Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3839/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Məhərrəmov Əbdül Azər oğlunun, cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X1 və vəkili Şahbazov Tural Şamil oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)xxx/2020 nömrəli qətnaməsindən cavabdeh “xxxx” QSC tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı ş əhəri Nəsimi rayon Məhkəməsinin (hakim S.Cəfərov) xx.xx.2019-cu il tarixli, 2(006)-xxx/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “üzr istənilməsi öhdəliyinin qoyulması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh “xxxx” QSC-nin üzərinə iddiaçıdan rəsmi qaydada üzr istənilməsi öhdəliyinin qoyulması, cavabdehdən 100 manat məbləğində mənəvi zərərin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) xx.xx.2020-ci il tarixli, 2(103)-xxx/2020 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-xxx/2019 saylı qətnaməsinin cavabdehin ap elyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh “xxxx” QSC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “üzr istənilməsi öhdəliyinin qoyulması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” QSC-nin qanunsuz olaraq onun hesabından sildiyi pula görə rəsmi qaydada üzr istəməsi öhdəliyinin qoyulması və eləcə də dəymiş mənəvi ziyana görə Bankdan 3000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh “xxxx” QSC-nin vəkili Şahbazov Tural Şamil oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 2016-cı il tarixdə “xxxx” QSC ilə İddiaçı arasında “Üzv Ticarət Obyekti Müqavilə”si bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı məxsus obyektində POS-terminal avadanlığı quraşdırılaraq istifadəyə verilmişdir. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən Hesab üzrə Üzv Ticarət Obyektinin sərəncamlarına əsasən Bankın həyata keçirdiyi əməliyyatlara görə Üzv Ticarət Obyekti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavənin şərtlərinə uyğun olaraq Banka xidmət haqqı ödəyir. 1 saylı əlavənin şərtləri Bankın aktiv və passivlərin idarə edilməsi komitəsinin və ya digər səlahiyyətli idarəetmə orqanının qərarı ilə dəyişdirilə bilər. Həmin müqavilənin 1.9-cu bəndinə əsasən Bank Üzv Ticarət Obyektinin sərəncamına əsasən həyata keçirilmiş əməliyyatlara Bank Üzv ticarət Obyektinin hesab üzrə əməliyyatların aparılması barədə vermiş olduğu sərəncamlar qanuna, bank qaydalarına və bank praktikasinin tələblərinə zidd olduqda əməliyyatı icra etməmək hüququna malik olması “Bank”ın hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur. “Bank” “Üzv Ticarət Obyektinin” “Bank” qarşısında müəyyən edilmiş hər hansı bir öhdəlikləri yerinə yetirmədikdə və ya lazımınca icra edilmədikdə, hesabındakı pul vəsaitini ona qarşı olan tələb miqdarında {məbləğində) Üzv Ticarət Obyektinin sərəncamı olmadan borcu (öhdəlikləri) əvəzinə mübahisəsiz qaydada Üzv Ticarət Obyektinin hesablarindan silmək və ya ona qarşı olan (irəli sürülmüş) tələb miqdarında (məbləğində) hesab(lar)dakı məxaric əməliyyatlarına məhdudiyyətlər qoymaq hüquqlara malik o lması "Bank”ın hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 1.10-cu bəndinə əsasən Üzv Ticarət Obyekti “Bank” qarşısında müəyyən edilmiş hər hansı bir öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Bankın hesabındakı pul vəsaitini ona qarşı olan tələb miqdarında (məbləğində)sərəncamı olmadan borcu (öhdəlikləri əvəzinə mübahisəsiz qaydada hesab (lar)ından silmək və\və ya ona qarşı olan (irəli sürülmüş) tələb miqdarında (məbləgində) hesabdakı (lardakı) məxaric əməliyyatlarına məhdudiyyətlər qoymaq hüququna malik olmasını qəbul, bəyan və təsdiq edir “Müştərinin” hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur.xx xxxx 2016-cı il tarixdə "xxxx” QSC ilə İddiaçı arasında Bank hesabı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 3.1.-ci bəndində qeyd olunur ki, "Hesabd an pul vəsaitinin silinməsini “Bank” “Müştərinin” sərəncamına əsasən həyata keçirir. "Müştərinin” sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə habelə bu müqavilə və qanunla müəyyənləşdirilmiş və nəzərdə tutulmuş hallarda yol verilir. Həmin müqavilənin 9.1.1-ci bəndinə əsasən “Müştərinin” sərəncamına əsasən həyata keçirilmiş əməliyyatlara görə “Müştəri”dən xidmət haqqını almaq (hesabdan silmək) “Bank’ın hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 9.1.8-ci bəndinə əsasən “Müştərinin” “Bank” qarşısında müəyyən edilmiş hər hansı bir öhdəlikləri icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, hesabındakı pul vəsaitini müştəriyə qarşı olan, irəli sürülmüş tələb miqdarında, məbləğində “Müştərinin” sərəncamı olmadan borcu, öhdəlikləri əvəzinə mübahisəsiz qaydada "Müştərinin” hesabından silmək və\və ya “Müştəriyə” qarşı olan, irəli sürülmüş tələb miqdarında, məbləğində hesabdakı məxaric əməliyyatlarına məhdudiyyət qoymaq “Bank’ınn hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 10.2.2-ci bəndinə əsasən Hesab üzrə aparılan bank əməliyyatlarına görə “Bank”a müqavilə ilə müəyyən edilmiş xidmət haqqını ödəmək “Müştərinin” hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən “Müştəri” ərizə ilə "Bank”a müraciət edərək müqaviləni istənilən vaxt ləğv edə bilər. Müqavilənin ləğvi barədə “Müştəri” tərəfindən “Bank”a ərizə daxil olduğu andan müqavilə ləğv edilmiş sayılır və “Müştəri” hesabdakı pul vəsaitləri barədə əməliyyatlar aparılmasına görə “Bank”a sərəncamlar verə bilməz. Bununla bel ə müqavilənin ləğv edilməsi “Müştərinin” bu müqavilə üzrə icra edilməmiş öhdəliklərinin xitamına səbəb olmur. “Müştəri” tərəfindən bütün öhdəlikləri tam yerinə yetirilməmişdirsə, bu müqavilə həmin öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalır.Qeyd edilməlidir ki, Pos terminal müqaviləsinə əsasən pos terminaldan istifadəyə görə, onun texniki sazlığına qulluğa görə üzv ticarət obyekti “Müştəri” “Bank”a xidmət haqqı ödəyibdir. Sonradan post terminal xx.xx.2017-ci il tarixində üzv ticarət obyektindən geri götürülüb müştərinin hesabında xidmət haqqının məbləği qədər hesabında vəsait olmadığı üçün xidmət haqqı hesabından tutulmayıb. Post terminal bu üzv ticarət obyektindən götürüldüyü üçün hesabından xidmət haqının tutulması avtomatlaşdırılmış sistem üzərindən istisnaya alınmış ki artıq bu müştərinin hesabından vəsait tutulmasın. Bankın daxili audit departamentiniin illik daxili audit yoxlaması zamanı aşkar edilmişdir ki, bu müştəri post terminalı geri qaytarmış, lakin xidmət haqqı ödəməmişdir, bu səbəbdən növbəti ayda müştərinin hesabı avtomatlaşdırılmış sistem üzərində borclu müştəri kimi nəzarətə götürülmüş və müştərinin hesabına vəsait daxil olan kimi xidmət haqqı (pos terminaldan istifadə, GSM xəttindən istifadə, texniki qulluq xərcləri) borcuna görə xx.xx.2018-ci il tarixində 49.60 manat məbləği silinmişdir. Bundan məlumatlandırılan müştəri banka zəng edərək söyləmişdir ki, yeddi günə pulu qaytarmasanız Maliyyə Bazarları Palatasına və Azərbaycan Respublikasının Prezidentinə şikayət yazacaq. Bank rəhbərliyi qərar verib ki müştərinin hesabına tutulmuş vəsait qaytarılsın və 11.01,2019-cu il tarixində 49.60 manat məbləği müştərinin hesabına yatırılmış, qaytarılmışdır. Qeyd etmək istəyirik ki, Pos terminal müqaviləsinə əsasən pos terminaldan istifadəyə görə, onun texniki sazlığına qulluğa görə üzv ticarət obyekti “Müştəri” “Bank”a xidmət haqqı ödəyibdir. Sonradan post terminal xx.xx.2017-ci il tarixində üzv ticarət obyektindən geri götürülüb müştərinin hesabında xidmət haqqının məbləği qədər hesabında vəsait olmadığı üçün xidmət haqqı hesabından tutulmayıb. Post terminal bu üzv ticarət obyektindən götürüldüyü üçün hesabından xidmət haqının tutulması avtomatlaşdırılmış sistem üzərindən istisnaya alınmış ki artıq bu müştərinin hesabından vəsait tutulmasın. Bankın daxili audit departamentiniin illik daxili audit yoxlaması zamanı aşkar edilmişdir ki, bu müştəri post terminalı geri qaytarmış, lakin xidmət haqqı ödəməmişdir, bu səbəbdən növbəti ayda müştərinin hesabı avtomatlaşdırılmış sistem üzərində borclu müştəri kimi nəzarətə götürülmüş və müştərinin hesabına vəsait daxil olan kimi xidmət haqqı (pos terminaldan istifadə, GSM xəttindən istifadə, texniki qulluq xərcləri) borcuna görə xx.xx.2018-ci il tarixində 49.60 manat məbləği silinmişdir. Bundan məlumatlandırılan müştəri banka zəng edərək söyləmişdir ki, yeddi günə pulu qaytarmasanız Maliyyə Bazarları Palatasına və Azərbaycan Respublikasının Prezidentinə şikayət yazacaq. Bank rəhbərliyi qərar verib ki müştərinin hesabına tutulmuş vəsait qaytarılsın və xx.xx.2019-cu il tarixində 49.60 manat məbləği müştərinin hesabına yatırılmış, qaytarılmışdır. İddiaçının hesabından silinmiş pul məbləği pos terminaldan istifadəyə görə yaranmışdır. Belə olan halda, iddiaçının həqiqi və ciddi olmayan tələbi üzrə məhkəmənin hazırda mübahisələndirilən qətnaməni qəbul etməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini təsdiq edir. Göstərilənlərə əsasən o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-xxx/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X3 və vəkili Şahbazov Tural Şamil oğlu kasasiya şikayətini kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Məhərrəmov Əbdül Azər oğlu kasasiya şikayətinə etiraz edə rək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-xxx/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymə tləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, əvvəla, mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları sübut etməyə cəhd etsə də, yəni apellyasiya şikayətində iddiaçının hesabından pul vəsaitinin silinməsinin qanuni əsası olduğunu bildirsə də, bu dəlillər hər hansı bir formada öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfin gətirdiyi bu dəlilləri sübut etmək yükü artıq onun üzərinə düşsə də, o, bu halları sübuta yetirə bilməmişdir. Əksinə, cavabdehin hərəkətlərinin mülki hüquq pozuntusunun tərkibini yaratdığını, yəni iddiada göstərilənlər mülki hüquq pozuntusu olduğunu təsdiq edir və cavabdehin qismən də olsa mülki hüquqi məsuliyyətə cəlb olunması üçün əsas olmuşdur. İkincisi, hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi inandırıcı və təkzib olunmazdır. Çünki, xx.xx.2018-ci il tarixdə iddiaçının hesabından yazılı razılığı olmadan, habelə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan yaxud i ddiaçıya qarşı hansısa tələb irəli sürülmədən 49,6 manat (qırx doqquz manat, altmış qəpik) pul çıxarılmışdır. Həmin məbləğdə pulun çıxarılmasının nə qanuni əsası, nədəki müqavilə əsası olmamışdır. Çünki, xx xxxx 2016-cı il tarixli “Üzv Ticarət Obyekti Müqavilə”sinə xx.xx.2017-ci il tarixdə artıq xitam verilmişdir. Yəni, iddiaçının hesabından qeyd olunan məbləğ silinərkən onların arasında müqavilə münasibətləri olmamışdır. Cavabdehin həmin məbləği iddiaçıya qaytarması da qeyd olunan silinməni qanunsuz etdiyini təsdiq edir. Əks halda qeyd olunan məbləği iddiaçının hesabından qanuni əsaslarla çıxarmışdırsa nə üçün sonradan qaytarmalı idi? Əlbətdə ki, cavabdeh tərəf bu arqumentlərə qarşı tutarlı dəlillər irəli sürməyə hazır olmalı idi. Üçüncüsü, xx xxxxxxxx 2017-ci il tarixdə iddiaçıdan post t erminal geri götürülərkən iddiaçının hesabında xidmət haqqının məbləği qədər vəsait olmadığı üçün xidmət haqqı tutulmaması da əsassız və ziddiyyətli dəlildir. Çünki, cavabdeh bir tərəfdən post terminal qaytarılarkən iddiaçının hesabında xidmət haqqını ödəyə biləcək məbləğdə vəsaitin olmadığını bildirir, digər tərəfdən isə iddiaçının xidmət haqqını ödəməməsi sonradan bankın audit yoxlaması zamanı aşkar edildiyini söyləyir. Bundan əlavə, xx xxxxxxxx 2017ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək iddiaçının hesabında pul vəsaitinin olmadığı da inandırıcı və ağlabatan deyildir. Həqiqətən də həmin dövrdə hesabda pul vəsaiti olmamışdırsa cavabdeh buna dair də məhkəməyə sübut təqdim etməli idi, lakin etməmişdir. Göründüyü kimi, bu cür ziddiyyətli dəlillərdən istifadə edilməsi də əslində cavabd ehin həm də haqlı mövqedə olmadığını, yəni iddiaçının hesabından qanuni əsas olmadan pul sildiyini açıq-aşkar təsdiq edir. Bu cür vəziyyətdə iddiaçını qanunvericiliyin imkanlarından istifadə edərək hüquqlarından sui-istifadə etməkdə təqsirləndirmək şübhəsiz ki, əsassız olmuşdur. Kassasiya kollegiyası apellyasiya kollegiyasının qeyd edilən mövqeyi ilə razılaşmayaraq bildirir ki,iş materiallarından görünür ki, tərəflər sərbəst iradə ifadəsini həyata keçirərək xx.xx.2016-cı il tarixdə aralarında bank hesabı müqaviləsi bağlamışlar (səh 41). Həmin müqavilə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Müqavilə nəzərdən keçirilərkən müəyyən edilir ki, müştəri tərəfindən bütün öhdəlikləri tam terinə yetirilməmişdirsə, bu Müqavilə həmin öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalır. Bu isə o anlama gəlir ki, müştərinin bank qarşısında xidmət haqqı və s. öhdəlikləri tam icra edilməmişdirsə, müqavilə qüvvədə hesab edilir və tərəflər həmin müqavilənin tələblərinə uyğun öz hüquq və vəzifələrini həyata keçirmək hüququna və öhdəliyinə malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, tə rəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Tərəflər arasında bağlanmış xx.xx.2013-cı il tarixli müqavilənin 3.1-ci bəndindən görünür ki, müştərinin hesabından pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə bu müqavilə və qanunla müəyyənləşdirilmiş və nəzərdə tutulmuş hallarda yol verilir. Həmin müqavilənin 9.1.8-ci bəndinə əsasən “Müştərinin” “Bank” qarşısında müəyyən edilmiş hər hansı bir öhdəlikləri icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, hesabındakı pul vəsaitini müştəriyə qarşı olan, irəli sürülmüş tələb miqdarında, məbləğində “Müştərinin” sərəncamı olmadan borcu, öhdəlikləri əvəzinə mübahisəsiz qaydada "Müştərinin” hesabından silmək və\və ya “Müştəriyə” qarşı olan, irəli sürülmüş tələb miqdarında, məbləğində hesabdakı məxaric əməliyyatlarına məhdudiyyət qoymaq “Bank’ın hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 10.2.2-ci bəndinə əsasən, Hesab üzrə aparılan bank əməliyyatlarına görə “Bank”a müqavilə ilə müəyyən edilmiş xidmət haqqını ödəmək “Müştərinin” hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, iş materiallarında olan xx.xx.2016-cı il tarixli “xxxx” QSC ilə İddiaçı arasında bağlanmış “Üzv Ticarət Obyekti Müqavilə”sinin 1.8-ci bəndinə əsasən Hesab üzrə Üzv Ticarət Obyektinin sərəncamlarına əsasən Bankın həyata keçirdiyi əməliyyatlara görə Üzv Ticarət Obyekti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavənin şərtlərinə uyğun olaraq Banka xidmət haqqı ödəyir. Həmin müqavilənin 1.9-cu bəndinə əsasən. “Bank” Üzv Ticarət Obyektinin Bank qarşısında müəyyən edilmiş hər hansı bir öhdəlikləri yerinə yetirmədikdə və ya lazımınca icra edilmədikdə, hesabındakı pul vəsaitini ona qarşı olan tələb miqdarında (məbləğində) Üzv Ticarət Obyektinin sərəncamı olmadan borcu (öhdəlikləri) əvəzinə mübahisəsiz qaydada Üzv Ticarət Obyektinin hesablarından silmək və ya ona qarşı olan (irəli sürülmüş) tələb miqdarında (məbləğində) hesab(lar)dakı məxaric əməliyyatlarına məhdudiyyətlər qoymaq hüquqlara malikdir. olması "Bank”ın hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 1.10-cu bəndinə əsasən Üzv Ticarət Obyekti “Bank” qarşısında müəyyən edilmiş hər hansı bir öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Bankın hesabındakı pul vəsaitini ona qarşı olan tələb miqdarında (məbləğində)sərəncamı olmadan borcu (öhdəlikləri əvəzinə mübahisəsiz qaydada hesab (lar)ından silmək və\və ya ona qarşı olan (irəli sürülmüş) tələb miqdarında (məbləgində) hesabdakı (lardakı) məxaric əməliyyatlarına məhdudiyyətlər qoymaq hüququna malik olmasını qəbul, bəyan və təsdiq edir “Müştərinin” hüquq və vəzifələri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə t utulmuş hallarda yol verilir. Göstərilənlərə əsasən kasasiya kollegiyası qeyd edir ki, göstərilən müqavilələrdə və qanunvericilik normalarında müştərinin hesabından pul vəsaitinin silinmə qaydası müəyyən edilmişdir. Lakin apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanın ın) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan n ə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qəra rında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kasasiya kollegiyası hesab edir ki, apellyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin hallarının müqavilələr və qanunvericilik üzrə tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburid ir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” QSC tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-xxx/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3839/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3839/2020
28.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver