Məhkəmə qərarları › İş №2(102)-3792/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3792/2022

18.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3792/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Bakı şəhəri Nizami rayon icra şöbəsinə qarşı “ipotekaya xitam verilməsi, əmlakın ipoteka yüklülüyündən azad edilməsi və icra sənədinin məhkəməyə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2022-ci il tarixli, 2(103)2073/2 022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə X1 cəmi 22794 ABŞ dolları kredit borcunun (qətnamənin icra oldunduğu gün Azərbaycan manatı məzənnəsinə uyğun olaraq manatla) və 30 manat dövlət rüsumunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 5 nömrəli binada yerləşən 32 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə edilmiş pul vəsaitindən qeyd olunan borcun Cavabdeh1 ASC-nə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması, tutma yönəldikdən sonra onun və mənzildə qeydiyyatda olan digər şəxslərin 1 ay ərzində mənzili boşaltmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi mənzilin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində dəyişdirilərək, mənzilin ilkin satış qiyməti 65000 manat müəyyən edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

2. Qətnamənin icrası ilə bağlı Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsi tərəfindən hərracda satışının təşkili üçün "xxxx" MMC-nə sifariş vermiş, adı çəkilən MMC tərəfindən “Birja Yenilikləri” qəzetinin 10-16 yanvar 2020-ci il və 31 yanvar 06 fevral 2020ci il tarixli buraxıl ışlarında Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2 mərtəbəli, 5 nömrəli binada yerləşən 32 saylı mənzilin ilkin satış qiyməti 67000 manat müəyyən edilməklə 10 fevral 2020-ci il tarixdə açıq hərracının keçiriləcəyi barədə elan verilmiş, bununla bağlı tərəflərə, o cümlədən Cavabdeh1 ASC-yə bildirişlər göndərilmiş, həmin qəzetin 14-20 fevral 2020-ci il tarixli buraxılışında ilkin hərracın baş tutmadığı qeyd olunmaqla mənzillə bağlı ikinci hərracın 24 fevral 2020-ci il tarixdə keçiriləcəyi (ilkin satış qiymətindən 15% aşağı qiymətlə) haqqında elan yerləşdirilmiş və icra icraatının tərəflərinə bildirişlər ünvanlanmış, mənzil təkrar hərracda da satılmadığından əmlakı təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 42712,5 manata alınması məsələsinə münasibət bildirməsi üçü n Banka 28 fevral 2020-ci il tarixdə təklif məktubu göndərilmiş, eyni zamanda “Birja Yenilikləri” qəzetinin 28 fevral 05 mart 2020-ci il tarixli buraxılışında hərracın baş tutmadığı barədə elan verilmişdir. 3. "xxxx" MMC 01 aprel 2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinə məktub ünvanlayaraq, ipoteka predmetinin təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 42712,5 manata alması barədə banka təklif edildiyini, lakin bank tərəfindən ipoteka predmetinin əldə edilmədiyini, buna görə də sifariş məktubunun geri qaytarıldığını bildirmişdir.

4. Cavabdeh1 ASC Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 ASC-nin ləğvedicisi təyin edilmişdir. İş üzrə qəbul edilmiş m əhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Bakı şəhəri Nizami rayon icra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh bankın Yasamal filialı və X2 arasında bağlanmış 16 dekabr 2011-ci il tarixli kredit müqaviləsinin təminatı kimi bağlanmış eyni tarixli ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ev 5, 32 saylı mənzilin ipoteka ilə yüklülüyünə xitam verilməsi, mənzilin bank qarşısında ipoteka yüklülüyündən azad edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1576/2019 saylı icra sənədinin (vərəqəsinin) “tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 2 mərtəbəli, 5 nömrəli binada yerləşən 32 saylı mənzilə yönəldilməsi” hissəsində məhkə məyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan mənzilin açıq hərracdan satılması üçün hərrac təşkilatına sifariş göndərilmiş, "xxxx" MMC iki mərhələli formada hərrac təyin etmiş, 24 fevral 2020-ci il tarixə təyin edilmiş hərracın ikinci mərhələsi baş tutmadığından bu barədə hərrac təşkilatı tərəfindən “Birja" qəzetinin 28 fevral 2020-ci il tarixli nömrəsində elan dərc edilmiş, həmin tarixdə də ipoteka predmetinin əldə edilməsi üçün tələbkar banka təklif məktubu göndərilmiş, lakin bank tərəfindən qanunla müəyyən edilmiş 30 təqvim günü ərzində əmlak əldə edilməmiş və ya bu barədə təklifə müsbət mövqe bildirilməmişdir. Bu səbəbdən də sifariş məktubu hərrac təşkilatı tərəfindən 01 aprel 2021-ci il tarixdə icra şöbəsin ə geri qaytarılmışdır.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(007)2699/2021 nömrəli qətnaməsi ilə (hakim H.M.Əhmədova) iddia tələbi qismən təmin edilmiş, Ləğv prosesində olan Cavabdeh1 ASC və X2 arasında 16 dekabr 2001-ci il tarixli 16122011\803 saylı kredit müqaviləsinin təminatı kimi bağlanılmış 16 dekabr 2001-ci il tarixli 16122011\803\İ saylı ipoteka müqaviləsi üzrə Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 5 saylı evin 35 saylı mənzilinin ipoteka ilə yüklülüyünə xitam verilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 və 43.8-ci maddələrinə istinad edədək hesab etmişdir ki, ipotek a saxlayan ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi üçün “İpoteka haqqında” Qanunun 48-ci maddəsinə əsasən ipotekaya xitam verilməlidir.

9. Məhkəmə iddia tələbinin icra sənədinin məhkəməyə qaytarılması hissəsində hüquqi qiymət verərkən hesab etmişdir ki, həmin məsələ “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun icra qaydasında həll edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(007)-2699/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyas iya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2022-ci il tarixli, 2(103)-2073/2022 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(007)2699/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, hərracın təşkilatçısı olan "xxxx" MMC, ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 42712,5 manata alıb-almayacağı məsələsinə münasibət bildirməsi üçün Banka xx.xx.2020-ci il tarixdə təklif məktubu göndərmiş və bankın həmin təklifə hər hansı cavab vermədiyi işin mübahisəsiz halıdır. Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətində bunu həmin təklifin banka çatdırılmaması ilə izah etsə də, iş materiallarından görünür ki, həm hərraclar barədə bildirişlər, həm də müvafiq təklif bank tərəfindən alınmışdır.

13. Bununla da, əmlakın üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas təşkil etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

14. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2022-ci il t arixli, 2(103)-2073/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “İpoteka haqqında” Qanunun 43.5, 43.6, 43.7, 43.8-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Bununla da, vicdanlı ipoteka saxlayan qismində Ləğv prosesində olan Cavabdeh1 ASC-nin qanunla qorunan hüquqları kobud surətdə pozulmuşdur. İpoteka saxlayan Ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən hərrac təşkilatçısının mərhələli hərrac prosedurlarını gözləmiş, ipoteka qoyanın daşınmaz əmlaka dair bildirişlərdən məlumatlı olmasına tam şəkildə riayət olunsa da, təklif müraciətinə münasib ət bildirmək üçün rəsmi bildiriş bankın səlahiyyətli nümayəndəsinə təsdiqedici şəkildə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi təklif məktubunu imza edərək qəbul edən şəxsin kimliyi və səlahiyyətli şəxs olub olamaması faktına dair mövcud sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.

16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

17. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

19. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının pr edmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

20. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunm alıdır. 22. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə il kin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarında irəli sürülmüş mövqeyə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka p redmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslə rin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasə n apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. B u baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin hərracdan satılması ilə bağlı “İpoteka haqqında” Qanunun tələblərinə əsasən ilk və təkrar hərracların keçirilməsi, həmin hərracların baş tutmamış elan olunması və hərrac təşkilatçısı tərəfindən ipoteka predmetinin əldə olunması dair təklifin cavabdeh banka göndərilərək, rəsmi qaydada verilməsi, ipoteka saxlayanın isə qanunla müəyyən olunmuş müddət ərzində ipoteka predmetini əldə etməsi barədə tədbirlər görməməsi apellyasiya məhkəməsinin işdə olan sübutlarla müəyyən olunmuş hallarıdır.

27. Belə olan halda isə ipotekaya xitam verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə uyğun olmuşdur.

28. Sübutların qiymətləndirilməməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2022-ci il tarixli, 2(103)-2073/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar