Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3853/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3853/2024 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), X2 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4341/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (Vəkil4) tərəfindən verilmiş kassasiya şikayətinə 26 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 95,8 kv.metrlik fərdi yaşayış evi 11 sentyabr 2020-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
2. Abşeron Rayon Məhkəməsinin 2(012)-1618/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh iddiası qismən təmin edilmiş, sözügedən fərdi yaşayış evinə dair X9 ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair daşınmaz əmlakın dövlət reyestrində 209 saylı reyestr kitabının 71 saylı vərəqində qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanınd a Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən İddiaçı adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi, İddiaçı həmin evdən çıxarılması, habelə xx.xx.2020-ci il tarixli alğısatqı müqaviləsi üzrə ödənilmiş 20.000 manat pul vəsaitinin Cavabdeh İddiaçı geri qaytarılması qərara alınmışdır.
3. Qətnaməyə əsasən iddiaçı Cavabdeh qardaşı oğlu xx.xx.1973-cü il təvəllüdlü X4 “X6, Psixi Qüsur halı” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunduğundan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4384/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 04 avqust 1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan ş əxs hesab edilməsi qət edilmişdir.
4. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli “X5 qəyyumluğa verilməsi barədə” Sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan X5 üzərində əmisi, yəni Cavabdeh qəyyum təyin olunması qərara alınmışdır.
5. Həmçinin qeyd edilən qətnaməyə görə satıcı X9 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi ilə satıcı sözügedən fərdi yaşayış evini alıcıya 20.000 manata satmışdır. Qətnamədə qeyd edilmişdir ki, məhkəməyə etiraz ərizəsi ilə müraciət edən cavabdeh İddiaçı etirazında X7 müqavilə üzrə 20.000 manat pul vəsaitindən savayı, əlavə 17.500 manat pul vəsaiti, maklerə vermək üçün 400 manat, beh olaraq 500 manat, evin təmiri üçün 20.000 manat pul vəsaiti verdiyini bildirsə də, həmin pul vəsaitlərinin həqiqətə n də ödənildiyini təsdiq edən sənədlərini məhkəməyə təqdim etmədiyindən, məhkəmə yalnız etibarsız hesab edilmiş əqd üzrə ödənilmiş 20.000 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulmasını əsaslı hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə 47.254 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi kimi 261,7 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 24 avqust 2020-ci il tarixdə Bakı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 95,9 kv.metr olan fərdi yaşayış evini 38.000 manata X3 almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Aydın Rəhimov fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Cavabdeh qərarla Aydın Rəhimov üzərində qəyyum təyin edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1618/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən onun X9 ilə arasında yuxarıda göstərilən evin alğı-satqısına dair müqavilə etibarsız hesab edilmiş, onun adına həmin evlə bağlı verilmiş çıxarış ləğv edilmiş, onun həmin evdən çıxarılması, müqavilə üzrə ödənilmiş 20.000 manat pulun cavabdehdən onun xeyrinə tutulması qərara alınmışdır. O, evi alarkən notariusdan kənar Aydın Rəhimova 17.500 manat pul ödəmiş, evi aldıqdan sonra oranı əsaslı təmir etdirmiş, bunun üçün 29.754 manat xərc çəkmişdir. Çünki o, evi təmirsiz vəziyyə tdə almış, evi alandan sonra təmir etdirmişdir. Beləliklə ev ona 67.254 manata başa gəlmişdir. Lakin məhkəmə qətnaməsi ilə ona 20.000 manat qaytarılıb. Buna görə də 47.254 manat pul cavabdehdən alınıb ona verilməlidir.
8. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən evdə aparılmış təmirin tarixi və dəyərini müəyyən etmək üçün tikinti-texniki ekspertizası təyin etmiş və müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2023-cü il tarixli, 10/2680 saylı müvafiq rəyinə əsasən tikililər üzrə təmir-tikinti işlərinin aparılma müddətinin müəyyən olunmasına dair metodika olmadığından, həmin sual üzrə tədqiqat aparılmamışdır. Evdə aparılmış təmir və tikinti işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri isə 12.285 manatdır.
9. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı ilə X9 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Həmin məsələyə həm yerli, həm apellyasiya, həm də kassasiya instansiyası məhkəmələrində baxılmış və heç bir məhkəmədə iddiaçının Aydın Rəhimova müqavilədən kənar qaydada hər hansı məbləğ ödəməsi öz əksini tapmamışdır. Hazırkı məhkəmədə də iddiaçı tərəf bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçıya həmin ev satılarkən təmirli vəziyyətdə olmuşdur. Bu, şahid ifadəsi ilə sübut olunmuşdur. Həmçinin, ekspert rəyi ilə evin təmirinə xərclənmiş təxmini məbləğ müəyyən edilsə də, təmir işlərinin hansı dövrü əhatə etməsi müəyyənləşdiril məmişdir. Yəni, iddiaçının evi təmir etməsinə dair də sübut mövcud deyil.
10. Məhkəmə iclasında şahid kimi iştirak edən X10 ifadəsində göstərmişdir ki, o, iddiaçını tanımır. 2019-cu ildə X12 kəndində yerləşən 3 otaqlı evində təmir işləri görmüş, təxminən 3 ay orada işləmişdir. Aydın Rəhimovun yeznəsi ona təmirlə bağlı 10-11 min manat, zəhmət haqqı kimi isə 3-4 min manat pul vermişdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(001)-1042/2023 nömrəli, 26 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin iddia tələbinin 17.500 manat hissəsinə münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, mülki iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2( 012)1618/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı evin alınması üçün Aydın Rəhimova verdiyi 20.000 manatdan əlavə verdiyi 17.500 manatın ona ödənilməsini tələb etsə də, məhkəmə buna dair hər hansı sübutun təqdim edilməməsi əsası ilə Aydın Rəhimovun qəyyumu olan cavabdehdən 20.000 manatın tutularaq iddiaçıya ödənilməsini qərara almışdır. Hazırkı məhkəmə iclasında da iddiaçı göstərilənlərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
13. İddia tələbinin 29.754 manat təmir xərclərinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə evin təmirinə sərf edilmiş vəsaitin təqribi məbləği ekspert rəyi ilə müəyyən olunsa da, bu təmir işlərinin məhz iddiaçı tərəfindən aparılmasına dair məhkəməyə hər hansı sü but təqdim edilməmişdir. Bununla yanaşı tikililər üzrə təmir-tikinti işlərinin aparılma müddətini də müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmədə şahid qismində dindirilmiş X10 həmin evdə 2019-cu ildə Aydın Rəhimovun tələbi ilə təmir işləri apardığını bildirmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 82.3 və 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
15. Qətnamədən iddiaçı (Vəkil1) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin 29.754 manat təmir xərclərinin cavabdehdən tutulması hissəsinin rədd edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunmas ını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş maklerlərin (X13 (***-***-**-**) və X1 (***-***-**-**) izahatlarından və mübahisəli evin təmirdən əvvəl və sonrakı fotoşəkillərindən da görünür ki, iddiaçı sözügedən evi təmirsiz vəziyyətdə almış, oranı təmir etdirmişdir. Şahid ifadəsində guya evdə təmir işlərini 2019-cu ildə apardığını bildirmişdir. Lakin işin materiallarından görünür ki, X9 ilə arasında alğı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır və iddiaçı evi təmirli vəziyyətdə deyil, təmirsiz vəziyyətdə almışdır. X9 ilə daşınmaz əmlakın alğı-satqısına dair müqavilə bağlanan zaman Aydın Rəhimov “X6” xəstəliyindən əziyyət çəkdiyi, psixi vəziyyətində ciddi yaxşılaşma qeyd olunmadığı, xəstəliyinin son nəticədə psixi qüsur halına çat dığı, xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs idisə, belə olan halda o, bu xəstə vəziyyətində necə usta işlədə və ona bu işinə görə pul verə bilərdi. Məhkəmə şahid ifadəsi ilə bağlı araşdırmamışdır ki, X10 həmin evdə 2019-cu ildə Aydın Rəhimovun tələbi ilə hansı konkret təmir işləri aparmış, bu təmir nə qədər vaxt çəkmiş və bu işlərə görə nə qədər əmək haqqı almışdır. İddiaçı evi Aydın Rəhimovdan alandan sonra sonuncu 1 ay orada qalmışdır və həmin müddətdə də Aydın Rəhimov həmin evi təmir etdirə bilməzdi. Məhkəmənin iş üzrə təyin etdiyi ekspertizanın rəyi müəyyən şübhələr doğurmuşdur. Təqdim edəcəyi SD diskə baxış keçirilərkən orada göstərilənlərin iş materiallarında o lan mənzilin fotoşəkilləri ilə eynilik təşkil etməsi, evin təmirsiz vəziyyətdə olması, orada olan maklerlərin, Aydının həyat yoldaşı Təranənin də iştirak etmələri, evin təmirsiz vəziyyətdə qiymətinin 40.000 manat olmasına dair danışıqlar olması müşahidə olunacaqdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1124/2024 nömrəli, 13 fevral 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd etmişdir ki, qanuni qüvvəsin i almış Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, həmin iş üzrə cavabdeh olan İddiaçı iddia ərizəsinə etirazında göstərmişdir ki, o, Aydının təşəbbüsü ilə Sumqayıt şəhər 4 saylı notarius kontoruna gedib 20.000 manat verərək alğı-satqı müqaviləsini bağladıqdan sonra notariat kontorunun həyətində öz maşınında Aydına 17.500 manat pulu sayaraq vermişdir. X14 aldığı ev tam təmirsiz olmuşdur. Alandan sonra o, Aydının özünün tapdığı ustalar vasitəsi ilə 20.000 manatlıq təmir işləri aparmışdır. Məhkəmə isə belə qənaətə gəlmişdir ki, etiraz ərizəsi ilə müraciət edən cavabdeh İddiaçı etirazında X7 müqavilə üzrə 20.000 manat pul vəsaitindən savayı 17.500 manat pul vəsaiti, maklerə vermək üçün 400 manat, beh olaraq 500 manat, evin təmiri üçün 20.000 manat pul vəsait i verdiyini bildirsə də, həmin pul vəsaitlərinin həqiqətən də ödənildiyini təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyindən, məhkəmə yalnız etibarsız hesab edilmiş əqd üzrə ödənilmiş 20.000 manat pul vəsaitinin cavabdehin xeyrinə tutulmasını əsaslı hesab etmişdir. İddiaçı isə hazırda yenə notariusdan kənar ödədiyini iddia etdiyi 17.500 manatı və təmir xərcini, lakin bu dəfə 29.754 manat göstərərək tələb etmişdir. İddiaçı “notariusdan kənar” verilmiş 17.500 manat tələbinin məhkəmə tərəfindən rədd olunması ilə razılaşsa da, təmir xərci hissəsində məhkəmənin düzgün nəticəyə gəlmədiyi qənaətindədir.
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi həm subyektiv, həm də obyektiv tərkib baxımından hazırkı iş üzrə preyud isiyal əhəmiyyətə malikdir, ona görə də həmin halın yenidən sübut edilməsinə yol verilmir. Eyni tərəflərin iştirak etdiyi başqa iş üzrə artıq qanuni qüvvəsini almış məhkəmə aktı ilə iddiaçının mübahisəli yaşayış evini təmir etməsi halı (faktı) təkzib edilmişdir. Belə olan vəziyyətdə, həmin halın (faktın) hazırki işin icraatı çərçivəsində yenidən sübut edilməsinə yol verilmir.
20. Apellyasiya instansiya məhkəməsi onu da vurğulamışdır ki, əvvəlki və hazırkı işdə təmir xərcinin fərqli məbləğdə göstərilməsi də vəziyyəti dəyişmir, çünki məbləğ iddianın predmetinə yox, obyektinə aid olan məsələdir. Yəni, əvvəlki işdə iddiaçının mübahisəli yaşayış evini təmir etməsi faktı müəyyən edilmədiyindən, hazırkı işdə təmir xərcinin fərqli həcmdə (məbləğdə) göstərilməsi işə yenidən baxılmasına əsas vermir.
21. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 384.0.1 və 385.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:
22. Qətnamədən iddiaçı (vəkili Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qanuni əsaslarla əldə etdiyi evin 2-ci mərtəbəsini, pilləkan hissəsini, evin fasadını təmir etdirmiş, bundan sonra iddiaçıya qarşı müxtəlif hiylə dolu addımlar atılmışdır. Lakin iş materiallarına diqqət yetirdikdə, iddiaçıya qarşı atılmış addımların bir-biri ilə ziddiyyət tə şkil etdiyini, absurd səslənmələrini aşkar etmək olur. İş materiallarına əlavə edilməsi üçün iddiaçı tərəfindən təqdim edilmiş maklerlərin (X13 (***-***-**-**) və X1 (***-***-**-**) izahatlarından və mübahisəli evin təmirdən əvvəl və sonrakı fotoşəkillərindən, eləcə də video diskdən də gorünür ki, iddiaçı sözügedən evi təmirsiz vəziyyətdə almış, oranı təmir etdirmişdir. Mülki Məcəllənin əsas vəzifələrindən biri mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsidir. Qətnamə çıxarılarkən isə iddiaçının hüquqlarına və qanuni mənafelərinə hüquqi qiymət verilməmişdir. İddiaçı evi satan Aydın Rəhimovun psixi pozuntulu şəxs olduğunu bilmiş və alğı-satqı etməyə sövq etmişdirsə, inzibati orqan hesab edilən notariat kontorunun notariusu əməliyyatın aparılmasına necə şər ait yaratmışdır. İddiaçı etimad edib ki, notariusda bağlanan əqdin mötəbərliyi heç bir halda şübhə yaratmaz. İddiaçının etimad hüququ ilə onun vəsaiti əlindən alınmış və bu halda məsuliyyət notariusdan yan keçmişdir. X9 ilə iddiaçı arasında alğı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlanmışdır və iddiaçı evi təmirli deyil, təmirsiz vəziyyətdə almışdır. Hazırda iş üzrə cavabdeh (Rəhimov Aydının 85 yaşlı qəyyumu) iddiaçının (əmlakından məhrum edilənin) hesabına əmlak (təmir pulu və s.) əldə etmək istəyir. Birinci instansiya məhkəməsi iş üzrə yalnız cavabdehin şahidinin dindirilməsi ilə kifayətlənmiş, həmin ifadədən yaranan zəruri araşdırmanı düzgün aparmamış və apellyasiya instansiyasında da bu hala qiymət verilməmişdir. X9 ilə iddiaçı arasında daşınmaz əmlakın alğı-satqısına dair müqa vilə bağlanan zaman Aydın Rəhimovun “X6” xəstəliyindən əziyyət çəkdiyi, psixi vəziyyətində ciddi yaxşılaşma qeyd olunmadığı, xəstəliyinin son nəticədə psixi qüsur halına çatdığı, xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs idisə, belə olan halda o, bu xəstə vəziyyətində necə usta işlədə və ona bu işinə görə pul verə bilərdi. Bu hallar araşdırılmasa, iddiaçı tərəfindən ödənilən təmir xərci ilə cavabdeh əsassız varlanmış olacaqdır. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düz gün araşdırmamışdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2046/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (məruzəçi), Əhməd Nurməmmədov və Vüqar Həsənov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
25. Kassasiya instansiyası məhkəməsi qənaətində qeyd etmişdir ki, məhkəmə apellyasiya instansiyası məhkəməsinin Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021ci il tarixli qətnaməsinin hazırkı iş üzrə preyudisal əhəmiyyətli qərarlar yanaşmasını əsaslı hesab etmir. İstinad edilən qətnamədən görünür ki, iddiaçı mübahisədə adı keçmiş evdə 20.000 manatlıq təmir işlərinin aparılmasını göstərmiş, məhkəmə iddiaçının buna dair sübut təqdim etməməsi səbəbindən yalnız əqd üzrə ödənilmiş 20.000 manat pulun iddiaçıya qaytarılmalı olması nəticəsinə gəlmişdir. Mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfi ndən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdehin alğı-satqı predmeti olmuş evdə təmir xərci ilə bağlı etirazı istinad edilən işdə iddianın predmetinə aid olmamış, nə də bu etirazın həmin məhkəmə araşdırmasında iddiadan müdafiə olub-olmaması hazırkı işə baxan məhkəmələr tərəfindən həmin işin materialları tələb edilib baxılmaqla müəyyən edilməmişdir. Belə olan halda, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsinin hazırkı iş üzrə preyudisial məhkəmə aktı kimi qəbul edilməsi əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4341/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Kərimov və Namiq Cəfərov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni təmir xərclərinin tutulmasının təmin edilmədiyi hissəsində ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmişdir. Həmçinin cavabdehdən 12.285 manatın alınaraq iddiaçıya ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, Ekspertiza tədqiqatının dəyəri - 50 manatın cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən, yəni hazırkı apellyasiya icraatının predmeti olan iddanın təmir xərclərinin tutulmasının təmin edilmədiyi hissəsində faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismə n uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi evin təmirinə sərf edilmiş vəsaitin təqribi məbləği ekspert rəyi ilə müəyyən olunsa da, bu təmir işlərinin məhz iddiaçı tərəfindən aparılmasına dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyini göstərsə də, bu qənaət əsaslı sayıla bilməz. Çünki işdə təmirin iddiaçı tərəfindən həyata keçirilməsinə dair kifayət qədər sübutlar mövcuddur. Belə ki, işdə olan mübahisəli evin təmirdən əvvəl və sonrakı fotoşəkillərindən də görünür ki, iddiaçı sözügedən evi təmirsiz vəziyyətdə almış və oranı təmir etdirmişdir. Təmir-tikinti müddətinin müəyyən edilməməsi də iddianın bu hissədə əsassızlığına dəlalət etmir. Çünki təmir-tikinti işləri evin iddiaçının mülkiyyətinə keçməsindən sonra həyata keçirilmişdir. Burada təmirin müddətinin müəyyən edilə bilməməsi əksinə iddianı əsaslı edən fakt hesab edilir. Məhkəmədə şahid qismində dindirilmiş X10 həmin evdə 2019-cu ildə Aydın Rəhimovun tələbi ilə təmir işləri apardığını bildirsə də bu ifadə də mötəbər sübut hesab edilə bilməz. X17 psixi xəstəlikdən əziyyət çəkən və fəaliyyət qabiliyyəti olmayan şəxs kimi təmir-tikinti işlərini sifariş verməsi inandırıcı və ağlabatan sayılmır.
29. Bununla yanaşı, məhkəmə kollegiyası bu hissədə iddianın qismən təmin edilməli olduğu qənaətinə gələrək qeyd etmişdir ki, iddiaçı təmir-tikintiyə 29.754 manat xərcləndiyini göstərsə də buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksi nə iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizanın rəyinə əsasən aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun təqribi dəyərinin 12.285 manat olduğu müəyyən edilmişdir. Ona görə də iddia bu məbləğdə qismən təmin edilməlidir. Düzdür, evin təmirli olub-olmaması tərəflərin arasında mövcud olmuş əvvəlki məhkəmə mübahisəsinin predmetinə aid olmadığı üçün həmin qətnamələr Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olmasa da, tərəflərin həmin işə baxılarkən istinad etdikləri və məhkəmənin müəyyən etdiyi hallar hazırki iş üzrə Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən birgə sübutlarla yanaşı sübut kimi qiymətləndirilməlidir.
30. Məhkəmə mövqeyini Mülki Məcəllənin 1091.1, 1091.2-ci maddələri, Mülki Prosessual Mə cəllənin 14.2, 77.1, 82.3, 88, 217.3, 217.4, 384.0, 384.0.2, 385.1., 385.1.1, 385.1.4, 386, 387.1, 390, 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
31. Qətnamədən cavabdeh (vəkili Vəkil4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İş materiallarından göründüyü kimi həmin fərdi yaşayış evini cavabdeh təmir etdirmiş və məhkəmədə şahid qismində dindirilən şahid Misirov Həsən evin təmirini onun tərəfindən aparılmasına dair izahat vermişdir. Hətta evin təmirinə tələb olunan məbləğin Aydın Rəhimovun yeznəsi tərəfindən ödənilmə sini bildirmişdir. İddiaçı isə öz apellyasiya şikayətində Aydın Rəhimov ilə alqısatqı müqaviləsi bağlanan zaman Aydın Rəhimovun kəskin “X6” xəstəliyindən əziyyət çəkdiyini, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs olduğunu bildirir, həmçinin belə şəxsin necə usta işlədə biləcəyini bildirmişdir. Halbuki şahid Misirov Həsən şahid qismində izahat verərkən zəhmət haqqının pulunu Aydın Rəhimovun yeznəsindən aldığını bildirmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi bilinməyən səbəblərdən şahidin verdiyi ifadəni mötəbər sübut kimi qiymətləndirməmişdir. Bununla da düzgün və əsaslandırılmamış qətnamə qəbul edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçı evi təmir etdirməsini heç bir mötəbər mənbəyə istinad ed ə biləcək sübut təqdim edə bilməmiş və evin təmirini onun tərəfindən təmir edilməsini məhkəmə zamanı sübuta yetirə bilməmişdir. Bundan başqa əgər təmir etdirmişdirsə o halda evin təmirində iştirak edən ustaları məhkəməyə dəvət edərdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
34. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
35. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
38. Ma ddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlə r, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilm ədən, şikayəti təmin etmədən saxlaya bilər.
48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
49. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, ara şdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən təmir xərclərinin ondan tutulması hissəsində qismən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiya məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nətic ələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 55. “Məhkəmə qətnaməsi haqqında” Azərb aycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
56. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
57. Beləliklə, məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
58. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4341/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar