Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3853/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: “xxxx” MMC İddia tələbi: maddi və mənəvi zərərin ödənilməsi Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator İddiaçı, vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə 23 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasın da açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 26 iyul 2019-cu il tarixdə İddiaçı “xxxx” MMC-yə qarşı hazırki iddia tələbi ilə müraciət edərək maddi zərər qismində 19000 manat, mənəvi zərər qismində 50000 manat olmaqla, ümumilikdə 69000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17 dekabr 2018-ci il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Avrasiya Hospital) fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən klinikada Vüqar Ələkbərov adlı həkim tərəfindən iddiaçının qol və sinə nahiyələrində kiçiltmə ilə əlaqədar estetik əməliyyatlar həyata keçirilmiş, əməliyyat uğursuz alınmış və bu günə qədər həkimin verdiyi vədlərə baxmayaraq əməliyyatın nət icələri müsbətə doğru dəyişməmiş, əməliyyatın üzərindən yarım ildən artıq vaxt keçməsinə baxmayaraq əməliyyatın fəsadları aradan qalxmamışdır. Bu hallar iddiaçının normal həyatına mənfi təsir göstərməklə həmin fəsadların aradan qaldırılması üçün keçirilməli olan yeni əməliyyatların dəyəri 10000 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 şifahi vəsatətinə əsasən, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti əsl cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. İşə əlavə olunmuş cavabdehin 06 yanvar 2020-ci il tarixli, MC116 saylı məktubundan görünür ki, iddiaçı 17.12.2018-ci il tarixdən 23.12.2018-ci il tarixədək, 27.12.2018-ci il tarixdən 28.12.2018-ci il tarixədək, 07.01.2019-cu il tarixdən 08.01.201 9- cu il tarixədək "Süd vəzilərinin hipertrofiyası. Qarında, beldə, ayaqlarda yağ hipertrofiyası. Artıq piylənmə. Qollarda yağ hipertrofiyası, dəri sallanma" diaqnozu ilə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri X2 və X1 151 saylı, 19 iyun 2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı müayinə olunaraq qoyulan suallara cavab olaraq bildirilmişdir ki, iddiaçıda braxioplastika, reduksion mamamplastika əməliyyatı icra olunmuşdur. Müayinə zamanı hər iki bazunun arxa səthində, qoltuqaltı nahiyəyə doğru davam edən, bəzi yerlərdə tam yumşalmamış və bir qədər hipertrofik, çəhrayı rəngli çapıq toxuma qeyd olunur. Süd vəzilərində aparılmış reduksion mammaplastika əməliyyatına müvafiq “T” şəkilli kəsik xətti boyunca ç əhrayı rəngli çapıq toxuma, döş qəfəsinin lateral tərəfində bir qədər artıq piy yığıntısı qeyd olunur. Bu dəyişikliklərin yaranması əməliyyatdan sonra mümkün hal kimi dəyərləndirilir. Göstərilən dəyişikliklər keçirilmiş əməliyyatla bağlıdır. Aparılan cərrahi əməliyyat texniki cəhətdən düzgün icra olunmuşdur. Estetik korreksiyaedici əməliyyata ehtiyac ola bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X4" X5 305/KEŞ saylı, 15 iyul 2020-ci il tarixli ekspert rəyindən görünür ki, X3 şöbəsində iddiaçının məhkəmə-tibbi müayinəsi keçirilərək ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: İddiaçı 17.12.2018-ci il tarixdə Avrasiya Hospitala müraciət etmiş və aparılmış müvafiq müayinələrdən sonra ona "Süd vəzilərinin hipertrofıyası. Qarında, beldə, ayaqlarda yağ hipertrofıyası. Artıq piylənmə. Qollarda yağ hipertrofıyası, sallanma” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və xəstənin razılığı alınaraq onun üzərində “Mammoplastika. Liposaksiya. Broxioplaslika” cərrahiyyə əməliyyatları icra edilmişdir. Cərrahiyyə əməliyyatından sonra o, 23.12.2018-ci il tarixdə kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılmışdır. Lakin toxuma xüsusiyyətləri ilə əlaqədar əməliyyat yarasının ikincili sağalması səbəbindən o, 07.01.2019 il tarixdə yenidən Avrasiya Hospitala daxil olmuş və təkrar "Açıq yaranın tikilməsi” cərrahiyyə əməliyyatına məruz qalmışdır. Yaralarının ikincili sağalması immun sisteminin zəifləməsi, yaraya infeksiyanın düşməsi, toxuma xüsusiyyəti və s. səbəblərdən baş verə bilər. İcra edilmiş operativ müdaxilələr ona təyin edilmiş diaqnoza uyğun olaraq taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Cərrahiyyə əməliyyatlarının proqnozu haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyildir. Fizioloji xüsusiyyətlərini nəzərə alaraq onun üzərində operativ müdaxilələrin aparılmasına əks göstərişi olmamışdır. Hal-hazırda icra edilmiş cərrahiyyə əməliyyatlarından sonra hər iki bazunun arxa səthində, qoltuqaltı nahiyəyə qədər davam edən, bəzi yerlərdə tam yumşalmamış və bir qədər hipertrofik, çəhrayı rəngli çapıq toxumalarının, həmçinin hər iki süd vəzilərində aparılmış reduksion mammaplastika əməliyyatına müvafiq “T” şəkilli kəsik xətti boyunca çəhrayı rəngli çapıq toxumalar və döş qəfəsinin lateral tərəfində bir qədər artıq piy yığıntısının olduğu müəyyən edil mişdir. Qeyd olunanlar estetik baxımından korreksiya oluna bilər. Tibbi müdaxilələrə sərf olunacaq vəsaitin maliyə baxımından qiymətləndirilməsi məhkəmə-tibb ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-480/2020 saylı iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia qismən təmin edilmiş, cavabdehdən maddi zərər qismində 6400 manat, mənəvi zərər qismində 1600 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, ekspert rəyində iddiaçı üzərində icra edilmiş operativ müdaxilələrin ona təyin edil miş diaqnoza uyğun olaraq taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməsi qeyd edilsə də, sonda iddiaçının estetik baxımından korreksiya olunmasına ehtiyacının olması qeyd edilmişdir. Buna görə də, cavabdehdən dəymiş maddi zərərin əvəzi kimi 6400 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd etmişdir ki, maddi zərərin digər hissəsinə dair iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə belə nəticəyə gəlmişdir ki, vurulmuş mənəvi zərərin 1600 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, idd ianın rədd olunması barədə qətnamə qəbul edilməsini, iddiaçı isə apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilib, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə əsasən, zərərin tibb müəssisəsindən tutulması üçün zərərin kimin təqsirindən asılı olaraq vurulmasının müəyyən edilməsi zəruridir. Bunun müəyyən edilməsi üçün iş materiallarında olan yeganə sübut ekspert rəyidir. Sözügedən ekspert rəyini isə təkzib edən əlavə heç bir sübut olmadan məhkəmənin belə qənaətə gəlməsi tamamilə əsassız və qanunsuzdur. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçıya maddi zərərin tam ödənilməsini və mənəvi zərəri düzgün müəyyən etməməklə ədalətsiz n əticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1289/2021 nömrəli iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov, A.N.İmanov, V.N.Sadıqov) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin apellyasiya şikayətinə münasibətdə apellyasiya məhkəməsi göstərmişdir ki, ekspertiza rəyi ilə əməliyyatın iddiaçıya təyin edilmiş diaqnoza uyğun olaraq taktiki və texniki cəhətdən düzgün yerinə yetirildiyi müəyyən edilsə də, estetik korreksiyaya ehtiyac olduğu qeyd olunduğundan maddi zərərin qismən ödənilməsi barədə gəlinən nəticə qanuni və əsaslıdır. İddiaçının apellyasiya şikayətinə münasibətdə isə, apellyasiya məhkəməsi maddi zərərin digər hissəsinə dair iddiaçı tərəfindən hər hansı bir sübutun məhkəməyə təqd im edilmədiyini əsas götürərək, birinci instansiya məhkəməsinin cavabdehdən dəymiş maddi zərərin əvəzi kimi 6400 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticəni haqlı hesab etmişdir. Apellyasiya məhkəməsi mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini (yəni hüquqa zidd əməlin inzibati xəta sayılmasını), bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntının xarakterini, cavabdehin təqsirini, əmlak vəziyyətini və iddiaçının fərdi xüsusiyyətlərini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 1600 manat məbləğində pulun tutulması ağlabatan və ədalətlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirak ı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassator, vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydın laşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instans iyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında iddianın təmin edilməyən hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozun tusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəmə lidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmi n edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə q əbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3853/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3853/2021
23.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver