Məhkəmə qərarları › İş №2(102)-3783/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3783/2019

03.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3783/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və onun vəkili **oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2019-cu il tarixli, 2(103)2854/2019 nömrəli qərardadından cavabdeh “Çakır Yapı Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Çakır Yapı Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri NəsimiRayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2(006)1330/2018 saylı qərardadı ilə (hakim P.A.Hüseynov) cavabdeh tərəfindən verilmiş mülki işin baxılması üçün aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisqadi Məhkəməsinə göndərilməsi barədə vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.A.Məmmədov, X.Ə.Sarıyev və E.Y.Şamayev) 08.02.2019-cu il tarixli, 2(103)-2854/2019 nömrəli qərardadı ilə cavabdehin şikayəti təminolunmamış, Bakı şəhəri NəsimiRayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “Çakır Yapı Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbayc an Respublikasındakı Filialı və onun vəkili Nümayəndə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh “Çakır Yapı Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı və onun vəkili Nümayəndə iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, onun ləğv, işin aidiyyəti üzrə müvafiq inzibati-iqtisadi məhkəməyə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddianın mahiyyətindən göründüyü kimi, o, podrat müqaviləsindən irəli gələn mübahisədir. Göründüyü kimi, mübahisə mülki hüquqi müqavilə əsasında, hüquqi mahiyyətinə gö rə iki hüquqi şəxs arasında yaranmış, iqtisadi fəaliyyətdən irəli gələn mübahisədir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili **oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkilinin dediklərinə uyğun izahat vermişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əs asən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 08.02.2019-cu il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qərardadını dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2.-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olar aq müəyyən edilir. Həmin Məcəllənin 25.1.-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1.-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aras ında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Hazırkı iş üzrə cavabdeh hüquqi şəxs olsa da, iddiaçı fiziki şəxsdir, onun fərdi sahibkarlıq statusu yoxdur, eləcədə hazırkı mübahisə nə iqtisadi, nə də ki, inzibati mübahisə deyil. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tətbiqedilməliolanprosessualhüquqnormalarınıdüzgüntətbiqetmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instans iyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “Çakır Yapı Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2019-cu il tarixli, 2(103)-2854/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar