaradılmışdır. 17 saylı mənzildəki sanitar qovşağı hal-hazırda istismar edilmir. Mənzillər arasınd a əlaqə olduğundan (keçid) yalnız 18 saylı mənzildəki sanitar qovşağı istismar edilir. 18 saylı mənzildə sonradan inşa edilmiş (dəhliz hissədə) sanitar qovşağından 16 saylı mənzilə su sızıntısının (rütubət izləri) və onun nəticəsində ağac materialından olan mərtəbəarası örtüklərində deformasiyaların yaranması müşahidə edildi. İnşaatçılar prospekti 40 saylı ünvanda yerləşən yaşayış binasının 16 saylı mənzilinin 1 saylı otağı ilə 2 saylı otağın arakəsmə divarının sökülərək yenidən yerində alçıpan materialından inşa edilməsi müşahidə edildi. Baxış zamanı 16 saylı mənzilin 2 saylı otağının tavan hissəsində deformasiya müşahidə edilmədi. 18 saylı mənzilin yataq otağının döşəmə hissəsində (16 saylı mənzilin 2 saylı otağının tavanı) laminat materialından olan döşəməsinin təqribən 0,3 kv.m sahəsin də deformasiyalar müşahidə olunur. 18 saylı mənzilin döşəmə hissəsində yaranmış deformasiyanın 16 saylı mənzillə əlaqəsi yoxdur.
19. Apellyasiya icraatı zamanı əldə edilmiş "xxxx" MMC tərəfindən verilən 12 fevral 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 16 saylı mənzilə dəymiş ziyanın bazar dəyəri 12 fevral 2021-ci il tarixə 8048 manat təşkil edir.
20. Apellyasiya məhkəməsi tərəfindən yerində müayinə keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 16 saylı mənzilin ağac konstruksiyadan olan tavanı çürüyərək yararsız vəziyyətə düşmüş, tavanın çürüyərək çökməsi nəticəsində mənzilin divarları və döşəməsi də yararsız vəziyyətə düşmüş, tavana şvellerdən dəmir dayaqlar qoyulmuşdur. İddiaçının mənzilində 1 saylı otağı ilə 2 saylı otağın arakəsmə divarının sökülərək yenidən yerində alçıpan materialından inşa edilməsi müşahidə edildi. Cavabdehin yaşadığı 17 və 18 saylı mənzillərin arası açılaraq vahid mənzil kimi istifadə olunur. İddiaçının mənzilində tavanın çökməsi müşahidə olunan hissədə üst mərtəbədə cavabdeh tərəfindən əlavə sanitar qovşaq inşa olunmuşdur. Cavabdeh həmin sanitar qovşağın sonradan inşa olunduğunu bildirdi.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(103)-138/2022 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və E.C.Kərimovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(004)-212/2019 nömrəli qətnaməsi dəyişdirilmiş, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 7848 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İnşaatçılar prospekti 40 saylı ünvanda yerləşən yaşayış binasının birləşmiş 17 və 18 saylı mənzilinin ümumi sahədə yerləşən saxlanc otağının sökülərək yerində yeni sanitar qovşağı inşa edilməsi nəticəsində 16 saylı mənzilə su sızıntısının (rütubət izləri) və onun nəticəsində ağac materialından olan mərtəbəarası örtüklərində deformasiyalar yaranmış və nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur.
23. Cavabdeh apellyasiya şikayətində və izahatında İnşaatçılar prospektində yerləşən 18 saylı mənzildə yox, 17 saylı mənzildə yaşadığını bildirsə də, yerində müayinə zamanı 17 və 1 8 saylı mənzillərin arasının açılaraq vahid mənzil kimi istifadə olunması və həmin mənzildə cavabdehin yaşaması müəyyən edilmişdir.
24. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində iddiaçıya məxsus 16 saylı mənzilin təmiri zamanı 16 saylı mənzilin istinad divarının (arakəsmənin) götürülməsi nəticəsində 17 saylı mənzilin döşəməsinin, 16 saylı mənzilin isə tavanının mövcud yükə davam gətirməyərək çökdüyünü göstərmişdir. Təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, 18 saylı mənzilin yataq otağının döşəmə hissəsində (16 saylı mənzilin 2 saylı otağının tavanı) laminat materialından olan döşəməsinin təqribən 0,3 kv.m sahəsində deformasiyalar müşahidə olunur, 18 saylı mənzilin döşəmə hissəsində yaranmış deformasiyanın 16 saylı mənzillə əlaqəsi yoxdur.
25. Apellyasiya inst ansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan mənzilə cavabdeh tərəfindən maddi ziyan vurulması barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş əlavə sanitar qovşaq sökülməli və vurulmuş maddi ziyanın əvəzi ödənilməlidir.
26. Maddi ziyanın məbləğinə gəldikdə, apellyasiya məhkəməsi hesab etmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli qiymətləndirmə rəyi kifayət qədər əsaslandırıldığından, iddiaçının mənzilinə vurulmuş ziyanın məbləği 8048 manat müəyyən edilməlidir. Cavabdehin izahatından görünür ki, 18 saylı mənzilin döşəməsinin uçma təhlükəsi real olduğundan iddiaçının mənzilində tavanının əlavə şveller dayaqları ilə möhkəmləndirilməsi zərurəti yaranmış, b u məqsədlə mənzilin tavanı domkratla qaldırılmış və şveller atılmışdır. Həmin şvellərin alınmasına isə Cavabdeh 200 manat məbləğində xərc çəkmişdir. Məhkəmə kollegiyasının iclasında qeyd edilən halı İddiaçı da izahatında təsdiq etmişdir. İddiaçının mənzilində təmir işləri aparılması üçün cavabdeh tərəfindən digər tikinti materialları alınmasını iddiaçı etiraf etməmiş, həmin materialların özləri tərəfindən alındığını bildirmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın 200 manat hissəsinin ödənilməsi təsdiq olunduğundan, həmin məbləğ 16 saylı mənzilə dəyən ziyanın ümumi məbləği müəyyənləşdirilən zaman nəzərə alınmalıdır.
27. İddiaçının mülkiyyətində olan mənzilə ziyan vurulması nəticəsində mənzilin yaşayış üçün qismən yararsız vəziyyətə düşməsi, habelə iddiaçının həmin mənzildən bir neçə il ərzində normal istifadə etmək imkanından məhrum olması onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmaqla iddiaçıya mənəvi zərər vurulması aşkardır. Buna görə də kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 500 manat məbləğində pul tutulmasını qət etmişdir.
28. Məhkəmə iclaslarında cavabdehin iştirakının təmin olunmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehin ünvanına sifarişli poçt vasitəsilə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdehin yaşadığı mənzilin qapısı bağlı olduğundan, məhkəmə bildirişlərini cavabdehə çatdırmaq mümkün olmamışdır. Kassasiya ş ikayətinin və ona qarşı etirazın dəlilləri:
29. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(103)-138/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 88. 102.2, 102.3, 372, 420-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 40 saylı evin 17 saylı mənzil cavabdehin, 18 saylı mənzil isə mərhum yoldaşının adına rəsmiləşdirilmişdir. Yaşadığı müddət ərzində mənzildə heç bir təmir işləri aparılmamış, əlavə sanitar qovşağı inşa ed ilməmişdir. Tavanın çökməsinə səbəb iddiaçının mənzilində arakəsmə divarının ləğv edilməsi olmuşdur. Apellyasiya instansiya məhkəməsi təkrar işə baxarkən əvvəlki icraatdakı səhvlərə yol vermiş, qanunsuz məhkəmə ekspertiza rəyinə istinad etmişdir. Ekspertiza səthi aparılmış, ekspert gəldiyi nəticəni əsaslandırmamışdır. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmiş, cavabdehin məhkəmə proseslərində iştirakını birinci instansiya məhkəməsi təmin etməmişdir.
31. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
32. İddiaçı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
33. Etirazda onunla əsaslandır ılmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin hallarını düzgün müəyyən etmişdir. Kassasiya baxışının hədləri:
34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hall arının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, cavabdehdən tutulan məbləğ azaldılsa da, iddiaçı kassasiya şikayəti verməmişdir. Kassasiya şikayətini cavabdeh vermiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmuş hissəsində mübahisələndirmişdir. Odur ki, hazırki kassasiya baxışının predmetini apellyasiya məhkəmənin qətnaməsinin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzin in ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 152.1-ci maddəsinə əsas ən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsin ə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tər əflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri il ə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən sa xlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsi nə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, o cümlədən təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirmiş, mübahisəli sahələri yerində müayinə etmiş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, cavabdehin iddiaçıya ziyan vurması nəticəsinə gəlinmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mənzilinə vurulmuş zərərin səbəbini müəyyən edərkən əsaslı olaraq keçirilmiş ekspert rəylərinə istinad etmişdir.
41. İzah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlu matların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
42. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan sahədə yaranmış qüsurların səbəbini ekspert rəyləri əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
43. Digər tərəfdən məhkəmə kollegiyası izah edir ki, cavabdehin mənzilində yenidən qurma işlərinin kim tərəfindən aparılması əhəmiyyət kəsb etmir. Belə ki, Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sahibi həmin sahədən vurulmuş ziyana görə məsuliyyət daşıyır.
44. Kassasiya şikayətinin digər dəlilləri isə sübutların qiymətləndirilməsi ilə əlaqəlidir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apel lyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin fa ktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2022-ci il tarixli, 2(103)-138/2022 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın