Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3799/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü; kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması, həmin torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin hissəyə sahib olmağa, ondan istifadə etməyə yö nəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə son qoyulması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-664/2024 nömrəli 16 sentyabr 2024-cü il tarixli qərardadından cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 313 kv.m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.1996 ha olan torpaq sahəsindən 4/6 hissə payının və ümumi sahəsi 0.4061 ha olan torpaq sahəsindən 4/6 hissə payının naturada ayrılması, payına verilmiş torpaq sahələrindən və fərdi yaşayış evindən cavabdehlərin çıxarılması, payına verilmiş torpaq sahələrinə və fərdi yaşayış evindən ona düşən hissəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Balakən Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(019)-59/2024 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia qismən təmin olunmuş, İddiaçı, X2 və X1 ümumi paylı mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 4/6 hissə payının naturada (ekspert rəyinə əlavə edilmiş sxemdə qeyd edilən qaydada) ayrılması, İddiaçı payına verilmiş həmin torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, iddiaçının həmin torpaq sahəsinə sahib olmağı, ondan istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. İddiaçı və cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən аpellyаsiyа şikаyətləri vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat
4. Şəki Apellyasiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(107)-664/2024 saylı qətnaməsi ilə iddiaçı və cavabdehlər tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.
5. Cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişlər.
6. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-664/2024 nömrəli 16 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi) Mahir Əsədli və Elçin Mehdiyev) cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 26 avqust 2024-cü il tarixdə verilmiş və imzalanmışdır. Kassasiya şikayətində cavabdehlərin qətnaməni 25 iyun 2024-cü il tarixdə aldığı qeyd edilsə də, “Elektron məhkəmə” informasiya sistemindən və iş materiallarından müəyyən edilir ki, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur və Şəki Apellyasiya Məhkəməsinin 12 iyun 2024cü il tarixli, 2(107)-664/2024 saylı qətnaməsi 20 iyun 2024-cü ildə cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinetində yerləşdirilmişdir.
8. Cavabdehlərin nümayəndəsi və vəkili Şəki Apellyasiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(107)-664/2024 saylı qətnaməsindən qətnamə ona rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayət verməli olduğu halda, bunu etməmiş, qətnamənin ona təqdim edildiyi tarixdən 2 aylıq müddətin 20 avqust tarixində bitməsinə baxmayaraq, 6 gün gecikmə ilə 26 avqust 2024-cü il tarixdə kassasiya şikayəti vermişdir. Cavabdehlər kasssiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməklə vermiş, həmçinin kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verməmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası ki mi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5, 135.6, 405.1, 408.1.4, 408.5-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdehlər kassasiya şikayəti verərək (vəkil Nümayəndə2) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2024-cü il tarixli 2(107)-664/2024 say qərardadının ləğv edilməsini, Şəki Apellyasiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(107)-664/2024 saylı qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün işin Şəki Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişlər.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə sənədi o halda rəsmi qaydada verilmiş hesab olunur ki, məhkəmə sənədi “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilməli və bu barədə məlumat onlara həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmalıdır. Göründüyü kimi, məhkəmə qətnaməsinin elektron kabinetə yerləşdirilməsi həmin qətnamənin tərəfə rəsmi qaydada verilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, bu barədə məlumat mütləq şəkildə tərəfə həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmalıdır. Şikayətə əlavə edilmiş “Elektron məhkəmə” informasiya siste mində çıxarışdan göründüyü kimi, Şəki Apellyasiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qətnaməsi 20 iyun 2024-cü il tarixdə elektron kabinetə yerləşdirilsə də, bu barədə məlumat cavabdehlərin nümayəndəsi və vəkilinə 25 iyun 2024-cü il tarixdə rəsmi olaraq təqdim edilmiş, məhz həmin tarixdə qətnamə cavabdehin nümayəndəsi və vəkilinə rəsmi olaraq təqdim edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qətnaməsi 20 iyun 2024-cü il tarixdə deyil, 25 iyun 2024-cü il tarixdə cavabdehlərin nümayəndə-vəkilinə rəsmi olaraq təqdim edilmişdir ki, 25 avqust 2024-cü il tarix, yəni müddətin son günü qeyriiş gününə düşdüyündən, kassasiya şikayəti sonrakı iş günü apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Bununla da, qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanun vericilikdə nəzərdə tutulmuş 2 aylıq müddət ötürülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
13. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
15. Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir.
16. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələri ndə müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
17. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə m üdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 18. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (e lektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
20. Maddə
146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
21. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
22. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa e dilməsinə dair vəsatət təmin olunmamışsa;...
23. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
24. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı in stansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırda cavabdehlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunmasını xahiş etdiyindən, qərardad bütünlüklə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
28. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas i nsan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
29. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən edilmiş prosessual şər tlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.
30. Qətnamənin rəsmi qaydada verilməsi anlayışı MPM-nin 135.5-ci maddəsində müəyyən edilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
31. Apellyasiya instansiyası məhkəməsi bu normaya əsasən müəyyən etmişdir ki, mübahisə ləndirilən qətnamə 20 iyun 2024-cü il tarixdə cavabdehin və nümayəndəsinin elektron kabinetinə yerləşdirilmişdir. Kassasiya şikayəti verilməsi müddəti həmin vaxtdan başlanmış, lakin cavabdehin kassasiya şikayəti 26 avqust 2024-cü il il tarixdə elektron qaydada təqdim edilmişdir. Kassasiya şikayəti qanunla müəyyən edilən müddət ötürməklə verilmiş və prosessual müddətin bərpasına dair vəsatət verilməmişdir.
32. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə tərəf həmin müddətin bərpa olunması barədə vəsatət vermək hüququna malikdir. Kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilməsi və müddətin bərpa olunması barədə vəsatətin irəli sürülməməsi isə, kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Apellyasiya instansiyası məhkəməsi də məhz bu normaya istinad etməklə kassasiya şikayətini geri qaytarmışdır.
33. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 408.1.4-cü maddəsinə istinad etməklə prosessual müddətin bərpasına dair vəsatət olmadığından kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-664/2024 nömrəli 16 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.