Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3851/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ümumi mülkiyyət hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X1 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-149/2024 nömrəli, 22 iyul 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran yaşayı ş massivi, kvartal 52, 8 saylı sahədə yerləşən torpaq sahəsi (bundan sonra – Torpaq sahəsi) X2 miras qalmışdır. Torpaq sahəsi Lenin (indiki Sabunçu) Rayon Xalq Deputatları Sovetinin xx.xx.1988-ci il, 14/19 nömrəli qərarı əsasında verilmişdir.
2. Torpaq sahəsi qanun üzrə vərəsəlik qaydasında tərəflərin mülkiyyətinə keçmiş, bu barədə 18 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, torpaq sahəsinə dair İddiaçı2 2/4 hissədə, digər İddiaçı1 isə ¼ hissədə payları müəyyən edilmiş, Cavabdeh ¼ hissədə payı isə açıq saxlanılmışdır.
3. İddiaçı2 Torpaq sahəsinə dair 2/4 hissədə paylı mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bir inci instansiya məhkəməsində icraat
4. İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa - Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı sahə, yəni 0,05931 hektar torpaq sahəsinin (Bundan sonra – Torpaq sahəsi) və üzərindəki tikilinin naturada ayrılması, bu mümkün olmadığı təqdirdə açıq hərrac vasitəsilə satılaraq əldə olunan pulun paylara mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, torpaq sahəsinin vərəsəlik qaydasında 2/4 hissəsi İddiaçı2, 1/4 hissəsi isə İddiaçı1 mülkiyyətinə keçmişdir. Digər varis - cavabdehin vərəsəliyə münasibət bildirmək üçün notariat kontoruna gəlmədiyinə görə, onun payı açıq qalmışdır. Cavabdeh qeydiyyatda olduğu ünvanda faktiki yaşamamışdır. Qeyd edilən torpaq sahəsində Lenin (indi Sabunçu) Rayon Xalq Deputatları Sovetinin İcra Komitəsinin 22 aprel 1988-ci il tarixli, 14/19 saylı qərarına əsasən, fərdi ev tikilmişdir (torpaq sahəsinin çıxarışı olsa da, evin çıxarışı yoxdur). Cavabdeh həmin sahəyə və evə girişi kilidləmişdir. Onun yaratdığı manelərə görə, həmin evə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış əldə edilməsi mümkün olmamışdır. İddiaçıların cavabdehlə qohumluq münasibətləri yaxşı vəziyyətdə olmamışdır. Birgə iddiaçıların qohumluq münasibətləri isə yaxşı olmuşdur. İddiaçılarla cavabdehin əmlakdan birgə istifadəsi mümkün deyil. Bu səbəbdən əmlakın bölünməsi və ya məhkəmə tərəfindən hərrac va sitəsilə satılaraq paylara uyğun olaraq pulun verilməsi zərurəti olmuşdur. Torpaq sahəsinin üzərində fərdi yaşayış evi olduğuna görə, onun naturada paylara alınmasını mümkün görməmişlər.
6. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmiş və iddiaya etiraz verməmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4811 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli Torpaq sahəsinin paylara uyğun naturada ayrılması mümkün deyil.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-257/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zamanlı Pərviz) iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu ilə ekspertiza xərci iddiaçılara aid edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan mül ki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi 3 hissədən ibarətdir: 1) Torpaq sahəsinin naturada ayrılması; 2) üzərindəki tikilinin naturada ayrılması və 3) naturada ayrılması mümkün olmadıqda hər iki daşınmaz əmlakın açıq hərrac vasitəsilə satılaraq əldə olunan pulun paylara uyğun bölünməsi.
11. Birinci instansiya məhkəməsi iddia tələbinin birinci hissəsi ilə bağlı qeyd etmişdir ki, Torpaq sahəsinin qanun üzrə vərəsəlik qaydasında tərəflərin mülkiyyətinə keçməsi və tərəflərin paylı mül kiyyətlərində olması işin mübahisəsiz halı olmuşdur. Paylı mülkiyyətdə olan daşnmaz əşyanın bölünməsini və ondan payın ayrılmasının qanunda 3 qaydası nəzərdə tutulmuşdur: birincisi qayda payın ayrılması qaydası və şərtləri ilə bağlı mülkiyyətçilərin razılığının olmasını nəzərdə tutur. İkinci qayda mübahisənin məhkəmə yolu ilə həll edilməsini nəzərdə tutur. Bu qayda o halda qüvvədə olur ki, birinci qayda (tərəflərin razılaşması) mövcud olmasın. Üçüncü qayda isə birinci və ikinci qaydanın tükənməsindən sonrakı prosesi tənzimləyir və bu zaman payının ayrılmasını istəyən mülkiyyətçi digər mülkiyyətçilərdən payının dəyərini tələb etmək hüququna malikdir.
12. İşin hallarından da göründüyü kimi, tərəflər arasında payların ayrılması ilə bağlı razılıq mövcud deyil. Bu halda hazırkı mübahisəyə ikinc i qayda tətbiq olunacaqdır. Bu qayda isə tələb edir ki, paylı mülkiyyətdə olan payın naturada ayrılmasının mümkün olubolmaması, yaxud ayrılması mümkün halda bunun ümumi mülkiyyətdə olan əşyaya hansı dərəcədə zərər vurub-vurmaması müəyyənləşdirilməlidir. Çünki iddianın təmin edilibedilməməsi məhz bu halın nəticəsindən asılıdır.
13. Odur ki, məhkəmə tərəfindən paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü barədə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
14. Birinci instansiya məhkəməsi işin qeyd edilən faktiki hallarından və sadalanan maddi hüquq normalarına əsasən hesab etmişdir ki, mübahisəli Torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, tərəflər isə Torpaq sahəsinə dair payın ayrı lması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.
15. Birinci instansiya məhkəməsi tələbin ikinci hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçılar Torpaq sahəsinin üzərində yerləşən tikilinin də naturada bölünməsini tələb etsələr də, həmin tikiliyə dair tərəflərin mülkiyyət hüquqlarını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi, tələbin ikinci hissəsi ilə bağlı qanuni əsas mövcud deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddianın ikinci hissəsi ilə bağlı qanuni əsas mövcud olmadığından iddia həmin hissədə də təmin edilə bilməz.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın 3-cü hissəsi də təmin edilə bilməz. Yuxarıda paylı mülkiyyətdə olan əşyanın bölünməsinin 3 qaydası barədə qeyd edilmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əşyanın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Əvvəldə də şərh edildiyi kimi, əvvəlcə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin kompensasiya vermək imkanı olmadıqda və ya o, kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
18. Məhkə mə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 178.1, 220.1, 220.2, 220.3, 220.5, 220.6, 223.4-cü, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa Nardaran yaşayışmassivi, kvartal 52, 8 saylı sahə, yəni 0,05931 hektar torpaq sahəsinin və üzərindəki tikilinin açıq hərrac vasitəsilə satılaraq əldə olunan pulun paylara mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlakın naturada bölünməsi və ya hərrac vasitəsilə satılaraq paylara uyğun olaraq pulun bölünməsi haqqında cavabdehə müraciət edilsə də, nəticə olmamışdır. Bu səbəbdən də əmlakın naturada bölünməsi, bu mümkün olmazsa, məhkəmə tərəfindən hərrac vasitəsilə satılaraq paylara uyğun olaraq pulun bölünməsi iddiası qaldırılmışdır. Ekspert rəyi ilə təsdiq edilmişdir ki, əmlakın naturada bölgüsü mümkün deyildir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-149/2024 nömrəli mülki iş üzrə 22 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov - sədrlik edən və məruzəçi, N.Cəfərov və İ.Şirinov) iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2 57/2022 saylı, 11 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iddia təmin olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa - Nardaran yaşayış massivi, kvartal 52, 8 saylı sahə, yəni 0,05931 hektar torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə açıq hərracda satılması və əldə edilmiş vəsait tərəflərin paylarına mütənasib bölünməsi qət olunmuş, məhkəmə xərcləri həll edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərildiyi kimi Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların pay larına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. İddiaçılar da hazırkı iddia üzrə qeyd olunan qaydalara və ardıcıllığa riayət etmişlər.
23. Apellyasiya baxışı zamanı da iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 yazılı ərizə təqdim edərək cavabdehin bir pay üzrə 30.000 manat olmaqla (həm torpaq sahəsi, həm də üzərindəki tikili nəzərə alınmaqla), cəmi 60.000 manat payların dəyərini ödəyəcəyi halda mübahisəni yekunlaşdıra biləcəyini bildirdi, ancaq cavabdehin vəkili Nümayəndə hüquqlarını müdafiə etdiyi şəxslə əlaqə saxlayaraq yalnız ekspertiza rəyi ilə müəyyən edilən torpaq sahəsinin dəyəri olan 33000 manatın 2/3 hissəsində, yəni 22000 manat payların dəyəri kimi ödənilməsinə razı olduğunu bildirdi. Göründüyü kimi, iddiaçılar olan iki paylı mülkiyyətçinin tələbi üzrə cavabdeh paylı mülkiyyətçi kimi 60000(altmış min) manat kompensasiya verə bilmədiyindən və ya vermək istəmədiyindən iddiaçılar paylı mülkiyyətdə olan torpaq sahəsini üzərində olan qeydiyyata alınmayan evlə(tikililərlə) birlikdə hərracdan satılmasını tələb etməkdə haqlı olmuşdur.
24. Birinci instansiya məhkəməsi torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun olaraq natur ada bölünməsi texniki cəhətdən mümkün olmadığından, tələbin ikinci hissəsi üzrə isə tikiliyə dair tərəflərin mülkiyyət hüquqlarını təsdiq edən sübut məhkəməyə təqdim edilmədiyindən qanuni əsasının mövcud olmadığına görə iddianı rədd etmişdir. Qeyd olunduğu kimi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da üzərindəki tikili qeydə alınmamışdır. Ancaq həmin ev qeydə alınmasa da tikintisi qanunla müəyyən edilmiş qaydada rəsmi icazə əsasında aparılmışdır və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçıların mövqeyinə görə məhz cavabdehin maneə yaratmasına görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmur. Bununla yanaşı, iddiaçılar torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə naturada bölünməsini, bu mümkün olmadıqda isə hərracda sa tılmasını tələb ediblər.
25. Birinci instansiya məhkəməsinin mövqeyindən belə çıxır ki, paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkün deyil, üzərindəki tikili (ev) isə qeydə alınmadığından bölünə bilməz. Cavabdeh isə torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə dəyəri nəzərə alınmaqla digər iki paylı mülkiyyətçinin payına uyğun tələb olunan kompensasiyanı ödəmək istəmir. Bu cür vəziyyətdə əvvəla mübahisə həll edilməmiş qalır. İkincisi digər iki paylı mülkiyyətçinin hüquqlarının cavabdeh tərəfindən pozulması davam edir. Demək ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm də ədalətli olmamışdır.
26. Göstərilənlərdə əlavə, apellyasiya baxışı zamanı alınmış ekspertiza rəyində torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 33000.0 (5570 x 5,931 sot) manat məbləğində müəyyən edilsə də, yaşayış evinin mülkiyyət sənədi mayan tikililərin bazar qiymətlərinə uyğun dəyəri və ya satışı barədə analoji internet saytlarında hər hansı məlumat olmadığından tədqiq olunan ünvanda yerləşən 0.05931 ha torpaq sahəsinin üzərindəki tikililər də nəzərə alınmaqla hazırki dövrə olan bazar dəyəri nə qədər təşkil etməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Qeyd olunan torpaq sahəsi üzərində yerləşən tikililərlə birlikdə ipoteka predmeti kimi deyil, tərəflərin paylı mülkiyyəti kimi Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən açıq hərracdan satılmalı olduğundan ilkin satış qiyməti olaraq likvid dəyəri göstərilə bilməz. Düzdü, bu cür iddialar üzrə torpaq sahəsinin üzərində yerləşən tikililərlə birlikdə açıq hərrac da satılması ilə əlaqədar qətnamədə real bazar dəyərinin ilkin satış qiyməti kimi göstərilməsi də qanunvericilikdə birbaşa qadağan edilməmişdir. Ancaq torpaq və mənzil bazarında qiymətlərin dəyişkən olması, eləcə də bu cür işlər üzrə hərrac zamanı torpağın üzərində yerləşən tikililərlə birlikdə qətnamədə göstərilə biləcək qiymətdən də yuxarı qiymətə satılması ehtimalı yüksək olduğundan ümumiyyətlə ilkin satış qiymətinin göstərilməsi paylı mülkiyyətçilərin hüquqlarının pozulması ilə nəticələnə bilər. Buna baxmayaraq, qətnamənin icrası ilə əlaqədar hərrac zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2024-cü il tarixli rəyində müəyyən edilən torpaq sahəsinin (üzərindəki tikililər nəzərə alınmadan) hazırkı orta bazar qi yməti bir meyar kimi nəzərə alına bilər.
27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 218.3, 384.0, 385, 386, 387.1, 388 və 390-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti Mülki Məcəllənin 220.3, 220.4 -cü maddələrinə, “MülkiMəcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”AR Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına, MPM-in 77.1, 88, 217.1, 217.3, 418.1 və 418.2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, mülki iş materiallarından görünmüşdür ki, Mülki Məcəllənin 220.3-220.5-ci maddəərində müəyyənləşdirilmiş qaydalarına riayət etmədən iddiaçıların ilk tələbi ilə Torpaq sahəsinin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi qanunvericiliyin tələbinə uyğun deyil və buna görə də iddia tələbi həmin hissədə rədd edilməli idi. Qiymətləndirmə rəyində torpaq sahəsinin 33.000 manat qiymətləndirilməsinə baxmayaraq, iddiaçının nümayəndəsiərizə ilə müraciət edib – torpağın dəyərindən 2 dəfə artıq yəni bir pay üzrə 30.000 manat olmaqla, iki pay üzrə 60.000 manat məbləğində pulun ödənilməsini tələb edib. Məhkəmə isə qətnamənin 25-ci bəndində iddiaçıların bu 60.000 manat tələbini ədalətli hesab edərək haqlı olması kimi qiymətləndirmişdir. Halbuki, mübahisəli torpaq sahəsinin ümumi dəyərinin 33.000 manat olması barədə rəy var və ümumi dəyəri 33.000 manat olan torpaq sahəsinə 60.000 manat pul tələb etmək elə iddiaçılar tərəfindən mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll edilməsinə maneə yaratmaq kimi iymətləndirilməlidir. Cavabdehin ümumi dəyəri 33.000 manat məbləğində olan topaq sahəsinə 60.000 manat ödəməsi, həm ədalətsizlik, həm də qətnamənin işin faktiki hallarına uyğun olmadığını bir daha təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsini n qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə əsaslanmadan çıxarılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçıların vəkili və nümayəndəsi Vəkil1 kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fizi ki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Məhkəmə kollegiyası, qətnaməni tərəfin göstərdiyi dəlillər əsasında yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində göstərilən dəlillər və şikayətin həddi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün nəticəyə gəlinmiş, qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətin ə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Kassasiya şikayətində kompensasiya məbləği ilə bağlı göstərilən dəlillər əsaslı sayıla bilməz, ona görə ki, ümumi mülkiyyət hüququna məhkəmə tərəfindən xitam verilərkən bu məsələnin müzakirəsi və həlli qanunda nəzərdə tutulmamışdır.
42. Belə ki, baxılan işdə ümumi paylı mülkiyyətçilərdən ikisi öz payının ayrılmasını, dolayısı ilə ümumi mülkiyyət vəziyyətinə xitam verilməsini tələb edirlər. Lakin bunun üsulları barədə ümumi mülkiyyətçilər öz aralarında razılı ğa gələ bilmədiklərindən məhkəməyə müraciət olunmuşdur.
43. Qanuna əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır (§ 31).
44. Məhkəmə araşdırması zamanı ümumi mülkiyyətin obyekti olan daşınmaz əşyanın fiziki bölgüsünün mümkün olmadığı təsdiq edildiyi üçün əşyanın hərracdan satılması qət edilmişdir. Odur ki, gəlinən nəticə qeyd edilən maddi hüquq normasına uyğun olmuşdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə düzgün nəticəyə gəlinmişdir, kassasiya şikayətində əks olunan dəlillər qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-149/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a