Məhkəmə qərarları › İş №2(102)-384/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-384/2021

02.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-384/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: “xxxx” ASC İddia tələbi: səhmdar cəmiyyətinə aid olan sənədlərin tələb edilməsi Açar sözlər: səhmdarın hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4014/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayətinə dair iş ə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarına olan Milli Depozit Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli hesabın operatoru haqqında məlumatdan görünür ki, “xxxx” ASC-nin nizamnamə kapitalı 327500 manat təşkil edir, ASC-tərəfindən 163750 ədəd hər birinin dəyəri 2 manat olan qiymətli kağız buraxılmışdır. İddiaçı 50 ədəd səhmin sahibidir. İşdə olan xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “xxxx” ASC-nin idarə heyətinin sədrinə səhmdar cəmiyyətinə aid olan sənədlərin surətlərinin verilməsi ilə bağlı müraciət etmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməy ə müraciət edərək, ASC-nin səhmdarlarının 2005-2019-cu illərdə keçirilmiş ümumi yığıncaqlarının protokollarının surətini, nizamnamənin surətini, səhmdarlarının 2005-2019-cu illərin reyestrinin surətini, yığıncaqda iştirak edən və qeydiyyatdan keçən səhmdarların siyahısını (2005-2019-cu illər), emissiya prospektinin surətini, ASC-nin 2005-2019-cu illərə dair maliyyə nəticələri haqqında hesabatı, müəssisənin balansının, mənfəət vergisinin bəyannaməsinin surətlərini, ASC-nin fiziki (və digər) şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə 2005-2019-cu illərdə təsdiq olunmuş formada surətlərini, ASC-nin icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Komitəsinə ödənilən pulun miqdarını göstərən qəbzin surətini, ASC-nin özəlləşdirilmiş torpaq sahəsinin daşınmaz ə mlakının dövlət reyestrindən çıxarışını və sahənin texniki pasportunun surətinin təsdiq olunmuş formada ASC-dən alınaraq ona təqdim edilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)352/2020 saylı qətnaməsi ilə (hakim E.İ.Məmmədli) İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “səhmdar cəmiyyətinə aid olan sənədlərin tələb edilməsi” tələbinə dair iddiası təmin edilərək, “xxxx” ASC-nin səhmdarlarının 2005-2019-cu illərdə keçirilmiş ümumi yığıncaqlarının protokollarının surəti, “xxxx” ASC-nin nizamnaməsinin surəti, “xxxx” ASCnin səhmdarlarının 2005-2019-cu illərin reyestrinin surətini, “xxxx” ASCnin yığıncağında iştirak edən və qeydiyyatdan keçən səhmdarların siyahısını (2005-2019- cu illər), “xxxx” ASC-nin emissiya prospektinin surəti, “xxxx” ASC-nin 2005-2019-cu illərə dair maliyyə nəticələri haqqında hesabatı, müəssisənin balansının, mənfəət vergisinin bəyannaməsinin surətləri, “xxxx” ASC-nin fiziki (və digər) şəxslərlə bağlanmış icarə müqavilələrinin şərtləri ilə birlikdə 2005-2019-cu illərdə təsdiq olunmuş formada surətlərini, “xxxx” ASC-nin icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Komitəsinə ödənilən pulun miqdarını göstərən qəbzin surətini, “xxxx” ASC-nin özəlləşdirilmiş torpaq sahəsinin daşınmaz əmlakının dövlət reyestrindən çıxarışının və sahənin texniki pasportunun surəti təsdiq olunmuş formada İddiaçı təqdim edilməsinin cavabdeh “xxxx” ASC-yə həvalə edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh “xxxx” ASC apelyasiya şikayəti vermişdir. Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4014/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) cavabdeh “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)352/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh “xxxx” ASC kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtə rəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, mövcud olmayan sənədlərin “xxxx” ASC-dən tələb edilməsini qanun pozuntusu kimi qiymətləndirməmiş və həmin sənədlərin olub-olmamasını qətnamənin icra mərhələsində müəyyən ediləcəyini bildirmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətində qeyd edilmişdir ki, “xxxx” ASC-dən heç bir sübut təqdim edilmədən birinci instansiya məhkəməsi vasitəsi ilə ASC-nin icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün Əmlak Komitəsinə ödənilən pulun miqdarını göstərən qəbzin surətini, özəlləşdirilmiş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyest rindən çıxarışını və sahənin texniki pasportunun surətini tələb etməsi və apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin mövcud olmayan sənədlərin “xxxx” ASC-dən tələb edilməsinin əsaslı sayılması apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutetmə ilə bağlı maddi normaların tələblərinin tətbiq edilmədən qətnamə qəbul edilməsinə dəlalət edir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh “xxxx” ASC-nin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (m addə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kasasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.4.9-cu maddəsinə görə işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa şikayətin dəlillərindən asılı olmayaraq apelyasiya instansiyası məhkəməsinin qətn aməsi ləğv edilməlidir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12 və 13-cü bəndlərinə əsasən tərəflərin (sahibkarlıq subyketi olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələr kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələrə aiddir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı Allahverdiyev Fəxrəddin Həsən oğlu ilə “xxxx” ASC arasındakı səhmdar cəmiyyətə aid olan sənədlərin tələb edilməsi üzrə mübahisə kommersiya hüquqi şəxsi olan cavabdehlə bağlı korporativ mübahisəyə aiddir. Lakin buna baxmayaraq apelyasiya instansiyası məhkəməsinin mülki kollegiyası tərəfindən məhkəmə aidiyyatı qaydası pozulmaqla işə baxılmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləs inin 418.4.9-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh “xxxx” ASC-nin kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4014/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar