Məhkəmə qərarları › İş №2(102)-3846/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3846/2023

17.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3846/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququ ilə əlaqədar mübahisələr, ədalətli kompensasiya, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X4 və X1 ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh qarşı “mənzilin boşaldılması, kirayə haqqı və yeni mənzil verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1366/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixd ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. ünvan 1anov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların kəskin qəzalı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri- yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əs asında İddiaçı MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır.

2. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, ünvan 1anov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. 3. ünvan 1anov rayonu, Həsənoğlu küçəsində yerləşən 14 saylı binada 6 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyatdan keçmişdir.. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı QSC (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə) ilə ünvan 1anov Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən ünvan 1anov rayonu, Həsənoğlu küçəsi 14 saylı evin 6-cı mənzil ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 60 kv.m-dən ibarət olan mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və həmin mənzilin iddiaçı tərəfindən sökülməsi, iddiaçı tərəfindən ünvan 1anov rayonu, Həsənoğlu küçəsi 14 saylı evin 6-cı mənzil ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 60 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 86 kv.m ölçüdə təmirli mənzilin 2 il müddətinə cavabdehə təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzili n iddiaçıya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək iddiaçı tərəfindən cavabdehə hər ay 500 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1anov rayonu, Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 14 saylı binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, ünvan 1anov rayonu, Həsənoğlu küçəsi 14 saylı evin 6- cı mənzilin mülki yyətçisi olan cavabdehlə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh iddiaçı qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır.

6. İddiaçı tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur.

7. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamından irəli gələn vəzifələrini iddiaçı vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Cavabdehə digər mənzil sahibləri kimi, sahib olduğu yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 500 manat kirayə haqqı təklif olunur.

8. İddiaçı cavabdehin mənzilinin yerləşdiyi ünvan 1anov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların 190 sakini ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə notarial müqavilələr bağlamış, öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cav ab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür.

9. Cavabdehlə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Binada yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur.

10. Cavabdehin tələbi əsassızdır və hüquqdan sui-istifadədir. Cavabdehin əsassız tələbləri qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keçirilməsini qeyrimümkün edir və təklif edilən bərabər şərtlərlə razılaşaraq mənzillərini təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini də pozur. Hüquqdan sui-istifadə qanunla qadağan edilmişdir. Lakin cavabdeh özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir.

11. Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən iddiaçı sözügedən binanın sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Sərəncamın icrası ilə əlaqədar olaraq həmin ünvanlarda yaşayan sakinlərlə danışıqlar aparılmış, böyük əksəriyyəti ilə razılıq əldə olunmuş, notarial qaydada təsdiq olunmuş əvəzləşmə müqavilələri bağlanmışdır. Lakin ona edilən ədalətli təkliflərə baxmayaraq, cavabdeh qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Nəticə etibarı ilə həmin ərazidə köçürülən digər şəxslərin də hüquqları pozulmaqda davam edir. Belə ki, cavabdehin əsassız tələbləri digər şəxslərlə bağladıqları əvəzləşmə müqavilələri üzrə öhdəliklərini vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Bundan başqa, mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olun ması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya ödənilməsi iddiaçıya külli miqdarda maddi zərər vurur.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 5.3, 16.1, 152.5, 152.6 və 560.1-560.3-cü maddələrinə maddəsinə istinad etmişdir. 13. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 29/10-20 №-li rəyinə əsasən ünvan 1anov rayonun, Fətəlixan Xoyski prospekti ilə Təbriz küçəsi, X6 küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binalarda olan “Yaxşı və Orta təmirli, yumşaq və bərk mebellə təchiz olunmuş Televizor, Kondisoner, Soyuducuvə Paltaryuyan qoyulmuş” mənzillərin Kirayə haqqıları 2020-ci ilin aprel - sentyabr aylarında 1 otaqlı mənzillər üçün aylıq kirayə haqqı 300,0-320,0 manat, 2 otaqlı mənzillər üçün aylıq kirayə haqqı 380,0450,0 manat, 3 otaqlı mə nzillər üçün aylıq kirayə haqqı 500,0-620,0 manat, 4 otaqlı mənzillər üçün aylıq kirayə haqqı 650,0-700,0 manat civarındadır. ünvan 1anov rayonun, Fətəlixan Xoyski prospekti ilə Təbriz küçəsi, X6 küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsində yerləşən Yüksəkmərtəbəli, müasir layihə ilə tikilmiş, geniş, işıqlı, daxili hündürlüyü 3,00-3,20 m olan təmirsiz mənzillərin 1 kv. metrinin 1350-1650 manat civarında, köhnə 1960-1970-ci illərdə tikilmiş, istismar müddəti bitmək üzrə olan, müasirliyini itirmiş, daxili hündürlüyü 2.70 -2,80 m təşkil edən darısqal, əksəriyyəti qəzalı vəziyyətdə olan 5 mərtəbəli daş binalarda olan orta təmirli mənzillərin bir kv.metrinin satış qiyməti 1300,0-1200,0 manat civarındadır.

14. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

15. Bakı şəhəri Nərima nov Rayon Məhkəməsinin e-2(005)-3728/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 1anov rayonu, Həsənoğlu küçəsi 14 saylı ev, mənzil 6 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 60 kv.m-dən ibarət olan mənzilin boşaldılaraq “Ailə Park" MTK-ya təhvil verilməsi və həmin mənzilin "xxxx" MTK tərəfindən sökülməsi, İddiaçı MTK tərəfindən ünvan 1anov rayonu, Həsənoğlu küçəsi 14 saylı ev, mənzil 6 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 60 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 72 kv.m ölçüdə təmirli mənzilin 2 (iki) il müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin "A ilə Park” MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək "xxxx" MTK tərəfindən Cavabdeh hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsi qət edilmişdir. (hakim Kəmalə Əmirxanova)

16. Birinci instansiya məhkəməsi işdəki sübutalarla müəyyən etmişdir ki, ünvan 1anov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların kəskin qəzalı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazini n ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında iddiaçının istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, ünvan 1anov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə iddiaçının istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Hazırda ünvan 1anov rayonu, Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 14 saylı binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, ünvan 1anov rayonu, Həsənoğlu küçəsi 14 saylı evin 2-ci mənzilin mülkiyyətçisi olan cavabdehlə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehin yaşamağa davam etməsi onun həyat və sağlamlıg ına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin iddiaçının təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzildən çıxarılması ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, o mənzili boşaltdıgı halda, mülkiyyətində olan mənzilə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla iddiaçının üzərinə qoyulmuş vəzifədir və iddiaçı da bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəzəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehə əlverişli təkliflər etmişdir. Cavabdehdən fərqli olaraq, mübahisəli ərazidə yaşayan digər sakinlər onlara yaradılmış şəraitdən və iddiaçının əlverişli təkliflərindən yararlanaraq, habelə texniki və təhlükəsizlik baxımından istismara yararsız və insanların yaşaması üçün təhlükə törədə biləcək qəzalı vəziyyətdə olan mənzillərdə yaşamaqdan qurtularaq əvvəlki yaşayış yerlərini tərk etmişlər.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamını icra edən iddiaçı tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə mülkiyyətində olan əmlakın (faktiki vəziyyətə uyğun) dəyərinin ödənilməsi üçün ədalət li təkliflər edilir. Bu isə, cavabdehin öz mülkiyyətində olan yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər İcra Hakimiyyətinin məlum sərəmcamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyinəzərindən icra olunmalıdır.

19. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin istismar müddətini uzun müddət keçmiş, qəzalı vəziyyətdə olan yaşayış binasından köçürülməsi, yerində isə yüksək mərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsi nə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, cavabdeh qanunla tanınan və qorunan mülkiyyət hüquqlarından iddiçıya ziyan vuran şəkildə sui-istifadə edir ki, onun bu hüquqdan sui-istifadəsinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin oxşar işlər üzrə qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bu sui-istifadə isə cavabdehin mənzilə görə iddiaçıdan əsassız olaraq real olmayan qiymətlər tələb etməsində, yaşayış üçün tam yararsız və qəzalı olan mənzildən təyinatı üzrə istifadə etməməsində ifadə olunur.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Komstitusiyasının 13, 29, 43-cü maddələri, Mülki Məcəllənin 5.3, 16.1, 152.1, 152.6, 560.1, 560.2-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş və düzgün nəticəyə gəlməmişdir; - qanunverici tikintiyə icazə verən “Xüsusi nişan”ın verilməsini şərtləndirmişdir ki, həmin nişan verilmədən tikinti işlərinə başlanıla bilməz. Məhkəmə isə iddiaçıdan bu nişanın təqdim edilməsini tələb etməmiş və ümumiyyətlə, bu halı araşdırmamışdır. Hətta, qətnamədə də bu məsələyə qiymət verilməmişdir. Halbuki, əgər iddiaçının tikintinin baş lanması üçün icazəsi yoxdursa, onun söküntü-tikinti işlərinin aparılması qanunsuz hesab edilməli və İddiaçının sürdüyü iddia tələbləri təmin olunmalı idi. Belə olan halda iddiaçının ümumiyyətlə iddia qaldırmaq üçün subyektiv hüququ mövcud olmamışdır.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2588/2022 nömrəli iş üzrə 6 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova, Rafael Eyvazov)

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, dəl illərini əsaslandıra bilməmiş və həmin dəlillər məhkəmə tərəfindən araşdırılaraq onlara hüquqi qiymət verilmişdir.

24. Apellyasiya instansiya məhkəməsi onu da vurğulamışdır ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqi q müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

25. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə iddiaçıya verilmiş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tari xli 55 nömrəli Sərəncamına düzgün qiymət verməmiş, Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş normaları nəzərə almamış, həmçinin iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmamışdır. Tikinti işlərini görməsi üçün iddiaçının “xüsusi nişan”a malik olub-olmaması Şəhərsalma və Tikinti Məcəlləsinin 75.11-ci maddəsində tikinti işlərinin başlanması üçün “xüsusi nişan”ın verilməsi ilə şərtləndirilmişdir ki, həmin nişan verilmədən tikinti işlərinə başlanıla bilməz. Məhkəmə isə qətnamədə də bu məsələyə qiymət verməmişdir. Halbuki, iddiaçının tikintiyə başlaması üçün icazəsi – subyektiv hüququn hüquqi ixtiyarla bağlı birinci elementi – yoxdursa, avtomatik olaraq iddiaçının hər hansı tələbləri irəli sürmək üçün subyektiv hüququ da yoxdur.

27. Azərbaycan Respub likası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)4190/2022 saylı 31 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2588/2022 saylı 06 aprel 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

28. Ali Məhkəmənin mövqey: - mübahisə cavabdehə məxsus mənzilə mülkiyyət hüquqları və onun itirilməsi ilə bağlı olduğu üçün mülkiyyət hüququ və ona müdaxilə imkanları, bu çərçivədə tərəflərin və dövlətin öhdəlikləri nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər; - Mülki Məcəlləyə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona d air sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (MM, 152.1, 152.5); - mülkiyyət hüququ Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyər hesab olunur. Eyni zamanda bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda onun məhdudlaşdırılması imkanı da vardır; - sadalanan normalarda mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın şəkildə göstərilmişdir. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün mülkiyyət hüququna müdaxilənin varlığı, müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məq səd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir; - hazırkı işdə iddiaçının sökülməsini tələb etdiyi mənzil üzərində cavabdehin mülkiyyət hüququnun qeydə alınması Azərbaycan Respublikası Əmlak Məsələləri DövlətKomitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş xx.xx.2021-ci il tarixli məlumatla təsdiqlənir; - işin məhkəmələr tərəfindən müəyyən edilmiş digər hallarına görə ünvan 1anov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların kəskin qəzalı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nə zərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020- ci il tarixli 55 №-li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında iddiaçının istifadəsinə verilməsi qərara alınmışdır; - mülkiyyət hüququna müdaxilənin mümkünlüyü yuxarıda göstərilən normativ hüquqi aktlarda nəzərdə tutulmuşdur. Həmin aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qə rarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yenilərinin inşa edilməklə mülkiyyət hüququnun kompensasiyası mümkündür; - qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü zərərin tam şəkildə qarşılanması başa düşülür; - zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçü n çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (MM, 21.2); - hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələrin qətnamələrindən cavabdehə dəyən zərərin ədalətli şəkildə kompensasiya edildiyini müəyyən etmək mümkün olmur. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində mənzilinin sökülməsi əvəzində cavabdehə yeni tikiləcək binada 72 kv.m ölçüdə təmirli mənzilin verilməsi qət olunmuşdur. Cavabdehə yeni tikiləcək binada mənzil verilməsi qeyd olunsa da, həmin binanın harada, xüsusilə də cavabdehə məxsus mənzilin olduğu (sökülən) binanın yerində inşa edilən binada yerləşib-yerləşmədiyi məhkəmə aktında göstəri lməmişdir; - iddiaçı ilkin ərizəsində cavabdehə verilməli olan mənzilin ünvan 1anov rayonu, Həsənoğlu küçəsində kəskin qəzalı vəziyyətdə olan 14 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında olduğunu göstərmiş, sonradan iddiasının artırılması və dəqiqləşdirilməsi haqqında ərizəsində yeni tikiləcək binada mənzil verilməsi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi bu xüsusata diqqət yetirmədən, həmin dəyişikliyin səbəbini aydınlaşdırmadan və cavabdehin əmlakının ədalətli kompensasiyasına təsirini nəzərə almadan iddianı olduğu kimi təmin etmişdir; - apellyasiya instansiyası məhkəməsi də işə mahiyyəti üzrə baxan məhkəmə kimi cavabdehə verilən əvəzin aydın, müəyyən və ədalətli olduğunu lazımi qayadada araşdırmamış, iş üzrə əhəmiyyət kəsb edən həmin hala hüquqi qiymət verməm işdir; - mövcud vəziyyətdə cavabdehə əvəz kimi verilən əmlakın yerləşmə yeri (sökülən evin yerində tikiləcək, yoxsa başqa yeni binada olması), mərtəbəsi və digər fərdiləşdirici əlamətləri konkret şəkildə göstərilmədiyindən, bu məzmunda çıxarılmış qətnamə tikinti şirkətinin vəzifələrini dəqiq müəyyən edən, kompensasiyanın ədalətli olub-olmamasını müəyyənləşdirməyə imkan verən, habelə mülkiyyətinə müdaxilə olunan cavabdehin hüquqlarının real bərpasını təmin edən məhkəmə aktı hesab edilə bilməz; - apellyasiya instansiyası məhkəməsi cavabdehə ödənilən kompensasiyanın ədalətliliyi ilə bağlı tam və hərtərəfli təhlil aparmamış, sübutları düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışd ır. Bununla da iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

29. Təkrar apellyasiya baxışında apellyasiya instansiyası məhkəməsi cavabdehə məxsus mənzilin olduğu (sökülmüş) binanın yerində inşa edilən bina(lar)da “gözləntiləri”nə uyğun və üçüncü şəxslərə özgəninkiləşdirilməmiş mənzillərin olub-olmamasını müəyyən etmək üçün sorğular vermiş, iddiaçı tərəfindən cavab olaraq ünvan 1anov rayonu, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsi ünvanında inşa edilmiş 15 mərtəbəli 4 ədəd yaşayış binalarında hal-hazırda mövcud olan özgəninkiləşdirilməmiş mənzillərin siyahısında yalnız Bina 2, mərtəbə 2, ümumi sahəsi 84 kv.m olan 2 otaqlı 4 nömrəli mənzilin mövcud olduğu bildirilmişdir

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1366/202 3 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3728/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissəsində qismən ləğv edilmiş, iddia bu hissədə qismən təmin olunmuş, "Ailə Park” QSC tərəfindən ünvan 1anov rayonu, Həsənoğlu küçəsi 14 saylı ev ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş binanın yerində tikilmiş 2 saylı çoxmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən sahəsi 84 kv.m olan 4 saylı 2 otaqlı təmirli mənzilin Cavabdeh təhvil verilməsi qət edilmişdir. (hakimlər Cəmilə Musayeva (sədlik edən və məruzəçi), Məmməd Məmmədov, Sabir Bəhrəmzadə)

31. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq kass asiya instansiya məhkəməsinin qərarında şərh edilən məcburi göstərişləri nəzərə alaraq qeyd etmişdir ki, hazırda apellyasiya baxışının predmetini qətnamənin “sökülmüş əmlaka görə veriləcək kompensasiyanın ədalətli olub-olmaması” hissəsində yoxlanılması təşkil edir.

32. Apellyasiya instansiyası məhkəməsi işdə olan sənədlərə əsasən hesab etmişdir ki, hazırda cavabdehin mülkiyyət hüququna müdaxilə üçün qanuni əsaslar mövcuddur. Bundan başqa, müdaxilənin “ictimai maraqlara” cavab verməsi şərti də mövcuddur.

33. Bu xüsusatla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mənzil Məcəlləsinin tələbinə görə mənzilin mülkiyyətçisi tərəfindən mənzili qəza vəziyyətinə düşdükdə onu mümkün olan ən qısa müddət ərzində məhz özünün hesabına təmir və bərpa etmək vəzifəsini icra etmədiyi halda o nun öz hesabına təmiri keçirilməsi halında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barədə iddianı qaldırmaq zərurəti yaranır. Bu tədbirin ümumi məqsədi sosial istiqamətli olmaqla, sakinlərin qəzalı vəziyyətdə olan binaları təmir-bərpa xərcindən azad etməklə, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Amma hazırkı halda məsələ yaşayış binasının təkcə qəzalı vəziyyətdə olması deyil, şəhərin ümumi görünüşünə xələl gətirməsi, mövcud şəhərsalma normalarına cavab verməməsini də əhatə edir

34. Apellyasiya instansiyası məhkəməsi Avropa Məhkəməsinin presedent hüququna (Öneryıldız Türkiyəyə qarşı) əsasən, göstərmişdir ki, mülkiyyətin müdafiəsi baxımından dövlətin üzərinə düşən pozitiv öhdəlik (mülkiyyət hüququnun pozuntusunun qarşısının alınması üçün) praktik tədbirlərin gö rülməsini də nəzərdə tutur – xüsusən təhlükəli fəaliyyətlərdən söhbət gedirsə. Odur ki, işin hallarına əsasən, müdaxilənin həyata keçirilməsi üçün qanuni məqsəd bir tərəfdən mövcud tikinti norma və qaydalarına cavab verməyən mənzillərin sökülməsi, sakinlərin həmin yararsız halda olan binaları təmir etmək yükündən azad etməklə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması olsa da, əsas məqsəd şəhərin ümumi görünüşünün, mövcud şəhərsalma tələblərinin təmin edilməsi, şəhərin abadlaşdırılmasıdır ki, bu halda fərdin maraqlarının cəmiyyətin maraqlarından üstün olduğunu iddia etmək olmaz.

35. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin gəldiyi qənaəti nəzərə alaraq qeyd edib ki, qəzalı vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yenilərinin inşa e dilməklə mülkiyyət hüququnun kompensasiyası mümkündür. Lakin kassasiya instansiya məhkəməsi mülki işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin qarşısına cavabdehə dəyən zərərin ədalətli şəkildə kompensasiya edildiyini müəyyən etmək üzrə göstəriş qoyulmuşdur.

36. Mülkiyyətçinin hüquqları ilə ictimaiyyətin maraqları arasında ədalətli tarazlığın təmin olunması ilə bağlı şərtin yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsi nəzərə alınmalı olan hallar kimi göstərmişdir ki, ədalətli tarazlığın təmin olunmasının göstəriciləri kimi əsasən kompensasiyanın ödənilməsi, onun dəyərinin mülkiyyətin qiymətinə mütənasib (proporsional) olması və ağlabatan müddətdə ödənilməsi çıxış edir. Bu şərtin yoxlanması zamanı mənzillərin qəzalı vəziyyətdə olmaları, məhz sökülmüş tikililərin ye rində yeni tikiləcək yaşayış binasında sahənin ayrılması şərti, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayədə qalmaq üçün kirayə haqlarının ödənilməsi və s. hallar nəzərə alınmalıdır.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, birinci instnasiya məhkəməsinin qətnaməsindən göründüyü kimi cavabdehə yeni tikiləcək binada mənzil verilməsi qeyd olunsa da, həmin binanın harada, xüsusilə də cavabdehə məxsus mənzilin olduğu (sökülmüş) binanın yerində inşa edilən binada yerləşib-yerləşmədiyi göstərilməmişdir. İddiaçı iddia ərizəsində cavabdehə verilməli olan mənzilin ünvan 1anov rayonu, Həsənoğlu küçəsində kəskin qəzalı vəziyyətdə olan 14 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında olduğunu göstərmiş, sonradan iddiasının ar tırılması və dəqiqləşdirilməsi haqqında ərizəsində yeni tikiləcək binada mənzil verilməsi qeyd olunmuşdur. Halbuki mövcud vəziyyətdə cavabdehə əvəz kimi verilən əmlakın yerləşmə yeri (sökülən evin yerində tikiləcək, yoxsa başqa yeni binada olması), mərtəbəsi və digər fərdiləşdirici əlamətləri konkret şəkildə göstərilmədiyindən, bu məzmunda çıxarılmış qətnamə tikinti şirkətinin vəzifələrini dəqiq müəyyən edən, kompensasiyanın ədalətli olub-olmamasını müəyyənləşdirməyə imkan verən, habelə mülkiyyətinə müdaxilə olunan cavabdehin hüquqlarının real bərpasını təmin edən məhkəmə aktı hesab edilə bilməz.

38. Apellyasiya instansiyası məhkəməsi sökülmüş əmlaka görə kompensasiya olaraq iddiaçının etdiyi təklifin mütənasiblik prinsipi baxımından cavabdehin “gözləntilərinə” (əmlakın yerləşdiyi yer, mər təbəsi, sahəsi, ondan istifadəsinin mümkünlüyü və s.) uyğun olub-olmamasını “"xxxx" Mənzil Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli Qərarında qeyd edilənlər nəzərə alınmaqla həl edilməsini mümkün saymışdır.

39. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işin müəyyən edilmiş hallarına görə cavabdehə məxsus yaşayış sahəsi istismara yararsız və qəzalı vəziyyətdədir, habelə orada yaşayanlar və ətrafdakılar üçün təhlükə mənbəyidir. Cavabddehə məxsus yaşayış sahəsi iddiaçı tərəfindən dövlət ehtiyacları üçün alınmamış, Nazirlər Kabinetinin qərarına əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihə əsasında sökülmüşdür.

40. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya baxışında təqdim etdiyi cavab məktubunda əks edilən məlumata (bax:29-cu bənd) əsasən hesab etmişdir ki, hazırda iddiaçı tərəfindən təklif edilən əmlakın yerləşdiyi yer, mərtəbəsi, sahəsi, təmirli olması və s. cavabdehin-mülkiyyətçinin “gözləntilərinə” tam uyğundur və ümumi sahəsi 60 kv.m olan mənzilin sahəsindən 25%- dən də artıqdır. Buna görə də iddiaçı tərəfindən ünvan 1anov rayonu, Həsənoğlu küçəsi 14 saylı ev ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş binanın yerində tikilmiş 2 saylı çoxmərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən sahəsi 84 kv.m olan 4 saylı 2 otaqlı təmirli mənzil cavabdehə təhvil verilməlidir.

41. Apellyasiya baxışının predemetini sökülmüş əmlaka görə veriləcək kompensasiyanın ədalətli olub-olması təşkil etdiyini, həmçinin sökülməsi iddia edilən mənzilin (binanın) artıq söküldüyünü nəzərə alan apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddanın digər hissələrə (mənzilin boşaldılaraq "xxxx" MTK-yə təhvil verilməsi, həmin mənzilin İddiaçı MTK tərəfindən sökülməsi və s.) münasibət bildirilməsinə zərurət yoxdur.

42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Mülki Məcəllənin 16.1, 21.2, 152.1, 152.5-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2, 17-ci Mənzil Məcəlləsinin 28.1, 28.3, 28.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

43. Cavabdeh (Vəkil) kassasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yeni baxışa qaytarılmasını xahiş etmişdir.

44. Kassasiya şikayətininin dəlilləri: - məhkəmə iddiaçıya verilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020ci il tarixli 55 nömrəli Sərəncamına (bundan sonra“Sərəncam”) düzgün qiymət verməmişdir. Habelə, məhkəmə Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş normaları da nəzərə almamışdır; - qanunverici tikintiyə icazə verən “Xüsusi nişan”ın verilməsini şərtləndirmişdir ki, həmin nişan verilmədən tikinti işlərinə başlanıla bilməz. Məhkəmə isə bu məsələyə qiymət verməmişdir. Halbuki, əgər iddiaçının tikintinin başlanması üçün icazəsi yoxdursa, onun söküntü-tikinti işlərinin aparılması qanunsuz hesab edilməli və irəli sürdüyü iddia tələbləri rədd olunmalı idi; - hazırkı iş üzrə iddiaçı iddia predmetinə münasibətdə subyektiv hüququnun olduğunu iddia etmiş, məhkəmə isə yanlış olaraq iddiaçının iş üzrə subyektiv hüququnun olduğu qənaətinə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsi Mülki işlər üzrə məhkəməkollegiyasının 04 may2007-ci il t a rixl i qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına və “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülkikollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasınadair” 27 avqust 2012-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa ş əxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəs t surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 3.0.20. Tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlər inin yerinə yetirilməsidir. Maddə 4.1 və 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlver işli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Maddə

17. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəll əsi Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmi ri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin qərarda, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə si Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. M addə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad e dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

51. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3142-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

52. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə kassasiya məhkəməsinin əv vəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

53. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

54. Məhkəmə kollegiyası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 nömrəli Sərəncamına düzgün qiymət verilməməsi, tikintiyə icazə “Xüsusi nişan”ın verilməsi ilə həyata keçirildiyi halda, həmin nişan verilmədən tikinti işlərinə başlanmasını düzgün olmaması, iddiaçının hazırki iddianı verməyə subyektiv hüququnun olmamsı barədə dəlilləri kassasiya instansiyası məhkəməsinin əvvəlki mövqeyi baxımından həmin dəlillər əsaslı sayıla bilməz.

55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1366/2023 nömrəli, 18 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar