Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3844/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhmədoğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi vəkili X10 iştirakı ilə, Cavabdeh2 ŞəkiApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2019cutarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim:Z.A.Quliyev; 2(046)-1543/18) iddia tələbi təmin edilmiş, Ca vabdeh2 8000 (səkkiz min) ABŞ dolları məbləğindəpulunödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı alınıb İddiaçı2, Cavabdeh1 800 (səkkiz yüz) manat və 500 (beş yüz) ABŞ dolları məbləğindəpulunödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı alınaraq İddiaçı1 qaytarılması, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçılara verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev; 2(107)-186/19) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Göyçay rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli q ətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar İddiaçı1 və X9 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 8000 ABŞ dolları pulun alınıb iddiaçı X7, 800 manat və 500 ABŞ dolları pulun Cavabdeh1 alınıb İddiaçı1 qaytarılmasına və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçılara verilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, X9 2017-ci ilin avqust ayında həmin vaxt nişanlı olduğu Cavabdeh2 8000 ABŞ dolları borc pul vermişdir. Borc pulu alan Cavabdeh2 borc aldığı məbləği 10-15 günə qaytaracağını bildirsə də, həmin vaxtdan ötən 10 ay müddət ərzində borcunu qaytarmamışdır. Bundan başqa digər İddiaçı1 2017-ci ilin yanvar ayında Cavabdeh1 500 ABŞ do lları və 800 manat borc pul vermiş, lakin həmin cavabdeh aldığı borc məbləğini bu vaxta kimi qaytarmamışdır. 2017-ci ilin sentyabr ayında iddiaçı X9 ilə Cavabdeh2 arasındakı nişan pozulmuş və bu hadisədən sonra da cavabdehlər iddiaçılardan, aldıqları borc məbləğini qaytarmamışlar, İddiaçı1 borcun qaytarılması üçün Göyçay rayon Polis Şöbəsinə müraciət etmiş və şikayət araşdırılarkən izahat verən Cavabdeh2 8000 ABŞ dolları borcun 2000 ABŞ dolları hissəsini, cavabdeh S6 isə borcun hamısını etiraf etmiş, həmin məbləğləri qaytaracaqlarına söz vermişlər. Lakin cavabdehlər borc məbləğini qaytarmamışlar və iddiaçılar borcun qaytarılması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişlər. O, iddiasının tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlillər i Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin tələblərinin pozulması ilə qanunsuz və əsassız qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəməkollegiyasınıniclasında Cavabdeh2 nümayəndəsi və vəkili X17 kassasiyaşikayətininməzmununauyğunizahatverər ək, şikayətintəminedilməsinixahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı ə cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyas ı məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnamənin X4, X5 8000 ABŞ dolları məbləğində borc pul verməsinin sübuta yetirilməsi hissəsi üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası MM-nin 152.7.2, 385.1, 442, 739.1-ci maddələrinə istinad etməklə və İddiaçı2 2017-ci ilin avqust ayında nişanlı olduğu Cavabdeh2 8000 ABŞ dolları verməsini bildirən şahidlər X11, X13 və X1 ifadələri ilə əsasladırmışdır. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası MPM –nin 81-ci madəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə isə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə ola n maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı yuxarıda qeyd olunan mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin iş materiallarında iddiaçı Aytac Rəsulovanın Cavabdeh2 8000 ABŞ dolları məbləğində borc pul verməsi barədı yazılı müqavilə yoxdur. Buna baxmayaraq apellyasiyası instansiyası məhkəməsi Cavabdeh2 8000 ABŞ dolları alınıb iddiaçı Aytac Rəsulovaya verilməsı hissəsi üzrə birinci instansiyası məhkəməsinin gəldiyi nəticənin işin həqiqi hallarına uyğun hesab etmiş, nəticədə yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM 372.6-cı maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddısinin apellyasiya baxışının hədləri barədə Müddəaların həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci tarixli qərarında şərh edilmişdir ki, apellyasiya icraatında dispozitivlik prinsipi özünü o anda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraraatı başlanıla bilməz. İkincisi apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənra çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət – o qədər qərar” qaydasına çevrilir. MPM-nin 372.6 maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamiylə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisılındirildikdə isə məhz həmin hissəsinin əsassızlığı il bağlı olmalıdır. Bu dəlilər şikayətin obyektini müəyyən edir. MPM-in 372.6-cı maddəsinin birinci cümləsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirən hissəsində yoxlayır. Dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nəqədr ki, dizpozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mü bahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. MPM-in 372.6-cı maddəsinin ikinci cümləsinə əsasən şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlilərə əsasən mübahisənin predmeti bölünməz olduqda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlayır. Bu müddəadan göründüyü kimi, qanunverici apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirir. Mübahisənin predmetinin bölünməz olması məsələsi tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfidən müəyyən olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, MPM-in 372.1-ci maddəsinə uyğun olaraq apellyasya instansiyası məhkəməsi həmin Məcəlləni 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəsinin qətnməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Göyçay rayon məhkəməsinin yuxarıda göstərilən 27 avqust 2018-ci il tarixli qətna məsindən Cavabdeh2 nümayəndəsi və vəkili X18 verdiyi apellyasiya şikayətində xahiş etmişdir: “Hazırki iş üzrə Göyçay Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli 2(046)-1543/18 saylı qətnaməsi qismən, Cavabdeh2 8000 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı alınıb iddiaçı X7 qaytarılması hissəsində ləğv edilsin. İddiaçı X6 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilsin”. Göründüyü kimi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X2 800 manat və 500 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəmiş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikası pul vahidi miqdarının alınaraq iddiaçı X8 qaytarılmasının qət edilməsi hissəsi mübahisələndirilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissəsini də yoxlayaraq qiymət vermiş, nəticədə prosessual qanunun yuxarıda qeyd edilən normasının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğuna görə kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessua l Məcəllənin 416-419cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunsun. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 17 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3844/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3844/2019
03.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver