Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3836/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-1391/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz həbsi ilə əlaqədar ona dəymiş məhkəmə xərcləri, əldən çıxmış gəliri və hüquqi xidmət üçün ödədiyi məbləğ birlikdə götürülməklə, cəmi 6.500 manat maddi zərər, 100.000 (yüz min) manat mənəvi zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5739/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 1000 (min) manat mənəvi z ərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissədə və Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə münasibətdə təmin edilməməsi qət edilmişdir. (hakim Rəşid Səmədov) İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi qətnamədən apelyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1391/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5739/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşən Kazımov, (sədrlik edən və məruzəçi) Tofiq Səmədov, İkram Şirinov) İddiaçı(Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsi barədə qərarın qə bul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad etmişdir. Belə ki, cinayət təqibi ilə bağlı maddi gəlirlərdən məhrum olması barədə məhkəməyə sübutlar təqdim edilsə də, qətnamədə həmin tələbə düzgün münasibət bildirilməmişdir. Məhkəmə yerli və beynəlxalq qanunvericiliyin normalarına istinad etsə də, kifayət qədər aşağı məbləğdə – 1000 manat məbləğində mənəvi zərəri müəyyən etməklə ədalətsizliyə yol vermişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddə sinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edib ki, qanunsuz həbs olması ilə bağlı maddi və mənəvi zərər çəkib, 4 ay 19 gün qanunsuz həbsdə olub, işin itirib, 14 ay əmək haqqı almayıb. Sonradan barəsində olan hökm və qərar ləğv edilib, cinayət işinə bəraətverici əsaslarla xitam verilib. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 23, 1101.1, Cinayət Prosessual Məcəllənin 56.0.1, 57.1 57.2, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5 və 6-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi maddi zərərlə bağlı iddianın sübuta yetirilməməsi, lakin iddi açının mənəvi zərərə məruz qalması, buna baxmayaraq mənəvi zərərin iddia tələbində göstərilən məbləğinin iddiaçının 4 ay 19 gün həbsdə qalmasına münasibətdə çox olmasına istinad edərək, iddianı maddi zərər hissəsində rədd, mənəvi zərər hissəsində 1000 manat olmaqla qismən etmiş, eləcə də qanunsuz həbslə bağlı zərərin dövlət büdcəsi hesabına ödənilməli olmasına istinadən iddianı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı hissədə təmin etməmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 23, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5, 7-ci maddələri, Mülki Prosessual Məcəllənin 77.1-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən yalnız iddiaçı kassasiya şikayəti vermiş, şikayətində qətnamənin ləğv edilib, iddianın tam edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, iddiaçı qətnamənin maddi və mənəvi zərərlə bağlı his səsini mübahisələndirir. Kassasiya şikayətinin dəlilləri qətnamənin iddianın cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı hissədə təmin edilməməsi ilə bağlı hissəsinin ləğvinə yönəlməyib. Buna görə də məhkəmə apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya şikayətinin dəlilləri həddində yalnız mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1391/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi mənəvi zərərin tutulması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmal ı, qətnamə mübahisələndirilən qalan hissədə (maddi zərər hissəsində) dəyişdirilmədən saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən həm iddiaçı G.Bəndəliyev, həm də cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyasiya şikayəti vermişlər. Apelyasiya məhkəməsi iddiaçının apelyasiya şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində, cavabdehin apelyasiya şikayətini isə iddianın təmin edilən hissəsində yoxlamışdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən iddiaçının maddi zərərlə bağlı apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, maddi zərərin təmin olunması üçün məhkəməyə mötəbər sübutlar təqdim edilməməsinə, həmçinin cavabdehin apelyasiya şikayəti üzrə mənəvi zərər tələb inə dair iddianın əsaslı olmasına istinadən iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, maddi zərərlə bağlı iddiaçının apelyasiya şikayəti üzrə apelyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apelyasiya məhkəməsi həmin hissədə iddianın rədd edilməsini düzgün hesab edərkən həmin iddia tələbi üzrə iddiaçının sübut təqdim etməməsinə istinad etmişdir. HalbukiMülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cinayət Prosessual Məcəllənin 58.1-ci maddəsinə görə də cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiya sı verilməklə tam həcmdə ödənilməlidir. Göründüyü kimi, həm mülki, həm də cinayət prosessual qanunvericiliyin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan o halda tutulur ki, bu ziyan əsaslandırılmış olsun, həmin tələbə dair sübutlar təqdim edilmiş olsun. Məhkəmə kollegiyası şərh olunanlara əsasən qeyd edir ki, heç bir sübut olmadığı üçün apelyasiya instansiya məhkəməsi iddia tələbini maddi zərər hissəsində təmin etməməklə işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərlə əsasən məhkəmə kollegiyası hesab edir ki, maddi zərər tələbinə dair hissədə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəz ərdə tutulmuş əsaslar mövcud deyil. Mənəvi zərər tələbinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə cavabdehin apelyasiya şikayəti üzrə yoxlayıb qiymət vermiş, iddiaçının 4 ay 19 gün azadlıqdan məhrum olunmasının ona mənəvi zərər vurmaya bilməməsini qeyd edərək, iddiaçının mənəvi zərəri tələb etməkdə haqlı olmasını, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin də dövləti təmsil etdiyi üçün iddianın həmin orqana qarşı verilməsini qanuni və əsaslı hesab etmişdir. Buna baxmayaraq, apelyasiya instansiyası mənəvi zərər tələbinə aid birinci instansiya məhkəməsinin qətnaməsinə iddiaçının şikayətinin dəlilləri əsasında lazımı qiymət verməmiş, yalnız mənəvi zərərin ağlabatan olmasını ümumi çəkildə qeyd etməklə, fakt iki olaraq iddiaçının həmin hissədə şikayətinin dəlillərini araşdırmamışdır. Halbuki iddiaçı 4 ay 19 gün həbsdə olmasına görə birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilən 1000 manat mənəvi zərərin az olmasını dəlil kimi irəli sürmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyinə görə mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin “Mənəvi zərərin ödənilməsi barədə qan unvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 07 saylı Qərarında qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağ labatan və ədalətli olmalıdır. Apelyasiya məhkəməsi isə qətnamənin qeyd edilən hissəsi ilə bağlı iddiaçının şikayətinin dəlillərinə işin halları və hüququn tətbiq ilə bağlı yuxarıda qeyd edilən qərarlar kontekstində qiymət verməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayəti üzrə mənəvi zərər tələbinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən prosessual hüquq normalarını pozmuşdur. Bu da qətnamənin qeyd edilən hissəsinin ləğvi üçün əsas verir. Çünki M ülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1391/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mənəvi zərər hissəsi ndə ləğv edilməli, iş qətnamənin ləğv edilən hissəsində yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda göstərilən pozuntuları aradan qaldırmalı və bunun nəticəsi olaraq qanuni və əsaslı qərar qəbul etməli, qətnamə mübahisələndirilən qalan hissədə (maddi zərər hissəsində) dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)1391/2020 nömrəli qətnaməsi mənəvi zərərin tutulması hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkə məsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə (maddi zərər hissəsində) dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3836/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3836/2020
28.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver