Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3813/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh MTK-ya qarşı “müqavilə bağlanması öhdəliyinin qoyulması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh MTK-nın cavabdehlər İddiaçı və X5 qarşı “müqavilə bağlanması öhdəliyinin qoyulması və pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə (X18, X22, X23, X11, X25 və X32 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) QƏRARİ (Açar sözlər: müqavilə bağlamaq öhdəliyinin qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehlərin) vəkili xxx oğlunun iştiraklarıilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)14757/2019 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X12, habelə qarşılıqlı iddia üzrə digər cavabdeh İddiaçı və vəkilləri xxx oğlu tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli 31 nömrəli müqavilə əsasında iddiaçının ailəsinə məxsus olan 210 kv.metr yaşayış evini sökmüş və müqavilə şərtlərinə əsasən 141 kv.metr ibarət mənzilin dəyəri, hər kv.metr sahəyə görə 2500 manat olmaqla, 352500 manat və 69 kv.metr hesablanmayan sahəyə görə 172500 manat məbləğində olmaqla, ümumilikdə 525000 manat məbləğində pulun, mənəvi zərərə görə 10000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutularaq ona ödənilməsi xahiş etmişdir. İddiaçı Cavabdeh MTK cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən İddiaçı (xxxqızına verilmiş 82400 manat məbləğində pulun tutularaq Cavabdeh MTK-ya geri qaytarılması və İddiaçı üzərinə istifadə hüququ olduğu və artıq sökülmüş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun payına düşən hissəsi ilə bağlı Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında yeni əvəzləşdirmə müqaviləsi bağlanılması öhdəliyinin qoyulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ünvan 1 ünvanda pasport qeydiyyatında olan X18, X22, X23, X11, X25 və X32 iş üzrə cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Bundan əlavə birinci instansiya məhkəməsinin iclasında ilk İddiaçı (xxxqızının vəsatəti ilə ilk iddiaçı əsl iddiaçı X13 ilə əvəz edilmişdir. İddiaçı X13 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, istifadəsində olan və icarədarı olduğu, artıq sökülmüş ünvan 1 ünvanda y erləşən fərdi yaşayış evinə dair onunla Cavabdeh Mənzil-Tikinti Kooperativi arasında müqavilə bağlanması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh qismində saxlanılmaqla, Cavabdeh MTK tərəfindən ona ödənilmiş 82400 manat məbləğində pulun kooperativin xeyrinə tutularaq geri qaytarılması və X13 ilə müqavilə bağlanarkən iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin razılıqları və payları nəzərə alınmaqla müqavilə bağlanması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəm ədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)3275/2019 saylı qətnaməsi ilə (hakim G.A.Əsədova) ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmiş, sökülmüş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair əvəzləşdirmə müqaviləsinin bağlanması (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 razılığı və hüquqları nəzərə alınmaqla) X1 və Cavabdeh üzərinə qoyulması, cavabdeh İddiaçı sökülmüş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ödənilmiş 82400 manat məbləğində pul vəsaitinin alınaraq Cavabdehnə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14757/2019 nömrəli qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrliyi və məruzəsi ilə, A.Q.Hüseynov və V.N.Sadıqovdan ibar ət tərkibdə) ilkin iddia üzrə iddiaçı X1 vəkili və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi, vəkil xxx oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-3275/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X12, habelə qarşılıqlı iddia üzrə digər cavabdeh İddiaçı nümayəndələri, vəkil xxx oğlunun vasitəsi ilə kasasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14757/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə xx xxxxxx 2017-ci il tarixli 31 nömrəli müqavilə əsasında ailəsinə məxsus olan 210 kv.metr yaşayış evini sökmüş və müqavilə şərtlərinə əsasən 141 kv.metr ibarət mənzilin dəyəri, hər kv.metr sahəyə görə 2500 manat olmaqla, 352500 manat və 69 kv.metr hesablanmayan sahəyə görə 172500 manat məbləğində olmaqla, ümumilikdə 525000 manat məbləğində pulun, mənəvi zərərə görə 10000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh Mənzil-Tikinti Kooperativindən tutulması, Cavabdeh Mənzil-Tikinti Kooperativinin İddiaçı qarşı “ödənilmiş pul məbləğinin geri qaytarılması və yeni müqavilə bağlanması öhdəliyinin qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin pul tələbi hissəsində təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normaları pozulmuş, mübahisəli mənzildə X6, X3, X14 və X9 mənzilə hüquqlarının olması, Cavabdeh MTK tərəfindən ödənilmiş 82400 manat məbləğində pulun qaytarılması barədə qərar qəbul edilərkən, mənzilin ilkin vəziyyətə qaytarılmasının mümkünsüzlüyü nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə cavabdeh, habelə onun və ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X4 vəkili xxx oğlu kasasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK səlahiyyətli nümayəndəsinin və vəkilinin məhkəmədə iştirakını təmin etməmiş, üçüncü şəxslər məhkəmə kollegiyasının iclas ına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kasatorlarla tam mübahisələndirildiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallara əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli qərarı ilə adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Bakı şəhəri Nəsimi Rayon İcra Hakim iyyəti Başçısının 105 nömrəli, xx xxxxx 2017ci il tarixli sərəncamına və 1/11 nömrəli, xx xxx 2017-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcüd yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində yeni çoxmərtəbəli binaların və qeyri-yaşayış obyektlərinin tikintisi üçün torpaq sahəsi 49 illik icarə əsasında Cavabdeh Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilmişdir. Eyni zamanda, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi Cavabdeh Mənzil-Tikinti Kooperativə həvalə edilmişdir. Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Mərdanov Qarda şları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahiblərinin böyük əksəriyyəti ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20% əlavə sahə verilməklə və aylıq kirayə haqları, eləcə əşyaların daşınması xərcləri ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyriyaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli binaların tikintisinə başlanılmışdır. Eyni zamanda, müəyyən edilmişdir ki, xx xxxxxx 1983-cü il tarixli 000050 nömrəli orderlə ünvan 1 ünvanında yerləşən ev X7 verilmiş, ondan əlavə müvafiq evə onun ailə üzvləri olan X17, X15, X23 və X21 məskunlaşdırılmışlar. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi Rayon Mənzil Kommunal Təsərüffatı Birliyin in xxxnömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 144 nömrəli, xx xxxx 2017-ci il tarixli arayışdan görünür ki, X19, X15, X24, X23, X11, X33 və X25 ünvan 1 ünvanında yerləşən evdə daimi qeydiyyatda olan şəxslərdir. Cavabdeh Mənzil-Tikinti Kooperativi və X19 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilə ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli qərarının müvafiq maddəsinin tələblərinə əsasən özəlləşdirilməmiş və öz istifadəsində olan ünvan 3 ünvanında yerləşən içdən-içə faktiki ölçüsü 129 kv.metrdən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh Mənzil-Tikinti Kooperativinə təhvil verir, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündür mərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul edir. X6 xahişi nəzərə alınaraq kooperativ onun mülkiyyətinə verilməsi nəzərdə tutulan 141 kv.metrdən ibarət təmirli mənzili hissələrə bölərək 50 kv.metrdən ibarət 1 (bir) ədəd təmirli mənzili onun oğlu X16, 50 kv.metrdən ibarət 1 (bir) ədəd təmirsiz mənzili onun qızı X8 mülkiyyətinə verir, qalıq kimi 41 kv.metrdən ibarət mənzil hissəsinin əvəzi olaraq 41 kv.metr x 1500 (bir min beş yüz) manat = 61500 (altmış bir min beş yüz) manat və 50 kv.metrdən ibarət 1 (bir) ədəd mənzilin təmir xərcinin əvəzi olaraq 6500 (altı min beş yüz) manat olmaqla, cəmi 68000 (altmış səkkiz min) manat həcmində pul vəsaitini nağd şəkildə bu Müqavilə imzalanan gün onun özünə verir. Eyni zamanda, X6 xahişini nəzərə alan kooperativ ona ödənilməsi nə zərdə tutulan kirayə haqqını 24 ay üzrə 24 ay x 600 (altı yüz) manat = 14400 (on dörd min dörd yüz) manat həcmində pul vəsaitini birdəfəlik olaraq bu Müqavilə imzalanan gün nağd şəkildə ona verir. Bununla da, cəmi 82.400 (səksən iki min dörd yüz) manat məbləğində pul vəsaiti kooperativ tərəfindən X10 göstərilən tarixdə verilmişdir. Daha sonra müəyyən edilmişdir ki, X18 və X22 Cavabdeh Mənzil-Tikinti Kooperativinə ünvanladığı xx xxxx 2017-ci il tarixli ərizələrlə X6 istifadəsində olan ümumi sahəsi 129 kv.metr sahədən ibarət ünvan 3 ünvanında yerləşən qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin Cavabdeh tərəfindən sökülməsinə etiraz etməmişlər, gələcəkdə ünvan 3 ünvanında yerləşən evinə dair heç bir iddia tələbi irəli sürməyəcəkləri barədə üzərlərinə öhdəlik götürmüşlər. Məhkəmə araşdırmala rı zamanı həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(007)-683/2018 nömrəli qətnaməsi ilə iddiaçılar X2 və X20 cavabdehlər X10 və Cavabdeh Mənzil-Tikinti Kooperativinə, üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin içdən-içə 129 kv.metrdən ibarət yaşayış sahəsini sökmək üçün Cavabdeh Mənzil-Tikinti Kooperativinə təhvil verilməsi, bu müqavilə ilə şərtlənmiş müddətdə və qaydada Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində X19 üçün nəzərdə tutulmuş onun tərəfindən qəbul edilməsi ilə əlaqədar bağlanmış xx xxxx 2017-ci il tarixli 31 nömrəli müqavilənin etibarsız hesab edilmişdir. Bakı Ap elyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2(103)-11553/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(007)-683/2018 nömrəli qətnaməsindən cavabdeh X19 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, müvafiq qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-1288/2019 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-11553/2018 nömrəli qətnaməsindən cavabdeh İddiaçı kasasiya şikayəti təmin edilməyərək, müvafiq qətnamə dəyişiklik edilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin içdən-içə 129 kv.metrdən ibarət yaşayış sahəsini sökmək üçün Cavabdeh Mənzil-Tikinti Kooperativinə təhvil verilməsi, bu müqavilə ilə şərtlənmiş müddətdə və qaydada Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində X19 üçün nəzərdə tutulmuş onun tərəfindən qəbul edilməsi ilə əlaqədar bağlanmış xx xxxx 2017-ci il tarixli 31 nömrəli müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(007)683/2018 nömrəli qətnaməsi olduğundan, sökülmüş həmin evinə dair əvəzləşdirmə müqaviləsinin bağlanması (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 razılığı və hüquqları nəzərə alınmaqla) X1 və Cavabdeh üzərinə qoyulmalıdır. Eyni zamanda, müvafiq müqavilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyindən, qeyd edilən müqavilə bağlanan zaman sökülmüş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı ödənilmiş 82.400 (səksən iki min dörd yüz) manat məbləğində pul vəsaiti də İddiaçı alınaraq Cavabdehnə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 385.1, 389.1, 389.2, 390.1, 390.5, 404.1, 404.2, 421.1, 421.2, 422.2, 422.4, 427.3, 442, 443.1, 448.1, 448.2, 560.1 və 560.2-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası məhkəmələrin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifə ləri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onları n prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə əsasən hər kəs qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx xxxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. İnsan Hüquq ları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazı mi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” xx xxxxxx 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi di qqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. Həmçinin həmin Qərara əsasən kasasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarından müəyyən olunur ki, X2 və X20 iddiaları üzrə Bakı şəhəri Nizami Rayon Məh kəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(007)-683/2018 nömrəli qətnaməsi ilə Cavabdeh MTK və X19 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli 31 nömrəli müqavilə etibarsız hesab edilmişdir. Məhkəmələr həmin qətnamənin qanuni qüvvəyə minməsini əsas götürərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair əvəzləşdirmə müqaviləsinin bağlanması (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 razılığı və hüquqları nəzərə alınmaqla) X1 və Cavabdeh üzərinə qoyulması nəticəsinə gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfl i iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Lakin birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədə müqavilənin bağlanması zamanı müstəq il tələblər irəli sürməyən üçüncü şəxs X2 “razılığı və hüquqları nəzərə alınmasını” qeyd etsə də, həmin ifadə və buna uyğun olaraq məhkəmənin qət etdiyi nəticə qeyri-müəyyən olmuşdur. Belə ki, müqavilədə üçüncü şəxsin hansı hüquqlarının nəzərə alınmalı olması, sonuncunun razılığının alınması mümkün olmadığı halda müqavilənin hansı şərtlərlə bağlanması, həm MTK-nın, həm də yaşayış sahəsinin istifadəçilərinin və sahiblərinin hüquqlarının real müdafiəsinin hansı yolla təmin edilməli olması qətnamədə qeyd edilməmiş, apelyasiya instansiyası məhkəməsi isə həmin nöqsanları aradan qaldırmadan qətnaməni dəyişdirilmədən saxlamışdır. Bu isə qəbul edilmiş qətnamənin icrasının mümkünlüyünü şübhə altına alır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qə bul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 216.2-ci maddəsinə əsasən məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyri-müəyyən olduğundan, həmin qətnaməni dəyişdirilmədən saxlayan apelyasiya instansiyası məhkəməsinin qətnaməsi lə ğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, əlavə apelyasiya araşdırması zamanı müqavilənin bağlanılmasında maraqlı olan şəxslərin iştirakları ilə müqavilənin mümkün şərtləri müzakirə olunmalı, tərəflərə Azərbaycan Respublikası MPM-in 14.3-cü maddəsinə əsasən məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif edilməli, bu mümkün olmadığı halda üçüncü şəxslərin müqavilənin müstəqil tərəfi kimi iştirakları məsələsi araşdırılmalı, verilmiş tələblərə, o cümlədən Cavabdeh MTK tərəfindən İddiaçı ödənilmiş pul vəsaitinin qaytarılması tələbinə mövcud vəziyyətdən (iddiaçıların sahibliyində və istifadəsində olan yaşayış sahəsinin artıq sökülməsi və s.) asılı olaraq hüquqi qiymət verilməli, iş üzrə qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir. Məhkə mə kollegiyası həmçinin qeyd edir ki, kasatorlar şikayətlərində Cavabdeh MTK ilə xx xxxxxx 2017-ci il tarixli 31 nömrəli müqavilə əsasında ailələrinə məxsus olan yaşayış evinə görə ümumilikdə 525000 manat məbləğində pulun və mənəvi zərərə görə 10000 manat məbləğində pulun tutulmasını xahiş etsələr də, iş materiallarına əsasən iddiaçı X1 dəqiqləşdirilmiş iddiası pul tələbindən deyil, Cavabdeh MTK ilə yeni müqavilə bağlanması öhdəliyinin qoyulmasından ibarət olmuşdur. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) X12, habelə qarşılıqlı iddia üzrə digər cavabdeh İddiaçı və vəkilləri xxx oğlu tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14757/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3813/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3813/2020
22.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver