Məhkəmə qərarları › İş №2(102)-3847/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3847/2022

03.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3847/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3847/22 (Açar sözlər: əsassız varlanma) Bakı şəhəri, 03 oktyabr 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-400/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi Yevlax rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və cavabdehin iddiaçıya məxsus 23,21 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir.

2. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, apellyasiya məhkəməsinin qətnaməsi də Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 150.000 manat maddi ziyan və 20.000 manat mənəvi ziyan olaraq, cəmi 170.000 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi r.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh 2017-ci ildən hal-hazıradək onun və ailə üzvlərinin icarəsi altında olan, o cümlədən 9 nəfərdən ibarət olan ailə üzvlərinin yeganə dolanışıq yeri olan 23,21 ha torpaq sahəsini cavabdeh qanunsuz və əsassız olaraq istifadə etmiş, ona həm maddi ziyan, həm də mənəvi ziyan vurmuşdur. Ötən 4 il müddətində onun icarəsi altında olan 23,21 ha torpaq sahəsində cavabdeh taxıl, pambıq, ot məhsulu, bostan əkmiş, daha sonra isə payız mövsümündə həmin sahədə heyvanlarını otarmış və həmin sahələrdən külli miqdarda mənfəət əldə etmiş və bununla da ona və ailə üzvlərinə külli miqdarda maddi ziyan vurmuşdur. Ötən 4 il müddətində həmin sahələr onların özünün istifadəsində olsaydı, onlar həmin sahələrdən hər hektara hər il birinci biçimə 250 bağ ot, iki nci biçimə isə 180 bağ ot götürəcəkdilər. Ot biçini başa çatdıqdan sonra isə payız və qış mövsümlərində həmin sahədə heyvanlarını otaracaqdılar. Buna görə də heyvanlarının payız və qış mövsümündə otarılması üçün torpaq sahəsinə ehtiyacı olmamışdır. Lakin 23,21 ha torpaq sahəsi ötən 4 il ərzində onların ailəsində olmadığı üçün heyvanlarının yemlənməsi üçün onlar payız və qış mövsümündə otlaq sahəsini satın almış və hər il bu məqsədlə 15.000 manat pul xərcləmək məcburiyyətində olmuşdur. 4 il ərzində hər ilə 15.000 manat ödəməklə payız və qış mövsümləri üçün otlaq sahəsinə, ümumilikdə 60.000 manat pul məsrəf etmişdir ki, ona bu ziyanı birbaşa cavabdeh vurmuşdur. Ötən 4 il müddətində onların icarəsi altında olan 23,21 ha torpaq sahəsindən, əgər həmin torpaq sahələri onun istifadəsində olsaydı əldə edə biləcəyi gəlir aşağıdakı kimi müəyyən edilmişdir: birinci biçimdə 34.815 manat, ikinci biçimdə 23.767,04 manat olmaqla, iki biçimdə əldən çıxmış fayda cəmi 58.582,04 manat. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan vurulmuş və mənəvi ziyanın qiymətinin 20.000 manat olduğunu hesab etmişdir.

5. Məhkəmə iclasında cavabdehin vəkili iddianı qəbul etməyərək əsassız olduğunu qeyd etmiş və rədd edilməsini xahiş etmişdir.

6. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 2(039)-1671/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı əşyadan fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, yəni başqa şəxslərlə icarə müqaviləsi bağlanması ilə bağlı danış ıqlar apardığını, bununla bağlı razılığın əldə olunduğunu və s. halları təsdiqləyən sübutları təqdim etmədiyindən əldən çıxmış faydanın tutulması barədə tələbi təmin oluna bilməz.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin onun ailə üzvlərinə silah çıxarması, üzərinə maşın sürməsi, vəzifəli şəxslərə rüşvət verməsi səbəbindən müraciət etdiyi hər yerdə süründürməçiliklə və laqeydliklə qarşılaşmasını əsas gətirərək, ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, qeyd olunan halların baş verməsi ilə bağlı da məhkəməyə heç bir sübut təqdim etməmişdir. Sübutetmə yükü üzərinə düşən iddiaçı iddia tələbi ilə bağlı hər hansı mötəbər sübutu, yəni ona maddi və mənəvi ziyan vurulmasıi barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, bununla da Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

9. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 443.4-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, işə birinci instansiya məhkəməsində baxılarkən hakim maddi hüquq normalarının tələblərini pozaraq onun icarəsi altında olan 23.21 ha torpaq sahəsinin ötən 4 il ərzində Cavabdeh tərəfindən zəbt edilməsinə halına hüquqi qiymət verməmişdir. Sadalanan maddi hüquq normalarına istinadən iddia tələbi qanuni və əsaslı olduğu halda məhkəmə heç bir əsaslandırma gətirmədən qanunun tələblərini pozmuşdur.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) 2(107)-400/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə iddiaçıların əmlakına zərər dəyməklə cavabdehin onların qarşısında “delikt – müqavilədənkənar” məsuliyyət yarandığı qənaətinə gəlmişdir. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bu iddianın maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələri təşkil edir ki, birinci instansiya məhkəməsi də mübahisənin həllinə həmin maddi hüquq normalarını tətbiq etmiş, apellyasiya instansiya məıhkəməsi də bu mövqe ilə razılaşır.

14. İddia tələbinin faktiki halları tələbin qanuni əsasının dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndiri lməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir.

15. Kollegiyanın araşdırması zamanı da təklif olunmasına baxmayaraq iddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi kimi ehtimal olunan ziyanın məbləği və əldə edə biləcəyi həcmdə faydanın mənbəyi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, hesablama qaydasını heç bir sübuta söykənməyən riyazi hesablamaya isinad etməklə iddiasının təmin olunmasını xahiş etmişdir

27. Bundan əlavə kollegiyanın araşdırması zamanı təklif olunmasına baxmayaraq iddiaçı tərəf zəruri sübutları müstəqil əldə etmək imkanının olmamamsı barədə də hər hansı sübüutu məhkəməyə təqdim etməməklə yanaşı, həmin sübutları tələb etmək barədə vəsatətl ə məhkəməyə müraciət etməmişdir.

16. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21.3, 1096.1, 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv və iddianın təmin olunmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya instansiyasında baxılarkən məhkəmə kollegiyası açıq-aşkar haqsızlıq və ədalətsizlik etmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Hazırkı işin faktiki halları ilə bağlı irəli sürdüyü dəqiqliklərə qiymət verilməmiş və iddia tələbi ilə bağlı h ər hansı sübut təqdim etməməyi səbəbindən iddia tələbi rədd edilmişdir. Ötən 4 il ərzində cavabdehin onun icarəsi altında olan torpaq sahəsini zəbt etməsi birmənalıdır və işin mübahisə edilməyən halıdır. Belə olan halda, iddiaçının dəqiqliklə irəli sürdüyü hesablara qarşı cavabdeh tərəfin heç bir mövqei yox idi və ola da bilməzdi. Tələblərinə qarşı cavabdeh tərəfin etirazı daxil olmamış və müdafiəsini qura biləcək mövqeyi olmamışdır. Cavabdeh tərəf məhkəmə iclasında iştirakını belə artıq hesab etmişdir. Lakin qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçının qanuni əsaslarla icarəsində olan 23.21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmişdir. Zəbtlə bağlı heç bir sübut təqdim etməyə ehtiyac yoxdur. Bu hal açıq- aşkar hər kəsə bəyandır. Apel lyasiya qaydasında baxılarkən sübutların qiymətləndirilməsi baxımından məhkəmə kollegiyası ədalətsizlik etmiş, iş materiallarında irəli sürülmüş sübutlara obyektiv qiymət verməmiş və bununla da Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, mülki iş üzrə məhkəmə iclasında yuxarıda qeyd edilən hallar, işin faktiki halları dəfələrlə Məhkəmənin nəzərinə çatdırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilmə si nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata k eçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

27. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərək ətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

32. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsas landırılmış qərardad qəbul etməlidir.

33. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

36. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə bütövlükdə tam yoxlanılır.

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, cavabdeh iddiaçının icarəsində olan torpaq sahəsinin bir hissəsini qanunsuz sahibliyində saxlamış və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə cavabdehin həmin hissədən çıxarılması qət edilmişdir (§ 1-2).

39. Hazırkı işdə iddiaçı 23.21 ha torpaq sahəsini iradəsi xar icində sahibliyində saxlayan cavabdehdən 2017-ci ildən tələbin irəli sürüldüyü vaxtadək olan müddət üçün müvafiq pul məbləğinin tutulmasını tələb edir (§ 3).

40. İşə mahiyyəti üzrə baxmış məhkəmələr iddianın qanuni əsası kimi deliktə aid normaları nəzərdən keçirərək iddianı ona görə rədd etmişlər ki, iddiaçı, Mülki Məcəllənin 1096-cı maddəsində göstərilən zərər şərtini (əldən çıxmış faydanı) sübuta yetirə bilməmişdir (§ 7-9, 13-16, 19-23).

41. Bununla belə nəzərə alınmamışdır ki, qeyd olunan sahənin daxil olduğu 50 ha torpaq sahəsi bələdiyyə tərəfindən müqavilə əsasında iddiaçıya (onun varisi olduğu şəxsə) icarəyə verilmişdir. Buna baxmayaraq, sahənin icarə dəyərinin aydınlaşdırılması üçün həmin müqavilədəki məlumatların nəzərdən keçirilməsi, icarə müqaviləsi və əlavə sübutların təqdim o lunması, zəruri olduqda bu xüsusat üzrə mütəxəssisin cəlb olunması və ya ekspertiza keçirilməsi tərəflərlə lazımi şəkildə müzakirə olunmamışdır.

42. Belə olan halda, iddiaçının istinad etdiyi zərəri sübuta yetirə bilməməsi haqqında gəlinən qənaət qanuni və əsaslı mövqe sayıla bilməz.

43. Kollegiya onu da vurğulayır ki, mübahisənin müəyyən edilmiş halları baxımından iddiaya əsassız varlanmaya dair normaların tətbiqi imkanları hazırkı işdə ümumiyyətlə yoxlanılmamışdır.

44. Belə ki, cavabdehin 23.21 ha torpaq sahəsindəki sahibliyi məhkəmə aktı ilə qanunsuz sayılaraq onun həmin ərazidən çıxarılması qət edilmişdir. İcarə hüququ ilə iddiaçıya verilmiş torpaq sahəsindən cavabdeh istifadə etdiyi halda, onun iddiaçının hesabına varlanıb-varlanmadığına maddi hüquq normaları əsasında qiymət verilməli dir. Bu məzmunda tələb hüququ qanundan irəli gələn iddia imkanıdır.

45. Məlum olduğu kimi, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (§ 24-25).

46. Əmlak hüququ ilə başqasına aid əşyanı qanunsuz sahibliyində saxlayaraq ondan istifadə edən və ya faydalanan şəxs (qanunsuz sahib) həmin əmlaka olan mənfəətini təmin etmək üçün zəruri olan xərclərdən azad olmaqla (müvafiq xərclərə qənaət etməklə) bu mənafeyini başqasının əmlakı hesabına təmin etmiş olur. Bu yolla öz əmlakının passivini (xərclərini) azaltmaq dolayısı ilə varlanma deməkdir. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 26).

47. Diqqət edilməlidir ki, əsassız varlanma çərçivəsində müəyyən edilməli olan hallardan biri iddiaçının zərərə düşüb-düşməməsi deyil, cavabdehin iddiaçının hesabına varlanıb-varlanmamasıdır.

48. Bununla belə, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir (§ 27).

49. Odur ki, hazırkı işin düzgün həlli üçün əmlak hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsindən cavabdehin istifadə etməklə varlanıb-varlanmaması, əgər varlanmışsa həmin varlanmanın iddiaçının tələb etdiyi pul məbləğindən az olub-olmaması araşdırılmamış, mübahisəli olduğu halda bu xüsusatların çəkişlmə prinsipi əsasında tərəflərin təqdim etdikləri sübutlar, habelə mütəxəssis və ya ekspert rəyi ilə yoxlanılması üçün prosessual imkanlardan istifadə edilməmişdir.

50. Halbuki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (§ 29, 32-33).

51. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, hazırkı mübahisədə maddi normaları düzgün tətbiq olunmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl edilməmiş, nəticədə iş üzrə düzgün olmayan qətnamə çıxarılmışdır (§ 28, 30-31, 34).

52. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-400/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar