Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3815/2022 05.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3815/2022 (Açar sözlər: pul tələbi, sübutetmə yükü, sübutların qiymətləndirilməsi) Bakı şəhəri, 05 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-828/20 22 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətlərinə 05 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 27 oktyabr 2006-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
2. Şirkətin Nizamnaməsinə əsasən, Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədləri müxtəlif növ məhsulların istehsalı və realizasiya edilməsi, xidmətin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmini, Cəmiyyətin fəaliyyətindən gəlir əldə edilməsi və Cəmiyyətin fəaliyyətindən əldə edilən gəlir hesabına Cəmiyyətin, Cəmiyyətin işçilərinin və təsisçilərinin iqtisadi maraqlarını təmin etməkdən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 6555 ABŞ dolları, Cavabdeh3 4170 ABŞ dolları, Cavabdeh2 1470 ABŞ dolları, Cavabdeh4 6245 ABŞ dolları məbləğində (ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə) pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər tərəfindən şirkətdən müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədilə aviabiletlər, eyni zamanda, xarici ölkələrə səfər etmək üçün vizaların alınması və gecələmək üçün otel otaqları sifariş verilmişdir. Şirkət sifariş olunmuş xidmətləri şəxsi vəsait i hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və otel vauçerlərini vaxtında təqdim etmişdir. Şirkət cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, sonuncular bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İcra olunmuş sifarişlərə görə şirkət tərəfindən ödənilmiş pul vəsaitləri cavabdehlər tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq, şirkət həmin aviabiletlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada onlara hər hansı çətinlik yaratmamışdır. Lakin cavabdehlər tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşlar. Sifariş edilən xidmətlə rin dəyərinin ödənilməməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına və bununla da şirkətə maddi ziyan dəyməsinə səbəb olmuşdur.
5. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 nümayəndəsi və vəkili X1 iddianı qəbul etməyərək, etiraz ərizəsi və iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə təqdim etmiş və izahatında bildirmişdir ki, iddia tələbləri əsassızdır və hər hansı faktla təsdiq olunmur. Belə ki, iddiaçı ilə cavabdehlər arasında sonradan haqqını ödəmək şərti ilə hər hansı nisyə aviabiletlər almaq, xarici ölkələrə səfər etmək üçün vizalar təşkil etmək və gecələmək üçün otellərdə yerlər kirayələmək barədə müqavilələr yoxdur. İddiaçı tərəfindən belə bir müqavilə məhkəməyə təqdim edilməmişdir. Cavabdehlər şirkətin xidmətlərindən istifadə etmişlər, lakin qabaqcadan bütün sifarişlərin dəyəri tərəflərindən ödənilmişdir. Şirkətin guya cavabdehlərə nisyə xidmət göstərməsi və bu barədə aralarında müqavilə olması barədə dəlilləri əsassızdır. Cavabdehlər heç vaxt İddiaçı-dən aviabilet almamışlar, belə bir şirkət tanımamışlar, onlar yalnız Fərhad Tahirovu tanımışlar (onun soyadını da bilməmişlər, iddia ərizəsindən öyrənmişlər). Tərəflərindən iddiaçıya hər hansı zərər vurulmamış, göstərilən bütün xidmətlərin haqqı qabaqcadan ödənilmiş, ona görə də iddia tələbi əsassız və qanunsuzdur. Bundan başqa iddia ərizəsində qeyd olunan turist səfərləri 2019-cu ilin birinci yarısında təşkil edilmişdir. İddiaçı tələbində qeyd etdiyi halların baş verdiyini bilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada hər hansı tələb irəli sürməmiş və bun unla da iddia müddətini üzrsüz səbəbdən buraxmışdır.
6. İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmədə tədqiq edilmiş İddiaçı-nin çıxarışlarında qeyd olunmuşdur ki, 2016-2017-ci illər üzrə göstərilən xidmətlərin ümumi dəyəri Cavabdeh1 görə 6555 ABŞ dolları, Cavabdeh4 görə 6245 ABŞ dolları, Çələbizadə Sabir Sabir oğluna görə 4170 ABŞ dolları, Cavabdeh2 görə 1470 ABŞ dolları təşkil edir.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-838/2020 nömrəli iş üzrə 03 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia tələbi təmin edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlərin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq, cavabdehlər bu günə qədər təqdim olunmuş x idmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icra olunmuş sifarişlərə görə heç bir ödəniş həyata keçirməmişlər. Cavabdehlərin istinad etdiyi hallar isə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 21.1, 324.6, 329.3, 385.1, 386.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 445.2, 739.1, 740-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunm asını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş almamışlar və onların məhkəmədə iştirakı təmin olunmamışdır. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, cavabdehlər İddiaçı-yə deyil, Fərhad adlı şəxsə müraciət etmişlər. Onların arasında xidmət göstərilməsinə dair razılaşma olmamışdır. Bilet alınarkən sənədləri və ödənişi də Fərhad adlı şəxsə vermişlər. 2016-2017-ci illərdən bu günədək onlara ödəniş barədə hər hansı müraciət olunmamışdır. Uzun müddətdən sonra məhkəməyə müraciət edilməsi anlaşılan deyil. Bundan başqa, iddiaçı onlarla aralarında xidmət göstərilməsinə dair şifahi müqavilə olmasını iddia etsə də, məhkəmə qətnamədə borc müq aviləsinin normalarına istinad etmişdir. Halbuki, iddiaçı ilə onların arasında borc münasibətləri olmamışdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5035/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayətləri təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh1 6555 ABŞ dolları, Cavabdeh3 4170 ABŞ dolları, Cavabdeh4 6245 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə və həmin cavabdehlərə münasibətdə rədd edilmiş, qətnamə qalan hissədə - Cavabdeh2 1470 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan ma natı ilə tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermiş və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlərlə aralarında turizm xidmətlərinin göstərilməsinə dair münasibətlər yarandığını iddia etsə də, bunu təsdiq edən yazılı müqaviləni nə birinci instansiya məhkəməsinə, nə də apellyasıya baxışı zamanı təqdim etməmişdir. Halbuki, iddiaçı tələbini cavabdehlərə turizm xidməti göstərməsi ilə əsaslandırmış, cavabdehlər isə belə xidmətlə bağlı iddiaçı ilə yazılı razılaşma olmadığını bildirmişlər.
15. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, apellyasiya şikayətləri verənlərə münasibətdə ləğv olunmalı və iddia həmin cavabdehlərə münasibətdə rədd olunmalıdır.
16. Kollegiya iddia müddətinin tətbiqinə dair cavabdehlərin ərizəsi ilə bağlı qeyd etmişdir ki, ərizədə Mülki Məcəllənin 848 və 846-cı maddələrinə istinad olunmuşdur, lakin həmin maddələrdə nəzərdə tutulmuş müddət (1 ay) daşıyıcı üçün deyil, sərnişin üçün nəzərdə tutulmuş pretenziya müddəti olduğundan hazırkı iddiaya tətbiq oluna bilməz.
17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 329.1, 329.2, 337.1, 385.1, 386.1, 389.1, 405.1, 406.1, 407.2, 862.1-ci, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Turizm haqqında” Qanun) 1, 9.1-ci, MPM-in 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü mad dələrinə istinadla əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat
18. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Cavabdehlərə turizm xidmətlərinin göstərilməsi iş materiallarında olan sübutlarla, eyni zamanda cavabdehlərin vəkillərinin aşağı instansiya məhkəməsində vermiş olduqları ifadələrlə təsdiq edilmişdir. Onlar turizm xidmətlərindən istifadə etdiklərini heç vaxt inkar etməmişlər. Həmçinin aviaşirkətlərdən əldə edilmiş sorğuların cavabı olaraq alınmış məktublar da bir daha təsdiq edir ki, həqiqətən c avabdehlər həmin turizm xidmətlərindən istifadə etmişlər. Cavabdehlərin hər birinə hər uçuşa görə elektron bilet verilmişdir. «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyun 2007-ci il tarixli 94 saylı qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, adi bilet (sərnişin bileti və baqaj qəbzi) - vərəqdə hazırlanaraq daşıyıcı tərəfindən təsdiq edilən, müqavilənin bağlanmasını və sərnişinin və onun baqajının hava ilə daşıması şərtlərini təsdiq edən, müəyyən edilmiş nümunədə daşıma sənədidir. Elektron bilet daşıyıcının kompüter məlumat bazasında yerləşdirilən və hava daşımas ı haqqında müqavilə hesab edilən, adi aviabiletin elektron analoqudur. Bu bilet vərəqdə çap edilən adi aviabiletdəki məlumata analoji tam məlumatı əks etdirir və elektron ticarət haqqında qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada hava daşımalarının elektron satışı prosesində tətbiq edilir. Hər bir cavabdehə hər uçuşa görə verilmiş elektron bilet artıq onlar arasında müqavilənin bağlanması hesab olunur ki, bu da tərəflər arasında öhdəliklərin yaranmasına səbəb olmuşdur. Apellyasiya məhkəməsi elektron bileti müqavilə hesab etməmiş, həmçinin cavabdehlərin iddiaçı tərəfindən təşkil edilmiş turizm xidmətlərindən istifadə etdiklərini həm yazılı, eyni zamanda şifahi formada təsdiq etmələrini, bununla yanaşı aviaşirkətlərdən alınmış rəsmi məktubları nəzərə almamışdır. Cavabdehlər göst ərilmiş turizm xidmətinə görə heç bir ödəniş etməmişlər. Bununla bağlı da aşağı instansiya məhkəmələrində heç bir sübut təqdim edilməmişdir. Hətta birinci instansiya məhkəməsində cavabdehlərin vəkili pulu onların çalışdıqları şirkətin hesabından İddiaçı-nin bank hesabına vurduqlarını bildirmişdir. Lakin bununla bağlı yenə də heç bir sübut təqdim edilməmişdir. Apellyasiya şikayətində isə cavabdehlər həmin ifadəyə zidd olaraq pulu şirkətin direktoru olan Fərhada verdiklərini bildirmişlər. Bu kimi təzadlı ifadələr cavabdehlərin pulu ödəmədiklərini və özlərini müdafiə üçün yalan ifadə verdiklərini bir daha təsdiq etmiş olur. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunan arqumentləri təkzib edən əlavə sübutları apellyasiya instansiya məhkəməsinə təqdim etsələr də, məhkəmə həmin sübutları qəbul etməkdən imtina etmişdir. Halbuki həmin sübutlar, yəni pretenziya məktubları, eyni zamanda cavabdehlərlə olan səs yazısı bir daha sübut edir ki, cavabdehlərlə iddiaçı arasında turizm xidmətlərinin göstərilməsinə dair münasibətlər yaranmışdır və onlar göstərilmiş turizm xidmətlərinə görə ödəniş etməmişlər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)5171/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 6555 ABŞ dolları, Cavabdeh3 4170 ABŞ dolları, Cavabdeh4 6245 ABŞ dolları məbləğində pulun ödəniş gününə ola n məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, İddiaçı-yə ödənilməsi hissəsində ləğv olunması, iddianın həmin hissədə və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 münasibətdə rədd olunması hissəsində ləğv edilmiş və mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
21. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehlərin adına yazılmış çoxsaylı elektron aviabiletlər, xidmət vauçerləri təqdim etmiş və bununla yanaşı müvafiq aviaşirkətdən bəzi aviabiletlərin cavabdehlər tərəfindən istifadə edilməsini təsdiq edən məktuba istinad etmişdir. Cavabdehlər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazda və müvafiq apellyasiya şikayətlərində isə onların fərqli mövqedən çıx ış etmələri aşkar müəyyən olunur.
22. Belə ki, etirazı imzalamış cavabdehlər birinci instansiya məhkəməsində iddiaçı olan hüquqi şəxslə xidmət göstərilməsi ilə bağlı münasibətlər olduğunu qəbul etmişlər və xidmətlərin əvəzinin ödənildiyini göstərmişlər. Lakin apellyasiya şikayətlərində iddiaçı ilə aralarında hər hansı müqavilə münasibətlərinin olmamasını qeyd edərək, hüquqi şəxsin təsisçisi olan Fərhadla münasibətlərinin olduğunu, göstərilmiş xidmətlərin dəyərinin həmin şəxsə ödənildiyini bildirmişlər. Belə olan halda apellyasiya instansiyası məhkəməsi yaranmış ziddiyyətlərin aydınlaşdırılması üçün cavabdehlər tərəfindən hüquqi şəxsin təsisçisi kimi göstərilən Fərhad adlı şəxsin şəxsiyyətini müəyyən edərək onu prosesə üçüncü şəxs kimi cəlb etməli və anlaşılmazlığın aradan qaldırılmasını tə min etməli idi.
23. Kassasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hər bir halda cavabdehlər onlara turizm xidmətlərinin göstərilməsini qəbul etmişlər. Beləliklə, aşkar olaraq müəyyən olunmuşdur ki, cavabdehlərə turizm xidmətləri göstərilmişdir. Müəyyən edilməli olan hal isə xidmətin hüquqi şəxs və ya onun təsisçisi olaraq adı çəkilən şəxs tərəfindən göstərilməsinin müəyyən olunması ilə bağlı olmalıdır. Lakin apellyasiya məhkəməsi göstərilən halı da faktiki olaraq araşdırmamışdır.
24. Cavabdehlər onlara xidmət göstərilməsini qəbul edərək dəyərinin ödənildiyi bildirsələr də, bununla bağlı hər hansı sübuta istinad etməmişlər. Apellyasiya məhkəməsi isə bu istiqamətdə hər hansı araşdırma aparılmasına cəhd göstərməmiş, yalnız cavabdeh tərəfin səsləndirdiyi formal mülahizələrlə kifayətlənmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2928/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh1 6555 ABŞ dolları, Cavabdeh3 4170 ABŞ dolları, Cavabdeh4 6245 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə tutularaq, iddiaçıya ödənilməsi hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 münasibətdə rədd olunmuşdur.
26. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslan dırmışdır ki, qanunvericiliyə əsasən, turizm məhsulunun satışı barədə yazılı formada müqavilə bağlanmalıdır. Lakin hazırki iş üzrə tərəflər arasında yazılı formada müqavilə bağlanmamış, iddiaçının nümayəndəsi də bu faktı öz izahatları ilə təsdiq etmişdir. Belə ki, iddiaçı tərəfindən bildirilmişdir ki, onlar uzun illərdir eyni qaydada fəaliyyət göstərirlər və heç vaxt müştərilər ilə aralarında müqavilə bağlanmamışdır. İddiaçı iddia ərizəsində sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirdiyini və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və hətta otel vauçerlərini də vaxtında təqdim etdiyini, beləliklə də, cavabdehlərlə aralarında turizm xidmətlərinin göstərilməsinə dair münasibətlər yarandığını iddia etmişdir, lakin bunu təsdiq edən yazılı müqavilə ni nə birinci instansiya məhkəməsinə, nə də apellyasıya baxışı zamanı təqdim etməmişdir.
27. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfin sübut kimi təqdim etdiyi qəbzlərdən, ödəniş tapşırıqlarından iddia edilən vəsaitlərin şirkətin hesabından deyil, X2 şəxsi hesabından ödənildiyi aydın olur. Belə olan halda şirkətin həmin ödənişləri geri tələb etmək üçün subyektiv hüququ yoxdur.
28. Bundan əlavə, iddiaçı tərəfindən aviabiletlərin dəyərinin ödənilməsi barədə hesabdan çıxarışlar təqdim olunsa da, həmin çıxarışlarda məhz cavabdehlərə aid aviabiletlərin dəyərinin ödənilməsi müəyyən edilmir. Belə ki, həmin çıxarışlardan görünür ki, şirkət tərəfindən 2016-2017-ci illərdə bir çox ödənişlər edilmiş, lakin həmin ödənişlərin təyinatı barədə yetərli məlumat qeyd edilməmişdir.
29. İddiaçı şirk ətin bir neçə ildən sonra qaldırdığı iddia qanun normalarına zidd olmaqla yanaşı, həm də mülki dövriyyənin bərabər hüquqlu iştirakçıları arasında bir tərəf üçün əsassız üstün şərait və sui-istifadə hallarına zəmin yaradır ki, bu da yolverilməzdir. d) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
30. Qətnamədən iddiaçı kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur, məhkəmə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, Ali Məhkəmənin qərarında ifadə olunmuş hüquqi mövqeyi nəzərə almamış, göstərişlərini yerinə yetirməmiş, beləliklə MPM-in 420-ci maddəsinin tələbini pozmuşdur. Ali Məhkəmənin qərarında cavabdehlərə turizm xidmətlərinin göstərilməsinin təsdiq olunması qeyd edilmişdir.
32. Bundan əlavə, məhkəmə MPM-in 4.1-ci maddəsini tətbiq etməklə kobud yanlışlığa yol vermişdir. Belə ki, iddia ərizəsində tələb olunan məbləğ aviabiletlərə görə və otel xidmətlərindən istifadəyə görədir. Təqdim edilən sübutlardan görünür ki, aviabiletlərə görə ödənişlərin hamısı İddiaçı-nin rəsmi bank hesabından edilmişdir və bütün ödəniş tapşırıqları iş materiallarına əlavə edilmişdir. İddia tələbinin kiçik bir hissəsini təşkil edən otel xidmətlərinə görə isə (təxminən 1440 ABŞ dolları) ödənişlərin bir hissəsi MMC-nin rəhbərliyinin şəxsi hesabından ödənilmişdir. Məhz otellərə görə edilmiş ödənişlərin kiçik bir hissəsinin MMC-nin deyil, şirkəti n rəhbərliyinin şəxsi hesablarından edilməsinə istinadla iddianın tam şəkildə rədd olunması tamamilə əsassızdır.
33. Aviabiletlərin dəyərinin ödənilməsi barədə hesabdan çıxarışlarda məhz cavabdehlərə aid aviabiletlərin dəyərinin ödənilməsinin müəyyən edilməməsi ilə bağlı məhkəmənin mövqeyinə münasibətdə şikayətdə qeyd olunmuşdur ki, cavabdehlərin istifadə etdikləri elektron biletin kağız forması təqdim edilmişdir. X3 Assosiasıyasının “X5” haqqında çıxarışlarında həmin biletlərin nömrələri və ödəniş məbləğləri qeyd olunmuş və markerlə işarələnmişdir. İddiaçı tərəfindən aviabiletlərə görə ödənişlər həftəlik (dekada) olaraq ödənilir. Ona görə də, həmin çıxarışlarda bir çox biletlərə görə ödənişlər əks olunmuşdur. Lakin, hazırkı iş üzrə olan aviabiletlər aydın olması üçün markerlə işarələnmişd ir.
34. Kassasiya şikayətinə əlavədə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən öz qənaətini Mülki Məcəllənin 862.1-ci və “Turizm haqqında” Qanunun 9.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Sonuncu maddənin mahiyyətindən görünür ki, turizm xidməti dedikdə məcmu halda turist xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Belə ki, tur paketdə həm aviabilet, eyni zamanda otel nömrəsi sifariş edilməlidir. Yalnız belə olduğu təqdirdə tur paketin satışını həyata keçirən təşkilatla turist xidmətlərindən istifadə edən şəxs arasında müqavilə bağlanması zəruridir. Lakin, yalnız aviabilet satışının həyata keçirilməsi zamanı qanunvericilikdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyun 2007-ci il tarixli, 94 saylı qərarının 2-ci bəndi və Mülki Məcəl lənin 842.2-ci maddəsi) elektron biletdən başqa əlavə müqavilənin bağlanması tələb olunmur. İddia tələbinin yalnız 10%-ni təşkil edən otel rezervasiyaları ilə iddia məbləğinin 90%-ni təşkil edən aviabiletin satış tarixlərinə diqqət etdikdə müəyyən olunur ki, onlar ayrı-ayrılıqda satılmışdır. Biletlə otel nömrələrinin satışı məcmu halda həyata keçirilmədiyindən məhkəmənin qeyd olunan maddələrə istinadla iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul etməsi qanunsuzdur.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)4552/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər-A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov, Z.Ə.Əliyev, iş № 2(102)-4552/21) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 08 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
36. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı işə yenidən baxmış məhkəmə kollegiyası MPM-nin 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya instansiyası məhkəməsinin icrası məcburi olan göstərişini yerinə yetirməmiş və ya həmin hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurətini əsaslandırmamışdır.
37. Əvvəlki kassasiya icraatı üzrə qəbul edilmiş məhkəmə qərarında da qeyd edildiyi kimi işə birinci instansiya məhkəməsində baxılması zamanı cavabdehlərdən ikisi verdikləri yazılı etirazda, habelə cavabdehlərdən üçünün birgə verdik ləri apellyasiya şikayətində iddiaçının xidmətlərindən istifadə etdiklərini, lakin qabaqcadan bütün sifarişlərin dəyərini ödədiklərini bildirmişlər. Bununla bağlı nəzərə alınmalıdır ki, MPM-in 106.3-cü maddəsinə əsasən iddiaçının tələbini əsaslandırdığı faktları cavabdehin yazılı etiraf etməsi iddiaçını bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan əgər iddiaçı cavabdehə göstərdiyi xidmətlərin dəyərinin ödənilməsini tələb edirsə və cavabdeh həmin xidmətlərin keyfiyyətinə irad bildirmədən ondan istifadə etdiyini yazılı etiraf edirsə, iddiaçı artıq həmin xidmətlərin göstərildiyini sübut etmək yükündən azad olur və MPM-in 77.1-ci maddəsinə əsasən xidmətin dəyərinin ödənildiyini (etirazı) sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən tətbiq edilməsi olan MPM-in 77.1 və 106.3-cü maddələri mübahisəyə tətbiq edilməmişdir.
38. Beləliklə, əgər hazırkı iş üzrə cavabdehlər göstərilmiş xidmətin dəyərini iddiaçıya deyil, onun direktoruna ödədiklərini, lakin sonuncunun həmin vəsaiti hüquqi şəxsə ödəmədiyini hesab edirlərsə, həqiqətən də ödənişin hüquqi şəxsin adından ixtiyarlı şəxs kimi çıxış etmiş şəxsə ödədiklərini sübut etməlidirlər. Qanuna əsasən belə ödəniş zamanı ödənişi qəbul edən şəxsdən sübutların tələb edilməməsinin riskini də ödəyən şəxs daşıyır.
39. Qeyd olunanlarla yanaşı, apellyasiya instansiyası məhkəməsi “Turizm haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla iddianı rədd etsə də, turizm məhsullarının satışı üzrə yazılı müqavilə şərtini nəzərdə tutan həmin norma ilə Mülki Məcəllənin belə yazılı müqavilə şərti tələb etməyən 862-ci maddəsinin (turizm xidmətləri müqaviləsi) tənzimlədiyi hüquq münasibətlərinin predmetinin eyni olub-olmadığı, eyni olduğu halda həmin normalar arasında kolliziya olub-olmadığı, kolliziya müəyyən edildiyi halda hansı normanın tətbiq edilməli olduğu, yaxud tərəflər arasında tapşırıq hüquq münasibətlərinin yaranıbyaranmadığı barədə məsələlər üzrə işin müəyyən edilmiş faktiki halları baxımından hər hansı hüquqi dəyərləndirmə aparmamışdır.
40. Digər tərəfdən nəzərə alınmalıdır ki, hətta əgər işə baxan məhkəmə iddia tələbinin əsasını təşkil edən tərəflər arasında bağlanmış müqavilənin qanunla müəyyən edilmiş forma tələbinə riayət edilmədiyi üçün etibarsız (əhəmiyyətsiz) olduğu barədə qənaətə gələrsə, onda mübahisəyə Mülki Məcəllənin 337.5-ci maddəsinin tətbiqi mümkünlüyünü d ə müzakirə etməlidir. Belə ki, istinad olunan maddəyə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
41. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-828/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) Cavabdeh4 apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətlər i qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 6555 ABŞ dolları və Cavabdeh3 4170 ABŞ dolları məbləğində pulun məzənnə üzrə manatla tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh1 tutulacaq məbləğ 6165 (altı min yüz altmış beş) ABŞ dolları (6555 ABŞ dolları-390 ABŞ dolları) və Cavabdeh3 tutulacaq məbləğ 3480 (üç min dörd yüz səksən) ABŞ dolları (4170 ABŞ dolları-690 ABŞ dolları) ödəniş gününə olan məzənnəyə uyğun manatla müəyyən edilmişdir. Qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
42. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, baxılan iş üzrə Fərhad Tahirovun iddiaçı hüquqi şəxsin təsisçilərindən biri və qanuni təmsilçisi (direktoru) olduğu mübahisəsiz haldır. İdd ia ərizəsini də iddiaçının adından qanuni təmsilçi qismində həmin şəxs imzalamışdır. Əgər hazırkı iş üzrə cavabdehlər göstərilmiş xidmətin dəyərini iddiaçıya deyil, onun direktoruna ödədiklərini, lakin sonuncunun həmin vəsaiti hüquqi şəxsə ödəmədiyini hesab edirlərsə, həqiqətən də ödənişin hüquqi şəxsin adından ixtiyarlı şəxs kimi çıxış etmiş şəxsə ödədiklərini sübut etməlidirlər. Qanuna əsasən belə ödəniş zamanı ödənişi qəbul edən şəxsdən sübutların tələb edilməməsinin riskini də ödəyən şəxs daşıyır.
43. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1lə bağlı 390 ABŞ dolları məbləğində otel xərci iddiaçı "xxxx" MMC tərəfindən deyil, fiziki şəxsin adından ödənilmişdir. Həmçinin Cavabdeh3 adına ödənilmiş 690 ABŞ dolları otel xərci də iddiaçı "xxxx" MMC deyil, fiziki şəxs tərəfindən ödənilm işdir. Bu hallar məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi F.Tahirov tərəfindən təsdiq edilmişdir. Göstərilənlərə əsasən tutulmuş məbləğdən sözügedən pul vəsaitləri çıxarılmaqla qətnamə dəyişdirilməlidir. Beləliklə, Cavabdeh3 tutulacaq məbləğ (4170 ABŞ dolları-690 ABŞ dolları) 3480 ABŞ dolları, Cavabdeh1 tutulacaq məbləğ (6555 ABŞ dolları-390 ABŞ dolları) 6165 ABŞ dolları müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
44. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 (Vəkil2) kassasiya şikayətləri verərək hər biri qətnamənin özlərinə aid hissədə ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
45. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, hazırda iddiaç ı olan İddiaçı-ni tanımamışam, hüquqi şəxs olaraq ona müraciət etməmişəm və aramızda nisyə xidmət barədə hər hansı bir formada razılaşma olmamışdır. Bilet və digər məqsədlər üçün zəruri olan sənədlər və ödəniş nəğd olaraq bilet satışı ilə məşqul olan Fərhad adlı şəxsə verilmiş və onun vasitəsi ilə adıma elektron bilet alınmışdır. Həmin vaxtan ötən müddət ərzində Fərhadla aramızda ödənişin edilməməsi ilə bağlı hər hansı bir formada danışığımız olmamışdır. Əgər həqiqətəndə biletin və digər xidmətlərin pulu ödənilməmiş olsaydı bu müddət ərzində Fərhad mənim mobil telefonuma zəng edərdi və ya onda olan ünvanıma ödənişlə bağlı yazılımüraciət göndərərdi. Əgər belə hallar olubsa onda həmin sənədləri subut qismində təqdim etməliydi.
46. Məhkəmə iş üçün əhəmiyyətli olan halları tam və hərtərəfli ar aşdırmadan, işdəki sübutlara düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qətnamə çıxarmışdır. Məhkəmə yanlış olaraq hazırkı işə Mülki Məcəllənin borc münasibətlərindən irəli gələn öhdəliklərə dair müddəalarını tətbiq etmişdir. Belə ki, iddiaçı ilə cavabdehlər arasında hər hansı müqavilə olmadığına görə həmin maddələrin hazırkı işə tətbiqi əsassızdır. Bundan əlavə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilməsinə baxmayaraq məhkəmə heç bir hüquqi əsas göstərmədən iddia müddətini tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz verərərək, kassasiya şikayətinin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, göstərmişdir ki, pretenziya məktubları və cavab dehlərlə olan telefon danışıqlarının səs yazıları ilə sübut edilir ki, cavabdehlərlə iddiaçı arasında müavilə münasibəti olmuş və onlara göstərilən xidmətin dəyəri ödənilməmişdir.
48. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
49. Maddə 403.1. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər.
50. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
51. Maddə 842.1. Sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 52. 842.3. Əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir.
53. Maddə 842.2. Sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır.
54. Maddə 843.2. Daşımanın dəyəri daşıyıcının tələbi ilə, lakin ən geci sərnişin nəqliyyat vasitəsindən dü şənədək ödənilməlidir.
55. Maddə 862.1. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. 56. 862.2. Turist xidmətlərinin məzmununa turist səfərinin əhatə etdiyi bir və ya bir neçə yerə aparma, habelə geriyə, səfərin başlandığı yerə gətirmə daxil ola bilər. Lakin turist xidmətləri (turist səfəri) göstərilməsi yalnız o halda baş verir ki, onun təşkilatçısı daşımadan əlavə, aşağıdakı xidmətlərdən, heç olmasa, birini göstərir: 57. 862.2.1. qidalanma; 58. 862.2.2. mehmanxanalarda yerləşdirmə; 59. 862.2.3. təyinat məntəqəsində seyretmələr və ya mədəni tədbi rlərdə iştirak. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
65. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Qətnamədən yalnız cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti verdiklərindən, qətnamə onlara münasibətdə iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya məhkəməsinin hüquqi mövqeyi
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prossesual hüquq normalarının pozuntusuna yol verdiyindən, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir.
68. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır.
69. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapıl masından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
70. Apellyasiya məhkəməsi iddianı təmin edərkən öhdəliklə bağlı ümumi normalara istinad edərək, tərəflər arasında hansı hüquq münasibətlərinin mövcud olmasını müəyyən etməmiş, maddi hüquq normalarının tələblərini pozmuşdur.
71. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında münasibətlər həm turist xidmətlərinin göstərilməsinə dair müqavilədən, həm də iddiaçının daşıma şirkəti ilə bağladığı 3-cü şəxsin xeyrinə olan sərnişin daşıma müqaviləsindən irəli gəlmişdir. Belə ki, turist xidmətlərinin təşkilatçısı daşımadan əlavə, Mülki Məcəllənin 862.2-ci maddəsində göstərilən xidmətlərdən (qidalanma; mehmanxanalarda yerləşdirmə; təyinat mənt əqəsində seyretmələr və ya mədəni tədbirlərdə iştirak) heç olmasa, birini göstərməlidirir. Hazırki iş üzrə isə işin müəyyən edilmiş hallarına görə 2 cavabdehə aviabilet alınması ilə yanaşı mehmanxanada yerləşdirmə xidməti də göstərilmişdir. İddiaçı tərəfindən yalnız cavabdehlərə elektron biletlərin alınması isə iddiaçının daşıma şirkəti ilə bağladığı 3-cü şəxsin xeyrinə olan sərnişin daşıma müqaviləsindən irəli gələn münasibətlər olmuşdur.
72. İddianı qismən təmin edən apellyasiya məhkəməsi qeyd edib ki, cavabdeh göstərilən xidmətlərin dəyərini ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
73. Məhkəmə kollegiyası mübahisənin qeyd edilən qaydada həllini və sübutetmə yükünün yalnız cavabdehin üzərinə qoyulmasını düzgün hesab etmir. Belə ki, bu iddia üzrə s übutetmə yükü bölüşdürülərkən bütün sübutetmə yükünün cavabdehlərin üzərinə qoyulması barədə mövqe sərgiləyən məhkəmələr müstəqil peşə fəaliyyəti şəklində bu cür xidmətlər göstərən iddiaçının da cavabdehlərə dəyəri ödənilmədən nisyə aviabilet satılması faktını sübut etmə yükünün mövcud olması arasında ədalətli balansı nəzərə almalı idilər.
74. İddiaçı tələbini onunla əsaslandırıb ki, cavabdehlər müxtəlif istiqamətlərdə səfərlərin həyata keçirilməsi məqsədilə iddiaçıya aviabiletlər sifariş edib, iddiaçı sifariş olunmuş xidmətləri şəxsi vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri, vizaları və otel vauçerlərini vaxtında təqdim cavabdehə etmiş, cavabdehlər bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərinə düşən öhdəli kləri yerinə yetirməmişdir.
75. Cavabdehlər isə sifariş edilmiş biletlərin və digər xidmətlərin dəyərinin vaxtında ödəməsini deməklə, iddiaya etiraz etmişdir.
76. İddiaçı cavabdehlər tərəfindən aviabiletlərin dəyəri sonradan ödənilməklə (nisyə) sifariş edilməsinə əsaslanırsa, cavabdehlərlə bu münasibətlərini nizama salan hər hansı yazılı sənədə (müqavilə, razılaşma və s.) istinad etməlidir. Qeyd edilməlidir ki, iddiaçı hüquqi şəxsdir, onun bu növ xidmətlə müştərilərlə münasibətləri, xidmətin ödəniş qaydası və s. məsələlər yazılı sənədlərlə nizama salınmalıdır. Əks halda, xidmətlərin nisyə göstərilməsini sübut etmə yükünü daşıyır.
77. Cavabdehlərin göstərilən xidmətlərin dəyərini ödəməsi barədə sübut təqdim etməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin iddiaçıdan bilet sifariş etməsi və həmin biletlərdən yararlanması işin mübahisəsiz halı olsa da, iş müəyyən edilmiş digər hallarına görə cavabdehlərin bilet sifarişi 2016-2017-ci ilə təsadüf edir və cavabdehlər həmin biletlərdən istifadə də etmişdir. Belə olan halda, yəni sifariş edilmiş biletlərdən cavabdehlərin istifadə etməsi, göstərilən xidmətlərin xarakteri cavabdehlər tərəfindən onun dəyərinin ödənilməsi prezumpsiyasını yaradır.
78. Mməhkəmə kollegiyası qeyd edir ki, bu mövqe iş üzrə əvvəlki kassasiya məhkəməsi qərarının göstərişləri ilə də ziddiyyət təşkil etmir.
79. Belə ki, kassasiya məhkəməsinin əvvəlki göstərişləri əsasında əlavə araşdırma aparan apellyasiya məhkəməsi isə müəyyən etdiyi faktiki hallar üzrə tərəflər arasında mövcud olan hüquq münasibətlərinin xarakterini düzgün müəyyən etməmiş, m addi hüquq normalarını düzgün tətbiq etməmişdir.
80. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
81. Belə ki, Mülki Məcəllənin 843.2-ci maddəsinin tələbinə əsasən daşımanın dəyəri daşıyıcının tələbi ilə, lakin ən geci sərnişin nəqliyyat vasitəsindən düşənədək ödənilməlidir.
82. Tərəflər arasında bu münasibətlər yaranmazdan əvvəl tanışlıq münasibətlərinin olması, bir-birinə dəyəri qabaqcadan ödənilmədən nisyə aviabilet alınmasına əsas verən etibarlı əlaqələrin mövcud olması barədə sübutlar olmadığından məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərə qabaqcadan dəyəri ödənilmədən aviabilet satılması və uzun müddət (2 ildən çox ) həmin biletlərin dəyərinin tələb edilməməsi ağlabatan deyildir.
83. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlər əsasən qətnamə iddianın cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir.
84. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prossesual hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu hal isə a pelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır.
85. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur.
86. Buna görə də, kassasiya şikayəti təmin edilməli, qətnamə cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı iddianın təmin edilən hissəsində ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək, həmin hissədə iddia rədd edilməlidir.
87. Yuxa rıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-828/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.