Məhkəmə qərarları › İş №2(102)-3801/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3801/2019

03.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3801/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili İddiaçı iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4283/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Şərafət Məmmədova sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Namiq Cəfərov) 04 mart 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər rayon məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə Xəzər rayon məhkəməsinə müraciət edərək cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən inzibati xəta haqqında hadisənin müzakirə edilərək müvafiq qərardadın qəbul edilməsi və qəbul edilmiş qərardadın iddiaçıya göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər r ayon məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 20 fevral 2019-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərar alınmışdır. Şikayət üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qərardad qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 mart 2019cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad prosessual hüquq normalarının pozulması və düzgün tədbiq edilməməsi ilə çıxarılmışdır. Qəbul edilmiş qərardadda göstərilmişdir ki, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilsə də, həmin qəbzdə ödənişin təyinatının Bakı şəhəri Xəzər rayon məhkəməsinə olduğu göstərilmişdir. Xəzər rayon məhkəməsinin 31 yanvar 2019cu il tarixli qərardadından şikayəti o, işə baxan məhkəmə kimi Xəzər rayon məhkəməsinə ünvanlayaraq təqdim etmiş və həmin məhkəmə işə baxmalı olduğuna görə dövlət rüsumunu da Xəzər rayon məhkəməsinə ödəmişdir. O, əvvəlcədən bilə bilməzdi ki, Xəzər rayon məhkəməsi öz qərardadını ləğv etməyəcək və ona görə də dövlət rüsumunu apellyasiya məhkəməsi üçün ödəsin. Prosessual qanunvericiliyin tələbinə əsasən işə baxan birinci instansiya məhkəməsinin öz qərardadını ləğv etmək səlahiyyəti vardır. Apellyasiya instansiyası məhkəməsi bu hala düzgün hüquqi qiymət verməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili İddiaçı kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməynin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı madd əsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxılmasını qeyri-mümkün edərkən qənaətini onunl a əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilsə də, həmin qəbzdə ödənişin təyinatının Bakı şəhəri Xəzər rayon məhkəməsinə olduğu göstərilmişdir. Ona görə də, işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahtlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 mart 2019-cu il tarixli qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kassasiya şikayətini geri qaytararkən prosessual normaların tələblərini düzgün tədbiq etməmişdir. İşdən göründüyü kimi, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmiş, iddiaçı həmin qərardaddan şikayət vermiş və şikayətə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə baxılmasını qeyri-mümkün hesab edərkən dövlət rüsumunun Xəzər rayon məhkəməsinə deyil, apellyasiya instansiyası məhkəməsinə ödənilməli olmasını qeyd etmişdir. Lakin bu nəticəyə gələn məhkəmə nəzərə almamışdır ki, iddiaçı birinci instansiya məhkəməsi qərardadı ndan şikayəti ilk növbədə apellyasiya instansiya məhkəməsinə deyil, Xəzər rayon məhkəməsinə vermişdir. Mülki Prosessual Məcəllənin 267-ci maddəsinə görə, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269-cu maddəsinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün mü ddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Sadalanan normalardan göründüyü kimi, qanunvericilikdə birinci instansiya məhkəməsinin qərardadından şikayətin ilk növbədə qərardadı çıxarmış məhkəməyə verilməsi və həmin məhkəmənin qərardada baxmaq imkanı, həmçinin işə baxmış məhkəməyə qərardadın ləğv edilməsi səlahiyyəti də nəzərdə tutulmuşdur. İddiaçı qərardadı mübahisləndirərkən ilk növbədə qərarardı çıxarmış birinci instansiya məhkəməsinə verdiyindən, şikayətin verilməsi üçün dövlət rüsumunu təyinatı üzrə Xəzər rayon məhkəməsinə ödəməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi verilmiş şikayətə baxaraq şikayəti təmin etmədiyindən şikayəti baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. İşi mahiyyəti üzrə həll etməyən eyni qərardadın eyni şəxs tərəfindən mübahisləndirməsinə dair yenidən apellyasiya instansiya məhkəməsinə rüsum ödənilməsi isə iddiaçının hüququnun pozulması ilə nəticələnə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4283/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar