Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-381/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: “avtomobilin geri qaytarılması barədə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5566/2024 nömrəli iş üzrə 04 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2017-ci il tarixli 4572/59225/41042 №-li diplomat fakturasına əsasən, şassi nömrəsi WDD 222 167 1A3 194 31 olan “MERCEDES BENZ S400” markalı nəqliyyat vasitəsi Toğrul Bağırov tərəfindən Azərbaycan Respublikasına gətirilmişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN Baş X4 idarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən «MERCEDES BENZ S400» markalı **GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdi r.
3. Məktuba əlavə olunmuş çıxarışa əsasən, «MERCEDES BENZ S400» markalı **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci ilə kimi, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixə kimi Cavabdeh1 etibarnamə verilmişdir.
4. Məktuba əlavə olunmuş çıxarışından görünür ki, «MERCEDES BENZ S400» markalı **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh2 tərəfindən xx.xx.2023-cü ildən xx.xx.2031-ci il tarixə kimi Cavabdeh1 etibarnamə verilmişdir.
5. Məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən İddiaçı «MERCEDES BEN Z S400» markalı **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 25.000 manata Cavabdeh2 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh1 qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılış ili 2017-ci il, Mühərrik - Ban №WDD2221671A319431 olan, Tünd albalı Metalik rengi, X2 (d.n.n.) ** GP *** MERSEDES BENZ S400 MİNİK markalı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia belə əsaslandırılmışdır ki, avtomobil 2018-ci ildən iddaçının mülkiyyətində olub. İddiaçı 2020-ci ilin əvvəllərində avtomobili 80.000 avroya satmaq qərarına gəlib, tanışı, sürücü işləyən Cavabdeh1 bu işdə ona kömək edə b iləcəyini bildirib. Bu məqsədlə iddiaçı xx.xx.2020-ci ildə Cavabdeh1 adına etibarnamə verib, lakin xeyli müddət keçməsinə baxmayaraq avtomobil satılmayıb. Ona görə də avtomobilin qaytarılmasını tələb edib, lakin avtomobil qaytarılmayıb.
8. Cavabdeh tərəf bildirib ki, avtomobil Cavabdeh1 rəisi - mərhum Toğrul Bağırovun olub, o, avtomobili Cenevrə şəhərində əldə edib, onun Gürcüstan vasitəsilə gətirilməsi üçün öz qardaşı oğluna – iddiaçıya etibarnamə verib. Daha sonra avtomobilin gətirilməsi üçün iddiaçının istədiyi məbləğlə razılaşmayıb, avtomobilin gətirilməsi üçün öz işçisinə - Cavabdeh1 etibarnamə verib. Avtomobil hazırda mərhum Toğrul Bağırovun ailəsinin istifadəsindir.
9. İş üzrə icraat zamanı – xx.xx.2024-cü ildə iddiaçı vəsatət verərək Cavabdeh2 da cavabdeh kimi işə cəlb edilməsini x ahiş edib. Həmin tarixdə məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla Cavabdeh2 cavabdeh kimi işə cəlb olunub.
10. Cavabdeh1 vəkil və nümayəndələri X1 və Vəkil3 Ağamməd oğlu tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərək İddiaçı Cavabdeh1 qarşı iddiası üzrə iddia müddətinin tətbiq edilməsi və iddiadan imtina barədə qərar çıxarılması xahiş olunmuşdur.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim T.Mahmudova) 23 iyul 2024cü il tarixli, 2(010)-1668/2024 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2, 157.4, 157.5, 157.8, 359.1, 359.3, 362.1, 362.2, 363.3-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birin ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5566/2024 nömrəli iş üzrə 04 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, avtomobil Cavabdeh2 qanuni sahibliyindədir. Belə ki, iddiaçı özü bildirir ki, avtomobili satmaq üçün Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli etibarnamə verib. Bundan 1 gün sonra – xx.xx.2020-ci ildə Cavabdeh1 həmin etibarnamənin əsasında Cavabd eh2 ilə alqı-satqı müqaviləsi bağlayıb və Cavabdeh2 avtomobil üzərində mülkiyyət hüququ reyestrdə qeydə alınıb. Həmin müqavilənin etbarsız sayılması barədə tələb irəli sürülməyib.
16. Beləliklə, iddia əsassızdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Qətnamədən İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103) – 5566/2024saylı mülki iş üzrə xx.xx.2024-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəm əsinə göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası, apellyasiya şikayətini tərəflərindən verilməsinə baxmayaraq iştiraklarını təmin etməmiş, bir iclasda iştirakları olmadan məhkəməni bitirməklə apellyasiya şikayətini müdafiə etmək hüquqlarını məhdudlaşdırmışdır.
20. Nəqliyyat vasitələri ilə bağlı mülkiyyət hüquqlarının qeydiyyata alınmasını özündə əks etdirən ADN 288442 saylı qeydiyyat şəhadətnaməsinin İddiaçı Zülfiqar oğlunun adına olmasını nəzərə almamışdır.
21. Hüquq normalarının pozulmasına yol verilmişdir və bu səbəbdən qətnamə ləğv edilməlidir. Qeyd olunan maşın hec bir əsas olmadan Cavabdeh2 adına sənədləşdirilmiş və guya ki onunla aralarında alqı – satqı baş verərək həmin maşını Cavabdeh2 25 000 manata satmışdır. Qeyd et mək istəyir ki, iddiaçı tərəfindən Cavabdeh2 maşın satılmamış və hər hansı bir məbləğ alınmamışdır. Belə bir halın baş verməsi nəticədə İddiaçı mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.
22. Bundan əlavə, birinci instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli 4572/59225/41042 №-li diplomat fakturasına əsasən, şassi nomrəsi WDD 222 167 1AZ 194 31 olan “MERSEDES BANZ S 400 ” Markalı nəqliyyat vasitəsinin Toğrul Bağırov tərəfindən Azərbaycana gətirilməsi ilə əlaqədar fikirləri ilə bağlı, qeyd etmək istəyir ki, bir il qabaq əmisi Toğrul Bağırov özü ücün eyni tip maşından almış və özü dipomat olduğundan eyni zamanda onun güzəştləri olduğundan həmin maşın ona dəyərindən cox ucuz başa ğəlmişdir. Bundan sonra, onda olan güzətlər əsasında nəqliyyat vasitəsinin ucuz başa gəlməsini nəzərə alaraq İddiaçı xahişinə əsasən və ona dəstək olmaq məqsədi almaq istədiyi nəqliyyat vasitəsi ilə bağlı faktura onun adına kəsilmiş, lakun istər Almaniyada istərsə də Azərbaycanda sənədləşmə ona məxsus olmuşdur. Lakin Apellyasiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, iştirakları təmin olunmadan, araşdırma aparmadan, demək olar ki bir cümlə ilə mübahisə həll olunmuşdur.
23. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 125, 127, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 157.1, 157.2, 157.4, 157.5, 779, Azərbaycan Respublikasının MPM -in 8.1, 8.2, 9.1, 9.3, 14.1, 77.1, 88, 217.1. 217.3, 218-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Mülki iş üzrə Cavabdeh1 nümayəndə və vəkili Vəkil2 tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilərək kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 5566/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən iştiraklarının təmin edilmədiyi, bir iclasda iştirakları olmadan məhkəməni bitirməklə apellyasiya şikayətini müdafiə etmək hüquqlarının məhdudlaşdırıldığı barədə dəlili ilə əlaqədar bildirir ki, iş materialları ilə, o cümlədən apellyasiya instansiyası məhkəməsinin iclas protokolu ilə təsdiq edilir ki, iddiaçı tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məl umatlandırılmış, lakin iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, apellyasiya məhkəməsi müvafiq müzakirə apararaq Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iş üzrə iddiaçının iştirakı olmadan baxılmasını qərara almış və beləliklə prosessual hüquq normasının pozuntusuna yol verməmişdır.
35. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, avtomobil Cavabdeh2 qanuni sahibliyindədir. Belə ki, iddiaçı özü bildirir ki, avtomobili satmaq üçün Cavabdeh1 adına xx.xx.2020-ci il tarixli etibarnamə verib. Bundan 1 gün sonra – xx.xx.2020-ci ildə Cavabdeh1 həmin etibarnamənin əsasında Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayıb və Cavabdeh2 avtomo bil üzərində mülkiyyət hüququ reyestrdə qeydə alınıb. Həmin müqavilənin etbarsız sayılması barədə tələb irəli sürülməyib.
36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
37. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
38. Ona görə də kassasiya şikayət i təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2024-cü il tarixli 2(103)-5566/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.