Məhkəmə qərarları › İş №2(102)-3815/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3815/2020

23.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3815/2020 23.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: satılmış malın yenisi ilə əvəz edilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi (Açar sözlər: müqavilə öhdəliyi, qüsurlu (keyfiyyətsiz) əşyanın yenisi ilə əvəz olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-840/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 20 20-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: İddiaçı (bundan sonra – iddiaçı)Cavabdeh MəhdudMəsuliyyətli Cəmiyyətinin (bundan sonra – cavabdeh) Nərimanov filialından xx.xx.2018-ci il tarixdə dəyəri 3999 manat olan “Samsung” markalı “UE65NU7400UXRU” modelli televizoru (bundan sonra – televizor və ya mal) 300 manat ilkin ödəniş etməklə kreditlə satın almışdır. Televizora 1 il müddətində zəmanət verilmişdir. Əşya növbəti gün iddiaçının ünvanına çatdırılmış və onun oğluna təhvil verilmişdir. İddiaçı həmin gün cavabdehə müraciət edərək, malın qüsurlu olduğunu bildirmiş və dəyişdirilməsini tələb etmiş, lakin müraciəti təmin olunmamışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, satın aldığı televizorun eyni ölçülü, eyni konfiquryasiyalı yenisi ilə əvəz edilməsi, yeni kredit qrafikinin açılması və mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə özü evdə olmadığı vaxt mağazanın işçiləri televizoru gətirmiş, oğlu Azər Mustafayev televizoru qəbul etmiş, mağaza işçiləri 15 manat müqabilində quraşdırma işi apara biləcəklərini demişlər. Azər bununla razılaşmış, mağaza işçiləri müəyyən cəhdlərdən sonra kabel televiziyasında problem olduğunu, buna görə televizoru quraşdıra bilmədiklərini deyərək Azərə təhviltəslim aktına imza etdirmişlər. Evə gəldiklə Azər televizorun gətirild iyini, lakin nasaz vəziyyətdə olduğunu bildirmişdir. Televizoru işə saldıqda ekranında iri ləkə olduğunu görmüşdür. Bundan sonra mağazaya gedərək, malın nasaz olduğunu bildirib, yenisi ilə əvəz olunmasını xahiş etmiş, lakin işçilər tərəfindən ona pis münasibət göstərilərək, televizorun dəyişdirilməyəcəyi bildirilmişdir. Bir müddət sonra iddiaçının yaşadığı evə iki nəfər şəxs mütəxəssis qismində gəlmiş, televizora zahiri baxış keçirtdikdən sonra nasaz olduğunu təsdiqləyib heç bir akt tərtib etmədən, televizoru servisə aparmadan getmişlər. Cavabdeh tərəfindən iddiaçının satılmış nasaz televizorun yenisi ilə əvəz olunması istiqamətində hər hansı hərəkət edilmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iddiaçı həmin iri ekranlı televizoru öz asudə vaxtlarını yüksək keyfiyyətli televizora baxaraq keçirmək, istirahət etmək məqsədi ilə almasına baxmayaraq baş verənlər nəticəsində o, xeyli əsəb-stress keçirmişdir ki, bununla da ona mənəvi ziyan vurulmuşdur. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında iddia tələblərinə etiraz edərək göstərmişdir ki, şirkətdaxili qaydalara əsasən malın çatdırılacağı gün alıcının yaşadığı ünvana telefon zəngi olunur və evdə malı qəbul edə biləcək şəxs olduqda həmin mal ünvana çatdırılır. xx.xx.2018-ci il tarixdə televizor iddiaçının yaşadığı ünvana çatdırılmış, evdə iddiaçının oğlu Azər olmuş və şirkətin işçiləri tərəfindən televizor cərəyana qoşularaq işlək vəziyyətdə olduğu təsdiqlənib təhvil verilmişdir. X3 qəbul etmişdir. Mal təhvil verilərkən məhz sənədləşmədə adı keçən “alıcı” adl anan şəxsin həmin malı qəbul etməli olduğu şərt deyildir. Çünki, alıcının evdə olmaması səbəbi ilə hazır bağlamada olan mal məhz alıcıya təhvil verilməsi məqsədi ilə mağazada qeyri-müəyyən müddətə saxlana bilməz. Beləliklə, televizor iddiaçının oğluna təhvil verildikdən bir gün sonra iddiaçı mağazaya müraciət edərək televizorun nasaz vəziyyətdə təhvil verildiyini iddia etmiş, şirkət tərəfindən ona televizorun saz vəziyyətdə təhvil verildiyi, bu barədə aktda iddiaçının oğlunun imza etdiyi bildirilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4532/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Qasımov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı tələbində televizorun cavabd eh tərəfindən nasaz vəziyyətdə təhvil verilməsini göstərsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdehin nümayəndəsi məhkəməyə malın işlək vəziyyətdə təhvil verildiyini təsdiq edən təhvil-təslim aktı təqdim etmişdir. Aktdakı imzanın iddiaçının oğluna məxsus olması, yəni televizorun iddiaçı tərəfindən deyil, onun oğlu tərəfindən qəbul edilməsi barədə iddiaçı tərəfin izahatına münasibətdə Məhkəmə qeyd etmişdir ki, hətta bu hal belə, televizorun nasaz vəziyyətdə təhvil verilməsini sübut etmir. Belə ki, televizorun cərəyana qoşulub müştəriyə təhvil verilməsi barədə akt iddiaçının ailə üzvü tərəfindən də təsdiqlənmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-840/2020 nömrəli iş üzrə xx xxx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Cəmilova (sədrlik edən və məruzəçi), İ.Xəlilov və İ.Kərimli) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, iddiaçının cavabdehdən aldığı televizorun eyni modelli, eyni konfiquryasiyalı yenisi ilə əvəz olunması və yeni kredit qrafikinin açılması öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 581, 582.1, 582.2, 583.1, 584.2, 587.2, 587.3, 587.5, 589.3, 589.6 və 596.1-ci maddələrini tətbiq etməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, iddiaçının aldığı televizora 1 il müddətində zəmanət verimişdir. Satılmış malda yaranmış və cavabdeh tərəfindən inkar edilməyən nasazlıq (iri ləkənin müşahidə olunması) televizorun alınmasından 1 gün sonra, yəni zəmanət müddəti ərzində baş vermişdir. Televizorda nasazlıq malın uzunmüddətli və ya davamlı istifadə olunmasından deyil, malın alınmasından 1 gün sonra qoşulanda aşkar olunmuşdur ki, bu da həmin televizorun nasaz vəziyyətdə təhvil verilməsi qənaətinə gəlmək üçün əsas yaradır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh şirkətin tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən qarantiya müddəti ərzində istifadəyə ya rarlı olan əşya vermək vəzifəsi olsa da, bu vəzifəsini icra etməmiş və buna görə də alıcı ona verilmiş həmin əşyanın yararlılıq müddəti ərzində keyfiyyətli ola bilən başqa əşya ilə əvəz olunmasını tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə malı qəbul etmək alıcının vəzifəsi olaraq müəyyən edilmiş, lakin bu hal keyfiyyəti olmayan və yararlılıq müddəti ərzində istifadəyə yararlı olmayan, müvafiq keyfiyyətə cavab verməyən malın mütləq qəbul edilməsini və onun dəyişdirilməsi ilə bağlı alıcının heç vaxt müvafiq tələb irəli sürmək hüququnu məhdudlaşdıra bilməz. İddiaçının aldığı televizor cavabdeh şirkətin işçiləri tərəfindən təhvil verildikdən 1 gün sonra onda zəmanət talonu ilə qarantiya verilmiş yararlılıq müddəti ərzində aşkarlana n nasazlığın mövcudluğu işin mübahisəsiz halı olduğundan və həmin nasazlığın iddiaçının təqsiri üzündən yaranması və ya aradan qaldırıla bilməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən alınmış əşyanın daha keyfiyyətli yeni əşya ilə əvəz etmək vəzifəsi cavabdehin üzərinə düşür. Ona görə də iddiaçının “aldığı malın yenisi ilə əvəz olunması” barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçının “yeni ödəniş qrafikinin açılması” barədə tələbi də əsas iddia tələbinə əlavə olaraq verildiyi üçün onun davamı olaraq həmin iddia tələbi də təmin olunmalıdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hisəssində ləğv e dilməsini və iddianın tamamilə rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin hallarına uyğun olmayan araşdırma apararaq yanlış nəticəyə gəlmiş, cavabdehin nümayəndəsinin izahatını təhrif etmiş, televizorun xarab təhvil verilməsi ilə bağlı iddiaçının məhkəməyə heç bir sübut təqdim edə bilməməsini nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hisəssində ləğv edilməsini v ə iddianın tamamilə rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etdi. İş üzrə iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək, məhkəmə iclasına vəkilsiz gəldiyi üçün izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq h üquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Maddə 581.2. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Maddə 581.3. Əşyanı nümunəyə və (və y a) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Maddə 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Maddə 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər ü çün ağlabatan müddət ərzində yararlı olmalıdır. Maddə 582.2. Alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Maddə 583.1. Qarantiya müddətinin axımı, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. Maddə 584.2. Satıcı yararlıq müddəti müəyyənləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə edilə bilsin. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Maddə 589.6. Yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. Maddə 596.1. Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı ha llar istisna təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində nümayəndəsinin izahatının təhrif olunduğunu bildirsə də, bununla bağlı məhkəmə iclas protokoluna qeydlər verməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-840/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilməd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar