Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3827/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Mənsurova Lalə Nadir qızının iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)4770/2019 nömrəli qətnaməsi ilə (sədrli k edən hakim S.Mustafayeva) iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 2000 (iki min) manat alınaraq, İddiaçı ödənilməsi və iddianın digər hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən, məruzəçi), V.Həsənov və X.Sarıyev, 2(103)1375/2020 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunmuş, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 2000 (iki min) manat alınaraq, İddiaçı ödənilməsi, iddianın xx.xx.1995-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində MənzilKommunal Təsərrüfatı Komitəsinin Əmək və Sosial Müdafiə İdarəsinin baş iqtisadçısı vəzifəsi üçün təyin olunmuş əmək haqqı (vəzifə maaşı, mükafatlar, staja görə əlavələr və s. gəlirlər) denominasiya, indeksasiya məbləğləri və digər iqtisadi göstəricilər də nəzərə alınmaqla ödənilməli olan pulların hesablanaraq, ona tam ödənilməsinə, ona vurulmuş mənəvi və fiziki ziyana ziyana görə 148000 manat pul kompensasiyasının tutulub ona ödənilməsinə, notarial xidmətlərə görə ödədiyi 22 manat pulun tutulub ona ödənilməsinə, əmək kitabçasında məhkum olunmaqla əlaqədar işdən çıxarılmağına dair edilmiş qeydlərin etibarsız hesab edilməsinə və cavabdeh Maliyyə Nazirliyinin üzərinə xx.xx.1995ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müdd ətin fasiləsiz əmək stajına, eləcə də ixtisas üzrə fasiləsiz staja daxil edilməsinə dair əmək kitabçasında düzəlişlərin və qeydlərin aparılmasına və cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Bakı şəhəri Cavabdeh4 üzərinə ondan rəsmi qaydada yazılı surətdə üzr istəmələri və bu barədə kütləvi informasiya vasitələrində məlumatın verilməsi vəzifəsinin qoyulmasına dair hissələrdə rədd olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fonduna qarşı xx.xx.1995-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətin fasiləsiz əmək stajına daxil edilməklə bu müddətlər üçün ödənilməli olan vəzifə maaşından, mükafatlardan və digər ödənişlərdən sosial sığorta ayırma larını tutub fərdi pensiya kapitalına əlavə edilməsi, pensiyanın yenidən hesablanması, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğlərinin ona birdəfəlik ödənilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən xx.xx.1995-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin Əmək və Sosial Müdafiə İdarəsinin baş iqtisadçısı vəzifəsi üçün təyin olunmuş əmək haqqı (vəzifə maaşı, mükafatlar, staja görə əlavələr və s. gəlirlər) denominasiya, indeksasiya məbləğləri və digər iqtisadi göstəricilər də nəzərə alınmaqla ödənilməli olan pulların hesablanaraq ona tam ödənilməsinə, o na vurulmuş mənəvi və fiziki ziyana ziyana görə 150 000 manat pul kompensasiyasının tutulub ona ödənilməsinə, notarial xidmətlərə görə ödədiyi 22 manat pulun tutulub ona ödənilməsinə, əmək kitabçasında məhkum olunmaqla əlaqədar işdən çıxarılmağına dair edilmiş qeydlərin etibarsız hesab edilməsinə və cavabdeh Maliyyə Nazirliyinin üzərinə xx.xx.1995-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətin fasiləsiz əmək stajına, eləcə də ixtisas üzrə fasiləsiz staja daxil edilməsinə dair əmək kitabçasında düzəlişlərin və qeydlərin aparılmasına, cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondunun üzərinə xx.xx.1995-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətin fasiləsiz əmək stajına daxil edilməklə bu müddətlər üçün ödənilməli olan vəzifə maaşından, mükafatlardan və dig ər ödənişlərdən sosial sığorta ayırmalarını tutub fərdi pensiya kapitalına əlavə etməsi, pensiyanın yenidən hesablanması, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğlərinin ona birdəfəlik ödənilməsinə, cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Bakı şəhəri Cavabdeh4 üzərinə ondan rəsmi qaydada yazılı surətdə üzr istəmələri və bu barədə kütləvi informasiya vasitələrində məlumatın verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi, Bakı şəhəri Nəsimi rayon prokurorluğu, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi, Bakı şəhəri Cavabdeh4 və onların səhlənkar vəzifəli şəxslə ri onu qanunsuz məhkum etmiş, barəsində prosessual məcburiyyət tədbirləri tətbiq etməklə həbs etmiş, 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, cəzaçəkmə müəssisəsində saxlamış, sonradan cəzasını şərti hesab edərək mütləq əməyə cəlb etmiş, insan hüquq və azadlıqlarını kobud şəkildə pozmuş, vətəndaşlıq haqqını tapdalamışlar. Belə ki, xx.xx.1995-ci ildə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin MCQMİ-nin müstəntiqi F.Abbasov tərəfindən heç bir əsas və səbəb olmadan onun barəsində saxta şübhələrlə Azərbaycan Respublikası CM-nin 146-cı maddəsi ilə (köhnə redaksiyada) 94907 saylı cinayət işi başlanmış, həmin cinayət işi üzrə Cinayət Məcəlləsinin 146-cı maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.1995-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı istintaq təcridxanasında saxlanmış, Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 146-cı maddəsi ilə təqsirli bilinib, 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəza çəkilməsi üçün Ədliyyə Nazirliyinin 3 saylı Cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Bakı şəhəri, Səbail Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalmış 11 ay 22 gün hissəsindən əməyə mütləq cəlb edilməklə şərti azad olunmuş, Azərbaycan Respublikası Baş Prokurorunun Birinci müavininin protesti əsasında Bakı Şəhəri Məhkəməsinin xx.xx.1996-cı il tarixli qərarı ilə Nərimanov Rayon Xalq Məhkəməsinin xx.xx.1996- cı il tarixli hökmü ləğv edilmiş və iş yenidən baxılması üçün ibtidai istintaqa qaytarılmışdır. Bundan sonra cinayət işinin icraatına bəraətverici əsaslar olmadan bir neçə dəfə xitam verilmiş, şikayətindən sonra prokurorluq tərəfindən qərarlar ləğv olunmuş, sonradan dəfələrlə iş üzrə icraat dayandırılmış və prokuror tərəfindən təzələnmiş və xx.xx.2000-ci il tarixdə son dəfə iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 209-cu maddəsinin 3-cü bəndinə əsasən (köhnə redeksiyada) dayandırılmışdır. İş üzrə icraatın dayandırılması haqqında qərar barədə ona məlumat verilməmiş, cinayət işi ondan gizlədilmiş və ancaq 2019-cu ilin mart ayında müxtəlif dövlət orqanlarına yazdığı çoxsaylı şikayətlərindən sonra cinayət işi Bakı şəhəri Nəsimi rayon prokurorluğunun dəftərxanasında tapılmışdır. Nəsimi ra yon prokuroru tərəfindən iş üzrə icraat təzələnmiş və xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Bu qərardan şikayət verilməmişdir. O, xx.xx.1956-cı ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuş, kənddə orta təhsil almış, sonradan Bakı şəhərinə köçmüş və iki ali təhsil almışdır. 1983-cü ilin iyun ayında Azərbaycan Dövlət İncəsənət İnstitutunu «mədəni-maarif işi» ixtisası üzrə, aprel 1995-ci ildə isə Moskva şəhərində Əmək və Sosial Münasibətlər Akademiyasını “İqtisadiyyat və sosial əmək» ixtisası üzrə bitirib iki ali təhsil almışdır. Müxtəlif işlərdə və vəzifələrdə, o cümlədən mədəniyyət və həmkarlar sahəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Nümunəvi davranışına və peşəkar fəaliyyətinə görə 19 93-cü ilin iyun ayında Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin Əmək və Sosial Müdafiə İdarəsinin baş iqtisadçısı vəzifəsinə irəli çəkilmişdir. Eyni zamanda yüksək mənəvi keyfiyyətlərinə görə xx.xx.1995-ci il tarixdə məhkəmə xalq iclasçısı seçilmişdir. Məhkum olunduqdan sonra bütün vəzifələrdən azad edilmişdir. Hazırda ailəlidir, iki övladı vardır və ailə üzvləri ilə birlikdə yaşayır. İkinci qrup əlil olması səbəbindən işləyə bilmir və əlilliyə görə əmək pensiyası alır. O, bütün ömrü boyu işlədiyi və təhsil aldığı müəssisələrdə vicdanla çalışmış, cəmiyyət üçün çox xeyirli insan olmuş, savadına, yüksək peşə qabiliyyətinə, yüksək şəxsi keyfiyyətlərinə və ədalətli olduğuna görə xüsusi hörmətə və insanlar arasında böyük nüfüza malik olmuş, dövlə tə və xalqa sədaqətlə xidmət etmişdir. Bu saxta məhkumluqdan başqa heç vaxt cinayət, intizam və ya inzibati məsuliyyətə cəlb edilməmiş, barəsində şikayət və ya araşdırma materialı olmamış, yaşayış yerində həmişə müsbət xarakterizə olunmuş və insanların böyük hörmətini qazanmışdır. Bir qrup ədalətsiz və vicdansız hüquq-mühafizə orqanları işçilərinin çirkin və mənəviyyatsız əməlləri səbəbindən qanunsuz məhkum ediləndən sonra bütün vəzifələrdən və işlərdən azad edilmiş, cəzaçəkmə müəssisəsindən çıxandan sonra məhkumluğum səbəbindən əvvəlki işlərinə və vəzifəsinə qayıda bilməmiş, nüfüzdan düşmüş, ağır formalı bronxial astma xəstəliyinə tutulmuş, 2-ci qrup əlil olmuş və bütün ömrü boyu çəkdiyi zəhmət və əziyyətləri puça çıxmışdır. Hal-hazırda da çəkdiyi əzabəziyyətlər bitmir və qazandığı xəstəl iklər şiddətlənməkdə davam edir. Nəticədə insan və vətəndaş hüquqları kobud şəkildə pozulmuş, həyatına bərpaolunmaz zərər vurulmuşdur. Bunların əvəzi «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxxxx 1998-ci il tarixli Qanunuda nəzərdə tutulmuş qaydada müvafiq dövlət orqanları (hazırkı iş üzrə cavabdehlər) tərəfindən ona və ailəsinə ödənilməli və hüquqları bərpa olunmalıdır. Ona vurulmuş ziyan məhrum olduğu işi və vəzifəsi, əmək haqqı və bunlarla bağlı gəlirlərdir. Belə ki, həbs olunduğu zaman Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin Əmək və Sosial Müdafiə İdarəsinin baş iqtisadçısı vəzifəsində işləmiş və məhkum olunduğuna görə Əmək Məcəlləsinin 36-cı maddəsinin 7-ci bəndinə əsasən (köhnə redaksiyada) xx.xx.1995-ci ildə vəzifədən azad edilmişdir. Həmin vaxt vəzifə maaşı 74.250 manat (köhnə pulla) təşkil etmişdir. Buna görə də xx.xx.1995-ci il tarixdən bəraət aldığı xx.xx.2019-cu il tarixədək hesablanmaqla bütün illər və aylar üzrə vəzifə maaşı, mükafatlar, staja görə əlavələr və s. gəlirlər hesablanmalı, denominasiya və indeksasiya məbləğləri və digər iqtisadi göstəricilər nəzərə alınmaqla ona itirilmiş əmək haqqı məbləğləri qaytarılmalı və ya pul kompensasiyası verilməlidir. Hazırda ikinci qrup əlil olmağı və digər faktiki səbəblərdən əvvəlki vəzifəyə qayıtmağı mümkün deyildir. Bu qanunsuzluq nəticəsində həyatı alt-üst olmuş, ailəsi və korpə uşaqları başsız qalmış, ona bərpaolunmaz zərə r dəymiş, cəmiyyətdə nüfuzu olan vicdanlı insan kimi şərəfi ləkələnmiş, şəxsiyyəti hörmətdən salınmış, onu əhatə edən insanlarla münasibəti pisləşmiş, mənəvi sarsıntılar və bunun nəticəsində mənəvi izdirablar keçirmişdir. İstintaq təcridxanasında və cəzaçəkmə yerlərində saxlanma şəraitinin pis və natəmiz olması səbəbindən keçirici ağciyər xəstəliklərinə tutulmuş, mütəmadi müalicə olunmağına baxmayaraq «ağır formalı bronxial astma və tənəffüs sisteminin xroniki xəstəliyi» kimi xəstəliklərə tutulmuş və bu xəstəliklər səbəbindən 2- ci qrup əlil olmuşdur. Hazırda mütəmadi və sistemli qaydada müalicələr alır. Xəstəlik nəticəsində fiziki iztirablar keçirir və əziyyətlər çəkir. Ona vurulmuş fiziki və mənəvi zərəri cəmi 150000 manat həcmində qiymətləndirir. xx.xx.1995-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ümumi əmək stajına, həm də ixtisas üzrə və fasiləsiz staja daxil edilməlidir. Bütün qazancına uyğun sosial sığorta məbləğləri hesablanmalı və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna məlumat verilməklə sosial sığorta ayırmaları ödənilməli, pensiyası yenidən hesablanmalı, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğləri birdəfəlik qaydada ona ödənilməlidir. Məhkəməyə təqdim olunmuş sənədlərin təsdiqi üçün notarial xidmətlərə görə 22 manat pul ödəmişdir. Həmin məbləğ də ona ödənilməlidir. Əmək kitabçasında məhkum olunmaqla bağlı işdən çıxarılmağına dair edilmiş qeydlər etibarsız hesab edilməli və xx.xx.1995-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət fasiləsiz əmək stajına, eləcə də ixtisas üzrə fasiləsiz staja daxil edilməlidir. Barəsində edilmiş qanunsuzluğa və cinayət işi üzrə qərar qəbul etmək səlahiyyətinə malik olmuş vəzifəli şəxslərə lazımınca nəzarət etmədiklərinə görə Daxili İşlər Nazirliyi və Bakı şəhəri Cavabdeh4 ondan yazılı şəkildə üzr istəməli və bu barədə məlumatı kütləvi informasiya vasitələri ilə elan etməlidirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, apelyasiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi iş üzrə kifayət qədər araşdırma aparmamış, qanunsuz cinayət məsuliyyətinə cəlb olunub azadlıqdan məhrum etmə cəzasına məh kum olmağı nəticəsində vurulmuş mənəvi zərəri çox cuzi hesablamış, iddia tələblərinin bir-biri ilə əlaqəli olması və ayrı-ayrılıqda baxılmasının münasib və məqsədə uyğun olmamasına, eyni zamanda verdiyi vəsatətlərə əhəmiyyət verməmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında İddiaçı və iddiaçı vəkili Mənsurova Lalə Nadir qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fonduna qarşı iddia tələbi üzrə qəbul edilmiş Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət vermədiyi üçün apellyasiya icraatının qərardadının qanuniliyi yoxlanılmır. Apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən aşağıdakı sübutlara istinad etmişdir. Bakı şəhəri Nəsimi Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli No 94907 saylı məktubun surətindən görünür ki, 94907 saylı cinayət işi üzrə İddiaçı digər şəxslərlə birlikdə X-a hədə-qorxu gələrək, sonuncudan pul tələb etməsi faktı istintaqın gedişində öz təsdiqini tapmadığından və əməlində hədə-qorxu ilə tələb etmə cinayətinin tərkib əlamətlər lmadığından xx xxxx 2019-cu il tarixdə cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il məktubun surətindən görünür ki, Nəsimi rayon prokurorluğunun xx xxxx 2019-cu il tarixli qərarına əsasən İddiaçı barəsində 1995-ci ildə Azərbaycan Respublikası CM-nin 146-cı maddəsi ilə başlanılmış cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə əsasən X5 məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, X1 rayon Xalq məhkəməsinin xx.xx.1996- cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 146-cı maddəsinə əsasən 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.1995-ci il tarixdən 1 saylı istintaq təcridxanasında saxlanılmış, Səbail rayon Xalq məhkəməsinin xx.xx.1996-cı il tarixli qərarı ilə cəzanın çəkilməmiş qalan 11 ay 22 gün hissəsindən əməyə mütləq cəlb edilməklə şərti azad olunmuşdur. Bakı şəhər məhkəməsinin xx.xx.1996-cı il tarixli qərarı ilə Nərimanov rayon Xalq məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ləğv edilərək, cinayət işi yenidən istintaq baxışına göndərilmiş, Nəsimi rayon Prokurorluğunun xx.xx.2000-ci il tarix li qərarı ilə AR CPM-nin 209- cu maddəsinin 3-cü bəndinə əsasən, cinayət işi üzrə ibtidai istintaq dayandırılmışdır. Nəsimi rayon prokurorluğunun xx.xx.2019-cu il tarixli qərarına əsasən, AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən, İddiaçı barəsində olan cinayət işinə xitam verilmişdir. xx xxxx 1974-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə xx.xx.1996-cı il tarixli, 35-k No-li Əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 7-ci bəndinə əsasən azadlıqdan məhrum edilməyə məhkum etmiş məhkəmə hökmünün qanuni qüvvəyə minməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinin 10 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015 -ci il tarixli arayışından görünür ki, İddiaçı ikinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7 Xəstəlikləri İnstitutunun xx xxxx 2015-ci il tarixli ambulator müayinə arayışının surətindən görünür ki, 1956- cı il təvəllüdlü İddiaçı ağır formalı bronxial astma və əhəmiyyətli ventilyasiya diaqnozu qoyulmuşdur. F.Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasının 4315 saylı xəstəlik tarixindən çıxarşın surətindən görünür ki, İddiaçı bronxial astma, infeksion-allergik forma, tez-tez tutmaların kəskinləşməsi, hormondan asılı tənəffüs çatışmazlığı, hipertoniya xəstəliyi diaqnozu qoyulmuşdur. İşə baxan apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca şərtdir. Şəxsin azadl ıq hüququndan məhrum olması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfı təsir göstərməklə onu qeyri-əlverişli vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşaiyyət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır. Azadlıq hüququnun müqavilə öhdəliyi kimi ifadəsini tapdığı ilk sənəd «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasıdır. Konvensiyanın 5-ci maddəsinə müvafıq olaraq hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən- olunmuş hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz. 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsi müəyyən edir ki: «hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs özbaşına həbs edilə və ya barəsində həbs qətimkan tədbiri seçilə bilməz. Heç kəs qanunla müəyyən edilmiş əsaslar olmadan və müvafıq prosedura əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.» Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi müəyyən edir ki, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək konkret olaraq Azərbaycan Respublikası CM-nin 146cı maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində ittiham olunaraq, azadlıq hüquqlarının məhdudlaşdırılmasını və buna görə də həmin maddə ilə təqsirli bilinib azadlıqdan məhrum edilməsini ona münasibətd ə yuxarıda qeyd olunan normaların tələblərinin və onun azadlıq hüquqlarının pozulması kimi qiymətləndirmiş və iddia tələbinin yalnız mənəvi ziyanın ödənilməsi hissəsində əsaslı saymışdır. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Həmin Məcəll ənin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Məcəllənin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Məcəllənin 61.2-ci maddəsinə görə bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərard a cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. Həmin Məcəllənin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödəni lməsi haqqında» xx xxxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nətcəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda yaranır. Qeyd edilən Qanunun 5-ci maddəsinə əsasən isə bu Qanununun 1-ci maddəsində nəzər də tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər,vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11 01-ci maddəsinə əsasən qanunsuz məhkum etmək, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fıziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-ci maddələrinin şərh edilməsinə dair" xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçı Azərbaycan Respublikası CM-nin 146-cı maddəsində (köhnə redaksiya) nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə əlaqədar qanunsuz və əsassız olaraq müəyyən müddət həbsdə olması ilə əlaqədar ona mənəvi ziyan dəymişdir. Beləki, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası CM-nin 146-cı maddəsi (köhnə redaksiyada) ilə təqsirli bilinərək 6 ay 11 gün azadlıqdan əsassız olaraq məhrum edilmiş və cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Eyni zamanda cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra iddiaçı öz hüquqlarının müdafiəsi üçün şikayətlər yazmış, uzun müddət dövlət orqanlarının günahından barəsində istintaq olunan cinayət işinin nəticəsi barədə məlumatsız olmuş, bununla bağlı hüquları pozulmuşdur. Uzun illər aramsız şikayətlərdən sonra iddiaçı onun hərəkətlərindən cinayət tərkibi olmamasına nail ola bilmişdir. Həmin vaxtdan uzun müddət keçmişdir. Qeyd olunan müddət ərzində iddiaçının çəkdiyi mənəvi zərərin 2000 manat məbləğində müəyyən edilməsi ağlabatan deyil. Məhkəmə kollegiyası iddiaçının azadlıqdan məhrumetmə yerində cəza çəkməsinin müddətini, bundan sonra öz hüquqlarının bərpası üçün dövlət orqanları ilə uzun-uz adı yazışmalarını, uzun illərdən sonra hüquqlarının bərpasına nail olmasını və həmin ilər ərzində keçirdiyi mənəvi əzab və stressləri nəzərə alaraq mənəvi zərərin məbləğinin beş min manat (5000 manat) olmasını daha ədalətli hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), ha-be-lə işin sair diqqətəlayiq halları nəzərə alınmal ıdır. Apelyasiya instansiyası məhkəməsinin iddia tələbinin qalan hissələri ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı ona dəymiş maddi və fiziki zərərin nədən ibarət olması, məbləği, həmin zərərin məhz tələbdə qeyd olunan hallarla səbəbli əlaqəsi barədə sübutlar təqdim edə bilməmişdir. Eyni zamanda işə baxan apellyasiya instansiyası Məhkəməsi Daxili İşlər Nazirliyi və Bakı şəhəri Cavabdeh4nə yönələn iddia tələbləri ilə bağlı dəyərləndirmə aparmışdır ki, məhkəmə kollegiyası həmin mövqe ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.2. maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edə bilər. Nəticə: Kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tutulmalı ola n mənəvi ziyanın məbləği hissəsində dəyişdirilərək, tutulan məbləğ 5000 AZN müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mənəvi ziyana görə tutulmalı olan vəsaitin məbləği hissəsində dəyişdirilsin. Tutulmalı olan məbləğ 5000 (beş min) AZN müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3827/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3827/2020
11.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver