Məhkəmə qərarları › İş №2(102)-3833/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3833/2022

04.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3833/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə 04.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(103)11249/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 04 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə tərəflər yaxın qohumdurlar, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh X2 əmisidir və Bakı şəhəri, Sabunçu bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli, 56 saylı qərarına, Sabunçu bələdiyyəsi ilə cavabdeh arasında bağlanmış “Torpaq sahəsinin alqı-satqısına dair” Akta, habelə həmin sənədlərə əlavə edilmiş torpaq sahəsinin yerləşdiyi yerin Sxeminə əsasən, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən 400 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün cavabdehə satılıb və sözügdən Akt 20 iyun 2005-ci il tarixdə 11 nömrə ilə Sabunçu bələdiyyəsində qeydiyyata alınıb. 20 iyun 2005-ci il tarixli qəbzə əsasən, cavabdeh tərəfindən 400 kv.metr torpaq sahəsinin alqı-satqısı üçün Sabunçu bələdiyyəsinə 3.520.000 manat (AZM) pul ödənilib. 30 may 2016-cı il tarixli notarial qayda da təsdiq edilmiş etibarnaməyə əsasən, cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakları üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair iddiaçının adına 9 il müddətinə qüvvədə olmaqla etibarnamə verib. 20 sentyabr 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən cavabdeh, Sabunçu bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli, 56 saylı qərarına əsasən, onun adına olan Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.metr torpaq sahəsini özəlləşdirməyi və sair hərəkətləri etməyə dair 20 sentyabr 2097-ci il tarixədək qüvvədə olmaqla X1 adına etibarnamə verib və etibarnaməyə sözügedən torpaq sahəsinin cavabdehə satılmasına dair Sabunçu bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli, 56 saylı qərarının, “Torpaq sahəsinin alqı-satqısına dair” Aktın və torpaq sahəsinin Sxeminin surətləri əlavə edilib. Cavabdehin notarial qaydada təsdiq edilmiş 13 sentyabr 2017-ci il tarixli ərizəsinə əsasən, o, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən 0,04 ha torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini X satdığını, sonuncudan həmin əmlaka görə 53.000 manat pulu tam məbləğdə aldığını, evin və torpaq sahəsinin X adına sənədləşdirilməsinə razı olduğunu və gələcəkdə bununla bağlı heç bir iddiasının və tələbinin olmayacağını etiraf edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Hazırda iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, ondan dəymiş maddi zərərə görə 157.000 manat, habelə 18.800 ABŞ dolları və mənəvi zərərə görə 25.000 pulun t utulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, əsas iş yeri Rusiya Federasiyası olduğu üçün, daimi olaraq oraya gedib-gəlib. 2005-ci ildə o, Rusiya Federasiyasında olarkən, cavabdehə Sabunçu rayonu, Anaşkin küçəsində torpaq sahəsi almağı tapşırıb və bu məqsədlə cavabdeh öz adına onun üçün Sabunçu bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli qərarı ilə 4 sot torpaq sahəsi alıb. Torpaq sahəsinin 1 sotuna görə 4.700 ABŞ dolları olmaqla, cavabdehə ümumilikdə 18.800 ABŞ dolları pul ödəyib. Bundan sonra, cavabdeh həmin torpaq sahəsinə dair Sabunçu bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli qərarını və torpaq ayrıc aktını ona təqdim edib. Həmin sənədlər təqdim edildikdən sonra o, torpaq sahəsini mişar daşı ilə hasara alıb, həyətdə 1 qaraj tik dirib, sonra isə tikilmiş həmin qarajı yaşayış sahəsinə çevirərək, həyətdə hamam, ayaqyolu və mətbəx inşa edib. Sonradan oraya qaz, su, işıq çəkdirərək kirayəyə verib. 2012-ci ildə torpaq sahəsi üzərində özünə fərdi yaşayış evi tikdirmək qərarına gəlib və həmin ildə də orada 2 mərtəbəli, ümumi sahəsi 270 kv.metr olan fərdi yaşayış evi inşa edib. Həmin dövrdə o, Rusiya Federasiyasında olduğu üçün tikinti işlərini onun tapşırığı ilə qohumu X4 həyata keçirib. X3 bütün tapşırıqlarını icra edib, evi tikərək başa çatdırıb, orada təmir işləri aparıb və evi yaşayış üçün tam yararlı hala salıb. Ümumilikdə, torpaq sahəsinin ətrafına hasar çəkib, ora darvaza qoyub, həyətdə qaraj, hamam-tualet, mətbəx və 2 mərtəbəli fərdi yaşayış evi inşa edib və bu tikinti işlərinin aparılmasına 150.000 manat xərc çə kib. Həmin ev inşa edilib başa çatdırılqdan sonra 7.000 manat dəyərində ev üçün bütün zəruri mebel dəstlərini alıb və evi mebellə təchiz edib. Ev hazır olsa da, o, həmin evdə yaşamadığına görə 2016-cı ildə evi satmaq qərarına gəlib. Həmin dövrdə Rusiya Federasiyasında yaşadığına görə torpaq sahəsini satmaq üçün 30 may 2016-cı il tarixdə cavabdeh onun adına etibarnamə verib. Bundan sonra, o, torpaq sahəsini xüsusi mülkiyyət hüququ üzrə Dövlət Reyestrində öz adına qeydə aldırmaq istəsə də, bu mümkün olmayıb. 2017-2019cu illərdə Bakı şəhərinə gələ bilməyib və torpaq sahəsinə dair sənədləri Xadlı tanışına verib, torpaq sahəsi və tikilmiş ev üçün Çıxarış almasını ona tapşırıb. Cavabdeh torpaq sahəsinə aid sənədlərin Xolmasını bilib, 2017-ci ilin payızında ondan sənədləri alıb, torpaq sahəsi üçü n Çıxarış almaqda ona kömək edəcəyini Xbildirib. Bundan sonra isə cavabdeh onun xəbəri olmadan torpaq sahəsini və evi satıb. 2020-ci ilin mart ayında o, Bakı şəhərinə gəlib öz evinə getmək istədikdə həmin evdə başqa şəxslərin yaşadığını görüb və evdə yaşayan şəxslərə evin ona məxsus olmasını bildirib. Lakin, həmin şəxslər evi X adlı şəxsdən 53.000 manata satın aldıqlarını bildirib və evi tərk etməkdən imtina ediblər. O, bu barədə cavabdehdən soruşduqda sonuncu ona həmin evi satdığını, borcu olduğu üçün pulu xərclədiyini bildirib. Cavabdehin atası X da ona bildirib ki, torpaq sahəsi və ev ona məxsusdur. Bu barədə soruşduqda isə ona bildirib ki, cavabdehin borcu olduğu üçün evi satıb borcunu ödəyib. O, cavabdehdən evdə olan mebellərin ona qaytarılmasını tələb etsə də, o müxtəlif bəhanələr gə tirib və həmin mebellərin hansısa qaraja yığıldığını ona bildirib, lakin həmin mebelləri ona qaytarmayıb. O, pulu tələb etsə də, cavabdeh pulu ona verməkdən imtina edib. Bu barədə əvvəl Bakı şəhəri, Sabunçu rayon məhkəməsinə müraciət edib, lakin həmin vaxt karantin rejimi olduğu üçün ərizə qəbul edilməyib. Bundan sonra, o, cavabdeh barəsində Polis Şöbəsinə müraciət edib və Sabunçu rayon Poils Şöbəsinin 20 avqust 2020-ci il tarixli məktubu ilə ona məhkəməyə müraciət etməsi tövsiyə olunub. Göründüyü kimi, o cavabdehin öz adına aldığı torpaq sahəsi üzərində apardığı tikinti işləri üçün 150.000 manat, həmin evi mebellə təchiz etməsi üçün 7.000 manat, torpaq sahəsini satın almaq üçün 18.800 ABŞ dolları xərc çəkib. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qətnaməsi i lə (hakim H.M.Əhmədova) iddia qismən təmin edilərək, cavabdehdən cəmi 13.800 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, 20 iyun 2005-ci il tarixdə iddiaçı 3.520.000 manata (AZM) cavabdehin adına rəsmiləşdirilməklə, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində 0,04 ha torpaq sahəsi alıb və həmin torpaq sahəsində öz vəsaiti hesabına 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi inşa edib. Evin tikintisi tam başa çatmayıb və iddiaçı evin 53.000 manata satılmasından xəbəri olub və evlə birlikdə torpaq sahəsi ümumilikdə 53.000 manata satılıb. Həmin vəsaitin 15.600 manatı iddiaçının etiraf etdiyi kimi Xolan borcunun ödənilməsinə, 4.000 manatı evin satılması ilə bağlı vasitəçilərə (maklerə), o cümlədən 1.200 manatı X, 7.600 manatı isə iddiaçının göstərişi ilə Xtərəfindən X adlı şəxsə verilib. Cavabdehin atası X iddiaçının yanında işçi kimi çalışıb və ondan əmək haqqı alıb. Hazırki halda əmək haqqının ödənilməsini sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşdüyü üçün o, X əmək haqqı borcunun olmamasını sübut etməlidir. İddiaçı məhkəmə iclasında qardaşı X olan əmək haqqı borcunu ödədiyini bildirsə də, buna dair məhkəməyə heç bir sübut təqdim etməyib. Ödəmənin aparılması sübut olunmadığına görə evin satılmasından 12.000 manat vəsaitin X verilməsi əsaslı olub. Digər tərəfdən, evin satılması nəticəsində əldə qalmış 13.800 manat pulun cavabdeh tərəfindən həqiqətən iddiaçının ayrı-ayrı şəxslərə olan borclarına görə ödənildiyini sübut etmək yükü onun üzərinə düşdüyü və onun tərəfi ndən həmin ödəmənin aparılması məhkəmə iclasında sübuta yetirilmədiyi üçün, iddia həmin hissədə təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 13.800 manat pul tutulmalıdır. Evin əşyalarına görə 7.000 manat, mənəvi zərərə görə 25.000 manat pul tələbinə gəlincə isə şahidlərin ifadələri ilə təsdiq olunur ki, həmin əşyalar həqiqətən iddiaçının qohumları tərəfindən götürülüb və cavabdehin təqsiri üzündən iddiaçıya mənəvi zərər dəyməsi mülki iş materialları ilə təsdiq edilmir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 433, 1091.1, 1091.2, 1092-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin qismən- iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərrəmova sədrlik edən, məruzəçi, V.Ə.İbayev və R.M.Həsənov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qətnaməsi- cavabdehdən tutulmalı olan məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilərək, cavabdehdən idd iaçının xeyrinə tutulmalı olan məbləğin 37.400 manat müəyyən edilməsi və cavabdehin apellyasiya şikayətinin təmin edilmədən saxlanılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, sözügedən evin iddiaçının tapşırığı ilə satılıb-satılmaması işin faktiki halları ilə müəyyən edilmir və işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Bu halın təsdiq edilməməsi özü-özlüyündə iddianın əsassız olması demək deyil, çünki iddiaçı hal-hazırda ona dəymiş maddi və mənəvi ziyanı tələb edir. Hazırda işin mübahisə edilməyən halı ondan ibarətdir ki, mübahisəli evlə birlikdə torpaq sahəsi də ümumilikdə 53.000 manata satılıb. Göründüyü kimi, məhz iddiaçının sifarişi ilə alınan torpaq sahəsi və orada tikilən ev 53.000 manata satılıb. Belə olan halda iddiaçının iddia ərizəsində göstərdiyi kimi “cavabdehin adına aldığı torpaq sahəsi üzərində apardığı tikinti işlərinə 150.000 manat, həmin evi mebellə təchiz etməsi üçün 7.000 manat, torpaq sahəsinin satın alınması üçün 18.800 ABŞ dolları xərc çəkməsi” öz təsdiqini tapmır. Bundan əlavə, cavabdeh evin satışından əldə edilmiş 53.000 manat vəsaitdən hansı məbləğdə pulu məhz iddiaçının borclarına görə ödədiyini sübut etməlidir. Lakin işdə, iddiaçının cavabdehin atası X əmək haqqı və digər borcunun olması müəyyən edilmir, eləcə də bu barədə sübutetmə yükü cavabdehin üzərinə düşsə də qeyd olunan hallara dair hər hansı mötəbər sübutlar təqdim edilməyib. Bundan başqa, cavabdeh maklerə və vasitəçilərə hər hansı məbləğdə vəsait ödəməsini də sübut edə bilmir. Lakin, iddiaçı evin satılmasından əldə edilmiş 53.0 00 manat vəsaitdən 15.600 manatını X adlı şəxsə borcun ödənilməsi üçün verilməsini qəbul edir. Baxmayaraq ki, iddiaçı apellyasiya şikayətində bu məbləğin 13.800 manat olduğunu bildirir, ona görə də onun birinci instansiya məhkəməsində verdiyi izahatında məbləğlə bağlı etirafı (iddiaçıya çatası puldan 15.600 manat vəsaitin X adlı şəxsə ödənilməsi) əsaslı hesab edilməlidir. Belə olan halda 53.000 manat vəsaitdən cəmi 15.600 manat vəsait iddiaçının göstərişi ilə başqa şəxsə verildiyindən, qalan 37.400 manat pul vəsaitinin yuxarıdakı əsaslandırma baxımından onun borclarına sərf edilməsi təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kas sasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verməyib və mübahisəni əmlaka dəymiş zərərə görə Mülki Məcəllənin 21-ci maddəsinin tələbləri baxımından araşdırmayıb. İşin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi üçün mülki iş materiallarında olan "xxxx" MMC-nin qiymətləndiricisi tərəfindən ona məxsus sözügedən tikilinin qiymətinin və smeta dəyərinin 124.000 m anat olmasına dair rəyini nəzərə almayıb, həmin rəyi sübut kimi qəbul etməyib, araşdırmayıb və ümumiyyətlə rəylə nəyə görə razılaşmamasının səbəblərini qətnamədə göstərməyib. Bununla da Mülki Prosessual Məcəllənin 9.3, 88, 217 və 220-ci maddələrinin tələblərini pozub, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməyib, tətbiq etdiyi normaları isə düzgün təfsir etməyib. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş edib. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi onun və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri mötəbər sübut kimi qəbul etməməkdə səhvə yol v erib. Habelə, Mülki Məcəllənin 777-ci maddəsinin tələblərini hazırki mülki mübahisəyə tətbiq etməməklə həmin maddənin tələblərini pozub və onun əsassız varlanmasına istinad edərək, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Bundan başqa, sübutetmə vəzifəsini yalnız onun üzərinə qoymaqla mülki prosessual normaların tələblərini pozub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və y a bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; 778.3-cü maddəsinə görə, əgər vəkalət ver ən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir; 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməmə si nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; 781-ci maddəsinə görə, vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir; 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi ka ssasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya insitansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı iddiaçının kassasiya şikayətində iddianın təmin olunmayan hissəsində, Cavabdeh kassasiya şikayətində isə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya insiansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin mübahisə olunmayan hallarına görə, tərəflər yaxın qohumdurlar, iddiaçı cavabdehin əmisidir və Sabunçu bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli, 56 saylı qərarına, sonun cu ilə cavabdeh arasında bağlanmış “Torpaq sahəsinin alqı-satqısına dair” Akta, habelə həmin sənədlərə əlavə edilmiş torpaq sahəsinin yerləşdiyi yerin Sxeminə görə, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən 400 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün cavabdehə satılıb və sözügdən Akt 20 iyun 2005-ci il tarixdə 11 nömrə ilə Sabunçu bələdiyyəsində qeydiyyata alınıb. 20 iyun 2005-ci il tarixli qəbzə əsasən, cavabdeh tərəfindən 400 kv.metr torpaq sahəsinin alqı-satqısı üçün Sabunçu bələdiyyəsinə 3.520.000 manat (AZM) pul ödənilib. 30 may 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən, cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakları üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair iddiaçının adına et ibarnamə verib. 20 sentyabr 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən cavabdeh, Sabunçu bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli, 56 saylı qərarı ilə onun adına olan Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 400 kv.metr torpaq sahəsini özəlləşdirməyi və sair hərəkətləri etməyə dair 20 sentyabr 2097-ci il tarixədək qüvvədə olmaqla X adına etibarnamə verib və etibarnaməyə sözügedən torpaq sahəsinin cavabdehə satılmasına dair Sabunçu bələdiyyəsinin 20 iyun 2005-ci il tarixli, 56 saylı qərarının, “Torpaq sahəsinin alqı-satqısına dair” Aktın və torpaq sahəsinin Sxeminin surətləri əlavə edilib. Cavabdehin notarial qaydada təsdiq edilmiş 13 sentyabr 2017-ci il tarixli ərizəsindən görünür ki, o, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən 400 kv.metr torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini X satdığını, soununcudan həmin əmlaka görə 53.000 manat pulu tam olaraq aldığını, evin və torpaq sahəsinin X adına sənədləşdirilməsinə razı olduğunu və gələcəkdə bununla bağlı heç bir iddiasının və tələbinin olmayacağını etiraf edib. Hazırda iddiaçı, onun tapşırığı ilə cavabdehin onun üçün öz adına 4 sot torpaq sahəsi aldığını, bunun üçün sonuncuya 18.800 ABŞ dolları verdiyini, torpaq sahəsini mişar daşı ilə hasara aldığını, həyətdə 1 qaraj tikdirib, sonra isə tikilmiş həmin qarajı yaşayış sahəsinə çevirdiyini, həyətdə hamam, ayaqyolu və mətbəx inşa etdiyini, sonradan oraya qaz, su, işıq çəkdirərək kirayəyə verdiyini, 2012-ci ildə torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 270 kv.metr olan fərdi yaşayış evi inşa etdiyini, tikinti işlərinin aparılmasına 150.000 manat xərc çəkdiyini, ev üçün 7.000 manat dəyərində zəruri mebel dəstləri aldığını, torpaq sahəsini və evi satmaq üçün 30 may 2016-cı il tarixdə cavabdehin onun adına etibarnamə verdiyini, torpaq sahəsinə dair sənədləri Xadlı tanışına verib torpaq sahəsi və tikilmiş ev üçün Çıxarış almasını ona tapşırdığını, lakin onun xəbəri olmadan cavabdehin tanışı X aldadıb sənədləri alaraq torpaq sahəsini və evi dediyinə görə 53.000 manata X adlı şəxsə satdığını və nəticədə cavabdehin təqsiri üzündən ona 157.000 manat, habelə 18.800 ABŞ dolları maddi, 25.000 manat mənəvi zərər dəydiyini iddia edir. Cavabdeh isə həqiqətən iddiaçının onun adına torpaq sahəsi aldığını, atası Xn iddiaçının yanında işlədiyini, o nun atası X 12.000 manat ödənilməmiş əmək haqqı borcunun oluduğunu, sözügedən evi cavabdehin razılığı ilə satdığını, atası X ödəniləcək 25.800 manat əmək haqqı borcunu əmlakın satışından əldə etdiyi vəsaitdən çıxdığını, evin 53.000 manata satılmasına dair iddiaçıya vaxtında məlumat verdiyini, X aralarında hər hansı sövdələşmənin olmadığını, evi alan şəxsin dediyinə görə iddiaçının qızı və baldızının gəlib evdən əşyaları apardığını, evin satılması zamanı vasitəçiyə 4.000 manat pul ödədiyini, iddiaçının tanışı X8.000 ABŞ dollar borcu olduğunu, Xevin pulundan X adlı şəxsin vasitəsi ilə 7.600 manat pul ödədiyini göstərib, iddiaya etiraz edir. Göründüyü kimi, tərəflər arasında şifahi formada bağlanmış tapşırıq müqaviləsinə əsasən öhdəlik hüquq münasibətləri əmələ gəlib və iddiaçının tapşırığı na əsasən cavabdeh öz adına onun vəsaiti hesabına Sabunçu qəsəbəsi, Anaşkin küçəsində fərdi yaşayış evinin tikintisi üçün Sabunçu bələdiyyəsindən 400 kv.metr torpaq sahəsini satın alıb. Cavabdeh bunun üçün öz adından bələdiyyənin hesabına 3.520.000 manat (AZM) pul ödəyib. Bundan sonra, iddiaçı öz vəsaiti hesabına həmin torpaq sahəsində 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi və digər yardımçı sahələr inşa edib və cavabdeh etibarnamə verməklə sözügedən evi və torpaq sahəsini X satıb. Göstərilən faktlar işin mübahisə olunmayan hallarıdır və cavabeh özü də izahatında, etiraz ərizəsində, apellyasiya və kassasiya şikayətlərinin dəlillərində bu faktlar inkar etmir. Tərəflər arasında hazırki mübahisə əslində sözügedən torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin satılması i lə bağlı iddiaçı tərəfindən cavabdehə belə bir tapşırıq verilib-verilməməsi və həmin əmlakların bütövlükdə 53.000 manata satılmasına dair tərəflər arasında hər hansı razılışmanın olub-olmaması, iddiaçının buna razılıq-verib-verməməsi və sair ilə bağlı yaranıb. Belə ki, iddiaçı torpaq sahəsinin satın alınması üçün cavabdehə 18.800 ABŞ dolları ödədiyini, fərdi yaşayış evinin tikintisinə isə 150.000 manat xərc çəkdiyini iddia edir. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, iddiaçının sözügedən torpaq sahəsini satın alması üçün 18.800 ABŞ dolları xərc çəkməsinin öz təsdiqini tapmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, işə əlavə edilmiş sənədlərdən, o cümlədən Sabunçu bələdiyyəsi tərəfindən verilmiş 20 iyun 2005-ci il tarixli qəbzdən görünür ki, cava bdeh tərəfindən 400 kv.metr torpaq sahəsinin alqı-satqısı üçün Sabunçu bələdiyyəsinə 3.520.000 manat (AZM) pul ödənilib. Cavabdeh isə torpaq sahəsinin məhz iddiaçının vəsaiti hesabına satın alınmasını inkar etmir. Apellyasiya instansiyası məhkəməsi bu hallara, həmçinin cavabdehin 400 kv.metr torpaq sahəsini məhz iddiaçının tapşırığı ilə bələdiyyədən satın almasına diqqət yetirmədən, iddia olunan 18.800 ABŞ dolları ilə torpağın dəyəri kimi ödənilmiş 3.520.000 manat (AZM) pulun bağlılığını tam, hərtərəfli və obyektiv araşdırmadan, cavabdehin bu barədə izahatını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, müvafiq ekspertiza keçirib 400 kv.metr torpaq sahəsinin real bazar qiymətini müəyyən etmədən, iddiaçının torpaq sahəsini satın alması üçün 18.800 ABŞ dolları xərc ç əkməsinin öz təsdiqini tapmadığına dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinin mənasına görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəfdən, cavabdehin adına satın alınmış 400 kv.metr torpaq sahəsində iddiaçının öz vəsaiti hesabına fərdi yaşayış evi, digər tikililər inşa etməsi, həmçinin cavabdehin bu halları təsdiq etməsi də, həmin torpaq sahəsinin məhz iddiaçının vəsaiti hesabına satın alınması və sözügedən fərdi yaşayış evi və tikililərlə birlikdə 400 kv.metr torpaq sahəsinin bütövlükdə 53.000 manata satılmaması nəticəsinə gəlməyə əsas verir və bu, Bakı şəhərində olan daşınmaz əmla kın qiymətlərinə da açıq-aşkar uyğun deyil. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; Sadalanan normaların mənasına görə, tapş ırıq müqaviləsi mülki hüquq münasibətləri iştirakçılarına bu münasibətlərdə öz seçimi ilə təyin etdiyi və müvafiq vəkalət verdiyi şəxs vasitəsilə iştirak etməyə imkan verən hüquqi vasitədir. Belə ki, şərh olunan maddələrdə nəzərdə tutulduğu kimi, tapşırıq müqaviləsinə əsasən, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Göründüyü kimi, tapşırıq müqaviləsi, hər şeydən əvvəl, bir şəxsin (vəkalət verənin) digər şəxs (vəkalət alan) tərəfindən təmsil edilməsi haqqında ikitərəfli, konsensual, tərəflərin iradəsindən asılı olaraq əvəzli və ya əvəzsiz müqavilədir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı, rəsmi sənədlərə əsasən 400 kv.metr torpaq sahəsini cavabdehin vasitəsi ilə bələdiyyədən 20 iyun 2005-ci il tarixdə satın alarkən 3.520.000 manat (AZM) pul ödədiyi halda, həmin torpaq sahəsini və sonradan onun üzərində inşa etdiyi 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini, habelə orada olan digər tikililəri 13 sentyabr 2017-ci il tarixdə bütövlükdə 53.000 manata satması inandırıcı, ağlabatan görünmür. Daha sonra, iddiaçının onun üçün 400 kv.metr torpaq sahəsini satın alması ilə bağlı cavabdehə müvafiq tapşırıq verməsi mülki iş materialları, habelə cavabdehin özünün izahatı ilə təsdiq olunduğu halda, onun torpaq sahəsini və üzərində olan fərdi yaşayış evini və orada olan tikililəri 53.000 manata satmasına dair cavabdehə hər hansı tapşırıq, səlahiyyət verməsi mülki iş materiallar ı ilə müəyyən olunmur. Əksinə, iddiaçının izahatından, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünür ki, sözügedən fərdi yaşayış evi və orada olan digər tikililər faktiki olaraq 440 kv.metr torpaq sahəsində yerləşir və torpaq sahəsi ilə birlikdə 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin hazırda real bazar qiyməti 124.000 manat təşkil edir. Həmçinin işdən görünür ki, iddiaçı cavabdehə sözügedən torpaq sahəsini, fərdi yaşayış evini və orada olan digər tikililəri 53.000 manata satmasına dair hər hansı tapşırıq, səlahiyyət verməyib və ümumiyyətlə işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Cavabdeh isə sözügedən torpaq sahəsini, fərdi yaşayış evini və orada olan tikilələri 53.000 manata məhz iddiaçının tapşırığı ilə satdığını göstərib iddiaya etiraz etsə də, etirazını n əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; İddiaçı özü də cavabdehə belə bir tapşırıq, səlahiyyət vermədiyini bildirir. Belə olan halda kassasiya instansiyası məhkəməsi hesab edir ki, etirazının əsası kimi istinad etdiyi halları, habelə iddiaçının sözügedən tələblərinin əsassız olmasını sübut etmək yükü bilavasitə cavabdehin üzərinə düşür. Ona görə də kassasiya instansiyası məhkəməsi, sadalanın prosessual normaların, habelə Mülki Prosessual Məcəllənin 80- cı maddəsinin tələblərini əsas tutub hesab edir ki, cavabdehin sözügedən fərdi yaşayış evini, orada olan tikililəri və torpaq sahəsini bilavasitə iddiaçının tapşırığı ilə onunla razılaşdırılmış qiymətə, yəni 53.000 manata satmasına dair işin halları, onun məhkəməyə təqdim etdiyi 13 sentyabr 2017-ci il tarixli ərizəsi, habelə həmin əmlaklara dair onun X adına verdiyi 20 sentyabr 2017-ci il tarixli etibarnamə ilə təsdiq oluna bilməz. Belə ki, cavabdehin etirazında göstərdiyi halları ilk növbədə iddiaçı təsdiq etməlidir. İddiaçı isə nəinki cavabdehin irəli sürdüyü dəlilləri qəbul edir, əksinə iddia edir ki, cavabdeh sözügedən əmlakları onun razılığı olmadan satıb və satış qiymətini onunla razılaşdırmayıb. Halbuki, sözügedən prosessual normaların mənasına görə, qanuna və ya digər normativ hüqu qi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutilarla təsdiq oluna bilməz. Notarial qaydada iddiaçı sözügedən torpaq sahəsinin, fərdi yaşayış evinin və orada olan tikililərin özgəninkiləşdirilməsi ilə bağlı cavabdehə hər hansı bir səlahiyyət vermədiyindən, onun etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün torpaq sahəsini, fərdi yaşayış evini və orada olan digər tikililəri 53.000 manata X satmasına dair məhkəməyə təqdim etdiyi 13 sentyabr 2017-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi, habelə onun adına verdiyi etibarnamə sübutların mümkünlüyü baxımından mötəbər sübut kimi qəbul edilə və həmin sənədlər bilavasitə iddiaçının iradəsinin ifadəsi kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 778.3-cü maddəsinə görə, əg ər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir; 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdan la icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır; 781-ci maddəsinə görə, vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir; Şərh olunan maddələrin mənasına görə, vəkalət alan tapşırıqları vicdanla həyata keçirməlidir. Öhdəliyin vicdanla həyata keçirilməsi dedikdə-Mülki Məcəllənin 425-ci maddəsinə əsasən, öhdəliyin şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda, işgüzar adətlər və ya adətən irəli sürülən digər tələblərə əməl etməklə icrası anlaşılır. Vəkalət alanın təqsiri üzündən bu tələblərin pozulması nəticəsində vəkalət verənə dəymiş zərər üçün o, məsuliyyət daşıyır. Vəkalət alan tapşırıq müqaviləsi üzrə öz borcunu o, vaxt yerinə yetirmiş saylır ki, tapşırığın icrası üçün lazım olan bütün hərəkətləri vicdanla həyata keçirmiş olsun. Hazırki halda, iddiaçı tərəfindən verilmiş tapşırığın icrası üçün lazım olan bütün hərəkətləri cavabdehin vicdanla həyata keçirməsi mülki iş materialları ilə təsdiq edilmir. Belə ki, iddiaçı öz vəsaiti hesabına cavabdehə onun üçün öz adına 400 kv.metr torpaq sahəsi almağı tapşırdığı halda, cavabdeh tapşırıqdan kənara çıxaraq iddiaçının razılığı olmadan həmin torpaq sahəsini və sonradan onun üzərində inşa edilmiş fərdi yaşayış evini, orada olan digər tikililəri, qiymətini əvvəlcədən razılaşdırmadan, ümumiyyətlə bu barədə iddiaçıya hər hansı məlumat vermədən, faktiki X satmaqla, sözügedən tapşırıq müqav iləsinin şərtlərini pozub. Göründüyü kimi, cavabdehin təqsiri üzündən tapşırıq müqaviləsinin pozulması nətcəsində iddiaçıya zərər dəyib və dəymiş zərərə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi, hazırki mübahisənin obyektiv həlli üçün iş üzrə müvafiq ekspertiza keçirib fərdi yaşayış evinin və orada olan digər tikililərin real bazar qiymətlərini müəyyən etmədən, bu barədə iddiaçının tələbində və cavabdehin etirazında göstərdikləri xüsusi bilik tələb edən suallara aydınlıq gətirmədən, başqa sözlə cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş real zərərin məbləğini müəyyən etmədən, yalnız cavabdehin irəli sürdüyü arqumentlərlə, habelə onun tərəfindən məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə kifayətlənərək, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləği bütövlükdə 37.400 manat müəyyən edib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış tapşırıq müqaviləsinin şərtlərini pozmaqla yanaşı, sonrakı mərhələdə hüquqi əsas olmadan onun hesabına həm də əsassız varlanıb. Göründüyü kimi, tərəflər arasında sözügedən torpaq sahəsinin satın alınması mərhələsinədək tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olub və sonradan cavabdeh tapşırıq müqaviləsinin şərtlərindən kənara çıxaraq, faktiki iddiaçıya məxsus olan torpaq sahəsini, fərdi yaşayış evini və orada olan digər tikililəri faktiki X satmaqla, iddiaçının hesabına əsassız varlanıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsas sız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Şərh edilən normaların mənasına görə, əsassız varlanma dedikdə- bir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır, yəni bir şəxsin əmlak itkisi hesabına başqa şəxsin qanunsuz zənginləşməsi başa düşülür. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Nəzərə alanmalıdır ki, hər bir hüquqazidd hərəkət kimi əsassız varlanma da müəyyən hüquqi nəticələr yaradır. Ona görə də əsassız varlanma nəticəsində itkilərə məruz qalmış şəxsin pozulmuş hüququnun Mülki Məcəllənin 6.1.8-ci maddəsinə əsasən, bərpası təmin edilməlidir. Mülki qanunverciliyin prinsiplərinə əsaslanan bu müddəaya görə əsassız varlanmış şəxs əldə etdiklərini mərhum olanın tələbi ilə ona qaytarmalıdır. Bunun nəticəsində əsassız varlanmış şəxs hüquqazidd yolla əldə etdiklərindən məhrum olur, onlardan əsassız məhrum olmuş şəxs isə itirdiklərini əldə etmiş olur və nəticədə qanunçuluq bərpa edilir. Apellyasiya instansiyası məhkəməsi, sadalanan normaların tələblərini pozaraq, tərəflər arasında yarınmış mülki hüquqi münasibətlərə aydınlıq gətirməyib və işin yuxarıda müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlib və tətbiq edilməli olan qanunu tətbiq etməyib. Bu isə Mülki Prosessual Məcəllənin 386, 418.1, 418.2-ci maddələrinin tələblərinə görə, apellyasiya insiansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətində göstərdiyi cavabdehin adına satın aldığı torpaq sahəsində apardığı tikinti işlərinə görə 150.000 manat, evin mebellə təchiz edilməsinə görə, 7.000 manat, torpaq sahəsini satın almağa görə 18.800 ABŞ dolları xərc çəkməsinə, habelə cavabdehin təqsiri üzündən ona 25.000 manat mənəvi zərər dəyməsinə, eləcə də onun X 15.600 manat deyil, 13.600 manat borcunun olmasına dair dəlilləri üzrə kifayət qədər araşdırma aparmayıb və onun apellyasiya şikayətini hansı dəlillərə əsasən təmin etmədiyini qətnamədə göstərməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətini hansı dəlillərə əsasən təmin etmədiyini qətnamədə göstərməyə borcludur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaq la kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edi r ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və cavabdehin kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qis mən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(103)-11249/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın, Cavabdeh kassasiya şikayəti təmin edilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar