Məhkəmə qərarları › İş №2(102)-3794/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3794/2022

30.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3794/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2301/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qə bul etdi. İşin halları

1. Cavabdeh xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Toyota Prado” markalı, **-HZ*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, İddiaçı məxsus “İNFİNİTİ QX50” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində “İNFİNİTİ QX50” markalı avtomobilə ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. 2. “İNFİNİTİ QX50” markalı avtomobilin rəsmi servisi (distributoru) olan "xxxx" MMC tərəfindən həmin avtomobilə dəymiş zərərin məbləği dəyişdirilməli hissələr və görülən işlər daxil olmaqla 23.357 manat müəyyənləşdirilmiş, “Toyota Prado” markalı avtomobilin sahibinin mülki məsu liyyətini sığortalayan sığorta şirkəti “İNFİNİTİ QX50” markalı avtomobilə dəymiş ziyanın 5000 manat hissəsini İddiaçı ödəmişdir.

3. İddiaçı xx.xx.2021-ci il tarixdə “Zəfəran Hospital”da boyun fəqərələrini MRT müayinəsi üçün 149 manat ödəniş həyata keçirmiş, eyni zamanda hadisədən sonra avtomobilinin daşınması üçün "xxxx" MMC-yə 30 manat pul ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 18.357 manat, əmtəəlik görünüşünün itirilməsi və avtomobilin bazar qiymətinin düşməsinə görə 27.500 manat pulun, avtomobilin daşınması ilə bağlı ödənilmiş 30 manat xərcin, 140 manat tibbi müayinə ilə bağlı xərcin, 5.000 manat mənəvi zərərin əvəzinin, 30 manat dövlət rüsumunun – cəmi 51.057 manat pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23 iyun 2021-ci il tarixdə saat 16:40 radələrində özünə məxsus “İNFİNİTİ QX50” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov küçəsində hərəkətdə olarkən, ara məhəllədən yola çıxan “Toyota Prado” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilini sağ tərəfdən vurmuş, toqquşma nəticəsində yolun kənarına çırpılaraq avtomobilinə ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsindən sonra avtomobilin sürülüb aparılması mümkün olmadığı üçün evakuator vasitəsilə dərhal "xxxx" şirkətinin servisinə aparılmış dır. Həmin şirkət tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən hadisə nəticəsində “İNFİNİTİ QX50” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilini ön hissəsinin, sağ orta dayağının, arxa sağ və ön qapısının, arxa sağ qanadının, arxa sağ arka hissəsinin, lanjeronun, sağ disklərin və traversinin, ön sağ qanadının və digər hissələrin sıradan çıxdığı, həmçinin bəzi ehtiyat hissələrinin tam olaraq dəyişdirilməsinin zərurəti olduğu müəyyən edilmişdir. Sığorta şirkəti tərəfindən ona 5.000 manat sığorta ödənişi edilmişdir. Hadisədən sonra boyun nahiyəsində ağrılar hiss etdiyindən “Zəfəran Hospital”da boyun fəqərələrini MRT müayinəsini etmiş, buna görə 140 manat ödənilmişdir. Bundan əlavə yol nəqliyyat hadisəsi zamanı sarsıntı keçirmiş, hadisənin təsirindən hələ də özünə gələ bilməmişdir. Qəza nəticəsində avtomobilin bazar dəyəri də aşağı düşmüşdür. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır.

6. Birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2012-ci il tarixli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, “İNFİNİTİ QX50” markalı avtomobilin dəyişilməli hissələrinin qiyməti 14.407 manat, təmir-bərpa işlərinin qiyməti 2.410 manat olmaqla dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 16.817 manat təşkil edir. 2021-ci ilin aprel ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 63.000 manat olan həmin avtomobilin təmirdən sonra bazar qiymətində təxminən 10 faizədək fərq olması istisna olunmu r. 7. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, “İNFİNİTİ QX50” markalı 99-OK767 dövlət qeydiyyat nişanlı, buraxılış ili 2018-ci il olan, tünd göy metal rəngli minik avtonəqliyyat vasitələrinin saz (qəzaya uğramamış) vəziyyətdə təqdim edilən sənədlər və fotoşəkillə nəzərə alınmaqla xx.xx.2021-ci il tarixinə bazar dəyəri 67.500 manat, təmir olunduqdan sonra, mövcud vəziyyətə uyğun olaraq, metodika üzrə fiziki, mənəvi, iqtisadi aşınmaları toplam olaraq 38-42 % təşkil edərək xx.xx.2021-ci il tarixinə bazar dəyəri 40 000 manat təşkil edir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5816/2021 nömrəli, 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia tələbləri qismən təmin edilərək, cavabdehdən dəymiş maddi və mənəvi zərərin əvəzi ki mi ümumilikdə 18.787 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pulun tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 manatın cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.

9. Məhkəmə dəymiş maddi ziyanın həddini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab etmişdir ki, həmin rəy sübut kimi qəbul edilməli, vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq avtomobilin təmir-bərpa xərci üzrə 16817 manat həddində, avtomobilin bazar qiymətinin aşağı düşməsi ilə əlaqədar vurulmuş zərər üzrə isə onun normal vəziyyətdə 2021-ci ilə olan bazar qiymətinin (63.000 manat) 10%-i məbləğində, yəni 6300 manat həddində müəyyən edilməli, dəymiş ziyan hesablanarkən sığorta ödənişi kimi ödənilmiş 5000 manat məbləğ nəzərə alınmalıdır.

10. Məhkəmə, iddia tələbinin “mənəvi zərər” hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin hüquqazidd əməli, İddiaçı məxsus olan daşınar əmlaka vurulmuş ziyanın aradan qaldırılmasına və iddiaçının öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən mənəvi sarsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan hallara gətirib çıxarmışdır. Belə olan halda iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməlidir. Məhkəmə, mənəvi zərərə görə tutulmalı kompensasiya məbləğinə münasibətdə isə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulmasını, zərərçəkən şəxsin qadın olmasını, mənəvi sarsıntıya və iztirablara dözüm həddini və digər diqqətəlayiq halları nəzərə alaraq, həmin məbləğin 500 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçıya dəyiş maddi və mənəvi zərərin ümumi məbləği avtomobilə dəymiş ziyan kimi 5000 manat sığorta ödənişi nəzərə alınmaqla (16817+6300-5000) 18117 manat, avtomobilin evakuasiya xidməti üçün ödənilmiş 30 manat, tibbi müayinə üçün ödənilmiş 140 manat və mənəvi zərərə görə kompensasiya kimi 500 manat olmaqla, ümumilikdə 18787 manat həddində müəyyən olunmalıdır.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1115-ci maddələrinə istinad e dərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən – maddi ziyanın tutulması hissəsində - ləğv edilməsini və həmin hissədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının avtomobilinə dəymiş maddi ziyanın məbləğini düzgün müəyyənləşdirməmiş, ekspert rəyi mübahisəyə tam aydınlıq gətirməmiş, avtomobilin qiyməti və ona dəymiş ziyan şişirdilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 mart 2022-ci il tarixli, 2(103)-2301/2022 nömrəli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova, V.Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə iddiaçının avtomobilinə vurulmuş maddi zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmişdir. Belə ki, həmin məbləğ həm “İNFİNİTİ QX50” markalı avtomobilin rəsmi distributorunun verdiyi rəyə, həm də məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatı zamanı avtomobilə baxış keçirməklə müvafiq nəticəyə gələn ekspertin rəyi ilə müəyyən edilmiş məbləğə uyğun olmuş, ziyan məbləğinin şişirdilmiş olmasını təsdiq edə biləcək heç bir sübut isə apellyator tərəfindən təqdim edilməmişdir.

17. Kollegiya hesab etmişdir ki, iddiaçının avtomobilinə dəymiş real ziyanın məbləği olaraq onun təsdiq etmədiyi zərər aktında göstərilən rəqəm əsas götürülə bilməz, “İNFİNİTİ QX50” markalı avtomobilə dəymiş ziyan məbləği sonradan avtomobilin rəsmi servisi tərəfindən hesablanmış, həmin hesablama avtomobilə baxış keçirməklə rəy verən ekspertin hesabatına da uyğun olmuşdur.

18. Kollegiya iddiaçıya dəymiş digər ziyan qismində onun avtomobilin evakuasiya xidməti üçün ödədiyi 30 manatın və tibbi müayinə üçün ödədiyi 140 manatın da cavabdehdən tutulmasını əsaslı saymışdır və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görməmişdir.

19. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1108.1, “İcbari Siğortalar haqqında” Qanunun 20.2, 20.5, 56.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilm əsi, apellyasiya insansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında maddi ziyan hissəsində yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, siğorta qanunvericiliyində vurulmuş ziyanla bağlı icbari siğorta şirkətinin payına düşən məbləği (5000 manat) siğortaçı tərəfindən qarşılanması anlayışı yoxdur, ümumiyyətlə zərərçəkənə vurulmuş ümumi ziyan məbləğinin 5000 manat hissəsi siğortaçı tərəfindən qarşılanır anlayışı vardır. Belə ki, iddiaçı tərəfindən öz təşəbbüsü ilə istəyinə uyğun servisdə avtomobilin qiymətləndirilməsi ilə bağlı zərər aktı tərtib etdirib, onu məhkəməyə təqdim edirsə və məhkəmə ziyanla bağlı iddiaçının təqdim etdiyi zərər aktını qəbul edirsə, bu proses bütövlükdə yanlışdır.

22. Kassator şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1, 925.2, 925.3-cü, “İcbari siğorta haqqında” Qanunun 16.2, 20.5, 56.1, 56.1.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4, 418.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

23. Kassasiya şikayətinə əlavədə cavabdeh qeyd etmişdir ki, vəkilin sorğusuna "xxxx" MMC tərəfindən verilmiş cavaba əsasən, avtomobil servisdə təmir edilsə də, avtomobilin üzərində dəyişdirilməli olan ehtiyat hissələrini iddiaçı özü gətirmişdir. Lakin iddiaçı ehtiyat hissələrinin haradan alınması və bununla bağlı qəbzləri məhkəməyə təqdim etməmişdir. Bu barədə iddiaçının nümayəndəsinə sual verəndə də, məlumatının olmadığını bildirmişdir.

24. Kassator əlavə kassasiya şikayətinə qoşma kimi “Nurgün Qrup”un xx.xx.2022-ci il tarixli məktubunu əlavə etmişdir. Məktubda avtomobi lin ehtiyat hissələrini müştərinin özü gətirdiyi, servisin yalnız təmir işlərini gördüyü, təmir xərclərinin 3200 manat təşkil etdiyi qeyd olunur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İcbari sığortalar haqqında” Qanun

26. Maddə 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.

27. Maddə 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla m üəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur.

28. Maddə 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qa nunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

31. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır.

32. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəa liyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

33. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən e dilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instan siyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya ş ikayətində qətnamə qismən mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı maddi ziyanın ödənilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, baxılan iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096, 1097, 1108.1, 1116-ci maddələri təşkil edir və apellyasiya instansiya məhkəməsi də işin hall arını həmin normalar əsasında təhlil etmişdir.

45. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar ümumi norma kimi çıxış edir. Zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Yəni mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə yaranır. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır.

46. Hazırki işdə də zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası müqavilədənkənar - delikt hüququndan yaranır.

47. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrində əksini tapmış müddəaların təhlilindən gör ündüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

48. Baxılan iddianın təmin oluynması üçün ilk növbədə zərərin vurulması sübut olunmalıdır. Əgər zərərin vurulması təsdiq olunmursa, digər əsaslar üzrə araşdı rma aparılmasına ehtiyac qalmır. İşə baxmış apellyasiya məhkəməsi də cavabdeh tərəfindən iddiaçıya ziyan vurulmasını, ziyanın vürulmasında cavabdehin təqsirini müəyyən etmiş və ziyanın cavabdeh tərəfindən ödənilməli olduğu qənaətinə gəlmişdir.

49. Kassasiya şikayətinin dəlillərindən görünür ki, cavavdeh zərərin məbləğini mübahisələndirir, həmçinin siğorta qanunvericiliyində vurulmuş ziyanla bağlı icbari siğorta şirkətinin payına düşən məbləğin siğortaçı tərəfindən qarşılanması anlayışı olmadığını bildirir.

50. Məhkəmə kollegiyası bildirir ki, iddiaçıya dəymiş ziyan ekspertiza rəyi əsasında müəyyən olunmuş, ekspertiza zamanı avtomobilə baxış keçirilmiş, ehtiyat hissələrinin qiyməti müəyyən edilərkən Bakı şəhəri üzrə avtohissələr bazarında (mağazalarında) və Məhkəmə Ekspertizası Mərkəzinin e kspert praktikasında toplanmış məlumatlardan istifadə olunmuşdur. Cavabdehin ziyan məbləğinin düzgün müəyyən olunmaması, məbləğin şişirdilməsi barədə dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən də araşdırılmış və məhkəmə qeyd etmişdir ki, cavabdeh bu dəlilləri təsdiq edə biləcək heç bir sübutu təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi əsaslıdır.

51. Cavabdehin “siğorta qanunvericiliyində vurulmuş ziyanla bağlı icbari siğorta şirkətinin payına düşən məbləğin siğortaçı tərəfindən qarşılanması anlayışı olmadığı” barədə dəlili də əsassızdır. Çünki “İcbari sığortalar haqqında” Qanunun Maddə 20.2-ci maddəsinə əsasən, bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəs inin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.

52. Kassatorun digər dəlilləri (eyni zamanda əlavə kassasiya şikayətində göstərdiyi hallar) mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə aid olduğundan, həmin dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2301/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar