Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-384/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 cavabdehlər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı ("xxxx" MTK, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi və X35 oğlu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilməklə) dair iş üzrə QƏRARİ (Açar sözlər: əmlakların həbsdən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiye v İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı3 vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi X8, 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi X2, 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 və vəkili Vəkil oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2021-ci il i tarixli, 2(103)-4395/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və 3-cü şəxs X3, 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üz rə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 1(101)-61/2018 saylı hökmünün hökm etdi hissəsində qeyd olunmuşdur ki, “... cinayət işi üzrə ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş 1.759.500 manat dəyərində olan X6 adına "xxxx" MMCdən Bakı şəhəri, ünvan, 151 ünvanında yerləşən “X27” kompleksində 615B saylı mənzil; 63.000 manat dəyərində olan X6 adına "xxxx" MMC-dən Bakı şəhəri, ünvan, 151 ünvanında yerləşən “X27” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X6 adına "xxxx" MMC-dən Bakı şəhəri, ünvan, 151 ünvanında yerləşən “X27” kompleksində 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan İddiaçı5 adına “X27” kompleksində 37 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan İddiaçı5 adına “X27” kompleksində 38 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan İddiaçı1 adına “X27” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsi; 1.081.000 manat dəyərində İddiaçı2 adına Bakı şəhəri, Ünvan 3qəsəbəsində olan 0,94 ha torpaq sahəsi; 3.212.600 manat dəyərində olan İddiaçı5 adına Bakı şəhəri, Ünvan 3qəsəbəsində olan 1709 saylı bağın 0,04 ha hissəsi; 626.400 manat dəyərində olan İddiaçı4 adına Bakı şəhəri, Ünvan 4 küçəsi, 58 №-li evin, 9 nömrəli mənzili; 515.200 manat dəyərində olan X6 adına Bakı şəhəri, Ünvan 4 küçəsi, 60 saylı evin 9 saylı mənzili; 47.169 manat dəyərində olan X6 adına qeydiyyata alınmış AZ***** dövlət qey diyyat nişanlı, 2010-cu il buraxılışlı “X36” markalı avtomaşın; 50.313,60 manat dəyərində olan X35 oğlunun adına qeydiyyata alınmış AZ***** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı “Porsche Cayenne” markalı avtomaşın; 134.169,60 manat dəyərində olan X35 oğlunun adına qeydiyyata alınmış AZ**FE-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı “X37” markalı avtomaşın; 48.217,20 manat dəyərində olan İddiaçı4 adına qeydiyyata alınmış AZ***** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X34” markalı avtomaşın barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin daşınar və daşınmaz əmlaklar xüsusi hərrac vasitəsilə satılsın, əmlakların satışından olanan pul vəsaiti Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilsin. Cinayət işi üzrə İddiaçı4 Mirmehdi oğlunun "xxxx" ASC-d əki ******************** nömrəli kart hesabındakı üzərinə həbs qoyulmuş 3.032,26 manat və Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan X0 0ovanın yaşadığı mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat, eləcə də Rəhim Hacıyevin istintaq zamanı ödədiyi 104.600 manat pul Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilsin. Cinayət işi üzrə ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş müqavilə qiyməti 607.986 manat olan və 407.126 manat ödənilmiş İddiaçı5 adına “X27” kompleksində 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat dəyərində olan və 407.406 manat ödənilmiş İddiaçı5 adına “X27” kompleksində 1201A saylı mənzil və müqavilə qiyməti 615.280 manat olan və 204.207 manat ödə nilmiş İddiaçı1 adına “X27” kompleksində 609A saylı mənzil barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin mənzillər xüsusi hərrac vasitəsilə satılsın, mənzillərin satışından əldə olanan pul vəsaitindən müvafiq olaraq 407.126 manat, 407.406 və 204.207 manat cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilsin, yerdə qalan məbləğlər isə “X27” kompleksinin mülkiyyətçisinə ödənilsin”. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 25 iyul 2018-ci il tarixli, 1(103)708/2018 saylı qərarından görünür ki, həmin qərarla maraqlı şəxslər İddiaçı4, İddiaçı2, İddiaçı1, eləcə də İddiaçı5 hüquqi varislərinin (İddiaçı1, İddiaçı2 və X6) nümayəndəsinin apellyasiya şikayətlərinin baxılmasına xitam verilmiş, apellyasiya protesti, mülki iddiaçının nümayəndəsinin, zərər çəkmiş təşkilatların nümayəndəsinin və məhkumun müdafiəçisinin apellyasiya şikayətləri təmin olunmamış; Bakı Ağır Cinayətlər Məhkəməsinin X5 haqqındakı 14 mart 2018-ci il tarixli hökmü dövlət ittihamçısı apellyasiya protestinə, mülki iddiaçının nümayəndəsinin, zərər çəkmiş təşkilatların nümayəndəsinin və məhkumun müdafiəçisinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(102)-1087/2019 saylı qərarından görünür ki, həmin qərarla məhkum X13 barəsində Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, zərərçəkmiş şəxslər “X X” şirkəti, “ XLimited” şirkəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin in nümayəndəsi X14 tərəfindən verilmiş kasassiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 17 iyun 2020-ci il tarixli, 1(102)-300/2020 saylı qərarından görünür ki, həmin qərarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1.3.2, 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X6 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarından məhkum X0 0ovanın müdafiəçisi Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1.3.2, 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş X6 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı5 hüquqi varislərinin (İddiaçı1, İddiaçı2, X13) nümayəndəsi və vəkili Vəkil1 əmlakların həbsdən azad edilməsi barədə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. AR ƏMDK yanında DƏDRX-in X Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış sorğuya cavab məktubuna əlavə edilmiş xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X9 (Satıcı) ilə İddiaçı2 (Alıcı) arasında bağlanılmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Ünvan 6rayonu, Ünvan 8 yolunda mülkiyyətində olan 0,94 ha torpaq sahəsində yerləşən 229,5 kv.m ümumi, 170,2 kv.m əsas, 59,3 kv.m k öməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını Alıcının mülkiyyətinə verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(102)-357/09 nömrəli qərarından da görünür ki, XX xx.xx.2006-cı il tarixdə mülkiyyətində olan 106,3 kv.m qeyri-yaşayış sahəsini və 0,84 ha torpaq sahəsini Bakı şəhəri X Dövlət Notariat Kontorunda təsdiq olunmuş müqaviləyə əsasən İddiaçı5, X9 isə xx.xx.2007-ci il tarixdə mülkiyyətində olan 0,94 ha torpaq sahəsində yerləşən 229,5 kv.m qeyri-yaşayış sahəsini Bakı şəhəri XDövlət Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 (eyni zamanda İddiaçı5 vərəsələri qismində) və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı əmlakların həbsdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçılar iddia ərizəsində xahiş etmişlər ki, məhkəmə tərəfindən onlara məxsus aşağıdakı əmlakların həbsdən azad edilməsinə dair qətnamə qəbul edilsin: X6 adına "xxxx" MMC-dən Bakı şəhəri, ünvan, 151 ünvanında yerləşən “X27” kompleksində 615B saylı mənzil; X6 adına "xxxx" MMC-dən Bakı şəhəri, ünvan, 151 ünvanında yerləşən “X27” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsi; X6 adına "xxxx" MMC-dən Bakı şəhəri, ünvan, 151 ünvanında yerləşən “X27” kompleksində 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi; X6 adına Bakı şəhəri, Ünvan 4 küçəsi, 60 saylı e vin 9 saylı mənzili; 47.169 manat dəyərində olan X6 adına qeydiyyata alınmış AZ***** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X36” markalı avtomaşın; cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan X0 0ovanın yaşadığı İddiaçı2 adına olan, faktiki olaraq İddiaçı1 məxsus mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızılzinət əşyaları, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat; İddiaçı1 adına “X27” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsi; müqavilə qiyməti 615.280 manat olan və 204.207 manat hissəsi ödənilmiş İddiaçı1 adına “X27” kompleksində 609A saylı mənzil; İddiaçı2 adına Bakı şəhəri, Ünvan 3qəsəbəsində olan 0,94 ha torpaq sahəsi; İddiaçı4 adına olan AZ***** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X34” markalı avtomaşın; İddiaçı4 məxsus "xxxx" ASC-dəki ******************** nömrəli kart hesabındakı 3.032,26 manat; İddiaçı5 adına “X27” kompleksində 37 nömrəli avtomobil dayanacaq sahəsi; İddiaçı5 adına “X27” kompleksində 38 nömrəli avtomobil dayanacaq sahəsi; müqavilə qiyməti 607.986 manat olan və 407.126 manat hissəsi ödənilmiş İddiaçı5 adına “X27” kompleksində 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat olan və 407.406 manat hissəsi ödənilmiş İddiaçı5 adına “X27” kompleksində 1201A saylı mənzil. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X21 Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yüksək məbləğlərdə gəlirlər əldə edir. Rusiya Federasiyası vergi orqanına təqdim edilmiş və vergi orqanı tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin gəlirləri haqqında” arayışlardan görünür ki, İ ddiaçı1 2007-ci ildə 23,294,743 rubl (məzənnə ilə 931790 ABŞ dolları), 2008-ci ildə 23499972 rubl (məzənnə ilə 979166 ABŞ dolları), 2009cu ildə 23490296 rubl (məzənnə ilə 783010 ABŞ dolları), 2010-cu ildə 24700015 rubl (məzənnə ilə 823334 ABŞ dolları), 2011-ci ildə 26599986 rubl (məzənnə ilə 886666 ABŞ dolları), 2012-ci ildə 29699615 rubl (məzənnə ilə 989987 ABŞ dolları) olmuşdur. Göründüyü kimi, İddiaçı1 illik rəsmi gəlirləri 2007-2012-ci illər arası hər il üçün 1 milyon ABŞ dolarına yaxın olmuşdur. Qeyd edilən faktlar müvafiq rəsmi arayışlarla təsdiq edilir və onun adına olan əmlakların qanuni gəlirlər hesabına əldə edilməsini sübut edir. Bundan əlavə, cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan X0 0ovanın həyat yoldaşından ayrılması ilə bağ lı müvəqqəti yaşadığı İddiaçı2 adına olan, faktiki olaraq İddiaçı1 məxsus mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3.215 avro, 5.400 ABŞ dolları, 26.500 manat pul vəsaitləri də İddiaçı1 məxsusdur. Bundan əlavə, "X27" kompleksindəki 1.759.500 manat dəyərində olan X6 adına yazılmış "xxxx" MTK-nın Bakı şəhəri, ünvan, 151 ünvanında yerləşən “X27” kompleksində 615B saylı mənzil və həmin kompleksdəki 40 və 236 saylı dayanacaqlar İddiaçı1 məxsus olan, nağd formada atasında saxladığı pul vəsaitləri və onun "xxxx" ASCdə olan hesabından onun verdiyi etibarnamə ilə 742684 ABŞ dolları məbləğində pul vəsaiti məxaric edilməklə əldə edilmiş və həmin mənzillərin faktiki sahibi İddiaçı1dur. Bakı şəhəri, ünvan, 151 ünvanında yerləşən “X27” kompleksində 615B saylı mənzil, həm in kompleksdə olan 63.000 manat dəyərində qiymətləndirilmiş 40 nömrəli avtomobil dayanacaq sahəsi və 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi İddiaçı1 məxsus olan, nağd formada atasında saxladığı pul vəsaitləri və onun "xxxx"ASCdə olan hesabından onun verdiyi etibarnamə ilə 742684 ABŞ dolları məbləğində pul vəsaiti məxaric edilməklə əldə edilmiş, həmin mənzillərin faktiki sahibi İddiaçı1dur, a (0ova) X0 qızının həmin əmlaklara aidiyyatı yoxdur. 515.200 manat dəyərində olan X6 adına Bakı şəhəri, Ünvan 4 küçəsi, 60 saylı evin 9 saylı mənzili isə 2000-ci ildən əvvəl alınmışdır. Həmin mənzilə tələb yönəldilməsinə dair ittiham aktında heç bir qeyd olmamışdır, bu, Ağır Cinayətlər Məhkəməsinin hakimi tərəfindən səhv olaraq, hökmə daxil edilmişdir. Cinayət işi üzrə Azərbayca n Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan X0 0ovanın (anın) yaşadığı İddiaçı2 adına olan, faktiki olaraq İddiaçı1 məxsus Bakı şəhəri, Ünvan 5 küçəsi, Ünvan nömrəli mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3,215 avro, 5.400 ABŞ dolları, 26.500 manat pul vəsaitləri də İddiaçı1 məxsus olmuşdur. Həmin mənzilə münasibətdə məhkəmə tərəfindən haqlı olaraq müsadirə tətbiq edilməmişdir. Bununla bağlı məhkəmə hökmündə də xüsusi olaraq qeyd edilmişdir ki, “Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı5 mülkiyyətində olan... Bakı şəhəri, Ünvan 5 küçəsi, ev 11, C bloku, 1-ci giriş, 33 nömrəli mənzilin mülkiyyət kimi əldə edilmə dövrləri 2005-2007-ci və 2011-ci illərə təsadüf etdiyindən, həmin dövrdə İddiaçı5 müstəqil əmək fəaliyyəti ilə məş ğul olduğundan və adı çəkilən daşınmaz əmlakların cinayət yolu ilə əldə edilmiş pul və ya digər əmlak hesabına əldə edilmələri ilə bağlı mötəbər sübutlar olmadığından həmin əmlaklar üzərinə qoyulmuş həbs götürülməli və həmin daşınmaz əmlaklara münasibətdə xüsusi müsadirə tətbiq edilməməlidir”. Göründüyü kimi, qeyd edilən mənzil xüsusi müsadirəyə məruz qalmadığı halda, ümumiyyətlə, İddiaçı3 həmin mənzilin mülkiyyətçisi, nə sahibi olmadığı halda, həmin mənzildən götürülmüş pul və zinət əşyalarının İddiaçı3 məxsus olmadığı aşkardır. 47.169 manat dəyərində qiymətləndirilmiş X6 adına qeydiyyata alınmış AZ***** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X36” markalı avtomobil X13 özünə məxsus olmuş “marka” markalı avtomobilin satışından əldə etdiyi vəsait hesabına almışdır. İddiaçı4 məxsu s 48.217,20 manat dəyərində olan AZ***** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X34” markalı avtomaşın və onun "xxxx" ASC-dəki ******************** nömrəli kart hesabındakı üzərinə həbs qoyulmuş 3.032,26 manat İddiaçı4 xüsusi mülkiyyəti olmaqla, cinayət işinə heç bir aidiyyatı yoxdur və yuxarıda istinad edilən məhkəmə hökmü və qərarında da bu hal sübut edilməmişdir. İddiaçı5 adına olan əmlaklara münasibətdə qeyd olunmalıdır ki, İddiaçı2 mərhumun arvadı, İddiaçı1 mərhumun oğlu, İddiaçı3 isə mərhumun qızı olmaqla İddiaçı5 hüquqi varisləridir. 02 sentyabr 2017-ci il tarixdə İddiaçı5 vəfat etmişdir. Bu barədə 3 saylı “ASAN xidmət” Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixli, AZ-İ 897182 saylı “Ölüm haqqında Şəhadətnamə” verilmişdir. İddiaçıların İddiaçı5 vərəsəsi olmaları həmçinin B akı şəhəri Xnotariat kontorunun 03 yanvar 2019-cu il tarixli, X Arayışı ilə də təsdiq edilir. İddiaçı2 mərhum əri İddiaçı5 ilə rəsmi nikahda olmuşdur və mərhumun adına olan əmlaklar onların birgə nikahı dövründə əldə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə, iş № 2(001)-86/2021) iddia tələbi qismən təmin edilərək, “X27” kompleksində yerləşən A B C saylı mənzillərin həbsdən azad edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cinayət Prosessual Məcəlləsinin XXXİİ fəsli cinayət mühakimə icraatında əmlak üzərinə həbs qoyulmasının və əmlakın həbsdən azad edilməsinin şərtlərini, əsaslarını və qaydalarını müəyyənləşdirmişdir. Belə ki, Azərbaycan Respub likası Cinayət Prosessual Məcələsinin 248.1.1-ci maddəsinə görə əmlak üzərinə həbs mülki iddianın və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsini təmin etmək məqsədilə tətbiq edilir. Cinayət Prosessual Məcəllənin şərh olunan maddəsində əmlak üzərinə həbs qoyulmasının iki məqsədi müəyyən edilir: birincisi mülki iddianın təmin edilməsi, ikinci cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsinin təmin edilməsi. Qanunun mənasına görə mülki iddianın təmin edilməsi məqsədilə əmlak üzərinə həbs o halda qoyula bilər ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verilmiş olsun. Cinayət Prosessual Məcəlləsinin 183-cü maddəsi cinayət mühakimə icraatı zamanı mülki iddia verilməsinin qaydalarını tənzimləyir. Həmin normanın mənasına görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Cinayət Prosessual Məcəlləsinin 248.1.1-ci maddəsinin əmlak üzərinə həbs qoyulmasını şərtlərindən ikinci tələbi isə ondan ibarətdir ki, bu tədbir cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsinin təmin edilməsi məqsədi ilə həyata keçirilir. Qanunun mənasına görə əmlak müsadirəsinin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs yalnız o hallarda qoyula bilər ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında əlavə cəza növü qismində əmlak müsadirəsinin tətbiqi nəzərdə tutulmuş olsun. Əmlak üzərinə həbs qoyulmasının faktiki əsası qismində mülki iddiaçının və ya əmlak müsadirəsinin təmin edilməsi məqsədilə üzərinə həbs qo yula bilən əmlakın gizlədilməsinə, özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə dair əsaslandırılmış ehtimalların olması çıxış edir. Belə ehtimallar cinayət təqibi üzrə konkret faktlar, məsələn əmlakın satılması üçün cəhdlər edilməsi, vurulmuş zərəri ödəməkdən imtina edilməsi və sair əsasında formalaşa bilər. Əmlak üzərinə həbs qoymanın hüquqi əsasını isə təxirəsalınmaz hallarda müstəntiqin, digər bütün hallarda isə məhkəmənin qərarı təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248.3-cü maddəsində üzərinə həbs qoyula biləsi əmlakların dairəsi müəyyən edilmişdir: a) təqsirləndirilən şəxsin ər-arvadın birgə mülkiyyətindəki payı; b) təqsirləndirilən şəxsin digər şəxslərlə mülkiyyətindəki payı; c) cinayətin törədilməsində alət kimi istifadə edilən əmlak; ç) cinayətin p redmetləri; d) cinayət yolu ilə əldə edilmiş vəsait hesabına alınmış və artırılmış əmlak. Əmlak üzərinə həbs qoyulması barədə məsələ həll edilərkən həmin əmlakın mövcud olub-olmaması, əmlakın mülkiyyətçisinin və ya sahibinin müəyyənləşdirilməsi vacib şərtdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 1(101)-61/2018 saylı hökmündə qeyd edilmişdir ki, “... Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 991.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət işi üzrə ibtidai is tintaq zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına əldə edilməsi əsası ilə aşağıdakı daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulmuşdur: 1.759.500 manat dəyərində olan X6 adına "xxxx" MMC-dən Bakı şəhəri, ünvan, 151 ünvanında yerləşən “X27” kompleksində 615B saylı mənzil; 63.000 manat dəyərində olan X6 adına "xxxx" MMC-dən Bakı şəhəri, ünvan, 151 ünvanında yerləşən “X27” kompleksində 40 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan X6 adına "xxxx" MMC-dən Bakı şəhəri, ünvan, 151 ünvanında yerləşən “X27” kompleksində 236 nömrəli (1-ci zirzəmi mərtəbəsi) avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan İddiaçı5 adına “X27” kompleksində 37 nömrəli avtomobil dayanacaq sahəsi; 63.000 manat dəyərində olan İddiaçı5 adına “X27” kompleksində 38 nömrəli av tomobil dayanacaq sahəsi; müqavilə qiyməti 607.986 manat olan və 407.126 manat ödənilmiş İddiaçı5 adına “X27” kompleksində 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat dəyərində olan və 407.406 manat ödənilmiş İddiaçı5 adına “X27” kompleksində 1201A saylı mənzil; müqavilə qiyməti 615.280 manat olan və 204.207 manat ödənilmiş İddiaçı1 adına “X27” kompleksində 609A saylı mənzil; 63.000 manat dəyərində olan İddiaçı1 adına “X27” kompleksində 41 nömrəli avtomobil dayanacaq sahəsi; 1.408.000 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Ünvan 6küçəsində yerləşən 185 nömrəli binanın 1-ci yarımzirzəmisində 176 m2 ölçüdə qeyri-yaşayış sahəsi; 509.200 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Ünvan 6küçəsində yerləşən 185 nömrəli binada 134,3 m2 qeyri-yaşayış sahəsi; 664.200 manat də yərində olan İddiaçı2 adına Bakı şəhəri, Ünvan 6küçəsində yerləşən 185 nömrəli binada 246 m2 ümumi sahədən ibarət olan 2 nömrəli mənzil; 234.900 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Ünvan 5 küçəsi, ev 11, C bloku, 1-ci giriş, 32 nömrəli mənzil; 650.700 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Ünvan 5 küçəsi, ev 11, C bloku, 1-ci giriş, 33 nömrəli mənzil; 650.700 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Ünvan 5 küçəsi, ev 11, 1-ci giriş, 36 nömrəli mənzil; 372.600 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Ünvan 5 küçəsi, ev 11, 2-ci giriş, 8 nömrəli mənzil; 461.700 manat dəyərində olan İddiaçı2 adına Bakı şəhəri, Ünvan 5 küçəsi, ev 11, 1-ci giriş, 31 nömrəli mənzil; 1.081.000 manat dəyərində İddiaçı2 adına Bakı şəhəri, Ünvan 3qəsəbəsində mülkiyyətində olan 0,94 ha torpaq sahəsi; 966.299 manat dəyərində olan İddiaçı5 adına Bakı şəhəri, Ünvan 3qəsəbəsi, ünvanında mülkiyyətində olan 0,84026 ha torpaq sahəsi; 3.212.600 manat dəyərində olan İddiaçı5 adına Bakı şəhəri, Ünvan 3qəsəbəsində 1709 saylı bağ sahəsinin 0,04 ha hissəsi; 702.000 manat dəyərində olan İddiaçı5 adına Bakı şəhəri, Ünvan 3qəsəbəsində 1708A saylı bağ sahəsinin 0,06 ha hissəsi; 626.400 manat dəyərində olan İddiaçı4 adına Bakı şəhəri, Ünvan 4 küçəsi, 58 №-li evin, 9 nömrəli mənzili; 515.200 manat dəyərində olan X6 adına Bakı şəhəri, Ünvan 4 küçəsi, 60 saylı evin 9 saylı mənzili; 47.169 manat dəyərində olan X6 adına qeydiyyata alınmış AZ***** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X36” markalı avtomaşın; 50.313,60 manat dəyərində olan X35 oğlunun adına qeydiyyata alınmı ş AZ***** dövlət qeydiyyat nişanlı 2010-cu il buraxılışlı “Porsche Cayenne” markalı avtomaşın; 134.169,60 manat dəyərində olan X35 oğlunun adına qeydiyyata alınmış AZ**-FE-*** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı “X37” markalı maşın; 76.518,60 manat dəyərində olan İddiaçı5 adına qeydiyyata alınmış AZ**XXX*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Porsche Cayenne” markalı maşın; 48.217,20 manat dəyərində olan İddiaçı4 adına qeydiyyata alınmış AZ***** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X34” markalı maşın, İddiaçı4 Mirmehdi oğlunun "xxxx" ASC-dəki ******************** nömrəli kart hesabındakı 3032,26 manat vəsaitin üzərinə həbs qoyulmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, üzərinə həbs qoyulmuş əmlakların siyahısından görünür ki, X0 0ova i lə yanaşı onun atası İddiaçı5 və anası İddiaçı2 mülkiyyətində olan daşınmaz əmlakların da üzərinə həbs qoyulmuşdur. Lakin məhkəmə istintaqı zamanı təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X0 0ovanın atası İddiaçı5 uzun müddət (hazırki dövrədək) əmək fəaliyyəti ilə məşğul olmuş və öz ixtisası üzrə bir çox nailiyyətlər əldə etmiş şəxs olmuşdur. «... Həmçinin, ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş müqavilə qiyməti 607986 manat olan və 407126 manat ödənilmiş İddiaçı5 adına “X27” kompleksində 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat dəyərində olan və 407.406 manat ödənilmiş İddiaçı5 adına “X27” kompleksində 1201A saylı mənzil və müqavilə qiyməti 615280 manat olan və 204207 manat ödənilmiş İddiaçı1 adına “X27” kompleksində 609A saylı mənzil barəsi ndə xüsusi müsadirə tətbiq edilməklə, həmin mənzillər xüsusi hərrac vasitəsilə satılmalı, mənzillərin satışından əldə olanan pul vəsaitindən müvafiq olaraq 407.126 manat, 407.406 və 204.207 manat cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməli, yerdə qalan məbləğlər isə “X27” kompleksinin mülkiyyətçisinə ödənilməlidir”. Göründüyü kimi, hökmdə mülkiyyət hüququnun qorunması ilə bağlı milli və beynəlxalq qanunvericiliyin müddəalarına istinad edilsə də, dəyəri ödənilməmiş mənzillərin üzərinə həbsin qoyulması ilə hüquqları məhdudlaşdırılmış hüquqi şəxsin hüquqlarının bərpa edilməsi həmin mənzillərin xüsusi hərrac vasitəsilə satılaraq mənzillərin satışından əldə olanan pul vəsaitindən müvafiq olaraq 407126 manat, 407406 və 204207 manat cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldildikdən sonra hər hansı məbləğin qalıb-qalmaması ilə şərtləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə müvafiq olaraq, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır... Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Birin ci instansiya məhkəməsi işin mübahisəsiz halı olaraq qeyd etmişdir ki, “X27” kompleksində yerləşən müqavilə qiyməti 607986 manat olan 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat olan 1201A saylı mənzil və müqavilə qiyməti 615280 manat olan 609A saylı mənzillərin dəyəri tam ödənilməmiş (1201A və 1202A saylı mənzillərin dəyərinin ~66%, 609A saylı mənzilinin isə dəyərinin ~33% ödənilmişdir) və belə olan halda mənzillərin alıcıları olan İddiaçı5 və İddiaçı1 həmin mənzillərə mülkiyyət hüququ əldə etməmiş və onların mənzillərin satıcısı – "xxxx" MTK qarşısında öhdəlikləri icra edilməmiş qalmışdır. Belə olan halda həmin mənzillərin üzərində həbsin saxlanılması bir tərəfdən mənzillərin alıcılarının həddən artıq əsassız yüklənməsinə (icra olunmamış müqavilələr üzrə cərimələrin ödənilməsi v ə s.), digər tərəfdən isə işə ümumiyyətlə heç bir aidiyyəti olmayan hüquqi şəxsin əhəmiyyətli dərəcədə zərər çəkməsinə səbəb olacaq. Hökmdə qeyd olunan mənzillərin xüsusi hərrac vasitəsilə satılaraq, mənzillərin satışından əldə olanan pul vəsaitindən müvafiq olaraq 407126 manat, 407406 və 204207 manatın cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməsi, yerdə qalan məbləğlərin isə “X27” kompleksinin mülkiyyətçisinə ödənilməsi nəzərdə tutulmaqla əslində müqavilə hüququnun təsir dairəsində olan məsələlər birtərəfli olaraq həll olunmuş, alıcıların icra olunmamış öhdəlikləri və satıcının hüquqları qeyri-müəyyən vəziyyətdə saxlanılmışdır. Məhkəmə bunun qanuni olmadığını qeyd edərək hesab etmişdir ki, hüququn qanunun aliliyi və bərabərlik təməl prinsiplərinin tələ blərindən çıxış edilərək, dövlətin mülkiyyət münasibətlərinə müdaxiləsi özbaşına olmamalı və cəmiyyətin mənafeyinin tələbləri ilə əsas hüquqların qorunması üçün zəruri şərtlər arasındakı tarazlıq pozulmamalı, vasitələr və hədəflər arasında məqbul bir mütənasiblik qorunmalıdır. Cinayət nəticəsində dəymiş maddi ziyanın ödənilməsinə dair mülki iddialar - mülki və ya cinayət prosesində baxılmasından asılı olmayaraq - mülki hüquq normalarına uyğun olaraq həll edildiyi üçün, məhkəmələr cinayət mühakimə icraatında mülkiyyət hüququ ilə bağlı məsələləri həll edərkən, xüsusi mübahisələrin həlli mexanizmlərinin cinayət prosesinin ictimai-hüquqi hədəflərinə çatmağa yönəlmiş cinayət prosessual vasitələri ilə əvəz edilməsinə imkan verməməlidir. Hökmün mülki iddia hissəsində icrasının təmin edilməsi məqs ədi ilə əmlak üzərinə həbs qoyulması müvafiq əmlakın mülkiyyətçisi üçün sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır və buna görə qeyd olunan məhdudlaşdırma ağlabatan və hüquqi cəhətdən əsaslandırılmış olmalıdır - bu, konkret bir şəxsin cinayət fəaliyyətində iştirakı və ya konkret əmlakın mənşəyinin iddia edilən cinayət xarakteri ilə şərtləndirilməli və ya mülkiyyətçinin şübhəli və ya təqsirləndirilən şəxsin hərəkətləri üçün maddi məsuliyyətini müəyyənləşdirən qanuna əsaslanmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 25 iyul 2018-ci il tarixli, 1(103)-708/2018 saylı qərarından görünür ki, İddiaçı4, İddiaçı2, İddiaçı1, eləcə də İddiaçı5 hüquqi varisləri (İddiaçı1, İddiaçı2 və X13) maraqlı şəxslər qismində Bakı Ağır Cinayətlər Məhkəm əsinin 14 mart 2018-ci il tarixli, 1(101)-61/2018 saylı hökmündən apellyasiya şikayətləri vermişlər, lakin sonradan onların nümayəndəsi və vəkili Vəkil1 Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək nümayəndəsi olduğu yuxarıda qeyd olunan şəxslərə aid hissədə vermiş olduğu apellyasiya şikayətlərinin geri götürdüyünü bildirmiş və həmin qərarla göstərilən apellyasiya şikayətlərinin baxılmasına xitam verilmişdir. Göründüyü kimi, mülkiyyətlərində olan əmlakın üzərinə əsassız olaraq həbs qoyulması iddia edilən şəxslərin Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 1(101)-61/2018 saylı hökmünü mübahisələndirmək imkanı olmuş, lakin onlar həmin imkandan əvvəl istifadə etsələr də, sonradan apellyasiya şikayətlərini iş materiallarından aydın olmayan səbəblərdən geri götürmü şlər. Onlardan fərqli olaraq, üzərinə həbs qoyulmuş mənzillərin hal-hazırda mülkiyyətçisi olan "xxxx" MTK cinayət işi çərçivəsində hər hansı mərhələdə işə cəlb olunmamış və hüquqi şəxsin hüquqlarını məhdudlaşdıran hökmü mübahisələndirmək imkanı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi “X27” kompleksində yerləşən A B C saylı mənzillərə münasibətdə əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alınd ığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. İş materiallarında olan ərizədən görünür ki, İddiaçı5 hüquqi varislərinin (İddiaçı1, İddiaçı2, X13) nümayəndəsi və vəkili Vəkil1 əmlakların həbsdən azad edilməsi barədə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən iddiaçıl ar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. İddiaçılar apellyasiya şikayətində qətnamənin qismən, iddianın təmin olunmamış hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, onlar əmlakın həbsdən azad edilməsi üzrə hüquqlarını məhz Cinayət Prosessual Məcəlləsinin 253.0-cı maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirmək qərarına gəlmişlər və bu səbəbdən də hökmdən verilmiş apellyasiya şikayətlərini geri götürmüşlər. Məhkəmənin həmçinin öz qətnaməsini əsaslandırm aq üçün Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə istinad etməsi də prosessual hüquq normasının düzgün tətbiq edilməməsidir. İddiaçı1, İddiaçı2, İddiaçı4 həmin hadisəyə heç bir aidiyyəti yoxdur, onlar həmin cinayət işi üzrə nə təqsirləndirilən şəxs, nə də “üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxs” qismində mülki cavabdeh kimi çıxış etməmişlər. Onların mülkiyyətində olan əmlakların Vergilər Nazirliyinin əslində mövcud olmayan “mülki iddiasının” ödənilməsinə yönəldilməsi də hüquqi cəhətdən tamamilə əsassızdır. Məhkəmə cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqdim olunmuş sənədlərə istinad edərək, İddiaçı5 uzun müddət əmək fəaliyyəti ilə məşğul olmasına və öz ixtisası üzrə bir çox nailiyyətlər əldə etmiş şəxs olmasını nəzərə aldığını qeyd etməklə, onun əmlakları üzərinə həbs qoyulma sının əsassız olması nəticəsində gəlsə də, nəzərdən qaçırmışdır ki, İddiaçı2 adına olan əmlaklar da İddiaçı5 ilə birgə nikah dövründə əldə edilmiş əmlaklardır və belə olan halda, həmin əmlakların da əldə edilməsinin legitimliyi şübhə altına alına bilməzdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə görə maddi və prosessual hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2020-ci il tarixli 1(102)-300/2020 nömrəli qanuni qüvvəyə minmiş qərarından da göründüyü kimi müsadirə edilən əmlakların Ü.A.0ovanın cinayət yolu ilə əl də etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə qohumları - İddiaçı5, İddiaçı1, İddiaçı2, İddiaçı4 və X35 oğlunun adına sənədləşdirməsi məhkəmə araşdırmaları zamanı tamamilə sübuta yetirilmişdir. Məhkəmə qərarından da göründüyü kimi həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə qərar qəbul edərkən bildirmişdir ki, üzərinə həbs qoyulmuş mənzillərin hal-hazırda mülkiyyətçisi olan "xxxx" MTK cinayət işi çərçivəsində hər hansı işə cəlb olunmamış və hüquqi şəxsin hüquqlarını məhdudlaşdıran hökmü mübahisələndirmək imkanı olmadığını, belə olan halda isə iddia tələbinin “X27” kompleksində yerləşən A B C saylı mənzillərə münasibətdə əsaslıdır. Bununla bağlı bildirilir ki, eyni cinayət işi ilə əlaqədar, sadəcə icraatı ayrı şəkildə aparılmış digər (iş nömrə si: 1(102)808-18 nömrəli, xx.xx.2018-ci il tarixli) işdə "xxxx" MTK-nın sədri Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək mənzillərin xüsusi müsadirə edilməsi məsələsi həll edilərkən onların iştirakının təmin edilmədiyindən, onların iştirakının təmin edilməsi barədə təqdimat verilməsini xahiş etmişdir. Ali Məhkəmənin sədri tərəfindən təqdimat verildikdən sonra "xxxx" MTK-nın sədri yeni ərizə ilə müraciət edərək əvvəlki müraciətinin geri qaytarılmasını xahiş etmişdir. Bununla əlaqədar Ali Məhkəmənin sədri də təqdimatı geri götürdüyü barədə müraciət etmiş və təqdimat geri qaytarılmışdır. Göründüyü kimi ümumilikdə "xxxx" MTK-nın məhkəmə proseslərindən xəbəri olmuş və digər bununla əlaqədar işdə təqdimatla çıxış etdiyini və sonradan bundan imtina etdiyi məhkəmə qərarında d a öz əksini tapmışdır. Başqa sözlə məhkəmənin indiki halda "xxxx" MTK-nın hüquqlarının pozulması ilə əlaqədar bildirdiyi fikirlərin heç bir hüquqi əsası olmamışdır. Məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən hüquqi şəxsin hüquqlarının pozulduğunu bildirsə də, indiki qərarı ilə dövlətə çatmalı olan vergilərin hansı qaydada ödənilməsini aydınlaşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2021-ci il i tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov, iş № 2(103)-4395/2021) müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçıların apellyasiya şikayətinin qismən təmin e dilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(001)86/202X qətnaməsinin mübahisələndirilən hissədə qismən - iddianın təmin edilməmiş İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Ünvan 6rayonu, Ünvan 8 yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsi və X6 mülkiyyətində olan ünvan 10, 9 saylı mənzilə aid hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Ünvan 6rayonu, Ünvan 8 yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsinin və X6 mülkiyyətində olan ünvan 10, 9 saylı mənzilin həbsdən azad edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçılar Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə istinad edərək hazırki iddianı qaldırmışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirə n prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Hazırki iddia tələbinin prosessual əsasını CPM-in 253-cü maddəsi təşkil etmir. Qeyd edilən norma cinayət mühakimə icraatı qaydasında ibtidai araşdırma zamanı üzərinə həbs qoyulmuş əmlakın həbsdən azad edilməsi qaydasını müəyyən edir. Hazırki iddianın prosessual əsasını Cəzaların İcrası Məcəlləsinin 183-cü maddəsi təşkil edir. Cəzaların İcrası Məcəlləsinin 183-cü maddəsinə əsasən xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə yekun qərar çıxarmış məhkəmə həmin qərar qanuni qüvvəyə mindikdən sonra onun surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir (183.1). Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir (183.2). Göründüyü kimi, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlaklar üzərində sahiblik hüququnun mübahisələndirilməsinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır və həll edilir. Hazırki iddia tələbi də yekun məhkəmə qərarı ilə xüsusi müsadirə edilməli əmlaklar üzərində sahiblik hüququ ilə bağlı olduğundan mülki mühakimə icraatı çərçivəsində baxılması qanuni və əsaslıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 1(101)-61/2018 saylı hökmündən müəyyən edilir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına əldə edilməsi əsası ilə aşağıdakı daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyu lmuşdur. Hökmdə qeyd edilmişdir ki, «Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində konkret olaraq hansı əmlakların xüsusi müsadirə əsasında məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alına bilinməsi göstərilmişdir və həmin maddənin tələbinə əsasən yalnız və yalnız cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və əmlakın xüsusi müsadirə edilməsindən bəhs olunur. Üzərinə həbs qoyulmuş əmlakların siyahısından görünür ki, X0 0ova ilə yanaşı onun atası İddiaçı5 və anası İddiaçı2 mülkiyyətində olan daşınmaz əmlakların da üzərinə həbs qoyulmuşdur. Lakin məhkəmə istintaqı zamanı təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X0 0ovanın atası İddiaçı5 uzun müddət (hazırki dövrədək) əmək fəaliyyəti ilə məşğul olmuş və öz ixtisası üzrə bir çox nailiyyətlər əldə etmiş şəxs olmuşdur. İddiaçı5 mülkiyyətində olan Bakı şəhəri, Ünvan 3qəsəbəsi, ünvanında mülkiyyətində olan 0,84026 ha torpaq sahəsi; Bakı şəhəri, Ünvan 3qəsəbəsində 1708A saylı bağ sahəsinin 0,06 ha hissəsi; İddiaçı2 mülkiyyətində olan ünvan 6 ünvanında inşa edilmiş yaşayış binasında 134,3 kv.m və 176 kv.m qeyri-yaşayış sahələri; Bakı şəhəri, Ünvan 6küçəsində yerləşən 185 ünvanında inşa edilmiş yaşayış binasında 246 kv.m ümumi sahədən ibarət 5 otaqlı 2 nömrəli mənzil; Bakı şəhəri, Ünvan 5 küçəsi, ev 11, 1-ci giriş, 31 nömrəli mənzil; Bakı şəhəri, Ünvan 5 küçəsi, ev 11, 1-ci giriş, 36 nömrəli mənzil; Bakı şəhəri, Ünvan 5 küçəsi, ev 11, 2-ci giriş, 8 nömrəli mənzil; Bakı şəhəri, Ünvan 5 küçəsi, ev 11, C bloku, 1-ci giriş, 32 nömrəli mənzil; Bakı şəhəri, Ünvan 5 küçəsi, ev 11, C bloku, 1-ci giriş, 33 n ömrəli mənzilin mülkiyyət kimi əldə edilmə dövrləri 2005-2007-ci və 2011-ci illərə təsadüf etdiyindən, həmin dövrdə İddiaçı5 müstəqil əmək fəaliyyəti ilə məşğul olduğundan və adı çəkilən daşınmaz əmlakların cinayət yolu ilə əldə edilmiş pul və ya digər əmlak hesabına əldə edilmələri ilə bağlı mötəbər sübutlar olmadığından həmin əmlaklar üzərinə qoyulmuş həbs götürülməli və həmin daşınmaz əmlaklara münasibətdə xüsusi müsadirə tətbiq edilməməlidir, həmçinin İddiaçı5 adına qeydiyyata alınmış AZ**XXX*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Porsche Cayenne” markalı avtomaşının üzərinə qoyulmuş həbs götürülməli və həmin əmlaklara münasibətdə xüsusi müsadirə tətbiq edilməməlidir». AR ƏMDK yanında DƏDRX-in X Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış sorğuya cavab məktubuna əlavə edilm iş xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X9 (Satıcı) ilə İddiaçı2 (Alıcı) arasında bağlanılmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Ünvan 6rayonu, Ünvan 8 yolunda mülkiyyətində olan 0,94 ha torpaq sahəsində yerləşən 229,5 kv.m ümumi, 170,2 kv.m əsas, 59,3 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını alıcının mülkiyyətinə verir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(102)357/09 nömrəli qərarından da görünür ki, XX xx.xx.2006-cı il tarixdə mülkiyyətində olan 106,3 kv.m qeyri-yaşayış sahəsini və 0,84 ha torpaq sahəsini Bakı şəhəri X Dövlət Notariat Kontorunda təsdiq olunmuş müqaviləyə əsasən İddiaçı5, X9 isə xx.xx.2007-ci il tarixdə mülkiyyətində olan 0,94 ha torpaq sahəsində yerləşən 229,5 kv.m qeyri-yaşayış sahəsini Bakı şəhəri XDövlət Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 satmışdır. Göründüyü kimi, Bakı şəhəri, Ünvan 6rayonu, Ünvan 8 yolu küçəsində yerləşən 0,84 ha torpaq sahəsi 2006-cı il tarixdə İddiaçı5 tərəfindən alınmış, Bakı şəhəri, Ünvan 6rayonu, Ünvan 8 yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsi də təxminən eyni ərəfədə - xx.xx.2007-ci il tarixdə İddiaçı2 tərəfindən alınmışdır. İddiaçı5 və X (ər-arvad) tərəfindən ayrı-ayrı alqı-satqı müqaviləsi ilə eyni ərazidə olan iki torpaq sahəsi alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən İddiaçı5 məxsus Bakı şəhəri, Ünvan 6rayonu, Ünvan 8 yolu küçəsində yerləşən 0,84 ha torpaq sahəsi üzərinə qoyulmuş həbs götürülsə də, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Ü nvan 6rayonu, Ünvan 8 yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsi üzərində olan həbs götürülməmişdir. İş materiallarından aydın olur ki, Bakı şəhəri, Ünvan 6rayonu, Ünvan 8 yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsi 2007-ci ildə X tərəfindən özünün (ola bilər mərhum ərinin) qazancı hesabına alınmışdır, bu əmlakın X0 0ovanın cinayət yolu əldə etdiyi vəsait hesabına alınması inandırıcı və ağlabatan hesab edilmir, ona görə də kollegiya hesab edir ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Ünvan 6rayonu, Ünvan 8 yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsi həbsdən azad edilməlidir. Bundan başqa ƏMDK yanında DƏDRX-nin X Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış sorğuya cavab məktubuna əlavə edilmiş xx.xx.2003-cü il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən ünvan 8 ünvanda yerləşən 4 otaqlı 184 kv.m ümumi sahədən ibarət 9 saylı mənzili X13 tərəfindən alınmışdır. Apellyasiya baxışı zamanı X38 oğlu ərizə ilə müraciət edərək, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmiş və kollegiya tərəfindən o, işə cəlb edilmişdir. Ərizədən və iş materiallarından müəyyən edilir ki, X35 oğlu ilə a (0ova) X0 qızı 1997-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, nikahın pozulması haqqında şəhadətnamədən də görünür ki, 2018-ci ildə nikahları ləğv edilmişdir. Göründüyü kimi, ünvan 10, 9 saylı mənzil 2003-cü ildə yəni, X0 0ova ilə X32 birgə nikah dövründə əldə edilmişdir. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən müəyyən edilir ki, X0 0ova 2004-cü il tarixdən şirkətdə işləməyə başlamışdır. Belə olan halda, həmin əmlakın X0 0o va tərəfindən cinayət yolu ilə əldə edilmiş pul və ya digər əmlak hesabına əldə edilməsi qənaətinə gəlmək və bu əsasla üzərində həbsin saxlanılması yolverilməzdir. X38 oğlu qeyd edilən əmlak ilə bağlı iddia tələbi irəli sürməsə də, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi barədə ərizəsində birgə nikah dövründə əldə edildiyini iddia etdiyi əmlakların, o cümlədən qeyd edilən mənzilin həbsdən azad edilməli olduğunu göstərmişdir. Kollegiya hesab etmişdir ki, birgə nikah dövründə əldə edilmiş ünvan 10, 9 saylı mənzilin üzərində həbsin saxlanılması üçüncü şəxs qismində cəlb edilmiş X38 oğlunun mənafeyinə toxunur və onun hüquqlarını pozur. X6 mülkiyyətində olan ünvan 10, 9 saylı mənzili həbsdən azad edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tari xli hökmü ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş mülki iddia təmin edilmiş və X13 və X7 müştərək qaydada 4.869.054,46 manatın alınaraq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Hökmdə göstərilmişdir ki, ibtidai istintaq zamanı üzərinə həbs qoyulmuş müqavilə qiyməti 607986 manat olan və 407126 manat ödənilmiş İddiaçı5 adına “X27” kompleksində 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat dəyərində olan və 407.406 manat ödənilmiş İddiaçı5 adına “X27” kompleksində 1201A saylı mənzil və müqavilə qiyməti 615280 manat olan və 204207 manat ödənilmiş İddiaçı1 adına “X27” kompleksində 609A saylı mənzil barəsində xüsusi müsadirə tətbiq edilməklə, həmin mənzillər xüsusi hərrac vasitəsilə satılmalı, mənzillərin satışından əldə olanan pul vəsaitindən müvafiq ola raq 407.126 manat, 407.406 və 204.207 manat cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməli, yerdə qalan məbləğlər isə “X27” kompleksinin mülkiyyətçisinə ödənilməlidir. İş materiallarından müəyyən edilir ki, “X27” kompleksində yerləşən müqavilə qiyməti 607986 manat olan 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat olan 1201A saylı mənzil və müqavilə qiyməti 615280 manat olan 609A saylı mənzillərin dəyəri tam ödənilməmiş (1201A və 1202A saylı mənzillərin dəyərinin 66%, 609A saylı mənzilinin isə dəyərinin 33% ödənilmişdir) və belə olan halda mənzillərin alıcıları olan İddiaçı5 və İddiaçı1 həmin mənzillərə mülkiyyət hüququ əldə etməmiş və onların mənzillərin satıcısı "xxxx" MTK qarşısında öhdəlikləri icra edilməmiş qalmışdır. Məhkəmə belə nəticəyə gəlmi şdir ki, belə olan halda həmin mənzillərin üzərində həbsin saxlanılması bir tərəfdən mənzillərin alıcılarının həddən artıq əsassız yüklənməsinə (icra olunmamış müqavilələr üzrə cərimələrin ödənilməsi və s.), digər tərəfdən isə işə ümumiyyətlə heç bir aidiyyəti olmayan hüquqi şəxsin əhəmiyyətli dərəcədə zərər çəkməsinə səbəb olacaq. Hökmdə qeyd olunan mənzillərin xüsusi hərrac vasitəsilə satılaraq, mənzillərin satışından əldə olunan pul vəsaitindən müvafiq olaraq 407126 manat, 407406 və 204207 manatın cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməsi, yerdə qalan məbləğlərin isə “X27” kompleksinin mülkiyyətçisinə ödənilməsi nəzərdə tutulmaqla əslində müqavilə hüququnun təsir dairəsində olan məsələlər birtərəfli olaraq həll olunmuş, alıcıların icra olunmamış ö hdəlikləri və satıcının hüquqları qeyri-müəyyən vəziyyətdə saxlanılmışdır. Üzərinə həbs qoyulmuş mənzillərin hal-hazırda mülkiyyətçisi olan "xxxx" MTK cinayət işi çərçivəsində hər hansı mərhələdə işə cəlb olunmamış və hüquqi şəxsin hüquqlarını məhdudlaşdıran hökmü mübahisələndirmək imkanı olmamışdır. Belə olan halda məhkəmə iddia tələbinin “X27” kompleksində yerləşən A B C saylı mənzillərə münasibətdə əsaslı olması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, həmin hissədə məhkəmənin qənaəti qanuni və əsaslıdır. Həmin mənzillərin dəyəri tam ödənilmədiyindən müvafiq olaraq İddiaçı5 və İddiaçı1 mülkiyyət hüququ əldə etməmişdir, mülkiyyətçi olan "xxxx" MTK isə cinayət işi üzrə cəlb edilməmişdir. İddia tələbinin qalan hissələri ilə bağlı da kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəl mişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin şikayətinin dəlilləri əsassızdır. Kollegiya onu da qeyd edir ki, hökmlə təmin olunan və X13 və X7 müştərək qaydada tutulmalı olan mülki iddianın həcmi 4.869.054,46 manat olduğu halda, təkcə X10 aid edilərək üzərinə həbs qoyulmuş əmlakların (daşınar və daşınmaz əmlaklar, qızıl-zinət əşyaları, nağd pul və s.) dəyəri təxminən 8.800.000 manat təşkil etmişdir. Başqa sözlə, hazırki iddianın qismən təmin edilməsi cinayət işi üzrə təmin edilmiş mülki iddianın ödənilməsinə mane olmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Müstəqil tələb irəli sürməyən 3-c ü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi (vəkil Vəkil oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2021-ci il i tarixli, 2(103)-4395/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə istinad edərək X12 mülkiyyətində olan Bakı şəhəri, Ünvan 6rayonu, Ünvan 8 yolu küçəsində yerləşən 0.94 ha torpaq sahəsi üzərində olan həbsin qalmasının düzgün olmadığını bildirmişdir. Məhkəmə nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarında həmin əmlakın üzərinə də həbsin qoyulması qərarın a gəlinmişdir. Cəzaların İcrası Məcəlləsinin qeyd edilən müddəası ilə bağlı qeyd edilir ki, həmin müddəa qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı icraçının hərəkətlərini tənzimləyir. Belə ki, hər hansı bir qərara əsasən mülkiyyətçisi bəlli olunmayan əmlak üzərində müsadirənin tətbiq edilməsi zamanı icraçı həmin əmlakın mülkiyyətçisinin müəyyənləşdirilməsi məsələsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi həmin maddəyə əsasən müəyyən edilir. Qeyd edilən müddəa üzrə həmin əmlakın müsadirədən azad edilməsi müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd edilən müddəaya istinad etməklə AR MPM-in 9-cu maddəsinin tələbləri pozmuşdur. Məhkəmə qərar qəbul edərkən çəkişmə prinsipi qorunmalı, faktlara söykənməli və ən əsası tərəflərin təqdim etdiyi dəlillərə mütənasib qərar qəbul etməlidir. Halbuki məhkəmə birinci instansiya məhkəməsində mübahisələndirilməyən və tərəfin təqdim etmədiyi dəlilə istinad etməklə, həmçinin apellyasiya məhkəməsi icraatında olarkən məhkəmə qərarına əsas olmuş hüquqi dəlil müzakirə edilmədən qərar qəbul etmişdir. Mövcud mübahisə əvvəlki məhkəmə proseslərində müzakirə edilmiş həmin əmlakların digər şəxslərə aid olmasını əsas gətirərək həbsdən azad edilməsi tələb olunsa da, məhkəmə tərəfindən bu dəlillər əsassız hesab edilmişdir. Eyni cinayət işi ilə əlaqədar, sadəcə icraatı ayrı şəkildə aparılmış digər (iş № 1(102)-808-18, xx.xx.2018-ci il tarixli) işdə "xxxx" MTK-nın sədri Ali Məhkəməsinin sədrinə müraciət edərək, mənzillərin xüsusi müsadirə edilməsi məsələsi həll edilərkən onların iştirakının təmin edilmədiyindən, onların iştirakının təmin edilməsi barədə təqdimat verilməsini xahiş etmişdir. Ali Məhkəmənin sədri tərəfindən təqdimat verildikdən sonra "xxxx" MTK-nın sədri yeni ərizə ilə müraciət edərək əvvəlki müraciətinin geri qaytarılmasını xahiş etmişdir. Bununla əlaqədar Ali Məhkəmənin sədri də təqdimatı geri götürdüyü barədə müraciət etmiş və təqdimat geri qaytarılmışdır. Ümumilikdə "xxxx" MTK-nın məhkəmə proseslərindən xəbəri olmuş və digər bununla əlaqədar işdə təqdimatla çıxış etdiyini və sonradan bundan imtina etdiyi məhkəmə qərarında da öz əksini tapmışdır. Məhkəmənin indiki halda "xxxx" MTK-nın hüquqlarının pozulması ilə əlaqədar bildirdiyi fikirlərin heç bir hüquqi əsası olmamışdır. Belə ki, qeyd edilən və bu işlə əlaqədar keçirilən və yekunlaşan digər məhkəmə işində məhkəmə tərəfindən oxşar məsələyə hüquqi qiymət verərək mənzillərə xüsusi müsadirənin tətbiq edilməsi və həmin mənzillərin xüsusi hərracda satılmasına dair hissədə dəyişdirərək, X16 tərəfindən mənzillərə görə MTK-ya ödənilmiş vəsaitin dövlət nəfinə xüsusi müsadirə edilməsi barədə qərar qəbul edilmişdir. Başqa sözlə, oxşar məsələyə dair məhkəmə ödənilmiş hissənin müsadirə edilməsi barəsində qərar çıxarsa da, indiki halda məhkəmə ümumiyyətlə qanuni qüvvəyə minmiş məhkəmənin səhv nəticəyə gəlməsini bildirmiş və A B C mənzillər həbsdən azad edilməsi barədə qərar qəbul etsə də sonrakı məsələləri açıq şəkildə saxlanılmışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2020-ci il tarixli 1(102)-300/2020 nömrəli qanuni qüvvəyə minmiş qərarından da göründüyü kimi müsadirə edilən əmlakların X5 (hazı rda İddiaçı3) cinayət yolu ilə əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə qohumları-İddiaçı5 İsmayı oğlunun, İddiaçı1, İddiaçı2, İddiaçı4 və X1 adına sənədləşdirməsi məhkəmə araşdırmaları zamanı tamamilə sübuta yetirilmişdir. Məhkəmə qərarından da göründüyü kimi həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmənin gəldiyi nəticə ilə əlaqədar bir daha bildiririk ki, məhkəmə qərar qəbul edilərkən qanuni qüvvəyə minmiş Ali Məhkəmənin düzgün qərar qəbul etmədiyini və bir növ məhkəmədən yuxarı instansiya məhkəməsi (Konstitusiya Məhkəməsi) kimi Ali Məhkəmənin qərarını iddia tələbinin təmin edilməsi hissəsində ləğv etmişdir. Belə ki, ilk növbədə bir daha bildiririk ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında təsdiq edildiyi kimi, hal hazırki qərarla həbsdən azad edilən əmlaklar cinayət yolu ilə əldə edilmiş əmlaklardır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarında həmin əmlakların xüsusi müsadirə edilməklə mülki iddiaya yönəldilməsini bildirmişdir. Başqa sözlə artıq bu əmlakların cinayət yolu ilə əldə edilməsi sübut edilmişdir. Lakin məhkəmə indiki qərarı ilə cinayət yolu ilə edilmiş əmlakların həbsdən azad edilməsi barədə qərar qəbul etmişdir. Halbuki məhkəmə tərəfindən istinad edilmiş Cəzaların İcrası Məcəlləsinin 183-cü maddəsi birbaşa xüsusi müsadirə edilmiş əmlakların mülkiyyətçilərinin müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləyir. Yəni məhkəmə həmin əmlakların cinayət yolu ilə əldə edildiyini təsdiq etməklə bərabər onların həbsdən azad olunması və cinayət yolu ilə əldə edilmiş əmlakların azad olunması barədə qərar qəbul etmi şdir. Həmçinin məhkəmə qərarında həbsdən azad etdiyi “X33”dəki əmlakların cinayət yolu ilə əldə edilmədiyini bildirməmiş və mülki müqavilə üzrə öhdəliklərin cinayət yolu ilə əldə edilmiş və dövlət nəfinə keçməli əmlaklardan üstün olması qərarına gəlmiş, lakin hakim gəldiyi nəticəni qanunvericiliyə istinad etməklə əsaslandırmamışdır. Məhkəmə düzgün olmayaraq müsadirə edilmiş əmlakların mülki iddiaya yönəldilmiş əmlakların dəyərindən çox olduğunu bildirmiş, lakin onu nəzərə almamışdır ki, bu əmlaklar cinayət yolu ilə əldə edilmişdir, həmin əmlakların hansı məbləğə satılacağı, ümumiyyətlə hansı əmlakların satılmasının mümkünlüyü, gələcəkdə qalan əmlakların dövlətin nəfinə keçməli olduğu halda cinayət törətmiş şəxslərdə qalmasını, ümumiyyətlə heç bir müddəaya istinad edilmədən belə bir qərarın verilməsinin qanunvericiliyə zidd olmasını nəzərə almamışdır. İddiaçılar tərəfindən verilmiş hazırki iddia mümkün hesab edilməməlidir. Bu iddia ərizəsində göstərilənlər bütünlüklə Ali Məhkəmədə müzakirə edilmiş və yekun qərar qəbul edilmişdir. "xxxx" MTK öz hüquqlarının pozulmasını bildirdikdə isə bununla bağlı əvvəlki Ali Məhkəmə qərarından şikayət verməli və münasibətini həmin məhkəmə prosesləri zamanı bildirməli idi. Barəsində xüsusi müsadirə tətbiq edilmiş daşınar və daşınmaz əmlakların həbsdən azad edilməsinin heç bir hüquqi əsası yoxdur. Qeyd edilən cinayət işi üzrə Dövlət Vergi Xidmətinin Gəlirlər Baş İdarəsinin mülki iddiası təmin edilmişdir. Lakin icra orqanı tərəfindən mülki iddianın təmin olunmuş məbləğin alınması ilə bağlı tədbirlər əmlakların həbsdən azad edilməsinə dair iddi a ilə əlaqədar dayandırılmışdır. Qeyd edilənlərdən göründüyü kimi iddiaçılar tərəfindən indiki iddia ərizəsi heç bir əsas olmadan və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda verilmiş və əsas məqsədin icra sənədinin icra olunmasının uzadılması və məhkəmə qərarının icrasının bilərəkdən gecikdirilməsi məqsədi daşımışdır. İndiki mübahisələndirlən məsələ üzrə məhkəmə düzgün olmayaraq cavabdeh kimi vergi orqanını deyil, Azərbaycan Respublikası Baş Prokurorluğu Xüsusi müsadirə məsələlərinin əlaqələndirməsi idarəsi müəyyən etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və müstəqil tələb irəli sürməyən 3-şəxs X35 oğlu (vəkillər Nümayəndə və Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2021-ci il i tarixli, 2(1 03)-4395/2021 nömrəli qətnaməsinin qismən – iddianın təmin olunmamış hissələrində ləğv edilərək, iddianın tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi, iddia tələbinin “X27” kompleksində yerləşən A B C saylı mənzillərə, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Ünvan 6rayonu, Ünvan 8 yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsinə və X6 mülkiyyətində olan ünvan 10, 9 saylı mənzilə münasibətdə təmin olunması hissəsində düzgün nəticəyə gəlsə də, qalan əmlakların həbsdən azad edilməsindən imtina etməsi hissəsinə münasibətdə maddi hüquq normalarının tətbiq edilmədiyi aşkardır. Apellyasiya məhkəməsi, iddianın təmin edilməmiş qalan hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı olduğunu, həmçinin hazırkı iş üzrə iddianın prosessual əsasının Cəzaların İcrası Məcəlləsinin 183-cü maddəsi təşkil etdiyini qeyd etmişdir. Qeyd etmək lazımdır ki, mübahisəyə hansı qanuni tənzimlənmə mexanizminin tətbiq edilməsi əslində iddianın əsaslı olmasını təkzib edən faktor kimi çıxış etmir. Belə ki, mülki, cinayət və ya cəzaların icrası haqqında qanunvericilik mülkiyyətə əsassız müdaxiləni istisna edir və mülkiyyətçinin birbaşa hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquqlarının təmin olunmasını tələb edir. Cinayət işi üzrə məhkəmə icraatında təqsirləndirilən şəxsə aid olmayan, lakin cinayət yolu ilə əldə edilməsi iddia edilən əmlakların müsadirə edilməsi barədə yekun məhkəmə qərarının icrası mərhələsində həmin əmlakların kimə məx sus olması məsələsinin mülki məhkəmə icraatı qaydasında mübahisələndirilə bilməsi imkanı da məhz yuxarıda qeyd edilən mülkiyyətə əsassız müdaxilədən hüquqi müdafiə vasitələrindən biridir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçılardan İddiaçı1, İddiaçı2, İddiaçı4 həmin hadisəyə heç bir aidiyyəti yoxdur, onlar həmin cinayət işi üzrə nə təqsirləndirilən şəxs, nə də “üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxs”’ qismində mülki cavabdeh kimi çıxış etməmişlər. Məhkəmə həmçinin nəzərə almamışdır ki, iddiaçıların mülkiyyətində olan əmlakların Vergilər Nazirliyinin əslində mövcud olmayan “mülki iddiasının” ödənilməsinə yönəldilməsi də hüquqi cəhətdən tamamilə əsassızdır. İddiaçıların yuxarıda sadalanan əmlaklarının üzərinə həbs qoyulması onların Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit ed ilmiş mülkiyyət hüququnun pozulmasıdır və həmin əmlaklar həbsdən azad edilməlidir. Belə ki, X21 Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yüksək məbləğlərdə gəlirlər əldə edir. Rusiya Federasiyası vergi orqanına təqdim edilmiş və vergi orqanı tərəfindən təsdiq edilmiş “Fiziki şəxsin gəlirləri haqqında” arayışlardan görünür ki, İddiaçı1 2007-ci ildə 23,294,743 rubl (məzənnə ilə 931790 ABŞ dolları), 2008-ci ildə 23499972 rubl (məzənnə ilə 979166 ABŞ dolları), 2009-cu ildə 23490296 rubl (məzənnə ilə 783010 ABŞ dolları), 2010-cu ildə 24700015 rubl (məzənnə ilə 823334 ABŞ dolları), 2011-ci ildə 26599986 rubl (məzənnə ilə 886666 ABŞ dolları), 2012-ci ildə 29699615 rubl (məzənnə ilə 989987 ABS dolları) olmuşdur. Göründüyü kimi, İddiaçı1 illik rəsmi gəlirləri 2007-2012-ci illər ara sı hər ir il üçün 1 milyon ABŞ dollarına yaxın olmuşdur. Qeyd edilən faktlar müvafiq rəsmi arayışlarla təsdiq edilir və onun adına olan əmlakların qanuni gəlirlər hesabına əldə edilməsini sübut edir. Bundan əlavə, cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan X0 0ovanın həyat yoldaşından ayrılması ilə bağlı müvəqqəti yaşadığı İddiaçı2 adına olan, faktiki olaraq İddiaçı1 məxsus mənzildən götürülmüş 870.442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3.215 avro, 5.400 ABŞ ABŞ dolları, 26.500 manat pul vəsaitləri də İddiaçı1 məxsusdur və həmin əmlaklara münasibətdə xüsusi müsadirə tətbiq edilməsi qanunsuzdur. «X27» kompleksindəki 1.759.500 manat dəyərində olan X6 adına yazılmış "xxxx" MTK-nın Bakı şəhəri, ünvan, 151ünvann «X27» kompleksində 615B s aylı mənzil və həmin kompleksdəki 40 və 236 saylı dayanacaqlar İddiaçı1 məxsus olan, nağd formada atasında saxladığı pul vəsaitləri və onun "xxxx" ASC-də olan hesabından onun verdiyi etibarnamə ilə 742684 ABŞ dolları məbləğində pul vəsaiti məxaric edilməklə əldə edilmişdir və həmin mənzillərin faktiki sahibi İddiaçı1dur, İddiaçı3 həmin əmlaklara aidiyəti yoxdur. Cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Maliyyə Xidmətində saxlanılan X0 0ovanın yaşadığı İddiaçı2 adına olan, fakiki olaraq İddiaçı1 məxsus Bakı şəhəri, Ünvan 7 nömrəli mənzildən götürülmüş 870,442 manat dəyərində olan qızıl-zinət əşyaları, 3215 avro, 5400 ABŞ dolları, 26500 manat pul vəsaitləri də İddiaçı1 məxsus olmuşdur. Həmin mənzilə münasibətdə məhkəmə tərəfindən haqlı olaraq müsadirə tətbiq edilməmişdir. Qeyd edilən mənzil xüsusi müsadirəyə məruz qalmadığı halda, ümumiyyətlə, İddiaçı3 həmin mənzilin nə mülkiyyətçisi, nə də sahibi olmadığı halda, həmin mənzildən götürülmüş pul və zinət əşyalarının İddiaçı3 məxsus olmadığı aşkardır. Bu səbəbdən həmin pul və zinət əşyaları qanuni sahibinə- İddiaçı1 qaytarılmalıdır. 47.169 manat dəyərində qiymətləndirilmiş X6 adına qeydiyyata alınmış AZ***** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X36” markalı avtomaşına münasibətdə isə məhkəmənin nəzərinə çatdırırıq ki, həmin avtomobili X13 özünə məxsus olmuş “marka” markalı avtomobilin satışından əldə etdiyi vəsait hesabına almışdır. İddiaçı4 məxsus 48.217,20 manat dəyərində olan AZ***** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “X34” markalı avtomaşın və "xxxx" ASC-dəki ******************* * nömrəli kart hesabındakı üzərinə həbs qoyulmuş 32,26 manat İddiaçı4 xüsusi mülkiyyəti olmaqla, cinayət işinə heç bir aidiyyatı yoxdur və yuxarıda istinad edilən məhkəmə hökmü və qərarında da bu hal sübut edilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35 oğlu tərəfindən də Bakı Apellyasiya Məhkəməsinə ərizə verilmişdi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-86/202X qətnaməsinin qismən - İddiaçı3 adına olan əmlaklara münasibətdə iddianın təmin olunmamış hissələrində ləğv edilərək iddianın həmin hisslərdə təmin olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. X35 oğlu məhkəmənin nəzərinə çatdırmışdı ki, o, a (0ova) X0 qızı ilə 16 sentyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onlar birgə nikahda olduğu dövrdə ünvan 10 ünvanındakı 9 saylı mənzil Bakı şəhəri X Dövlət notariat kontorunda bağlanmış xx.xx.2003-cü il tarixli (reyestr nömrəsi 4ə-1-119) alqı-satqı müqaviləsinə əsasən, a (0ova) X0 adına rəsmiləşdirilmişdir. Həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2003-cü (də qeydiyyatdan keçmişdir. Həmçinin qeyd edilməlidir ki, X35 oğlu həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayır. Bundan əlavə, AZ***** dövlət qeydiyyat nişanlı, 2010-cu il buraxılışlı “X36” markalı avtomobil də birgə nikah dövründə - xx.xx.2010-cu il tarixdə əldə edilmiş a (0ova) X0 qızının adına qeydiyyatdan keçirilmişdir. X30 Mehdi oğlu ilə a (0ova) X0 qızı arasındakı nikah 26 iyul 2018-ci il tarixdə ləğv edilmiş, Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 iyul 2018-ci il tarixli, AZ-İ № 295400 saylı “Nikahın pozulması haqqında” Şəhadətnamə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-86/202X qətnaməsi ilə müqəddəratı həll edilmiş ünvan 10 ünvandakı 9 saylı mənzil və 2010-cu il buraxılışlı “X36” markalı avtomobil, həmçinin digər əmlaklar birgə nikah dövründə əldə edilsə də, X35 oğlu həmin iş üzrə cəlb edilməmişdir. Bundan əlavə, iş materiallarından da göründüyü kimi, həmin mənzil a (0ova) X0 qızının təqsirləndirildiyi cinayətin törədilməsindən xeyli əvvəl, X35 oğlunun da vəsaitləri hesabına olmaqla birgə nikah dövründə əldə edilmişdir və ona tələb yönəldilə, müsadirə edilə bilməzdi. Belə ki, a (0ova) X0 qızının əmək kitabçasından da görünür ki, o, «X X” şirkətinə xx.xx.2004-cü il tarixdə işə qəbul edilmişdir. Lakin apellyasiya məhkəməsi eyni h üquqi mövqedə olan əmlaklardan yalnız birinə - ünvan 10 ünvandakı 9 saylı mənzilə münasibətdə iddia təmin etsə də, digər əmlaklara münasibətdə təmin etməmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, iddiaçıların mülkiyyətində olmuş və cinayət təqsirləndirilən şəxsə heç bir aidiyyatı olmayan yuxarıda sadalanan əmlakların üzərinə həbs qoyulması tamamilə qanunsuz olmuşdur və həmin əmlaklar həbsdən azad edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və müstəqil tələb irəli sürməyən 3-şəxs X35 oğlu tərəfindən verilmiş kassasiya şikayətinə etiraz edərək, iddiaçılar və müstəqil təl əb irəli sürməyən 3-cü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı3 vəkili Vəkil1 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, 3-cü şəxsin kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X11 və vəkili Vəkil oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçılar və 3cü şəxsin kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müv afiq olaraq cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi X8 və 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi X2 izahatları dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, müstəqil tələb irəli sürməyən 3-şəxs X35 oğlu kassasiya şikayəti verərək, qətnaməni qismən – iddianın təmin olunmamış hissələrində və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi kassasiya şikayətləri verərək, qətnamə ni tam mübahisələndirmişdirlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 183.1-ci maddəsinə əsasən xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə yekun qərar çıxarmış məhkəmə həmin qərar qanuni qüvvəyə mindikdən sonra onun surətini, qərarın icrası barədə göstərişi və əmlakın siyahısının surətini icra məmuruna göndərir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanu nunun 89-cu maddəsində tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslərin əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət m ühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarını n təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqə dar 13 fevral 2007-ci il tarixli Qərarı). “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022ci il tarixli qərarında olan mövqeyinə görə “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitəl ər olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını tə sdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunubolunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq, cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismin də cinayət işi üzrə icraata cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1ci maddəsinə uyğun həyata keçirilməlidir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisə tövsiyə edilsin.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq p ozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, müstəqil tələb irəli sürməyən 3-şəxs X35 oğlu kassasiya şikayəti üzrə hesab edir ki, onların mübahisələndirdikləri hissələr üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan onların şikayətləri əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, müstəqil tələb irəli sürməyən 3-şəxs X35 oğlu kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Onların kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəl irlər Baş İdarəsinin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 25 iyul 2018-ci il tarixli, 1(103)-708/2018 saylı qərarı ilə İddiaçı4, İddiaçı2, İddiaçı1, eləcə də İddiaçı5 hüquqi varisləri (İddiaçı1, İddiaçı2 və X13) maraqlı şəxslər qismində Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 1(101)-61/2018 saylı hökmündən apellyasiya şikayətləri vermiş, onlar həmin imkandan əvvəl istifadə etsələr də, sonradan apellyasiya şikayətlərini iş materiallarından aydın olmayan səbəblərdən geri götürmüşlər. Onlardan fərqli olaraq, üzərinə həbs qoyulmuş mənzillərin hal-hazırda mülkiyyətçisi olan "xxxx" MTK cinayət işi çərçivəsində hər hansı mərhələdə işə cəlb olunmamış və hüquqi şəxsin hüquqlarını məhdudlaşdıran hökmü m übahisələndirmək imkanı olmamışdır. “X27” kompleksində yerləşən müqavilə qiyməti 607986 manat olan 1202A saylı mənzil; müqavilə qiyməti 608.260 manat olan 1201A saylı mənzil və müqavilə qiyməti 615280 manat olan 609A saylı mənzillərin dəyəri tam ödənilməmiş (1201A və 1202A saylı mənzillərin dəyərinin 66%, 609A saylı mənzilinin isə dəyərinin 33% ödənilmişdir) və mənzillərin alıcıları olan İddiaçı5 və İddiaçı1 həmin mənzillərə mülkiyyət hüququ əldə etməmiş və onların mənzillərin satıcısı - "xxxx" MTK qarşısında öhdəlikləri icra edilməmiş qalmışdır. Belə olan halda həmin mənzillərin üzərində həbsin saxlanılması bir tərəfdən mənzillərin alıcılarının həddən artıq əsassız yüklənməsinə (icra olunmamış müqavilələr üzrə cərimələrin ödənilməsi və s.), digər tərəfdən isə işə ümumiyyətlə heç bir aidiy yəti olmayan hüquqi şəxsin əhəmiyyətli dərəcədə zərər çəkməsinə səbəb olacaq. Hökmdə qeyd olunan mənzillərin xüsusi hərrac vasitəsilə satılaraq, mənzillərin satışından əldə olunan pul vəsaitindən müvafiq olaraq 407126 manat, 407406 və 204207 manatın cinayət işi üzrə Vergilər Nazirliyinin mülki iddiasının ödənilməsinə yönəldilməsi, yerdə qalan məbləğlərin isə “X27” kompleksinin mülkiyyətçisinə ödənilməsi nəzərdə tutulmaqla əslində müqavilə hüququnun təsir dairəsində olan məsələlər birtərəfli olaraq həll olunmuş, alıcıların icra olunmamış öhdəlikləri və satıcının hüquqları qeyri-müəyyən vəziyyətdə saxlanılmışdır. Üzərinə həbs qoyulmuş mənzillərin hal-hazırda mülkiyyətçisi olan "xxxx" MTK cinayət işi çərçivəsində hər hansı mərhələdə işə cəlb olunmamış və hüquqi şəxsin hüquqlarını məhdudlaşdır an hökmü mübahisələndirmək imkanı olmamışdır. Belə olan halda məhkəmələr iddia tələbinin “X27” kompleksində yerləşən A B C saylı mənzillərə münasibətdə əsaslı olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçılar “X27” kompleksində yerləşən A B C saylı mənzillər üzərində mülkiyyət hüququ əldə etməmişlər, mülkiyyətçi olan "xxxx" MTK isə cinayət işi üzrə cəlb edilməmişdir. Belə olan halda isə faktiki olaraq iddiaçıların mülkiyyət hüquqları yaranmayan əmlakların xüsusi müsadirə olunması yolverilən hesab edilə bilməzdi. İstinad olunan hökmdə müəyyən edilmişdir ki, «Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində konkret olaraq hansı əmlakların xüsusi müsadirə əsasında məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alına bilinməsi göstərilmişdir və həmin maddənin tələbinə əsasən yalnız və yalnız cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və əmlakın xüsusi müsadirə edilməsindən bəhs olunur. Üzərinə həbs qoyulmuş əmlakların siyahısından görünür ki, X0 0ova ilə yanaşı onun atası İddiaçı5 və anası İddiaçı2 mülkiyyətində olan daşınmaz əmlakların da üzərinə həbs qoyulmuşdur. Lakin məhkəmə istintaqı zamanı təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X0 0ovanın atası İddiaçı5 uzun müddət (hazırki dövrədək) əmək fəaliyyəti ilə məşğul olmuş və öz ixtisası üzrə bir çox nailiyyətlər əldə etmiş şəxs olmuşdur. İddiaçı5 mülkiyyətində olan Bakı şəhəri, Ünvan 3qəsəbəsi, ünvanında mülkiyyətində olan 0,84026 ha torpaq sahəsi; Bakı şəhəri, Ünvan 3qəsəbəsində 1708A saylı bağ sahəsinin 0, 06 ha hissəsi; İddiaçı2 mülkiyyətində olan ünvan 6 ünvanında inşa edilmiş yaşayış binasında 134,3 kv.m və 176 kv.m qeyriyaşayış sahələri; Bakı şəhəri, Ünvan 6küçəsində yerləşən 185 ünvanında inşa edilmiş yaşayış binasında 246 kv.m ümumi sahədən ibarət 5 otaqlı 2 nömrəli mənzil; Bakı şəhəri, Ünvan 5 küçəsi, ev 11, 1-ci giriş, 31 nömrəli mənzil; Bakı şəhəri, Ünvan 5 küçəsi, ev 11, 1ci giriş, 36 nömrəli mənzil; Bakı şəhəri, Ünvan 5 küçəsi, ev 11, 2-ci giriş, 8 nömrəli mənzil; Bakı şəhəri, Ünvan 5 küçəsi, ev 11, C bloku, 1-ci giriş, 32 nömrəli mənzil; Bakı şəhəri, Ünvan 5 küçəsi, ev 11, C bloku, 1-ci giriş, 33 nömrəli mənzilin mülkiyyət kimi əldə edilmə dövrləri 2005-2007-ci və 2011-ci illərə təsadüf etdiyindən, həmin dövrdə İddiaçı5 müstəqil əmək fəaliyyəti ilə məşğul olduğundan və adı çəkilə n daşınmaz əmlakların cinayət yolu ilə əldə edilmiş pul və ya digər əmlak hesabına əldə edilmələri ilə bağlı mötəbər sübutlar olmadığından həmin əmlaklar üzərinə qoyulmuş həbs götürülməli və həmin daşınmaz əmlaklara münasibətdə xüsusi müsadirə tətbiq edilməməlidir, həmçinin İddiaçı5 adına qeydiyyata alınmış AZ**XXX*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Porsche Cayenne” markalı avtomaşının üzərinə qoyulmuş həbs götürülməli və həmin əmlaklara münasibətdə xüsusi müsadirə tətbiq edilməməlidir». AR ƏMDK yanında DƏDRX-in X Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış sorğuya cavab məktubuna əlavə edilmiş xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X9 (Satıcı) ilə İddiaçı2 (Alıcı) arasında bağlanılmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhə ri, Ünvan 6rayonu, Ünvan 8 yolunda mülkiyyətində olan 0,94 ha torpaq sahəsində yerləşən 229,5 kv.m ümumi, 170,2 kv.m əsas, 59,3 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını Alıcının mülkiyyətinə verir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(102)-357/09 nömrəli Qərarından da görünür ki, XX xx.xx.2006-cı il tarixdə mülkiyyətində olan 106,3 kv.m qeyri-yaşayış sahəsini və 0,84 ha torpaq sahəsini Bakı şəhəri X Dövlət Notariat Kontorunda təsdiq olunmuş müqaviləyə əsasən İddiaçı5, X9 isə xx.xx.2007-ci il tarixdə mülkiyyətində olan 0,94 ha torpaq sahəsində yerləşən 229,5 kv.m qeyri-yaşayış sahəsini Bakı şəhəri XDövlət Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 satmışdır. Göründüyü kimi, Bakı şəhəri, Ünvan 6 rayonu, Ünvan 8 yolu küçəsində yerləşən 0,84 ha torpaq sahəsi 2006-cı il tarixdə İddiaçı5 tərəfindən alınmış, Bakı şəhəri, Ünvan 6rayonu, Ünvan 8 yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsi də təxminən eyni ərəfədə - xx.xx.2007-ci il tarixdə İddiaçı2 tərəfindən alınmışdır. İddiaçı5 və X (ər-arvad) tərəfindən ayrı-ayrı alqı-satqı müqaviləsi ilə eyni ərazidə olan iki torpaq sahəsi alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən İddiaçı5 məxsus Bakı şəhəri, Ünvan 6rayonu, Ünvan 8 yolu küçəsində yerləşən 0,84 ha torpaq sahəsi üzərinə qoyulmuş həbs götürülsə də, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Ünvan 6rayonu, Ünvan 8 yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsi üzərində olan həbs götürülməmişdir. Bakı şəhəri, Ünvan 6rayonu, Ünvan 8 yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəs i 2007-ci ildə X tərəfindən özünün (ola bilər mərhum ərinin) qazancı hesabına alınmışdır, bu əmlakın X0 0ovanın cinayət yolu əldə etdiyi vəsait hesabına alınması inandırıcı və ağlabatan hesab edilmir, ona görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Ünvan 6rayonu, Ünvan 8 yolu küçəsində yerləşən 0,94 ha torpaq sahəsi həbsdən azad edilməlidir. Bundan başqa AR ƏMDK yanında DƏDRX-in X Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış sorğuya cavab məktubuna əlavə edilmiş xx.xx.2003-cü il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən ünvan 8 ünvanda yerləşən 4 otaqlı 184 kv.m ümumi sahədən ibarət 9 saylı mənzili X13 tərəfindən alınmışdır. Apellyasiya baxışı zamanı X38 oğlu ərizə ilə müraciət edərək, müstəqil tələb irəli s ürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmiş və kollegiya tərəfindən o, işə cəlb edilmişdir. Ərizədən və iş materiallarından müəyyən edilmişdir ki, X35 oğlu ilə a (0ova) X0 qızı 1997-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, nikahın pozulması haqqında şəhadətnamədən də görünür ki, 2018-ci ildə nikahları ləğv edilmişdir. Göründüyü kimi, ünvan 10, 9 saylı mənzil 2003-cü ildə yəni, X0 0ova ilə X32 birgə nikah dövründə əldə edilmişdir. Həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən müəyyən edilir ki, X0 0ova 2004-cü il tarixdən şirkətdə işləməyə başlamışdır. Bu halda da apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin əmlakın X0 0ova tərəfindən cinayət yolu ilə əldə edilmiş pul və ya digər əmlak hesabına əldə edilməsi qənaətinə gəlmək və bu əsasla üzərində həbsin saxlanılması yolverilməz hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onu da qeyd etmişdir ki, birgə nikah dövründə əldə edilmiş ünvan 10, 9 saylı mənzilin üzərində həbsin saxlanılması üçüncü şəxs qismində cəlb edilmiş X38 oğlunun mənafeyinə toxunur və onun hüquqlarını pozur. 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin kassasiya şikayətinin digər dəlili isə hazırkı işə mülki icraat qaydasında baxılmasının mümkünsüz olması və faktiki olaraq artıq qanuni qüvvədə olan məhkəmə aktı (hökmü ilə) həll olunmuş məsələyə yenidən baxılmasının yol verilməməsi ilə bağlı olmuşdur. Həmin dəlillərlə bağlı məhkəmə kollegiyası “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbay can Respublikası Cinayət–Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli qərarına istinad edərək qeyd edir ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslərin əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə id dia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, hər iki normada iddia cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mahiyyəti ilə deyil, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Su byektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları qanunvericilik ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə hüququndan (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Mülki Prosessual Məcəllənin 82.4-sü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş di gər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir. Bu baxımdan belə nəticəyə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədil ib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında formalaşdırdığı hüquqi möveyinə görə Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur. Belə olan halda hazırkı iş üzrə işdə iştiraka cəlb olunmayan şəxslərin mülki məhkəmə icraatı qaydasında siyahıya alınmış, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmuş əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmamasının yoxlanılması, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməsi mümkündür. Gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməsi yolverilən hesab olunmalıdır. Bu baxımdan 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin kassasiya şikayətinin dəlilləri əsassız olmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissələr üzrə ləğv edilməsi əsası kimi qəbul oluna bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qənaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, müstəqil tələb irəli sürməyən 3-şəxs X35 oğlu və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4395/2021 nömrəli iş üzrə 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-384/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-384/2022
12.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver