Məhkəmə qərarları › İş №2(102)-379/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-379/2022

02.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-379/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh "xxxx" MMC-nin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7993/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə İddiaçı arasında 04 sentyabr 2010-cu il tarixdə müqaviləyə əsasən MMC, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 111,2 kv.m. olan 22 saylı mənzili İddiaçı verməyi, İddiaçı isə həmin mənzili qəbul edib onun ümumi dəyəri olan 55.600 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. MMC-nın 01 oktyabr 2010-cu il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənmişdir.

2. Sözügedən mənzil 04 mart 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışda daşınmaz əşyanın ümumi sahəsi 94,7 kv.m. göstərilmişdir.

3. İddiaçı, MMC ilə bağladığı müqavilədə və çıxarışda mənzilin sahəsinə dair fərqə i stinad edərək cavabdehin ondan artıq pul aldığını bildirir və aşağıdakı tələbi irəli sürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8.250 (səkkiz min iki yüz əlli) manat pul tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 04 sentyabr 2010-cu ilə tarixdə "xxxx" MMC-dən müqavilə üzrə mənzil yəni Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2752 saylı məhəllədə inşa edilən yaşayış binasının, A giriş, 5 mərtəbəsində yerləşən ümumi sahəsi 111,2 kv.m olan 2 (üç) otaqlı 22 saylı mənzili tərəfindən hər kv.m üçün 500 (beş yüz) manat ümumilikdə 55.600 (əl li beş min altı yüz) manat ödəməklə almışdır. 04 mart 2020-ci il tarixdə mənzilinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət haqqında № ********** saylı Çıxarış verilmişdir. Həmin çıxarış da mənzilinin ümumi sahəsi 94.7 kv.m göstərilmişdir. Bu barədə "xxxx" MMC-yə bildirsə də heç bir məhəl qoymamışlar. Müqavilədə göstərilmiş sahənin möcud vəziyyətdə 16,5 kv m. sahənin olmaması və onu aldadaraq həmin sahənin pulunu almışlar.

6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, mənzil onlara verilərkən müqaviləyə uyğun sahə ilə verilmişdir. Lakin sonradan evdə təmir tikinti işləri aparılmış və mənzilin sahəsi ona görə azalmışdır. Həmçinin müqavilədə göstərilmişdir ki, daxili t amamla işləri görülmədən mənzil alıcıya təhvil verilmişdir. Müqavilədə göstərilən sahə isə mənzilin qeyd olunan halda olan sahəsidir. Bundan başqa, hesab edir ki, iddiaçı hazırki iddia ərizəsini verərkən iddia müddətini ötürmüşdür. Belə ki iddiaçı mənzili 04 sentyabr 2010-cu il tarixli müqavilə ilə almış və mənzilin onun sahibliyinə verilmişdir. Buna baxmayaraq iddiaçı təxminən 10 il sonra məhkəməyə müraciət etmiş, iddia müddətini ötürmüşdür. Bu isə iddianın rədd edilməsi üçün əsasdır.

7. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

8. Nizami Rayon Məhkəməsinin (hakim E.Həsənov) 25 avqust 2021-ci il tarixli, 2(007)-660/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC-dən 5875 manatın İddiaçı Haci qızının xeyrin ə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan 30 manat dövlət rüsumunun əvəzinin MMC-dən tutularaq İddiaçı Haci qızına ödənilməsi, məhkəmə tikinti-texniki ekspertizasına sərf olunmuş 100 manatın "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC İddiaçı ilə bağladığı 04 sentyabr 2010-cu il tarixli müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, iddiaçıya 111.2 kv.m mənzil sahəsi verməli olduğu halda cəmi 99.45 kv.metr mənzil sahəsi vermişdir. Göründüyü kimi, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az, yəni ümumi sahə 111.2 kv.m olmalı olduğu halda 99.45 kv.metr sahədən ibarət tikinti tikməklə iddiaçıya təhvil vermiş, və nəticədə iddiaçı tərəfindən cavabdehə mənzilin dəyərindən artıq məbləğ ödənilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 15 aprel 2021-ci il tarixli rəyindən görünür ki, mənzilin sahəsi 04.09.2010-cu il tarixli müqavilədə göstərilən 111,2 kv.m sahədən 11,75 kv.m az təşkil edir. Belə olan halda iddia qismən təmin edilməlidir. İddiaçı hüququnun pozuluduğunu bildiyi gündən təxminən 7 ay sonra daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürməmişdir. Ona görə də, cavabdeh "xxxx" MMC-nin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sədrl ik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) 25 avqust 2021-ci il tarixli, 2(103)-7993/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-660/2021 saylı iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 12. "xxxx" MMC kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin “...iddiaçı mənzilin sahəsinin 04 sen tyabr 2010-cu il tarixli müqavilədə göstəriləndən az olduğunu 04 mart 2020-ci il tarixdə mənzilə dair reyestr çıxarışı əldə etdikdən sonra bilmiş, 08 oktyabr 2020-ci il tarixdə məhkəmədə müvafiq iddianı qaldırmışdır mövqeyinə münasibətdə qeyd edirik ki, 04 sentyabr 2010-cu il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış “Mənzil Tikintisi Haqqında” müqaviləyə əsasən, cavabdeh ünvan 2 ünvanda yerləşmiş "xxxx" MMC-nin tikilməkdə olan binasında 22 №-li mənzili iddiaçıya verməyi, iddiaçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 01 oktyabr 2010-cu il tarixli Maliyyə Arayışından görünür ki, həmin mənzilin pay dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Mübahisəli mənzil dəyəri iddiaçı tərəfindən tam olaraq ödənildikdə n dərhal sonra, yəni 01 oktyabr 2010-cu il tarixdə iddiaçıya təhvil verilmişdir. 01 oktyabr 2010-cu il tarixdə iddiaçı həmin mənzili istifadəsinə və sahibliyinə qəbul etmişdir. Məhkəmənin “iddiaçının mənzilə çıxarışı 2020-ci il tarixdə alması” dəlilini əsas gətirərək iddia müddətinin tətbiq edilməsi barədə ərizənin təmin edilməməsinə yönəlmiş mövqeyi əsassızdır. Belə ki, iddiaçı mənzilə çıxarış əldə edərək, həmin mənzilə mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmışdır. Bu da iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun realizə edilməsi üçün əsasdır. Lakin mənzilin iddiaçıya təhvil verilmə tarixindən etibarən həmin mənzil üzərində iddiaçının istifadə və sahiblik hüququ yaranmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı mənzilin d əyərini tam ödədikdən sonra həmin mənzilin ona təhvil verildiyini bir daha təsdiq etmişdir. Elə həmin tarixdən etibarən həmin mənzil üzərində iddiaçının istifadə və sahiblik hüququ yaranmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 04 sentyabr 2010-cu il tarixli “Mənzil Tikintisi Haqqında” müqavilənin 2-ci bəndinin 4-cü hissəsinə əsasən, “Mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə payçının özünə verilir.” Həmin bənddən göründüyü kimi, mübahisəli mənzil iddiaçıya daxili tamamlama işləri görülmədən, yəni təmir olunmadan təhvil verilmişdir. Mənzil iddiaçıya təhvil verildikdən sonra, həmin mənzildə iddiaçı tərəfindən təmir işləri görülmüşdür. Təmir işləri görülən zaman aydın məsələdir ki, mənzilin sahəsi dəfələrlə ölçülür, lazım olacaq mal-materiallar həmin sahənin ölçüsünə uyğun alınır. Xidmət göstərən şəxslərin ustaların xidmət haqqı da məhz təmir ediləcək sahənin ölçüsünə görə ödənilir. Bu səbəbdən iddiaçının çıxarış aldıqdan sonra həmin mənzilin sahəsinin nə qədər olmasını bilməsi ağlabatan mühakimə deyil. Nədənsə birinci instansiya məhkəməsi, həmçinin apellyasiya məhkəməsi mənzilin iddiaçıya təhvil verildiyi vaxtdan sonrakı dövr ərzində iddiaçı tərəfindən təmir işlərinin aparılmasına dair heç bir münasibət bildirməmiş və heç bir araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq.

17. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

18. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

19. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edil ə bilər.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilmə si) başa düşülür.

23. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

24. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

25. Maddə

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

26. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və T ikinti Məcəlləsi:

27. Maddə

1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

28. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

29. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə

416. Kassasiya instansiyası məhkəmə si müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

41. Hazırkı işdə isə birinci və apellyasiya instansiyası məhkəmələri baxdıqları mübahisə üzrə öhdəlik münasibətlərinə və iddia müddətinə dair ümumi xarakterli maddi hüquq normalarına (MM, m.385, 442, 373 və s.) istinad etsələr də, tərəflər arasındakı öhdəlik münasibətlərinin konkret olaraq hansı müqavilədən irəli gəldiyini, bu öhdəliklərin nədən ibarət olduğunu, onların nə vaxt icra edildiyini və ya pozulduğunu, buna müvafiq olaraq cavabdehin tətbiq etdiyi iddia müddətinin əvvəlinin hansı andan hesablandığını göstərməmiş, bu xüsusatlara dair konkret maddi hüquq normaların dispozisiya şərtləri üzrə hüquqi dəyərləndirmə aparmamışlar.

42. İşdən göründüyü kimi, iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstərilənd ən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir.

43. Cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçıya müqaviləyə uyğun sahəsi olan mənzil vermişdir.

44. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (§ 23-24).

45. Bununla belə, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal- ca vabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal veribverməməsi iş üzrə sübutetmənin predmeti olmuşdur.

46. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zər uridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 31-32).

47. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (§ 33).

48. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir.

49. Birinci instansiya məhkəməsi bu xüsusatı yoxlamaq məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 15.04.2021-ci il tarixli rəyinə görə, Azərbaycan Respubli kası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesab anması qaydaları”-na əsasən, sözügedən mənzilin ümumi sahəsi 99,45 m2 təşkil edir və həmin sahə 04.09.2010-cu il tarixli müqavilədə göstərilən 111,2 kv.m sahədən 11,75 kv.m az təşkil edir.

50. Rəyin təsviri hissəsinə görə ekspert, hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparmışdır. Məhkəmələr də qətnamələrində həmin normaya istinad etmişlər.

51. Kollegiya nəzərə alır ki, ekspertin rəyi məcburi qüvvəyə malik olmayıb, sübut növlərindən biri kimi məhkəmə tərəfində n qiymətləndirilməlidir.

52. Hazırkı işdə isə alınmış ekspertiza rəyində mənzilin ümumi sahəsi 99,45 kv.m. göstərilsə də, məhkəmələr bu sübutu tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirməmişlər (§ 34-35).

53. Belə ki, məhkəmələr, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin (§ 2729), buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq desək iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat m üqaviləsi üzrə öhdəliklərə şamil edildiyini əsaslandırmamışlar.

54. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil.

55. Odur ki, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya verib-vermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər.

56. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etməyi aydınlaşdırılmalı və iddia tələbinə yekun hüquqi qiymət verilməlidir.

57. O da nəzərə alınmalıdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir.

58. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə vermişdir.

59. Qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (§ 25-26).

60. Məhkəmələr iddia müddətinin əvvəlini iddiaçının mənzilə dair çıxarış aldığı 04.03.2020-ci ildən hesablasalar da, mənzilin o nun tərəfindən nə vaxt təhvil alındığına, bu zaman onun daxili sahəsinin həcmi barədə məlumatlı olub-olmadığına, əgər olmamışsa mənzildə təmir işlərinin nə zaman görüldüyünə, belə işlərin görülməsinə dair podratçılarla adətən kv.m. ölçü vahidi ilə razılaşma aparıldığı halda iddiaçının istinad etdiyi qüsurla bağlı öz hüququnun pozulduğunu bilməli olub-olmamasına dair hüquqi qiymətləndirmə aparmamışlar.

61. Kollegiya hesab edir ki, qüsur aşkar edildiyi təqdirdə yuxarıdakı xüsusatlar üzrə lazımi dəyərləndirmə aparılmaqla, iddiaçının məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edib-etmədiyinə, yaxud bu qüsur üzrə iddiaçının hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçibkeçmədiyinə mülki qanunvericili yin normaları əsasında hüquqi qiymət verilməlidir.

62. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 30, 36). Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır.

63. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

64. Göstərilənl ərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7993/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar