Məhkəmə qərarları › İş №2(102)-3816/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3816/2025

27.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3816/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X17 və X1 işə cəlb olunmaqla) Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1445/2025 nömrəli, 16 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. xx.xx.2023-cü il tarixli, 2023/150 nömrəli Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 2023/150 nömrəli cavab məktubuna əsasən, o, 2022-ci ilin fevral ayında Dünyagöz xəstəxanasına müraciət edərək, Fərəh Abdullayeva tərəfindən müayinə edilmişdir. Müayinə zamanı hər iki gözündə görmə zəifliyi, yüksək astiqmatizm aşkar edilmişdir. Ona keratakonus diaqnozu qoyulub, diaqnoza uyğun olaraq hər iki gözə X18 əməliyyatı məsləhət görülmüşdür. Maddi cəhətdən çətinliklər səbəbindən əməliyyatın həyata keçirilməsi üçün o, “X17”na müraciət etmişdir. Daha sonra, Fərəh Abduləliyeva tərəfindən 5 mart 2022-ci il tarixində sağ gözdə Cross Ling + Korneal Ring (cari əməl iyyat qiyməti: 974.58 AZN+3.490 AZN= 4.464,58 AZN), 20 aprel 2022-ci il tarixində isə sol gözdə PRK+ Cross Ling (cari əməliyyat qiyməti: 1.200 AZN+974.58 AZN=2.174,58 AZN) əməliyyatları uğurla icra edilmişdir. Qeyd edilən bütün əməliyyatlar X17 tərəfindən maliyyələşdirilib. Əməliyyatların qiyməti ümumilikdə 6.640 AZN təşkil etsə də, cavabdeh tərəfindən qiymətdə güzəşt edilərək cəmi 4.623 AZN ödəniş alınmışdır. Bir müddət sonra onun sağ gözündə yenidən şikayətlər yaranmış, bununla bağlı xəstəxanaya təkrar müraciət edib müalicə olunmuşdur. Nəzərinə çatdırılır ki, sonradan onun sağ gözünsə yaranmış ağırlaşmalar həkim səhvi ilə bağlı meydana gəlməmişdir. Buna baxmayaraq, baş vermiş ağırlaşmaların aradan qaldırılması və gözün görmə qabiliyyətinin bərpa edilməsi üçün xəstəxana tərəfindən mümkün bütün lazımi addımlar atılmış, müalicələr edilmişdir. Hətta bununla bağlı buynuz qişa transplantasiyası əməliyyatının həyata keçirilməsi üçün donor tapılmış, əməliyyatın icra edilməsi təklif edilmişdir. Buna baxmayaraq, görməyə rəsmi şəkildə zəmanət verilmədiyini əsas gətirərək, o, əməliyyatdan imtina etmişdir. O onun gözünün müalicə və əməliyyatları üçün külli miqdarda xərc çəkdiyini bildirmişdir. Lakin qeyd etmək lazımdır ki, ilk həkim qəbulu üçün ödədiyi 50 AZN istisna olmaqla “Dünya Göz” xəstəxanasındakı bütün müayinə və müalicələr ödənişsiz olaraq həyata keçirilmiş, əməliyyatların ödənişi isə Fond tərəfindən qarşılanmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, maddi və mənəvi ziyanla bağlı kompensasiya ödənişi üçün hüquqi əsasın olmadığı diqqətinə çatdırılmışdır.

3. AR Səhiyyə Nazi rliyi Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 26 avqust 2022-ci il tarixli Tibbi rəyinə əsasən, Tibbi rəy 8546, VisOD=0,5 k/e (onda beş), VisOS=0,04 k/e (yüzdə dörd), OU-Buynuz qişa önə doğru qabarıb və incəlib. ODİntrostromal halqa var. OS-Buynuz qişada bulanına var. Göz dibi: OU-Patologiyasızdır. Bscan: OU-Qişalar yerindədir. Şüşəvari cisimdə tək-tək xırda zəif reflekstivli bulanmalar. Biometriya: OD 24,27mm OS 24.38mm. Keratotopoqrafiya: OD-Keratokonus İİ mərhələ. Diaqnoz: OD Keratokonus İİ mərhələ. İntrostromal halqa implantasiyasından sonrakı vəziyyət. Qeyri düzgün astiqmatizm. OS- Buynuz qişanın distrofıyası. Diaqnoz: “H18.6Keratokonus; H.52.2- Astiqmatizm; H17.0-Yapışan leykoma”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddi açı tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dünyagöz Xəstəxanasından onun sağlamlığına vurduğu zərərin əvəzi olaraq 25.000 manat məbləğində pulun alınıb ona verilməsi, mənəvi ziyan olaraq 10000 manatın alınıb yarısının X10 və qalan yarısının ona ödənilməsi, X17 tərəfindən ödənilmiş 4623 manatın X10 geri ödənilməsi, onun əməliyyatı aparılarkən həkim və tibbi personaldan səhlənkarlıq etmiş şəxslərin əhatə dairəsinin müəyyən edilməsi üçün Baş Prokurorluğa araşdırılması üçün göndərilməsi, ödənilmiş 209 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Dünyagöz Xəstəxanasında göz əməliyyatı ilə bağlı müayinədən keçdi. Müayinədən keçdikdən sonra ona xəstəxanadan bildirdilər ki, gözündə keratokon us və astiqmatizm mövcuddur. Bu səbəbdən əməliyyat olunmağı vacibdir. O, maddi vəziyyətilə əlaqədar həmin vaxt əməliyyatın təxirə salınmasını xəstəxanadan xahiş etmişdir. Maddi təminatı aşağı olduğundan “Heydər Əliyev” Fondunun dəstəyi ilə “Dünyagöz Xəstəxansı”nın baş həkimi Fərəh Abduləliyeva tərəfindən 2022-ci ilin aprel ayında əməliyyat olundu. Əməliyyatdan bir neçə gün sonra gözündə yaranan narahatlıq səbəbindən Bakı şəhərinə gedərək “Dünyagöz” Xəstəxanasında müayinə olundu. Həmin vaxt məlum olundu ki, əməliyyat əsasında onun gözünə infeksiya salınmışdır. Həmin vaxtdan etibarən sağ gözündə görmə qəbiliyyətini itirdi. Xəstəxanaya öz etirazını və iradlarını bildirdi. Oradan ona bildirdilər ki, baş vermiş nöqsan aradan qaldırılacaq. Həmin vaxt 5 gün ərzində xəstəxanada palatada həkim nəza rətində müalicə olundu. Oradan ona bildirdilər ki, tədricən gözün görməsi bərpa olunacaq. Dəfələrlə müayinə və müalicə olunmağına baxmayaraq, gözünün görməsində heç bir irəliləyiş olmadı. O, gözünün görməsinin bərpa olunması üçün Rusiya Federasiyasının Fyodorov Xəstəxanasına getmək məcburiyyətində qaldı. Həmin xəstəxanada yenidən külli miqdarda pul vəsaiti xərcləyərək müayinələrdən keçdi. Oradan ona bildirdilər ki, keratokonus əməliyatı edilməmişdən əvvəl xəstənin yaşı nəzərə alınmalı və xəstəliyin irəliləyib irəliləməməsi müəyyən edilməlidir. Belə ki, keratokonus xəstəliyinin inkişafı 30-35 yaşdan sonra dayanır. Xəstəxanadan ona bildirdilər ki, onun keratokonus əməliyyatı edilməsə daha yaxşı olardı. O həmin Rusiya Federasiyasının Fyodorov Xəstəxanasının müayinə nəticələrini Dünyagöz xəstə xanasına təqdim etdi və bildirdi ki, xətəxananın həkiminin iş bilməzliyi və məsuliyyətsizliyi nəticəsində onun görmə qabiliyyəti itmişdir. Həmçinin 26 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X7 adına Milli Oftolmologiya Mərkəzinin tibbi rəyi əsasında onun 3-cü qrup əlilliyi müəyyən olunmuşdur. O, X7 adına Milli Oftolmologiya Mərkəzinin tibbi rəyini “Dünyagöz” Xəstəxanasına təqdim etdi. Oradan ona bildirdilər ki, onun üçün donor axtarılır, tapıldıqda məlumat verib onu əməliyyat üçün xəstəxanaya dəvət edəcəklər. Bir müddət keçdikdən sonra “Dünyagöz xəstəxanasından” ona zəng edərək gözü üçün donor gözün gətirildiyini bildirdilər. O, Bakı şəhərinə gedərək Xəstəxanada məsul şəxslərlə görüşdü. Onlarla söhbətdən sonra ona köçürüləcək gözün görəcəyinə zəmanət xəstəxa na tərəfindən verilmədi. Bu səbəbdən o, donor gözün ona əməliyyat nəticəsində köçürülməsinə etiraz etdi. Bidirmişdir ki, ümumlikdə gözünün əməliyyatı, müayinlər və digər xərclərlə bərabər 20 000 manatdan çox maddi vəsait xərcləmişdir. “Dünyagöz” Xəstəxnası olaraq ona dəymiş maddi və mənəvi ziyanla bağlı kompensasiya verilməsi zərurəti yaranmışdır.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçının gözündə Dünyagöz xəstəxanasında icra olunmuş cərrahiyyə əməliyyatı sırasında gözünə infeksiya salınmış və həkim məsuliyyətsizliyi və etinasızlığı səbəbindən o, görmə qabiliyyətini itirmişdir. İddiaçı, 2022ci ilin fevral ayında Dün ya Göz xəstəxanasına görmə qabiliyyətinin yaxşılaşdırılması üçün müraciət etmiş və Dr.Fərəh Abduləliyeva tərəfindən müayinə edilmişdir. İddiaçının keratokonus əməliyyatı keçirmək niyyəti olmamışdır. O, Dr.Fərəh Abduləliyeva tərəfindən müayinə edilmiş, müayinə zamanı hər iki gözdə görmə zəifliyi, yüksək astiqmatizm aşkar edilmiş, pasiyentə keratakonus diaqnozu qoyulub, diaqnoza uyğun olaraq hər iki gözə X19 əməliyyatı məsləhət görülmüşdür. Keratokonusun qarşısı alınmadan gözün görməsinin yaxşılaşdırılması həyata keçirilə bilməz. Əgər şəxs gözün görməsinin yaxşılaşdırılması üçün müraciət edirsə və müayinə zamanı gözdə keratokonuz müəyyən edilirsə, bu zaman keratokonus əməliyyatı keçirilmədən, gözün görməsinin yaxşılaşdırılması əməliyyatından söhbət gedə bilməz. Dr.Fərəh Abduləliyeva tərəfi ndən iddiaçının gözlərində iki əməliyyat keçirilib: keratokonusun qarşısının alınması və görmənin yaxşılaşdırılması. 5 mart 2022-ci il tarixində iddiaçının sağ gözündə Cross Ling + Korneal Ring və 20 aprel 2022-ci il tarixində isə sol gözündə PRK+ Cross Ling əməliyyatları uğurla icra edilmişdir. Maddi cəhətdən çətinliklər səbəbindən pasiyent əməliyyatın həyata keçirilməsi üçün "Heydər Əliyev" Fonduna müraciət etmiş və onun bu müraciəti qəbul edilmişdir. Qeyd edilən bütün əməliyyatlar X17 tərəfindən maliyyələşdirilib. Əməliyyatların qiyməti ümumilikdə 6.640 AZN təşkil etsə də, cavabdeh tərəfindən qiymətdə güzəşt edilərək cəmi 4.623 AZN ödəniş alınmışdır. Gözün buynuz qişasının nazilməsi bu əməliyyatlarla bağlı olmayıb, gözdə irinləmə olub, həmin irin gözün buynuz qişasının qalınlığını nazik ləşdirir. Əgər iddiaçı keratokonusla bağlı müraciət etsə idi, onda həkim müşahidə müddəti götürərdi və bildirərdi ki, pasiyentdə keratokonus var, lakin irəliləyib-irəliləmədiyini yoxlamaq lazımdır, məsələn iddiaçı 3 aydan, 6 aydan, yaxud 1 ildən sonra bir də gəlsin. Onda gələndə, həkim bir də baxardı ki, keratokonus irəliləyir, ya yox. Ancaq iddiaçı keratokonusun müalicəsi üçün gəlməmişdi, görməsinin yaxşılaşdırılması üçün gəlmişdi. Cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı görmənin yaxşılaşdırılması üçün müraciət etmişsə və orada keratokonus varsa, həkim yaxşılaşdırma əməliyyatı edə bilməz, keratokonusun qarşısını almalı, ondan sonra görmənin yaxşılaşdırılmasını həyata keçirməlidir. İddiaçının üzərində 2 əməliyyat olub. Həkimin hədəfi o deyildi ki, keratokonusu müalicə etsin, h ədəf o olub ki, görməni yaxşılaşdırsın. Əməliyyatlardan bir müddət sonra iddiaçının sol gözündə yenidən şikayətlər yaranmış, bununla bağlı cavabdehə təkrar müraciət edib və müalicə olunmuşdur. Lakin iddiaçı növbəti müayinələrini yekunlaşdırmadan, Rusiya Federasiyasındakı həkimlərə müraciət etmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən iddiaçıya buynuz qişa transplantasiyası əməliyyatının aparılması təklif edilmiş, bunun üçün donor tapılmışdır. Lakin köçürülmədən sonra görməyə rəsmi şəkildə zəmanət verilmədiyini əsas gətirərək iddiaçı əməliyyatdan imtina etmişdir. Həkim etinasızlığı və məsuliyyətsizliyi səbəbindən iddiaçının gözünə infeksiya salınması arqumenti ilə bağlı bildirir ki, iddiaçının gözünə infeksiya salınması ilə bağlı iddiası tamamilə əsassızdır. Belə ki, iddiaçının göz ündə aparılan müayinə nəticəsində gözdə görmə zəifliyi, yüksək astiqmatizm aşkar olunmuş və keratakonus diaqnozu qoyulmuşdur. Aparılan müxtəlif müayinələrin nəticəsinə uyğun olaraq cərrahiyyə əməliyyatı uğurla icra olunmuşdur. İddiaçının gözünə əməliyyatın aparılması zamanı infeksiya düşdüyünü əsaslı faktlarla sübut edə bilməmişdir. Müayinə sənədlərindən və epikriz sənədlərindən aydın olur ki, xəstənin gözündə lazımı əməliyyatlar uğurla icra edilmişdir. İlk öncə gözdə meydana gələn ağırlaşmalara hər hansı infeksiyanın səbəb olub-olmadığı məlum deyil. Əməliyyat sonrası həssas bir müddətdir və ağırlaşmalar infeksiyadan başqa digər müxtəlif (düzgün olmayan qulluq, dərmanların səhv istifadə olunması və s.) səbəblərdən yarana bilər. Həmçinin ağırlaşmanın səbəbi infeksiya olsa belə bunun məhz əm əliyyat müddətində baş verdiyi iddiaçı tərəfindən sübut edilməmişdir. Əməliyyat zamanı təmin edilən yüksək steril şəraitdə belə bir halın baş verməsi isə mümkünsüzdür. İddiaçının əməliyyat sonrası qulluq müddətində özünün ehtiyatsız və səhlənkar davranışı nəticəsində müxtəlif infeksiya mənbələrindən (hava, su və s.-dən) infeksiyaya yoluxması ehtimalı yüksəkdir. İstənilən halda, iddiaçı müraciət etdikdə gözündə baş vermiş ağırlaşmaların aradan qaldırılması və gözün görmə qabiliyyətinin bərpa edilməsi üçün cavabdeh tərəfindən mümkün bütün lazımı addımlar atılmış, müalicələr edilmişdir. Əməliyyatın edilməməli olması arqumenti ilə bağlı bildirir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya Rusiya Federasiyasındakı Fyodorov xəstəxanasında iddiaçıya bildiriblər ki, "keratokonus əməliyyatı edilməsə daha yaxşı olardı”. Xəstənin yaşı nəzərə alınmalı və xəstəliyin irəliləyib-irəliləməməsi müəyyən edilməlidir. İddiaçı Rusiya Federasiyasındakı müayinənin nəticələrini və həkimlərin rəsmi mövqeyini əks etdirən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının gözlərinin vəziyyəti cavabdeh təşkilatda işləyən peşəkar həkimlər tərəfindən hərtərəfli müayinə olunmuş və əməliyyatın icra edilməsi uyğun görülmüş və iddiaçının rəsmi razılığı əsasında əməliyyat icra edilmişdir. İddiaçının əməliyyatı uğurlu keçib gözündə növbəti dəfə meydana gəlmiş problemin aradan qaldırılması üçün cavabdeh tərəfindən əməliyyata yönəldilsə də, o, bundan imtina etmiş, problemin həll edilməsi üçün öz seçimi əsasında Rusiya Federasiyasına üz tutmuşdur. Odur ki, iddiaçının xarici ölkəyə gedib əməliyyat edilmə sinə cavabdehin hərəkətləri səbəb olmamışdır. Qeyd edilən ağırlaşmaların aparılan əməliyyatla birbaşa bağlılığı və bunda cavabdehin təqsiri yoxdur. Əksini iddia etsə də, iddiaçı bununla bağlı tutarlı dəlillər məhkəməyə təqdim etməmişdir. Göstərilən hal cavabdehin məsuliyyət daşıması üçün tutarlı arqument hesab edilə bilməz. Belə olan halda iddiaçının xaricdəki müayinə xərcləri üçün cavabdeh heç bir halda məsuliyyət daşıya bilməz. Deliktin mövcud olmaması arqumenti ilə bağlı bildirir ki, hazırkı iş üzrə mülki hüquq pozuntusunun baş verməsi üçün iddiaçının gözündə icra edilən əməliyyatın uğursuz aparılması və ya infeksiya salınması iddiaçı tərəfindən sübut edilməlidir. Lakin iddiaçı məhkəməyə bunu sübut edəcək heç bir dəlil təqdim edə bilməmişdir. İddiaçının əməliyyatdan sonrakı müayinə sənə dlərindən də görünür ki, əməliyyat uğurla icra edilmişdir. Bundan başqa, iddiaçının Rusiya Federasiyasındakı müayinəsi zamanı əməliyyatın səbəb olduğunu bildirsə də, bununla bağlı hər hansı sübut təqdim olunmamışdır. Bu bir daha göstərir ki, yaranan narahatlıqlar və icra edilmiş əməliyyat arasında səbəb-nəticə əlaqəsi mövcud deyildir. Bununla da yaranmış narahatlıqların aparılmış əməliyyat nəticəsində meydana gəlməsi sübut edilməmişdir. Mənəvi ziyan tələbi ilə bağlı bildirir ki, iddiaçı iddia tələbində mənəvi zərərin əvəzi olaraq kompensasiya tələb etsə də, bunu lazımı faktlarla əsaslandırmamışdır. İddiaçı hansı mənəvi iztirablar çəkdiyini cavabdehin bu "mənəvi iztirablar"da təqsirinin nədən ibarət olduğunu və s. bildirməmişdir. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin təmin edilməmə si barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında mütəxəssis qismində dindirilən X3 bildirmişdir ki, o, Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkim işləyir. Hazırkı iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli tibbi rəyi müdafiə edir. İddiaçını müayinə zamanı müəyyən olunmuşdur ki, keratakonusla bağlı əməliyyat icra olunmuşdur. Əməliyyatdan sonra topoqrafiyada xəstəliyin proqressivləşməsi müəyyən olunub. Lakin o orqanizmlə bağlı bir şeydir və fərdi xarakter daşıyır. Hər insanda başqa cür nəticə ola bilər. Bu əməliyyatların olunması sözügedən xəstəliyin qarşısını almaq üçün icra olunmuşdur. 40 yaşına kimi proqressivləşmə fərdi xarakter daşıdığı üçün gedə bilər. 6 ay müddətin gözlənilməsi cərrahın öz qərarıdır. Tez və gec olmasına o qərar verir. Ədəbiyya tda yazılsa da, həmin müddətin gözlənilməsi ilə bağlı seçim cərraha məxsusdur. Hər halda əməliyyatdan sonra buynuz qişası nazilir və bu hal normaldır. Lakin nə qədər nazilə bilər, onu o deyə bilmir. Keratakonusun qarşısını almadan eqzimer lazer etmək olmaz. Əməliyyat zamanı infeksiya düşmə ehtimalı yoxdur. İnfeksiyanın buynuz qişasını nazildib-nazildməməsi ilə bağlı heç bir fikir bildirə bilmir.

8. Məhkəmə iclasında mütəxəssis qismində dindirilən X6 bildirmişdir ki, o, Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkim işləyir. Hazırki iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli tibbi rəyi müdafiə edir. Əməliyyatlarda həkim hər zaman ədəbiyyatda yazıldığı qaydada etməyə bilər. Həm xəstəliyin qarşısının alınması, həm də görmənin yaxşılaşdırılması üçün iki əməliyyat birgə icra olun muşdur. CCL və PRK əməliyyatları buynuz qışasının qaşınması ilə olunur. 6 ay müddətinin gözlənilməsi həkimin özündən asılıdır. Cərrah xəstənin həmin andakı vəziyyətinə uyğun olaraq qərar qəbul edir. Topoqrafiya müayinəsinin edilməsi ilə bağlı heç bir məlumat verə bilmir. Fevralın 12si topoqrafiya edib, martın 3-də əməliyyat etmək qərarı həkimin öz qərarıdır. Məqsəd təkcə görmənin yaxşılaşdırılması yox, həm də keratakonusun qarşısının alınması olmuşdur. Görmənin yaxşılaşdırmaq üçün digər əməliyyatı icra etmək vacib idi. Buynuz qışasının əməliyyatdan sonra nazilməsi normaldır.

9. Məhkəmə iclasında dindirilən məhkəmə-tibb eksperti Cavid Cahangirli bildirmişdir ki, o, iş üzrə vermiş olduğu xx.xx.2024-cü il tarixli rəyi müdafiə edir. İcra olunan əməliyyatların nəticəsində buynuz qişasının naz ilməsi normal haldır. Topoqrafiya zamanı keratakonus müəyyən olunmuş və irəliləməsi müşahidə edilmişdir.

10. Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə NazirliyininMəhkəmə Tibbi Ekspertiza və X5” X14 xx.xx.2024-cü il tarixli, 397/KEŞ nömrəli ekspert rəyinə əsasən, 1984-cü il təvəllüdlü İddiaçı mütəxəssis müayinəsinə göndərilmiş və ATUnun X2 t.ü.f.d. oftalmoloq Qurban İsmayılovun müayinəsində olmuşdur. Müayinə zamanı 1) VisOD=0,4; VisOS=0,06 k/i=0,1. 2) Xəstəyə “OU-KROS+OD-yə Korneal həlqə” əməliyyatı icra olunub. Əməliyyat düzgün icra olunub. 3) Xəstənin hər iki gözündə əməliyyat düzgün icra olunub. 4) Müasir oftalmologiyada keratokonus varsa, topoqrafik müayinə təsdiq edərsə əməliyyat göstərişdir. 5) Keratokonus varsa, irəliləyirsə əməliyyat göstərişdir. 6) Keratokonu s xəstəliyi buynuz qişanın nazilməsi deməkdir, epitel açılır, onun üzərinə riboflavin tökülür, sonra UV edilir. Əməliyyatdan sonra ağrı simptomu əmələ gəlir. Xəstənin gözünə toxunması infeksiya yoluxdurur, yəni əməliyyat zamanı infeksiya düşə bilməz. Çünki UV bakterasid təsirə malikdir – yəni mikrobları öldürür. 7) Sol gözdə keratoplastika əməliyyatı icra oluna bilər. Məhkəmə-tibbi ekspert komissiyası özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq qərardad qoyulan suallara uyğun aşağıdakı nəticəyə gəlir:

1. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda görmə qabiliyətinin Vis OD=0.4; Vis OS=0.06 k/e olduğu müəyyən edilmişdir. 2. “Dünyagöz” Xəstəxanasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Keratokonus” diaqnozu təyin edilmişdir. “Dünyagöz” Xəstəxanasında İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə xəstəxanaya daxil olmuşdur. Aparılmış müvafiq müayinədən sonra xəstəyə “Kronik konyuktivit. Astiqmatizm” diaqnozu təyin edilmiş və sağ göz üzərində “CCL (X15). X9” cərrahiyyə əməliyyatı icra edilərək, kontakt linza taxılmışdır. “Dünyagöz” Xəstəxanasında İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə xəstəxanaya daxil olmuşdur. Aparılmış müvafiq müayinədən sonra xəstəyə “Kronik konyuktivit. Astiqmatizm” diaqnozu təyin edilmiş və sol göz üzərində “PRK-Wavefront. CCL (X11)” cərrahiyyə əməliyyatı icra edilərək, kontakt linza taxılmışdır. Milli Oftalmologiya Mərkəzində İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə müayinədən keçmiş və ona “OD keratokonus İİ dərəcə. İntrostromal halqa implantasiyasından sonrakı vəziyyət. Qeyri düzgün astiqmatizm. OSbuynuz qişanın distrofiyası. Yapışan leykoma” diaqnozu təyin edilmişdir. Xəstədə keratokonus müəyyən edilərsə və bu da müayinə zamanı öz təsdiqini taparsa, eyni zamanda xəstəlik irəliləyirsə, bu cərrahiyyə əməliyyatının icrasına göstərişidir.

3. Ədəbiyyat mənbələrinə əsasən, “Keratokonus” xəstəliyi yaş həddindən asılı olmayaraq irəliləyə bilər. 4.5. İddiaçı mütəxəssis müayinəsinə əsasən, cərrahiyyə əməliyyatı zamanı epitel qişası açılır, onun üzərinə riboflavin tökülür və sonra UV edilir. UV bakterisid təsirə malik olduğundan icra edilmiş cərrahiyyə əməliyyatı zamanı infeksiya duşə bilməz. Cərrahiyyə əməliyyatından sonra xəstənin gözünə toxunması, gözlə təmas zamanı infeksiya yoluxa bilər.

6. Əməliyyatın proqnozu haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyil.

11. Əlavə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2024-cü il tarixli, 741/KEŞ nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin-Məhkəmə Tibbi Ekspertiza və X5” X14 xx.xx.2024-cü il tarixli, 741/KEŞ nömrəli ekspert rəyinə əsasən, məhkəmə-tibbi müayinə zamanı İddiaçı şikayəti sol gözdə görmə qabiliyyətinin olmamasındandır. İddiaçı mütəxəssis müayinəsinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədə olmuşdur. OUBuynuz qişa önə doğru qabarıb və incəlib. ODİntrostromal halqa var. OS- Buynuz qi şa bulanıb. Göz dibi: OU-gsm rəngi aşıq çəhrayı, hüdudları aydındır, makkulyar refleks var, periferiya normal. Keratotopoqrafiya: OD-keratokonus İİ mərhələ, VEP: OU-P100 latentliyi normal, amplitudası sağ gözdə normanın aşağı həddindədir, solda orta dərəcədə azalmışdır. Bscan: OU-Qişalar yerindədir. Şüşəvari cisimdə tək-tək destruktiv bulanmalar. R/b sahədə miopik quruluş hesabına asimmetriya izlənir. Biometriya: OD=24,30 mm, OS=25,00 mm (göz qapağından). Diaqnoz: “OD-keratokonus İİ mərhələ İnstrastromal halqa implantassiyasından sonrakı vəziyyət. Qeyri-düzgün astiqmatizm. OS-Buynuz qişanın distrofiyası”. Suallara cavab:

1. Xəstənin sağ gözündə Rinq+CCL, sol gözdə PRK+CCL cərrahiyyə əməliyyatı olunub. Hal hazırda sol buynuz qişa qalınlığı 338 mm olduğundan yalnız skleral və hibrit linzal arla görməni artırmaq mümkündür. 2. 30 yaşdan sonra 6 aydan bir topoqrafiya çəkildikdən sonra proqressiya olduğu halda CCL cərrahiyyə əməliyyatı icra olunur.

3. OS-PRK+CCL cərrahiyyə əməliyyatı olduğundan buynuz qişa nazilib. Diaqnoz: “H17.0-yapışan leykoma; Z96.1İntraokulyar linzanın olması; H52.2Astiqmatizm; H18.6-Keratokonus”. Məhkəmətibbi ekspert komissiyası 1984-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun aşağıdakı nəticəyə gəlir: 1. 30 yaşdan sonra 6 aydan bir topoqrafiya çəkildikdən sonra proqressiya olduğu halda “CCL” cərrahiyyə əməliyyat icra olunur.

2. İddiaçı gözündə buynuz qişa nazik olduğuna görə onun sağ gözündə "Ring+ CCL”, sol gözündə isə “PRK+CCL” cərrahiyyə əməliyyatları icra olunmuşdur.

3. İddiaçı gözünün buynuzlu qişasının qalınlığının 526 və ya yuxarı olması onun gözündə “Keratokonus” əməliyyatının aparılmasına tibbi göstəriş hesab olunmur.

4. Buynuzlu qişada keratokonusun irəliləməsi topoqrafıya müayinəsi ilə müəyyən olunur və İddiaçı buynuzlu qişasında keratokonusun irəliləməsi topoqrafıya müayinəsindən sonra müəyyən olunmuşdur.

5. İddiaçı üzərində “OS-PRK+CCL” cərrahiyyə əməliyyat olduğundan buynuz qişa nazilmişdir.

6. Keratokonus xəstəliyi olan gözdə keratokonus xəstəliyinin qarşısını almadan görmənin yaxşılaşdırılması üçün “Ekszimer lazer” əməliyyatının həyata keçirilməsi tibbi cəhətdən göstəriş hesab olunmur.

7. İddiaçı sol gözündə xx.xx.2022ci il tarixdə aparılmış “P617250-PRK Wavefront” və “P617051-CCL (X12)” əməliyyatları görmənin yaxşılaşdırılması və stabilləşməsi məqsədi ilə icra olunur. 8.İddiaçı gözünə düşən infeksiya səbəbindən buynuz qişası nazilə bilərdi.

12. Səbail Rayon Məhkəməsinin 2(009)-752/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim - Mədinə Bağırova) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMC-dən İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi olaraq 10000 manat və ödənilmiş 209 manat dövlət rüsumu tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə sübutların tədqiqi ilə müəyyən etmişdir ki, məhkəmə-tibbi və mütəxəssis müayinələrində göstərilənlərin əksinə olaraq, cavabdeh tərəfindən iddiaçıya keratakonus diaqnozu qoyulsa da, keratokonus xəstəliyinin irəliləyib-irəliləməməsi ilə bağlı topoqrafik müayinələr ap arılmamış, 2022-ci ilin fevral ayında iddiaçıya müayinə nəticəsində keratokonus diaqnozu qoyulmuş və proqressiya olub-olmadığı araşdırılmadan mart ayında sağ gözündə Rinq+CCL və aprel ayında sol gözündə PRK+CCL cərrahiyyə əməliyyatı icra olunmuşdur. İddiaçıda sol gözdə OS-PRK+CCL cərrahiyyə əməliyyatı olduğundan buynuz qişa nazilmişdir. Cavabdeh tərəfindən işə baxılarkən məhkəməyə təqdim olunmamışdır.

14. İddiaçının xəstəxanaya keratokonusun müalicəsi üçün deyil, görməsinin yaxşılaşdırılması üçün müraciət etdiyindən, buna görə də, həkimin də hədəfi keratokonusu müalicə etmək deyil, görməni yaxşılaşdırmaq olduğundan, həkimin müşahidə müddəti götürməsinə, keratokonusun irəliləyib-irəliləmədiyini yoxlamağa ehtiyac olmadığına dair cavabdehin dəlilini məhkəmə əsassız hesab etmişdir.

15. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçının sağlamlığına ziyan məhz onun gözündə aparılan cərrahiyyə əməliyyatı nəticəsində dəymişdir.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçının sağlamlığına vurulan zərərin əvəzi olaraq cavabdehdən onun xeyrinə 25000 manat tutulması hissəsində iddia təmin edilməməlidir, belə ki, tələbin həmin hissəsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

17. İddiaçı tələb etdiyi sağlamlığının pozulması ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, iddiaçının sağlamlığına xəsarət yetirilməsi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir ki, həmin ziyan qanunla müəyyən olunmuş qaydada kompensasiya edilməlidir. Məhkəmə eləcə də hesa b etmişdir ki, cavabdehdən sağlamlığın pozulması ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun tutulub iddiaçıya verilməsi hazırki mübahisənin halları baxımından vurulmuş mənəvi zərərin ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər.

18. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1096, 1097.1, 1099.1, 1117.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «AR Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbin in tam təmin edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus xəstəxanada icra olunmuş cərrahiyyə əməliyyatı zamanı gözünə infeksiya salınmış və həkim məsuliyyətsizliyi və etinasızlığı səbəbindən o, görmə qabiliyyətini itirmişdir. Rayon məhkəməsi tərəflərin təqdim etdiyi sübutları tam araşdırmadan, maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etmişdir.

21. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın əsasını delikt təşkil edir. Deliktin cavabdeh tərəfindən törədilməsini sübut etmək yükü MPM-in 77-ci maddəsinin tələblərinə əsas ən iddiaçının üzərinə düşür. Lakin iddiaçı əməliyyatı icra edən həkimin səhvinin nədə ifadə olunduğunu sübut edə bilməmişdir. İddia ərizəsində və məhkəmə ekspertiza rəylərində qeyd edilməsinə baxmayaraq iddiaçının gözünə düşən infeksiyanın onun gözünün itirilməsinə səbəb olması halı birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı müzakirə edilsə də, qətnamədə iddiaçının gözünün məhz infeksiya səbəbi ilə itirilməsi halına münasibət bildirilməmişdir. Ümumiyyətlə iddiaçının gözünə düşən infeksiyanın onun gözünə vura biləcəyi zərər birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamış, bu arqumentə münasibət bildirməməsini də heç cür əsaslandırmamışdır. Birinci instansiya məhkəməsinin hakimi mülki işə birtərəfli və qeyriobyektiv baxaraq, iddiaçının xeyrinə yönəlmiş mövqe tutmuşd ur. Bununla da, prosessual hüquq normalarını kobud şəkildə pozaraq ədalətsiz qətnamə qəbul etmişdir.

23. Səhiyyə Nazirliyinin-Məhkəmə Tibbi Ekspertiza və X5” X14 226/KEŞ saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, İddiaçı “Eksimer lazer + X16” cərrahiyyə əməliyyatları birgə icra olunmuşdur. Əməliyyatdan sonra xəstədə buynuz qişada infiltrat və iltihab əmələ gəlmişdir. Xəstədə buynuz qişanın nazilməsinin əsas səbəbinin cərrahiyyə əməliyyatla bağlı olması istisna edilir. Əməliyyatdan sonra gözünə düşən infeksiya səbəbindən xəstədə buynuz qişası nazilə bilərdi.

24. Səhiyyə Nazirliyinin-Məhkəmə Tibbi Ekspertiza və X5” X14 228/MEŞ saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdə akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində mütəxəssi s tərəfindən müayinə olunmuş və aşağıdakı məzmunda rəyi alınmışdır: OU-buynuz qişa önə doğru qabarıb və incəlib. ODintrostromal halqa var. OS-buynuz qişa bulanıb. Göz dibi: OU-gsm rəngi açıq çəhrayı, hüdudları aydındır, makkulyar refleks var, periferiya normal. Keratotopaqrafıya: ODkeratokonus İİ mərhələ. VEP:OU-P100 latentliyi normal, amplitudası sağ gözdə normanın aşağı həddindədir, solda orta dərəcədə azalmışdır. OU- qişalar yerindədir. Şüşəvari cismdə tək-tək destruktiv bulanmalar. R/b sahədə miopik quruluş hesabına asimmetriya izlənilir. Biometriya: OD=24,30 mm OS=25,00 mm (göz qapağından). Diaqnoz: “OD-keratokonus İİ mərhələ. İntrastromal halqa implantassiyasmdan sonrakı vəziyyət. Qeyri-düzgün astiqmatizim. OS-Buynuz qişanın distrofıyası”.

1. Xəstənin sağ gözündə Ring+CCL, sol gözd ə PRK+CCL cərrahiyyə əməliyyatı olunub. Hal-hazırda sol buynuz qişa qalınlığı 338 mm olduğundan yalnız skleral və hibrit linzalarla görməni artırmaq mümkündür. 2. 30 yaşdan sonra 6 aydan bir topoqrafıya çəkildikdən sonra proqressiya olduğu halda CCL cərrahiyyə əməliyyat icra olunur.

3. OS-PRK+CCL cərrahiyyə əməliyyat olduğundan buynuz qişa nazilib. Diaqnoz “H17.0-yapışan leykoma; Z96.1-lntrakulyar linzanın olması; H52.2-Astiqmatizim; H18.6-Keratokonus”. İddiaçı “Eksimer lazer + X16” cərrahiyyə əməliyyatları kompleks şəkildə icra olunmuş, postoperasion dövrdə xəstədə buynuz qişada infiltrat və iltihab əmələ gəlmişdir. Cərrahiyyə əməliyyatlarından sonrakı dövrdə buynuz qişanın nazilməsinin baş vermə səbəbi xəstənin gözünə düşən infeksiya ilə əlaqədar ola bilərdi. Belə ki, xx.xx.2025-ci il ta rixli, 226/KEŞ saylı əlavə komisyon məhkəmə-tibbi ekspertizası rəyinin nəticə hissəsi təsviri hissəyə uyğun olaraq elmi əsaslı tətbiq edilmişdir.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1445/2025 nömrəli, 16 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə İddiaçı 2022-ci ilin fevral ayında Dünya Göz xəstəxanasına görmə qabiliyyətinin yaxşılaşdırılması üçün müraciət etmiş və Dr.Fərəh Abduləliyeva tərəfindən müayinə müayinə za manı hər iki gözdə görmə zəifliyi, yüksək astiqmatizm aşkar edilmiş, pasiyentə keratakonus diaqnozu qoyulub, iddiaçının gözlərində iki əməliyyat keçirilib: keratokonusun qarşısının alınması və görmənin yaxşılaşdırılması. 5 mart 2022-ci il tarixində iddiaçının sağ gözündə Cross Ling + Korneal Ring və 20 aprel 2022-ci il tarixində isə sol gözündə PRK+ Cross Ling əməliyyatları icra edilmişdir. Əməliyyatlardan bir müddət sonra iddiaçının sol gözündə yenidən şikayətlər yaranmış, bununla bağlı cavabdehə təkrar müraciət edib və müalicə olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya buynuz qişa transplantasiyası əməliyyatının aparılması təklif edilmiş, bunun üçün donor tapılmış, lakin köçürülmədən sonra görməyə rəsmi şəkildə zəmanət verilmədiyini əsas gətirərək iddiaçı əməliyyatdan imtina etmişdir.

27. Məhkəmə-tibbi ekspertizaların rəyləri ilə müəyyən olunmuşdur ki, keratokonus xəstəliyi buynuz qişanın nazilməsi deməkdir. Müasir oftalmologiyada keratokonus varsa, topoqrafik müayinə təsdiq edərsə əməliyyat göstərişdir. Keratokonus varsa, irəliləyirsə əməliyyat göstərişdir. 30 yaşdan sonra 6 aydan bir topoqrafiya çəkildikdən sonra proqressiya olduğu halda CCL cərrahiyyə əməliyyatı icra olunur.

28. Rayon məhkəməsi tərəfindən sübutların tədqiqi zamanı müəyyən olunmuşdur ki, məhkəmə-tibbi və mütəxəssis müayinələrində göstərilənlərin əksinə olaraq, cavabdeh tərəfindən iddiaçıya keratakonus diaqnozu qoyulsa da, keratokonus xəstəliyinin irəliləyibirəliləməməsi ilə bağlı topoqrafik müayinələr aparılmamış, 2022-ci ilin fevral ayında iddiaçıya müayinə nəticəsində keratokonus diaqnozu qoyulmuş və p roqressiya olubolmadığı araşdırılmadan mart ayında sağ gözündə Rinq+CCL və aprel ayında sol gözündə PRK+CCL cərrahiyyə əməliyyatı icra olunmuşdur. İddiaçıda sol gözdə OSPRK+CCL cərrahiyyə əməliyyatı olduğundan buynuz qişa nazilmişdir.

29. Rayon məhkəməsi iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçının sağlamlığına ziyan məhz onun gözündə aparılan cərrahiyyə əməliyyatı nəticəsində dəymişdir. Rayon məhkəməsi iddia tələbini qismən - mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manat və ödənilmiş 209 (iki yüz doqquz) manat dövlət rüsumu hissəsində təmin etmiş, iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyindən iddia tələbinin – iddiaçıya vurulan zərərin əvəzi olaraq cavabdehdən onun xeyrinə 25000 manat tutulması hissəsində iddianı təmin etməmişdir. 3

0. Məhkəmə qeyd edir ki, həm birinci instansiyada, həm də apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizalarla iddiaçının cərrahiyyə əməliyyatlarından sonrakı dövrdə buynuz qişanın nazilməsinin baş vermə səbəbi kimi gözünə düşən infeksiya ilə əlaqədar ola biləcəyi, cavabdeh xəstəxanada keçirilən əməliyyatlarla bağlı olmadığı öz təsdiqini tapmışdır. İddiaçının görmə qabiliyyətini itirməsi ilə cavabdeh tərəfindən aparılan cərrahiyyə əməliyyatı arasında səbəbli əlaqə mövcud olmadığı müəyyən olunmuşdur.

31. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində həkim səhlənkarlığı nəticəsində görmə qabiliyyətini itirdiyini qeyd etsə də, həkimin səhvinin nədə ifadə olunduğunu sübut edə bilməmişdir.

32. İddiaçının apellyasiya şikayətinin əməliyyatlar, müayinələr və digər xərclərlə əl aqədar maddi zərəri ilə bağlı dəlilləri iddiaçının əməliyyatının bütün xərcləri “Heydər Əliyev” Fondu tərəfindən maliyyələşdirildiyindən əsassız hesab olunur.

33. Bu baxımdan rayon məhkəməsi haqlı olaraq, iddia tələbini vurulan maddi zərər hissəsində təmin etməmişdir.

34. Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının sağlamlığına muəyyən neqativ nəticələrə səbəb olan ağrıların və zərərin yetirilməsi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, məyus olmuş, eləcə də ümidsizliyə qapanmışdır ki, bu da müvafiq olaraq həmin ziyanın qanunla müəyyən olunmuş qaydada kompensasiya edilməsini şərtləndirir.

35. Məhkəmə kollegiyası hesab etmişdir ki, rayon məhkəməsi tərəfindən cavabdehdən sağlamlığın pozulması ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi kimi 100 00 manat məbləğində pulun tutulub iddiaçıya verilməsi hazırki mübahisənin yuxarıda qeyd olunan halları baxımından vurulmuş mənəvi zərərin ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər.

36. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərəri n ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il, 7 №-li Qərarına əsasən, “mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır”.

38. Cavabd ehin apellyasiya şikayətinin əsas dəlili hər hansı delikt törədilmədiyindən məsuliyyətlərinin də olmaması ilə bağlıdır.

39. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, məhkəmə-tibbi ekspertizalar və mütəxəssis müayinələri ilə müəyyən olur ki, 30 yaşdan sonra 6 aydan bir topoqrafıya çəkildikdən sonra proqressiya olduğu halda CCL cərrahiyyə əməliyyat icra olunur. Lakin cavabdeh tərəfindən həmin müddət tam olaraq gözlənilməmişdir. Eyni zamanda o da müəyyən olunmuşdur ki, həqiqətən də cavabdeh tərəf əməliyyatdan sonra iddiaçının gözündə baş vermiş arzuolunmaz nəticələrin aradan qaldırılması üçün davamlı təşəbbüs göstərmiş və bu ixtilafın razılıqla həllinə çalışmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. Cavabdeh (vəkil – Vəkil) kassasiya ş ikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

41. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi olduqca təzadlı və əsaslandırıcı hissə ilə nəticə arasında kəskin fərqlənir. Belə ki, istər birinci instansiya məhkəməsində istərsə də apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə tibb ekspertizalarının nəticələrinə əsasən İddiaçı görmə qabiliyyətinin itirilməsində Cavabdeh MMC-nin, eləcə də əməliyyatı həyata keçirmiş həkimin təqsirinin olmaması öz sübutunu tapmışdır. Məhz bu səbəbdən həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində iddiaçının maddi ziyanın ödənilməsi hissəsində təmin edilm əmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırda mübahisələndirilən qətnaməsinin 11-ci səhifəsinin 32-ci bəndində göstərilmişdir: “32. Məhkəmə qeyd edir ki, həm birinci instansiyada, həm də apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizalarla iddiaçının cərrahiyyə əməliyyatlarından sonrakı dövrdə buynuz qişanın nazilməsinin baş vermə səbəbi kimi gözünə düşən infeksiya ilə əlaqədar ola biləcəyi, cavabdeh xəstəxanada keçirilən əməliyyatlarla bağlı olmadığı öz təsdiqini tapmışdır. İddiaçının görmə qabiliyyətini itirməsi ilə cavabdeh tərəfindən aparılan cərrahiyyə əməliyyatı arasında səbəbli əlaqə mövcud olmadığı müəyyən olunmuşdur”. Göründüyü kimi iddiaçının gözünün itirilməsində cavabdehin təqsiri müəyyən edilməmiş və bu apellyasiya instansiyasının mövqeyini n əsasını təşkil edir. Lakin apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edərək iddiaçının mənəvi ziyanla bağlı iddiasını təmin etmişdir. Belə nəticəyə gəlmək olar ki, gözünə dəyən zərəri cavabdeh tərəfindən vurulmamış, buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi təqsiri olmayan cavabdehin iddiaçının mənəvi ziyanla bağlı tələbini ödəməyə məcbur edən qətnamə qəbul etmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərini pozaraq ekspert rəyini qərəzsiz və hərtərəfli baxmadan ona qiymət vermişdir. Belə ki, ekspert rəylərində keratakonus xəstəliyinin proqressiyası zamanı əməliyyatın vacib olduğunu bildirsə də həmin xəstəliyin proqressiya etmədiyi halda əməliyyat etməyi istisna etməmişdir. Belə olan halda iddiaçının gözünü əməl iyyat edən həkim iddiaçının görmə qabiliyyətinin yaxşılaşdırılması üçün ilk öncə keratakonus xəstəliyinin irəliləməsinin qarşısını almaq məqsədi ilə CCL əməliyyatını etməsi tibbi protokollara uyğun həyata keçirilmiş, lakin apellyasiya instansiyası məhkəməsi ekspert rəylərini düzgün qiymətləndirməmişdir. Məhkəmə tərəfindən yol verilmiş bu pozuntular işin mahiyyətinə birbaşa təsir göstərmiş, nəticədə qanuna əsaslanmayan və ziddiyyətli qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etiraz

43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərm əli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

46. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

47. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna e də və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

48. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

49. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

50. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

51. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

52. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir

53. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və i şlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun

54. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Əvvəla qeyd edilməlidir ki, cavabdehin hüquqazidd davranışı nəticəsində iddiaçıya zərər yetirildiyi məhkəmələr tərəfindən təsbit edildiyi üçün Kollegiya apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 32-ci və 33-cü bəndlərində əks olunan (görmə qabiliyyətini itirməsi ilə cavabdeh tərəfindən aparılan cərrahiyyə əməliyyatı arasında səbəbli əlaqənin mövcud olmaması həkimin səhvinin nədə ifadə olunduğunun sübut edilməməsi barədə) mövqeləri ilə razılaşmır.

64. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında xx.xx.2025-ci il tarixli, 20 nömrəli Qərarının 4.11 və 4.13-cü bəndələrinə görə, zərərin kompensasiyası tələbləri...müqavilə öhdəliklərinin pozulmasından, mülki hüquq pozuntusundan (delikt) və ya hər iki əsasdan irəli gələ bilər....Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyrimaddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır.

65. Baxılan işdə həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsinin özü işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh təşkilatın iddiaçıya göstərdiyi tibbi xidmət keyfiyyətli olmamışdır. Belə ki, müasir oftalmologiyada keratokonusu topoqrafik müayinə təsdiq edərsə, habelə xəstəlik irəliləyirsə əməliyyata göstərişdir. 30 yaşdan sonra 6 aydan bir topoqrafiya çəkildikdən sonra proqressiya olduğu halda CCL cərrahiyyə əməliyyatı icra olunur. Rayon məhkəməsi tərəfindən sübutların tədqiqi zamanı müəyyən olunmuşdur ki, məhkəmə-tibbi və mütəxəssis müayinələrində göstərilənlərin əksinə olaraq, cavabdeh tərəfindən iddiaçıya keratakonus diaqnozu qoyulsa da, keratokonus xəstəliyinin irəliləyib-irəliləməməsi ilə bağlı topoqrafik müayinələr aparılmamış, 2022-ci ilin fevral ayında iddiaçıya müayinə nəticəsində keratokonus diaqnozu qoyulmuş və proqressiya olub-olmadığı araşdırılmadan mart ayında sağ gözündə Rinq+CCL və aprel ayında sol gözündə PRK+CCL cərrahiyyə əməliyyatı icra olunmuşdur. İddiaçıda sol gözdə OS-PRK+CCL cərrahiyyə əməliyyatı olduğundan buynuz qişa nazilmişdir.

66. Beləliklə məhkəmələr müəyyən etmişlər ki, zəruri müayinələrin nəticəsi olaraq tibbi göstəriş olmadığı halda iddiaçının gözündə cərrahiyyə əməliyyatı aparılmışdır. Bu hal iddiaçının bədən bütövlüyünə qanunsuz müdaxilə olunduğuna dəlalət edir. Başqa sözlə, cavabdeh, iddiaçıya ən azı orta keyfiyyətdə tibbi xidmət göstərmək barədə müqavilə öhdəliyini pozmaqla həm də iddiaçının bədən bütövlüyünə qanunsuz müdaxilə etmişdir (şəxsiyyət hüququnu pozmuşdur). Üstəlik infeksiya düşməsi səbəbindən olsa belə iddiaçının gözündəki ağırlaşma (görmə qabiliyyyətinin itirilməsi) məhz bu əməliyyatdan sonra meydana gəlmişdir.

67. Belə olan halda, sözügedən cərrahiyyə əməliyyatı şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi üçün iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Bu səbəbdən iddianın təmin edilmiş hissəsi yuxarıda sadalanan maddi hüquq normalarına uyğun olmuşdur. Odur ki, kassasiya şikayətində istinad olunan hallar, o cümlədən apellyasiya məhkəməsinin qətnaməsinin 32ci və 33-cü bəndləri formal olaraq həmin qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir.

68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə müvafiq hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yuxarıda qeyd edilən hüquqi mövqeləri də nəzərə almaqla apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

69. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunm uşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

71. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1445/2025 nömrəli, 16 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar