Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3786/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3786/22 (Açar sözlər: tibb müəssisəsinin vurduğu ziyanın ödənilməsi) Bakı şəhəri, 18 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9393/2021 nömrə li, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı əvvəl də analoji faktiki hallara istinad edərək maddi və mənəvi ziyanın tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-330/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “maddi zərərə görə 16.970 manat, mənəvi zərərə görə 10.000 manat pul tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdən vurulmuş maddi zərərə görə 400 manat, hüquqi xidmətə görə 50 manat, ödənilmiş dövlət rüsumuna görə 10 manat olmaqla, cəmi 460 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunma sı qət edilmiş, həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır.
1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tibbi xidmət üçün ödədiyi 6000 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, dişlərinə “vinir” diş qoyulması üçün “Medholding” klinikasında çalışan cavabdehə müraciət etmiş, onlar arasında tibbi xidmət göstərilməsi ilə bağlı şifahi razılaşma olmuş, 20 ədəd dişinə “lyumminir vinir” qoyulması müqabilində dişin 1 ədədi 300 manat olmaqla, cəmi 6000 manat pul ödəmişdir. Ödəniş müqabilində ona hər hansı çek və sair sənəd verilməmişdir. Vinir dişlərin qoyulması başa çatdıqdan sonra çox vaxt keçmədən problemlər üzə çıxmağa başlamış, alt çənə damağında stomatit (irinli iltihablaşma) yaranmış və buna görə cavabdeh 3 ədəd dişin sinirlərini çıxartmışdır. Lakin, 3 il ərzində dişlərində problemlər mütəmadi davam etmiş, yararsız müalicə nəticəsində tam 3 il boyunca dişlərində yaranan problemlərdən əziyyət və ağrılar çəkmişdir. Nəticədə o xeyli miqdarda ödəniş etmiş, uğursuz və yararsız diş müalicəsi almış, dişlərində yaranan həssaslıqdan dolayı fiziki ağrı-iztirab çəkmiş, vaxt itkisiylə üzləşmiş və bütün bunlardan dolayı mənəvi iztirab keçirmişdir. Bundan sonra, o, müxtəlif stomatoloqların qəbulunda olmuş, dişlərini rentgen etdirmiş, dişlə rin boyunlarında diş daşları və ərpləri yığışdığı üçün yerli gingivit yaranması diaqnozu qoyulmuş, səbəb olaraq lamina vinirlərin düzgün hazırlanmaması göstərilmişdir. Bunda əlavə, cavabdehin müalicə etdiyi dişlərdə qüsurlar və zədələnmələr (kistalar və s.) aşkar edilmişdir. Ona məlum olmuşdur ki, cavabdehin onun dişlərinə qoyduğu vinirlər heç də bahalı və keyfiyyətli yox, əksinə ən ucuz və tamamilə keyfiyyətsiz vinirlər olmuşdur.
4. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdeh qisməndə cəlb olunmasını, Cavabdeh1 tibbi xidmət üçün ödədiyi 6000 manat məbləğində pulun alınaraq ona qaytarılması, cavabdehlərdən müştərək qaydada 10.000 manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəb ul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3992/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia rədd edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Cavabdeh1 tərəfindən dişlərinə vinir qoymazdan əvvəl onları müalicəyə hazırlayarkən tibbi səhvə vol verdiyini, nəticədə dişlərini zədələdiyini, uğursuz müalicə olunması nəticəsində ona xeyli miqdarda maddi ziyan vurulduğunu iddia etsə də, həmin hallar tərəflər arasında eyni mübahisə üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə təkzib olunmuş, dişlərin yonulmasına Cavabdeh1 tərəfindən düzgün qərar verildiyi və icra edildiyi təsbit edilmişdir.
2. Məhkəmə göstərilənləri, həmçinin əvvəl baxılmış mülki işdə və hazırda baxılan işdəki şəxslərin dairəsinin, y əni subyekt tərkibinin eyniliyi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin mümkünsüzlüyü müəyyən edildiyinə görə hesab etmişdir ki, iddia rədd edilməlidir.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 1096, 1097, 1112, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 233.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəlki məhkəmə qərarları ilə həkimin qüsurlu müalicə aparması müəyyən edilmişdir. Həmin işin əsasını öhdəliklərin icra edilməsi instutu təşkil edirsə, hazırkı iddianın əsasını müqavilənin ləğvi, ödənilmiş məblə ğin tam geri qaytarılması və mənəvi zərər təşkil edir. Məhkəmə əsassız olaraq iş üzrə mahiyyəti üzrə araşdırma aparmadan, əvvəlki məhkəmə qərarlarının preyudisiallığına istinad etmişdir. Əksinə, həmin qərarda təsbit edilən həkimin qüsurlu müalicə aparması hazırkı iş üzrə preyudisialdır. Hesab edir ki, iş ədalətli araşdırılmalı, müvafiq ekspertizalar təyin edilməli, iddianın predmetinə uyğun olaraq iddia təmin edilməlidir.
7. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9393/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya baxışı zamanı tələb edilərərk öyrənilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(103)-12578/19 saylı mülki işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin 05/KEŞ saylı xx.xx.2019-cu il tarixli ekspert rəyində qeyd edilmişdir ki, tibbi təcrübəyə əsasən, aparılmış manipulyasiyalardan asılı olaraq həkim-stomatoloq tərəfindən dişlərin yonulması individual xarakter daşıyır. İddiaçı mütəxəssis müayinəsi zamanı dişlərinin həddindən artıq tünd rəngli olması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, manipulyasiya ediləcək dişlərin ön və uc hissələrin yonulmasına göstəriş olmuşdur. Belə ki, vinir qapaqlar nazik olduğundan, dişin öz rənginin üzə çıxmaması üçün dişlərin yonulmasına düzgün qərar verilmiş və icra edilmi şdir.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya stomatoloji xidmətlər göstərilən zaman iddiaçının sağlamlığına ziyan vurulması və stomatoloji xidmətlərin keyfiyyətsiz aparılmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
13. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır.
15. Kassasiy a şikayətində Mülki Məcəllənin 21, 442, 443, Mülki Prosessual Məcəllənin 416-cı maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitin də əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri süb utları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
25. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmal ıdır.
28. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozunt usu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasi ya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının is ə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri iddianın təmin edilməsinə əsas vermir.
37. Buna görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9393/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.