Məhkəmə qərarları › İş №2(102)-3809/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3809/2021

17.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3809/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Cavabdeh1, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3809/21 (Açar sözlər: hərrac və onun nəticələrinin etibarsızlığı, çıxarışın ləğv edilməsi, işə mülki məhkəmə icraatı qaydasında baxılmasının yolverilməzliyi) Bakı şəhəri, 17 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsm ayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili X10 oğlunun, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin nümayəndəsi X4 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-326/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hər racın, onun nəticələrinin etibarsızlığı və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş Cavabdeh1 tərəfindən Bakı şəhəri, E ünvanında yerləşən zirzəminin alınmasına dair hərrac və onun nəticələrinin etibarsız hesab edilməsi, eləcə də cavabdeh AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* nömrəli, 18.05.2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Mənzil yuxarıda qeyd edilən evin 1-ci mərtəbəsində yerləşir. Həmin mənzilin al tında yerləşən yarımzirzəmidən o, uzun illərdir istifadə edir, zirzəmi onun faktiki sahibliyində və istifadəsindədir. Azərbaycan Dövlət Neft Şirkəti Quruda Neft və X3 “Bibiheybət” NeftQazçıxarma İdarəsinə etdiyi müraciət əsasında həmin idarənin 338 nömrəli, 22 iyun 1994-cü il tarixli sərəncamı ilə qeyd edilən zirzəmi rəsmi olaraq yardımçı təsərrüfat məqsədi üçün onun istifadəsinə verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən ona texniki pasport verilmişdir. Bu günədək də o, həmin zirzəmidən yardımçı təsərrüfat sahəsi kimi istifadə etmişdir. Orada iddiaçıya məxsus bir sıra mal materiallar və təsərrüfat təyinatlı əşyalar olub. Həmin zirzəmiyə gedən kommunal xətlər ona məxsus mənzildə olan sa yğaclardan keçir. O, həm mənzilində, həm də həmin zirzəmidə istifadə etdiyi kommunal ödənişləri bu günədək ödəmişdir. Lakin, Cavabdeh1 o, işdə olarkən mənzilə polis əməkdaşı ilə yaxınlaşıb oraya baxış keçirməli olmalarını bildirmiş və zirzəminin açarlarını ailə üzvlərindən tələb etmişdir. Onlar isə öz növbəsində açarları təqdim etmişlər. Bundan sonra cavabdeh zirzəmiyə daxil olmuş, oranın giriş qapısının açarlarını dəyişdirmiş, ona məxsus əşyaların bir qismini isə küçəyə çıxartdırmışdır. Onun ailə üzvləri bu məsələyə etiraz etdikdə isə cavabdeh zirzəminin artıq ona məxsus olması barədə müvafiq çıxarışın surətini təqdim edərək getmişdir. O, isə öz növbəsində uzun illər istifadəsində və sahibliyində olan zirzəminin nə vaxt və hansı əsasla Cavabdeh1 satılması barədə maraqlandıqda məlum oldu k i, İstehsalat və Xidmət Müəssisələrinin idarəetmə Mərkəzini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş hərracdan cavabdeh həmin zirzəmini almışdır. Həmin hərracın nəticələri etibarsız hesab edilməlidir. Belə ki, zirzəmi uzun müddətdir ki, onun sahiblik və istifadəsindədir. Əgər obyekt hərracdan satılırsa bu barədə ilk olaraq ona məlumat verilməli, həmin əmlak ilk olaraq ona təklif edilməli idi. O, əmlakı almaqdan imtina etsə, o halda digər şəxslərə təklif edilə bilər. Hərracın təşkilatçısı olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, ona mübahisəli əmlaka dair hərracların təşkili və keçirilməsi nə dair hər hansı bildiriş və məlumat göndərilməmiş, həmçinin hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc edilməmişdir. Göstərilən halları mübahisəli əmlaka dair qanunvericiliyin pozulması kimi qiymətləndirir və hesab edir ki, həmin hərracın nəticələri etibarsız hesab edilməlidir. Bundan başqa Cavabdeh1 göstərilən ərazidə yerləşən bir sıra müxtəlif obyektləri bu yolla satın alaraq, orada müxtəlif adda kafe və restoranlar açmışdır və hazırda da həmin kafelər fəaliyyət göstərir. Heç şübhəsiz cavabdeh onun sahiblik və istifadəsində olan zirzəmini də məhz bu məqsədlə qanunsuz olaraq əldə etmişdir. Bir ailə başçısı və bir ata kimi isə ona məxsus mənzilin zirzəmisində onun tərəfindən hər hansı bir eyş-işrət obyektinin açılması yolverilməzdir. Çünki nəticədə bu hal onu n və ailə üzvlərinin mülkiyyətində olan mənzildə yaşamaqlarının, onların sakitliyinin tamamilə pozulmasına gətirib çıxaracaqdır. Bu hal isə yolverilməzdir, ona məxsus konstitusion hüquqların kobud pozulmasıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3364/2018 saylı, 31 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 16.1.4-cü maddəsinə uyğun olaraq hərrac vasitəsi ilə satılması ilə əlaqədar Sərəncama uyğun olaraq hərracda satılmasını təşkil edən “Hərracların Təşkili üzrə Auksion Mərkəzi ” qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və “privatization.az” saytı vasitəsilə elan vermişdir. Birinci keçirilən hərraclar alıcı olmaması səbəbindən baş tutmamış, daha sonra Cavabdeh1 10% beh verməklə hərracda iştirak etmiş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə 18750 manat ödəməklə satın almışdır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı və məhkəməyə təqdim etdiyi sübutlardan məlum olur ki, İddiaçı qeyd edilən əmlakın hərraca çıxarılmasından hərrac təşkilatının onu məlumatlandırmaq öhdəliyi olmamışdır. Belə ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 22.07.1994-cü il tarixli, 338 №-li Azərbaycan Dövlət Neft Şirkəti Quruda Neft və X3 “Bibiheybət” Neft-Qazçıxarma İdarəsinin sərəncamına əsasən və tərtib olunmuş müvafiq akta ə sasən onun istifadəsində olması həmin əmlakın hərracda satıldığı zaman onun satın almaqda üstünlüyə malik olduğu mənasına gəlmir. Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 19.05.2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanın 3.1-ci bəndinə və Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında 19.07.2016-cı tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanın 4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Sədrinin 28.10.2016-ci il tarixli 143 saylı “X8 və obyektlərinin istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” Sərəncam imz alamış, həmin Sərəncama uyğun olaraq bir çox daşınmaz əmlaklar, o cümlədən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsi ilə satışa çıxarılmış və həmin qeyri-yaşayış sahəsi 17.04.2018-ci il tarixdə keçirilmiş hərracda 18750 manat ödənilməklə Cavabdeh1 tərəfindən qanuni əsaslarla satın alınmış və sonradan həmin şəxsin adına qanuni əsaslarla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Bundan başqa məhkəmə iddiaçının ərizəsində qeyd etdiyi ona məxsus ünvan 1-nin altında yerləşən zirzəminin Cavabdeh1 tərəfindən hər hansı məqsədlə istifadə etməsinin onun və ailə üzvlərinin mülkiyyətində olan mənzildə yaşamaqlarının, onların sakitliyinin tamamilə pozulmasına gətirib çıxaracağı ilə bağlı qeyd edir ki, məhkəmə tərəflərin iştirakı ilə qeyriyaşayış sahəsinə (zirzə midə) baxış keçirilən zaman müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən 2 nömrəli mənzilin altında mübahisələndirilən qeyri-yaşayış sahəsinin bir hissəsi (zirzəmi) yerləşir. Lakin iddiaçıya məxsus mənzil həmin tikilinin sol küncünün birinci mərtəbəsində, mübahisələndirilən qeyri-yaşayış sahəsi (zirzəmi) isə tikilinin küncündədir. Mübahisələndirilən qeyri-yaşayış sahəsinə (zirzəmiyə) daxil olarkən görünür ki, iddiaçıya məxsus mənzilin döşəməsi ilə qeyri-yaşayış sahəsinin (zirzəminin) tavanı alt-üst deyil. Həmçinin iddiaçının mənzili də daxil olmaqla həmin alaqapı zirzəmiyə girişdən uzaqda və təcrid vəziyyətindədir. Ona görə də iddiaçı cavabdehə qarşı belə bir tələb irəli sürməklə haqlı olmamışdır. Məhkəmə eyni zamanda iddiaçının həmin zirzəmiyə vəsait qoyması ilə bağlı qe yd etmək istəyir ki, bununla bağlı iddia ərizəsində hər hansı tələb qoyulmadığından, iddiaçıya belə sübutları təqdim etməklə müvafiq şəxsə qarşı iddia qaldırmaq hüququ izah edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 15.1, 16.1, 16.1.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 81, 217.4, 220.5-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Ape lyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Fuad Babayev, Elnur Həsənov) 2(103)-1694/2019 saylı, 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-3364/2018 saylı, 31 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 17.04.2018-ci il tarixli hərracın nəticələrinə dair 14/01 saylı protokol, həmin protokol əsasında bağlanmış 18.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX ******* nömrəli, 18.05.2018-ci il tarixl i çıxarışın ləğv edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, 22 iyul 1994-cü il tarixli, 338 nömrəli Azərbaycan Dövlət Neft Şirkəti Quruda Neft və X3 Neft-Qazçıxarma İdarəsinin sərəncamına əsasən E saylı məmnzilin altında yerləşən sahəsi 67.75 kv.m olan yarımzirzəmi yardımçı təsərrüfat məqsədi üçün İddiaçı istifadəsinə verilmiş, 27 iyun 1995-ci il tarixli aktla zirzəminin açarı S.S.Heydərovdan alınaraq İddiaçı təhvil verilmiş və Cavabdeh1 mülkiyyətinə keçənədək iddiaçının istifadəsində və sahibliyində olmuşdur. 17.04.2018-ci il tarixdə keçirilmiş hərracla ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 18750 manata Cavabdeh1 Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən satılmışdır. 18 aprel 2018-ci il Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi imzalanmış və Hərracın Təşkili üzrə Auksion Mərkəzi tərəfindən 17.04.2018-ci ildə keçirilən hərracda 14/0 1 nömrəli protokola əsasən satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini tərəfindən Bakı şəhəri, E ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərracdan satış qiyməti ilə 18750 manata Cavabdeh1 satılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi 22 iyul 1994-cü il tarixli, 338 nömrəli Azərbaycan Dövlət Neft Şirkəti Quruda Neft və X3 “Bibiheybət” Neft-Qazçıxarma İdarəsinin sərəncamına əsasən İddiaçı istifadəsinə və sərəncamına verildiyindən Hərracın Təşkili üzrə Auksion Mərkəzi tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinin alqı-satqısı ilə bağlı keçirilmiş hərraclarda o, satın almaqda üstünlük hüququna malik olmuşdur. Buna baxmayaraq, qeyd olunan hərracda iddiaçının satın almaqda üstünlük hüquqları pozulmuş, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin satılması barədə iddiaçıya yazılı bildiriş verilməmişdir. Birinci instansiya məhkəməsində mübahisənin həlli zamanı, hərracın qanunvericiliyin və xüsusilə özəlləşdirmə haqqında normativ aktların tələblərinə uyğun olaraq keçirilməsi araşdırılmamış, hərracı təşkil edən orqandan hərracın keçirilmə proseduru haqqında iş üçün əhəmiyyətli olan sübutlar təmin edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, hərracın keçirilməsi barədə mətbuatda nə zaman ilkin yerləşdirildiyi, həmin hərracın baş tutmaması, təkrar hərracın keçirilməsi üçün əsasların yaranması kimi prosedurlar qanunvericiliyin tələblərinə müvafiq olaraq "Mülkiyyət” qəzetində dərc olduğu halda, hərracı təşkil edən orqan bu prosedur hərəkətlərini “privatization.az” internet ünvanında dərc etmiş, nəticədə iddiaçının gözlənilən hüquqların pozulmasına səbəb olmuş və mübahisəli qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası ƏMDK Sədrinin 28.10.2016-cı il tarixli 143 saylı “X8 və obyektlərinin istifadəsiz olan daşınmaz dövlət əmlakının və yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” Sərəncamına uyğun olaraq satılmışdır. Birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmadan səhv nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsini qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Qətnamədən narazı qalan cavabdeh AR ƏMDK yanında DİDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsi kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi M ülki kollegiyasının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, İlqar Dəmirov) 2(102)-3459/2019 saylı, 21 may 2019-cu il tarixli qərarı ilə kasasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 08.01.2019-cu il tarixli, 2(103)-1694/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, “Bibiheybət” Neft-Qazçıxarma İdarəsinin 22 iyul 1994-cü il tarixli, 338 nömrəli sərəncamında iddiaçının istifadəsinə verilən sahənin ölçüsü 67,75 kvm göstərilmiş və həmin sahənin onun yaşadığı mənzilin altında yerləşdiyi qeyd edilmişdir. Cavabdeh1 tərəfindən hərracda alınmış qeyriyaşay ış sahəsinin ölçüsü isə 99,1 kvm-dir. İddiaçı tələbində və məhkəmə iclasında verdiyi izahatda yalnız mənzilinin altında yerləşən 67,75 kvm qeyri-yaşayış sahəsinin alqı-satqısını mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsi bütünlüklə 99,1 kvm qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsini etibarsız saymış və bu qənaətini qanunla müəyyən olunmuş qaydada əsaslandırmamışdır. Halbuki, iddiaçı öz izahatında 67,75 kvm-dən artıq hissənin onu maraqlandırmadığını, həmin hissəyə heç bir iddiası olmadığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə işə baxan məhkəmənin vəzifəsi iddianı əsaslı hesab etdiyi halda onu məhz iddia ərizəsində göstərilən həcmdə, yəni iddia tələbindən kənara çıxmamaqla təmin etməkdən və bu barədə qətnamə çıxarm aqdan ibarətdir. Qeyd olunduğu kimi, Bibiheybət” Neft-Qazçıxarma İdarəsinin 22 iyul 1994-cü il tarixli, 338 nömrəli sərəncamı ilə iddiaçıya məhz mənzilinin altında yerləşən 67,75 kvm sahədən istifadə etməyə icazə verilmişdir. Halbuki, iddiaçının yaşadığı mənzilin texniki pasportundan göründüyü kimi, həmin mənzil 2 otaqlı olmaqla yaşayış sahəsi 28,45 kvm (18,0 + 10,45), köməkçi sahəsi isə 28,49 kvm-dir. Yəni, mənzilin ümumi sahəsi 56,94 kvm-dir (i.v.10-11). Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, birinci instansiya məhkəməsində işə baxılarkən 99,1 kvm qeyri-yaşayış sahəsinin tavanı ilə iddiaçının yaşadığı mənzilin döşəməsinin alt-üst olmadığı müəyyən edilmişdir. Bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün işə yenidən baxan məhkəmə 99,1 kvm qeyri-yaşayış sahəsinin iddiaçının yaşadığı mənzilin altında yerləşib-yerləşmədiyini, 99,1 kvm qeyri-yaşayış sahəsinin məhz hansı hissəsinin iddiaçının mənzilinin altına düşdüyünü, həmin qeyri-yaşayış sahəsinin tavanı ilə iddiaçının mənzilinin döşəməsinin alt-üst olub-olmadığını həmin sahədə xüsusi biliyə malik mütəxəssisin köməyindən istifadə etməklə aydınlaşdırmalı, lazım gələrsə müvafiq ekspertiza təyin olunması məsələsini müzakirə etməlidir. Məhkəmə kollegiyası xatırladır ki, Mənzil Məcəlləsinin 36.1-ci maddəsinin tələbinə görə çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi əqdin etibarsızlığı barədə qətnamə çıxararkən Azərbaycan Respublikası Mülki Məcəlləsini n 337.5-ci maddəsində nəzərdə tutulmuş etibarsızlığın nəticələrini tətbiq etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən mübahisələndirilən əqdin etibarsız hesab olunması üçün əsasların həqiqətən də mövcud olduğu qənaətinə gələrsə, bu zaman əqd üzrə alınanların geri qaytarılmasını nizama salan Mülki Məcəllənin 337.5-ci maddəsinin mübahisəyə tətbiq olunmasını müzakirə etməli, həmin normanın mübahisəli hüquq münasibətinə tətbiqini mümkün saymadıqda isə bunu qanunla müəyyən olunmuş qaydada əsaslandırmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddianın təmini əsaslarından biri kimi, hərracın keçirilməsi vaxtı və yeri haqqında kütləvi informasiya vasitələrində elan verilməməsinə istinad etmişdir. Halbuki, cavabdehlər buna etiraz etmiş və b u barədə öncədən elan verildiyini bildirmişlər. Kassasiya şikayətinə əlavə olunmuş sənədlərdən də görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin 17 aprel 2018-ci il tarixdə hərraca çıxarılması barədə bundan bir ay öncə 17 mart 2018-ci il tarixdə “Mülkiyyət” qəzetində elan dərc olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə tərəflərin prosessual hüquqlarının həyata keçirilməsinə köməklik göstərərkən tərəflər arasında barşığın mümkün olub-olmadığını da müzakirə etməli, onlara mübahisəni sülh yolu ilə bitirmək, barışıqla həll etmək hüquqları olduğunu izah etməlidir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni hüquqi cəhətdən Mülki Məcəllənin 218.3, 227.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası xatırladır ki, Mülki Məcəllənin 218.3-cü maddəsi ümumi p aylı mülkiyyətdə olan pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçilərinin satın almaqda üstünlük hüququ olduğunu və bu hüquq pozulduğu təqdirdə alıcının hüquq və vəzifələrinin ona keçməsini nəzərdə tutur. Həmin Məcəllənin 218.1-ci maddəsi isə əmlakın açıq hərracdan satışı halında bu üstünlük hüququnu istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələbləri baxımından İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olması mübahisə doğurmasa da, onun mübahisəli qeyri-yaşayış sahəsini hərracdan almaqda üstünlük hüququna malik olması ilə bağlı gəlinən nəticə apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunla müəyyən olunmuş qaydada əsaslandırılmamışdır. Ona görə də işə apellyasiya qaydasında yenidən baxılarkən mübahisəli qeyri- yaşayış sahəsinin hərracdan satışının hüquqi əsasları olub-olmadığı, Bibiheybət” Neft-Qazçıxarma İdarəsinin 22 iyul 1994-cü il tarixli, 338 nömrəli sərəncamının iddiaçı üçün həmin sahə üzərində hər hansı hüquq yaradıb-yaratmadığı, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsini hərracdan almaqda üstünlük hüququ olubolmadığı, üstünlük hüququ varsa bu hüququn qanuni əsasları müəyyən edilməli və pozulubpozulmadığı aydınlaşdırılmalı, Mülki Məcəllənin 218.3, 227.1-ci maddələrinin mübahisəli hüquq münasibətinə tətbiqinin mümkünlüyü məsələsi müzakirə olunmalı və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməlidir. İşə yenidən baxılarkən həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin mübahisəli qeyriyaşayış sahəsinin hərracd an satışı barədə sərəncamının iddiaçı tərəfindən başqa bir işdə mübahisələndirilib-mübahisələndirilmədiyi və əgər mübahisələndirilmişdirsə onun nəticəsi də öyrənilməlidir. b) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Zaur Əliyev, Fuad Talışinski) 2(103)-9374/2019 saylı, 27 avqust 2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2020-ci il tarixli, 27785 nömrəli rəyindən görünür ki, ünvan 4 saylı binanın zirzəmisində yerləşən Cavabdeh1 mülkiyyətində olan, ümumi sahəsi 99,1 m2 olan qeyri-yaşayış sahəsinin binanın baş tərəfindən yerləşərə k, həmin qeyriyaşayış sahəsinin tərkibində olan tikililərin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı və torpaq sahəsinin ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğundur. ünvan 4 saylı binanın zirzəmisində yerləşən 99,1 m2 qeyri-yaşayış sahəsinin texniki pasportda göstərilən sahəsi 50,2 m2 olan 2 saylı tikili iddiaçının yaşadığı mənzilin altında yerləşir. İddiaçının mənzilinin altında yerləşən zirzəmiyə giriş 99,1 m2 qeyriyaşayış sahəsinin ikinci hissəsindən olduğu nəzərə alınaraq, həmin qeyri-yaşayış sahəsinin iddiaçının mənzilinin altından kənarda yerləşən hissəsi iddiaçının mənzilinin altına keçidi məhdudlaşdırır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Ziya Şirinov, F uad Talışinski) 2(103)-326/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunaraq, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(005)-3364/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş 17 aprel 2018-ci il tarixli hərracın nəticələrinə dair 14/01 saylı protokol, həmin protokol əsasında bağlanmış 18.04.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən sahəsi 99,1 m2 olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 adına verilmiş Seriya RX ******* nömrəli, 18.05.2018-ci il tarixli çıxarış (reyestrdə aparılmış qeyd) ləğv edilməsi, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsindən (hazırda, Əmlak Məsələləri Dövlət Xidməti) 18750 manat pulun alınaraq Cavabdeh1 verilməsi, məhkəmə xərcinin cavabdehlər Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırda, Əmlak Məsələləri Dövlət Xidməti) aid edilməsi, həmin cavabdehlərdən aparılmış ekspertizanın dəyəri olan 100 manatın müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işdə olan sübutlara əsasən - ünvan 1 ünvanı iddianın xüsusi mülkiyyəti kimi 23 iyun 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış, eyni zamanda Azərbaycan Dövlət Neft Şirkəti Quruda Neft və X5 «Bibiheybət» Neft-Qazçıxarma İdarəsinin 22 iyul 1994-cü il tarixli, 338 nömrəli sərancamına əsasən həmin mənzilin altında yerləşən sahəsi 67,75 kv.m olan yarımzirzəmi yardımçı təsərrüfat məqsədi üçün iddiaçının qanuni istifadəsinə verilmişdir. İddiaçının adına tərtib olunmuş şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportunda da iddiaçının istifadəsinə verilmiş 67,75 m2 qeyri-yaşayış sahəsi «anbar» sahəsi kimi (47,75 m2 + 20,0 m2) öz əksini tapmışdır. 1 saylı Mənzil İstismar Sahəsinin 27 iyun 1995-ci il tarixli aktına əsasən həmin zirzəmi və zirzəminin açarı iddiaçıya təhvil verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası işi yenidən apellyasiya baxışına qaytararkən qərarında göstərmişdir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən «Bibiheybət» Neft -Qazçıxarma İdarəsinin 22 iyul 1994-cü il tarixli, 338 nömrəli sərəncamının iddiaçı üçün həmin sahə üzərində hər hansı hüquq yaradıbyaratmadığına qiymət verilməlidir. Məhkəmə kollegiyası kassasiya instansiyasının həmin göstərişi ilə bağlı bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilin altında (zirzəmidə) yerləşən 67,75 m2 qeyri-yaşayış sahəsi məhz müvafiq orqanın sərəncamı əsasında iddiaçının qanuni istifadəsinə verilmiş, həmin sərəncamın ləğv olunması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Həmçinin, həmin dövrdə digər dövlət orqanı (1 saylı Mənzil İstismar Sahəsi) tərəfindən 27 iyun 1995-ci il tarixli aktla zirzəmi və zirzəminin açarı iddiaçıya təhvil verilmişdir. Bununla yanaşı, iddiaçının mənzil üzərində mülkiyyət hüquqları dövlət qey diyyatına alınarkən dövlət orqanı (həmin dövrdə əşya hüquqlarının qeydiyyatı sahəsində səlahiyyətli dövlət orqanı sayılan - Bakı şəhər İHBA Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi) tərəfindən tərtib olunaraq qeydiyyata alınmış texniki pasportda - mənzillə yanaşı, həmçinin Azərbaycan Dövlət Neft Şirkəti Quruda Neft və X5 «Bibiheybət» NeftQazçıxarma İdarəsinin 22 iyul 1994-cü il tarixli, 338 nömrəli sərancamına əsasən iddiaçının istifadəsinə verilmiş 67,75 m2 qeyri-yaşayış sahəsinin («anbar» kimi qeyd edilməklə sahəsi 47,75 m2 + 20,0 m2 = 67,75 m2 kimi qeyd olunmuşdur) də texniki ölçüləri öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçı ünvan 1 ünvanının mülkiyyətçisi kimi, həmçinin həmin mənzilin altında yerləşən, sahəsi 67,75 m2 qeyri-yaşayış sahəsinin qanuni sahi bi kimi də oradan uzun illər ərzində istifadə və sahiblik etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, göstərilən sənədlər (sərəncam, akt, texniki pasport və s.) iddiaçıya mənzilinin altında yerləşən, sahəsi 67,75 m2 qeyri-yaşayış sahəsi üzərində qanuni istifadə hüquqlarının yaranmasına əsas olmuş, eyni zamanda keçən uzun müddət ərzində bu hala etirazın olması barədə cavabdeh tərəfindən məhkəməyə sübut təqdim olunmamışdır. Lakin, iddiaçıya hər hansı məlumat verilmədən (cavabdeh tərəf bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir) iddiaçının qanuni istifadəsində olan zirzəmi sahəsi də daxil olmaqla ümumilikdə 99,1 m2 qeyri-yaşayış sahəsi cavabdeh Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş hərracda Cavabdeh1 satılmışdır. İşdən görünür ki, hərr acın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələbləri tam gözlənilməmiş (məlumatlandırma və s.), iddiaçının hüquqları pozulmuş, nəticədə iddiaçının uzun illər ərzində qanuni istifadəsində və sahibliyində olan əmlak (yarımzirzəmi) başqa şəxsin mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası işi yenidən apellyasiya baxışına qaytararkən qərarında həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən 99,1 kvm qeyri-yaşayış sahəsinin tavanı ilə iddiaçının yaşadığı mənzilin döşəməsinin alt-üst olmadığı müəyyən edilmişdir. Bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün işə yenidən baxan məhkəmə 99,1 kvm qeyri-yaşayış sahəsinin iddiaçının yaşadığı mənzilin altında yerləşib-yerləşmədiyini, 99,1 kvm qeyri-yaşayış sahəsinin məhz hansı hissəsin in iddiaçının mənzilinin altına düşdüyünü, həmin qeyriyaşayış sahəsinin tavanı ilə iddiaçının mənzilinin döşəməsinin alt-üst olub-olmadığını həmin sahədə xüsusi biliyə malik mütəxəssisin köməyindən istifadə etməklə aydınlaşdırmalı, lazım gələrsə müvafiq ekspertiza təyin olunması məsələsini müzakirə etməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bu və digər halların araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin etmişvə müvafiq rəy əldə etmişdir. Ekspert rəyindən də göründüyü kimi, hərraca çıxarılmış 99,1 m2 qeyri-yaşayış sahəsinin bir hissəsi iddiaçının mülkiyyətində olan mənzilin altına düşür. Beləliklə, iddiaçının hazırki iddianı qaldırmaqda tələb (suby ektiv) hüququnun mövcudluğu müəyyən olunur. Kassasiya instansiyasının digər göstərişinə əsasən - Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 22 iyul 1994-cü il tarixli, 338 nömrəli sərəncamı ilə iddiaçıya məhz mənzilinin altında yerləşən 67,75 kv.m sahədən istifadə etməyə icazə verilmişdir. Halbuki, iddiaçının yaşadığı mənzilin texniki pasportundan göründüyü kimi, həmin mənzil 2 otaqlı olmaqla yaşayış sahəsi 28,45 kv.m (18,0 + 10,45), köməkçi sahəsi isə 28,49 kv.m-dir. Yəni, mənzilin ümumi sahəsi 56,94 kv.m-dir. İddiaçı tələbində mənzilinin altında yerləşən 67,75 kvm qeyri-yaşayış sahəsinin alqı-satqısını mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsi bütünlüklə 99,1 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsini etibarsız saymış və bu qənaətini qanunla müəyyən olunmuş qaydada əsa slandırmamışdır. Məhkəmə kollegiyası kassasiya instansiyasının həmin göstərişi ilə bağlı ilkin olaraq qeyd edir ki, iddiaçı iddia ərizəsində hərracın nəticələrini (alqı-satqı müqaviləsini və s.) qismən deyil, tam mübahisələndirmiş, sonrakı mərhələlərdə isə iddia tələbini dəyişdirməmişdir. Bununla yanaşı, yuxarıda qeyd edilən ekspertiza rəyinə əsasən ünvan 4 saylı binanın zirzəmisində yerləşən 99,1 m2 qeyri-yaşayış sahəsinin texniki pasportda göstərilən sahəsi 50,2 m2 olan 2 saylı tikili iddiaçının yaşadığı mənzilin altında yerləşir. Lakin, iddiaçının mənzilinin altında yerləşən zirzəmiyə giriş 99,1 m2 qeyri-yaşayış sahəsinin ikinci hissəsindən olduğu nəzərə alınaraq, həmin qeyri-yaşayış sahəsinin iddiaçının mənzilinin altından kənarda yerləşən hissəsi iddiaçının mənzilinin altına keçidi mə hdudlaşdırır. Göründüyü kimi, 99,1 m2 qeyri-yaşayış sahəsinin bir hissəsi faktiki olaraq iddiaçının mülkiyyətində olan mənzilin altında yerləşsə də, iddiaçının mənzilinin altından kənarda yerləşən qalan hissə iddiaçının mənzilinin altında yerləşən zirzəmiyə giriş hissəsinə düşdüyündən, iddiaçının mənzilinin altına keçidi məhdudlaşdırır. Belə olan halda isə, yəni qalan hissə iddiaçının maraqlarına toxunduğundan iddiaçı hərracın nəticələrini ümumilikdə (tam 99,1 m2 sahəyə dair hissədə) mübahisələndirməkdə haqlı olmuşdur. Kasasiya instansiyası həmçinin qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iddianın təmini əsaslarından biri kimi, hərracın keçirilməsi vaxtı və yeri haqqında kütləvi informasiya vasitələrində elan verilməməsinə istinad etmişdir. Halbuki, kassasiya şikayətinə əlavə o lunmuş sənədlərdən görünür ki, mübahisəli qeyri-yaşayış sahəsinin 17 aprel 2018-ci il tarixdə hərraca çıxarılması barədə bundan bir ay öncə 17 mart 2018-ci il tarixdə «Mülkiyyət» qəzetində elan dərc olunmuşdur. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində iştirak etmiş və sübutlarını təqdim etmiş, lakin tələb olunmasına baxmayaraq hərracın keçirilməsi vaxtı və yeri haqqında kütləvi informasiya vasitələrində («Mülkiyyət» qəzeti) elan verilməsinə dair hər hansı sübut təqdim etməmişdir (hətta, həmin sübut əvvəlki apellyasiya icraatı zamanı da təqdim olunmamışdır). Buna baxmayaraq, cavabdeh müvafiq sübutu mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq kassasiya instansiyasına təqdim etmişdir. Mülki işdən görünür ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etmiş və müvafiq sübutları təqdim etmək imkanında olmuş (yuxarıda qeyd edildiyi kimi, hərracla bağlı sənədlər təqdim edilmişdir), lakin hərracın yeri və vaxtı barədə elan verilməsi barədə «Mülkiyyət» qəzeti təqdim olunmamışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiyasına təqdim edilmiş sübutun hazırki vəziyyətdə qəbul edilməsi mülki prosessual qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərinə uyğun deyildir (bununla yanaşı, hətta yuxarıda qeyd edilənləri şərti olaraq nəzərə almasaq belə, təqdim edilmiş sübut «Mülkiyyət» qəzetinin əsli deyil, təsdiq olunmamış kserosurətidir. Bu səbəbdən də hər bir halda sübut kimi qəbul edilə bilməz). Bununla yanaşı, qeyd edilməlidir ki, hə tta «Mülkiyyət» qəzetində elan verilməsi şərti olaraq qəbul edilsə belə, yuxarıda göstərilən əsaslar yenə də iddianın əsaslı olması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Həmçinin, qeyd edilməlidir ki, kassasiya instansiyasının digər göstərişinə əsasən apellyasiya instansiyası məhkəməsi əqdin etibarsızlığı barədə qətnamə çıxararkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində nəzərdə tutulmuş etibarsızlığın nəticələrini tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən mübahisələndirilən əqdin etibarsız hesab olunması üçün əsasların mövcud olduğu qənaətinə gələrsə, bu zaman əqd üzrə alınanların geri qaytarılmasını nizama salan Mülki Məcəllənin 337.5-ci maddəsinin mübahisəyə tətbiq olunmasını müzakirə etməli, həmin normanın mübahisəli hüquq mü nasibətinə tətbiqini mümkün saymadıqda isə bunu qanunla müəyyən olunmuş qaydada əsaslandırmalıdır. Məhkəmə kollegiyası kassasiya instansiyasının qeyd edilən mövqeyini əsaslı sayaraq, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində nəzərdə tutulmuş etibarsızlığın nəticələrinin tətbiqi hər bir halda müzakirə olunmalı məsələdir. İşdə olan sübutlara (alqı-satqı müqaviləsi, qəbz və s.) əsasən - mübahisəli qeyri-yaşayış sahəsinin hərracdan satış qiyməti 18750 manat olmuş, 20.04.2018-ci il tarixdə həmin pul vəsaiti Cavabdeh1 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına ödənilmişdir. Belə olan halda (yəni, əqd etibarsız olduğundan), müqaviləyə əsasən ödənilmiş 18750 manat pul vəsaiti Əmlak Məsələləri Dövlət Komitəsindən (hazırda, Əmlak Məsələləri Dövlət Xid məti) alınaraq Cavabdeh1 qaytarılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iiddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuş, hüquqi cəhətdən kifayət qədər əsaslandırılmamış, yalnız öz mülahizələrini rəhbər tutmaqla qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün əsas kimi mübahisəli qeyri-yaşayış sahəsinin ARDNŞ-nin Quruda Neft və X2 “Bibiheybət” Neft- Qaz çıxarma idarəsinin 22.07.1994-cü il tarixli, 338 nömrəli sərəncamına əsasən iddiaçının istifadəsinə verilməsi və bununla da qeyri-yaşayış sahəsinin iddiaçının qanuni istifadəsində olması qeyd edilmişdir. Bununla əlaqədar bildirilir ki, ARDNŞ-nin Quruda Neft və X2 “Bibiheybət” Neft-Qazçıxarma idarəsinin 22.07.1994-cü il tarixli, 338 nömrəli sərəncamı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbləri pozulmaqla verildiyinə görə qanunsuz olmuş və məhkəmə tərəfindən həmin sərəncam mötəbər sübut kimi qəbul edilə bilməzdi. Belə ki, “Dövlət əmlakı üzərində mülkiyyət hüquqlarının dəyişdirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 20.07.1992-ci il tarixli, 63 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının bütün dövlət idarəetmə orqanları, birlik, müə ssisə və təşkilatları tərəfindən onların sərəncamında olan binaların, qurğuların, avadanlığın, nəqliyyat vasitələrinin hüquqi və fiziki şəxslərə satılması, verilməsi dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək müvəqqəti olaraq dayandırılmışdır. Beləliklə, qeyd edilən Fərman dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasını və hər hansı formada (icarə, istifadə və s.) verilməsini qadağan etsə də, ARDNŞ-nin Quruda Neft və X2 “Bibiheybət” Neft-Qazçıxarma İdarəsi tərəfindən bu qadağa pozulmaqla qanunsuz olaraq 22.07.1994-cü il tarixli, 338 nömrəli sərəncam verilmişdir. Digər tərəfdən, 22.07.1994-cü il tarixli, 338 nömrəli sərəncamla 67,75 kv. m qeyri- yaşayış sahəsi iddiaçının istifadəsinə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərə findən keçirilmiş hərracda özəlləşdirilmiş əmlakın sahəsi isə 99,1 kv. m olmuşdur. Məhkəmə 22.07.1994-cü il tarixli, 338 nömrəli sərəncamı əsas gətirərək iddianı təmin etmiş, həmin sərəncam isə yalnız 67,75 kv. m sahəyə aid olmuşdur. Digər (31,35 kv. m) hissədə özəlləşdirməni ləğv etməsi üçün məhkəmə iddiaçının mənzilinin altında yerləşən hissəyə girişin həmin hissədən keçdiyini əsas gətirmişdir. Halbuki, bu hal iddianın həmin hissədə təmin edilməsi üçün hüquqi əsas deyildir. Göründüyü kimi, məhkəmə işin hallarını tam, obyektiv araşdırmamış, maddi və prosessual hüquq normaları pozmuş və düzgün tətbiq etməmiş, nəticədə əsassız qərar qəbul etmişdir. Qeyd edilənlərdən əlavə məhkəmənin nəzərinə çatdırılır ki, mübahisəli əmlakın özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati ak t olan sərəncamı əsasında həyata keçirilmiş və həmin inzibati akt qüvvədə qaldığı bir təqdirdə, onun əsasında keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi irəli sürülə bilməz. İddiaçı ilkin olaraq inzibati aktın mübahisələndirilməsi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə, inzibati akt ləğv olunduğu təqdirdə onun nəticəsi olan hərrac protokolunun və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsızlığı ilə bağlı iddia ilə ümumi məhkəməyə müraciət edə bilərdi. Lakin, iddiaçı hərracın keçirilməsi üçün əsas olmuş inzibati akt ləğv olunmadan həmin inzibati aktın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürmüşdür ki, belə bir tələb də təmin edilə bilməzdi. Buna baxmayaraq, apelyasiya instansiya məhkəməsi işin bu halını nəzərə al mamış, qüvvədə olan inzibati akta əsasən həyata keçirilmiş hərracı və onun nəticəsində tərtib edilmiş sənədləri etibarsız hesab etmişdir. Eyni zamanda, məhkəmə qətnaməsində 18.04.2018-ci il tarixli, 3952 saylı alqı-satqı müqaviləsi üzrə ödənilmiş 18750 (on səkkiz min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir. Qeyd olunan vəsait dövlət büdcəsinə köçürüldüyündən və Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət büdcəsinin vəsaiti barəsində sərəncam vermək səlahiyyəti olmadığından, Xidmət həmin vəsaiti iddiaçıya qaytarmaq imkanına malik deyildir. Oxşar işlər üzrə məhkəmələr tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə tərəf qismində cəlb edilməklə işə həmin dövlət orqanının i ştirakı ilə baxılır. Buna baxmayaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə cəlb edilməmiş, əsassız olaraq dövlət büdcəsinə daxil olmuş vəsaitin iddiaçıya qaytarılması vəzifəsi Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmuşdur. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla əsassız qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin və AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin nümayəndəsi X6 və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X10 oğlu kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəm iyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmət tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, 17 aprel 2018-ci il tarixdə Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş hərracda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsindəki 4 saylı binanın zirzəmisinin bir hissəsi - 99,1 m2 qeyriyaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 18750 manata Cavabdeh1 satılmış, 18 aprel 2018-ci il tarixdə isə bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi imzalanmış, müqavilədə həmin qeyri-yaşayış sahəsinin hərracdan satış qiyməti 18750 manat qeyd olunmuşdur. 20.04.2018-ci il tarixdə 18750 manat Cavabdeh1 tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına ödənilmiş və Cavabdeh1 həmin qeyri-y aşayış sahəsi üzərində mülkiyyət hüququ 18.05.2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Baxılan iddia tələbi üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) inzibati orqandır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən həmin orqan inzbati orqanlar kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 1 9 may 2014-cü il tarixli qərarına əsasən, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. X9 əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçının hazırkı iş üzrə nəticələrini mübahisələndirdiyi hərrac AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmişdir. Bu cür hərracların keçirilməsi əsasları və qaydaları, onların satılmasının rəsmiləşdirilməsi publik hüquq münasibətlərinə aid olmaqla "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi” Qaydalarına; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnaməyə; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixl i, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarına; Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi” Qaydalarına uyğun olaraq həyata keçirilir. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının özəlləşdirilməsi və hərrac vasitəsilə satılması) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir. İş üzrə iddiaçı həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (hərracın nəticələrinin) qanunsu z olduğunu iddia edir. Eyni zamanda iddiaçının etibarsızlığını tələb etdiyi mübahisəli zirzəmiyə dair digər inzibati orqan olan Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş çıxarış da qanunvericiliyə əsasən özəlləşdirilən dövlət əmlakının hərracdan satılmasının rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015ci il Qərarına görə mübahisəni n məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquq i şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati müb ahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara i nzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). Həmin qərarın 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inziba ti aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılm ası mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin mülkiyyətə verilməsi ilə bağlı hərracların və onların hüquqi nəticələrinin mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud q ismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.2-ci maddəsinə əsasən izah edir ki, iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qayda da və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 22 sentyabr 2020-ci il tarixli 2(103)-326/2020 saylı qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, AR ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın, onun nəticələrinin etibarsızlığı və sair” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar