Məhkəmə qərarları › İş №2(102)-3789/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3789/2022

20.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3789/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “auditor hesabatının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; işə mülki icraat qaydasında baxılmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(1 03)3409/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı "xxxx" MMC-də İnsan Resursları və inzibati işlər üzrə departamentinin rəhbəri vəzifəsində işləmişdir. 2. "xxxx" MMC tərəfindən İddiaçı fəaliyyətinə dair audit yoxlaması aparılmış və 30 oktyabr 2020-ci il tarixdə Auditor hesabatı tərtib edilmişdir. 3. "xxxx" MMC-nin direktorunun 30 noyabr 2020-ci il tarixli əmri ilə xidmətdə göstərdiyi qeyri-peşəkarlıq və yol verdiyi nöqsanlara görə "xxxx" MMC-də İnsan Resursları və inzibati işlər üzrə departamentinin rəhbəri İddiaçı şiddətli töhmət verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci i nstansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 30 oktyabr 2020-ci il tarixli auditor hesabatının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş auditor hesabatına əsasən iddiaçıya şiddətli töhmətin elan edilməsi barədə 30 noyabr 2020-ci il tarixli, 15K/2020 saylı əmr qəbul edilmişdir. Audit rəyi iddiaçının hüquq və vəzifələrinə toxunduğu üçün 27 may 2021-ci il tarixində "xxxx" MMC-nin direktor-auditoru Nümayəndə1 qanunsuz hərəkətlərindən Azərbaycan Respublikası Auditorlar Palatasına müraciətinə əsasən Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə Nəzarət və Keyf iyyətin idarəedilməsi üzrə Komitə "xxxx" MMC tərəfindən aparılmış audit yoxlamasının X2 tələblərinə uyğunluğunun monitorinqini (keyfiyyətin monitorinqi) aparılmışdır. Monitorinqin nəticəsində Azərbaycan Respublikası Auditorlar Palatasının Şurası yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin idarəedilməsi üzrə Komitənin 20 sentyabr 2021-ci il tarixli 02-130 nömrəli məktubuna əsasən MMC tərəfindən onun əmək fəaliyyətinə dair aparılmış audit yoxlaması X2, X3 Məcəlləsinin və X1 tələblərinin pozulması ilə aparıldığı üçün keyfiyyətsiz hesab edilmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(009)-167/2022 nömrəli qərardadı ilə (hakim M.A.Bağırova) İddiaçı (üçüncü şəxs qismində "xxxx" MMC işə cəlb olunmaqla) cavabdeh "xxxx" MMC-yə qarşı “audit hesabatının etibarsız he sab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, audit yoxlaması barədə hesabat özözlüyündə birbaşa iddiaçı barəsində hər hansı hüquqi nəticə törətmir. Həmin hesabatda göstərilənlərin əsaslı olub-olmaması rəyin əsasında iddiaçıya verilmiş şiddətli töhmət barədə əmrin mübahisələndirildiyi məhkəmə tərəfindən qiymətləndirilə bilər. Belə olduğu təqdirdə, hazırki iddiaya məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir.

8. İddiaçı şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(009)-167/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsini n 17 mart 2022-ci il tarixli, 2(009)-167/2022 nömrəli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)-3409/2022 nömrəli qərardadı ilə (hakim X.A.Mərdənovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) İddiaçı şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2(009)167/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman “töhmət” əmri iddiaçı tərəfindən mübahisələndirilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən, həmin mübahisə üzrə birinci instansiya məhkəməsində yekun məhkəmə aktı qəbul edilmiş və iş hazırda apellyasiya məhkəməsinin icraatındadır.

12. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri ilə bağlı qeyd etmişdir ki, audit yoxlaması barədə hesabat müstəqil surətdə hər hansı hüquqi nəticə törətmədiyindən və onun əsasında iddiaçının işəgötürəni tərəfindən verilmiş “töhmət” əmri iddiaçı tərəfindən mübahisələndirdiyindən, hazırki iddiaya məhkəmədə baxılmalı deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

13. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)-3409/2022 nömrəli qə rardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 218.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı hazırki iddia ilə auditor hesabatının etibarlığını mübahisələndirsə də, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan digər işdə qanunsuz olaraq intizam məsuliyyətinə cəlb olunmasına dair 30 noyabr 2020-ci il tarixli əmri mübahisələndirmişdir. Audit yoxlaması barədə hesabat iddiaçı barəsində birbaşa olaraq hüquqi nəticə törədir. Əgər belə olmasaydı, onda auditor hesabatı əsasında iddiaçı barəsində 30 oktyabr 2020-ci il tarixli şiddətli töhmətin elan edilmə si haqqında əmr qəbul edilməzdi. Hesabatın mübahisələndirilməsi barədə iddia təmin olunacağı təqdirdə, şiddətli töhmətin elan edilməsi haqqında əmr də hüquqi nəticəsini itirəcəkdir.

15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

16. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

18. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəs inə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə icraata xitam verilməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

21. Belə ki, apellyasiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, audit yoxlaması barədə hesabat öz-özlüyündə birbaşa iddiaçı barəsində hər hansı hüquqi nəticə törətmir. Həmin hesabat iddiaçıya verilmiş intizam tənbehinin verilməsi üçün əsaslardan biri olmuşdur ki, onun əsaslılığına digər sübutlarla yanaşı həmin tənbehin verilməsinə dair işəgötürənin əmri mübahisələndirilərkən məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir.

22. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" MMC-nin direktorunun 30 noyabr 2020-ci il tarixli əmri iddiaçı tərəfindən məhkəmədə mübahisələndirmişdir.

23. Qeyd olunanlar iddiaçının kassasiya şikayətində də öz əksini tapmışdır.

24. Belə olan halda, başqa mülki işdə sübut əhəmiyyətinə malik olan sənədin ayrı icraatda mübahisələndirilməsinə hüquqi zərurət və əsas mövcud deyildir. İddiaçının intizam məsuliyyətə cəlb olunmasına dair əmrin mübahisələndirilməsinə dair mülki məhkəmə icraatında cavabdehin tərtib etdiyi hesabatı hazırki iddiada istinad etdiyi əsaslarla yoxlanılmasını məhkəmədən tələb etmək hüququ vardır.

25. Odur ki, hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsinə dair məhkəmələrin mövqeyi qanuni olmuşdur.

26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasi ya şikayəti təmin olunmamalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(103)-3409/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar