Məhkəmə qərarları › İş №2(102)-3844/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3844/2023

08.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3844/2023 08.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARDADİ iş № 2(102)-3844/2023 Açar sözlər: vəkil tərəfindən elektron qaydada imzalanmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Bakı şəhəri, 8 sentyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3058/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixli müqavilənin şərtlərinə görə 12,9 kv.m. sahə üçün artıq alınan 4.592,4 ABŞ dolları və əldən çıxmış fayda olaraq 17.049,62 ABŞ dolları olmaqla, cəmi 21642 ABŞ dollarının ödəniş tarixinə manatla ekvivalentinin "xxxx" MTK-nın hüquqi varisi Cavabdeh MMC-dən və onun mülkiyyətçisi X1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3973/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia rədd edilmişdir.

3. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-911/2022 nömrəli iş üzrə 18 avqust 2022-cü il tarixli qətnaməsi ilə (ha kimlər E.Həsənov (sədrlik edən və məruzəçi), V.Sadıqov və X.Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-131/2023 nömrəli iş üzrə 21 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlir edən və məruzəçi), V.Həsənov və Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2022-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3058/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrli k edən və məruzəçi), M.Məmmədov və F.Talışınski) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi iddia tələbinin artıq alınan pulun təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək, cavabdehdən 2.990,40 ABŞ dollarının tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

8. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhk əməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Maddə 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüq uqu olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

10. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.

11. Kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə elektron qaydada iddiaçı tərəfindən imzalansa da, şikayət vəkil tərəfindən elektron qaydada imzalanmamış, bununla da iddiaçı tərəfindən MPM-in 10-1.3, 10-1.7, 67.1 və 407.3-cü maddələrinin tələbləri pozulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi də qanunun imperativ göstərişlərini nəzərə almayaraq, vəkil tərəfindən elektron qaydada imzalanmayan kassasiya şikayətini qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

13. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və şikayət onu verən tərəfə qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

14. Göstərilənlərə əsasən və MPM-in 10-1, 67, 407 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3058/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsindən İddi açı kassasiya şikayəti qeyri-mümkün hesab edilsin, şikayət iddiaçıya qaytarılması üçün mülki iş həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar