Məhkəmə qərarları › İş №2(102)-3823/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3823/2023

17.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3823/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: tikilidən cavabdehlərin məcburi çıxarılması, maddi hüquq normasının tətbiqində səhvə yol verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tikilidən cavabdehlərin məcburi çıxarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- 123/2023 nömrəli, 25 may 2023-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı1 kassasiya şikayətinə 17 oktyabr 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1997-ci ildə gedən torpaq islahatı zamanı 17 nəfərə, o cümlədən hazırki iddiaçılara Qobustan rayonunda “Qarıq” qışlağı adlanan yerdə qoyun banıstanı (qoyun ferması), 1 ədəd quzu küzü və 2 ailəlik 2 çoban evindən ibarət əmlak payı verilmişdir.

2. Qobustan rayonu, Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli, 13 saylı qərarı ilə Ərəbqədim bələdiyyəsinin ehtiyat fondunda olan örüş sahəsindən 140 hektar torpaq sahəsi Ərəbqədim kənd sakini Cavabdeh2 15 il müddətində icarəyə verilmişdir.

3. Cavabdeh2 icarəsinə verilmiş 140 ha torpaq sahəsinə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmiş və A 328990 saylı bu sənəd X30 kitabında 13 may 2011-ci il tarixdə 2385 nömrə ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Qobustan rayon Məhkəməsində iddia qaldıraraq, 1997-ci ildə torpaq islahatı zamanı onlara əmlak payı kimi verilmiş “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) cavabdehlərin məcburi çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

5. İddia tələbi belə əsaslandırlıb ki, Qobustan rayonunun Göydərə kənd sakini olmaqla 1997-ci ildə re spublikada gedən torpaq islahatı zamanı “Qarıq” qışlağında 9X110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq 17 nəfərə verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmuş, bundan başqa, 1 ədəd quzu küzü və 2 ailəlik 2 çoban evi olmuşdur. Ümumilikdə, həmin banıstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur.

6. Həmin qoyun banstanları qurum üzvlərinin razılığı ilə cavabdehlərə icarəyə verilmişdir. 2016-cı ilə kimi icarə haqqı alınaraq qurum üzvləri arasında bərabər bölünmüşdür. 2016-cı ildən sonra cavabdehlər qurum üzvləri ilə şifahi razılaşmanı pozmaqla heç bır icarə haqqı verməmiş və həmin tikililər qanunsuz olaraq söküb balacalaşdırılmışdır. Dəfələrlə deyilməsinə baxmayaraq cavabdehlər oradan könüllü çıxmaq istəmirlər.

7. İddiaçılar qurum üzvlərinə pay kimi ayrılmış həmin qoyun banstanlarından istifadə etmək istəyirlər, lakin cavabdehlər buna razılıq vermədiyindən onların məhkəmə qaydasında məcburi çıxarılması zərurəti yaranmışdır.

8. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 154.1, 154.2 və 1096-cı maddələrinə istinad etmişlər.

9. Cavabdeh1 iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - 2000 və ya 2001-ci ildən başlayaraq iddiaçılara əmlak payı kimi verilmiş “Qarığ” qışlağındakı banıstanlarda heyvan saxlamışlar. Onlar yatağa gələrkən banıstanlar yanmış vəziyyətdə olmuşdur. Banıstanların üst hissələri yanmış və açıq olmuşdur. Hətta banıstanların daşlarına əl vurduqda ovulub tökülürdü; - banıstandan istifadə etmək barədə onun 2005-ci ildə rəhmətə getmiş atası Əl ifxan ilə qurum başçısı İddiaçı4 arasında razılıq olmuşdur. Manat dəyişilənə kimi qurum rəhbərinə hər il 30 şirvan, 2007-ci ildən hər il 200 manat, daha sonra isə 2017-ci ilə kimi hər il 300 manat icarə haqqı ödəmişlər; - onların istifadə etdikləri örüş sahəsi Ərəbqədim bələdiyyəsinin ehtiyat fonduna aid olub, o vaxt Ərəbqədim və Göydərə bələdiyyələri birləşdirilməmişdi. 2007-ci ildə Ərəbqədim bələdiyyəsi ilə 140 hektar örüş sahəsinin icarəyə götürülməsi barədə icarə müqaviləsi bağlayıb, icarə haqqı olan 280 manatı Ərəbqədim bələdiyyəsinə ödəyiblər; - 2016-cı ildə qurumun üzvü İddiaçı1 onlardan banıstandan istifadəyə görə 1000 manat istədiyi üçün razılaşmamışdır; - iddiaçıların əmlak payı olan banıstanlardan istifadə etmək mümkün olmadığından 2012-ci ildə onun icarəsinə verilmiş 140 hektar örüş sahəsində banıstan və çoban evi tikilməsinə icazə verilməsi üçün rayon icra hakimiyyətinə müraciət etmiş, Qobustan rayon İcra Hakimiyyətinin 08 noyabr 2012-ci il tarixli 188 saylı sərəncamı ilə onlara İHB aparatının Memarlıq və Tikinti şöbəsinin təsdiq etdiyi layihə əsasında tikintiyə icazə verilmişdir. 2016-cı ildə başladıqları tikintini 2017-ci ildə başa çatdırmış və o vaxtdan qurumun əmlak payı olan tikililərdən istifadə etməmiş və icarə haqqı ödəməmişlər; - öz tikililərini əmlak payı olan tikililərin özülü üstə tikməmişlər. Əmlak payı olan banıstanlar, quzu küzü və iki ədəd çoban evinin iddiaçılara verilməsinə etiraz etmir. İddiaçılar gəlib əmlak paylarını apara bilərlər.

10. Cavabdeh2 da eyni məzmunda iddiaya etiraz etmişdir.

11. Birinci instansiya məhkəməsində şahid X15 göstə rmişdir ki, respublikada aqrar islahat keçirilərkən o, yerli islahat komissiyasının sədr müavini olmuşdur. İslahat zamanı İddiaçı4 rəhbəri olduğu quruma “Qarığ” qışlağındakı heyvanları saxlamaq üçün banıstanlar, quzu küzü və iki çoban evi əmlak payı kimi verilmişdir. Həmin qurumda nə qədər adam olduğu yadında deyil. Həmin yataqda əvvəllər Əlifxan Poladov, sonra isə indi cavabdeh olan uşaqları heyvan saxlayıblar. Eşitdiyinə görə icarə pulunu qurum rəhbərinə veriblər. “Qarığ” qışlağındakı örüş sahələrinin yer ölçülüb dəqiqləşdirilərkən xəritəyə əsasən Ərəbqədim bələdiyyəsinin mülkiyyətində olduğu müəyyən olunmuşdur.

12. X4 da digər şahidin ifadəsinə oxşar ifadə vermişdir.

13. Birinci instansiya məhkəməsi mübahisəli yerə baxış keçirmişdir.

14. Qobustan Rayon Məhkəməsinin e-2(026)-164/2022 nöm rəli iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əmlak payı kimi verilmiş “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) məcburi çıxarılması qət edilmişdir. (hakim Mirələm Quliyev)

15. Birinci instansiya məhkəməsi işdəki sənədlərə və yerli baxışın nəticəsinə əsasən müəyyən etmişdir ki, 1997-ci ildə gedən torpaq islahatı zamanı 17 nəfərə “Qarıq” qışlağında 9X110 metr uzunluğunda qoyun banıstanı (qoyun ferması) əmsal payına uyğun olaraq verilmişdir. Həmin banıstan 2 hissədən ibarət olmaqla cəmi dəyəri 25.500.000 manat (o vaxtkı dövriyyədə olan manatla) olmuş, bundan başqa 2.500.000 manat dəyərində 1 əd əd quzu küzü və 2 ailəlik hər biri ayrı-ayrılıqda 3000.000 manat dəyərində 2 çoban evi olmuşdur. Ümumilikdə həmin banstanların eni 9 metr, uzunluğu isə 110 metrdir və 1500 baş xırda buynuzlu heyvan üçün nəzərdə tutulmuşdur. Əmlak payı kimi verilmiş qoyun banstanları cavabdehlər tərəfindən sonradan tikilmiş qoyun banstanı ilə üst-üstə düşmür, ayrı-ayrı ərazidə tikilmişdir. Əmlak payı kimi verilmiş çoban evləri və quzu küzündən istifadə edilmiş, cavabdehlər əlavə xüsusi yer tikmiş, yanmış banstan isə bərpa edilərək yenilənmişdir. Əmlak payı kimi verilmiş qoyun banstanları, 2 ədəd çoban evi və quzu küzünün divarları daşlar ilə sement-qum qarışığından ibarət məhlulla hörüldüyündən, dam hissəsi taxta material və şiferdən quraşdırıldığı üçün onların dəyərinə və təyinatına zərər gətirmədən sökülm əsi mümkün deyil. Həmin qoyun banstanları qurum üzvlərinin razılığı ilə cavabdehlərə icarəyə verilmiş və 2016-cı ilə kimi icarə haqqı alınaraq qurum üzvləri arasında bərabər bölünmüşdür. 2016-cı ildən sonra cavabdehlər qurum üzvləri ilə şifahi razılaşmanı pozmaqla heç bır icarə haqqı verməmişdir. İddiaçılar tərəfindən cavabdehlərə dəfələrlə deyilməsinə baxmayaraq cavabdehlər oradan könüllü çıxmaq istəmirlər.

16. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarına əsasən iddianın təmin edilməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də “Aqrar islahatın əsasları haqqında” Qanunun 5-ci, “Torpaq islahatı haqqında” Qanunun 11, 12-ci, “Sovxoz və kolxozların islahatı haqqında” Qanunun 11,12-ci, Mülki Prosessual Məcllənin 14.2 və 80-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası m əhkəməsindəki icraat

17. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmənin iş üzrə gəldiyi nəticə qanunsuz olmaqla yanaşı, həm də əsassızdır. Belə ki, iddia tələbində göstərilən “Qarıq” qışlağındakı 4,4 X 42 metr uzunluğunda olan qoyun banıstanı əmlak payı kimi Qobustan rayonu Göydərə kənd sakinləri olmaqla 14 nəfərə verilmişdir. Onlardan yalnız 3 nəfəri iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Digər 10 şəxsin tələbi olmamışdır. Halbuki, iddia predmeti olan qoyun banıstanı əmlak payı üzrə bütün payı olan şəxslərin razılığı ilə cavabdehlərə verilmişdir. Məhkəmə digər 10 nəfər şəxsi iş üzrə cəlb etməmiş, onların iddia tələbi ilə bağlı münasibətin i müəyyənləşdirməmişdir. Əksinə məhkəmə heç bir təsdiqedici möhür olmayan kağız vərəqinə istinad edərək 17 nəfər şəxsi əmlak payçısı kimi göstərmişdir. Hətta həmin 17 nəfər şəxsin paylarını da qeyd etmişdir. Halbuki, məhkəmə qanunla müəyyən olunmuş sənədə istinad etməli idi; - əmlak payı olan şəxslər isə aşağıdakı 14 nəfər şəxslərdir: 1.X6; 2.X3; 3.X7; 4.X11; 5.X12;

6. X8; 7.X20; 8.İddiaçı2; 9.İddiaçı4; 10.X17;

11. X13;

12. X1;

13. İddiaçı3; 14.X25; - məhkəmə qeyd olunan şəxslərin dairəsini müəyyən etmədən, təsdiq olunmayan bir kağız vərəqinə istinad etmişdir. Hansı ki, vərəqdə qeyd olunan şəxslərin əksəriyyəti əmlak payçıları deyildir. Əmlak payçılarının bir neçəsi dünyasını dəyişmişdir. Vərəsəlik də müəyyən olunmamışdır; - məhkəmə banıstanın ölçüsünü də düzgün müəyyənləşdirməmişdir. Həmi n banıstanı onlar öz vəsaiti hesabına təmir etmiş, bütün əmlak payçılarının razılığı ilə onlara qalmaq şərti ilə bərpa etmişlər. Bununla bağlı 2016-cı ilə qədər də pulunu ödəmişlər. Əmlak payçılarına 300 manat ödəmiş, hazırkı İddiaçı2 və Pərvaz 1000 manat istədiyi üçün razılaşmamışlar. Əmlak payçılarından bir neçə nəfər dünyasını dəyişdikdən sonra hazırkı iddiaçılar bu tələblə məhkəməyə müraciət etmişlər; - bundan başqa, Qobustan rayon Ərəbqədim bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 13 nömrəli Qərarı ilə 140 hektar torpaq sahəsi 15 il müddətinə cavabdehlərə icarəyə verilmiş və müvafiq qaydada icarə müqaviləsi bağlanılmışdır. Qeyd olunan sənədlər əsasında Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 328990 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir; - “Q arıq” qışlağının ümumi torpaq sahəsi olan 440 hektar torpaq sahəsinin 140 hektar torpaq sahəsi hissəsində Qobustan Rayon İcra Hakimiyyəti Başçısının 08 noyabr 2012-ci il tarixli 188 saylı Sərəncamı ilə çobanların yaşaması və heyvanların saxlanılması üçün təsdiq edilmiş layihə əsasında ferma binalarının tikintisinə cavabdehlərə icazə verilmişdir. “Qarıq” qışlağının qalan 300 hektar torpaq sahəsini isə digər şəxslər istifadə edir; - 2017-ci ildə isə cavabdehlər sərəncamda göstərilən qaydada istifadələrində olan torpaq sahəsində çobanların yaşaması və heyvanların saxlanılması üçün tikililər inşa edərək istifadə edirlər. Həmin vaxtdan da quruma əmlak payı kimi verilmiş tikililərdən istifadə etməmişlər. Cavabdehlərə məxsus olan tikililər əmlak payı olan tikililərdən kənarda inşa edilmişdir. Məh kəmə bu faktı yerli baxış zamanı müəyyən etmiş və qətnamədə qeyd etmişdir.; - iddiaçıların da 3-ü daxil olmaqla cəmi 14 nəfər şəxsə isə əmlak payı kimi yalnız banıstan verilmişdir. Göründüyü kimi, məhkəmə torpaq sahəsinin qanunla müəyyən olunmuş qaydada cavabdehlərə məxsus olduğu halda “Qarıq” qışlağından da məcburi çıxarılmalarını qət etmişdir. Halbuki, torpaq sahəsi və sərəncam əsasında üstündə inşa etdikləri tikililər cavabdehlərə məxsusdur; - cavabdehlər 2000-ci ildən başlayaraq 14 nəfərə əmlak payı kimi verilmiş “Qarıq” qışlağındakı 4,4 metr eni 42 metr uzunluğu olan banıstanlarda heyvan saxlamışlar; - əmlak payı kimi verilmiş banıstandan istifadə etmədikləri halda, qurum üzvlərinin də heç birinə əmlak payının aparılmasına etiraz etmədiklərinə baxmayaraq, məhkəmə onların banıstandan i stifadə etdikləri qənaətinə gəlmişdir. Halbuki, banıstan istifadəyə tamamilə yararsız vəziyyətdədir; - bundan əlavə, iddiaçıların əmlak payından istifadə etmələrinə cavabdehlər tərəfindən maneələr yaradılması, iddiaçıların hüquqularının pozulması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İddiaçılar tərəflər arasında mübahisələndirilən “Qarıq” qışlağının torpaq sahəsinin onların zəbtində olmasına dair məhkəməyə heç bir sübutu olmaması səbəbindən təqdim edə bilməmişlər; - məhkəmə hazırkı iş üzrə iddia ərizəsində göstərilən xüsusatlara, o cümlədən əmlak payı torpaq sahəsinin və qoyun banıstanının cavabdehlər tərəfindən istifadə edilibedilməməsini aydınlaşdırmaq məqsədilə mülki iş üzrə mütəxəssis cəlb etməmiş və mütəxəssislərin iştirakı ilə sözü gedən əraziyə baxış keçirməmişdir. Məhk əmə araşdırması zamanı iddiaçılar irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş, torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunduğu barədə əsaslı sübutlar təqdim etməmiş, ümumiyyətlə, iş materiallarına əlavə edilmiş hüquq müəyyənedici sənədlər əsasında tərəflərin isifadə etdiyi torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən olunmamışdur. Məhkəmə iş üzrə ekspertiza təyin etməklə mübahisəyə aydınlıq gətirə bilərdi; - məhkəmə qətnamənin nəticə hissəsində yanlış nəticəyə gəlmişdir. Belə ki, mübahisə predmeti “Qarıq” qışlağındakı qoyun banıstanı 14 nəfərə əmlak payı kimi verildiyi halda, qətnamənin qət etdi hissəsində 4 nəfər iddiaçılara verilmiş əmlak payı kimi qeyd etmiş və “Qarıq” qışlağından qoyun banıstanından məcburi çıxarılma barədə nəticəyə gəlmişdir. Halbuki, “Qarıq” qışlağın ın yerləşdiyi torpaq sahəsi icarə hüququ əsasında cavabdehlərin istifadəsindədir və həmin torpaq sahəsində qanunla müəyyən olunmuş qaydada banıstanlar və digər zəruri tikililər inşa etmişlər. Bununla bağlı təsdiqedici sənədlər də məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq, məhkəmə faktlara düzgün hüquqi qiymət verməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən tikililərin, cavabdehlərin icarəsində olan torpaq sahəsinin naturada yerinin müəyyən olunması, həmin tikililərin cavabdehlərin istifadə etdikləri torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi və tikililərin zəbt olunub-olunmaması ilə bağlı hallara aydınlıq gətirilməsi məqsədilə tikinti-texniki ekspertizası təyin etmişdir.

20. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2000 nömrəli ekspert rəyinə əsasən (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 28 fevral 2023-cü il tarixli **********35 nömrəli mütəxəssis rəyinə istinad olunmaqla) 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 əmlak payı kimi verilmiş “Qarıq” qışlağından qoyun banıstanının (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) yerləşdiyi torpaq sahəsinə aid hüquq müəyyənedici və texniki sənədlər təqdim edilmədiyindən yerdə (naturada) müəyyən etmək mümkün olmadı. Lakin iddiaçıların naturada iddia etdikləri və göstərdikləri banıstanın (tikililərin) yerləşdiyi torpaq sahəsinin koordinatları ölçülərək götürülmüşdür. Qobustan rayonu, Ərəbqədim bələdiyy əsinin 28 sentyabr 2007-ci il tarixli 13 saylı qərarı əsasında Qobustan rayonu, Ərəbqədim kənd sakini Cavabdeh2 15 il müddətində icarəyə verilmiş Ərəbqədim bələdiyyəsinin icarə predmeti olan örüş sahəsindən 140,0 ha torpaq sahəsi yerdə (naturada) müəyyən edildi. İddiaçıların naturada iddia etdikləri qoyun banıstanı (tikililər) elektron məlumat bazasına və mülki işə əlavə olunmuş A№328990 nömrəli plan ölçü sənədinə əsasən cavabdehlərin icarəsinə verilmiş və faktiki istifadələrində olan torpaq sahəsində yerləşir.

21. Apellyasiya instansiyası məhkəməsi X9, X13 və X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.

22. Apellyasiya baxışında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 bildirmişdir ki, Şahməmməd Məmmə dov atası, Anabacı Məmmədova anasıdır. Ağababa ilə eyni kənddəndir. Qışlaqdan ona məxsus olan payını Cavabdeh1 verib. Onun payı qışlaqda olan banıstana və əmlaka idi. Banıstanın forması “П” şəkilli idi. Bərpa olunana qədər dağınıq vəziyyətdə idi və yanmışdı. Cavabdehlər orada təzə tikili də tikiblər, bərpa işləri də aparıblar. Onlara pul da veriblər. Cavabdehlərdən heç bir tələbi yoxdur. Onların banıstandan çıxarılmasına razı deyil. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır.

23. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 bildirmişdir ki, siyahıda onun öz adı da var, Quba Qurbanova anası, Ağamirzə Qurbanov atasıdır. İkisi də ölüb. O, mübahisəli əmlakda nə payı varsa, Cavabdeh1 verib. Onların həmin yerdən çıxarılmasını istəmir. Zəhmətlə həmin ərazid ə tikinti işləri aparıblar. Payını ona verəndə yanmamış cəmi bir tikili var idi. Cavabdehlərə qarşı heç bir tələbi yoxdur. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır.

24. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 bildirmişdir ki, o, Alma Gülaliyevanın oğludur, siyahıda öz adı yoxdur, anası ölüb, bütün payını da cavabdehlərə verib. Onlar bibisi oğlanlarıdır, ona pul da veriblər. Onlara qarşı heç bir tələbi yoxdur. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır.

25. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-123/2023 nömrəli, 25 may 2023-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir. (hakimlər Lətifə Məmmə dova (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Səyyad Qafari)

26. Apellyasiya instansiyası məhkəməsi müəyyən edib ki, iddiaçıların mübahisələndirdiyi banıstan 17 nəfərə verilsə də, hazırki iddia tələbini həmin şəxslərdən 4 nəfəri qaldırıb. Halbuki həmin banıstan iddiaçıların və üçüncü şəxslərin birgə mülkiyyətindədir. Mübahisəli banıstanın bir hissəsi yanıb. Cavabdehlər isə orada bərpa işləri görüblər. İddiaçılar cavabdehlərin banıstandan çıxmasını tələb etsələr də, üçüncü şəxslər onların oradan çıxmasını istəmədiklərini bildirmişlər.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin banıstanın bir neçə şəxsə verilməsinə, eləcə də onların payları müəyyən olunmasına baxmayaraq, paylar naturada bölünərək yerləri müəyyən edilməyib. Yəni banıstanın hansı hissəsinin iddiaçılara mə xsus olması məlum olmadığına görə cavabdehlərin banıstanın hansı hissəsindən çıxarılmasını müəyyən etmək mümkün deyil.

28. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli banıstan birgə mülkiyyətdə olduğundan, yalnız paylar müəyyən olunduqdan sonra iddia qaldırıla bilər. Bu səbəbdən də hazırki iddia tələbi təmin edilə bilməz.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 213.1, 213.2, 213.5, 213.6, 222.1, 222.2, 222.3 və 223.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

31. Kassasiya şikayəti b elə əsaslandırılıb: - apellyasiya instansiyası məhkəməsinin məhkəmə qətnaməsində qeyd edilmişdir ki, iş üzrə iddiaçılar cavabdehlərin ümumi mülkiyyətdə olan banıstandan (qoyun fermasından) çıxarılmasını tələb etsələr də, digər mülkiyyətçilər cavabdehlərin oradan çıxmasını istəmədiklərini bildirmişlər. Halbuki, iddiaçılar Mülki Məcəllənin 213.6-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi mülkiyyətdə olan banıstan və digər tikililərdən digər mülkiyyətçilərin deyil, mülkiyyətçilər arasında olmayan üçüncü şəxslərin məcburi çıxarılmasını məhkəmədən xahiş etmişlər; - qətnamədə qeyd edilib ki, mübahisə predmeti olan banıstanın bir neçə şəxsə verilməsinə, eləcə də onlaırın payları müəyyən olunmasına baxmayaraq payları naturada bölünərək yerləri müəyyən olunmayıb. Yəni banıstanın hansı hissəsinin iddiaçılara məxsus olması məlum olmadığına görə cavabdehlərin banıstanın hansı hissəsindən çıxarılmasını müəyyən etmək mümkün deyil. Buna görə də iddia tələbi təmin edilə bilməz. İddiaçılar ümumi mülkiyyətin mülkiyyətçiləri olaraq ümumi mülkiyyətdə olan banıstan, çoban evləri və quzu küzü barəsində həmin sahələri zəbt etmiş üçüncü şəxslərə qarşı iddia qaldırmaqda haqlı olmuşlar; - ümumi mülkiyyətçilər arasında payların naturada bölünməməsi onların bu hüququnu məhdudlaşdıra və ya qeyri-müəyyən edə bilməz. İddiaçılar üçüncü şəxslərə qarşı iddia sürməklə və ümumi mülkiyyətdə olan sahələri zəbt etmiş üçüncü şəxslərin oradan çıxarılmasını tələb etməklə faktiki olaraq bütün digər mülkiyyətçilərin əleyhinə deyil, onların xeyrinə addım atmışlar. Digər mülkiyyətçilər onlara məxsus olan mülkiyyətl ə bağlı iş üzrə cavabdehlərin xeyrinə hər hansı addım atmaq niyyətindədirlərsə, bu zaman qanunvericiliklə onlar yalnız öz paylarını cavabdehlərə sata, icarəyə verə, bağışlaya bilərdilər. Lakin bununla bağlı cavabdeh, yaxud mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər tərəfindən heç bir sənəd təqdim olunmamışdır. Başqa sözlə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər – X9, X13 və X10 öz paylarını cavabdehlərə verməsi ilə bağlı şifahi məlumatları iş üzrə digər heç bir sübutla tamamlanmamışdır; - eyni zamanda o da vurğulanmalıdır ki, adları çəkilmiş şəxslərin ümumi mülkiyyətçi hüququna malik olub-olmaması, onların yeganə vərəsə olub-olmaması və digər əlaqəli xüsusatlar hərtərəfli araşdırılmamışdır. Adları qeyd edilən şəxslərin yalnız şəxsiyyətləri müəyyən edilmiş, məhkəmə onların verdiyi şifahi izahatları həmin şəxslərin həqiqətən də banıstan və digər əmlakların ümumi mülkiyyətçilərinin vərəsəsi olmasını qəbul etmişdir; - apellyasiya instansiyası məhkəməsi qətnamənin bir hissəsində yuxarıda qeyd edilən mövqedən çıxış etsə də, sonrakı hissəsində bildirir ki, mübahisəli banıstan birgə mülkiyyətdə olduğundan, yalnız paylar müəyyən olunduqdan sonra iddia qaldırıla bilər. Bu səbəbdən də hazırkı iddia qaldırıla bilməz. Qeyd edilən məqam apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə ziddiyyətli qətnamə çıxardığını göstərməklə yanaşı, Mülki Məcəllənin 213.6-cı maddəsinin məhkəmənin mübahisələndirilən qətnamənin çıxarılması üçün istifadə etdiyi hər iki arqumentasiyasına münasibətdə pozuntusuna da dəlalət edir; - həmçini n Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş sənədlərə əsasən, mübahisədə adı keçən tikililər 1997-ci ildə torpaq islahatı zamanı iddiaçılar da daxil olmaqla kolxoz üzvlərinə verilmişdir. İddiaçılar həmin tikililəri cavabdehlərə icarəyə vermiş, 2016-cı ilə qədər icarə haqqı vaxtlı-vaxtında ödənilsə də, sonradan icarə haqları ödənilməmişdir. İşin bu halını cavabdehlər də təkzib etmir, əksinə, cavabdehlər həmin tikililərin iddiaçılara verilməsinə etiraz etmədiklərini birinci instansiya məhkəməsində bildirmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiy yətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. “Aqrar islahatın əsasları haqqında” Qanun Maddə

5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz veri lməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir. “Torpaq islahatı haqqında” Qanun 11-ci maddəsinə əsasən sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəll əşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Sovxozların bazasında dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi yaradıldıqda həmin ərazidə özəlləşdirilən torpaqlar yeni müəssisənin istehsal məqsədləri üçün tələb olunan və bələdiyyənin ehtiyat fonduna verilən torpaqlar çıxılmaqla müəyyən edilir. İslahat zamanı bələdiyyənin ehtiyat fonduna sovxoz və kolxozların kənd təsərrüfatına yararlı torpaqlarının 5 faizindən çox olmayan hissəsi, kənd təsərrüfatına az yararlı, yararsız torpaqları bütövlükdə ayrılır. Bələdiyyə ehtiyat fonduna ayrılan kənd təsərrüfatına yararlı torpaqların ölçüsü və yeri yerli islahat komissiyaları ilə birlikdə rayon aqrar islahat komissiyaları tərəfindən sovxozun və kolxozun tor paq ehtiyatlarından, torpaq payı almaq hüquqi olanların sayından və rayon üzrə adambaşına düşən orta torpaq payından asılı olaraq müəyyən edilir. Yardımçı kənd təsərrüfatı üçün sovxoz və kolxozların ərazisindən nazirliklərə, komitələrə, şirkətlərə, birliklərə, müəssisələrə, idarə və təşkilatlara verilmiş torpaqlar Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada onların istifadəsində saxlanılır, yaxud bütövlükdə və ya qismən əvvəlki istifadəçilərinə qaytarılır. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Maddə

12. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararas ı müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. “Sovxoz və kolxozların islahatı haqqında” Qanun Maddə

11. Sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payının müəyyənləşdirilməsi sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqq-hesabı aparılır və əmək haqqı üzrə borclar, ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab ed ilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. Maddə

12. Kolxozların əmlakının bölüşdürülməsi kollektivin ümumi yığıncağının qərarı əsasında aparılır. Bölgü əmlakın bölünməsi, satılması və bələdiyyə mülkiyyətinə verilməsi qaydalarından istifadə olunmaqla həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.

2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkə məsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

34. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən və tələb bölünməz olduğundan məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.

37. İddia tələbi cavabdehlərin iddiaçılar a aqrar islahatı zamanı əmlak payı kimi verilmiş tikililərdən çıxarılması barədədir. İddiaçılar tələblərinin əsası kimi 1997-ci ildə gedən torpaq islahatı zamanı Qobustan rayonunda “Qarıq” qışlağı adlanan yerdə qoyun banıstanı (qoyun ferması), 1 ədəd quzu küzü və 2 ailəlik 2 çoban evinin əmlak payı onlara verilməsini, həmin tikililəri cavabdehlərə icarəyə verdiklərinə, cavabdehlərin 2016cı ildən icarə haqqını ödəmədiklərinə istinad etmişlər.

38. İşin mübahisəsiz halı kimi də müəyyən edilib ki, cavabdehlər həmin tikililərdən istifadə etmiş, 2016-cı ilədək iddiaçılara icarə haqqı ödəmiş həmin ildən sonra icarə haqqının ödənilməsini dayandırmışlar.

39. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən mübahisədə adı keçən əmlakın bir neçə şəxsə verilməsinə, onlardan yalnız 4 nəfərin idd ia qaldırmasına, mülkiyyətçilərin paylarının müəyyən olunmasına baxmayaraq, payların naturada bölünərək yerlərinin müəyyən edilməməsinə, yəni banıstanın hansı hissəsinin iddiaçılara məxsus olmasının məlum olmadığına görə cavabdehlərin banıstanın hansı hissəsindən çıxarılmasını müəyyən etmək mümkün olmamasına istinad etmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı yuxarıda göstərilən əsasla rədd etməklə, Mülki Məcəllənin 213.6-cı maddəsinin tələblərini pozmuşdur.

41. Apellyasiya instansiyası məhkəməsinin özünün də istinad etdiyi həmin normaya görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

42. Göründüyü kimi, qeyd edilən maddi hüquq norması ümumi mülkiyyətin hər bir mülkiyyətçisinə ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilmək imkanını tanıyır. Ümumi mülkiyyətdə olan payların naturada bölünərək yerlərinin müəyyən edilməməsi analoji iddiaların rədd edilməsi üçün əsas ola bilməz.

43. Apellyasiya instansiyası məhkəməsinin bu məqsədlə istinad etdiyi Mülki Məcəllənin 222.1, 222.2 və 223.2-ci maddələrinin məzmunundan görünür ki, bu normalar da həmin nəticəyə gəlmək üçün heç bir əsas vermir. Çünki həmin normalar birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi, birgə mülkiyyət hüququna xitam verilməsi, birgə mülkiyyətdə olan əşyanın bölünməsi və ondan pay ayrılması ilə bağlı məsəl ələri həll edir ki, bunlar da Mülki Məcəllənin 213.6-cı maddəsinin tətbiqini heç bir halda istisna etmir.

44. Bundan əlavə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi üç nəfəri mübahisə poredmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs kimi işə cəlb edərək, həmin üçüncü şəxslərin cavabdehlərin banıstandan çıxmasını tələb etməmisini də qeyd etmişdir.

45. Əvvəla, apellyasiya instansiyası məhkəməsi həmin şəxslərin qeyd edilən əmlaka münasibətdə miras qoyanların yeganə vərəsəsi olub-olmamasını müəyyən etməmişdir. Buna görə də həmin şəxslərin izahatının əmlak üzərində yeganə sərəncamverici şəxslər kimi qəbul edilməsi əsaslı sayıla bilməz.

46. Həmçinin hətta üçüncü şəxs olaraq qeyd edilən şəxslərin izahatı da Mülki Məcəllənin 213.6-cl maddəsinin tətbiqi baxımından hər hansı əhəmiy yət kəsb etmir.

47. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbi “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) cavabdehlərin məcburi çıxarılması barədədir. İşin müəyyən edilmiş hallarına görə həmin tikililərin yerləşdiyi torpaq sahəsi cavabdehlərə icarəyə verilmişdir. Cavabdehlər həmin tikililərin əmlak payı kimi iddiaçılar tərəfindən götürülməsinə etiraz etməyiblər.

48. Birinci instansiya məhkəməsi iddianı cavabdehlərin “Qarıq" qışlağından qoyun banıstanından (qoyunun qışlaması üçün nəzərdə tutulmuş tikilidən) məcburi çıxarılması formasına təmin etmişdir.

49. İddiadan cavabdehlərin tikililərdən və ya qışlaq ərazisindən çıxarılmasının xahiş edilməsini müəyyən etmək mümkün deyil. İddianı təmin edən birinci instansiya məhkəməsinin bunu nla bağlı işdə iştirak edən şəxslərlə müzakirə apardığı görünmür. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir.

50. Cavabdehlər də apellyasiya şikayətində “Qarıq” qışlağının yerləşdiyi torpaq sahəsinin icarə hüququ əsasında cavabdehlərin istifadəsində olmasına baxmayaraq, birinci instansiya məhkəməsinin yanlış nəticəyə gəlməsi, mübahisə predmetinin “Qarıq” qışlağındakı qoyun banıstanı olduğu halda, qətnamənin qət etdi hissəsində “Qarıq” qışl ağından qoyun banıstanından məcburi çıxarılmasının yazılmasının düzgün olmamasına istinad etmişlər. Lakin apellyasiya instansiyası məhkəməsi də bu dəlilə qiymət verməmiş, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hər hansı hərəkət etməyərək, birinci instansiya məhkəməsinin səhvini təkrarlamışdır.

51. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin qanunliyi və əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 53. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

54. Yuxarıda qeyd edilənlər baxımından barəsində kassasiya şikayəti verilən qətnamə əsaslılıq və qanunilik barədə prosess ual qanunverciliyin müəyyən etdiyi tələblərə cavab vermir.

55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı3, İddiaç ı4 və İddiaçı1 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-123/2023 nömrəli, 25 may 2023-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar