Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3787/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3233/2023 nömrəli, 2023cü il 24 may tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) 17 sentyabr 2020-ci i l tarixdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2020-ci il tarixdə tutularaq barəsində həbs qətimkan tədbiri seçilmiş, 30 noyabr 2022-ci il tarixli ittiham aktına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
3. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)184/2022 saylı, 05 may 2022-ci il tarixli hökmü ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, həmin hökmlə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-160/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət verilmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)184/2022 saylı, 05 may 2022-ci il tarixli hökmündən verilmiş kassasiya protesti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1734/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir.
5. İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək həbsdə qalmışdır. İddiaçı evlidir, himayəsində dörd yetkinlik yaşına çatmayan övladı var. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 50.000 (əlli min) manat, mənəvi zərərə görə isə 200.000 (iki yüz min) manat, cəmi 250.000 (iki yüz əlli min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, onun Astara RPŞ-nin əməkdaşları tərəfindən tutulması və ona saxta narkotik vasitə ittihamı verilməsi onun ailə üzvləri olan X4, X5, X6, X8 və X2 da ağır psixoloji sarsıntılar keçirmələrinə səbəb olmuşdur. Belə ki, azyaşlı övladları onun təqsirsizliyi sübut edilənədək kənddə ictimai qınağa məruz qalmışlar, sinif yoldaşları tərəfindən daim bu hal onla rın üzünə deyilmişdir. Buna görə də uşaqlar, demək olar ki, məktəbə də gedə bilməmişlər. Hətta onun qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ailəsini həm maddi, həm də mənəvi olaraq çətin vəziyyətə salmışdır. Ailənin yeganə qazanc gətirən şəxsi kimi o, daim fikirləşmişdir ki, görəsən azyaşlı uşaqları nə yedi, nə içdi, xəstələnəndə necə müalicə aldı. Həmçinin, o, ailəsini təkbaşına saxlamış, onların həm maddi, həm də mənəvi tələbatlarının yaxşı vəziyyətdə olması, uşaqlarının təhsili üçün əlindən gələni etmiş, bu yolda ona heç kim köməklik göstərməmişdir. Əksinə, onun Astara RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq tutulması, onun saxta narkotik maddəsi ilə ittiham edilməsi, döyülməsi, ona işgəncə verilməsi həm onun özündə, həm də ailəsində mənəvi psixoloji sarsıntıların keç irilməsi ilə nəticələnmişdir. O, 17 sentyabr 2020-ci il tarixdə tutulmuş və bəraət alana kimi, yəni 05 may 2022-ci il tarixədək istintaq təcridxanasında saxlanılmış, bu müddət isə 19 (on doqquz) ay 18 (on səkkiz) gün təşkil edir. Onun barəsində çıxarılmış əsaslı bəraət hökmü ilə kifayətlənməyən dövlət itihamçısı baraət hökmü çıxdıqdan sonra kassasiya protesti verdiyi üçün barəsində məhkəmə araşdırması davam etmişdir. Bütün bu müddət ərzində onun ailəsi sarsılmış, özünün səhhətində ciddi problemlər yaranmış və iddiaçı müflis olmuşdur. Cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində İddiaçı vurulmuş mənəvi ziyanın pul ilə kompensasiyası mümkün deyildir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində İddiaçı şəxsi həy at və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Cinayət təqibi zamanı onun şəxsiyyəti alçaldılmış və uzun müddət qapalı şəraitdə saxlanıldığı üçün səhhətində ciddi problemlər yaranmış, qanunsuz saxlanıldığı 19 (on doqquz) ay 18 (on səkkiz) gün müddətində mənəvi sarsıntı keçirmiş və ona vurulmuş mənəvi ziyana görə 200.000 (iki yüz min) manat pul tələb edir.
8. Birinci instansiya məhkəməsində cavabdeh tərəf iştirak etməmişdir.
9. Nəsimi rayon Məhkəməsinin e-2(006)-1036/2023 nömrəli iş üzrə 2023-cü il 22 fevral tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 20.000 (iyirmi min) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 1 (bir) il 07 (yeddi) ay 18 (səkkiz) gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır.
11. Məhkəmə, iddiaçıya vurulmuş maddi ziyanla bağlı hesab etmişdir ki, iddiaçı ona məhrum olduğu gəlirlərə görə 50.000 (əlli min) manat məbləğində maddi ziyanın dəyməsini bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz.
12. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddia nın bu hissəsini qismən, yəni 20.000 (iyirmi min) manat həcmində təmin olunmasını ədalətli hesab etmişdir. Belə ki, iddiaçının yuxarıda göstərdiyi müddətdə həbsdə saxlanılmağı ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən dəymiş mənəvi ziyana görə 200.000 (iki yüz min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir.
13. Məhkəmə öz mövqeyini Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsinə, Cinayət Prosessual Məcəlləsinin 56.0.2, 56.0.3, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Qanunun 4-cü maddəsinə, Mülki Məcəllənin 1101.1-ci maddəsinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafi əsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə, habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
15. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırki işə baxarkən mülki hüquq subyektlərinin bərabər hüquqlarının olmasına baxmayaraq, işin nəticəsində qeyri-qanuni qərar qəbuletməklə iddiaçının həmin hüquqları da pozmuşdur. Qeyd olunan pozuntuya nümunə olaraq məhkəmənin iddiaçının himayəsində dörd azyaşlı uşağının olması, onların da, məhz Elşən qədər psixoloji əzab çəkməsi, Eləşənin həm azadlığını itirməsi, həmdə onun özü azadlığını itirməsi ilə yanaşı himayəsində olan uşaqlarının ona görə əzab çəkməsi kimi hallara məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməməsini, həmçinin onun azadlıqda olduğu müddətdə öz ailəsininin maddi xərcələrini qarşılaması kimi halları görməzdən gəlməsini göstərə bilərik. Həmin maddəyə görə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın q anunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, AzərbaycanRespublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Amma məhkəmə tərəfindən iddia ərizəsində göstərilənlər düzgün qiymətləndirilmərək səhv nəticəyə gəlinmişdir. Əgər məhkəmə iddiaçının polislər tərəfindən tutularkən, tutulduqdan sonra, yəni iddiaçıya polislərin sərəncamında olduğu müddətdəfiziki və psixoloji izitirablar verilməsini, (hətta onun ayaqlarının altının yandırılmasını (bununla bağlı ekspert rəyləri mövcuddur və məhkəmələr tərəfindən çıxarılmış hökmlərdə qeyd aparılmışdır)), onun tutulduqdan sonra evinə gətirilməsi, öz az yaşlı uçaqlarının gözü önunda ona psixoloji və fiziki təsirləredilməsi, bu halların azyaşlı uşaqlarında psixoloji sarsıntılar yaratması, həmçinin onun uzunmüddət həbsdə olması və bununda həm onun özündə həmdə ailəsində mənfi psixoloji sarsıntlar yaratması, həmçinin o, həbs olunduqdan sonra ailəsinin sosial vəziyyətinin acınacaqlı duruma düşməsi, onun azadlıqda olduğu müddətdə əldəetdiklərindən məhrum olması kimi hallar nəzərə alınmamışdır. Əgər həmin hallar məhkəmə tərəfindən nəzərə alınsa idi iddia tam olaraq təmin olunardı. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları birinci insitansiya məhkəməsində sübut edə bilmiş, lakin mübahisəli məhkəmə qətnaməsini qəbul etmiş məhkəmə isə işə birtərəfli yanaşmaqla həmin maddənin tələblərini kobud surətdə pozmuşdur. Buna əsasən iddiaçı qətnamənin ləğv edil məsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
16. Cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunvericili yə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olmasıməsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı(orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin təqsirləndirilməsi barədə hökm (qərar) qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsu liyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. Buna əsasən cavabdeh qətnamənin l əğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2023-cü il 24 may tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə, (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov, iş N 2(103)-3233/2023) qətnamə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslanma ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictim ai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir.
19. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının mənəvi zərərə məruz qalması və bu zərərin əvəzinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olması barədə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda kollegiya iddiaçının apellyasiya şikayətinə münasibətdə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin 20.000 (iyirmi min) manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir.
20. Kollegiya birinci instansiya məhkəməsinin iddiaçının maddi ziyan tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı, əks nəticə gəlinməsini mümkün edəcək hər han sı sübutu məhkəməyə təqdim etməmiş, apellyasiya baxışı zamanı da bu cür sübutların olması müəyyən olunmamışdır.
21. Eyni zamanda Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009- cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlə t maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
22. Belə olan halda, hazırkı iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan D övlət büdcəsində hüquq mühazifə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini MM-nin 21.1, 1101.1-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 5.5, 6-cı maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş et mişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Bu səbəbdən sözügedən məhkəmə işinə cavabdeh qismində Maliyyə Nazirliyi deyil, pozuntunu törədən aidiyyəti orqan cəlb olunmalıdır. Həmin bənddə Maliyyə Nazirliyinin səlahiyyəti ilə bağlı məsələlərdə məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etməli olduğu qeyd edilir. Lakin Maliyyə Nazirliyinin səlahiyyətlərini müəyyən edən Əsasnaməsində təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələnin üzərindən öz mülahizələri ilə keçmişdir və konkret qanunverciliyə söykənməmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Ana loji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir.
26. Bundan başqa, məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, tutulmuş mənəvi ziyan əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə 20.000 (iyirmi min) manat müəyyən edilmişdir. Məhkəmə bu halla bağlı analoji işlə r üzrə təcrübəyə əsaslansa da mövcud məhkəmə təcrübəsində presedent hüququnun tətbiq olunmadığını nəzərə almamışdır, məhkəmə işin xarakterinə uyğun mütləq qaydada daha az məbləğ müəyyən etməli idi.
27. Qeyd olunmalıdır ki, məhkəmənin mövqeyi – “mənəvi ziyanın hər ay üçün 1000 manat dəyərində” müəyyən edilməsi düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Mənəvi ziyanın zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi (büdcənin əsassız və şişirdilmiş öhdəliklərdən qorunması) nəzərə alınmaqla dəyərləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edi lən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsir li, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
34. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin kassasiya şikayətində də əks etdirdiyi dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr Elşən Əsgərovun qanunsuz həbsdə qalmasını, bu dövrdə mənəvi iztirab çəkməsini, bu halda şəxsə vurulmuş zərərin Azərbaycan Respublikası tərəfindən tam həcmdə ödənilməli olmasını, dövlət büdcəsi vəsaitlərindən istifadə sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının Maliyyə Nazirliyi olduğunu nəzərə alaraq, iddiaçının tələb etdiyi mənəvi zərərin əvəzini MM-in 1101.1-ci maddəsinə əsasən cavabdeh təşkilatdan qismən tutmuşdur.
45. Həmin maddəyə əsasən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın qanunsuz tətbiqi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir (§ 34).
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3233/2023 nömrəli, 2023-cü il 24 may tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.