Məhkəmə qərarları › İş №2(102)-3854/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3854/2019

14.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3854/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdehlər Cavabdeh1, “xxxx” Firması və onların vəkili X1 oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13649/2018 nömrəli iş üzrə 24 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim K.B.Əsədov) 2(001)-1728/2018 nömrəli, 26 sentyabr 2018-ci i l tarixli qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin cavabdehlər “xxxx” firmasına və Cavabdeh1 qarşı müqavilə üzrə debitor borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının təmin edilməməsi, cavabdeh “xxxx” firmasının iddiaçı “xxxx” QSC-yə qarşı müqavilə üzrə artıq ödənilmiş pul məbləğinin geri qaytarılması barədə qarşılıqı iddiasının qismən təmin edilməsi, iddiaçı “xxxx” QSC-dən 65175,80 manat tutulub cavabdeh “xxxx” firmasına verilməsi, aparılmış ekspertiza tədqiqatının 200 manat dəyərinin “xxxx” QSC-yə aid edilməsi və həmin məbləğin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn) 2(103)-13649/2018 nömrəli, 24 dekabr 2018-ci il tar ixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı “xxxx” QSC-nin iddia ərizəsi qismən təmin edilməsi, cavabdeh “xxxx” firmasından 57722.47 manat (əlli yeddi min yeddi yüz iyirmi iki) manat 47 qəpik əsas borc və 5800 (beç min səkkiz yüz) manat cərimə borcu ümumilikdə 63522,47 (altımış üç min beş yüz iyirmi iki) manat 47 qəpik manat məbləğində debitor borcu və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ”xxxx” QSC-yə ödənilməsi, tutma ipoteka qoyan Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin ev ilkin olaraq 150.000 manat qiyməti ilə açıq hərracdan satılara q satışdan əldə olunmuş pul vəsaiti hesabına “xxxx” firmasının “xxxx” QSC-yə olan 63522,47 (altımış üç min beş yüz iyirmi iki) manat 47 qəpik manat borcu ödənilməsi, “xxxx” firmasının “xxxx” QSC-yə qarşı “xxxx” QSC-dən “xxxx” firmasının xeyrinə 71547 manat məbləğində pulun tutulması, tərəflər arasında bağlanmış 140053 saylı 11 fevral 2014-cü il tarixli kommersiya subkonsessiyası müqaqaviləsinin 4-cü maddəsinin 4.1 bəndinin 5-ci yarımbəndində qeyd olunan “bir ton avans alınmış neft məhsulu üçün 11,80 (on bir) manat 80 qəpik AZN məbləğində (ƏDV daxil olmaqla) komissiya haqqını Subfrancayz verənin hesablaşma hesabına ödənilməsini öz öhdəsinə götürür. Komissiya haqqına Subfrancayz verənin bu Müqavilənin icrası ilə əlaqədar bütün çəkdiyi xərclər daxil edilir. İpoteka resmiləşdirilənə qədər ödən iş avans olaraq neft məhsulları təchiz edilən tarixdən etibarən 3 (üç) gün ərzində həyata keçirilir” hissəsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməsi, birinci instansiya məhkəməsi baxışı zamanı aparılmış ekspertiza tədqiqatının 200 manat dəyəri cavabdeh “xxxx” firmasına aid edilməsi və həmin məbləğ ondan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” QSC cavabdehlər “xxxx” firmasına və Cavabdeh1 qarşı müqavilə üzrə debitor borcunun tutulması və tutmanın ipotekaya yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizələr məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” QSC ilə “xxxx” firması arasında 11.02.2014-cü i l tarixli, 140053 saylı kommersiya subkonsessiyası (subfrançayzinq) müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən borclu iddiaçının firma adından özünə məxsus və ya icarəsində olan yanacaqdoldurma komplekslərində istifadə etmiş, iddiaçı isə borclunu onun yanacaqdoldurma məntəqəsində satışının təşkil edilməsi məqsədilə neft məhsulları ilə təchiz etmişdir. Müqaviləyə əsasən satılan neft məhsullarının qiymətlərində müvafiq dəyişiklikləri əks etdirən 23.05.2014, 26.05.2014, 03.07.2014, 12.01.2015, 14.01.2015 və 14.04.2015-ci il tarixli dəyişikliklər edilməsi barədə əlavə sazişlər bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən Subfrançayz alan avans olaraq təchiz edilmiş neft məhsullarının dəyərini və təchiz edilmiş hər bir ton üçün komissiya haqqını neft məhsulları təchiz edilən günd ən etibarən 15 gün ərzində topdansatış qiymətlərlə ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən həmin müqavilə üzrə avans olaraq təchiz edilmiş neft məhsullarının dəyərinin və digər ödənişlərinin ödənilməsi üzrə Subfrançayz alanın öhdəliklərinin icrasının əsas təminatı məqsədilə 14.02.2014-cü il tarixli, 140052 saylı ipoteka müqaviləsi üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyanın mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02.02.2007-ci il tarixli Çıxarışla təsdiq edilir. Lakin 2016-cı ilin fevral ayından başlayaraq, borclu satılmış neft məhsullarının dəyərinin ödənilməsi öhdəliyini pozmuşdur. Subfrançayzinq müqaviləsinə əsasən Aİ-92 markalı benzin və dizel yanacağının borcluya buraxılması 19.02.2016-cı il tarixli ÇÜN 364548, 24.02.2016-cı il tarixli ÇÜN 364613 və ÇÜN 364614. 29.02.2016-cı il tarixli ÇÜN 364680 və ÇÜN 364681, 05.03.2016-cı ıl tarixli ÇÜN 365059 və ÇÜN 365061, 11.04.2016-cı il tarixli ÇÜN 375419 və ÇÜN 375420, 20.04.2016-cı il tarixli ÇÜN 375544 və ÇÜN 375545 qaimə-fakturalarla təsdiq edilir. İddiaçının dəfələrlə şifahi və yazılı xəbərdarlıq etməsinə baxmayaraq, borclu tərəfindən ödənilməmiş debitor borcunun qaytarılması üçün zəruri tədbir görülməmişdir. Beləliklə, borclu tərəfindən subfrançayzinq müqaviləsi üzrə öhdəliklər vaxtında yerinə yetirilməmiş və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə və ipoteka müqavi ləsinin 6.1-ci bəndinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı tərəfindən tutma yönəldilməsi qərara alınmışdır və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1 və 36.2-ci maddələrinin tələblərinə müvafiq olaraq 07.06.2016-cı il tarixli bildiriş ipoteka qoyana həmin tarixdə çatdırılmışdır. İpoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizə 09.06.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə verilmişdir. Göstərilənlərə əsasən, “xxxx” firmasının 57722.47 manat əsas borc, 18872,55 manat cərimə, cəmi 76595,02 manat məbləğində debitor borcunun və 30 manat dövlət rüsumunun “xxxx” QSCyə ödənilməsi və tutmanın ipoteka olan Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti satılaraq “xxxx” firmasının borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxx” firması “xxxx” QSC-yə qarşı pulun geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı adı çəkilən neft məhsullarının satışı ilə bağlı cavabdehlə mövcud münasibəti, tərəflər arasında neft məhsullarının satışı ilə bağlı həqiqi halları göstərməmiş, qarşılıqlı hesablaşmanı düzgün qeyd etməmişdir. Əslində “xxxx” QSC ilə “xxxx” firması arasında bağlanmış 11.02.2014-cü il tarixli 140053 saylı yanacağın alqı-satqı müqavilə si, həmin müqaviənin icrasından irəli gələn yanacağın topdansatışdan verilməsi və əvəzinin ödənilməsi ilə bağlı qaimələr, ödəniş tələbnamə və ödənişin icra sənədlərinin qarşılıqlı eyniləşdirilməsi, yanacağın satış qiymətinin tənzimlənməsi qərarının tələblərinə əsasən “xxxx” QSC tərəfindən müqavilənin icrasının dayandırıldığı günə “xxxx” firması tərəfindən “xxxx” QSC-yə ümumilikdə 71547 manat artıq ödənişi qeyd olunur. Belə ki, tərəflər arasında neft məsullarının verilməsi və ödənişlərin həyata keçirilməsi mütəmadi olaraq, məhsulların verilməsi əvvəlcədən ödəniş formasında təşkil edilmiş və bu formada da davam etmişdir. Müqavilə müddətində “xxxx” QSC tərəfindən “xxxx” firmasına cəmi ******* kq. dizel, ******* kq. Aİ-92 və 19999 kq. Aİ-95 benzin yanacağı verilmişdir. Həmin müddət ərzində fir ma tərəfindən “xxxx” QSC-nin bank hesabına ümumilikdə ******* manat köçürülmüşdür. Köçürülmüş məbləğ alınmış yanacağın bazadan satış məbləğindən ümumilikdə 71547 manat artıqdır. Lakin QSC onlara qarşı məhkəmədə iddia qaldırıb, ondan əlavə olaraq 63722 manat pulun tutulmasını tələb etmişdir. Həmin məbləğin yaranma mənbəsi olaraq müqavilə, ona əlavələrdən, əmtəə-nəqliyyat qaiməsindən savayı, QSC tərəfindən əlavə olaraq verilmiş qaimə-fakturaların məlumatlarından irəli gəlmişdir. Qaimələrin təhlili zamanı aydın olmuşdur ki, onlara verilmiş hər ton yanacağa görə 2014-cü ildə 11,8 - 15 - 23,6 manat, sonrakı illərdə isə 23,6 manat “komission haqqı” qismində əlavə ödəniş hesablanmışdır ki, bu da ümumilikdə 60308 manat təşkil edir. Yanacağın daşınma xərci onların üzərində qaldığı halda, ümumi tə ləb məbləğindən çıxmalı olduğu təqdirdə, bu müddət ərzində firma tərəfindən yanacağın daşınmasına görə ödənilmiş 56255 (ƏDV daxil 49284+6971) manat ödəniş tələbində nəzərə alınmamışdır. Həmçinin qeyd olunan düzgün olmayan hesabla, ödənişin gecikdirməsi ilə bağlı onların ödədiyi əvvəlcədən ödəniş məbləğlərdən 5526 manat da cərimə adı ilə silinmişdir. Halbuki, neft məhsullarının pərakəndə satışı, istənilən razılaşmalarla yol verilməyən və qiymətinə xüsusi qaydalar tətbiq olunan fəaliyyətdir. Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif Şurasının qərarlarına əsasən topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərc lər daxil edilmişdir. Həmçinin satışı həyata keçirən tərəfin gəlir məbləğinin özü də, qaytarılan məbləğ qismində müəyyən edilmiş qiymətə daxil edilmişdir. Ölkə daxili neft məhsullarının pərakəndə satışını tənzimləyən qaydalara əsaslanaraq və son zaman alınmış neft məhsullarının cəmi məbləği 50542 manat təşkil etdiyini nəzərə alınsa QSC-də 71547 manat qabaqcadan ödəniş qalmışdır. Ona görə də həmin məbləğ “xxxx” QSC-dən tutulub “xxxx” firmasına ödənilməlidir. Göstərilənlərə əsasən, “xxxx” QSC-dən “xxxx” firmasının xeyrinə 71547 manat məbləğində pulun tutulması, tərəflər arasında bağlanmış 140053 saylı 11 fevral 2014-cü il tarixli kommersiya subkonsessiyası müqaqaviləsinin 4-cü maddəsinin 4.1 bəndinin 5-ci yarımbəndində qeyd olunan “bir ton avans alınmış neft məhsulu üçün 11,80 (on bir manat səksən qəpik) AZN məbləğində (ƏDV daxil olmaqla) komissiya haqqını Subfrancayz verənin hesablaşma hesabına ödənilməsini öz öhdəsinə götürür. Komissiya haqqına Subfrancayz verənin bu Müqavilənin icrası ilə əlaqədar bütün çəkdiyi xərclər daxil edilir. İpoteka resmiləşdirilənə qədər ödəniş avans olaraq neft məhsulları təchiz edilən tarixdən etibarən 3 (üç) gün ərzində həyata keçirilir” hissəsinin etibarsız hesab edilməsi və “xxxx” QSC-nin ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1, “xxxx” Firması və onların vəkili X1 oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13649/2018 nömrəli iş üzrə 24 dekabr 2018-ci il t arixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qaşılıqlı iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş mater iallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)13649/2018 nömrəli iş üzrə 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert 07.08.2018-ci il tarixli rəyində Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə 02 dekabr 2013-cü il və 14 yanvar 2015-ci il tarixli 2 nömrəli qərarlarının 2.5 bəndin ə istinad edərək qeyd etmişdir ki, topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Ona görə ekspert hesab etmişdir ki, neft məhsullarının topdansatış qiymətlərinə hər hansı bir əlavələr (komission haqları) nəzərdə tutulmadığından belə haqq tələb edilə bilməz və həmin məhsulların daşınması subfrançayz verən, yəni “xxxx” QSC-nin hesabına aparılmalı idi. Bu mövqeyinə əsaslanaraq “xxxx” firması tərəfindən alınmış neft məhsullarına görə “xxxx” QSC-yə ödənilmiş pul vəsaitinin məbləğini hesablayıb ekspert müəyyən etmişdir ki, “xxxx” firmasının “xxxx” QSC ilə apardığı alqı-satqı əməliyyatları nəticəsində “xxxx” firmasının “xxxx” QSC-yə borcu yox, 6 5175,80 manat məbləğində pul vəsaiti artıq ödənilmişdir. Mülki işə birinci instansiya məhkəməsində baxılarkən tərəflərin irəli sürdükləri dəlilləri yoxlanılmadan, onların təqdim etdikləri sübutları, işin materiallarına əlavə edilmiş maliyyə və mühasibat sənədləri araşdırılmadan, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməsində məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin yalnız bu hissəsinə əsaslanaraq və rəyin nətəcəsinin digər hissəsinə heç bir münasibət bildirmədən, hesab etmişdir ki, iddiaçı “xxxx” QSC-nin cavabdehlər “xxxx” firmasına və Cavabdeh1 qarşı debitor borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməməli, “xxxx” firmasının müqavilə üzrə artıq ödənilmiş məbləğin geri qaytarılması barədə qarşılıqlı iddiası qismən təmin edilə rək, “xxxx” QSC-dən 65175,80 manat məbləğində pul vasaiti tutulub “xxxx” firmasına verilməlidir. İşin araşdırılmış hallarından göründüyü kimi, “xxxx” QSC ilə “xxxx” firması arasında bağlanmış müqaviləyə əsasən iddiaçı “xxxx” QSC cavabdeh “xxxx” firmasını yanacaqdoldurma məntəqəsində satışının təşkil edilməsi məqsədilə neft məhsulları ilə təchiz etmiş, cavabdeh “xxxx” firması isə “xxxx” QSC-nin adından özünə məxsus və ya icarəsində olan yanacaqdoldurma komplekslərində istifadə etmiş və alınan neft məhsullarının satışını təşkil etmişdir. Müqavilənin şərtlərinə görə “xxxx” firmasını avans olaraq təchiz edilmiş neft məhsullarının dəyərini və hər bir ton üçün komissiya haqqını neft məhsulları təchiz edilən gündən etibarən 15 gün ərzində topdansatış qiymətlərlə “xxxx” QSC-nə ödənilməsini öz öhdə sinə götürmüşdür. Öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə “xxxx” QSC ilə Cavabdeh1 arasında 14.02.2014-cü il tarixli, 140052 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsi üzrə Cavabdeh1 özünə məxsus ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 saylı fərdi yaşayış evini “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. 2016-cı ilin fevral ayından başlayaraq, cavabdeh “xxxx” firması ona təhciz edilmiş neft məhsullarının dəyərinin ödənilməsi öhdəliyini pozmuş və beləliklə onun “xxxx” QSC-nin qarşısında debitor borcu yaranmışdır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 07 avqust 2018-ci il tarixli rəyində Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının qərarına istinad edilib neft məhsullarının “xxxx” QSCnin hesabına daşınmasını və nef t məhsullarının topdansatış qiymətlərinə hər hansı bir əlavələr (komission haqları) nəzərdə tutulmadığını hesab edən ekspert, ekspertiza tədqiqatına təqdim edilmiş qaimə faktura, əmtəə-nəqliyyat qaimələri, kassa məxaric orderləri, ödəniş sənədləri tədqiq olunmaqla, “xxxx” QSC (Subfrançayz verən) ilə “xxxx” firması (Subfrançayz alan) arasında neft məhsullarının alqı-satqısı zamanı komission haqqı, o cümlədən neft məhsullarının satış yerlərinə qədər daşınması xərcləri nəzərə alınmadan müəyyən edilmişdir ki, “xxxx” firmasının “xxxx” QSC ilə apardığı alqı-satqı əməliyyatları nəticəsində “xxxx” firmasının “xxxx” QSC-yə borcu yox, 65175,80 manat məbləğində pul vəsaiti artıq ödənilmişdir. Eyni zamanda məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatı nəticəsində tərtib edilmiş 07 avqust 2018-ci il tarixl i rəyindən görünür ki, “xxxx” QSC tərəfindən “xxxx” firmasına 2014-2016 illər ərzində yanacağa görə verilmiş hesab fakturalar əsasında komission haqqı cəmi 60307,69 manat məbləğində təşkil edir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının qərarında nəzərdə tutulmuş neft məhsullarının topdansatış tariflərinə təchizat tarifləri təchizatçı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) aiddir. İş materiallarından göründüyü kimi neft məhsulları təchizatçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan parakəndə satış yerinə - “xxxx” QSC-nin neft bazasına təchizat tarifləri ilə çatdırılmışdır. “xxxx” QSC tərəfindən neft məhsulları topdansatış qiymətlərlə almış və bundan sonra həmin topdansatış qiymətlərlə “xxxx” firmasının Qobustan rayonu, Bakı-Qazax şosesinin 85-ci kilometri ünvanında yerləşən yanacaqdoldurma məntəqəsinə çatdırılmışdır. Bununla əlaqədar komission xərclərinə dair müvafiq sənədlər tərtib edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyində “xxxx” firmasının “xxxx” QSC ilə apardığı alqı-satqı əməliyyatları nəticəsində “xxxx” firmasının “xxxx” QSC-yə borcu olmaması və 65175,80 manat məbləğində pul vəsaiti artıq ödənilməsi nəticəsinə gələrkən, rəydə qeyd edildiyi kimi komission haqları, o cümlədən neft məhsullarının satış yerlərinə qədər daşınması xərclərinin nəzərə alınmaması göstərilmişdir. Eyni zamanda məhkəməmühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, komission haqqı cəmi 60307,69 manat məbləğində təşkil edir. Apell yasiya instansiyası məhkəməsi işdə olan materialları və işin faktiki hallarını araşdırıb, tərəflərin dəlillərini yoxlayıb hesab etmişdir ki, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 02 dekabr 2013-cü və 14 yanvar 2015-ci il tarixli 2 nömrəli qərarının tələbləri “xxxx” QSC ilə “xxxx” firması arasında neft məhsullarının alqı-satqı əməliyyatlarına tədbiq edilə bilməz və məhkəmə-mühasibatlıq ekspertizasının rəyində əsassız olaraq bu qərara istinad etməklə “xxxx” firmasının “xxxx” QSC-yə borcunun olmaması nəticəsinə gəlmişdir. Belə ki, iş materiallarında olan 11 fevral 2014-cü il tarixli, 140053 saylı Kommersiya subkonsessiyası (subfrançayzinq) müqaviləsindən görünür ki, “xxxx” QSC (Subfrançayz verən) ilə “xxxx” firması (Subfrançayz alan) arasında həmin müqavilə bağlanmışdır. Müqaviləni n şərtlərinə əsasən borclu iddiaçının firma adından özünə məxsus və ya icarəsində olan yanacaqdoldurma komplekslərində istifadə etmiş, iddiaçı isə borclunu onun yanacaqdoldurma məntəqəsində satışının təşkil edilməsi məqsədilə neft məhsulları ilə təchiz etmişdir. Müqaviləyə əsasən satılan neft məhsullarının qiymətlərində müvafiq dəyişiklikləri əks etdirən 23.05.2014, 26.05.2014, 03.07.2014, 12.01.2015, 14.01.2015 və 14.04.2015-ci il tarixli dəyişikliklər edilməsi barədə əlavə sazişlər bağlanmışdır. Həmin Müqavilənin 3.1.7 bəndinə əsasən subfrançayz verən hazırki Müqavilədə göstərilmiş qiymətlər ilə YDK-də neft məhsullarını satır. Həmin Müqavilənin 3.2.1-ci bəndinə əsasən subfrançayz verən subfrançayz alana məxsus olan YDK-nin Şirkətin firma adı və loqotipi altında satılması nəzərdə tutulan neft məhsulları ilə təmin etməyi öz öhtəsinə götürür. Neft məhsullarının daşınması subfrançayz alanın, yəni “xxxx” firması hesabına həyata keçirilməlidir. Həmin Müqavilənin 4.1-ci bəndinə görə subfrançayz alan, yəni “xxxx” firması avans olaraq təchiz edilmiş neft məhsullarının dəyərini və təhciz edilmiş hər bir ton üçün komissiya haqqını neft məhsulları təchiz edilən gündən etibarən 15 gün ərzində topdansatış qiymətlərlə ödənilməsini öz öhdəsinə götürür. Komissiya haqqına subfrançayz verənin, yəni “xxxx” QSC-nin bu Müqavilənin icrası ilə əlaqədar bütün çəkdiyi xərclər daxil edilir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən həmin müqavilə üzrə avans olaraq təchiz edilmiş neft məhsullarının dəyərinin və digər ödənişlərinin ödənilməsi üzrə subfrançayz alanın öhdəliklərinin icrasının əsas təmina tı məqsədilə 14.02.2014-cü il tarixli, 140052 saylı ipoteka müqaviləsi üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 1 otaqlı, 19/17 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin Müqavilənin 6.2-ci bəndinə görə subfrançayz alan avans olaraq satılmış neft məhsullarının, komissiya haqqının, habelə Şirkətin firma adından və loqotipindən istifadə etmək üçün illik haqqının ödəmədiyi təqdirdə, Subfrançayz verən yaranan borc məbləğini müqavilənin 6.1-ci bəndində göstərilən təminat hesabına Subfrançayz verənə qaytarılmasını təmin etməyi öhdəsinə götürmüşdür. Subfrançayzinq müqaviləsinin 7.1-ci bəndinə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulan vəzifələrini lazımi qaydada yerinə yetirmədikdə, bunun nəticəsində digər tərəfə dəymiş bütün zərərlərin ödənilməsinə görə məsuliyyət daşıyırlar. Müqavilənin 7.2-ci bəndinə müvafiq olaraq Subfrançayz alan həmin müqavilədə göstərilən müddətdə satılmış neft məhsullarının dəyərinin, komissiya haqqının, habelə şirkətin firma adından və loqotipindən istifadə etmək üçün illik haqqının ödəmədiyi təqdirdə, hər gecikdirdiyi gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında cərimə ödəməyə razılaşmışlar. Beləliklə, yuxarıda göstərilən “xxxx” QSC (Subfrançayz verən) ilə “xxxx” firması (Subfrançayz alan) arasında bağlanmış 11 fevral 2014-cü il tarixli, 140053 saylı Kommersiya subkonsessiyası (subfrançayzinq) Müqaviləsindən göründüyü kimi iddiaçı “xxxx” QSC cavabdeh “xxxx” firmasının yanacaqdoldurma məntəqəsində satışının təşkil edilməsi məqsədilə neft məhsulları ilə təchiz etmiş, cavabdeh “xxxx” firması isə “xxxx” QSC-nin ad ından özünə məxsus olan yanacaqdoldurma kompleksində alınan neft məhsullarının satışını təşkil etmişdir. Neft məhsullarının alqı-satqısı zamanı komission haqqlarının, o cümlədən neft məhsullarının satış yerlərinə qədər daşınması xərclərinin “xxxx” QSC-nın (Subfrançayz verən) hesablaşma hesabına ödənilməsini “xxxx” firması (Subfrançayz alan) öz öhdəsinə götürmüşdür. “xxxx” QSC ilə “xxxx” firması arasında bağlanmış 11 fevral 2014-cü il tarixli, 140053 saylı Kommersiya subkonsessiyası (subfrançayzinq) Müqaviləsi ilə tərəflərin üzərinə götürdükləri öhdəliklərini nəzərə alaraq, “xxxx” QSC tərəfindən “xxxx” firmasına 2014-2016 illər ərzində verilmiş yanacağa görə hesablanmış komission haqqının cəmi 60307,69 manat məbləğində təşkil olması barədə hissədə məhkəmə-mühasibatlıq ekspertizasının 07 a vqust 2018-ci il tarixli rəyini məhkəmə kollegiyası əsaslı hesab edir, həmin hissədə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi hesab fakturalar və işdə olan digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 723-cü maddəsinə əsasən Françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər. 727-ci maddəsinə əsasən françayzinq müqaviləsi yazılı formada bağlanmalıdır. Müqavilənin mətnində tərəflər ikitərəfli öhdəlikləri, müqavilənin müddətini, ləğv edilməsi və ya müddətinin uzadılması şərtlərini və müqavilənin digər mühüm elementlərini dəqiq göstərməkdən əlav ə, françayzinq sistemini tam təsvir etməlidirlər. 731.3-cü maddəsinə əsasən əgər françayzinq müqaviləsinin iştirakçıları başqa öhdəliklər (o cümlədən alqı-satqı, əmlak kirayəsi, podrat və xidmətlər göstərilməsi) götürürlərsə, iştirakçıların hüquq münasibətlərinə bu Məcəllənin həmin müqavilə növləri haqqında müddəaları tətbiq edilir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərs ə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2-ci maddəsinə əsasən bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bil ərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 406.3-cü maddəsinə görə yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsi ilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yuxarıda göstərilən Mülki Məcəllənin maddələrinin tələblərinə əsaslanaraq apellyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia tələbi üzrə “xxxx” QSC-dən “xxxx” firmasının xeyrinə 71547 manat məbləğində pulun tutulması və tərəflər arasında bağlanmış 140053 saylı 11 fevral 2014-cü il tarixli kommersiya subkonsessiyası müqaqaviləsinin 4.1 bəndinin, 5-ci yarımbəndinin etibarsız hesab edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur və ona görə “xxxx” firmasının qarşılıqlı iddia tələbi rədd edilməlidir. Eyni zamanda apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı “xxxx” QSC məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və “xxxx” QSC iddia tələbində əass borc qismində məhkəmə-mühasibatlıq eskpertizasının rəyində göstərilən komission haqqının 60307.69 manat məbləğindən daha az, yəni 57722.47 manat tələb etdiyini nəzərə alaraq cavabdeh “xxxx” firmasından əsas borc qismində 57722.47 manat pul vəsaiti tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi Azərbayca n Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən işin halları nəzərə alaraq iddiaçı tərəfindən tələb edilən cərimə borcunun həcmini tənasübsüz surətdə yüksək hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhd əliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur; 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır); 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir; 317.1-ci maddəsinə əsasən, əgər borclu təm inat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən m əhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipotekaqoyanla ipotekasaxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən ipotekaqoyan ipoteka ilə təmin edilmiş öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yerinə yetirmədikdə, ipotekasaxlayan tələblərinin ödənilməsini ipotekaqoyanın könüllü iştirakı yolu ilə əks təqdirdə isə məhkəmə qərarına əsasən ipoteka predmetinə yönəldir. Hazırki mübahisə üzrə “xxxx” QSC “xxxx” firması və Cavabdeh1 arasında bağlanmış 14.02.2014-cü il tarixli ipoteka müqaviləsinin 3.2-ci madəsindən görünür ki, ipoteka müqaviləsinin predmeti olan ün van 1 ünvanda yerləşən 1 mərtəbəli, 1 otaqlı 19/17 saylı fərdi yaşayış evi “xxxx” MMC tərəfindən 10 fevral 2014cü il tarixdə tərtib edilmiş əmlakın qiymətləndirmə aktına əsasən 150000 manat qiymətləndirilmiş və tərəflər bu halı öz imzaları ilə təsdiq etmişlər. Həmçinin bu hal işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-n ın 2(103)-13649/2018 nömrəli iş üzrə 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdehlər Cavabdeh1, “xxxx” Firması və onların vəkili X1 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13649/2018 nömrəli iş üzrə 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar