Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3790/2022 03.06.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-7651/2021 nömrəli 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə və Cavabdeh2 qarşı vəzifəli şəxsin qanunsuz hərəkəti nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək cavabdehlə rdən 24.035 manat maddi ziyan, 6.000 manat əldən çıxmış fayda, 10.000 manat mənəvi ziyan olmaqla, cəmi 40.035 manat pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(006)-579/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 24.035 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən, Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. İddiaçı iddianın tam təmin olunmasını, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamenti isə Nəsimi r ayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(006)579/2021 nömrəli qətnaməsinin iddianın Departamentə qarşı təmin edilən hissəsində ləğv edilməsi, iddianın Departamentə qarşı hissədə rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7651/2021 nömrəli, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin apellyasiya şikayəti təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(006)-579/2021 nömrəli qətnaməsi qismən – vurulmuş 24.035 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentindən müştərək qaydada tutulması hissəsində ləğv edilmiş, iddia tələbi Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentin qarşı hissədə rədd edilmişdir. Cavabdeh2 (Vəkil2) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.10.2021-ci il tarixli 2(103)-7651/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi, prosessual qanunvericiliyə görə tərəflər apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən o halda şikayət verə bilərlər ki, onların tələbləri təmin olunmasın. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Buna görə də məhkəmə kollegiyası qe yd edir ki, Cavabdeh2 apellyasiya şikayəti vermədiyi üçün, başqa sözlə, qeyd edilən cavabdehin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmayan hər hansı tələbi olmadığı üçün Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin tələbi baxımından onun apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ da yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)7651/2021 nömrəli, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi iddiaçı və digər cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin apellyasiya şikayətlərinin dəlilləri həddində, yəni əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi tələbinin təmin edilməyən, eləcə də iddianın Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinə qarşı təmin edi lən hissəsində yoxlanıb. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 403.1 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 (Vəkil2) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)7651/2021 nömrəli, 11.10.2021-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-3790/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-3790/2022
03.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver