Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3781/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 və onun vəkili*** iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli, 2(103)446/2018 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim T.X.Əkbərov) 08 iyun 2018-ci il tarixli, 2(003)-1739/2018 saylı qətnaməsi ilə id dia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, qızları X6, oğulları X8, onlara məxsus əşyaları və ev heyvanları ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi 11 (Ç.Mustafayev küçəsi döngə 9 ev 19) saylı fərdi yaşayış evindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Ə.Sarıyev, E.Y.Şamayev və Ş.Ə.Məhərrəmova) 16.01.2019-cu il tarixli, 2(103)-446/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli qətnaməsin dən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 15000 manat dəyərində maddi və 10000 manat dəyərində mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia ərizəsinə əlavələrlə müraciət edərək Cavabdeh1 və onunla əlbir olan Cavabdeh2 ona məxsus Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi 11 saylı fərdi yaşayış evində hər hansı hərəkətlər etməsinə son qoyulması və onların özlərinin və ailə üzvləri hesab edilən qızları - X3, oğlanları - X4, onlara məxsus əşyaların və ev heyvanlarının evindən çıxarılması, onların qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 15000 manat dəyərində maddi və 10000 manat dəyərində mənəvi zərərin ca vabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi 11 saylı fərdi yaşayış evini alğı-satqı müqaviləsi ilə almışdır. Evə dair onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 2016-cı ilin iyun ayında onun xüsusi mülkiyyəti olan Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi 11 saylı fərdi yaşayış evinə daxil olmuş, evini zəbt etmiş, evin həyətyanı sahəsində mövcud olan anbara yığdığı ümumi dəyəri 12000 manat məbləğində olan tikinti materiallarını oğurlayaraq talan etmiş, ailə üzvü olduğunu bildirərək bir nəfər qadın və iki nəfər azyaşlı uşağı ona məxsus evə yerləşdirmişdir. Həmin əməllərə görə Cavabdeh1 məhkum olunmuşdur. Cavabdehin qanunsuz əməlləri nəticəsində ona külli midqdarda maddi və mənəvi zərər vurulmuşdur. 2016-cı ilin yay aylarında evini tikib payızda ailə üzvləri ilə birlikdə evə köçməyi planlaşdırsa da, lakin, cavabdehin özbaşınalığı nəticəsində o, evinin təmir-tikinti işlərini başa çatdıra bilməmişdir. Cavabdeh evinin həyətyanı sahəsində əkdiyi meyvə və ağacları kəsib yandırmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixi, 1(003)189/2017 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinib qazanc ından 20 % dövlət nəfınə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli 1(003)-189/2017 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olaraq ona 15000 (on beş min) manat məbləğində maddi və 10000 (on min) manat məbləğində mənəvi zərər vurulmuşdur. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verər ək, onun ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının evə dair sənədi onun məskunlaşdığı evə dair deyil, başqa evə aiddir. Məhkəmə bu halı araşdırmamışdır. Texniki pasporta görə həmin ev 3 tərəfdən qonşularla əhatə edilmişdir, reallıqda isə həmin fərdi yaşayış evi iki tərəfdən qonşularla, iki tərəfdən isə yol ilə əhatə edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 vəkilinin dediklərinə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün A R MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, X5 AN-İ № ******* saylı 08 sentyabr 2010-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasın ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini və evi 60.000 manata İddiaçı satmışdır və hal-hazırda xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 29.09.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin 23 fevral 2018-ci il tarixli məktubunun surətinə əsasən, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi ev 11 ilkin olaraq X7 adına qeydiyyatdan keçmiş, sonuncu alğı-satqı müqaviləsinə əsasən evi X1, X5 evin yerləşdiyi 0,12 ha torpaq sahəsini özəlləşdirmiş, 08 sentyabr 2010cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi 11 saylı fərdi yaşayış evi və evin yerləşdiyi 0,12 ha torpaq sahəsi İddiaçı adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İddiaçı adına tərtib edilmiş texniki pasport arxiv qovluğunda aşkar edilməmişdir. İdarə tərəfindən sözügedən ünvana baxış keçirilməsi məqsədi ilə mühəndis göndərilmiş və 20 fevral 2018ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Aktda “həmin ünvanda yerləşən torpaq sahəsi hasar daxilindədir, torpaq sahəsi 608,5 kv.m-dən artıqdır, ərazinin 10.6 m məsafəsindən 600 mm-lik qaz xətti keçir, ərazid ə 3,6 kv.m-lik yarımçıq tikili, 1,8 kv.m-lik sanitar qovşaq inşa edilmiş və 1,4 x 1,4 ölçüdə quyu mövcuddur. Evin uzunluq ölçüsü texniki pasportdakı ölçüdən fərqlidir, bu səbəbdən ümumi sahədə fərq yaranır. Tikilinin qapı-pəncərəsi yoxdur. “A” tikilisinin 1 otağında Cəbrayıl rayonundan olan məcburi köçkün ailəsi məskunlaşıb. Yaşayış otağının qapı-pəncərələri var. Mansarda faktiki ölçülər texniki pasportdakı ölçülərdən fərqlidir” qeyd edilmişdir. Cavabdeh1 1962-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, 1993-cü ildən məcburi köçkün kimi Biləsuvar rayonunda məskunlaşmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli hökmü ilə Cavabdeh1 08.09.2010-cu il tarixli, ******* №-li Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış və 29.09.2016-cı il tarixli ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə 2016-cı ilin aprel ayından Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşanların iradəsi ziddinə qəsdən daxil olub qanunsuz yaşayaraq İddiaçı mənzil toxunulmazlığını pozmuşdur. Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Cavabdeh1 cəzasının əvvəli qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2018-ci il tarixli qərarının surətinə əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 1(003)189/2017 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2018-ci il tarixli, 1(102)-895/2018 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilərək, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2018-ci il tarixli qərarı və bununla əlaqədar Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 iyfun 2017-ci il tarixli hökmü ləğv edilərək, Cavabdeh1 barəsində cinayət təqibinə CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə bəraətverici əsasla xitam verilmişdir. Buzovna qəsəbə nümayəndəliyinin 15 fevral 2018 -ci il tarixli, 43 saylı məktubuna əsasən Buzovna qəsəbə nümayəndəliyinin 15 fevral 2018-ci il tarixli məktubunda mübahisəli evə və torpaq sahəsinə baxış keçirildiyi, Cavabdeh1 ailəsi ilə birgə ünvan 3 ünvanında qeydiyyatsız yaşadığı, heç bir sənədinin olmadığı, İddiaçı təqdim etdiyi çıxarış və texniki pasportda olan evin və tövlənin ölçülərinin torpaq sahəsindəki tikililərin ölçüləri ilə eyni olduğu, texniki pasportun sözügedən ərazinin olduğu, Buzovna qəsəbəsində yeni salınmış ərazilərə küçə adları verildiyindən ünvanlarda dəyişdiklər olduğu, Ç.Mustafayev küçəsi də baş küçəyə verildiyi üçün həmin küçədə döngələr yarandığı və sözügedən ərazinin Ç.Mustafayev küçəsi döngə 9 olduğu, qapı ünvanının 11 göstərilməsi, indi isə 19 olması 2008-ci ildən sonra həmin sırada sonrac yeni qapıların açıl ması ilə bağlı olması qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə İ İİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci m addəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatından asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər”. Qərarda göstərilmişdir ki, hətta mənzilə yaşayış orderinin verilməsi və onun nəticəsində yarana biləcək hüquqlar özü-özlüyündə Konvensiya baxımından mülkiyyət kimi qiymətləndirilməlidir. Həmin qərarla müəyyən edilmişdir ki, ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilməsi ərizəçinin mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da Konvensiyanın 1 saylı Protokolunun 1 -ci maddəsinin pozulması deməkdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı madəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır; 8.2-ci maddəsinə əsasən mülki qanunve ricilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) özü istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinin tələbinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2 maddəsinə əsasən “mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər”; 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dö vlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, mülkiyyətçinin hüquqi əsasla və məcburi rekvizitlərlə əhatə olunmuş hüquqmüəyyənedici sənədlər əsasında sahibi olduğu mükiyyətindən məhrum edilməsi qanunsuz və ədalətsiz olmaqla yolverilməzdir. Beləliklə araşdırılmış sübutlar əsasında apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi 11 (Ç.Mustafayev küçəsi döngə 9 ev 19) saylı fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı olmaqla, cavabdehlər iddiaçının mülkiyyətində olan evdə heç bir qanuni əsası olmadan yaşayırlar. Cavabdeh1 1993-cü ildən məcburi kö çkün kimi Biləsuvar rayonunda məskunlaşmışdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyun 2018-ci il tarixli, 1(102)895/2018 saylı qərarında cinayət təqibinə bəraətverici əsasla xitam verilərkən xitamın əsası kimi Cavabdeh1 qeyd olunan mənzilə daxil olarkən həmin mənzildə heç kəsin yaşamadığı, yəni həmin mənzilə daxil olarkən onun mənzildə yaşayanların iradəsinin ziddinə daxil olmadığına istinad etmişdir. Göründüyü kimi, yuxarı instansiya məhkəməsi həmin qərarında mülkiyyətlə bağlı məsələlərə toxunmamışdır. Apellyasiya instansiyası məhkəməsi apellyatorun torpaq və xəritəşünaslıq ekspertizasının təyin edilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, düzgün olaraq qeyd etmişdir ki, işdə olan sü butlara əsasən belə bir ekspertizanın keçirilməsinə zərurət yaranmamaqla yanaşı, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə qeyd olunan məsələ ilə bağlı vəsatət verilməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Kassasiya kollegiyası kassasiya şikayətinin əsas dəlili olan iş üzrə müvafiq ekspertiza k eçirilməklə torpaq sahəsinin iddiaçıya aidiyyətinin müəyyən edilməməsindən ibarət dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfin zəbt etdiyi sahənin məhz iddiaçıya aidiyyəti işdə olan hökmlə, habelə işin halları ilə müəyyən edildiyindən, habelə cavabdeh tərəfindən ekspertizanın keçirilməsi ilə bağlı vəsatətlə birinci instansiya məhkəməsində müraciət edilmədiyindən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq, ekspertizanın keçirilməsinə vəsatətin rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2019-cu il tarixli, 2(103)-446/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3781/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3781/2019
03.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver