Məhkəmə qərarları › İş №2(102)-3848/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3848/2023

29.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3848/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi, mənzilin boşaldılması, təhvil verilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Bakı şəhəri, 29 dekabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan iibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi, mənzilin boşaldılması, təhvil verilməsi və kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyul 2023-cü il tarixli, 2(103)-3604/2023 nö mrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 29 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 24 may 2016-cı il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə ilə İddiaçı MTK və "xxxx" ASC MTK-nın inşa etdiyi binada mənzillərin daxili ipoteka krediti əsasında satışı üçün alıcılara bank tərəfindən kreditin ayırması barədə razılığa gəlmişlər. 2. 12 iyul 2016-cı il tarixli, 293 saylı Mənzilin alqı-satqı müqaviləsi ilə İddiaçı MTK ünvan 1 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5-girişli, 12 mərtəbəli yaşayış binasının 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116,79 kvadrat metrdən ibarət 3 otaqlı 37 nömrəli mənzili alıcı Cavabdeh təhvil verməyi, al ıcı isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaiti ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1 və 3.2-ci bəndləri ilə müqavilənin qiyməti 140148 manat müəyyən olunmuş, həmin məbləğin 14015 manat hissəsi alıcının vəsaiti hesabına, qalan 126133 manatın isə "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında ödənilməlidir. 3. 12 iyul 2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli Təminatlı kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh, sonuncunun İddiaçı MTK ilə aralarında imzalanmış 12 iyul 2016-cı il tarixli, 293 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün illik 10% olmaqla 240 ay müddətinə qaytarılmaq şərtilə 126133 manat məbləğində kredit vermişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 202 1-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh və X1 müştərək qaydada 121474,60 manat əsas borc, 29353,31 manat faiz borc olmaqla, cəmi 150827,91 manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 may 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı” və ya “MTK”) iddia ərizəsi (iddianın dəqiqləşdirilməsinə dair ərizə) ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) ilə bağlanmış 12 iyul 2016-ci il tarixli, 293 nömrəli müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında inşa edilmiş 37 nömrəli mənzilin cavabdehin qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi, 15 mart 2022-ci il tarixdən mənzil boşaldılanadək hər ay hesablanmaqla 500 manat məbləğində kompensasiyanın və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Ərizə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsdir.

7. İddia onunla əsaslandırılmışdır ki, MTK ilə cavabdeh arasında bağlan an xx.xx.2016-cı il tarixli 293 nömrəli S.Qocayev 152 ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqı müqaviləsinə əsasən, MTK S.Qocayev 152 saylı küçəsində inşa edilmiş 5 girişli, 12 mərtəbəli yaşayış binasmin 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116.79 kv.m ibarət 3 otaqlı, 37 nömrəli mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən, Alıcı mənzilin təmir-quraşdırma işlərinə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsinə əsasən həmin tarixə borcu olmadıqda və Alıcı bu müqaviləyə görə digər pul öhdəliklərini tam ödədikdən sonra başlama lıdır. Həmin müqavilənin 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, müqavilənin cəmi qiyməti 140148 manat müəyyən edilmiş və 14015 manat Alıcının şəxsi vəsaiti hesabına, qalan 126133 manat isə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilir. Müqavilənin 5.4-cü bəndinə əsasən, Alıcı "xxxx" ASC qarşısında öhdəliklərini tam icra edənə qədər MTK "xxxx" ASC-nin lehinə müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Alıcı bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Müqavilənin 5.6-cı bəndində əsasən, Alıcı tərəfindən Alıcı və "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Alıcı və MTK arasında imza lanmış müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqlar "xxxx" ASC-yə keçir. Müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində Tərəflər bir-birinə vurduqları zərərə (dəymiş ziyanın əvəzi və ziyan dəymiş tərəfin əldən çıxmış gəlirlərinin əvəzinə) görə mülki hüquqi məsuliyyət daşıyırlar. Müqavilənin 10.1-ci bəndinə əsasən, Alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa MTK-nın müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Alıcı bununla əlaqədar MTK-ya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Müqavilənin 10.2-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi halın da Alıcı tərəfindən MTK-ya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və MTK-ya dəymiş ziyan (o cümlədən mənzillə əlaqədar "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar MTK-nın birbaşa və ya dolayı bütün məsrəfləri və "xxxx" ASC-nin tələbləri) çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödənişin qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində Alıcıya qaytarılacaq. 8. "xxxx" ASC ilə cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli, 125-xx-xx2016-RA-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsinə əsasən Borc verən Borcalana Borcalan ilə MTK arasında imzalanmış xx.xx.2016-cı il tarixli 293 nömrəli müqavilənin predmeti olan mənzilin alınması üçün illik 10 faizlə 240 ay müddətinə qaytarılmaq şərtilə 126 133 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən xx.xx.2016-cı il tarixli 293 nömrəli MTK və cavabdeh arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsində tikilməkdə olan bina 152, blok 1, mərtəbə 8, ümumi sahəsi 116,79 kv.m ibarət 3 otaqlı 37 nömrəli mənzil üzrə AR ƏMDK yanında DƏDRX-dən Hüquqların Dövlət Qeydiyyatı haqqında Çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir. Müqavilənin 15.8-ci bəndinə əsasən, Borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 (üç) ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün MTK ilə cavabdeh arasında imzalanmış xx.xx.2016-cı il tarixli 293 nömrəli müqavilənin predmeti olan mənzil üzrə bütün hüquqlar Borc verənə keçir.

9. Cavabdeh həm MTK ilə bağladığı xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin tələblərini, həm də "xxxx" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli, 125-xxxx-2016-RA-XA nömrəli kredit müqaviləsinin tələblərini və üzərinə götürdüyü öhdəlikləri kobud surətdə pozmuşdur. Belə ki, cavabdeh MTK-dan aldığı mənzilə dair verilmiş kredit üzrə "xxxx" ASC-yə borcu olduğu və uzun müddətdir heç bir ödəniş etmədiyi halda qeyd edilən mənzildə heç kimdən razılıq almadan və xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqısatqı müqaviləsinin 2.4.1-ci bəndinin tələblərini pozaraq təmir-quraşdırma işləri aparmış və həmin işləri yekunlaşdırdıqdan sonra uzun müddətdən bəri hal-hazıradək mənzildə yaşayır.

10. Bundan əlavə, cavabdehə verilən kredit yuxarıda qeyd edilən mənzilin əldə edilməsi üçün verilmişdir və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərdən biri də həmin mənzili "xxxx" ASC-də ipoteka ilə yüklü etmək olmasına baxmayaraq, cavabdeh həmin öhdəliklərin icrasından da yayınmışdır.

11. Cavabdeh xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli daxili ipoteka üçün təminatlı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə "xxxx" ASC cavabdehə və zamin X3 qarşı "borc" tələbi barədə iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, həmin kredit və zaminlik müqavilələrinə əsasən cavabdehdən və X1 müştərək qaydada 121474,60 manat əsas, 29353.31 manat faiz borcu olmaqlq, cəmi 150827.91 manat kredit borcu, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının t utularaq iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-3876/2021 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddia tələbi təmin edilmiş və yuxarıda qeyd edilən məbləğin cavabdehdən və X1 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilən şikayətləri yuxarı instansiya məhkəmələri təmin edilməmişlər.

12. MTK ilə "xxxx" ASC arasında bağlanan xx.xx.2016-cı il tarixli "Birgə fəaliyyət haqqında" müqavilənin 6.5-ci bəndinə əsasən, Bank ilə Sifarişçi-Borcalan arasında bağlanacaq kredit müqaviləsi üzrə verilən kreditin və ona hesablanacaq faizlərin, cərimə faizlərinin və dəbbə pulunun qaytarılmasının təminatı kimi MTK zaminlik müqavi ləsi bitənədək Sifarişçi-Borcalanm öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşmar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən, MTK özünün və Bankın lehinə mənzil və ya qeyri-yaşayış sahəsi barəsində Bank qarşısında öhdəliklər tam icra olunanadək müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Sifarişçi-Borcalan bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən, Sifarişçi-Borcalana verilmiş kredit üzrə ödənişlər Sifarişçi-Borcalana təqdim edilmiş ödəniş cədvəlinə müvafiq olaraq 61 gündən 90 günədək gecikdirildikdə, MTK zaminlik müqaviləsi bitənədək tam olaraq bütün borcu və hesablanmış faizləri Bankdan şifahi və yaxud yazılı formada (yəni məktub, elektron poçt, sms və digər bu kimi vasitələr) aldığı zamandan 5 gün müddətindən gec olmayaraq tam ödənilməsini və ya Bankın qabaqcadan yazılı razılığı və Bank tərəfindən məqbul hesab edilən kredit şərtləri əsasında, müvafiq komisyon haqqı tutulmaqla Sifarişçi-Borcalan və MTK arasında imzalanmış müqavilə üzrə hüquq və vəzifələrin 3-cü şəxslərə ötürülməsini öhdəsinə götürür. Müqavilənin 6.14-cü bəndinə əsasən, Sifarişçi-Borcalan və Bank arasında imzalanmış kredit müqaviləsi üzrə ödənişlər 90 gündən çox gecikdirildikdə MTK zaminlik müqaviləsi bitənədək SifarişçiBorcalan və MTK arasında imzalanmış müqavilənin predmeti olan mənzilin və ya qeyriyaşayış sahəsinin boşaldılmasını təmin ed ir.

13. MTK ilə "xxxx" ASC arasında bağlanan xx.xx.2022-ci il tarixli, 01 saylı zaminlik müqaviləsinə əsasən MTK cavabdehlə Bank arasında bağlanmış xx.xx.2016-cı il tarixli 125-xx-xx-2016-RA-XA saylı Kredit müqaviləsi üzrə Borc alanın Bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə MTK tərəfindən cavabdehə bildiriş göndərilərək Mülki Məcəlləyə və tərəflər arasında bağlanan müqavilənin 10.1-ci və 10.2-ci bəndlərinə, habelə "xxxx" ASC-nin müraciətinə əsaslanaraq, xx.xx.2016-cı il tarixli 293 nömrəli müqaviləyə xx.xx.2022-ci il tarixdə MTK tərəfindən birtərəfli qaydada xitam verildiyi və mənzilin başqa şəxsə təkrar satışı həyata keçirilməsi yolu ilə əldə olunan vəsaitin həmin mənzi lin əldə edilməsi üçün "xxxx" ASC tərəfindən cavabdehə verilmiş pul məbləğinə görə yaranmış borcun ödənilməsinə yönəldilməsinin qərara alındığı bildirilmişdir.

14. Daha sonra xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya məktubu ünvanlanmış, mənzilin xx.xx.2022-ci il tarixədək boşaldılaraq MTK-ya təhvil verilməsi tələb edilmiş, əks təqdirdə, mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi, mənzil boşaldılanadək hər ay 500 (beş) yüz manat məbləğində kompensasiya ödənilməsi, o cümlədən məhkəmə xərclərinin tutulması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. MTK tərəfindən göndərilən pretenziyaya cavabdeh tərəfindən heç bir münasibət bildirilməmiş və cavabdeh hazıradək mənzili təhvil verməkdən yayınmışdır.

15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2, 157.4, 421.2, 424.2, 424.5, 425.1, 425.2, 442, 445.2, 447.1, 448.1, 527.2-ci və Mənzil Məcəlləsinin 34.1-ci maddələrinə istinad etmişdir.

16. Cavabdeh və üçüncü şəxs "xxxx" ASC birinci instansiya məhkəməsində iştirak etməmişdir.

17. Birinci instansiya məhkəməsi X4 müstəqil tələb irəli sürməyən şəxs qismində işə cəlb etmişdir.

18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(008)2878/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Nilufər Cəfərli)

19. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mənzilin alqı-satqısına dair xx.xx.2016-cı il tarixli müqavilə bağlanmış və mü qavilənin şərtinə mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə cəmi 140148 manat müəyyən edilmişdir. Mənzilin dəyərinin 14015 manat olan hissəsi cavabdeh tərəfindən ödənilmiş, yerdə qalan 126.133 manat olan hissəsi isə cavabdehlə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi əsasında MTK-ya ödənilmişdir. Qeyd edilən kredit müqaviləsi bağlanılan zaman MTK və X5 ilə "xxxx" ASC arasında öhdəliyin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır. Sonradan cavabdeh banka olan borcunu ödəmədiyi üçün, bank zaminlərdən biri olan Fəzli Əzizovla cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi borc tələbi borcalan və zamin X1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə bağl anmış 93 saylı xx.xx.2016-cı il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə üzərinə düşmüş olduğu öhdəliyi icra edərək mənzilin dəyərini tam şəkildə iddiaçıya ödəmişdir. Mənzilin dəyərinin ödəməsi üçün isə banka borcu yaranmışdır. Demək ki, cavabdeh bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə qanunun ona verdiyi imkandan istifadə edərək qabaqcadan ödənişlərini etmişdir. Bu isə, iddiaçının bildirdiyi kimi, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərin pozulması ilə bağlı istinad etdiyi halların öz təsdiqini tapmadığını göstərir.

21. Qeyd edilən məsələ ilə bağlı iddiaçının nümayəndəsinin məhkəmə iclasında təmsil etdiyi təşkilatın kredit müqaviləsi üzrə zamin qismində çıxış etdiyindən kredit müqaviləsi üzrə MTK-nın da məsuliyyət daşıması, bu səbəbdən də hazırkı mübahisənin həlli kimi mənzilə dair alqı-satqı müqaviləsinin ləğv edilməsi və mənzilin iddiaçıya geri qaytarılması olması barədə etirazına münasibətdə birinci instansiya məhkəməsi göstərmişdir ki, alqı-satqı müqaviləsi ilə kredit müqaviləsini qarışdırmaq olmaz. Bu müqavilələr ayrı-ayrı tərəflər arasında müstəqil şəkildə bağlanmaqla, özündə biri-birindən fərqli olan öhdəliklərin icrasını nəzərdə tutmuşdur.

22. Yuxarda qeyd edilənləri əsas götürərən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilə bilməz

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 421.1, 421.2, 423.2, 421.3 və 442-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

24. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)-6745/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2(008)-2878/2022 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin olunması, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış kompleksində 5 girişli, 12 mərtəbəli yaşayış binasının 1-ci girişi, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 116,79 kvadrat metrdən ibarət 3 otaqlı 37 nömrəli mənzilin Cavabdeh sahibliyindən geri alınması, mənzilin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Namiq Cəfərov)

27. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan müqavilə şərtlərinə istinad edərək, mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 iyul 2016-cı il tarixli müqavilənin 2.4.1-ci bəndinə əsasən, alıcı mənzilin təmir-quraşdırma işlərinə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsinə əsasən həmin tarixə borcu olmadıqda və alıcı bu müqaviləyə görə digər pul öhdəliklərini tam ödədikdən sonra başlamalıdır. Müqaviləni n 3.1-ci və 3.2-ci bəndlərinə əsasən, müqavilənin cəmi qiyməti 140148 manat müəyyən edilmiş və 14015 manat alıcının şəxsi vəsaiti hesabına, qalan 126133 manat isə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsi əsasında 5 iş günü ərzində ödənilir. Müqavilənin 5.4-cü bəndinə əsasən, alıcı, "xxxx" ASC qarşısında öhdəliklərini tam icra edənə qədər MTK, "xxxx" ASC-nin lehinə müvafiq məhdudlaşdırma tədbirlərini həyata keçirə bilər. Alıcı bu məhdudlaşdırma ilə bağlı heç bir formada etiraz (pretenziya) irəli sürə bilməz. Müqavilənin 5.6-cı bəndinə əsasən, alıcı tərəfindən alıcı və "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi ilə nəzərdə tutulan ödəniş cədvəli üzrə ödənişlər 90 gün müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün alıcı və MTK arasında imzalanmış müqavilənin pre dmeti olan mənzil üzrə bütün hüquqlar "xxxx" ASC-yə keçir. Müqavilənin 10.1-ci bəndinə əsasən, alıcı tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa MTK-nın müqaviləni birtərəfli qaydada ləğv etmək və həmin mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. Alıcı bununla əlaqədar MTK-ya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Müqavilənin 10.2-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi halında alıcı tərəfindən MTK-ya ödənilmiş vəsait müqavilə şərtlərinin pozulması ilə əlaqədar nəzərdə tutulmuş cərimələr və MTK-ya dəymiş ziyan (o cümlədən mənzillə əlaqədar "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi ilə əlaqədar MTK-nın birbaşa və ya dolayı bütün məsrəfləri və "xxxx" ASC-nin tələblə ri) çıxıldıqdan sonra həmin mənzilə dair üçüncü şəxslərdən müqavilə üzrə ödənişin qəbulundan sonrakı 7 (yeddi) iş günü ərzində alıcıya qaytarılacaq.

28. Göründüyü kimi, cavabdeh bank qarşısında kredit öhdəliyini yerinə yetirməməklə iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin şərtlərini pozmuş, nəticədə mübahisəli mənzilə görə iddiaçının depozit hesabına köçürülmüş və bu günə kimi bank tərəfindən bloklaşdırılmış vəziyyətdə olan 126133 manat pul vəsaitindən iddiaçı məhrum olmuş, bankın nümayəndəsinin bildirdiyinə görə, məhkəmə qətnaməsi əsasında cavabdehdən tutulması qət edilən 150827,91 manat məbləğində pulun həmin depozit hesabına silinməsi həyata keçiriləcəkdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin yuxarıda qeyd edilən bəndlərində alıcı tərəfindən üzərinə düşən öhdəlikl ər yerinə yetirilmədikdə hansı hərəkətləri ediləcəyi açıq qeyd edilmişdir. Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur.

29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, alıcı tərəfindən alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilmədiyindən, alqı-satqı müqaviləsinin tələbləri pozulduğundan iddia tələbi “alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin Cavabdeh sahibliyindən geri alınması, mənzilin boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi” hissələrində təmin edilməli, dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində pul vəsaitinin 50 manatı cavabdehdən alınıb iddiaçıya ödənilməlidir

30. Bununla belə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, alqı-s atqı müqaviləsində kompensasiya ilə bağlı müddəalar nəzərdə tutulmadığından və hazırkı mübahisə üzrə buna hər hansı qanuni əsas olmadığından iddia tələbi “xx.xx.2022-ci il tarixdən mənzil boşaldılanadək hər ay hesablanmaqla 500 (beş) yüz manat məbləğində kompensasiyanın cavabdehdən tutulması” hissəsində təmin edilməməlidir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 389.1, 390.1, 390.5, 390.6, 399.1, 404.1, 405.1, 405.2, 417.3, 421.1, 421.2, 421.3, 423.2, 424.2, 424.3, 425.1, 425.2, 442 və 567-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

32. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəlləsinin 2.2, 88, 217, 386 və 387-ci maddələri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçıya mənzilə görə ödənişi bank vasitəsi ilə etdiyindən və bununla bağlı hüquq münasibətləri cavabdehlə Bank arasında yarandığından, kooperativin iddia qaldırması yolverilməzdir. MTK ilə cavabdeh arasında olan müqaviləyə əsasən mənzil MTK-ya qaytarılmalıdırsa, cavabdehin Banka olan borcunun necə həll edilməli olması göstərilməmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1284/23 nömrəli iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş ye ni apellyasiya baxışına qaytarılmışdır.

35. Ali Məhkəmənin mövqeyi: - iddiaçı cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsini və müqavilənin predmeti olan mənzilin iddiaçının sahibliyinə qaytarılmasını xahiş etmişdir. İddianı təmin edən apellyasiya məhkəməsi mövqeyini 12 iyul 2016-cı il tarixli müqavilənin şərtlərini sadalamaqla, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini pozması ilə əsaslandırmışdır; - bu zaman məhkəmə Mülki Məcəllənin 421.2-ci maddəsinin dispozisiya şərtlərini nəzərə almamışdır. Belə ki, həmin maddəyə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli p ozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; - tərəflər arasında bağlanmış müqavilə isə mənzilin alqı-satqısı barəsindədir. Həmin müqavilə üzrə iddiaçı inşa etdiyi binada razılaşdırılmış mənzili təhvil verməyi, cavabdeh isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşlər; - işin müəyyən olunmuş hallarına görə, cavabdeh müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi tam icra etmiş və mənzilin dəyərini öz vəsaiti, habelə "xxxx" ASC-dən aldığı kredit hesabına tam ödəmişdir. Belə olan halda, cavabdehin müqavilənin digər şərtlərinin tam və ya qismən icra edilməməsi nəticəsində Mülki Məcəllənin 421.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan nəticələrə səbəb olması əlav ə əsaslandırılmalı idi ki, apellyasiya məhkəməsi tərəfindən bununla bağlı araşdırma aparılmamışdır; - tərəflər arasında imzalanmış müqavilənin apellyasiya məhkəməsinin istinad etdiyi bəndləri Mülki Məcəllənin 404-cü maddəsinə uyğun təfsir olunmalıdır. Belə ki, müqavilənin 2.4.1-ci bəndinin mümkün pozuntusu heç bir halda bu müqavilənin ləğvi üçün əsas ola bilməz. Bəllidir ki, mənzil, ondan təyinatı üzrə istifadə etmək, yəni yaşamaq üçün əldə olunur. Mənzildə normal şəraitdə yaşamaq məqsədi ilə isə orada təmir-quraşdırma işlərinin aparılması zəruridir. Cavabdehlə "xxxx" ASC arasında kredit müqaviləsinin 240 ay müddətində bağlanması, mənzilin 20 il müddətində təmirsiz qalması kimi qiymətləndirilməməlidir. Məhz bu səbəbdən müqavilənin həmin bəndində təmirquraşdırma işlərinin başlandığı tarixə kredit müqaviləsi üzrə borcu olmamasından bəhs edilir; - müqavilənin 5.4-cü bəndi MTK-ya Bankın xeyrinə mənzillə bağlı məhdudlaşdırma tədbirlərinin həyata keçirmək hüququnu verir. Müqavilənin 5.6-cı bəndi isə kredit müqaviləsi üzrə alıcı tərəfindən ödənişlərin aparılmaması halında borcun ödənilməsi üçün mənzil üzrə hüquqların "xxxx" ASC-yə keçməsini nəzərdə tutur. Göründüyü kimi, müqavilənin bu bəndləri ilə kredit verən banka mənzilə tələb hüququ vermişdir ki, bank belə tələblə məhkəməyə müraciət etməmişdir; - bundan başqa, iddianı təmin edən apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdeh bank qarşısında kredit öhdəliyini yerinə yetirməməsi nəticəsində mübahisəli mənzilə görə iddiaçının depozit hesabına köçürülmüş pul vəsaiti bank tərəfindən bloklaşdırılmışdır. Məhkəmə işin bu halını ba nkın nümayəndəsinin izahatı ilə müəyyən etmişdir. Lakin apellyasiya məhkəməsi üçüncü şəxsin nümayəndəsinin həmin izahatını Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən qiymətləndirməmiş, cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının bank hesabındakı vəsaitlərinin bloklaşdırılmasına dair sübutların iş materiallarında mövcud olmamasını nəzərə almamış, belə bloklaşdırma baş verdiyi halda isə bunun qanuniliyinə və cavabdehlə bağlınmış müqavilənin ləğvi üçün əsas olmasına qanunvericiliyin tələblərinə əsasən səbəb olmasına hüquqi qiymət verməmişdir; - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına görə zaminliyi X5 adlı fiziki şəxsin üzərinə götürməsi müəyyən olunmuş və həmin qətnamə il ə borc kredit alan hazırki cavabdehlə yanaşı həmin zamindən tutulmuşdur. Yəni hazırki işdə iddiaçı MTK-nın cavabdehin banka olan borcunun ödənilməsi və ya məhkəmə qətnaməsi ilə belə öhdəliyinin yaranması müəyyən olunmur. İddiaçının məhkəməyə ünvanladığı 14 noyabr 2022-ci il tarixli arayışına əsasən X2 İddiaçı MTK-nın sədr müavini vəzifəsində işləməsi iddiaçıya hazırki iddianı qaldırmağa subyektiv hüquq vermir; - hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

36. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3604/2023 nömrəli 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2878/2022 saylı, 26 iyul 2022-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev, Günay Axundova)

37. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsindən və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçı cavabdehlə bağlan mış müqavilənin ləğv edilməsini və müqavilənin predmeti olan mənzilin MTK-nın sahibliyinə qaytarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin həm MTK ilə bağladığı xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin tələblərini, həm də "xxxx" ASC ilə bağladığı xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016- RA-XA nömrəli kredit müqaviləsinin tələblərini və üzərinə götürdüyü öhdəlikləri kobud surətdə pozduğuna istinad etmişdir

38. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hal larda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır.

39. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir.

40. Hazırki işdən qanunvericiliyin bu maddələrində nəzərdə tutulan halların baş verməsini, yəni tərəflərin müqavilənin ləğvi ilə bağlı razılığa gəlməsi ya da onlardan birinin müqaviləni əhəmiyyətli dər əcədə pozması, həmçinin müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarını müəyyən etmək mümkün olmamışdır.

41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 125-xx-xx-2016-RA-XA nömrəli kredit müqaviləsinin şərtlərinin sonuncu tərəfindən pozulması nəticəsində Bank ödənişlərin vaxtında həyata keçirilmədiyinə istinadən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüququndan istifadə edərək məhkəməyə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh və tərəf olduğu kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üzrə zamin qismində çıxış edən X1 (fiziki şəxs olaraq) müştərək qaydada əsas borc üzrə 12 1.474,60 manat, faiz borcu üzrə 29.353,31 manat, cəmi 150.827,91 manat məbləğində pulun "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

42. Cavabdeh-borc alanın 125-xx-xx-2016-RA-XA saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası əlavə olaraq xx.xx.2022-ci tarixli zaminliklə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh – zamin İddiaçı MTK borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. Yuxarıda qeyd edildiyi kimi sözügedən kredit müqaviləsi üzrə irəli gələn öhdəlikləri lazımi qaydada icra etməyən borclu Cavabdeh barəsində Bank tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət olunmuş, ondan və onun öz öhdəliyini tamamilə və ya hissə-his sə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürən X1 Bankın xeyrinə borcun tutulması qət edilmişdir.

43. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, öhdəliklərin icrasının təminatı olaraq bağlanmış 01 saylı, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinin predmeti olan 125-xx-xx-2016-RA-XA saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi mövcud deyildir, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə Bankın birtərəfli iradə ifadəsinə əsasən aradan qaldırılmışdır. Hazırda borclu Cavabdeh və X2 Bank qarşısında daşıdığı öhdəliyin yaranması səbəbi isə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsidir.

44. Beləliklə hazırki iş üzrə isə iddiaçı olan MTK-nın zamin olması və cavabdehin kreditverən banka olan öhdəliyini tam yerinə yetirməsi halları müəyyən olunmamışdır. Əksinə, işdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına görə zaminliyi X5 adlı fiziki şəxsin üzərinə götürməsi müəyyən olunmuş və həmin qətnamə ilə borcun kredit alan hazırki cavabdehlə yanaşı, həmin zamindən də tutulması qət edilmişdir. Yəni hazırki işdə iddiaçı MTK-nın cavabdehin banka olan borcunun ödənilməsi və ya məhkəmə qətnaməsi ilə belə öhdəliyinin yaranması müəyyən olunmur. İddiaçının məhkəməyə ünvanladığı 14 noyabr 2022-ci il tarixli arayışına əsasən X2 iddiaçı MTK-nın sədr müavini vəzifəsində işləməsi iddiaçıya hazırki iddianı verməyə subyektiv hüquq vermir.

45. Bundan başqa, iddiaçı cavabdehin bank qarşısında kredit öhdəliyini yerinə yetirməməsi nətic əsində mübahisəli mənzilə görə MTK-nın depozit hesabına köçürülmüş pul vəsaitinin bank tərəfindən bloklaşdırıldığını iddia edir. Əvvəla qeyd edilməlidir ki, işin bu halı yalnız Bank və MTK nümayəndələrinin izahatı ilə müəyyən edilir və məhz cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının bank hesabındakı vəsaitlərinin bloklaşdırılması işdə olan hər hansı digər sübutlarla öz təsdiqini tapmır. İddiaçının istinad etdiyi bu hal cavabdehlə bağlanmış müqavilənin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsi üçün heç bir halda əsas deyildir. Akseptsiz qaydada silinmə baş verdiyi təqdirdə isə öhdəliyi icra etmiş MTK-yə kreditorun, hazırki halda Bankın həmin öhdəlik üzrə hüquqlarının, tələbini ödədiyi həcmdə keçməsinin mümkünlüyü qanunvericilikdə öz əksini tapmışdır. Mülki Məcəlləni n 193.1 və 196-cı maddələrindən tələb sahibinin özünə mənsub olan tələb hüququnun üçüncü şəxsə güzəşt edilməsinin mümkün olması anlaşılır. İlkin kreditorun güzəşt etdiyi tələb yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.

46. Tərəflərin bağladıqları xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən pozulması halı üzrə isə müəyyən edilmişdir ki, iddiaçı həmin müqavilənin 2.4.1-ci bəndinin pozulduğuna istinad edir. Bu müqavilənin 2.4.1-ci bəndinə əsasən, alıcı mənzilin təmir-quraşdırma işlərinə "xxxx" ASC ilə bağlanılmış kredit müqaviləsinə əsasən həmin tarixə borcu olmadıqda və alıcı bu müqaviləyə görə digər pul öhdəliklərini tam ödədikdən sonra başlamalıdır. Halbuki müqavilənin bu bəndi ilə əlaqədar nəzərə alınmalıdır ki, hazırki müqavilən in predmeti olan daşınmaz əmlak vətəndaşın daimi yaşaması üçün yararlı olan və müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara cavab verən ayrıca yaşayış sahəsidir. Həmin əmlakdan təyinatı üzrə istifadə edilməsi mənzildə normal şəraitdə yaşamaq məqsədilə orada təmir-quraşdırma işlərinin aparılması zəruriliyini də ehtiva edir.

47. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı ilə cavabdehin tərəf olduqları xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin 240 ay müddətinə bağlanması, həmin müddət (20 il) ərzində bu mənzilin təmirsiz qalması kimi qiymətləndirilməməlidir. Məhz bu səbəbdən müqavilənin 2.4.1-ci bəndinin mümkün pozuntusu heç bir halda bu müqavilənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 404-cü maddəsinin məzmununa görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

48. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, hər bir halda müqavilənin 5.6-cı bəndi kredit müqaviləsi üzrə alıcı tərəfindən ödənişlərin aparılmaması halında borcun ödənilməsi üçün mənzil üzrə hüquqların "xxxx"ASC-yə keçməsini nəzərdə tutur. Göründüyü kimi, MTK müqavilənin bu bəndləri ilə kredit verən banka mənzilə dair tələb h üququ vermişdir ki, bank isə müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malik olmasına baxmayaraq özünə məxsus bu hüquqdan istifadə etməmişdir. Belə olan halda MTK bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtlərinin pozulması əsası ilə mübahisəli mənzili tələb etmək üzrə subyektiv hüququ yoxdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

49. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

50. Kassasiya şikayəti belə əsaslandırılıb: - cavabdeh həm alqı-satqı, həm də kredit müqaviləsi üzrə üzərinə öhdəliklər götürməsinə baxmayaraq, şərtləşdirilmiş öhdəliklərin icrasından boyun qaçırmış, apellyasiya məhkəməsi isə həmin müddəaları nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən alınan mənzil bankda ipotekaya qoyulmalı olmasına baxmayaraq, cavabdeh bu öhdəliklərin icrasından yayınmışdır. Həmin mənzilə görə verilən krediti ödəmədiyinə görə zaminlik müqaviləsinə əsasən MTK-nın bankda olan hesablarındakı vəsaitin akseptsiz silinməsi riski meydana gəlmişdir; - iddia tələbinin də mahiyyəti ondan ibarətdir ki, cavabdehdən mənzil alınaraq təkrar üçüncü şəxsə satılması yolu ilə əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi təmin edilsin. Hazırda cavabdehin kredit borcuna görə icra vərəqəsi verilmiş, iş icrada olmasına baxmayaraq yenə də cavabdeh ödəniş etmir, mənzildə ailə üzvləri ilə birlikdə yaşamağa davam edir, əvəzində isə MTK barəsində ciddi risklər meydana gəlmişd ir; - mübahisələndirilən qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “hazırkı müqavilənin predmeti olan daşınmaz əmlak vətəndaşın daimi yaşaması üçün yararlı olan və müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara cavab verən ayrıca yaşayış sahəsidir. Həmin əmlakdan təyinatı üzrə istifadə edilməsi mənzildə normal şəraitdə yaşamaq məqsədilə orada təmir-quraşdırma işlərinin aparılması zəruriliyini də ehtiva edir. Beləliklə iddiaçı ilə cavabdehin tərəf olduqları xx.xx.2016-cı il tarixli, 293 nömrəli alqı-satqı müqaviləsinin 240 ay müddətinə bağlanması, həmin müddət (20 il) ərzində bu mənzilin təmirsiz qalması kimi qiymətləndirilməməlidir. Məhz bu səbəbdən müqavilənin 2.4.1-ci bəndinin mümkün pozuntusu heç bir halda bu müqavilənin ləğvi üçün əsas ola bilməz” – bununla bağl ı qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinin təzahürüdür. Qanunvericiliklə qadağan edilməyən şərtləri müqavilədə ifadə etməkdə tərəflər sərbəstdirlər. Yəni cavabdeh müqavilə ilə şərtləri razılaşıb təsdiqləmişdir. Məhkəmə müəyyən edə bilməz ki, tərəf müqavilə üzrə əldə edəcəyi daşınmaz əmlakı yaşamaq üçün istifadə edəcəkdir, yoxsa investisiya məqsədi ilə etdiyi yatırımdır. Hər bir halda cavabdeh qeyd edilən şərtlə razılaşmasaydı, müqaviləni təsdiqləməkdən imtina etməli idi. Hər iki tərəf üçün həmin şərtin müqavilədə yerləşdirilməsində məqsəd ondan ibarət olmuşdur ki, tərəf banka olan borcunu gecikdirməsin və mənzili ipoteka ilə yüklü etməyi təmin etsin. Lakin cavabdeh tərəfindən bütün öhdəliklər pozularaq MTK çətin vəziyyətə düşmüş, hər iki instansiya məhkəmələri isə sanki ca vabdehin hüquqlarını müdafiə olunacaq şəkildə müqavilələri təfsir etmişdir; - iddiaçının təqdim etdiyi əsaslı sübutların təkzib edilməsi üçün isə aidiyyəti olmayan normalara istinad edilmişdir. Odur ki yuxarıda sadalanan hallara əsasən belə qənaətə gəlmək olar ki, apelyasiya instansiya məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin 34.1-ci, Mülki Məcəllənin 157.2, 15734, 385.1, 421.2, 424.2, 424.5, 425.1, 425.2, 442, 445.2, 447.1, 448.1, 527.2-ci maddələrinin tələbləri nəzərə alınmamışdır; - mübahisələndirilən qətnamədə qeyd edilmişdir ki, “tərəflərin müqavilənin ləğvi ilə bağlı razılığa gəlməsi ya da onlardan birinin müqaviləni əhəmiyyətli dərəcədə pozması, həmçinin müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarını müəyyən etmək mümkün olmamışdı r. Hər bir halda müqavilənin 5.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə alıcı tərəfindən ödənişlərin aparılmaması halında borcun ödənilməsi üçün mənzil üzrə hüquqların "xxxx"ASC-yə keçməsini nəzərdə tutur. Göründüyü kimi, MTK müqavilənin bu bəndləri ilə kredit verən banka mənzilə dair tələb hüququ vermişdir ki, bank isə müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malik olmasına baxmayaraq özünə məxsus bu hüquqdan istifadə etməmişdir. Belə olan halda MTK bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtlərinin pozulması əsası ilə mübahisəli mənzili tələb etmək üzrə subyektiv hüququ yoxdur”. Bununla bağlı qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin belə yanaşması tamamilə yanlışdır. Belə ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şə kildə pozaraq banka ödənişlərini icra etməmişdir. Həmin müqavilənin ləğv olunma əsaslarından biri də 5.6-cı bənddə nəzərdə tutulmuşdur. Belə ki, müqavilə ləğv edildikdən sonra bankın tələbi ilə mənzilə dair hüquqlar banka keçə bilər. Ləğv edilməmiş müqavilənin predmetini təşkil edən mənzilə dair hüquqların üçüncü şəxsə keçməsi isə qanunvericilik baxımından düzgün hesab edilə bilməz; - bundan əlavə qətnamədə qeyd edilmişdir ki, “iddiaçı cavabdehin bank qarşısında kredit öhdəliyini yerinə yetirməməsi nəticəsində mübahisəli mənzilə görə MTK-nın depozit hesabına köçürülmüş pul vəsaitinin bank tərəfindən bloklaşdırıldığını iddia edir. Əvvəla qeyd edilməlidir ki, işin bu halı yalnız bank və MTK nümayəndələrinin izahatı ilə müəyyən edilir və məhz cavabdehin öhdəliyini icra etməməsi nəticəsində id diaçının bank hesabındakı vəsaitlərinin bloklaşdırılması işdə olan hər hansı digər sübutlarla öz təsdiqini tapmır”. Bununla bağlı qeyd edilməlidir ki, bankın nümayəndəsi tərəfindən hesabın bloklaşdırılmasına dair izahatın verilməsi kifayətdir ki, məhkəmə həmin halı mötəbər hesab etsin. Belə ki, MTK-nın bankda olan depozit hesabına əvvəlcədən pulun yerləşdirilməsi bankın tələbidir və həmin tələbin də məqsədi sırf ondan ibarət olmuşdur ki, gələcəkdə müştərilər tərəfindən hər hansı gecikmə halı baş verərsə və borcun qaytarılması ümidsiz olarsa müvafiq vəsait MTK-nın hesabından akseptsiz qaydada silinsin. Tərəflər arasında bağlanan müqavilələrdə də bu hal əks etdirilmişdir. Hər bir halda apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən halın təsdiq və ya təkzib edilməsinin m üəyyən edilməsindən ötrü banka sorğu göndərilməsi mümkün idi. Lakin məhkəmə həmin halı araşdırmadan ümumi sözlərlə məsələyə səthi qiymət vermişdir; - iddia tələbinin mahiyyətini təşkil edən MTK ilə cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli 293 nömrəli alqı-satqı müqaviləsinin 2.4.1, 3.1, 3.2, 5.4, 5.6-cı bəndləri üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməməsi məhkəmə tərəfindən nəzərə alınmamış, qətnamənin əsaslandırıcı hissəsində həmin bəndlərin əsassız olduğuna dair hər hansı istinad gətirilməmiş, yalnız 2 bəndə ümumi sözlərlə qiymət verilmiş və cavabdehin öhdəliklərinin pozulmasından irəli gələn məsuliyyət məsələsinin nəticəsi olaraq apellyasiya şikayəti təmin edilməmişdir. Əksinə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yanlış qən aəti ilə razılaşaraq göstərmişdir ki, cavabdeh xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə qanunun ona verdiyi imkandan istifadə edərək qabaqcadan ödənişlərini etdiyinə görə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra edərək öz vəzifəsini layiqincə yerinə yetirmişdir. Lakin nəzərə alınmamışdır ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə ümumi məbləğin yalnız 14015 manatlıq hissəsini ödəmiş, qalan vəsait isə MTK-nın bankla olan əməkdaşlığı çərçivəsində bank tərəfindən ödənilmişdir. Həmin ödənişə görə də MTK bank qarşısında öhdəliklər götürmüşdür. Yəni cavabdeh müqavilənin qiymətini tam olaraq öz şəxsi vəsaiti hesabına ödəməmişdir; - alqı-satqı müqaviləsi üzrə ödənişlərlə bağlı hissənin icra edilib-edilməməsi özlüyündə müqavilə şərtlərinin tam olaraq icra edi lməsi anlamına gələ bilməz. Çünki tərəflər alqı-satqı müqaviləsi üzrə müxtəlif öhdəliklər götürmüş və müxtəlif vəzifələrin icra edilməsinə təminat vermişlər. Cavabdeh isə həmin müqavilə üzrə demək olar ki, üzərinə götürdüyü heç bir öhdəliyə əməl etməmişdir. Bu baxımdan, MTK-nın tələbi tamamilə qanuni və əsaslı olmuşdur. - cavabdeh heç bir ödəniş etmədən ümumi dəyəri 150 minə yaxın mənzilə sahiblik hüququ hiss edir və zaminləri çətin vəziyyətdə qoyduğunun fərqində deyil. Pulu ödəmək və ya bankla razılaşmaq üçün heç bir addım atmır; - qanunvericiliyə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrinin əsaslandığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Lakin apellyasiya məhkəməsinin qəbul etdiyi qətnamədə iş üzrə gəlinən nəticəyə əsaslandığı sübutlar mötəbər deyildir və əlavə sübutların əldə olunması təmin olunmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etirazda şikayətin formal olması, bu səbəbdən təmin edilməməsi xahiş edimişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsa s üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyin in pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

54. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norm alarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

57. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3748-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

58. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, tərəflər arasındakı müqavilənin şərtlərini təhlil etmiş, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hü quq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

59. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin də dəlilləri olub və onlara işdəki sübutlarla qiymət verməklə apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsi barədə nəticəyə gəlib. Həmçinin iddiaçının kassasiya instansiyası məhkəməsinin bu iş üzrə əvvəlki qərarında şərh edilənlər baxımından da əsaslı sayıla bilməz.

61. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyul 2023-cü il tarixli, 2(103)3604/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar