Məhkəmə qərarları › İş №2(102)-3803/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3803/2022

30.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3803/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3803/2022 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1485/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında zəli yetişdirib satmaqla bağlı razılaşma olmuş, lakin sonradan aralarında narazılıq yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30.000 manat məbləğində maddi və 150.000 manat məbləğində mənəvi ziyanın tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, 2019-cu il dekabr ayında cavabdeh iddiaçıya birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı təklif etmiş, bu məqsədlə zəli istehsalına böyük təlabat olduğunu bildirmişdir. Cavabdehin hesablamalarına görə zəli yetişdirib satmaqla hər 3 ayda 1.200.000 manat məbləğində gəlir əldə etmək mümkündür. Cavabdeh zəli yetişdirmək və satışını təşkil etmək üçün onun bazası olduğunu bildirmişdir. İddiaçı cavabdehin təklifi ilə razılaşaraq zəli yetişdirib satmaq biznesinə qoşulmuşdur. 2020-ci ilin yanvar ayında 23.000 manat dəyərində zəli alıb cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, albalılıq bağ massivində yerləşən bağ evinin həyətində inşa edilmiş su hovuzuna boşaltmışdır. Aradan bir neçə ay keçmiş, onun tapdığı müştəri ilə birlikdə cavabdehin bağ evinə gələrkən hovuzda zəli aşkar edilməmişdir. Cavabdeh zəlilərin oğurlandığını bildirmişdir. Bundan başqa, cavabdeh iddiaçıya yalan məlumat verərək, Sabunçu dairəsindən sol tərəfdə onun 270 kv.m torpaq sahəsi olduğunu və həmin sahədə qeyri-yaşayış obyekti tikib, orada zəli mərkəzi yaratmaq im kanı olduğunu bildirmişdir. Amma həmin obyekt sənədləşdirilməmişdir. Cavabdehin təklif etdiyi sahədə lazımi tikinti işləri aparıb sənədləşdirmək lazım idi. Həmin torpaq sahəsinin rəsmiləşdirilməsi məqsədilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Sonrakı araşdırmalar zamanı iddiaçıya məlum olmuşdur ki, torpaq sahəsinə dair verilmiş bütün sənədlər saxtadır. Bundan sonra cavabdeh yerli bələdiyyə ilə danışdığını və yeni sənədlər tərtib edilib veriləcəyini bildirərək iddiaçıdan 3000 manat pul istəmişdir. Həmin vaxt iddiaçı kənarda olduğu üçün hər ikisinin tanışı olan Musanın vasitəçiliyi ilə iddiaçıya 2000 manat məbləğində pul göndərmiş, 1000 manatı isə sonra verəcəyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh iddiaçıdan aldığı pulu bələdiyyəyə verməmişdir. Eyni zamanda məhkəməy ə ərizə verərək işin qaytarılmasını xahiş etmişdir. Cavabdehdən xərclədiyi pulların və əldə edəcəyi mənfəətin hesabını tələb edərkən iddiaçıya heç bir borcu olmadığını bildirmiş və əksinə, şəriklik üçün ortaya qoyduğu pulları iddiaçıdan tələb etmişdir. Cavabdehin qeyri-ciddi və məsuliyyətsiz əməlinin nəticəsi olaraq iddiaçı 30.000 manat nağd vəsaitindən və əldə edə biləcəyi mənfəətdən məhrum olmuşdur. Cavabdeh ona etibar edilən zəlini bağ evindən özü satmış, iddiaçıya isə zəlinin oğurlanması barədə yalan məlumat vermişdir. İddiaçı dəfələrlə cavabdehdən polisə məlumat verməsini tələb etsə də, məlumat verməmişdir. Həmçinin iddiaçı cavabdeh və Valeh adlı şəxslə birlikdə zəli yetişdirmələrinə görə bu işi görmək üçün pulu olmadığına görə 2019-cu ilin noyabr ayında sələmə 14500 ABŞ dolları pul g ötürmüş və bu günə qədər hər ay həmin pula görə 1000 ABŞ dolları faiz ödəmiş, faizə görə 19000 ABŞ dollarına yaxın ödəmişdir. İddiaçı 150.000 manat məbləğində mənəvi zərərə düşmüş, sələmə götürdüyü pula görə faizlər ödəmiş, zəliyə görə 1.200.000 manat gəlir əldə edəcəyi halda bundan məhrum olmuş, bunlara görə stres keçirmiş, saçı tökülmüş, lakin bununla bağlı pandemiyaya görə psixoloqa müraciət etməmişdir.

4. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir, iddiaçı ilə xx.xx.2019-cu il tarixdə Valehin vasitəsi ilə tanış olmuşdur. Onun torpaq məsələsi olmuş, iddiaçı ona həmin məsələni həll edəcəyini söz vermiş, əvəzində 10.000 manat pul istəmiş, torpağın sənədi olmadığı üçün onun özəlləşdirilməsi üçün ondan ümumilikdə 34500 manat pul almışdır. Eyni zamanda iddiaçı onun uşağını işə düz əltmək məqsədi ilə ondan 20.000 manat pul istəmişdir. Hazırda onun iddiaçı barəsində etmiş olduğu şikayət üzrə Bakı şəhəri Nizami rayon Polis İdarəsində cinayət işinin icraatına bu iddia tələbi baxılıb yekunlaşanadək dayandırılması qərara alınmışdır. Onunla iddiaçı arasında zəli yetişdirməklə bağlı iş birliyi olmamışdır. Bu zəli məsələsi xx.xx.2020-ci ildə olub, özü də 3000 zəli almışdır. İddiaçı Seyfəli adlı şəxsə zəli almaq üçün 12000 manat pul köçürdüyünü bildirmişdir. Lakin iddiaçı 4000 zəlini gətirib onun hovuzuna tökmüşdür. Hovuzda nə qədər zəli olmasını bilməmişdir. İddiaçı istənilən vaxt gəlib zəlilərini apara bilər. İddiaçının ona 54800 manat borcu vardır. İddiaçı borcunu qaytarsa, zəliləri verə bilməsə onun dəyəri olan 2850 manat vəsaiti ona qaytarar.

5. Məhkəmə baxışı zamanı şah id qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdeh tanışlarıdır. Azərbaycanda zəli işini onun kimi yaxşı bilən olmamışdır. İddiaçı və cavabdehlə birlikdə söhbət edərkən pul qazanmaq üçün zəli işinin olduğunu demiş və onlar razılaşaraq bu işə başlamışlar. Cavabdehin həyətində hovuzu olmuş, onlar da həmin hovuza baxıb, zəli yetişdirmək üçün əlverişli şəraiti olduğunu görmüşlər. Həmin vaxt hovuz su axıtdığı üçün onun təmirinə cavabdeh 500 manat və sonradan 220 manat da torpaq alıb tökmüş və hər dəfə 20 manat suya verərək 12-13 dəfə hovuza su tökdürmüşdür. O, şəxsən cavabdehə 2100 manatlıq 3000 zəli alıb vermişdir. Sonra iddiaçı ondan ona da zəli almasını xahiş etmişdir. O da 4000 ədəd anakonda zəlisi almış və iddiaçı da əvəzində ona 2850 manat pul vermişdir. İddiaçı kö çürmə yolu ilə tanımadığı şəxsə 11000 ABŞ dollarlıq zəli almışdı, amma o zəlini gətirməmişdir. Cavabdeh 6 ay bundan qabaq ona zəng etmiş və onlar hovuza zəlilərə baxmağa getmişlər. Zəliləri hovuzda ağacla tərpətmiş, lakin zəlilər üzə çıxmamışdır. Zəlilərin oğurlanmasını düşünmüş və bununla bağlı iddiaçıya zəng etmiş, ona zəlilərin olmadığını bildirmişlər. Bir iki gün bundan əvvəl o, cavabdeh ilə gedib qoyun kəsib qanını hovuza tökdükdə 300-ə yaxın zəli çıxmışdır. Həmçinin o, Vüqarın 11000 ABŞ dollarlıq zəlisinin gəlib çıxmadığını, iddiaçının malının Ərdəbildə İranlıda qaldığını, zəlilərə sonradan cavabdehin baxdığını, cavabdeh müalicədə olarkən zəlilərə heç kimin baxmadığını, iddiaçıdan 2850 manatlıq zəlidən başqa onun hovuza zəli qəbul etmədiyini bildirmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3548/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia tələbi qismən təmin edilərək, cavabdehdən 4000 ədəd zəli, bu mümkün olmadıqda isə onun dəyəri olan 2850 manat pul vəsaitinin tutularaq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə iddia tələbinin maddi zərərə görə 30000 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı bildirmişdir ki, iddia tələbinin bu hissəsi qismən təmin olunmalıdır. Belə ki, iddiaçı məhz zəli alınması üçün 14500 ABŞ dolları məbləğində pul verməsini, həmin məsələyə görə bu vəsaiti sələmə götürərək faizlər ödəməsini bildirsə də, buna dair məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. İş üzrə şahid ifadəsi və cavabdehin izahatı ilə təsdiq olunmuşdu r ki, iddiaçının 2850 manat dəyərində 4000 sayda zəlisi cavabdehin bağ evindəki hovuza tökülmüşdür. Bundan əlavə onun tərəfindən və ya onun hesabına hovuza tökülməsi üçün zəli gətirilməsi faktı sübut olunmamışdır.

8. Məhkəmə iddia tələbinin 150.000 manat mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı bildirmişdir ki, iddia tələbi bu hissədə əsasız olduğundan təmin edilməməlidir. İddiaçı mənəvi zərərə görə 150.000 manat pul tələb etməsinə baxmayaraq, məhz cavabdehin hərəkətləri nəticəsində onun mənəvi iztirab və sarsıntı keçirməsini əsaslandıra bilməmiş, tələbinin əsası olaraq məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 135.3, 157.2-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tə rəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1485/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya sı məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuş, qətnamənin ləğvinə heç bir əsas olmamışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 135.3, 157.2-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası mə hkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 152.1-ci maddəsinin tələbini pozmuş və cavabdehdə olan əmlakı - pulun alınıb verilməsi, öz əmlakından sərbəst istifadə edib, ondan gəlir götümək imkanını nəzərə almamışdır. Məhkəmədən özgənin sahibliyində olan əmlakın alınıb ona qaytarılmasını tətbiq etsə də, iddiaçının cavabdehə verdiyi bütün pul vəsaitlərinin alınıb qaytarılmasını təmin etməməklə səhvə yol vermişdir.

16. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76, 77, 82.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etira z daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

19. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

20. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəti cə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

24. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

25. Maddə 418.4.9 Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri

26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iş üzrə məhkəmə aidiyyəti qaydaları pozulduğuna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

29. Belə ki, tərəflərin arasında olan münasibətlərdən görünür ki, onlar iqtisadi fəaliyyət göstərib gəlir əldə etmək barədə danışıqlar aparmışdır. İşə baxmış məhkəmələr işin bu vəziyyətində ilk növbədə işə baxılmasının ümumi və ya kommersiya məhkəməsinə aid olmasını müəyyən etməli idi.

30. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir.

31. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır.

32. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

33. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 3 1.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır.

34. Hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı.

35. Mülki prosessual qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr, sahibkarlıq fəaliyyətinin həyata keçirilm əsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

36. Eyni zamanda, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məh kəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə ü çün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

37. Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

38. Baxılan işdən görünür ki, həm iddiaçı (VÖEN **********) həm cavabdeh (VÖEN **********) fərdi sahibkardırl ar.

39. Göründüyü kimi, tərəflərin hər ikisi sahibkarlıq subyekti olmaqla, aralarındakı mübahisə ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda, hazırkı mübahisəli hüquq münasibəti kommersiya mübahisələrinə aid olmaqla ona dair işə kommersiya məhkəməsində baxılmalıdır. İşə mahiyyəti üzrə baxmış məhkəmələr isə, bu halları nəzərə almayaraq, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aid olması məsələsini həll etmədən işi icraata götürməklə onun məhkəmə aidiyyəti ilə bağlı qaydaları pozmuşlar.

40. Halbuki, MPM-in 31-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir.

41. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmalı, məhkəmə aidiyyəti ilə bağlı prosessual araşdırmanı davam etdirməli, işin pro sessual hallarına MPM-nin İİİ fəslinin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli qərarı əsasında qiymət verməli, sonrakı prosessual hərəkətləri etməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1485/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul e

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar