Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3789/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və Gəncə “ASAN xidmət” mərkəzinin Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Əliyev İlham Yəhya oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cav abdeh2 və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və Gəncə “ASAN xidmət” mərkəzinin Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3151/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı oğ!u tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1 doğma atasıdır. Xanlar rayon X10 Rəyasət Heyətinir. 26 sentyabr 1995-ci il tarixli 10 saylı qərarı ilə keçmiş R.Məmmədov adma kolxozun torpaq sahəsindən (hazırki Göygöl rayonu Yeni Qızılca kəndinin ərazisindən) a nası X2 fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı oğlunun arvadı Cavabdeh2 adına rəsmiləşmiş 0.12 ha torpaq sahəsinin həmin torpaq sahəsi olmasını israr edərək hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi və Gəncə “ASAN xidmət” mərkəzinin Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək Göygöl rayon Yeni Qızılca kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh2 adma verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət K omitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 sentyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrə!:. **********12 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışın, həmir, torpaq sahəsinə dair Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* nömrəli 27 sentyabr 2017-ci il tarixli 4Ə2331 reyestr römrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələlər. Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 3C oktyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12-10301 rrestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı oğ!u daha sonra iddianın predmetinin dəyişdirilməsinə dair ərizə verib Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 sentyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışın, həmin torpaq sahəsinə dair Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* nömrəli 27 sentyabr 2017-ci il tarixli 4Ə2331 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 sentyabr 2017-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********12 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi və Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 oktyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının atası Məmmədov Əli İsrafil oğlu ilə anası X3 1953-cü ildə ailə qurmuşlar. Onlar Daşkəsən rayonu Dəstəfur kəndində yaşamış, özlərinə məxsus 0,27 ha həyətyanı torpaq sahəsində 2 otaqlı fərdi yaşayış evi inşa etdirmişlər. O, həmin evdə doğulmuş, boya-başa çatmış, 29 avqust 1990cı ildə X7 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, orada yaşamışlar. Birgə nikahdan 19 yanvar 1991 -ci ildə Cavabdeh1 və 30 may 1992-ci ildə X11 cızı anadan olmuşdur. Xanlar rayon X10 Rəyasət Heyətinin 26 sentyabr 1995-ci il tarixli 10 saylı qərarı ilə keçmiş R.Məmmədov adma kolxozun torpaq sahəsindən (hazırki Göygöl rayonu Yeni Qızılca kəndinin ərazisindən) anası X2 fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha həyətyanı torpaq sahəsi a yrılmışdır. Valideynlərinin sağlığnda həmin torpaq sahəsində fərdi yaşayış evinin inşasına başlanılmış, 2001-ci ildə ev yaşamaq üçün tam yararlı vəziyyətdə olmuşdur. Həmin torpaq sahəsinə və evə dair bütün sənədlər toplanaraq qeydə alınması üçün Xanlar rayon DTİ və MHQİ-nə təqdim olunmuşdur. Lakin sonradan qeydiyyatın nəticəsi barədə onlara məlumat verilməmişdir. Atası Məmmədov Əli İsrafil oğlu 03 aprel 2000-ci ildə, anası X3 28 sentyabr 2012-ci ildə vəfat etmişdir. X13 özünə məxsus bütün əmlaka dair onun adma vəsiyyətnamə vermişdir. Valideynlərindən miras qalmış Daşkəsən rayonu Dəstəfur kəndində yerləşən evi və torpaq sahəsini habelə Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0,12 ha həyatyanı torpaq sahəsi və həmin torpaq sahəsində olan fərdi yaşayış evini birinci növbədə vərəsə kimi q əbul etmişdir. Ona məlum olmayan səbəblərdən Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə heç bir əlaqəsi olmayan Cavabdeh2 adına 0,12 ha həyətyanı torpaq sahəsinə dair qeyriqanuni yolla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 sentyabr 2017-ci il tarixli, RX Seriyalı, ******* nömrəli Çıxarış alınmış, bundan sonra, Gəncə “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş AN-İ ******* nömrəli, 27 sentyabr 2017-ci il tarixli 4Ə-2331 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən (X9 etibarnamə əsasında müqaviləni imzalamışdır.) Göygöl rayonu Yeni Qı zılca kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi 27 sentyabr 2017-ci il tarixdə Cavabdeh1 satılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 adına evə və torpaq sahəsinə dair 30 oktyabr 2017-ci il tarixli, RX Seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Halbuki, həmin torpaq sahəsi Xanlar rayon X10 Rəyasət Heyətinin 26 sentyabr 1995-ci il tarixli 10 saylı qərarına əsasən keçmiş R.Məmmədov adına kolxozun torpaq sahəsindən X13ya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsidir.
5. Daşkəsən Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(030)-01/2020 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia, təmin edilərək Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kom itəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş 22 sentyabr 2017-ci il tarixli, RX Seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın, həmin torpaq sahəsinə dair Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunda Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış AN-İ ******* nömrəli 27 sentyabr 2017-ci il tarixli 4Ə-2331 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin torpaq sahəsinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparıl mış 30 sentyabr 2017-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********12 reyestr nömrəli qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş 30 sentyabr 2017-ci il tarixli, RX Seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab olunması; Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 adma Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış 30 oktyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş 30 okt yabr 2017-ci il tarixli, RX Seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir.
6. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13; 29; Mülki Məcəlləsinin 140, 149.2, 157.1, 157.2, 157.5, 157.8, 337.1, 337.5, 339.1, 339.3, 339.3, 339.6, 340.1, 340.2; Torpaq Məcəlləsi 55; “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 2.2-ci maddələrinə istinad etmişdir.
7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(104)-3151/2020 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və A.Hüseynzadə) cavabdehl ər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilmiş; Daşkəsən Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 2(030)-01/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilməmişdir.
9. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Mülki Məcəllənin 324.1, 331.1, 334.1, 334.2, 337.1, 337.2, 337.4, 421.1, 421.2, 423.1, 423.2-ci maddələri ilə əsaslandırmışdır.
10. İddiaçı kassasiya şikayəti vermişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kasasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti belə əsaslandır ılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
13. Həmçinin qeyd edilmişdir ki, Göygöl Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 2(066)-l659/2017 saylı qətnaməsi ilə real şəxs olaraq eyni kənddə yaşamış Cavabdeh2 Qədir qızına verilmiş torpaq sahəsinin Cavabdeh2 mülkiyyəti kimi tanınması apellyasiya instansiyası məhkəməsi üçün həlledici hal kimi nəzərə alınması qanunsuzdur. Torpaq sahəsi onun anasının adına verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının vəkili Əliyev İl ham Yəhya oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
18. Maddə 331.1 Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
19. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
20. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir.
21. Maddə 337.1 Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
22. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
23. Maddə 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 24. “M.Bağırovun şikayəti üzrə Azərbay can Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə ko llegiyası aşağıdakılara əsasən hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
30. Belə ki, məhkəmələr müəyən etmişlər ki, Göygöl rayon Dövlət Arxivinin 01 fevral 2017-ci il tarixli 48 nömrəli arxiv arayışına əsasən Xanlar rayon R.Məmmədov adına kolxozun ümumi yığıncağının 18 iyan 1992-ci il tarixli 11 saylı qərarı ilə Xanlar rayon İcra Hakimiyyəti Başçısının 10 iyun 1992-ci il tarixli 276 saylı sərəncamı əsasında R.Məmmədov adına kolxozun əkinə yarasız torpaq sahəsindən kolxozun ərazisində yaşayan 195 nəfər fəhlə və qulluqçulara 23,40 ha fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi verilmişdir. R.Məmmədov adına kolxozun arxiv fondunda saxlanılan kolxozçuların ümumi yığıncağının protokolundakı siyahıda Cavabdeh2 Qədir qızı yazılmaqla ona verilə cək torpaq sahəsi 0,12 ha göstərilmişdir.
31. Göygöl Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli 2(066)-1659/2017 saylı qətnaməsi ilə Cavabdeh2 Qədir qızının adına yazılmış 0,12 ha torpaq sahəsinin arxiv sənədlərinin Cavabdeh2 məxsus olaması faktı təsdiq edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir
32. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 sentyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli **********12 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 Daşmmaz əmlakın dövlət reyestrinin 12 3 nömrəli reyestr kitabının 04 nömrəli vərəqində qeydiyyata alınmışdır.
33. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 22 sentyabr 2017-ci il tarixdə tərtib edilmiş A 202592 nömrəli “Torpaq sahəsinin planı və ölçüsif’nün surətindən görünür ki, Torpaq sahəsinin planı və ölçüsü” Xanlar rayon Qızılca kəndi ərazisindən Göygöl rayon Dövlət Arxivi tərəfindən verilmiş 01 fevral 2017-ci il tarixli 48 nömrəli Arxiv arayışı və Göygöl rayon Dövlət Arxivinin 01 fevral 2017-ci il tarixli 49 nömrəli Arxiv çıxarışına əsasən **********12 reyestr nömrə ilə 0,12 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına Dövlət Torpaq Kadastrı kitabında 22 sentyabr 2017-ci il tarixli A 202592 nömrə ilə uçota alınmışdır.
34. Gəncə şəhəri 5 saylı Notariat Kontoru tərəfindən verilmiş 24 iyul 2017-ci il tarixli 17321 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən ona məxsus olan həyətyanı torpaq sahəsinin və digər təyinatlı torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi X15 oğluna etibar etmişdir.
35. AN-İ ******* nömrəli 27 sentyabr 2017-ci il tarixli 4Ə2331 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 22 sentyabr 2017-ci il tarixdə Cavabdeh2 verilmiş **********12 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 Yusif qızına məxsus 0,12 ha torpaq sahəsi Cavabdeh1 satılmışdır. Alqı-satqı müqaviləsini Cavabdeh2 əvəzindən X9 imzalamışdır.
36. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 sentyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 Qəmşıd oğlunun adına Daşınmaz əmlakın dövlət reyestrinin 123 nömrəli reyestr kitabının 04 nömərli vərəqində qeydiyyata alınmışdır.
37. Azərbaycan Respublikası Əmlak Məsələl əri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 30 oktyabr 2017-ci il tarixli **********412-10301 reyestr nömrəli “Fərdi yaşayış evinin Texniki Pasportun” surətindən görünür ki, Göygöl rayonu Qızılca kəndində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Xüsusi qeydlər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 30 sentyabr 2017-ci il tarixli **********12 reyestr nömrəli çıxarış və torpaq sahəsinin plan cizgisi, “xxxx” MMC-nin razılaşdırılmış eskiz lahiyəsi Zəbt torpaq sahəsi 0,0110 ha-dı. Tik “B” tövlənin bir hissəsi zəbt torpaq sahəsinə düşdüyü üçün qeydiyyata alınmamışdır.
38. Azərbaycan Respublikası Əmlak M əsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 29 sentyabr 2017-ci il tarixdə tərtib edilmiş A 202675 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Torpaq sahəsinin planı və ölçüsü” Xanlar rayonu Yeni Qızılca kəndi ərazisindən Gəncə “ASAN xidmət” mərkəzinin xüsusi notariusu X4 (Şəhadətnamə JNç 021), 27 sentyabr 2017-ci il tarixli 4Ə-2331 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən **********12 reyestr nömrə ilə 0,12 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına X12 kitabında 29 sentyabr 2017-ci il tarixli A 202675 nömrə ilə uçota alınmışdır.
39. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 30 oktyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli, RX Seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində ümumi sahəsi 102,8 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına Daşınmaz əmlakın dövlət reyestrinin 30 nömrəli reyestr kitabının 23 nömərli vərəqində qeydiyyata alınmışdır.
40. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nm 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 27.02.2020-ci il tarixli **********69 nömrəli arayışda göstərilir ki, Göygöl rayonu, Yeni Qızılca kondində yerləşən 0.12 ha torpaq sahəsinə dair Göygöl rayon Dövlət Arxivinin 01.02.2017-ci il tarixli 48 n ömrəli arayışı (Arayışda Cavabdeh2 Qədir qızı), Göygöl Rayon Məhkəməsinin 10.07.2017-ci il tarixli 2(066)-1659/2019 saylı qətnaməsinə (sənədin Cavabdeh2 məxsus olması faktının müəyyən edilməsinə dair) əsasən Cavabdeh2 22.09.2017-ci il tarixli **********12 reyestr nömrəli (RX seriya!. ******* nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsi Gəncə "Asan xidmət” mərkəzində notariat kontorunun 27.09.2017-ci il tarixli -Ə-2331 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 30.09.2017-ci il tarixli **********12 reyestr nömrəli (RX seriya.. 1.45287 nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Daövət reyestrindən çıxarış verilmişdir. 30.09.2017-ci il tarixli **********12 reyestr nömrəli ( RX seriyalı ******* nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və “xxxx” MMC-nin razılaşdırılmış eskiz layihəsinə əsasən həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 30.10.2017-ci il tarixli **********1210301 reyestr nömrəli (RX seriyalı ******* nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir.
41. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Xanlar rayon R.Məmmədov adına kolxozun ümumi yığıncağının 18 iyun 1992-ci il tarilxi 11 saylı qərarı ilə Xanlar rayon İcra Hakimiyyəti Başçısının 10 iyun 1992-ci il tarixli 276 saylı sərəncamı əsasında R.Məmmədov adına kolxozun ərazisində yaşayan 195 nəfər fəhlə və qulluqçualara fərdi yaşay ış evi tikintisi üçün həyətyanı torpaq sahəsi verilmiş, o cümlədən Cavabdeh2 Qədir qızına da 0,12 ha torpaq sahəsi verilmiş, fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi alan vətəndaşların adlı siyahısında iddiaçının anası X1 adı aşkar olunmamış, Göygöl Rayon Məhkəməsinin hazırda qanuni qüvvədə olan 10 iyul 2017-ci il tarixli 2(066)-1659/2017 saylı qətnaməsi ilə Cavabdeh2 Qədir qızının adına yazılmış 0,12 ha torpaq sahəsinin arxiv sənədlərinin Cavabdeh2 məxsus olaması faktı təsdiq edilmiş və həmin qətnamə əsasında Cavabdeh2 adına həmin torpaq sahəsinə çıxarış verilmiş, sonuncu isə notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini Cavabdeh1 satmış, sonuncu həmin torpaq shəsinə və torpaq sahəsinin üzərindəki evə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır.
42. Göründüyü kimi Apelyasiya Məhkəməsinin müəyyən etdiyi faktiki hallarla təsdiq olunur ki, iddiaçının onun mərhum anasına məxsus olduğunu israr etdiyi torpaq sahəsinin arxiv sənədlərinin Cavabdeh2 adına olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Həmin sənədlərin Cavabdeh2 adına olması təsdiq edildiyindən onun adından aparılmış alqşı-satqı müqaviləsi və həmin əqd əsasında verilmiş Çıxarışın ləğv edilməsi tələbi əsaslı hesab oluna bilməz.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
44. Göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3151/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.